Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3664/2021 09.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Quba rayon şöbəsinə qarşı iş üzrə iş üzrə QƏRARİ ( Açar sözlər: hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-429/2021 nömrəli iş üzrə 08 fevral 2021-ci il tarixli qətnamə sindən Ərizəçi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 09 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: Quba rayonunun 1-ci Nügədi kəndinin sakini, xx xxxxxx 1953-cü il təvəllüdlü X1 yaşa görə ona əmək pensiyasının təyin olunması barədə Dövlət Sosial Müdafiə Fondunun Quba rayon şöbəsinə müraciət etmiş, Fondun rayon şöbəsinin 26 fevral 2019-cu il tarixli məktubu ilə 12 il sığorta stajının olmaması əsas göstərilməklə müraciəti təmin olunmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2019-cu il iyul ayında Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 1979-cu ilin yanvar ayından 2003-cü ilin oktyabr ayına kimi Quba Profdezinfeksiya şöbəsində dezinfektor işləməsini, lakin həmin şöbənin Quba Gigiyena və Epidemiologiya Mərkəzinin tərkibinə daxil edilərkən şöbənin sənədlərinin Mərkəzə təhvil verilməməsini, göstərilən səbəbdən 12 il sığorta stajının olması barədə sənədlər təqdim edə bilməməsi səbəbindən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmasını əsas göstərməklə 1979-cu ilin yanvar ayının 1-dən 2003-cü ilin oktyabr ayına kimi Quba Profdezinfeksiya şöbəsində dezinfektor vəzifəsində işləməsi faktının müəyyən olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 2(027)-1751/2019 saylı, 22 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakim: R.T.Həsənov) ərizə təmin edilərək Ərizəçi 01 yanvar 1979-cu il tarixdən 2003-cü ilin oktyabr ayına kimi Quba Profdezinfeksiya şöbəsində dezinfektor vəzifəsində işləməsi faktı müə yyən olunmuşdur. Apellyasiya instansiyası məhkəməsində birinci icraat Dövlət Sosial Müdafiə Fondunun Quba rayon şöbəsi həmin qətnamədən apellyasiya şikayəti verərək ərizəçinin iddia etdiyi müddətdə Quba Profdezinfeksiya şöbəsində işləməsinin lazımınca araşdırılmamasını, orada olan sənədlərin yerinin müəyyən olunması üçün bütün tədbirlərin görülməməsini, belə halda hüquqi faktın müəyyən olunmasının qanunsuz olmasını əsas göstərməklə qətnamənin ləğv edilməsi və ərizənin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-598/2020 saylı, 19 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – T.O.Quliyev (sədrlik edən və məruzəçi), Z.İ.Məmmədov və F.Ə.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, Quba Rayon Məhkəməsinin 22 avqust 2019-cu il tarixli, 2(027)-1751/2019 saylı qətnaməsi apellyasiya şikayətini verənə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya instansiyası məhkəməsində birinci icraat Dövlət Sosial Müdafiə Fondunun Quba rayon şöbəsi apellyasiya şikayətinin dəlillərinə uyğun kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 fevral 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və ərizənin rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3354/2020 saylı, 14 sentyabr 2020-ci il tarixli qərarı ilə (hakimlər – E.R.Vəliyeva (sədrlik edən və məruzəçi), E.Y.Şamayev və A.Ə.Abbasov) kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 fevral 2020-ci il ta rixli, 2(105)-598/2020 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat İşə təkrar apellyasiya qaydasında baxan Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-429/2021 saylı, 08 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – G.F.Tağızadə (sədrlik edən və məruzəçi), L.M.Məmmədova və E.G.Rəhimov) apellyasiya şikayəti təmin edilərək Quba Rayon Məhkəməsinin 22 avqust 2019-cu il tarixli, 2(027)1751/2019 saylı qətnaməsi ləğv edilmiş, Ərizəçi hüquqi faktın müəyyən olunması tələbinə dair ərizəsi rədd edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə ərizəçi Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 fevral 2021-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını və s. əsas göstərməklə qətnamənin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında maraqlı şəxsin vəkili kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq ərizəçi məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onun iştirakı o lmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 308 Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qətnamənin l əğv edilməsinə yönəldiyindən, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 01 iyul 2017-ci il tarixədək qüvvədə olan “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin azı 12 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Ərizəçi Dövlət Sosial Müdafiə Fonduna 12 il sığorta stajının olmasını təsdiq edən sübut təqdim etmədiyindən və eləcə də məhkəmədə 1979-2003-cü illər ərzində Quba Profdezinfeksiya şöbəsində işləməsini qanunda müəyyən olunmuş qaydada sübutetmə vasitələri ilə sübuta yetirə bilmədiyindən apellyasiya instansiyası məhkəməsi tələbin əsassız olması barədə nəticəyə gəlmişdir. Kollegiya apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsi ilə razılaşaraq hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Ərizəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-429/2021 nömrəli iş üzrə 08 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3664/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-3664/2021
09.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver