Məhkəmə qərarları › İş №2(102)-3669/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3669/2024

29.11.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3669/2024 29.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Qazax rayon notariat ofisi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: (qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında verilmiş çıxarışın ləğvi və mirasın faktiki qəbul edilməsinin müəyyən olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi hakim), Vəliyeva E lşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Qazax rayon notariat ofisi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinə (X13 və Xanbabayev Fərrux Tağı oğlu üçüncü şəxs olmaqla) qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında verilmiş çıxarışın ləğvi və mirasın faktiki qəbul edilməsinin müəyyən olunması” tələbinə dair Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-199/2024 nömrəli iş üzrə 20 iyun 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qa ydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Qazax rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışa əsasən, Xanbabayev X30 ilə X5 xx.xx.1954-cü il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar;

2. Doğum haqqında şəhadətnaməyə əsasən, X14 xx.xx.1954-cü il tarixdə anadan olmuşdur, atası Xanbabayev X30, anası X2r;

3. Doğum haqqında şəhadətnaməyə əsasən, X22 xx.xx.1955-ci il tarixdə anadan olmuşdur, atası Xanbabayev X30, anası X2r;

4. Doğum haqqında şəhadətnaməyə əsasən, X13 xx.xx.1963-cü il tarixdə anadan olmuşdur, atası Xanbabayev X30, anası X2r;

5. Qazax rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışa əsasən, Cavabdeh1 xx xxxx 1968-ci il tarixdə anadan olmuşdur, atası Xanbabayev X30, anası X2r;

6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 01 sentyabr 2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0.0687 ha torpaq sahəsi və üzərində yerləşən 181.30 kv.m olan fərdi yaşayış evi Xanbabayev X26 mülkiyyətində olmuşdur;

7. Ölüm haqqında şəhadətnaməyə əsasən, Xanbabayev X30 21 aprel 1990-cı il tarixdə Qazax şəhərində vəfat etmişdir; 8. 18 mart 1991-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, mərhum Xanbabayev X26 vərəsələri ünvan 1 ünvanında qeydiyyatda olan X3, X22, X10 və Cavabdeh1 onun əmlaklarından bərabər hissələrdə irs almalıdırlar;

9. Qazax rayon notariat ofisi tərəfindən verilmiş 04 sentyabr 2021-ci il tarixli 2V-532 reyestr nömrəli qa nun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, 1990-cı il tarixdə vəfat etmiş Xanbabayev Fərrux Tağı oğlunun ünvan 1 ünvanında qeydiyyatda olan oğlu Cavabdeh1 həmin miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak xx.xx.2021-ci il tarixdə Xanbabayev X29 verilmiş **********8010301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanındakı 0.0687 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 181.3 kv.m olan fərdi yaşayış evindən ibarətdir;

10. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 18 sentyabr 2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən ün van 1 ünvanında yerləşən ümumi sahəsi 181.30 kv.m olan fərdi yaşayış evi Cavabdeh1 mülkiyyətinə verilmişdir.

11. Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətinə əsasən, İddiaçı xx.xx.1985-ci il tarixdə doğulmuşdur, atası X22, anası X11r;

12. Ölüm haqqında şəhadətnaməyə əsasən, X22 05 iyun 1995-ci il tarixdə Qazax şəhərində vəfat etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Qazax rayon notariat ofisi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qazax rayon notariat ofisindən verilmiş 21 aprel 1990-cı il tarixdə vəfat etmiş babası Xanbabayev X26 mirasından payların müəyyən edilməsi barədə 04 sentyabr 2021-ci il tarixli, 2V-532 reyestr nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, onun əsasında Cavabdeh1 adına verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Qazax rayon notariat ofisindən verilmiş 19 aprel 1994-cü il tarixdə vəfat etmiş atası X16 mirasdan payların müəyyən edilməsi barədə 28 noyabr 2012-ci il tarixli, 2V-52361 reyestr nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi babası Xanbabayev Fərrux Tağı oğlundan miras qalmış ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və həyətyanı torpaq sahəsindən atasına münasibətdə miras payının verilməsi, el əcə də X15 miras qalmış Qazax şəhəri Mərkəzi bazarda yerləşən mağazaya vərəsəliyinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Ərazi İdarəsindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat və **********80-10301 reyestr nömrəsi ilə hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən mərhum babası Xanbabayev Fərrux Tağı oğlundan miras qalmış və cavabdeh əmisi bütün vərəsələrin bu evdə miras payı olduğu halda 14 sentyabr 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi ilə miras əmlakı bütövlükdə öz adına keçirtmişdir. Hansı ki, 18 mart 1991-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında atası X22 da babasının hüquqi varisi olaraq müəyyən edilməklə ondan miras pay almışdır. Buna baxmayaraq, son vərəsəlik işində yalnız cavabdeh əmisi mirasdan pay almışdır. Atasının isə 3 varisi vardır ki, hamısı babasından miras qalmış evdə yaşayaraq mirası qəbul etmişlər. Bundan başqa onun xəbəri olmadan qanunsuz olaraq qardaşı da atasının bankda olan puluna 2012-ci ildə vərəsəlik işi açdırmışdır. Bununla da digər vərəsələrin hüquqları pozulmuşdur. Onların babalarının mirasından atalarına düşən pay hissəsində payları müəyyən edilməliydi. Atasının vəfatından sonra bu əmlakı payçılar olaraq babası və atası idarə etmişdir. Atasının vəfatından sonra onlar bu əmlakı idarə etmişlər. Babalarının vəfatından sonra da bu əmlaka onlar sahiblənərək idarə etmişlər.

15. Qazax Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli 2(023)-711/2023 nömrəli qətnaməsi ilə (hakim Nemət Musayev) iddianın qismən təmin edilməsi, Qazax rayon Notariat kontoru tərəfindən təsdiq edilmiş 04 sentyabr 2021-ci il tarixli, 2V-532 reyestr nömrəli qanun üzrə vərərəsəlik hüququ haqqında şəhadətnaməsinin etibarsız hesab edilməsi, onun əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri xidmətinin Hüquqların Dövlət qeydiyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin 18 sentyabr 2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışının ləğv edilməsi, Xanbabayev X26 miras qalmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri xidmətinin Hüquqların Dövlət qeydiy atı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin 01 sentyabr 2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin ½ hissəsində Cavabdeh1 və ½ hissəsində isə İddiaçı paylarının müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

16. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə iclasında cavabdeh iddianı qəbul edərək bildirmişdir ki, bəli, iddiaçı mirasın açıldığı vaxt həmin evdə yaşamışdır. Bundan başqa iş materiallarında olan sənədlərdən müəyyən edilir ki, iddiaçının atası X22 18 mart 1991-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi ilə miras qoyan Xanbabayev X26 vərəsəsi olaraq onun mirasında pay almışdır. Xanbabayev X26 04 sentyabr 2021-ci il tarixli, 2V-532 reyestr nömrəli qanun üzrə vərəsəlik işi açılan zaman iddiaçının atası X16 18 mart 1991-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi ilə miras qoyan Xanbabayev X26 vərəsəsi olaraq onun mirasından pay alması nəzərə alınmamışdır. Buda onu göstərir ki, Xanbabayev X26 ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə 04 sentyabr 2021-ci il tarixli, 2V-532 reyestr nömrəli qanun üzrə vərəsəlik işi açılan zaman onun varisləri mirasın qəbulu üçün dəvət edilməmişdir. İddiaçının tələb irəli sürdüyü Qazax rayon mərkəzi bazarında yerləşən mağazanın miras kütləsinə daxil olmasını müəyyən edən hər hansı bir sənədə iddiaçı tərəfindən təqdim edilmədiyi üçün həmin hissədə iddia tələbi təmin edilməməlidir. Buna görədə iddia tələbi qismən təmin edilməli iddiaçı mərhum atası X19 münasibətdə Xanbabayev X26 ün van 3 ünvanında yerləşən fərdi yaşayış evindən pay almalıdır.

17. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə, habelə xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəllənin 528, 532 və 552-ci maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat

18. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, miras qoyan Xanbabayev X30 onun atası, X22 qardaşı, İddiaçı isə qardaşının oğludur. Atası Xanbabayev X30 31 may 1954-cü il tarixdə 31 saylı nikah akt qeydi ilə anası Xanbabayeva (Bağırova) Rüxsa rə İbrahimxəlil qızı ilə ailə qurmuşlar. Onların birgə nikahından dörd uşaq dünyaya gəlmişdir: X14, X22, X13 və Cavabdeh1. Atası Fərrux Xanbabayev sağlığında ünvan 4 ünvanındakı 0,0687 ha torpaq sahəsini alıb orada 181,3 kv.m fərdi yaşayış evi inşa etmişdir. Atası Xanbabayev Fərrux Tağı oğlu xx.xx.1990-cı il tarixdə ölmüşdur. Atası öləndən sonra 18 mart 1991-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Xanbabayev Fərrux Tağı oğlundan qalmış miras əmlakı X4, X22, X13 və Cavabdeh1 birgə qəbul edib təsərrüfatı idarə etmişlər. 1995-ci ildə qardaşı Tağı Xanbabayev həbsxanada (1993-cü ildə Gürcüstan Respublikasında həbs edilmişdir) ölmüşdür. Onun üç uşaqları yetim qalmışdır və həmin uşaqlar onun bacısı Dürdanə Xanbabayevanın qəyyumluğuna verilmişdir. Ancaq, bacısının o nları saxlamaq imkanı olmadığından həmin uşaqları özü böyüdüb boya-başa çatdırmışdır. Anası 1999-cu ildə ölmüşdür. Ondan miras qalmış əmlakı o və bacıları birlikdə qəbul etmişlər. Miras əmlakla bağlı vərəsəlik şəhadətnaməsi alan zaman bacıları notarial qaydada ərizə verərək öz miras paylarından onun xeyrinə imtina etmişlər. Məhkəmə qətnamənin ikinci səhifəsinin 2-ci abzasında qeyd etmişdir ki, “o cavabdeh olaraq iddanı qəbul etmiş və sözü gedən vərəsəlik şəhadətnaməsinin ləğv edilməsinə etiraz etməmiş, Xanbabayev Fərrux Tağı oğlundan qalmış miras əmlaka iddiaçı ilə birlikdə sahiblik etmiş və iddanın təmin edilməsinə etiraz etmir” Bildirir ki, həmin ifadə onun fikri deyildir. O, iddaçının “qardaşı oğlu olduğunu bildirmiş, onu və digər qardaşı və bacısı uşaqlarının baba evinə gəlib getmələri nə etirazının olmadığını bildirmişdir. O, şəhadətnamənin ləğv edilməsini və iddaçıya evdən pay verilməsi barədə heç bir razılıq bildirməmişdir”. Əgər iddaçıya pay verilməlidirsə, qanunauyğun həcmdə pay verilməli idi, evin ½ hissəsi yox. Atası öləndən sonra miras əmlakı anası, o, qardaşı və iki bacısı qəbul etmişlər. X28 ölümündən sonra miras əmlakı anası, bacıları və o qəbul edib təsərrüfat idarə etmişlər. Tağı Xanbabayev ölən zaman iddaçının 10 yaşı olmuşdur. Öz atasının və qardaşı Tağının vəfatından sonra demək olar ki, miras qalmış fərdi yaşayış evinin yan divarlarından başqa tamamilə söküb yenidən inşa etdirmişdir. Evin damını və döşəməsini dəyişdirib ikinci mərtəbədə mətbəx inşa edib, hamam və sanitar qovşağı inşa etmişdir. Evin həyətinə 200 kv.m metlak (daş) düzdürmüşdür. İddiaçının və digər iki qardaşının nişan və toy mərasimlərini keçirib onları evləndirmişdir. Məhkəmə miras qoyanın vərəsələrin dairəsini müəyyən etməmiş, habelə onların işə cəlb edilmələrini təmin etməmişdir. Eyni zamanda, məhkəmə 18 mart 1991-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamədə miras qoyan Fərrux Xababayevin vərəsələrinin X4, XanbabayevTağı Fərrux oğlu, X13 və Cavabdeh1 olduğunu qeyd edilən fərdi yaşayış evinə pay sahibi olduqlarını nəzərə almadan miras əmlakda payları müəyyən etmişdir. Həmçinin, hüquqların Dövlət qeydiyyatı haqqında 18 sentyabr 2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışı ləğv edilsə də, hüquqların Dövlət qeydiyyatı haqqında 01 sentyabr 2021ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışı ləğv etməmiş və həmin çıxarış əsasında bölgü aparılmasına h üquqi qiymət verməmişdir. Məhkəmə miras qoyan Tağı Xanbabayevin ölümündən sonra onun azyaşlı uşaqlarının kimin qəyyumluğunda olmasını, harada və kiminlə yaşadıqlarını, habelə miras əmlakı qəbul edib təsərrüfat kiminlə birgə idarə etdiyini müəyən etməmişdir. Məhkəmə miras qoyan Fərrux Xanbabayevdən miras qalmış fərdi yaşayış evi üzərində Tağı Xanbabayevin varisi kimi iddiaçının 1/10 hissə payını müəyyən etməli olduğu halda, ½ hissə pay müəyyən etmişdir.

20. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-199/2024 saylı, 20 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər R.Mamedov (sədrlik edən və məruzəçi), A.İsgəndərova və A.Bayramov) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş,Qazax Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli 2(023)-711/2023 nömrəli qətnam əsi yoxlanılan, yəni iddia tələbinin təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmışdır.

21. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Xanbabayev X30 ilə X12 xx.xx.1954-cü il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar və onların birgə nikahlarından X14, X22, X13 və Cavabdeh1 adlı uşaqları anadan olmuşdur. ünvan 5 ünvanda yerləşən 181.30 kv.m fərdi yaşayış evi Xanbabayev X26 xüsusi mülkiyyətində olmuşdur. Xanbabayev X30 21 aprel 1990-cı il tarixdə ölmüşdür. Onun ölümündən sonra qanun üzrə birinci növbəli vərəsələri X14, X22, X13 və Cavabdeh1 adlı uşaqları, habelə arvadı X12 olmuşdur. Miras qoyan Fərrux Xanbabayevdən miras qalan əmlak isə ünvan 5 ünvanda yerləşən 181.30 kv.m fərdi yaşayış evi olmuşdur. Miras qoyanın vərəsələrindən Cavabdeh1 atasından miras qalmış əmlaka dair adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı notariat ofisinə müraciət etmiş və Qazax rayonu notariat ofisi tərəfindən miras əmlak olan ünvan 1 ünvanındakı ümumi sahəsi 181.3 kv.m olan fərdi yaşayış evinə dair vərəsə Cavabdeh1 adına xx.xx.2021-ci il tarixli 2V-532 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında da miras əmlak vərəsə Cavabdeh1 adına qeydə alınmışdır. Bununla yanaşı müəyyən olunmuşdur ki, 18 mart 1991-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mərhum Xanbabayev X26 vərəsələri ünvan 1 ünvanında qeydiyyatda olan X3, X22, X10 və Cavabdeh1 miras qoyanın əmlakından bərabər hissələrdə irs alması göstərilmişdir. Miras qoyan Fərrux Xa nbabayevin qanun üzrə birinci növbəli vərəsələrindən oğlu Tağı Xanbabayev xx.xx.1995-ci il tarixdə, arvadı Rüxsarə Xanbabayeva isə 1999-cu ilfə vəfat etmişlər. Lakin, vərəsə Tağı Xanbabayevin də hüquq varisi olan övladları vardır.

22. Birinci instansiya məhkəməsi Cavabdeh1 adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnaməni etibarsız hesab etmiş, həmin şəhadətnamə əsasında verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışı ləğv etmiş, miras əmlak üzərində İddiaçı və Cavabdeh1 hər birinin ½ hissədə paylarını müəyyən etmişdir.

23. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilmiş hissəsində yoxlanılır və həmin hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razıl aşır.

24. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı işdə xx.xx.1990-cı il tarixdə ölmüş Xanbabayev X23 miras qalmış əmlakın vərəsələr arasında paylara bölünməsi və miras qoyanın vərəsəsi X19 çatası payın onun vərəsələri arasında paylara bölünməsi tələb edilir.

25. Vərəsəlik hüquq münasibətləri vərəsəliyin açıldığı zaman yaranır. Vərəsəliyin açılması miras qoyanın ölməsi ilə, yaxud onun ölmüş elan olunması ilə müəyyən olunur. Yuxarıda qeyd olunduğu kimi miras qoyan Xanbabayev X30 xx.xx.1990-cı il tarixdə ölmüşdür və iddia tələbində həmin miras qoyanın miras əmlakın vərəsələr arasında paylara bölünməsi xahiş edilmişdir. Buna görə də baxılan iddia tələbi 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəaları əsasında həll olun malıdır. Çünki, MPM-nin 217.2-ci maddəsinin tələbinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır.

26. Miras qoyan Xanbabayev X26 mirası açılan zaman (xx.xx.1990-cı il) qüvvədə olmuş qanunvericiliyin tələblərinə görə, istər qanun üzrə, istərsə də vəsiyyətnamə üzrə vərəsə tərəfindən miras əmlak yalnız o halda əldə edilə, ona bölünə bilərdi ki, vərəsə, mirası qəbul etmiş olsun.

27. Qeyd edilməlidir ki, mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və y a əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsi ilə vərəsə özünün miras əmlak əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir və məhz bu hərəkət, əqd əsasında vərəsə miras qoyanın əmlak hüquq və vəzifələrinin daşıyıcısı olur. Eyni zamanda mirası qəbul etmək birtərəfli əqddir. Bu əqd yalnız bircə şəxsin - vərəsənin - iradəsini ifadə etməklə konkret olaraq kiməsə ünvanlanmır və başqa şəxslərin iştirakını və razılığını tələb etmir.

28. İşin mübahisəsiz hallarıdır ki, miras qoyan Xanbabayev X30 21 aprel 1990-cı il tarixdə ölmüşdür. Onun ölümündən sonra qanun üzrə birinci növbəli vərəsələri X14, X22, X13 və Cavabdeh1 adlı uşaqları, habelə arvadı X12 o lmuşdur. Miras qoyan Fərrux Xanbabayevdən miras qalan əmlak isə ünvan 5 ünvanda yerləşən 181.30 kv.m fərdi yaşayış evi olmuşdur.

29. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, vərəsəliyin açılması faktı və mirasın kütləsi müəyyən edildikdən sonra mübahisənin həllində növbəti təhlil mirasın vərəsələr tərəfindən qəbul edilib-edilməməsinin araşdırılmasından ibarətdir. Bu baxımdan işin halları araşdırılarkən müəyyən olunur ki, miras qoyan Xanbabayev X23 qalmış mirası onun birinci növbəli vərəsələri olan oğulları Tağı Xanbabayev və Cavabdeh1 qəbul etmişlər. Qeyd olunan hal cavabdeh tərəfin apellyasiya şikayətinin dəlilləri ilə sübuta yetirilir.Belə ki, cavabdeh Fərrux Xanbabayev apellyasiya şikayətinin dəlillərində mərhum atası Fərrux Xanbabayevin ölümündən sonra miras əmlakı X4, X22, X13 və Cavabdeh1 birgə qəbul edib təsərrüfat idarə etdiklərini göstərmişdir.

30. Göründüyü kimi, işin müəyyən edilmiş və faktiki halları ona dəlalət edir ki, miras qoyanın övladları Tağı Xanbabayev və Cavabdeh1 atalarından miras qalmış mülkə maraqlarını itirməmişlər və əmlaka sahib çıxaraq miras əmlakı faktiki qəbul etdiklərini nümayiş etdirmişlər.

31. Qazax rayon notariat ofisi tərəfindən verilmiş 04 sentyabr 2021-ci il tarixli 2V532 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən isə görünür ki, həmin şəhadətnamə əsasında mərhum Fərrux Xanbabayevdən miras qalmış əmlak üzərində onun oğlu Cavabdeh1 tam həcmdə pay verilmişdir. Bunun nəticəsində isə miras qoyanın mirası qəbul etmiş digər vərəsəsi Tağı Xanbabayevın miras əmlakdakı payı nəzərə alınmamışdır.

32. Qeyd olunan ları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq Cavabdeh1 adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnaməni etibarsız hesab etmiş və şəhadətnamə etibarsız hesab edildiyindən onun əsasında verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışı da ləğv etmişdir.

33. Bununla yanaşı, miras qoyan Fərrux Xanbabayevin mirası qəbul etmiş vərəsəsi Tağı Xanbabayev mirası qəbul etdikdən sonra xx.xx.1995-ci il tarixdə vəfat etmişdir. Lakin, adı qeyd olunan vərəsənin də hüquq varisi (oğlu) İddiaçıdir. Belə olan təqdirdə məhkəmə kollegiyası hesab edir ki, miras qoyan Fərrux Xanbabayevin miras əmlakından vərəsə Tağı Xanbabayevə çatası payın sonuncunun oğlu İddiaçı verilməsi qanuni və əsaslıdır. 34. “X1 və X6 mira s əmlakı qəbul etmələri nəzərə alınmadan onların miras əmlakda paylarının müəyyən edilməməsi, həmin vərəsələrin də miras əmlakda paylarının müəyyən edilməsi” barədə apellyasiya şikayətinin dəlillərini məhkəmə kollegiyası əsassız saymışdır.

35. Belə ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ilə X1 və X7 miras əmlakdan pay verilməsə də, lakin adları qeyd olunan vərəsələr qətnamədən apellyasiya şikayəti verməmişlər. Digər tərəfdən iş materialları əsasında müəyyən olunur ki, miras qoyanın birinci növbəli vərəsələri X13 və X14 mirasdan imtina etmələri barədə notariat qaydada ərizə vermişlər ki, həmin ərizələr də adları qeyd olunan vərəsələrin mirasdan pay almaq niyyətlərinin niyyətlərinin olmadığını göstərir.

36. Nəzərə almaq lazımdır ki, iradə sərbəstliyi prinsipi mülki mün asibətlərin və mülki dövriyyənin inkişafı baxımından aparıcı rol oynayır. İradə sərbəstliyi olmadan nə mülkiyyət haqqından tam istifadə etmək, nə də ki azad mülki münasibətlərin qurulması şəraitini təmin etmək mümkündür. Ona görə də iradə sərbəstliyi yalnız müqavilə və hətta bütövlükdə əqdlər baxımından şəxslərin iradə azadlığını deyil, ümumiyyətlə insanların öz şəxsi məsələləri ilə bağlı subyektiv mənafe və mövqeləri barəsində müstəqil qərar vermək və bu qərar istiqamətində hərəkət etmək azadlığına malik olduqlarını da ifadə edir. İradə sərbəstliyi bir tərəfdən mülkiyyət haqqının və işgüzar təşəbbüskarlıqların həyata keçirilməsinə, digər tərəfdən isə istehsal olunan əmtəə və xidmətləri arasında, başqa istehlakçılar olmaqla bütün mülki dövriyyə iştirakçıları tərəfindən şüurlu və sərbəst se çim imkanı təmin edərək həm istehsal, həm də istehlak səviyyəsinin inkişafına şərait yaratmış olur. Nəticə etibarilə özəl hüquq subyektlərinin öz şəxsi mənafeləri ilə bağlı qurduqları münasibətlər birbaşa qanunvericilik müddəaları ilə o hallarda tənzimlənir ki, həmin subyektlər öz iradələri ilə qurduqları bu münasibəti fərqli şəkildə tənzimləyən qaydaları özləri üçün müəyyənləşdirməmiş olsunlar. Mülki hüquq subyektləri üçün məcburi olub-olmamaq baxımından mülki qanunvericilik normaları iki əsas qrupa bölünür: 1) mülki hüquq subyektləri üçün məcburi olan normalar və 2) məcburi olmayan normalar. Bir qayda olaraq məcburi olan, yəni imperativ, məcburi olmayan isə dispozitivlik normaları şəklində ifadə olunur. Beləliklə, mülki qanunvericiliyə aid qaydaların (normaların) məcburi olduğu müəyyənlə şdirilmədiyi müddətcə həmin normaları ixtiyarı (dispozitiv) hüquq qaydası (norması) hesab etmək lazımdır. Mülki hüquq subyektləri üçün məcburi olmayan (dispozitiv) normalar ixtiyari qaydada xüsusi qanunvericilik normaları, əksi sübut olmadığı müddətcə, dispozitiv hüquq qaydası hesab olunur.

37. Mirası qəbul etmə də vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirasın qəbulu əqddir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsi ilə vərəsə özünün miras əmlak əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir və məhz bu hərəkət, əqd əsasında vərəsə miras qoyanın əmlak hüquq və vəzifələrinin daşıyıcısı olur.

38. Eyni zamanda mirası qəbul etmək birtərəfli əqddir. Bu əqd yalnız bircə şəxsinvərəsənin-iradəsini ifadə etməklə konkret olar aq kiməsə ünvanlanmır və başqa şəxslərin iştirakını və razılığı tələb etmir. Həmçinin mirasın qəbul edilməsi könüllü əqddir. Vərəsə mirası qəbul etməyə məcbur edilə bilməz. O, mirası öz istəyi, iradəsi və mülahizəsinə görə qəbul edir. 39.

61. Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. İşə baxan məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdi r, qətnamənin yoxlanılan hissədə ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

40. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş xx.xx.1964-cü il tarixli Azərbaycan SSR Mülki Məcəlləsinin 527, 528, 532, 552, 553, Mülki Prosessual Məcəlləsinin 14.1, 77.1, 88, 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

41. Cavabdeh1 kassasiya şikayəti verərək, Gəncə Apelliyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 iyun 2024-cü il tarixli 2 (104) -199/2024 saylı qətnaməsinin ləğv edilib, işdə olan sübutlar əsasında kassasiya şikayətinin təmin edilməs i və ya işə yenidən baxılması uçün apelliyasiya məhkəməsinə qaytarlması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

42. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə qeyd olunan qətnaməni qəbul etməklə onun konstitusiya və İnsan haqları və əsas azadlıqları haqqında konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsi ilə qorunan mülkiyyət hüququnu pozmuşdur. Məhkəmə kollegiyası məcəllənin maddələrin mətnini qətnaməyə köçrmüş, ancaq şərh edilməmişdir. Buna görə də qanunsuz və əsasız qətnamə qəbul edilmişdir. Mitas əmlakı birgə nikah dövründə əldə edilmişdir. Miras əmlakı mərhum F.Xanbabayevin arvadı R.Xanbabayeva və uşaqları faktiki qəbul edib təsərrüfatı idarə etmişlər. Məhkəmə həmin faktı nəzərə almadan qeyd edilən maddələrin tələbini pozaraq İddiaçı öğluna 1/10 hissə əvəzində 1/2 h issə pay bölmüşdür. Məhkəmə onun daşınmaz əmlakın mülkiyyətçisi kimi subyektiv hüququnu əsassız olaraq məhdudlaşdıraraq qanunla iddiaçıya düşən pay hissəsini 1/10 hissə deyil, 1/2 hissə müəyyən etmişdir. Məhkəmə kollegiyası Mülkü Məcəllənin 1301.1, 1301.2 və 1301.3-cü maddələrinin tələbini nəzərə almamışdır.

43. İddaçı idda tələbində babasından miras qalmış miras kütləsindən atasına münasibətdə pay hissəsini tələb etdiyi halda, məhkəmə babadan və nənədə miras qalmış miras kütıəsindən tam həcmdə pay ayrılması barədə qətnamə çıxartmışdır.

44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 202 3-cü il tarixli qərarına əsasən, bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Həmin qərarın 3-cü bəndinə əsasən Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin. Məhkəmə kollegiyası qərarın tələbinə əhəmiyyət verməmişdir.

45. Kassasiya şikayəti əsaslandırılarkən Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu, Azərbaycan SSR-nin 1964-cü il tarixli Müki Məcəlləsinin 527, 528, 532, 552, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.2, 1301, Azərbaycan Respublikası Mülki Prosssual Məcəlləsinin 14.1, 77, 78, 88, 167.1.4, 217, 218-ci maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

46. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş xx.xx.1964-cü il tarixli Azərbaycan SSR Mülki Məcəlləsi:

47. Maddə

527. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin.

48. Maddə

528. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur.

49. Maddə

532. Qanun üzrə vərəsəlikdə payları b ərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar.

50. Maddə

552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına m irası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur.

51. Maddə

553. Mirası qəbul etmiş bütün vərəsələrin hamısının razılığı olduqda, göstərilən müddət keçdikdən sonra məhkəməyə müraciət edilmədən də miras qəbul oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

52. Maddə 14.1. Məhkəmə həqiqətə nail olm aq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

53. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

54. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

55. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

56. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

57. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

58. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

59. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılma lıdır.

60. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

61. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

62. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zəru rətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

63. Hazırki kasassiya baxışının predmetini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

64. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən e dilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

65. Məhkəmə kollegiyası kassasiya şikayətinin apellyasiya məhkəməsinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarının tələbinə əhəmiyyət vermədiyi barədə dəlili ilə əlaqədar qeyd edir ki, Konstutisiya Məhkəməsinin Plenumunun göstərilən qərarı hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müddəaları tətbiq edilməklə həll edilməli mübahisələrə dair işlərdə tətbiq edilməlidir.Halbuki hazırki iş üzrə mübahisə vərəsəlik hüq uq münasibətinin yarandığı vaxt və xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş xx.xx.1964-cü il tarixli Azərbaycan SSR Mülki Məcəlləsinin müddəaları tətbiq edilməklə həll edilməli məsələdir və apellyasiya instansiyası məhkəməsi də həmin müddəaları tətbiq etməklə mübahisəni həll etmişdir.Belə olan təqdirdə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq normasının pozuntusuna yol verilməmişdir.

66. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən digər hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası mə hkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

67. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

68. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kol legiyasının 20 iyun 2024-cü il tarixli 2(104)-199/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar