Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3665/2019 27.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, vəkillər Nümayəndə və X2 iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cuil tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin xx xxx2018-cı il tarixli qətnaməsi ilə (hakim Z.Quliyev, iş № 2(046)-xx/18) İddiaçı cavabdeh Göyçay rayon Mərkəzi Xəstəxanasına qa rşı “Göyçay rayon Mərkəzi Xəstəxanasının baş həkimi B xx xxx 2018-ci il tarixli 848-K saylı əmrinin ləğv edilməsi, Göyçay rayon Mərkəzi Xəstəxanasının əczaxanasına (aptekinə) 1 il müddətinə müdir qəbul edilməsi haqqında xx xxx 2017-ci il tarixli müqavilənin əvvəl müəyyən olunmuş müddətə, yəni xx xxx 2019-cu il tarixə kimi uzadılmış hesab edilməsi, aptek müdiri vəzifəsinə işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilərək, Göyçay rayon Mərkəzi Xəstəxanasının baş həkimi B xx xxx 2018-ci il tarixli 848-K saylı əmrinin ləğv edilməsi, İddiaçı Göyçay rayon Mərkəzi Xəstəxanasının əczaxanasına (aptekinə) 1 il müddətinə müdir qəbul edilməsi haqqında xx xxx 2017-ci il tarixli müqavilənin əvvəl müəyyən olunmuş müddətə, yəni xx xxx 2019-cu il tarixə ki mi uzadılmış hesab olunması, İddiaçı aptek müdiri vəzifəsinə işə bərpa edilməsi və ona son haqq-hesab aparıldığı gündən işə rəsmi qaydada bərpa olunan günə qədər məcburi iş buraxmaya görə əmək haqqı ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh Göyçay rayon Mərkəzi Xəstəxanası apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Ə.Məcidov-sədrlik edən və məruzəçi, M.Əsədli və İ.Quliyev, iş №2(107)288/19) cavabdeh Göyçay rayon Mərkəzi Xəstəxanasının apellyasiya şikayəti təmin edilərək, Göyçay Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul olunaraq, İddiaçı cavabdeh Göyçay rayon Mərkəzi Xəstəxanasına qarşı iddia tələbi rədd edilmişdir. İddiaçı İddiaçı kassasi ya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı cavabdeh Göyçay rayon Mərkəzi Xəstəxanasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Göyçay rayon Mərkəzi Xəstəxanasının baş həkimi B xx xxx 2018-ci il tarixli 848-K saylı əmrinin ləğv edilməsi, Göyçay rayon Mərkəzi Xəstəxanasının əczaxanasına (aptekinə) 1 il müddətinə müdir qəbul edilməsi haqqında xx xxx 2017-ci il tarixli müqavilənin əvvəl müəyyən olunmuş müddətə, yəni xx xxx 2019-cu il tarixə kimi uzadılmış hesab edilməsi, aptek müdiri vəzifəsinə işə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsinə dair qətnamə çıxarılmasını x ahiş etmişdir İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. İddiaçının vəkili Nümayəndə məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını, cavabdehin vəkili A.Əlizadə isə həmin kassasiya şikayətinin rədd olunmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, işdə iştirak edən şəxs lərin izahatlarını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2019-cu il tarixli qətnaməsihəmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib iddianın rədd edilməsi barədə yeni qətnamə çıxararkən aşağıdakıları nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, hazırkı iş üzrə İddiaçı 01.10.1996-ci ildə Göyçay Mərkəzi Rayon Xəstəxanasının aptek müdiri vəzifəsinə təyin edilmişdir. xx xxx 2015-ci ildə o, dövlət büdcəsindən maliyələşən müəssisənin işçisi kimi çalışma həddi olan 65 yaşa çatmışdır. Onunla əvvəlcəd ən bağlanmış müddətsiz əmək müqaviləsinə xitam verilməmişdir. 20.06.2017-ci ildə İddiaçı ilə Göyçay Mərkəzi Rayon Xəstəxanasının müdiri X4 arasında 1 il müddətinə yəni 20.06.2018-ci il tarixədək əczaxana müdiri vəzifəsinə işə qəbul olunma barədə müqavilə bağlanmışdır. İddiaçı ilə bağlanmış əmək müqaviləsinin bitməsinə 21 gün qalmış yəni, xx xxx 2018-ci il tarixdə Göyçay MRX-nın baş həkimi X4 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kadrlar, elm və təhsil şöbəsinin müdiri K 1844 nömrəli məktubla müraciət edərək həkim çatışmamazlığını nəzərə alaraq, ehtiyac olan halda, yalnız həkimlərlə əmək müqaviləsi bağlanmasına razılıq istəmişdir. Həmin məktuba Kəmalə Mehdiyeva tərəfindən 05.06.2018-ci il tarixdə cavab verilərək göstərmişdir ki, qanunvericiliyə uyğun olaraq dövlət büdcəsindən maliyəl əşən müəsisənin çalışma müddəti uzadılmış işçilərinin sayı həmin müəssisənin işçilərinin sayının 2 faizindən artıq ola bilməz. X5 Rayon Xəstəxanası üzrə 24 nəfərin, digər tibb müəssisələri üzrə 5 nəfərin çalışma müddəti uzadılmışdır, bu da qanun pozuntusuna yol verildiyini göstərir. Daha sonra Göyçay MRX-nın baş həkimi X4 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kadrlar, elm və təhsil şöbəsinin müdiri K 12.06.2018-ci il tarixli, 2098 nömrəli məktubla müraciət edərək R/X-nin aptek şöbəsinin müdiri İddiaçı ilə 20.06.2018-ci il tarixdən 1 il müddətinə əmək müqaviləsinin uzadılmasına razılıq verməsini istəmişdir. Həmin məktuba verilmiş 14.06.2018-ci il tarixli 05/19-3952 nömrəli cavabda Göyçay rayonu üzrə tibb müəssisələrində çalışma müddəti uzadılmış işçilərin sayının 29 nəfər təşkil et diyi, bunun da qanunvericiliklə müəyyən edilmiş 2 faizdən artıq olduğu, bunu nəzərə alaraq xəstəxananın aptek müdiri İddiaçı çalışma müddətinin uzadılmasına icazə verilmədiyi göstərilmişdir. Daha sonra Göyçay MRX-nın baş həkimi X4 hazırki iş üzrə iddiaçı ilə əmək müqaviləsini 1 il müddətinə uzatma barədə aidiyyəti qurumdan razılıq ala bilmədiyi üçün onun 22.06.2018-ci il tarixli, 848-K saylı əmrinə əsasən xəstəxananın aptekinin müdiri İddiaçı ilə bağlanmış 33 nömrəli əmək müqaviləsinə 22.06.2018-ci ildən xitam verilmişdir. İddiaçı son haqq-hesabı, əmək kitabçası və həmin əmrin surətinin son iş günü verilməsi müəyyən olunmuşdur. Əsas kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən çalışmanın yaş həddinə çatması göstərmişdir. Göyçay rayon Mərkəzi Xəstəxa nasının baş həkimi B 22.06.2018-ci il tarixli, 84 saylı əmrinə əsasən xəstəxananın aptek şöbəsinin müdiri İddiaçı yaş həddinə çatdığına görə işdən azad olunması üçün 22.06.2018-ci il tarixdən onun öhdəsində olan dərman, sarğı materiallarının və tibbi avadanlıqların mühasibatlığın iştirakı ilə X1 təhvil verilməsi, təhvil-təslim aktının mühasibatlığa təqdim olunması göstərilmişdir. Göyçay rayon Mərkəzi Xəstəxanasının baş həkimi B 22.06.2018-ci il tarixli, 85 saylı əmrinə əsasən xəstəxananın 22.06.2018-ci il tarixli, 848-K saylı əmri qüvvədə qalmaqla icrası 01.07.2018-ci tarixə kimi uzadılmışdır. 01.07.2018-ci il tarixdən etibarən 3 gün ərzində aptek şöbəsində mövcud mal-materialın məxsusi sənədlərlə birlikdə aptek şöbəsinin müdiri vəzifəsinə yeni təyin edilmiş aptekin əczaçısı X1 tam maddi m əsuliyyət daşımaqla təhvil verilməsi müəyyən olunmuşdur. İddiaçı onunla bağlanmış əmək müqaviləsinə Azərbаycаn Respublikаsının Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən “çalışmanın yaş həddinə çatması” əsası ilə xitam verilməsini qanunsuz hesab etmiş, onunla bağlanmış müddətli əmək müqaviləsinə Azərbаycаn Respublikаsının Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən xitam verilməli olmasını bildirmişdir. Həmçinin onunla bağlanmış əmək müqaviləsinə rəsmi olaraq 22.06.2018-ci ildə xitam verilsə də, ona həmin əmrin surəti onunla bağlanmış əmək müqaviləsinin başa çatmasından 10 gün sonra yəni, xx xxx 2018-ci ildə verildiyindən Azərbаycаn Respublikаsının Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinin tələbinə görə onunla bağlanmış əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılm ış hesab olunmalıdır. Birinci instansiya məhkəməsi iddianı əsaslı sayaraq təmin etmişdir. Məhkəmə gəldiyi nəticəni hüquqi cəhətdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70, 73, 84, 300-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmayaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən maddi və prosessual hüquq normalarını pozmuş, məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamış və məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəl lənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəlillərini işin faktiki hallarına uyğun olduğundan əsaslı və inandırıcı saymışdır. Belə ki, işin faktiki hallarından göründüyü kimi, cavabdeh iddiaçının razılığı ilə onunla bağlanmış müddətli əmək müqaviləsini 1 il müddətinə uzatmaq üçün aidiyyəti qurumun razılığını ala bilməmişdir. Nəticədə qanunla nəzərdə tutulmuş müddət ərzində iddiaçı ilə bağlanmış əmək müqaviləsinə cavabdeh tərəfindən 22.06.2018-ci ildə xitam verilmiş, elə həmin gün iddiaçı ilə bağlanmış əmək müqaviləsinin pozulması barədə olan 848-K saylı əmri qüvvədə qalmaqla icrası 01.07.2018-ci tarixə kimi uzadılmışdır. İddiaçı ilə ba ğlanmış müddətsiz əmək müqaviləsinə çalışmanın yaş həddinə çatmasına görə 20.06.2016-cı ildə xitam verilməmişdir. Cavabdehin hazırkı iş üzrə niyyəti çalışmanın yaş həddinə çatmış iddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinə xitam vermək olmuşdur. “Əmək müqaviləsinin bağlanmasını, dəyişdirilməsini və xitamını nizama salan əmək qanunvericiliyinin tətbiqinin məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 1993-cü il xx xxx tarixli qərarının 31-ci bəndinə əsasən əgər işə bərpa haqqında mübahisəni həll edərkən məhkəmə hesab etsə ki, əmək müqaviləsini pozmaq üçün müdiriyyətin əsası olsa da, o, əmrdə işdən çıxarma səbəbini düzgün ifadə etməmiş və ya müvafiq olmayan qanuna istinad etmişdir, onda məhkəmə, işdən çıxarmaya əsas vermiş faktik halları əsas götürərək, işdən çıxarma səbəbinin ifadəsini qüvvədə olan əmək qanunvericiliyinə uyğunlaşdıra bilər. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə birinci instansiya məhkəməsi iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozaraq əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən hallar ı sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq o laraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları qiymətləndirərkən yuxarıda göstərilən tələblərə əməl etmişdir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq Şəki Apellyasiya Məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticəni qanuni və əsaslı sayır və hesab edir ki, qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2019-cu il tarixli, 2(107)-XX/19 s aylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3665/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3665/2019
27.05.2019 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver