Məhkəmə qərarları › İş №2(102)-3665/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3665/2020

21.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3665/2020 21.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi ilə, İddiaçı Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin Cavabdeh qarşı “orderin etibarsız hesab edilməsi və istifadə hüququnun itirilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)-1232/2020 nömrəli qətnaməsindən iddiaçı Bakı şəhəri İcra Hakimiyyəti M ənzil Kommunal Təsərrüfatı Departamentinin kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti “Üfüq” İstehsalat Birliyi “xxxxxxxxxxxxxxx” Zavodu MMC-ni və Maraqlı şəxs3 üçüncü şəxs qismində göstərməklə, Cavabdeh qarşı iddia ərizəsi və iddianın dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən qanunvericiliyin tələbinə zidd olaraq əldə edilmiş xx.xx.2004-cü il tarixli, 0107 saylı orderin etibarsız hesab edilməsi, sonuncunun istifadə hüququnun itirilməsi, qanunsuz hərəkətlərin qarşısının alınaraq dövlət mənzil fonduna aid yaşayış sahəsindən başqa mənzil verilmədən çıxarılması və dövlət mənzil fonduna aid mənzilin (tikilinin) başqasının qeyri-qanuni sahibliyindən götürülmə si barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6556/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, ünvan 1 ünvanında yerləşən yataqxanada, 3-cü giriş, 4-cü mərtəbə, 5 otaqlı, 78 kv.m-dən ibarət 55 nömrəli mənzilə dair Cavabdeh verilmiş xx.xx.2004-cü il tarixli, 0107 saylı orderin etibarsız hesab edilməsi və Cavabdeh başqa yaşayış sahəsi verilmədən mənzildən çıxarılmaqla onun həmin yaşayış sahəsinə istifadə hüququnun itirilməsi qət edilmişdir. ( hakim Pərviz Zamanlı) Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1232/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh şikayəti qismən təmin edilərək, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-6556/2019 saylı xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi nin qismən, iddianın təmin olunduğu hissədə ləğv edilməsi iddianın həmin hissədə rədd edilməsi qət edilmişdir. (hakimlər Xəyalə Cəmilova (sədrlik edən və məruzəçi) İsmayıl Xəlilov, İlham Kərimli) İddiaçı Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin vəkili Vəkil Ağaməmməd oğlu kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1232/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə maddi və prosessual hüquq pozuntuları ilə qəbul edilmişdir. Apelyasiya instansiyası məhkəməsi Bakı “xxxxxxx xxxxxxxx” İstehsalat Birliyinin işə cavabdeh qismində cəlb edilməməsinə istinad etmişdir. Halbuki belə təşkilat mövcud deyil. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli 462 nömrəli Fərmanına və Müdafiə Sənayesi Nazirliyinin xx.xx.2006-cı il tarixli 3 nömrəli əmrinə əsasən Bakı “xxxxxxxxxxxxxxx” İstehsalat Birliyi “Mühəndis Texnikası” İstehsalat Birliyinin “xxxxxxxxxxxxxxx” zavodu adlandırılmışdır. Bundan sonra Müdafiə Sənayesi Nazirliyinin xx.xx.2008-ci il tarixli 14 nömrəli əmrinə “Mühəndis Texnikası” İstehsalat Birliyi sözləri dəyişdirilərək “Cihaz” istehsalat Birliyi ilə əvəz edimişdir. Müdafiə Sənayesi Nazirliyinin xx.xx.2009-cu il tarixli 60nömrəli əmrinə “xxxxxxxxxxxxxxx” zavodu “Cihaz” istehsalat Birliyinin tərkibindən çıxarılaraq, “Üfüq” İstehsalat Birliyinin ta beliyinə verilmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, tərəflər və üçüncü şəxs “Üfüq” İstehsalat Birliyi “xxxxxxxxxxxxxxx” Zavodu MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Üçüncü şəxs Maraqlı şəxs3 məktubla müraciət edərək, kassasiya şikayətinə İdarənin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdiur. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İŞİN HALLARİ: İddia tələbi belə əsaslandırılıb ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 131s nömrəli sərəncamına əsasən Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli, 294 saylı sə rəncamı ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “xxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin balansında olan sosialmədəni və məişət-kommunal təyinatlı obyektlər, o cümlədən Xətai rayonu, Məhsəti küçəsi, 3 saylı ünvanda yerləşən yataqxana binası balansa qəbul edilmişdir. Göstərilən bina balansa qəbul edilərkən məlum olmuşdur ki, 55 saylı mənzildə 1993-cü ildən faktiki olaraq Kəlbəcər rayonundan məcburi köçkün olan X1 məskunlaşıb. Hazırda da həmin ünvanda R.Mustafayeva 6 nəfər ailə üzvü ilə yaşayır. Cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinə müraciət edərək Bakı şəhəri, Xətai rayonu, Məhsəti küçəsi, 3 saylı yataqxana binasının 55 saylı otağına adına kirayə müqaviləsi bağlanmasını xahiş etmişdir. xx xxxxxx 2004-cü ildə cavabdehə həmin mənzilə dair order verilmişdir. Orderin hansı əsaslarla verilməsini aydınlaşdırmaq üçün verilmiş sorğuya cavab olaraq “Üfüq” İstehsalat Birliyi “xxxxxxxxxxxxxxx” Zavodu MMC-nin xx xxxx 2019-cu il tarixli məkubunda yataqxana binasının Müdafiə Sənayesi Nazirliyinin “xxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin balansına verildiyi xx xxxxxx 2007-ci ildən müəssisə ilə əmək münasibətlərində olan işçilərin heç birinə order verilməməsi bildirilmişdir. Məcburi köçkün ailəsinin məskunlaşdığı boş olmayan 55 saylı otağa dair cavabdehin adına verilmiş orderin hüquqi əsası olmamış, bununla bağlı zavodun arxivində heç bir sənəd aşkar edilməmişdir. Buna görə də cavabdehin adına yazılmış order etibarsız hesab edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apel lyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasənBakı şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin kassasiya şikayətitəmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qətnamədən görünür ki, apelyasiya instansiyası məhkəməsi orderin qərar əsasında verilməsinə baxmayaraq, iddiaçının orderin verilməsinə əsas olmuş həmin qərarı mübahisələndirməməsini, eləcə də mübahisələndirilən orderin “xxxxxxxxxxxxxxx Zavodu” tərəfindən verilməsini, onun rəhbəri tərəfindən imzalanmasını, möhürlənməsini, belə olan halda iddiaya cavab verməli olan şəxsin “xxxxxxxxxxxxxxx” Zavo du olduğu halda, Zavodun cavabdeh qoyulmamasına baxmayaraq, birinci instansiya məhkəməsinin işə mahiyyəti üzrə baxıb iddianı təmin etməklə səhv nəticəyə gəlməsini müəyyən edib, qətnaməni ləğv, iddianı rədd etmiş, gəldiyi nəticəni də xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 48, 49, 107-ci, Mülki Prosessual Məcəllənin 54.1 və 54.2-ci maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv və iddianı rədd etməklə işin müəyyən etdiyi hallarına uyğun olaraq prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. İddia tələbindən görünür ki, iddiaçı təşkilat Cavabdeh adına verilmiş orderin etibarsızlığı barədə qətnamə çıxarılmasını xahiş edir. İşin apelyasiya məhkəməsi tərəfindən müəyyən edil ən halına görə cavabdehin adına verilmiş order Bakı “xxxxxxxxxxxxxxx” İB-nin HİK-nin müdiriyyətinin əmək kollektivi şurasının və MMK-nin birgə iclasının xx.xx.2004-cü il tarixli 55 saylı qərarı ilə verilmişdir. İddiaçı həmin qərarı mübahisələndirməmişdir. Cavabdehin adına oreder verilən zaman tətbiq edilən 1982-ci il tarixli Mənzil Məcəlləsinin 107-ci maddəsinə görə yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdriyyət tərəfindən order verilir Görün düyü kimi, qanunvericilik yataqxanada mənzil