Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3663/2022 29.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdehnə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3663/22 (açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa) Bakı şəhəri, 29 iyun 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdehnə qarşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1200/20 22 nömrəli, 16 fevral 2022ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdehndə əmək müqaviləsinə əsasən işləmiş və xx.xx.2020-ci il tarixli əmrlə İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir.
2. Mübahisə əmrin qanuniliyi ilə bağlıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdeh (bundan sonra “cavabdeh”) 2300/221ş nömrəli xx.xx.2020-ci il tarixli əmrinin ləğv olunması və işə bə rpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Şimal Ərazi Baş Gömrük İdarəsinin rəisi gömrük xidməti polkovniki Pərviz Rəhimovun xx.xx.2020-ci il tarixli, 1700011/001- 25/003302 nömrəli raportunun araşdırılması ilə müəyyən edilmiş, Cavabdeh Gömrük brokeri və texniki xidmət göstərilməsi üzrə xx.xx.2020-ci il tarixdə xidməti zərurətlə əlaqədar təhkim edildiyi Şimal Ərazi Baş Gömrük İdarəsi «Samur» gömrük postunun yük nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş ixrac xəttində xidmət apararkən üzərində gömrük nəzarətini həyata keçirdiyi yük nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ona verilən həmin günün valyuta məzənnəsi ilə 11,60 (on bir manat altmış qəpik) Azərbaycan manatına ekvivalent miqdarındakı 500 (beş yüz) Rusiya rublu qeyri-qanuni pul vəsaitini qəbul etdiyindən tutduğu vəzifədən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cavabdehn xx.xx.2020-ci il tarixli 2300/221Ş №-li əmri ilə azad edilmişdir.
4. İddiaçı bu faktla bağlı bildirir ki, xx.xx.2020-ci il tarixdə xidməti vəzifələrini yetirərkən (yük avtomobili yoxlayarkən) yük avtomobilinin sürücüsü bir neçə il əvvəl ona şəxsi avtomobilini satdığı və o vaxtlardan tanıdığı yoldaş idi. İddiaçı onunla salamlaşmış və iddiaçını tanıyandan sonra həmin şəxs satdığı avtomobili çox ucuz satdığını bildirmiş və onunla birlikdə nahar etməyi təklif etmişdir. İddiaçı bundan imtina edib, iş başında olduğunu bildirsə də, həmin şəxs israrla yaxşılıq etmək (avtomobilini ücüz qiymətə satdığının əvəzini çıxmaq) üçün nə etdiyni bilmədiyindən zorla iddiaçının cibinə 500 Rus iya rublu qoymuşdur.
5. Bunu kənardan görən əməkdaşlar faktı başqa cür rəhbərliyə məruzə etdikdən sonra heç bir araşdırma aparılmadan iddiaçını göstərilən əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin «Ç» bəndinə əsasən işdən azad edərək, sənədləri iddiaçının əməlində korrupsiya hərəkətlərinin olmasının araşdırılması üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Daxili Təhlükəsizlik İdarəsinə göndəriblər. Araşdırılma aparılmış, lakin cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir.
6. Yük avtomobiilinin sürücüsü bu məsələ ilə bağlı izahat verərək verilən pulun xidməti vəzifəsi ilə deyil, ancaq bir neçə il əvvəl ona ucuz qiymətə satdığı avtomobilin yaxşılığının əvəzi olaraq və nahar etmək üçün verdiyini göstərmişdir. Həmin şəxs iddiaçı ilə aralarında korrupsiy a əlaqəsinin olmadığını və iddiaçıdan heç bir şikayətinin olmadığını bildirməsinə baxmayaraq, iddiaçı qanunsuz olaraq işdən azad edilmişdir.
7. Cavabdeh iddiaya yazılı etiraz vermişdir. Etirazın dəlilləri: iddia tələbi ilə işin faktiki halları uyğun gəlmir, iddiada irəli sürülən fikir və mülahizələr subyektiv xarakter daşıyır; iddiada qaldırlan məslə ilə bağlı qeyd edilməlidir ki, Şimal Ərazi Baş Gömrük İdarəsinin rəisi gömrük xidməti polkovniki Pərviz Rəhimovun xx.xx.2020-ci il tarixli, 1700011/001- 25/003302 nömrəli raportuna əsasən un araşdırılması Dövlət Gömrük Komitəsinin Daxili Təhlükəsizlik İdarəsində iddiaçını 07 avqust 2020-ci il tarixində törətdiyi əməlin intizam xarakterli olub-olmaması ilə bağlı araşdırma aparılıb, araşdırmanını nəticəsi olaraq Daxili Təhlükəsizlik İdarəsinin 1 5 avqust 2020-ci il tarixli arayışına əsasən iddiaçının 500 rus rublu məbləğində pulu qeyri-qanuni yolla əldə etdiyi öz təsdiqini tapmışdır; həmçinin iddia tələbindən görünür ki, iddiaçı 17 avqust 2020-ci ildən işdən azad edilməsindən xıəbırdar olmuş və həmin vaxtdan da işə çıxmamışdır. İddiaçı əmrin ləğv edilməsi ilə bağlı 05 oktyabr 2020-ci ildə Gəncə İnzibati Məhkəməsinə müraciət etmiş, onun iddiası 16 dekabr 2020-ci il tarixli qərardadla mümkün sayılmamışdır. Bundan sonra iddiaçı 04 fevral 20212-ci tarixdə Sabunçu rayon Məhkəməsinə müraciət etmişdir. Bu da göstərir ki, iddiaçı iddia müddətini ötürsə də, müddətin üzrlü səbəbdən ötürülməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.
8. İddiaçı eyni zamanda mübahisəyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə də vermişdir.
9. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2(008)2069/2021 saylı qətnaməsi ilə iddia təmin edilərək, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdeh 17 avqust 2020-ci il tarixli, 2300/221ş saylı əmri ləğv edilmiş, İddiaçı Cavabdeh Gömrük brokeri və texniki xidmət göstərilməsi üzrə Gəncə şöbəsinin “komputer operatoru” vəzifəsinə işə bərpa olunması qət edilmişdir. (hakim Adilə Paşayeva)
10. Birinci instansiya məhkəməsi iş materiallarına əsasən müəyyən etmişdir ki, iddiaçı əmək müqaviləsinə əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdehndə işləmiş və xx.xx.2020-ci il tarixli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Sözügedən əmrdə iddiaçının işdən azad edilməsinə əsas kimi xx.xx.2020-c i il tarixdə xidməti zərurətlə əlaqədar təhkim edildiyi Şimal Ərazi Baş Gömrük İdarəsi “Samur” gömrük postunun yük nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş ixrac xəttində xidmət apararkən üzərində gömrük nəzarətini həyata keçirdiyi yük nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ona verilən həmin günün valyuta məzənnəsi ilə 11,60 (on bir manat altmış qəpik) Azərbaycan manatına ekvivalent miqdarındakı 500 (beş yüz) Rusiya rublu geyri-qanuni pul vəsaitini qəbul etməsi, bununla da, əmək vəzifələrini kobud şəkildə pozulması əsas göstərilmişdir.
11. Birinci instansiya məhkəməsi qeyd edib ki, “Azərterminalkompleks" Birliyinin xx.xx.2020-ci il tarixli, 2300/221ş saylı əmrində iddiaçının işdən azad edilməsinin əsas səbəbi kimi “əmək vəzifələrini kobud şəkildə pozması” qeyd olunmuş və əmək müqavilə sinin işəgötürən tərəfindən ləğv edilməsinə əsas kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi göstərilmişdir. Lakin əmək qanunericiliyində əmək müqaviləsinin ləğv edilməsinin əsasları, xüsusilə də işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən halların dairəsi dəqiq müəyyən olunmuş və “xidmət apararkən üzərində gömrük nəzarətini həyata keçirdiyi yük nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ona verilən həmin günün valyuta məzənnəsi ilə 11,60 (on bir manat altmış qəpik) Azərbaycan manatına ekvivalent miqdarındakı 500 (beş yüz) Rusiya rublu pul vəsaitini qeyri-qanuni qəbul etməsi” Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə əmək müqaviləsinin ləğvinə əsas ola bilməz. Belə ki, əmək qanunvericiliyinin tələblərinə görə işçi ilə əmək müqaviləsini Əmək Məcəllə sinin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək ən ağır intizam tənbehi olmaqla yanaşı, bunun üçün ciddi əsaslar olmalı, prosedurlara riayət edilməlidir.
12. Həmçinin qeyd olunan faktla bağlı aidiyyatı orqanlar tərəfindən araşdırılma aparılmış və iddiaçının əməlində cinayət və inzibati xəta tərkibinin olmadığı müəyyən olunmuşdur. Belə olan halda, Əmək Məcəlləsinin 72-ci maddəsinin “f” bəndinə əsasən “iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimaitəhlükəli əməllərə yol verməsi” halına əsasən işçinin işdən azad edilməsi də istisna olunur.
13. Birinci instansiya məhkəməsi qeyd edib ki, işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır.
14. Bi rinci instansiya məhkəməsi Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü bəndinə istinadən belə qənaətə gəlmişdir ki, tərəflər arasında əmək müqaviləsinə cavabdeh əmək qanunvericiliyində nəzərdə tutulmuş ləğvetmə əsaslarını pozaraq, müəyyən edilmiş qaydaların tələblərinə əməl edilmədən işçi ilə əmək münasibətlərinə xitam vermişdir ki, buna görə də “Azərterminalkompleks" Birliyinin qeyd olunan xx.xx.2020-ci il tarixli, 2300/221ş saylı əmri ləğv edilməlidir.
15. Birinci instansiya məhkəməsi cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə qiymət verərək göstərib ki, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(114)-1991/2020 saylı qərarına əsasən iddiaçı əmrin ləğv ed ilməsi və işə bərpa tələbi ilə məhkəməyə müraciət etmiş, lakin onun iddiası mümkün sayılmamışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, sözügedən qərardad tərəflərin hər ikisinə yanvar ayında rəsmi təqdim olunmuşdur. Daha sonra iddiaçı iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş və bununla da iddiaçı iddia müddətini ötürməmişdir. Həmçinin iddiaçı xx.xx.2020-ci il tarixli əmrin surətini alar-almaz Gəncə İnzibati Məhkəməsinə müraciət etdiyini bildirsə də, cavabdeh əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmrinin iddiaçıya nə zaman təqdim edilməsi barədə heç bir sənəd məhkəməyə təqdim etməmişdir.
16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68, 70, 72, 74,296-cı, “Korrupsiyaya qarşı mübar izə haqqında” Qanunun 8-ci və Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanunun 13-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Apellyasiya şikayəti iddiaya etirazın dəlillərinə uyğun əsaslandırılıb. (bax: 7-ci bənd)
19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1200/2022 nömrəli, 16 fevral 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 iyun 2021- ci il tarixli, 2(008)- 2069/2021 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərərk, iddia tələbi təmin edilməmişdir. (hakimlər Xəyal Sarıyev (sədrlik edən və məruzəçi), Namiq Cəfərov, Emin Mehdiyev)
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, iddiaçının işdən çıxarılması barədə əmrin məzmununa, habelə işə əlavə edilmiş və araşdırılmış çoxsaylı sübutlara əsasın qeyd etmişdir ki, iddiaçı “Samur” gömrük postunun yük nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş ixrac xəttində xidmət apararkən üzərində gömrük nəzarətini həyata keçirdiyi yük nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ona verilən həmin günün valyuta məzənnəsi ilə 11,60 (on bir manat altmış qəpik) Azərbaycan manatına ekvivalent miqdarındakı 500 (beş yüz) Rusiya rublu qeyri-qanuni əldə etmiş, həmin pulun qəbulundan imtina etməmiş, pulu aldıqdan sonra rəisə məlumat verməmiş, Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin X2 7-ci maddəsinin tələblərini də pozmuşdur. İddiaçı Azərbaycan Respublikasının giriş-çıxışı olan “Samur” gömrük postunda yol verdiyi hərəkəti ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin işgüzar nüfuzuna xələl gətirmişdir
21. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində, habelə həmin Məcəllənin 72-ci maddəsinin “e” bəndində nəzərdə tutulan kobud əmək pozuntusuna yol verməsi mülki iş materialları ilə istisna olunmur. Belə ki, işin bu halları Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Daxili Təhlükəsizlik İdarəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti polkovniki X1 xx.xx.2020-ci il tarixli, 1700-011/0xx-xx/003302 saylı raportunun araşdırılmasına dair 15 avqust 2020-ci il tarixli a rayışı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarla təsdiq olunur.
22. Apellyasiya instansiyası məhkəməsi onu da qeyd edib ki, iddia əsasız olduğuna görə iddia müddətinin ötürülüb-ötürülməməsinə qiymət verilməsinə lüzum yoxdur. Çünki Mülki Məcəllənin 372 və 377-ci maddələrinin birgə təfsirindən müəyyən olunur ki, iddia müddətinin ötürülüb-ötürülməməsinə qiymət verilməsi üçün ilk olaraq hüququn pozulması, sonra isə şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gün müəyyən edilməlidir. Hazırki işdə də cavabdeh tərəfindən iddiaçının hər hansı hüquqlarının pozması halı müəyyən edilməmişdir.
23. Apellyasiya instansiyası məhkəməsi gəldiyi n əticəni Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi, 72-ci maddəsinin “e” bəndi, 71, 83, 186, 311-ci, Mülki Məcəllənin 372, 377-ci maddələri və “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin X4”nin 7-ci bəndi ilə əsaslandırmışdır.
24. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.
26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı öz əmək fəaliyyətində əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini pozmamışdır. İddiaçının sürücüdən əvvəllər yaranmış münasibət zəminində yaranmış borcunu qəbul etməsi nə əmək funksiyasının, nə də öhdəliyin pozulması deyil. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfində n qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Əmək Məcəlləsi Maddə
10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrinə həmçinin a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək və f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək aiddir. Maddə
68. Bənd 1 və
2. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişmə si ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan və ya tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər. Maddə 70, bənd “ç”. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Maddə 71, hissə
2. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamı nın normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Maddə 71, hissə
3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 72. bənd “e” Əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Maddə 83, hissə
1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Maddə 83, hissə
2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. “Korrupsiyaya qarşı mübarizə haqqında” Q anun Maddə 8.1. Vəzifəli şəxs xidməti vəzifələrinin qərəzsiz icrasına təsir edə bilən və ya bu cür təsir təəssüratı yaradan, və ya onun vəzifələrinin icrası müqabilində mükafat qismində verilən və ya bu cür mükafat təəssüratı yaradan hədiyyələri özü və ya digər şəxslər üçün tələb edə və ya qəbul edə bilməz. Bu qayda xidməti vəzifələrinin qərəzsiz icrasına təsir etməmək şərtilə bu Qanunun 8.2-ci maddəsində nəzərdə tutulan kiçik hədiyyələrin qəbul edilməsi və sadə qonaqpərvərlikdən istifadə hallarına şamil olunmur. Maddə 8.2. Vəzifəli şəxs xidməti vəzifələrinin icrası ilə əlaqədar bir il ərzində hər hansı fiziki və ya hüquqi şəxsdən ümumi məbləği əlli beş manatdan yuxarı olan bir və ya bir neçə hədiyyəni qəbul edə bilməz. Həmin məbləğdən yuxarı olan hədiyyələr şəxsin xidməti vəzifəsini həyat a keçirdiyi dövlət orqanına, yerli özünüidarəetmə orqanına və ya qurumaməxsus hesab edilir Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin X4 Bənd
7. Gömrük orqanı əməkdaşı qanunsuz maddi və qeyri-maddi nemətlər, imtiyazlar və güzəştlər əldə etməyə yönəlmiş hərəkətlərə (hərəkətsizliyə) yol verməməli, qərarlar qəbul etməməlidir. Qanunvericiliklə müəyyən olunmuş ödəniş məbləğləri istisna olmaqla, şəxslərə xidmət (xidmətlər) göstərən əməkdaş həmin xidmətə (xidmətlərə) görə hər hansı haqq tələb edə bilməz. Qanunsuz maddi və qeyri-maddi nemətlər, imtiyazlar və güzəştlər təklif olunduğu hallarda, əməkdaş onlardan imtina etməlidir. Maddi və qeyrimaddi nemətlər, imtiyazlar və güzəştlər əməkdaşa ondan asılı olmayan səbəblərdən verilərsə, o, bu barədə rəisinə məlumat verməli və onl ar gömrük orqanına akt üzrə təhvil verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulmasıapellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılm ış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
29. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyi üçün kollegiya qətnaməni tam yoxlayır.
30. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən pros essual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.
33. İddia tələbi işə bərpa barədədir. İddiaçı onun işdən azad edilməsi barədə əmrin qanunsuz olmasına istinad etmişdir.
34. Belə olan halda iddianın təmin olunması iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən həqiqətən də əmək qanunvericiliyini pozulması halının müəyyən edilməsindən, həmin halların sübut edilməsindən asılıdır.
35. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilən hallardan isə görünür ki, Samur gömrük postunun yük nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş ixrac xəttində xidmət ap ararkən iddiaçı üzərində gömrük nəzarətini həyata keçirdiyi yük nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ona verilən həmin günün valyuta məzənnəsi ilə 11,60 (on bir manat altmış qəpik) Azərbaycan manatına ekvivalent miqdarındakı 500 (beş yüz) Rusiya rublu qeyri-qanuni əldə etmiş, həmin pulun qəbulundan imtina etməmiş, pulu aldıqdan sonra rəisə məlumat verməmiş, Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin X2 7-ci maddəsinin tələblərini pozmuş, bununla da Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin mənafeyinə xələl gətirmişdir
36. Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin X2 7-ci bənidnə görə gömrük orqanı əməkdaşı qanunsuz maddi və qeyri-maddi nemətlər, imtiyazlar və güzəştlər əldə etməyə yönəlmiş hərəkətlərə (hərəkətsizliyə) yol verməməli, qərarlar qəbul etməməlidir. Qanunsuz maddi və qeyri-maddi nemətlər, imtiyazlar və güzəştlər təklif olunduğu hallarda, əməkdaş onlardan imtina etməlidir.
37. Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinə görə əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.
38. Göründüyü kimi, apellyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Çünki tətbiq edilən maddi hüquq normalarının dispozitiv şərtləri işin müəyyən edilmiş hallarına uyğun olaraq iddianın təmin edilməsini istisna edir.
39. Məhkəmə kollegiyası iddia tələbi üzrə apellyasiya m əhkəməsinin hazırki qərarın 20-21-ci bəndilərində əks olunan mövqeyi ilə razılaşır. Həmin bəndlərdə əks olunanlardan görünür ki, apellyasiya məhkəməsi işin hallarını tam aydınlaşdırmaqla onlara hüquqi qiymət verib.
40. Apellyasiya instansiyası məhkəməsi sübutları da Mülki Prosessual Məcəllənin 88 maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.
41. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməni maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul etməsi barədə şikayətin dəlilləri əsassızdır.
42. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
43. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1200/2022 nömrəli, 16 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.