Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3663/2021 18.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4, Cavabdeh1, X1 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması; prosessual müddətin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin vəkili Vəkil1 oğlunun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülk i kollegiyasının 2(105)-2311/2020 saylı iş üzrə 29 mart 2021-ci il tarixli qərardadından cavabdehlər Cavabdeh4, Cavabdeh1, X2, Cavabdeh3 və onların vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 18 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları və iş üzrə məhkəmə icraatı Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh4, Cavabdeh1, X2 və Cavabdeh3 18 dekabr 2014-cü il tarixli 142/3 saylı kredit müqaviləsinə əsasən 11677 manat əsas borc, 8660,49 manat faiz borcu, 4383,48 manat cərimə borcu olmala, cəmi 24720,97 manat borc, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 60 manat və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamənin çıxarılmasını xahiş etmişdir
2. Qobustan Rayon Məhkəməsinin 03 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakim M.Q.Quliyev) iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh4, Cavabdeh1, X2 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 11677 manat əsas borc, 8660,49 manat faiz borcu, 430 manat cərimə borcu ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 60 manat və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi, ünvan kəndində yerləşən Cavabdeh1 mülkiyyətində olan fərdi yaşayış evinə 0,15 ha torpaq sahəsi ilə birlikdə tutmanın yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, borcun həmin əmlakların hərracda satışından əldə olunan vəsait hesabına ləğ v prosesində olan İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunan vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, ipoteka predmetinin qiymətinin 40000 manat məbləğində müəyyən edilməsi, cavabdehlər Cavabdeh4, Cavabdeh1, X2 və Cavabdeh3 145 manat ekspertiza xərci alınıb MəhkəməEkspertizası Mərkəzinin hesabına köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
3. Həmin qətnamədən Cavabdeh4 apellyasiya şikayəti verərək, Qobustan Rayon Məhkəməsinin iş üzrə 03.06.2020-ci il tarixli 2(026)-5/2020 saylı qətnaməsinin ləğv edilməklə iddia məbləğinin azadılması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
4. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105 )2311/2020 saylı mülki iş üzrə 24 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər G.F.Tağızadə-sədrlik edən və məruzəçi, L.M.Məmmədova və T.O.Quliyev) Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Qobustan Rayon Məhkəməsinin iş üzrə 03.06.2020-ci il tarixli 2(026)-5/2020 saylı qətnaməsinin Cavabdeh4 münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
5. Cavabdehlər Cavabdeh4, Cavabdeh1, X2, Cavabdeh3 və onların vəkili Vəkil hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2311/2020 saylı 24 avqust 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsin i xahiş etmişlər.
6. Bununla yanaşı, cavabdehlər kassasiya şikayəti vermə müddətinin bərpası barədə ərizə vermişlər. Ərizədə qətnaməni gec almalarını, pandemiya dövrünə düşməsini, kassasiya şikayəti verilməsi üçün vəkilin iştirakının tələb edilməsini və Bakı şəhərinə girişçıxışa icazə verilməməsini əsas göstərərək kassasiya şikayəti verilməsi müddətinin üzrlü səbəbdən buraxılmış hesab edilməsini və müddətin bərpa edilərək kassasiya şikayətinin Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki kollegiyasına göndərilməsini xahiş etmişlər.
7. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-2311/2020 saylı mülki iş üzrə 29.03.2021-ci il tarixli qərardadı ilə (hakimlər G.F.Tağızadə-sədrlik edən və məruzəçi, L.M.Məmmədova və T.O.Quliyev) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegi yasının hazırki iş üzrə 24.08.2020-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.
8. Cavabdehlər Cavabdeh4, Cavabdeh1, X2, Cavabdeh3 və onların vəkili Vəkil həmin qərardaddan kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-2311/2020 saylı mülki iş üzrə 29.03.2021-ci il tarixli qərardadının ləğv edilməsini, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hazırki iş üzrə 24.08.2020-ci il tarixli qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə buraxılmış müddətin üzürlü hesab edilərək işə mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin d əlilləri
9. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, “apellyasiya məhkəməsi qətnamədən verdiyimiz kassasiya şikayəti üzrə müddətin buraxılmasının üzürlü sayılması ilə bağlı ərizədə göstərdiyimiz əsası real qiymətləndirməmişdir. Bundan başqa, pandemiya ilə bağlı karantin dövründə baxılmış işlər üzrə çıxarılmış qərarlardan müddət ötürülməklə verilmiş şikayətlər üzrə buraxılmış müddətlərin üzürlü hesab edilməsi və işlərin yuxarı instansiyaya göndərilməsi barədə Ali Məhkəmənin tövsiyyəsinə riayət edilməmişdir”. Kassatorlar kassasiya şikayətinin dəlillərinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 405.0.1 və 133.1-ci maddələrinə istinad etmişlər. Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iddiaçı ləğv prosesində olan İddiaçı ASCnin vəkili Vəkil1 oğlu Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)2311/2020 saylı mülki iş üzrə 29.03.2021-ci il tarixli qərardadından cavabdehlər tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə razılaşmadığını qeyd edərək, şikayətin təmin edilmədən, qərardadın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi.
11. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə cavabdehlər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
12. Maddə 133.1 Məhkəmə qanu nla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
13. Maddə 405 Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər.
14. Maddə 408.1.4 Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti qaytarılır.
15. Maddə 416 Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
16. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya insta nsiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
17. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
18. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktla ra istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
19. İş üzrə kassatorlar apellyasiya instansiyası məhkəməsinin qərardadının tam ləğvini xahiş etdiyindən, həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qərardadı əsaslıdır, məhkəmə prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir.
21. İşdə olan sənədlərdən görünür ki, Sumqayıt Apellyasiya Məhkəmənin hazırkı iş üzrə qəbul etdiyi qətnamə 25.08.2020-ci il tarixli məktubla rəsmi qaydada tərəflərə göndərilmiş, cavabdehlər hər biri ayrı-ayrılıqda qətnamənin surətini poçt sənədinə imza etməklə 02.09.2020-ci il tarixdə almışlar.
22. Azə rbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 405-ci maddəsinə əsasən cavabdehlərə münasibətdə kassasiya şikayətinin verilmə müddətinin axımı 03.09.2020-ci il tarixdə başlamış və 02.11.2020-ci il tarixdə, saat 24:00-da bitmişdir. Cavabdehlər tərəfindən verilmiş kassasiya şikayəti 10.02.2021-ci il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Göründüyü kimi, kassasiya şikayəti MPM-nin 405-ci maddəsində nəzərdə tutulmuş 2 aylıq müddət ötürülməklə verilmişdir.
23. Azərbaycan Respublikasında koranavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən ölkə ərazisində xüsusi karantin rejiminin tətbiq edilməsi barədə qərarlar qəbul edilmişdir. Həmin qərarlara görə ölkə ərazisində, o cümlədən Bakı şəhəri ərazisində karantin rejimi 18.05.2020-ci il tarixədək müəyyən edilmişdir.
24. Nazirlər Kabinetinin qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumu tərəfindən 19.03.2020-ci il tarixli, daha sonra isə 20.04.2020-ci il tarixli eyni məzmunlu qərarlar qəbul edilmişdir
25. Həmin qərarlara görə, “Təxirəsalınmaz qaydada baxılmalı olan, yaxud məhkəmə baxışının keçirilməsini tələb etməyən işlərə (qətimkan tədbirlərinin seçilməsi, uzadılması, dəyişdirilməsi, ləğvi, inzibati həbs nəzərdə tutulan işlər, iddianın təmin tədbirlərinin görülməsi, əmr icraatı, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, bəzi kateqoriya üzrə xüsusi icraat işləri və sair) baxılması istisna olunmaqla, icraatlarında olan digər işlərə baxılması müvəqqəti olaraq təxirə salınm ası; Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 16-cı maddəsinin tələbləri nəzərə alınmaqla inzibati məhkəmə icraatı qaydasında baxılan işlərə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılması imkanlarından istifadə edilməsi; Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin tələbləri nəzərə alınmaqla mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılması imkanlarından istifadə edilməsi; bütün məhkəmələrdə vətəndaşların qəbulunun dayandırılması, qəbulun yalnız telefon, mobil və internet rabitəsi vasitəsi ilə həyata keçirilməsi qərara alınmış, fiziki və hüquqi şəxslərə məhkəmələrə ünvanlanmış ərizələrinin, o cümlədən apellyasiya və kassasiya şikayətlərinin poçt vasitəsilə və ya elek tron şəkildə göndərilmələri tövsiyə edilmişdir.
26. Belə ki, Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən məhkəmələrin fəaliyyəti məhdudlaşdırılsa da, fiziki və hüquqi şəxslərin ərizə və şikayətlərinin, o cümlədən də məhkəmə aktlarından kassasiya şikayətlərinin poçt şöbələri vasitəsi ilə və ya elektron şəkildə göndərilməsinə hər hansı məhdudiyyət qoyulmamışdır.
27. Bundan başqa, Nazirlər Kabinetinin yanında Operativ Qərargahın 15.05.2020-ci il tarixli qərarının icrası ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu tərəfindən qəbul edilmiş qərar ilə 18.05.2020-ci il tarixdən etibarən Bakı, Sumqayıt və sair şəhər və rayonların inzibati ərazisində fəaliyyət göstərən bütün məhkəmələr üzrə işlərin qəbulu və baxılması tam şəkildə bərpa olunmuşdur.
28. Göründüyü kimi, kara ntin rejimində cavabdehlər hazırki iş üzrə məhkəmənin qəbul etdiyi qətnamədən kassasiya şikayətini vaxtında vermək imkanına malik olmuşdur.
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehlərin sözügedən kassasiya şikayəti üzrə prosessual müddəti ötürməsini üzürlü saymamaqla düzgün nəticəyə gəlmiş, qanuni və əsaslı olaraq kassasiya şikayətini geri qaytarmışdır.
30. Kassatorlar şikayətin təmin olunması, ötürülmüş prosessual müddətin üzürlü hesab edilməsi üçün hər hansı ağlabatan əsasa istinad etməmiş, kassasiya şikayətində də vəsatətdə göstərilən halları təkrarlamaqla kifayətlənmişlər. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır.
31. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər (§16).
32. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh4, Cavabdeh1, X2 və Cavabdeh3 kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2311/2020 saylı iş üzrə 29 mart 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.