Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3666/2024 29.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: apellyasiyanın mümkünlüyü Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi hakim), Babayev Zəki Baba oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1619/2024 nömrəli iş üzrə 09 sentyabr 2024-cü il tarixli qərardadından Cavabdeh Novruz oğlu tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Reyestr Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ona, yəni İddiaçı və Cavabdeh Novruz oğlunun hər birinin 1/2 hissə olmaqla paylı mülkiyyətdə olan Lənkəran rayonu, Gərmətük qəsəbəsində yerləşən 0.56 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində 2825.5 kv.m sahəsi olan qeyri-yaşayış binası, «X1» kompleksinin 1/2 hissəsinin naturada ayrılaraq ona verilməsi və ödədiyi 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Lənkəran Rayon Məhkəməsinin 02 iyul 2014-cü il tarixli 2(049)-57/2024 saylı qətnaməsi ilə iddia rəd d edilmişdir.
3. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
4. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1619/2024 nömrəli iş üzrə 09 sentyabr 2024-cü il tarixli qərardadı ilə (hakimlər T.Heydərov - sədrlik edən və məruzəçi), İ.Əsədov və S.Mayılov) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir.
5. Apellyasiya instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, hazırkı işdə Cavabdeh birinci instansiya məhkəməsində verdiyi izahatında iddianın rədd edilməsini xahiş etmiş, ümumiyyətlə iddiaçıya qarşı hər hansı tələbi olmamış, birinci instansiya məhkəməsində də bununla bağlı hər hansı iradə ifadəsi göstərmədiyi halda qəbul ed ilmiş qətnamədən apellyasiya şikayəti vermişdir. Düzdür prosessual məcəllədə qəbul edilmiş qətnamədən tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslərin apellyasiya şikayəti verə bilməsi nəzərdə tutulmuşdur. Hazırkı işdə Cavabdeh da iş üzrə cavabdeh tərəfdir. Göründüyü kimi, Cavabdeh kimi apellyasiya şikayəti vermək hüququna prosessual qanunvericiliklə məhdudiyyət qoyulmamışdır. Cavabdeh apellyasiya şikayəti vermək hüququna qanunla məhdudiyyət qoyulmaması, cavabdehin həmin hüquqdan sui-istifadə etməsinə əsas verə bilməz. Nəzərə almaq lazımdır ki, şəxsə hər hansı hüquq tanınırsa, bu hüququn həyata keçirilməsi qaydası da qanunla tənzimlənir. Şəxsin bu qaydaya riayət etmədən həmin qanundan kənara çıxıb hərəkət etməsi artıq şikayət vermək hüquqdan sui-istifadəyə yol açır. Başqa sözlə hüquqdan məqsədi xaricində istifadə etmə ədalətsiz nəticənin yaranmasına gətirib çıxara bilər.
6. Belə ki, şikayət hüququndan sui-istifadə edilən hallar müxtəlif ola bilər - hüquqa əsaslanmayan şikayətlər, əsasən qarşı tərəfi narahat etmək və ya təzyiq etmək məqsədilə, həmçinin bir işin və ya məhkəmə qərarının əsassız olaraq icrasının gecikdirməsi məqsədilə; hazırki mübahisədə, cavabdehin bu hərəkəti əsassız məhkəmə çəkişməsi yaratmaqla, məhz iddiaçının mübahisənin başqa iddia növündən istifadə etməklə həll etməsini gecikdirmək məqsədi daşıyır.
7. İddiaçı cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə etirazından müəyyən olunur ki, o, ilk öncə cavabdehlə birgə mülkiyyətlərində olan əmlakın naturada bölünməsi tələbi ilə məhkəmədə iddia qaldırmış, onun iddiası məhz əmlakın texniki cəhətdən bölünməsinin mümkün olmaması əsası ilə təmin edilmədiyindən, o, mübahisəli əmlakın hərracdan satılaraq aralarında bölünməsi tələbi ilə yenidən məhkəməyə müraciət etmişdir. Lakin Cavabdeh Lənkəran Rayon Məhkəməsinin 02 iyul 2014-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti məhz qeyd olunan daşınmaz əmlakla bağlı aralarında olan mübahisənin sona çatmasının qarşısını almağa yönəlmiş və məhkəmə icraatını əsassız gecikdirmək məqsədi ilə ümumiyyətlə tələb hüququ olmadığı halda yuxarı instansiya məhkəməsindən ona qarşı yönəldilən iddianın təmin edilməsini istəmişdir. Bu hallar cavabdehin birinci instansiya məhkəməsində iddia tələbinə münasibətini aydınlaşdırarkən də “iddia əsassız olduğundan təmin olunmasın” kimi izahat verməsi ilə də, öz təsdiqini tapmışdı r. Belə ki. cavabdeh iddiaçının iddiasının təmin olunmamasını xahiş etməsinə baxmayaraq sonradan iddia təmin olunmadığı halda apelyasiya şikayəti vermiş və şikayətində məhkəmənin diqqətinə çatdırır ki, digər əsaslarla iddianın qismən təmin edilməsi mümkün olmasına baxmayaraq məhkəmə bu barədə kifayət qədər araşdırma aparmamışdır. Cavabdeh şikayətində məhkəmədən xahiş edir ki, mübahisəli “Əzizə” şadlıq sarayı binası və 0,28 ha torpaq sahəsi ona verilməsi, qalan qeyri yaşayış binalarının və torpaq sahəsinin İddiaçı verilməsinə dair qətnamə qəbul edilərsə cavabdeh tərəf olaraq buna etiraz etməz. İddiaçının məhkəmə qarşısında iddiası Lənkəran rayonu Gərmətük qəsəbəsində yerləşən 0,56 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində 2825,5 kv.m sahəsi olan qeyri-yaşayış binası, “Əzizə” şadlıq k ompleksinin ½ hissəsinin naturada ayrılaraq ona verilməsindən ibarətdir. Göründüyü kimi cavabdehin apellyasiya şikayətinin dəlili yeni iddianın növü kimi çıxış etməklə hüquqa uyğun olmamışdır.
8. Bundan başqa məhkəməni aldatmaq məqsədilə bilərəkdən həqiqi olmayan faktlarla əsaslandırılan apellyasiya şikayətini qəbul edilib işə apellyasiya qaydasında baxılaraq müvafiq məhkəmə aktının qəbul edilməsi, gələcəkdə ona kassasiya şikayəti vermək hüququ üçün zəmin yarada bilər ki, hansı ki, bu mülki prosessual məcəllənin tələbləri baxımından yol verilmir. Belə ki, MPM-in 403.1-ci maddəsində qeyd olunmuşdur ki, bu məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallard a şikayət verə bilərlər. Cavabdeh isə məhkəmədə iddiaçıya qarşı hər hansı tələbi olmamış, o cavabdeh kimi ona qarşı irəli sürülmüş iddia tələbinə münasibət bildirmiş, daha sonra məhkəmə icraatını əsassız formada yubatmaq məqsədi ilə hüququ olmadığı halda qətnamədən apelyasiya şikayəti vermişdir.
9. Həmçinin o da diqqətdən kənarda qalmamalıdır ki, İddiaçı tərəfindən irəli sürülmüş iddia tələbi rədd edildikdən sonra o, öz iddiasının uğurluluq ehtimalının olmadığını qəbul edərək həmin qərarla razılaşıb öz mövqeyini ifadə etmiş və bundan sonra mübahisəli əmlakın hərracdan satılaraq aralarında bölünməsi tələbi ilə bağlı yeni iddia qaldıraraq hüquqi müdafiə mövqeyini dəyişmişdir. Bu isə onu göstərir ki, iddiaçının təmin olunmayan tələbini iddiaçı özü deyil, cavabdeh (baxmayaraq ki, iddia ona qar şı yönəlmişdir və o, məhkəmədə iddianın təmin edilməməsini xahiş etmişdir) apellyasiya şikayəti verməklə mübahisələndirməsi, sanki Cavabdeh özünün deyil, başqa şəxsin qanunla qorunan mənafeyinin müdafiəsini təmin etmək arzusundadır. Halbuki prosessual qanunvericiliyin tələbinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır (MPM maddə 4-5).
10. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası MPM-nin 357.1, 357.2, 357.3, 4. 1, 5.1, 363.1.1, 366.2, 366.4, 400, 402.2, 402.3-ci maddəsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
11. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. Kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, o, əmlakının bölünməsini istəyir. Buna görə onun apellyasiya şikayəti verməsi qanuni və əsaslıdır. Yuxarıda istinad olunan prosessual müddəalara görə cavabdeh tərəf olaraq məhkəmə aktından apellyasiya şiakyəti vermək hüququna malikdir. Prosessual qanunvericiliyində cavabdehin məhkəmə qətnaməsindən apellyasiya şikayəti vermək hüququnun məhdudlaşdırılmasına dair hər hansı norma mövcud deyildir. Apellyasiya instansiy ası məhkəməsi cavabdehin qətnamədən verdiyi apellyasiya şikayətini icraata qəbul etməlidir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kssasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
14. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
15. Cavabdeh kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qərardadını bütövlüklə mübahisələndirdiyindən, hazırki kasassiya baxışının predmetini həmin məhkəmənin qərardadının qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
16. Maddə 357.1. Birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər.
17. Maddə 363.1.1. Apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilm işdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.
18. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.
19. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
21. Belə ki, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi barədə qətnaməsindən cavabdehin verdiyi apelyasiya şikayətini və iş materiallarını nəzərdən keçirərək müəyyən etmişdir ki, Cavabdeh özü də birinci instansiya məhkəməsində verdiyi izahatında iddianın təmin olunmamasını xahiş etmiş, ümumiyyətlə iddiaçıya qarşı hər hansı tələbi olmamış, birinci instansiya məhkəməsində bununla bağlı hər hansı iradə ifadə etməmişdir. Belə olan halda, qəbul edilmiş qətnamədən cavabdehin verdiyi apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur.
22. Kollegiya hesab edir ki, hazırkı işin yuxarıda qeyd edilən halları nəzərə alındıqda, cavabdehin şikayəti üzrə apellyasiyanın mümkün sayılmaması əsaslı olmuşdur. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri qərardadı n ləğv edilməsi üçün əsas təşkil etmir.
23. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
24. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1619/2024 nömrəli iş üzrə 09 sentyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.