sahəsini tutmaq üçün orderin müdriyyətin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə verilməsini nəzərdə tutur. Analoji qərar hazırki iş üzrə də mövcuddur və cavabdehə də order həmin qərar əsasında verilib. Bu baxımdan, cavabdehə order verilməsinə əsas olmuş qərarın mübahisələndirilmədən orderin etibarsızlığı barədə iddia tələbinin təmin oluna bilməməsi barədə gəlinən nəticə düzgündür. Bundan əlavə, iddiaçı təşkilat Cavabdeh adına verilmiş xx.xx.2004-cü il tarixli, 0107 saylı orderin etibarsız hesab edilməsini xahiş etmiş, cavabdeh kimi də yalnız Cavabdeh qoymuşdur. Apelyasiya məhkəməsi də işin mübahisəsiz halı kimi müəyyən etmişdir ki, xx.xx.2004-cü il tarixli, 0107 saylı order “xxxxxxxxxxxxxxx Zavodu” tərəfindən verilmiş, orderi zavodu n rəhbəri imzalamış və möhürləmişdir. İddiaçı “xxxxxxxxxxxxxxx Zavodu” tərəfindən verilmiş həmin orderin etibarsız hesab edilməsini xahiş etsə də, orderi verən zavodu cavabdeh qismində göstərməmişdir. Həmçinin baxılan iş üzrə iddiaçı tərəfindən cavabdehin əsl cavabdehlə əvəz olunması və ya yeni cavabdehin cəlb edilməsi barədə ərizə verilməmiş, bu məsələ müzakirə predmeti olmamışdır. Mülki Prosessual Məcəllənin 50.3-cü maddəsinə görə iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Mülki Prosessual Məcəllənin 54.1-ci maddəsinə görə iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Mülki Prosessual Məcəllənin 54.2-ci maddəsinə görə isə iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Apelyasiya məhkəməsi mülki prosessual qanunvericiliyin qeyd edilən normalarına istinadən cavabdehin əsl cavabdehlə əvəz edilməsi və ya əlavə cavabdehin cəlb edilməsinin birinci instansiya məhkəməsinin qətnaməsinin qəbul edilənədək mümkün olması, apelyasiya icraatı çərçivəsində həmin məsələnin müzakirə və həllinin mümkün olmaması, əks halda, işə yeni qoşulan cavabdehin bir sıra mühüm prosessual hüquqlardan, o cümlədən üçpilləli məhkəmə müdafiəsi hüququndan məhrum edilməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası apelyasiya instansiyasının gəldiyi nəticəni və bununla bağlı dəyərləndirməni qeyd edilən prosessual h üquq normalarının tələbi baxımından əsaslı hesab edir. Məhkəmə kollegiyası da öz növbəsində qeyd edir ki, iddia tələbi üzrə işdə iştirak edən şəxslərin prosessual vəziyyətinin düzgün müəyyən edilməsi qanuni nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda işdə iştirak edən şəxslərin prosessual vəziyyətinin düzgün müəyyən edilməsi həmin şəxslərin prosessual hüquq və vəzifələrinə də təsir göstərir ki, bu da ədalət mühakiməsinin qanun və bərabərlik prinsipləri əsasında aparılmasına təminat verir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilini – Bakı “xxxxxxxxxxxxxxx” İstehsalat Birliyi adında hüquq şəxsin mövcud olmaması, bu səbəbdən apelyasiya instansiyasının səhv nəticəyə gəlməsi – əsaslı saymır. Belə ki, qətnamənin ləğv edilmə əsası kimi apelyasiya instansiyası mövcud olmay an hüquqi şəxsin işə cavabdeh kimi cəlb edilməməsinə yox, hazırda mövcud olan hüquqi şəxsin işə cavabdeh qismində cəlb edilməməsinə, başqa sözlə iddianın yönəlməli olan şəxsin iddia ərizəsində maraqlı şəxs kimi göstərilməsinə istinad etmişdir. Hazırki işdə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 418-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Mülki Prosessual Məcəllənin 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının kassasiya şikayətitəmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişd irilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 416-417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(103)1232/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar