Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3670/2021 14.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: yaşayış sahəsinə köçürülmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-368/2021 nömrəli iş üzrə 16 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 t ərəfindən birgə verilmiş kassasiya şikayəti üzrə işə 14 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Zaqatala Rayon Məhkəməsinin 26 sentyabr 2006-cı il tarixli, 2271/2006 nömrəli qətnaməsinə əsasən X2 Cavabdeh1 və qeyrilərindən evdən çıxarılma tələbinə dair iddia tələbi rədd edilmişdir. Zaqatala Rayon Məhkəməsinin 28 iyun 2007-ci il tarixli, 2-64/2007 nömrəli qətnaməsinə əsasən X2 Cavabdeh1 qarşı vərəsəlik hüququndan məhrum edilməsinə dair iddia tələbi rədd edilmiş, iddia tələbinin Cavabdeh1 və Cavabdeh2 evdən çıxarılması hissəsinə xitam verilmişdir. Zaqatala Rayon Məhkəməsinin 28 yanvar 2013-cü il tarixli, 2(033)58/2013 nömrəli qətnaməsinə əsasən Cavabdeh1 və Cavabdeh2 yetkinlik yaşına çatmayan uşaqları ilə birli kdə X3 məxsus ünvan 1 ünvanda yerləşən evin ikinci mərtəbəsində olan otaqlarına köçürülmələri və həmin otaqlarda onlara istifadə hüququnun verilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 10 sentyabr 2013-cü il tarixli 2(107)-379/2013 nömrəli qətnaməsi ilə cavabdeh X8, onun nümayəndəsi İddiaçı1, cavabdeh X1, qətnamə maraqlarına toxunan şəxslər X6, X5, İddiaçı2 qızı və X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Zaqatala Rayon Məhkəməsinin 28 yanvar 2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollefiyasının 24 yanvar 2014-cü il tarixli, 2(102)-136/2014 nömrəli qərarı ilə cavabdeh X8, nümayəndəsi İddiaçı1 və vəkili oğlunun kassasiya şikayəti təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsi nin mülki kollegiyasının 10 sentyabr 2013-cü il tarixli 2(107)-379/2013 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Zaqatala Rayon Məhkəməsinin 21 sentyabr 2018-ci il tarixli, 2(033)1000/2018 nömrəli qətnaməsinə əsasən ərizəçilər İddiaçı1 və İddiaçı2 ünvanküçəsində yerləşən 35 nömrəli fərdi yaşayış evindən, o cümlədən, həmin evin birinci mərtəbəsindən faktiki istifadə etmələrinə dair hüquqi əhəmiyyətli olan fakt müəyyən edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 26 dekabr 2018-ci il tarixli 2(107)3212/2018 nömrəli qətnaməsi ilə maraqlı şəxslər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Zaqatala Rayon Məhkəməsinin 21 sentyabr 2018-ci il tarixli, 2(033)-1000/2018 nömrəli qətnaməsi ləğv edilmiş, ərizə baxılmamış saxlanılmışdır. İş üzrə qəbul edi lmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvanküçəsində yerləşən 35 nömrəli fərdi yaşayış evinin ikinci mərtəbəsində yerləşən otaqlara köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1 ailəsi ilə birlikdə köçüb həmin evin ikinci mərtəbəsində yaşamalarına və həmin otaqlardan istifadə etmələrinə dair məhkəmə qətnaməsi qanuni qüvvəyə minmişdir. Məhkəmələr heç bir baxış keçirilmədən, həmin otaqlarda yaşayış olub-olmadığını araşdırmadan qərar vermişlər. Halbuki o, uzun illərdir ki, həmin evin ikinci mərtəbəsində ailəsi ilə birlikdə yaşadıqları halda onları evin ikinci mərtəbəsində n çıxarmışlar. Cavabdehlərin evin ikinci mərtəbəsinə köçürülmələrinə dair qərar verilsə də, onların oradan çıxarılmaları qət edilməmişdir. Halbuki onlar həmin evdən çıxarılmışlar. O, 1963-cü il tarixdə ünvan 2-də anadan olmuşdur. Həmin evdə boya başa çatmışdır. 1995-ci il tarixdə İddiaçı2 ilə ailə həyatı quraraq rəsmi nikaha daxil olmuşlar. 55 ildir ki, ata evində yaşayır, onun 23 ilini ailəli olaraq yaşamışdır. İddiaçı2 ilə evləndikdən sonra onun cehiz əşyaları evin ikinci mərtəbəsinə gətirilmişdir. Onlar orada yaşamışlar. Cavabdehlər ikinci mərtəbəyə köçürülsələr də, evin birinci mərtəbəsindən də istifadə edirlər. Onlar, yəni iddiaçılar, onların qızları və yaşlı anaları ilə birlikdə evin birinci mərtəbəsində dar otaqda yaşayırlar. Lakin cavabdehlər həm ikinci mərtəbədən, həm də birinci mərtəbədən istifadə edirlər. Onları isə ikinci mərtəbədən istifadə etməyə qoymurlar. Ona görə də, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin ikinci mərtəbəsində yerləşən otaqlara köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 11529 nömrəli, 06 sentyabr 2019-cu il tarixli rəyində qeyd edilmişdir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin birinci mərtəbəsində yerləşən yardımçı (köməkçi) tikililərin daxili hündürlüyünün İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1. bəndinin tələblərinə uyğun olduğu, yaşayış (yataq otağı kimi istifadə olunan) otağının daxili hündürlüyünün isə 1.1. bəndinin tələblərinə uyğun olmadığı müəyyən edilir. Eyni zam anda, yaşayış (yataq) otağının daxili sahəsi 21,2 kv.m., eni 4,25 metr ölçüdə olduğundan, otağın bu göstəricilərinin İnşaat Norma və Qaydaları 2.08.01.89un 2.4. və 2.9. bəndlərinin tələblərinə uyğun olduğu müəyyən edilir. Lakin fərdi yaşayış evinin ilkin vəziyyətini əks etdirən texniki pasport mülki iş materiallarında olmadığından, evin birinci mərtəbəsinin yaşayış üçün nəzərdə tutulub-tutulmamasını müəyyən etmək mümkün deyildir. Birinci instansiya məhkəməsinin yerli baxış protokolu ilə müəyyən edilmişdir ki, fərdi yaşayış evinin həyət darvazasından daxil olduqda həyətin sağ tərəfində fərdi yaşayış evi yerləşir, həmin ev 2 mərtəbəlidir. Birinci mərtəbənin girişi ayrı, ikinci mərtəbənin girişi ayrıdır. Birinci mərtəbədə iddiaçılar yaşayır. Birinci mərtəbədə evə daxil olduqda giriş sahəsi, y ataq otağı və iki mətbəxdən ibarətdir. Fərdi yaşayış evinin ikinci mərtəbəsində bir giriş sahəsi və iki otaq mövcuddur. Orada cavabdehlər yaşayırlar. Zaqatala Rayon Məhkəməsinin (hakim Tural Həsənov) 29 oktyabr 2019-cu il tarixli, 2(033)-456/2019 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə qətnamələri ilə müəyyən edilmiş hallardan görünür ki, Cavabdeh1 mübahisəli evdə doğularaq yaşamış, Cavabdeh2 isə Nazimlə nikahlarını 27 oktyabr 1997-ci ildə qeyd etdirməklə evlənmişlər. Evləndikləri gündən də gəlin kimi un mülkiyyətində olan mübahisəli evdə yaşamışdır. Həmçinin, gəlin kimi mübahisəli evə köçürülərkən evin mülkiyyətçisi tərəfindən heç bir qeyd şərt irəli sürülməmiş və evin ikinci mərtəbəsindəki otaqlara köçürülmüşlər. Bir müddət ikinci mərtəbədə yaşasalar da, sonradan aralarında baş vermiş narazılıqlar əsasında onları evin kürsü mərtəbəsində olan otağa köçürmüşlər. Mübahisəli evin kürsü mərtəbəsi isə yaşayış üçün istifadəyə yararsız olmuşdur. Zaqatala Rayon Məhkəməsinin 28 yanvar 2013-cü il tarixli, 2(033)-58/2013 nömrəli qətnaməsi ilə Cavabdeh1 və Cavabdeh2 yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə X3 məxsus ünvan 1 ünvanda yerləşən evin ikinci mərtəbəsində olan otaqlarına köçürülmələri və həmin otaqlarda onlara istifadə hüququnun verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. Hazırki iş üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 köçürüldükləri fərdi yaşayış evinin ikinci mərtəbəsində yerləşən otaqlara köçürülmələrini tələb edirlər. Məhkəmənin qənaətinə görə, iddiaçılar bu tələbi irəli sürm əkdə haqlı deyildir. Belə ki, iddiaçıların iddia ərizəsindən görünür ki, iddiaçı məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələrindən narazıdır. Həmin qətnamələrin düzgün olmaması qənaətindədir. Halbuki, məhkəmə tərəfindən qəbul edilmiş qətnamələr qanuni qüvvəsini almışdır. Həmin iş üzrə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan başqa, fərdi yaşayış evinə baxış zamanı da müəyyən edilmişdir ki, Cavabdeh1 və Cavabdeh2 köçürüldükləri fərdi yaşayış evinin ikinci mərtəbəsində iki otaq yerləşir. Həmin otaqlara da cavabdehlər məhkəmə qətnaməsi ilə köçürülmüşdür. Məhkəmə qeyd etmişdir ki, iddiaçıların həmin fərdi yaşayış evinin ikinci mərtəbəsində yerləşən otaqlara köçürülmələri mümkün deyildir. Çünk i, onların hazırda yaşadıqları mübahisəli evin birinci mərtəbəsi ilə bağlı ekspert rəy vermiş, rəydə yaşayış otağının daxili sahəsi 21,2 kv metr, eni 4,25 metr ölçüdə olduğundan, otağın bu göstəricilərinin İnşaat Norma və Qaydaları 2.08.01.89-un 2.4. və 2.9. bəndlərinin tələblərinə uyğun olduğu müəyyən edilmişdir. Qətnаmədən iddiaçılar аpelyаsiyа şikаyəti vermişlər. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasında (hakimlər: Elçin Hüseynov sədrlik edən və məruzəçi, Mübariz Hüseynov, Mirbahəddin Hüseynov) 03 mart 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansi ya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün yetərli deyildir. İddiаçılar qətnamədən kassasiya şikayəti vermişlər. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər: İlqar Xələfov - sədrlik edən və məruzəçi, Gündüz Quliyev, Zaur Əliyev) 07 oktyabr 2020-ci il tarixli 2(102)-4519/2020 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qə tnaməsi ləğv edilmiş və iş yenidən apellyasiya baxışına qaytarılmışdır. Ali Məhkəmənin qərarında göstərmişdir ki, “cavabdehlərin mübahisəli evin 2-ci mərtəbəsində yerləşən otaqlara köçürülməsi iddiaçıların hazırkı tələblə məhkəməyə müraciət etmək hüququna mane olmur. İşdən görünür ki, mübahisəli ev iki mərtəbədən ibarət olsa da, işdə olan Məhkəmə Ekspertizası Mərkəzinin 23 iyul 2013-cü il tarixli rəyindən aydın olur ki, evin birinci mərtəbəsi otaqların hündürlüyünə görə yaşayış otağının parametrlərinə uyğun gəlmir və yaşayış üçün yararlı deyildir. Zaqatala Rayon Məhkəməsinin 28 yanvar 2013-cü il tarixli qətnaməsi ilə Cavabdeh1 və ailə üzvləri evin birinci mərtəbəsindəki otaqların (kürsülü mərtəbə) yaşayış üçün yararsız olması səbəbindən onlar evin 2-ci mərtəbəsindəki otaqlarına köçürülmüşd ür. Mübahisəli evin yalnız 2-ci mərtəbəsindəki otaqları yaşayış üçün yararlı olduğundan, İddiaçı1 mübahisəli evə istifadə hüququ olan şəxs kimi evin məhz 2-ci mərtəbəsinə köçürülməsini tələb etməsi qanunsuz sayıla bilməz. Apellyasiya instansiyası məhkəməsi iddianın rədd olunma səbəblərindən biri kimi iddiaçının başqa yaşayış sahəsinə malik olmasına əsaslanarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 154.2-ci maddəsinin tələbini nəzərə almamışdır”. d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Ayaz Mahmudov sədrlik edən və məruzəçi, Ələddin Məcidov, Mahir Əsədli) 16 fevral 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qə bul edilərək iddia tələbi təmin edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hazırki iş üzrə yenidən araşdırma apararkən Ali Məhkəmənin qərarında qeyd olunmuş göstərişləri üzrə hüquqi dəyərləndirmə apararaq, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı1 mülkiyyətçinin oğlu olmaqla həm evlənənə qədər və həm də ondan sonra uzun illər ərzində mübahisəli evdə yaşamış və onun evə istifadə hüququnun olmasını inkar edən hər hansı bir sübut yoxdur. İşdə olan sübutlar belə bir qənaətə gəlməyə əsas verir ki, hər iki tərəf mülkiyyətçinin övladları kimi ona məxsus mənzildən istifadə hüququna malik olmaqla həmin hüquqlarından istifadə etmişlər. Zaqatala Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 28 yanvar 2013-cü il tarixli qətnaməsi ilə Cavabdeh1 və onun arvadının yalnız mübahisəli evə istifadə hüququnun olması müəyyən edilmiş və o, məhz həmin hüquqa əsasən mübahisəli evə köçürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin göstərişi baxımından Zaqatala şəhəri General Ərəblinski küçəsində yerləşən torpaq sahəsi və evin kimə məxsus olmasını, vardırsa həmin evin yaşayış üçün yaralı olub-olmamasını araşdırmış və müəyyən eütmişdir ki, qeyd olunan ünvanda inşa edilmiş tikili iddiaçıya məxsus olsa da, tikintisi tam başa çatdırılmamış, hazırki vəziyyətdə yaşayış üçün yararlı deyildir. Həmin tikilinin yaşayış üçün yararlı olmaması cavabdehlər tərəfindən mübahisələndirilməmişdir. Məhkəmə qeyd etmişdir ki, şəxsin başqa evə malik olması onun hüququ olduğu digər yaşayış sahəsinə köçürülməsini istisna etmir və bununla ə laqədar birinci instansiya məhkəməsinin nəticəsi mülki qanunvericiliyin tələblərinə uyğun deyildir. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, mübahisəli ev iki mərtəbədən ibarət olsa da, işdə olan Məhkəmə Ekspertizası Mərkəzinin 23 iyul 2013-cü il tarixli rəyindən aydın olur ki, evin birinci mərtəbəsi otaqların hündürlüyünə görə yaşayış otağının parametrlərinə uyğun gəlmir və yaşayış üçün yararlı deyildir. Qeyd edilənərə əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçılar bu tələbi irəli sürməkdə subyektiv hüquqa malik olmaqla, mübahisəli evin yalnız 2-ci mərtəbəsindəki otaqları yaşayış üçün yararlı olduğundan, onların mübahisəli evə istifadə hüququ olan şəxs kimi evin məhz 2-ci mərtəbəsinə köçürülməsini tələb etməsi qanunsuz sayıla bilməz. Cavabdehlər (Vəkil) kassasi ya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən mülki mübahisələrin mövcud olan qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinə hüquqi qiymət verməklə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələblərin predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfındən başqa məhkəmə prosesində mübahisəl əndirilməsi və yenidən sübut edilməsi yolverilməzliyini pozmuşdur. Azərbaycan Respublikası MPM-nin 153.2.2-ci maddəsinin tələbinə əsasən “eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa” iddianın yolverilməzliyinə görə hakim iddia ərizəsini qəbul etməkdən imtina edir. Apellyasiya instansiyası məhkəməsi iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsini Zaqatala Rayon Məhkəməsinin icraatına qəbul etməkdən imtina etməli olduğunu diqqətdən qaçırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçılar məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiklərindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onların izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamas ına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lak in apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən cavabdehlər qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə: Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona d air sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının p ozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər işə apellyasiya instansiyası məhkəməsində baxılarkən də irəli sürülmüş və məhkəmə həmin dəlilləri tam, hərtərəfli və obyektiv araşdıraraq hüqquqi qiymət vermişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçılar və cavabdehlər mübahisəli evin mülkiyyətçisi olmamaqla, evdən istifadə hüququna münasibətdə eyni hüquqa (bərabər statusa) malik olan şəxslərdir. İddiaçı1 anadan olandan mübahisəli evdə yaşayır. Digər digər İddiaçı2 isə İddiaçı1la ailə qurandan sonra 20 ildən artıq müddət həmin evdə yaşam ışdır. Cavabdeh tərəfin bu tələbi yenidən baxılmaması ilə bağlı etirazına münasibətdə məhkəmə qeyd etmişdir ki, cavabdehlər də həmin evə məhkəmə qənaməsi ilə köçürülmüş şəxslərdir ki, həmin qətnamə ilə onlara heç də iddiaçı tərəfdən artıq hüquq verilməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-368/2021 nömrəli iş üzrə 16 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3670/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-3670/2021
14.06.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver