Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3668/2021 14.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə dair (İsmayıllı rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi) iş üzrə QƏRARİ Açar sözlər: mirasın qəbul edilməsi və sənədin şəxsə məxsus olması hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə, vəkili Vəkil1 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-429/2021 nömrəli iş üzrə 17 fevral 2021-ci il tarixli qətnaməsindən Ərizəçi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 14 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları JN 097F, KOD 40704018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 23 avqust 1998-ci il tarixli 61 saylı qərarı ilə 0,08 hektar həyətyanı torpaq sahəsi İsmayıllı rayonu Əhən kənd sakini X14 və X10 birgə mülkiyyətinə verilmişdir. X14 19 fevral 2003-cü ildə vəfat etmişdir. X8 19 dekabr 2013-cü ildə vəfat etmişdir. İsmayıllı RİHB Əhən İƏD üzrə nümayəndəliyində 09 dekabr 2011-ci il tarixdə təsdiq edilmiş, reyestrdə 02 nömrə ilə qeydə alınmış vəsiyyətnaməyə əsasən İsmayıllı rayonun Əhən kəndində yaşayan X8 özünə məxsus olan Əhən kəndində 2 otaqlı 28,8 kvadrat metr yaşayış evini, tövləsini, JN097F KOD 40704018 nömrəli dövlət şəhadətnaməsi ilə verilən həyətyanı torpaq sahəsini Əhən kəndində yaşayan Ərizəçi vəsiyyət etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 19 oktyabr 2016-cı il tarixli 2-1(84)-764/2016 saylı qərarına əsasən cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin üzərinə X9 və X11 adlarına verilmiş JN-097F saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin 437,8 kvadrat metr hissəsinin ləğv edilməsi və ləğv edilməsi tələb olunan 437,8 kvadrat metr torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin vahid daşınmaz əmlak kimi iddi açı Şahid1 adına qeydə alınması öhdəliyi qoyulmuşdur. 07 fevral 2017-ci il tarixli **********36-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ümumi sahəsi 31,5 kvadrat metr olan fərdi yaşayış evi və 0,0438 hektar həyətyanı torpaq sahəsi Şahid1 adına qeydə alınmışdır. 09 avqust 2017-ci il tarixli **********51 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ümumi sahəsi 0,085 hektar (0,0438 hektar da daxil olmaqla) həyətyanı torpaq sahəsi Şahid1 adına qeydə alınmışdır. 18 fevral 2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Şahid1 DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən 07 fevral 2017-ci il tarixdə **********3610301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İsmayıllı rayonu Əhən kəndində yerləşən ümumi və yaşay ış sahəsi 31,5 kvadrat metr metr olan iki otaqlı fərdi yaşayış evini, 0,0438 hektar həyətyanı torpaq sahəsini tam mülkiyyət üzrə hədiyyə alan Şahid2 mülkiyyətinə vermişdir. 14 sentyabr 2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Şahid1 DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən 09 avqust 2017-ci il tarixdə verilmiş **********51 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İsmayıllı rayonu Əhən kəndində yerləşən ümumi sahəsi 0,085 hektar həyətyanı torpaq sahəsini tam mülkiyyət üzrə hədiyyə alan Şahid2 mülkiyyətinə vermişdir. 21 sentyabr 2017-ci il tarixli **********30-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış və 407-4018/68 inventar nömrəli texniki pasportda əsasən ümumi sahəsi 31,5 kvadrat metr metr olan fərdi yaşayış evi və 0,128 8 hektar həyətyanı torpaq sahəsi Şahid2 adına qeydə alınmışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 04 dekabr 2019-cu il tarixli 2-1(84)-1637/2019 saylı qərardadı ilə iddiaçı Şahid1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə qarşı “X4 və X11 adlarına verilmiş JN-097F KOD 40704018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin 0,045 hektar hissəsinin ləğv edilməsi, həmin 0,045 hektar torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evinin vahid daşınmaz əmlak kimi adına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası geri götürülmüş sayılmış və icraata xitam verilmişdir. İsmayıllı rayon Notariat Ofisinin 24 iyul 2020-ci il tarixli 868 nöm rəli məktubunda qeyd edilmişdir ki, Ərizəçi anasının xalası olmuş mərhum X3 miras qalmış əmlaka vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə dair müraciətinə miras əmlakın qəbulu üçün qanunvericiliklə müəyyən edilmiş 6 aylıq müddət buraxıldığından, miras əmlakın faktiki qəbulu üçün faktların sübutu mümkün olmadığından miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün olmamış və bu məsələ ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 29 iyul 2020-ci il tarixli **********74 nömrəli məktubunda qeyd edilmişdir ki, Ərizəçi JN-097F nömrəli “Torpağa mülkiyyət hüququna dair” şəhadətnamədə ad və soyad səhvlərinin dəyişdirilərək qeydiyyata alınm ası ilə bağlı müraciət etmiş, müraciətinə cavab olaraq hüquq müəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat Ərizəçi (bundan sonra ərizəçi) ərizə ilə məhkəməyə müraciət edərək İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 23 avqust 1998-ci il tarixli 61 saylı qərarı ilə İsmayıllı rayon Əhən kənd sakinləri X14 və X10 birgə mülkiyyətinə verilmiş 0,08 hektar həyətyanı torpaq sahəsinə dair JN097F KOD 40704018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin X14, X6 məxsus olması və X3 miras qalan JN-097F KOD 40704018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəha dətnamə üzrə 0,08 hektar həyətyanı torpaq sahəsi, 2 otaqlı fərdi yaşayış evi və tövlə binasının İsmayıllı RİHB Əhən İƏD üzrə nümayəndəliyində 09 dekabr 2011-ci il tarixdə təsdiq edilmiş, reyestrdə 02 nömrə ilə qeydə alınmış vəsiyyətnamə üzrə ərizəçi tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, həmkəndlisi və qohumu X1 İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının Əhən İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində təsdiq edilmiş və reyestrdə 02 nömrə ilə qeydə alınmış 09 dekabr 2011-ci il tarixli vəsiyyətnamə ilə iki otaqlı fərdi yaşayış evini, JN-097F, KOD 40704018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə anası X14 ilə özünün birgə mülkiyyətinə verilmiş 0,08 hektar həyətyanı torpaq sa həsini və həmin həyətyanı torpaq sahəsində olan tövləni ərizəçiyə vəsiyyət etmişdir. Mərhumların istifadəsində olan həyətyanı torpaq sahəsi ümumilikdə 0,142 hektar olmuş, onun 0,08 hektarı şəhadətnamə üzrə adlarına qeydə alınmış, qalan 0,062 hektarı sənəd üzrə bələdiyyə mülkiyyətində qalmışdır. X14 19 fevral 2003-cü ildə vəfat etmiş, ondan qalan mirası birinci növbəli vərəsəsi olan, onunla birlikdə yaşayan ailə qurmamış qızı X8 faktiki qəbul etmişdir. Gülarə Xankişiyeva 19 dekabr 2013-cü ildə vəfat etmişdir. Ərizəçi vəsiyyət üzrə vərəsə kimi Gülarə Xankişiyevadan miras qalan, Gülarə Xankişiyeva və Gülzaman Rzayevanın birgə mülkiyyətinə verilmiş həyətyanı torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən iki otaqlı fərdi yaşayış evini, habelə tövlə binasını faktiki qəbul etmiş və idarə etm iş, vergiləri, kommunal xidmətlər üçün haqları ödəmişdir. Eyni zamanda miras qoyanın faktiki istifadəsində olan 0,062 hektar torpaq sahəsi ərizəçinin faktiki olaraq istifadəsinə keçmişdir. X14 və X5 adlarına verilmiş JN-097F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin 0,045 hektar hissəsinin ləğv edilməsi və ləğv edilməsi tələb olunan 0,045 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evinin vahid daşınmaz əmlak kimi adına qeydə alınması öhdəliyinin DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin üzərinə qoyulması tələbi ilə Şahid1 Şəki İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırmışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 19 oktyabr 2016-cı il tarixli qərarı ilə X14 və X5 adlarına verilmiş JN-097F, KOD 40704018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin 437,8 kvadrat metr hissədə ləğv edilməsi və ləğv edilməsi tələb olunan 437,8 kvadrat metr torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin vahid daşınmaz əmlak kimi Şahid1 adına qeydə alınması öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Daha sonra Şahid1 ümumi və yaşayış sahəsi 31,5 kvadrat metr olan iki otaqlı fərdi yaşayış evinə, 0,0438 hektar həyətyanı torpaq sahəsinə, ümumi sahəsi 0,085 hektar həyətyanı torpaq sahəsinə 2017-ci ildə çıxarışlar almış və mülkiyyətində olan həmin torpaq sahələrini və iki otaqlı fərdi yaşayış evini bacısı Şahid2 bağışlamışdır. 2019-cu ildə ərizəçi həmin iş üzrə üçüncü şəxs qismində işə cəlb edilmiş və Şəki İnzibati-İqtisadi Məhkəməsinin 19 oktyabr 2016-cı il tarixli qərarı ləğv edilərək işə mahiyyəti üzrə baxılmas ı təzələnmişdir. İşə yenidən baxılmış və məhkəmə prosesi zamanı Şahid1 iddiasını geri götürdüyündən iş üzrə icraata xitam verilməsi barədə 04 dekabr 2019-cu il tarixli yeni qərar qəbul edilmişdir. Hazırda ərizəçi Şəki İnzibati Məhkəməsinə müraciət edərək Şahid1 adına 31,5 kvadrat metr sahəsi olan fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 0,0438 hektar torpaq sahəsinə dair 07 fevral 2017-ci il tarixli RX seriyalı ******* saylı və Şahid1 adına həyətyanı torpaq sahəsinin tərkib hissəsi olan 0,085 hektar torpaq sahəsinə dair 09 avqust 2017-ci il tarixli RX seriyalı ******* saylı Çıxarışların ləğv edilməsi öhdəliyinin DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin üzərinə qoyulması tələb etmiş və iş üzrə məhkəmə iclası 25 noyabr 2020-ci il tarixə təyin edilmişdir. Torpaq islahatları zamanı X14 və X10 adlarına verilmiş JN-097F, KOD 40704018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə texniki səhv olaraq X2 anasının soyadına uyğun olaraq “Rzayeva”, adı isə “Gülarə” əvəzinə “Güllər” yazılmışdır. Əslində həmin şəhadətnamə X6 məxsusdur. Həmin faktların məhkəməyə qədər və məhkəmədən kənar təsdiqi mümkün deyildir. O, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 23 avqust 1998-ci il tarixli 61 saylı qərarı ilə İsmayıllı rayon Əhən kənd sakinləri X14 və X10 birgə mülkiyyətinə verilmiş 0,08 hektar həyətyanı torpaq sahəsinə dair JN-097F Kod 40704018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin X14, X6 məxsus olması və X3 miras qalan JN097F KOD 40704018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə 0,08 hektar həyətyanı torpaq sahəsi, iki otaqlı fərdi ya şayış evi və tövlə binasının İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının Əhən İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində 09 dekabr 2011-ci il tarixdə təsdiq edilmiş, reyestrdə 02 nömrə ilə qeydə alınmış vəsiyyətnamə üzrə ərizəçi tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinə təqdim olunmuş Şəki İnzibati Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli 2-1(116)-764/2020 nömrəli bildirişindən müəyyən edilir ki, iddiaçı Ərizəçi cavabdeh daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən Şahid1 adına 31,5 kvadrat metr sahəsi olan fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 0,0438 hektar torpaq sahəsinə dai r vahid mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində **********36-10301 reyestr nömrəsi ********** qeydiyyat nömrəsi ilə 07.02.2017-ci ildə qeydə alınaraq Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı ******* saylı və Şahid1 adına həyətyanı torpaq sahəsinin tərkib hissəsi olan 0.085 hektar torpaq sahəsinə dair Şahid1 mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində **********51 reyestr nömrəsi ********** qeydiyyat nömrəsi ilə 09.08.2017-ci ildə dövlət qeydiyyatına alınaraq Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı ******* saylı çıxarışların ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə məhkəmə iclası 25 noyabr 2020-ci il tarixə saat 1 2:00 Şəki Məhkəmə Kompleksinin binasına təyin edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 01 oktyabr 2020-ci il tarixli **********43 nömrəli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 19 oktyabr 2016-cı il tarixli qərarı ilə JN097F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olunan 0,08 hektar torpaq sahəsinin 0,04378 hektar hissəsi və üzərində yerləşən fərdi yaşayış evi Şahid1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və torpaq sahəsi qalan 0,036 hektar hissədə qüvvədədir. İsmayıllı RİHB-nin Əhən kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin 02 oktyabr 2020-cu il tarixli 171 nömrəli arayışında qeyd edilmişdir ki, Əhən kənd sakini olmuş mərhum X8 15 dekabr 2 013-cü ildə vəfat edənə kimi Əhən kəndində yaşamışdır. X5 anası X14 ilə ölənə kimi birgə yaşamışlar və qızı X3 başqa varisi olmamışdır. X5 vərəsəsi olmamışdır. İsmayıllı RİHB-nin Əhən kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin 02 oktyabr 2020-cu il tarixli 172 nömrəli arayışında qeyd edilmişdir ki, Əhən kəndində həyətyanı torpaq sahələri özəlləşdirmə üçün ölçülərkən torpaq sahəsinin JN-097F plan və ölçüsü sənədlərində (kadastrda), Aqrar İslahat Komissiyası tərəfindən verilmiş siyahıda X5 adında və soyadında texniki səhv olaraq X15 yazılmışdır. “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş bildirişlərdən və istifadə olunmuş elektrik enerjisinə görə haqların ödənilməsinə dair mədaxil qəbzlərdən müəyyən edilir ki, abonentin adı X7 qeyd edilmiş və haqlar ayrı-ayrı vaxtlarda X12 adında n ödənilmişdir. 23 may, 31 may 2018-ci il və 11 iyul 2020-ci il tarixli tədiyyə bildirişlərindən və 15 iyul 2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən müəyyən edilir ki, Əhən Bələdiyyəsi tərəfindən torpaq vergisinin ödənilməsi üçün Ərizəçi adına bildiriş göndərilmiş və Ərizəçi öz adından 15 iyul 2020-ci il tarixdə torpaq vergisini ödəmişdir. Birinci instansiya məhkəməsinin iclasında Şahid1 ifadə verərək göstərmişdir ki, ərizəçi yeznəsi Nümayəndə qardaşıdır. X26 və Gülarə Xankişiyeva qonşuları olmuşlar. X19 və Xankişi adlı uşaqları olmuşdur. Xankişi Rzayevin rəsmi nikahda olmayan oğlu Əlirza Süleymanov Bakı şəhərində yaşayır. Əlirza Süleymanov hər il Əhən kəndinə gedib-gəlir. JN-097F, KOD 40704018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə Gülzaman və Gülarəni n mülkiyyətində olan 0,08 hektar həyətyanı torpaq sahəsini və həmin həyətyanı torpaq sahəsində olan tövləni əvvəllər Gülarə, Gülarənin vəfatından sonra əvvəlcə o istifadə etmişdir. O, daha sonra oranı bacısı Gülsirəyə bağışlamış, oradan Gülsirə və ailəsi istifadə etmişlər. Ərizəçi köçəri həyat sürmüş, müəyyən əşyalarını, istifadə etdiyi odunları tövləyə yığmışdır. Daha sonra Gülsirənin əri İsa tövləni sökmüşdür. Birinci instansiya məhkəməsinin iclasında Şahid2 ifadə verərək göstərmişdir ki, o, mübahisəli torpaqdan istifadə edir, vergiləri və kommunal xidmətlər üçün haqları ödəyir. Ərizəçinin öz torpaq sahəsi var və oradan istifadə edir. Birinci instansiya məhkəməsinin iclasında şahid X27 ifadə verərək göstərmişdir ki, torpaq sahəsindən əvvəl X13 istifadə etmiş, 1998-ci ildə Azərbaycana gəl əndən sonra özü istifadə etmişdir. Ərizəçinin öz torpaq sahəsi var və oradan istifadə edir. İsmayıllı Rayon Məhkəməsinin (hakim Rəfayel Şirinov) 15 oktyabr 2020-ci il tarixli 2(037)685/2020 nömrəli qətnaməsi ilə ərizə rədd edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 19 oktyabr 2016-cı il tarixli qərarı ilə JN-097F KOD 40704018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olunan 0,08 hektar həyətyanı torpaq sahəsinin 0,04378 hektar hissəsi və üzərində yerləşən fərdi yaşayış evinin Şahid1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığından, daha sonra Şahid1 ümumi və yaşayış sahəsi 31,5 kvadrat metr olan iki otaqlı fərdi yaşayış evinə, 0,0438 hektar həyətyanı torpaq sahəsinə dair 07 fevral 2017-ci il tarixli **********3610301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli və ümumi sahəsi 0,085 hektar həyətyanı torpaq sahəsinə dair 09 avqust 2017-ci il tarixli **********51 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışlar alaraq həmin əmlakları bacısı Şahid2 bağışladığından, Şahid2 isə bağışlama müqavilələri əsasında ümumi sahəsi 31,5 kvadrat metr metr olan fərdi yaşayış evinə və 0,1288 hektar həyətyanı torpaq sahəsinə dair 21 sentyabr 2017-ci il tarixli **********30-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış aldığından və hazırda JN097F KOD 40704018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin 0,036 hektar hissəsi qüvvədə qaldığından ərizə rədd edilməlidir. Birinci instansiya məhkəməsi ərizənin təmin edilməməsini qət edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1 və 1166-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1, 307.2.2 və 308-ci maddələrinə istinad etmişdir. Ərizəçi qətnamədən apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Ələddin Məcidov - sədrlik edən və məruzəçi, Mahir Əsədli, Ayaz Mahmudov) 17 fevral 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə ərizəçinin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirər ək qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan ərizəçi də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Ərizəçi (Vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Ərizəçinin nümayəndəsi və vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə maraqlı şəxsin nümayəndəsi gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulma sı və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən ərizəçi qətnaməni tam mübah isələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə: Maddə 307.1. Məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə
308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 307.2 və 307.2.9. Məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Kassasiya instansiyası məhkəməsin in mövqeyi Məhkəmə kollegiyası məruzəçini, ərizəçinin nümayəndəsinin və vəkilinin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Baxılan iş Mülki Prosessual Məcəllədə xüsusi icraat bölməsində nəzərdə tutulmuş hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə verilən ərizə ilə bağlı işdir. MPM-nin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 - 40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Baxılan işdə ərizəçi iki faktın müəyyən edilməsini məhkə mədən xahiş etmişdir: 1) İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 23 avqust 1998-ci il tarixli 61 saylı qərarı ilə İsmayıllı rayon Əhən kənd sakinləri X14 və X10 birgə mülkiyyətinə verilmiş 0,08 hektar həyətyanı torpaq sahəsinə dair JN-097F Kod 40704018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin X14, X6 məxsus olması; 2) X3 miras qalan JN097F KOD 40704018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə 0,08 hektar həyətyanı torpaq sahəsi, iki otaqlı fərdi yaşayış evi və tövlə binasının İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının Əhən İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində 09 dekabr 2011-ci il tarixdə təsdiq edilmiş, reyestrdə 02 nömrə ilə qeydə alınmış vəsiyyətnamə üzrə vərəsə kimi ərizəçi tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi. Ərizəd ən müəyyən edilir ki, ərizəçi JN-097F Kod 40704018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin X14 və X6 məxsus olmasını xahiş edərkən ərizəsini onunla əsaslandırmışdır ki, torpaq islahatları zamanı X14 və X10 adlarına verilmiş şəhadətnamədə texniki səhv olaraq X2 anasının soyadına uyğun olaraq “Rzayeva”, adı isə “Gülarə” əvəzinə “Güllər” yazılmışdır. Əslində həmin şəhadətnamə X6 məxsusdur. MPM-nin 307.2 və 307.2.5-ci maddələrinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən v erilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə baxır. Həmin Məcəllənin 306.2-ci maddəsinə görə, xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Baxılan işdə ərizəçinin birinci tələbi üzrə ərizəsinə baxılarkən birinci instansiya məhkəməsi prosessual pozuntuya yol verərək ərizədəki həmin tələblə bağlı sənədi verən Müvafiq İcra Hakimiyyəti orqanının (və ya orqanın hüquqi varisini) maraqlı şəxs qismində işə cəlb etməmişdir. Apellyasiya instansiyası məhkəməsi də bu pozuntuya əhəmiyyət verməyərək məhkəmənin gəldiyi səhvi təkrarlamışdır. Bundan başqa birinci instansiya məhkəməsi ərizəni rədd edərkən iş materiallarına əlavə edilmiş Şəki İnzibati-İqtisadi Məhkəməsinin 19 ok tyabr 2016-cı il tarixli 2-1(84)764/2016 saylı qərarına istinad etmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsi həmin qərardada istinad etmiş, lakin eyni iş üzrə işə əlavə edilmiş Şəki İnzibati-İqtisadi Məhkəməsinin 04 dekabr 2019-cu il tarixli 2-1(84)-1637/2019 saylı qərardadını nəzərə almamışdır. Belə ki, 04 dekabr 2019-cu il tarixli qərardadla iddiaçı Şahid1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə qarşı “X4 və X11 adlarına verilmiş JN-097F KOD 40704018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin 0,045 hektar hissəsinin ləğv edilməsi, həmin 0,045 hektar torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evinin vahid daşınmaz əmlak k imi adına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası geri götürülmüş sayılmış və icraata xitam verilmişdir. Digər tərəfdən birinci instansiya məhkəməsi ərizəçinin ərizəsində göstərdiyi hüquqi faktların müəyyən edilməsi ilə bağlı heç bir hüquqi qiymətləndirmə aparmamış, məhkəmə mübahisələrinin hazırki iş üzrə hüquqi faktların müəyyən edilməsinə nə kimi maneəçilik törətməsini əsaslandırmamış, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 19 oktyabr 2016-cı il tarixli qərarının nəticələrini sadalamaqla iddiaçının hazırkı tələblə məhkəməyə müraciətin artıq hüquqi əhəmiyyətini itirməsi, subyektiv hüququnun olmaması qənaətinə gəlməyə çalışmışdır. Apellyasiya instansiyası məhkəməsi də məhkəmənin gəldiyi səhvi təkrarlamış, apellyasiya şikayətinin dəlillərinə heç bi r qiymət verməmiş, ərizəçinin şikayətdə göstərdiyi hallarla bağlı heç bir sübut təqdim etmədiyini qeyd etməklə kifayətlənmişdir. Məhkəmə nəzərə almamışdır ki, miras qoyan X5 qanun üzrə vərəsələri yoxdur, ərizəçi onun yeganə vərəsəsidir, sonuncu tərəfindən mirasın qəbul edilməsi faktını mübahisləndirmək hüququ malik şəxslər myəyyən olunmamışdır. Lakin məhkəmə nəzərə almamışdır ki, ərizəçinin apellyasiya şikayətinin dəlilləri və hazırki işin mahiyyəti sübutların tədqiqi ilə bağlı olmamışdır. Ərizəçi məhkəmədən yuxarıda qeyd edilən iki hüquqi əhəmiyyətli faktın müəyyən edilməsini xahiş etmiş, işə baxan məhkəmələr birinci faktla bağlı hər hansı bir hüquqi qiymətləndirmə aparmamış, ikinci faktla bağlı isə ərizənin rədd edilməsi barədə məhkəmələrin gəldiyi nəticə işin hallarına və ərizənin dəlil lərinə uyğun olmamışdır. Mülki Prosessual Məcəllənin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. “İ.Ağayevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 17 yanvar 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 22.01.2013-cü il tarixli qərarında göstərilmişdir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) məhkəmələr tərəfindən məhkəmə aktlarının əsaslandırılması ilə bağlı irəli sürülən tələbinə əməl edilməməsini ədalətli məhkəmə araşdırılması hüququnun pozulması kimi qəbul edir və özünün bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir. Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (Kuznetsov və digərlərinin işi üzrə 21 yanvar 2007-ci il tarixli qərar; Hiro Bilaninin işi üzrə 9 dekabr 1994-cü il tarixli qərar).” Avropa Məhkəməsinin Kraska İsveçrəyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı, “məhkəmə” üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır. Qeyd olunan halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndəril məlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nn 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Ərizəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şəki Apellyas iya Məhkəməsi mülki kollegiyasının 2(107)-429/2021 nömrəli iş üzrə 17 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.