Məhkəmə qərarları › İş №2(102)-3667/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3667/2021

14.07.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3667/2021 14.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İlk iddia üzrə iddiaçı: İddiaçı İlk iddia üzrə cavabdeh: Cavabdeh İlk iddia üzrə iddia tələbi: mənzilə köçürülməsi Qarşılıqlı iddia üzrə iddiaçı: Cavabdeh Qarşılıqlı iddia üzrə cavabdeh: İddiaçı Qarşılıqlı iddia üzrə iddia tələbi: yaşayış hüququnun itirilməsi Açar sözlər: sosial kirayə müqaviləsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, Qarşılıqlı iddia üzrə iddiaçının vəkili Vəkil3 iştirakı ilə, Şəki Apelly asiya Məhkəməsi Mülki Kollegiyasının 02 fevral 2021-ci il tarixli qətnaməsindən qarşılıqlı iddia üzrə iddiaçının kassasiya şikayətinə 14 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı ilə Cavabdeh 02 oktyabr 2009-cu il tarixdə rəsmi nikan qeydiyyatından keçməklə ailə qurmuşlar. 283 saylı 27 fevral 2017-ci il tarixli Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, Mingəçevir şəhərinin H.Əliyev küçəsindəki 1/2 saylı evin 21 saylı mənzil Cavabdeh sahibliyinə və istifadəsinə verilmişdir. Tərəflər arasındakı nikah 23 iyul 2019-cu il tarixli məhkəmə qətnaməsi əsasında pozulmuşdur. Birinci instansiya məhkəməsində icraat 27 fevral 2020-ci il tarixdə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Mingəçevir şəhərinin H.Əliyev küçəsindəki 1/2 saylı evin 21 saylı mənzilinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, Cavabdeh qarşlıqlı iddia qaldıraraq, İddiaçı ona məxsus olan Mingəçevir şəhəri, H.Əliyev küçəsindəki 1/2 saylı evin 21 saylı mənzilindən istifadə hüquqlarının itirilməsini xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-712/2020 saylı iş üzrə 13 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakim H.S.Mirzəliyev) İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddiası rədd edilmiş, Cavabdeh qarşılıqlı iddiası təmin edilmiş, İddiaçı Mingəçevir şəhərinin 20 Yanvar küçəsində yerləşən 1/2 saylı evin 21 saylı mənzilindən istifadə hüququnun olmamasının müəyyən edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni on unla əsaslandırmışdır ki, İddiaçı sözügedən mənzildə qeydiyyatda olsa da, uzun müddətdir ki, orada yaşamamış, mənzilə qeydiyyatı formal xarakter daşıyır və onun mənzildən istifadə hüququnun davam etməsi mülkiyyətçinin qanundan irəli gələn hüquqlarını məhdudlaşdırır. Mülki Məcəlləsinin 228-ci maddəsinə və Mənzil Məcəlləsinin 30-cu maddələrinə istinad edərək hesab edilir ki, Qurbanov X1 şəhəri, 20 Yanvar küçəsindəki 1/2 saylı evin 21 saylı mənzilinə müvəqqəti qeydiyyata düşməsinə baxmayaraq, o, həmin mənzildə uzun müddət yaşamadığına əsasən istifadə hüququ yaranmamışdır. Apellyasiya instansiyası məhkəməsində icraat Həmin qətnamədən ilk iddia üzrə iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməs ini xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən maddi-hüquq normaları düzgün tətbiq edilməmiş, işin faktiki hallarına düzgün qiymət verməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamış, nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-147/2021 nömrəli iş üzrə 02 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər R.R.Rəfiyev, V.İ.Məlikov, A.A.Mahmudov) аpellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı iddia tələbi təmin edilmiş, İddiaçı Mingəçevir şəhəri, 20 Yanvar küçəsindəki 1/2 saylı evin, 21 saylı mənzilinə köçürülməsi qət edilmiş, Cavabdeh qarşılıqlı iddiası rədd edilmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi mövcud qanunvericiliyinin tələblərinə düzgün hüquqi qiymət verməmiş və bu səbəbdən də mübahisəni düzgün həll etməmişdir. Qanunvericiliyin tələblərinə görə, sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisi Cavabdeh ailə üzvü olmuş İddiaçı kirayəçinin ailə üzvləri tərkibindən çıxıb qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin şəxs kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. Həmçinin sosial kirayə müqaviləsi üzrə kirayəçisinin və (və ya) onunla birlikdə yaşayan ailə üzvlərinin və ya ailə üzvlərindən birinin müvəqqəti başqa yerə getməsi onların sosial kirayə müqaviləsi üzrə hüquq və vəzifələrinin dəyişdir ilməsinə səbəb olmur. Cavabdeh Mingəçevir şəhəri, 20 Yanvar küçəsindəki 1/2 saylı evin, 21 saylı mənzilin mülkiyyətçisi deyildir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Qarşılıqlı iddia üzrə iddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassator şikayətini onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil 1 otaqdan ibarətdir. İddiaçıla hazırda heç bir münasibətləri olmadığı üçün onun həmin mənzilə köçürülməsi yolverilməzdir. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri ba rədə xəbərdar edilmiş iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yo xlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qarşılıqlı iddia üzrə iddiaçının kassasiya şikayəti əsasında tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mənzil Məcəlləsinin 48-ci maddəsinə görə sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri ve rilir. Həmin Məcəllənin 59.1-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 62.1-ci maddəsində göstərilmişdir ki,yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisi nin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri yaşayış sahəsinin sosial kirayə müqaviləsində göstərilməlidirlər. Vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. Həmin Məcəllənin 70-ci maddəsində göstərilmişdir ki, yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçisinin və (və ya) onunla birlikdə yaşayan ailə üzvlərinin və ya ailə üzvlərindən birinin müvəqqəti başqa yerə getməsi onların sosial kirayə müqaviləsi üzrə hüquq və vəzifələrinin dəyişdirilməsinə səbəb olmur. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması halları müəyyən edilmir. Bu ba xımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassatorun şikayətinin dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Apellyasiya instansiya məhkəməsi tərəfindən həmin dəlillərə qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar