Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3671/2023 25.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı ilkin; Cavabdeh4 qarşılıqlı iddiası barədə iş üzrə QƏRARİ Açar sözlər: evdən çıxarma, müqavilənin ləğvi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu, (məruzəçi) X2 və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı cavabdehlərin əmlakları ilə birlikdə fərdi yaşayış evindən çıxarılması və istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbinə dair ilkin, Cavabdeh4 müqavilənin ləğv edilməsi tələbinə dair qarşılıqlı iddiası barədə mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-156/2023 nömrəli, 31 may 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi İşin halları
1. İddiaçı ilə Cavabdeh4 arasında bağlanmış 2020-ci ilin 06 noyabr tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinə (bundan sonra – mübahisəli müqavilə) əsasən sonuncu ünvan 1 ünvanda yerləşən, yaşayış sahəsi 53,31 kv.m, yardımçı sahəsi 39,88 kv.m olan 3 otaqlı fərdi yaşayış evini (bundan sonra – mübahisəli ev) və həmin evin yerləşdiyi ümumi sahəsi 0,03 hektar olan torpaq sahəsini ailə üzvləri Cavabdeh5, Cavabdeh1, Cavabdeh2 və Ca vabdeh3 notarial qaydada təsdiq edilmiş razılıq ərizələrinə əsasən İddiaçı satmışdır. İddiaçı bunun müqabilində Cavabdeh4 50.000 manat pul ödəmişdir.
2. Mübahisəli ev 2020-ci ilin 25 noyabr tarixində mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı (bundan sonra – iddiaçı) iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək mübahisəli evinin Cavabdeh4 tərəfindən ona təhvil verilməsi, cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 özlərinə məxsus əşyalarla birlikdə həmin yaşayış evindən məcburi qaydada çıxarılması və cavabdehlərin mübahisəli fərdi yaşayış evindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul olun masını xahiş etmişdir.
4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, aralarında alqı-satqı müqaviləsi bağlanarkən cavabdeh və onun ailə üzvləri olan digər cavabdehlər hər biri notarial razılıq verərək müqavilədə nəzərdə tutulan müddətdə (xx.xx.2021-ci ildən) evi tərk etməyi və qeydiyyatdan çıxmağı öhdələrinə götürmüşlər. Lakin bu günə kimi cavabdehlər evi boşaldaraq ona təhvil verməmiş və evdən qeydiyyatdan çıxmamışlar. Nəticədə mülkiyyət hüquqları kobud surətdə pozulmuşdur.
5. Cavabdeh qarşılıqlı iddia ərizəsi təqdim edərək, mübahisəli müqavilənin ləğv olunmasını xahiş etmişdir.
6. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, mübahisəli müqavilə bağlanan vaxt evin dəyəri olan 50.000 manat ona ödənilməmişdir. Bu səbəbdən də evi təhvil verməmiş, özü və ailə üzvləri həmin evdən çıxmamışdır.
7. Şəki Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(075)1471/2022 nömrəli, 10 oktyabr 2022-ci il tarixli qərardadı ilə (hakim P.V.Hacıyev) ilkin iddianın cavabdehlərə məxsus əşyaların yaşayış evindən məcburi qaydada çıxarılması tələbinin baxılmamış saxlanılması qərara alınmışdır.
8. Birinci instansiya məhkəməsinin e-2(075)-1471/2022 nömrəli, 10 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim P.V.Hacıyev) ilkin iddia qismən təmin olunmuş, ilkin iddia üzrə iddiaçının mülkiyyətində olan mübahisəli fərdi yaşayış evinin Cavabdeh4 tərəfindən təhvil verilməsi, ilkin iddia üzrə iddiaçının mülkiyyətində olan mübahisəli fərdi yaşayış evindən Cavabdeh4, Cavabdeh5, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məcburi qay dada çıxarılması və onların həmin evdən istifadə hüquqlarının itirilmiş hesab olunması qət edilmiş, qarşılıqlı iddia təmin olunmamışdır.
9. Birinci instansiya məhkəməsi "xxxx" ASC tərəfindən təqdim edilmiş qəbzlə müəyyən etmişdir ki, xx.xx.2020-ci il tarixdə 50 saylı notariat şöbəsində 12-38 saylı qəbzlə AZ94İİB******************** nömrəli hesaba köçürülmüş 50.000 manat vəsaitin 49 820 manatı X1 tərəfindən 06 noyabr 2020-ci il tarixində qəbul edilmişdir.
10. Məhkəmə qeyd etmişdir ki, iddiaçı mübahisəli müqavilə üzrə evin dəyəri olan 50.000 manat pulu alıcıya ödəmiş, buna baxmayaraq, cavabdehlər müqavilənin şərtlərinə əməl etməyərək, yaşayış evini tərk etməmiş və həmin evi iddiaçıya təhvil verməkdən boyun qaçırmışlar.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 72-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152.1, 152.5, 389.1, 421.2, 567, 648.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88, 119.1, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Cavabdeh4 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti qarşılıqlı iddianın dəlillərinə uyğun əsaslandırılmışdır.
14. İş üzrə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizası üzrə Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinin 20 aprel 2023-cü il tarixli, 4/2 95 nömrəli ekspert rəyinə əsasən, ekspertizaya təqdim olunmuş, Cavabdeh4 adına olan 6 noyabr 2020-ci il tarixli çekin arxa tərəfində “Çekdə göstərilən məbləği aldım” qrafasındaki imza - Cavabdeh4 tərəfindən icra olunmuşdur.
15. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-156/2023 nömrəli mülki iş üzrə 31 may 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Ə.T.Məcidov (sədrlik edən və məruzəçi), M.A.Əsədli və E.M.Mehdiyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.
17. Məhkəmə cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd etmişdir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri işin faktiki halları və göstərilən ekspert rəyi ilə tam təkzib olunur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. Cavabdeh4 (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
19. Kassasiya şikayəti qarşılıqlı iddianın dəlillərinə uyğun onunla əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
21. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
22. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər.
23. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
24. Maddə
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
25. Maddə 648.1. Daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Mülki Prosessual Məcəllə
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlid ir.
28. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
31. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmam asına istinad etməyə yol verilmir.
33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
34. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
35. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətind ən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
36. Hazırkı kassasiya şikayətində qətnamə kassator tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apell yasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. Kassator şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyini ümumi ifadələrlə qeyd etsə də, bunun nədən ibarət olması ilə bağlı mövqeyini əsaslandırmamışdır.
39. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
40. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
41. Yuxarıda göstərilənl ərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-156/2023 nömrəli, 31 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.