Məhkəmə qərarları › İş №2(102)-3667/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3667/2020

04.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3667/2020 04.09.2020 ALİ MƏHKƏMƏ İddiaçı cavabdeh “xxxxxx” ASC-yə qarşı “dividendin ödənilməsi” tələbinə mülki iş üzrə (Açar sözlər: dividendin ödənilməsi, səhmdar cəmiyyətin ümumi yığıncağının səlahiyyətləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçı və vəkili X3 iştirakları ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)-9900/2019 nömrəli qətnaməsindən İddiaçı və vəkili X5 tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 30000 manat məbləğində dividendin iddiaçının xeyrinə alınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(011)-2656/2019 nömrəli qətnaməsi ilə (hakim Ə.R.Abbasova) iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)9900/2019 nömrəli qətnaməsi ilə (hakimlər E.Q.Nəbiyev – sədrilik edən və məruzəçi, R.Ə.Qurbanov və A.Ə.Hüseyn) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(011)-2656/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı və vəkili X1 şika yəti verərək, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(103)-9900/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianı tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, ONA ETİRAZ, TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının cavabdeh ASC-nin səhmdarı olmasını, cavabdeh Cəmiyyətin Azərbaycan Respublikası İXM-in 324.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasını, Cəmiyyətin fəaliyyət dövründə yüksək gəlirlərinin olmasına baxmayaraq, mənfəətdən qərəzli olaraq səhmdara pay verilməməsini nəzərə almamışdır. Məh kəmə iclasında İddiaçı və vəkili X1 şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh “xxxxxx” ASC məhkəmədə səlahiyyətli nümayəndəsinin və vəkilin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxla yır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İş üzrə məhkəmələr tərəfindən müəyyən o lunmuş hallar ondan ibarətdir ki, İddiaçı “xxxxxx” ASC-nin bir qiymətli kağızının nominal dəyəri 2 manat olan 73 ədəd adi adlı səhmin sahibidir. Həmçinin müəyyən olunmuşdur ki, iddia verilən tarixədək “xxxxxx” ASC-də 2 dəfə səhmdarların umumi yığıncağı keçirilmişdir. xx xxxxxx 2011-ci il tarixində keçirilmiş X6 Protokolunun surətinə əsasən, həmin zaman dividendlərin ödənilməsi ilə bağlı məsələ iclasın gündəliyinə daxil edilməmiş, xx xxxx 2015-ci il tarixində keçirilmiş X2 Protokolundan Çıxarışa əsasən isə, həmin iclasda 440 səhmdar iştirak etmiş, iclasın gündəliyinə Cəmiyyətin maliyyə nəticələrinin müzakirəsi və illik hesabatının (balansının) təsdiqi məsələsi salınmış, əldə olunmuş mənfəətin Cəmiyyətin iqtisadi fəaliyyətinə sərf olunmasına dair məsələ səsə qoyulmuş və lehinə 438 səs, əleyh inə 2 səs olmaqla əldə olunmuş mənfəətin dividend bölgüsünə deyil, “xxxxxx” ASC-nin iqtisadi fəaliyyətinə sərf olunması haqqında qərar qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, dividendlərin ödənilməsi ilə bağlı qərar səhmdar cəmiyyətinin ümumi yığıncağı tərəfindən qəbul edilməli olduğundan, lakin “xxxxxx” ASC-nin X4 tərəfindən əldə edilmiş mənfəətin iddiaçının iddia etdiyi kimi dividendlərin ödənilməsinə deyil, Cəmiyyətin iqtisadi fəaliyyətinə sərf edilməsi haqqında qərar qəbul edildiyindən iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 106-1.3.7-ci maddəsinə əsasən səhmdar cəmiyyətinin adi səhminin sahibi olan səhmdarının qanunvericiliklə müəyyən edilmiş qaydada cəmiyyətin xalis mənfəə tindən dividend almaq hüququ vardır. Həmin Məcəllənin 106-3.1-ci maddəsinə əsasən səhmdar cəmiyyətinin xalis mənfəəti vergilər və digər məcburi ödənişlər ödənildikdən sonra yaranır və qanunvericiliklə və cəmiyyətin nizamnaməsi ilə müəyyən edilən məqsədlərə yönəldilə bilər. Xalis mənfəətin səhmdar cəmiyyətinin maliyyə ili üzrə bölüşdürülməsi səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının qərarı ilə qəbul edilir. Məcəllənin 106-3.2-ci maddəsinə əsasən səhmdar cəmiyyəti nizamnamədə müəyyən edilməsindən asılı olaraq dövriyyədə olan səhmlər üzrə aralıq (rüblük, yarımillik) və illik dividendlər ödəyə bilər. Səhmdar cəmiyyətinin dividendlərin ödənilməsi barədə öhdəlikləri onların ödənilməsi haqqında qərarın qəbul edildiyi gündən etibarən yaranır və 30 (otuz) gün müddətində icra edilir. Sə hmdarların tərkibinin dəyişməsi dividendlərin ödənilməsi barədə qərarın bu Məcəllə ilə müəyyən edilmiş müddətdə və qaydada icra olunmasına təsir etmir. Mülki Məcəllənin 106-3.5-ci maddəsinə əsasən dividendlər və onların ödənilməsi qaydası haqqında qərar (həmin məsələ nizamnamədə müəyyən edilmədikdə) cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) və ya həmin orqanlar formalaşdırılmadıqda cəmiyyətin icra orqanının təklifi ilə ümumi yığıncaq tərəfindən qəbul edilir. Həmin Məcəllənin 107.1 və 107.1.4-cü maddələrinə əsasən səhmdar cəmiyyətinin ali idarəetmə orqanı onun səhmdarlarının ümumi yığıncağıdır. Cəmiyyətin illik hesabatlarını, maliyyə hesabatlarını təsdiq etmək, mənfəətini və zərərini bölüşdürmək X2 müstəsna səlahiyyətinə aiddir. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq i zah etmişdir ki, səhmdar cəmiyyəti əsas məqsədi mənfəət əldə etməkdən ibarət olan kommersiya təşkilatıdır. Həmin mənfəəti əldə etmək üçün cəmiyyət buraxmış olduğu səhmlərin nominal dəyərindən ibarət maddi baza əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Səhmdar cəmiyyətinin xalis mənfəəti vergilər və digər məcburi ödənişlər ödənildikdən sonra yaranır. Cəmiyyətin xalis mənfəəti yalnız qanunvericiliklə və cəmiyyətin nizamnaməsi ilə müəyyən edilmiş məqsədlərə yönəlməlidir. Buraya cəmiyyətin təsərrüfat fəaliyyətinin təmin edilməsinə yönəlmiş xərclərlə yanaşı qanunvericiliyin tələblərinə əsasən, cəmiyyətin xalis mənfəətindən səhmdarların dividend almaq hüququnun təmin edilməsi üçün vəsaitlər daxildir. Səhmdar cəmiyyətinin xalis mənfəətinin maliyyə ili üzrə belə bölüşdürülməsi X2 qərarı ilə həyata keçirilir. Dividend dedikdə səhmdarın səhmlərin nominal dəyəri həcmində qoyduqları maya müqabilində aldıqları gəlir anlaşılır. Səhmlərin növlərindən asılı olaraq onlar üzrə dividend ödənilməsinin müxtəlif qaydaları müəyyənləşdirilmişdir. Adi səhm üzrə dividend səhmdar cəmiyyətinin xalis mənfəətinin hər bir adi səhm üzrə hesablanmış ödənişlər şəklində bölüşdürülmüş hissəsidir. Adi səhm sahibinin dividend alması birbaşa cəmiyyətin təsərrüfat fəaliyyəti nəticəsi ilə bağlıdır və əldə edilmiş xalis mənfəətdən hesablanır. Səhmdar cəmiyyətin xalis mənfəətinin cəmiyyətin maliyyə ili üzrə hesablanması və bölüşdürülməsi cəmiyyətin ümumi yığıncağının qərarı ilə həyata keçirilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iddia verilən tarixədək cavabdeh Cəmiyyətin səhmdarlarının ümumi yığın cağı tərəfindən mənfəətin bölüşdürülməsi və dividendlərin ödənilməsinə dair qərar qəbul edilmədiyindən iddia tələbi əsassız olmuşdur. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirildən qətnamə qəbul edərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin q ətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və vəkili X5 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)9900/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: imza var imzalar var

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar