Məhkəmə qərarları › İş №2(102)-3673/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3673/2022

14.07.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3673/2022 14.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh5 qarşı ilkin, Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh5 İddiaçı qarşı qarşılıqlı iddia tələbi üzrə QƏRARİ Açar sözlər: paylı mülkiyyətə çəkilmiş xərclər Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh5 qarşı “paylı mülkiyyətdə olan daşınmaz əmlakın əsaslı təmirinə xərclənmiş pulun qaytarılması” tələbinə d air ilkin, Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh5 İddiaçı qarşı “real zərərə görə pulun ödənilməsi” tələbinə dair qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)242/2022 nömrəli, 14 fevral 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 14 iyul 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Şəki şəhəri, Giləhli küçəsində yerləşən fərdi yaşayış evi 1984-cü ildə vərəsəlik yolu ilə iki qardaş olan X7 və X5 paylı mülkiyyətinə keçmişdir.

2. X8 tərəflərdən Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 atası, Cavabdeh1 isə əri olmuşdur. 3. 14.09.2005-ci il tarixli, 249263 saylı müqaviləyə əsasən X3 şəhəri, Giləhli küçəsində yerləşən fərdi yaşayış evinin ½ hissəsini İddiaçı satmışdır. Həmin fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə X1 adına ½ hissə, X5 adına ½ hissə olmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

4. X7 və X8 hər ikisi eyni gündə 12 noyabr 2006-cı il tarixdə vəfat etmişlər.

5. Şəki Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli, 1/308 saylı sərəncamı ilə evin əsaslı təmir edilərək rekonstruksiya olunmasına icazə verilmişdir. 6. 21.10.2014-cü il tarixli, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, xx.xx.2006-cı ildə vəfat etmiş X5 vərəsələri arvadı Cavabdeh1, qızları Cavabdeh5, Cavabdeh3, oğulları Cavabdeh4 və Cavabdeh2dur.

7. Miras paylar müəyyən edildikdən sonra mübahisəli ev ½ hissəsi X1 və ½ hissəsi isə birgə əmlak kimi cavabdehlərin adına da şınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

8. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsi ilə mübahisəli evdən və evin yerləşdiyi torpaq sahəsindən hazırkı iş üzrə cavabdehlərə həmin ərazidən mülkiyyət hüquqlarının həyata keçirilməsinə hazırkı iş üzrə iddiaçı tərəfindən edilən maneənin aradan qaldırılaraq evin həyətinin giriş qapısı və iddiaçılara məxsus otaqların qapısı açılmaqla onların həyətyanı sahədən istifadəsinə şərait yaradılması qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icrası ilə əlaqədar xx.xx.2020-ci il tarixli akta əsasən fərdi yaşayış evinin qapıları açılmış, maneələr aradan qaldırılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cav abdeh1, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki şəhəri, Giləhli küçəsində yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 85.85 kv.m. yaşayış, 170.6 kv.m. köməkçi sahədən ibarət 20 saylı fərdi yaşayış evinin əsaslı təmirinə tərəfindən xərclənmiş 100 000 manat pulun yarısı, yəni 50 000 manat məbləğinin, habelə 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, evi demək olar ki, tam sökmüş və öz vəsaiti hesabına yenidən tikmişdir. Evin əsaslı təmirinə cavabdehlər pul sərf etməmişlər. Mübahisəli evin əsaslı təmirə təxminən 100000 manat pul sərf edilmişdir. Sözügedən əmlakla bağ lı tərəflər arasında təxminən iki il bundan əvvəl mülki mübahisə başlandığına görə, evin əsaslı təmiri tərəfindən başa çatdırılmamışdır.

11. Cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh5 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ümumi mülkiyyətdə olan əmlakın qədim-tarixi arxitektura görünüşünü və qədim tarixi daxili dizaynını dəyişdirərək, həmçinin evin taxta döşəmə, taxta tavan, taxta qapılar, taxta pəncərələr, taxta daxili rəflər, pəncərələrin dəmir reşotkeları, rəsmlər və naxışlarla bəzədilmiş aşağı yarus nişlər və yuxarı yarus nişlər, bütün otaqlarda qədim memarlıq üslubunda olan divarların yuxarlarındakı karniz-rəfli elementlər, həmçinin, həyət tərəfdən 2-ci mərtəbənin zalına gedən pilləkənlərdən ibarət ləvazimatını icazələri olmadan sökərək yox etməklə vurduğu zədələrdən ibarət zərərə görə 50000 manat, razılıqları olmadan aparılmış təmir işləri nəticəsində istifadə imkanları aradan qaldırdığı üçün istifadə hüquqlarının bərpası və təmir işləri aparılmasından 20000 manat, həmçinin qonşu ilə aralarında sökülmüş hasarın yenidən tikilməsindən ötrü 5000 manat, real zərərə görə 25000 manat məbləğində, cəmi 75000 manat pul vəsaitinin alınaraq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

12. Qarşılıqlı iddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı hüquqlarını təmsil və müdafiə etdiyi şəxsin əmisinə məxsus olan payın həqiqi alıcısı olmamış, bu pay başqa şəxs tərəfindən yatırım olaraq yaxud da tarixi arxitektura abidəsində yaşamaq üçün alınmışdır. İlkin iddia üzrə cavabdehlər ailəlikcə Bakı şəhərində yaşayı rlar. Sözügedən mülk atalarının dədə-baba yurdu olmuşdur və yaşayış üçün normal vəziyyətdə olmuşdur. Onlar hər yay dincəlmək üçün oraya gedir və orada qalıblar. Əmilərinin və atalarının vəfatından sonra növbəti illərdə oraya gedərkən qapıları bağlı görmüşlər. Müxtəlif şəxslərdən buranın kənar şəxsə satıldığını eşitmişlər. 2007-ci ildə oraya gedərək həyətə daxil olmaq istəyərkən buranın kənar şəxslər tərəfindən təmir olunduğunu görmüşlər. Cavabdehlər buna etiraz etmək istəyəndə özünü mülkün sahibinin adamları kimi təqdim edənlər onları hədələyib və hətta İddiaçı adından polisə də vermişlər. Cavabdehləri hədələmək üçün Şəki Rayon Polis İdarəsinə çağırıb izahatlarını da almışlar. Turxanə şikayət etmişdir ki, cavabdehlər onun mülkiyyət hüquqlarının həyata keçirilməsinə təhlükə törədir. Müraciə tlərinə baxmayaraq, cavabdehlər uzun illər ərzində vərəsəlik hüququna dair şəhadətnamə ala bilməmişlər. 2014-2015-ci illərdə vəziyyətin dəyişdiyini, ölkədə hüquqların maneəsiz həyata keçirilməsini təmin edən "ASAN" xidmətin yaradıldığını görərək bundan istifadə etmək qərarına gəlmiş, evin sənədlərini toplamağa başlamışlar. Çünki, əllərində evlə bağlı yalnız bir sənəd - 1984-cü il tarixli qeydiyyat vəsiqəsi olmuşdur. Evlə bağlı texniki və s. sənədlərə malik deyildilər. Beləliklə, 20 oktyabr 2014-cü il tarixdə ilk öncə vərəsəlik hüququna dair şəhadətnamə əldə etmişlər. 2015-ci ilin avqustunda mərhum atalarının və digər payçı İddiaçı adına tərtib olunmuş 2009-cu il tarixli çıxarışın və eyni tarixli texniki pasportun surəti cavabdehlərə təqdim olunmuşdur. Buna qədər cavabdehlər mülkün 1/2 hiss əsinin İddiaçı satılmasını və bununla bağlı sair məlumatları bilməyiblər. Bundan sonra evin 1/2 hissəsinin paylı mülkiyyətçi olaraq atalarından xəbərsiz şəkildə İddiaçı satılmasını qanunsuz hesab edərək məhkəmə orqanlarına müraciət etmişlər və neçə illər ərzində aralarında məhkəmə çəkişmələri olmuş, bu çəkişmələr indi də davam edir. Son olaraq, evdən istifadəyə yaradılan maneələrin aradan qaldırılmasına dair iddia tələbləri təmin edilmiş, çıxarılmış məhkəmə qətnaməsi qanuni qüvvəyə minmiş, lakin məhkəmə qətnaməsi indiyə kimi icra olunmamış qalmışdır. Belə ki, İddiaçı və havadarları cavabdehləri hər bəhanə ilə evə buraxmamağa çalışır, evin onlara aid olan hissəsindən istifadə etmələrinə imkan vermirlər. Bundan əlavə, evin ümumi istifadədə olan həyətyanı torpaq sahəsi 13,49 sot olduğu halda, iddiaçı bunu 0,06 sot, yəni 600 kv.m kimi sənədləşdirmiş, yerdə qalan hissəni isə saxta bələdiyyə sənədləri ilə öz adına keçirməyə çalışmışdır. Lakin, sənədlərdə saxtalıq olduğu üçün sənədləşdirməyə nail ola bilməmişdir. Bununla əlaqədar olaraq, onlar Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş və iddiaçının əldə etdiyi bələdiyyə sənədlərinin ləğvi tələbini irəli sürmüşlər. Hal-hazırda bu iş də araşdırılmaqdadır. Cavabdeh əsaslı zərurət olmadan və onun razılığını almadan evin tarixi arxitektura abidəsi kimi ilkin görkəmini və daxili dizaynını dəyişdirərək evin dəyərinə təsir edən, evin qədimilik-tarixilik-mədəni abidəlik kompozisiyasına zərər vurulmasına gətirib çıxaran əməllərə yol vermiş, evi istifadə üçün yararsız hala salmışdır, bu üzdən vurulmuş zərərin əvəzi olaraq onlara bunu n dəyərini ödəməlidir.

13. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(005)-410/2020 saylı mülki iş üzrə 14 yanvar 2020-ci il tarixli qətnaməsi ilə (hakim S.Ədilova) ilkin və qarşılıqlı iddialar rədd edilmişdir.

14. Birinci instansiya məhkəməsi ilkin iddiaya münasibətdə qeyd etmişdir ki. iddiaçının təqdim etdiyi sübutlardan, habelə cavabdehlərin etirazlarını əsaslandırdıqları dəlillərdən görünür ki, iddiaçıya mübahisəli fərdi yaşayış evinin yarısının onun mülkiyyətində olmadığı xx.xx.2007-ci il tarixli 1/308 saylı Sərəncamı verilərkən, o cümlədən də təmirə başlayarkən ona məlum olub. Bu baxımdan iddiaçı cavabdehlərdən təmirə görə çəkilən vəsaitin yarısını tələb etməkdə haqlı deyildir. Belə ki, mülki qanunvericiliyin müddəalarından belə nəticəy ə gəlinir ki, İddiaçı mübahisəli əmlakla bağlı hər hansı yaxşılaşdırma və təmir-bərpa işləri görməzdən öncə əmlakın digər yarısının mülkiyyətçisinin razılığını almalı idi. Digər mübahisəli məsələ isə cavabdehlərin əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni xx.xx.2014-cü il tarixdə almalarıdır. İddiaçının təmir işlərinə başladığı zaman digər mülkiyyətçilərin ona bəlli olmamasına dair izahatları isə özü-özlüyündə inandırıcı və səmimi deyildir. Belə ki, hər bir halda işin mübahisəsiz halıdır ki, iddiaçı mübahisəli əmlakın yalnız yarısını alğı-satqı müqaviləsi üzrə əldə etmiş və digər yarısının başqa mülkiyyətçiyə aid olduğunu hər zaman bilmişdir. Üstəlik də təmir işlərinə mübahisəli evin naturada bölgüsünü aparmadan başlamışdır. Digər tərəfdən isə hazırkı mübahisədə cavabd ehlərin məhkəməyə təqdim etdiyi xx.xx.2007-ci il, xx.xx.2007-ci il tarixli Şəki şəhər Polis şöbəsinin Cavabdeh1 ünvanladığı teleqramlardan görünür ki, cavabdehlərin icraatda olan materialla əlaqədar polis şöbəsinə gəlmələri xahiş olunmuşdur. Mülki iş üzrə tərəflər arasındakı bir çox məhkəmə mübahisələrindən görünür ki, X5 vərəsələri hələ o vaxtdan əmlakın digər yarısı ilə bağlı müxtəlif tələblər irəli sürmüşlər. İddiaçı “paylı mülkiyyətdə olan daşınmaz əmlakın əsaslı təmirinə xərclənmiş pulun qaytarılması”na dair iddia tələbi irəli sürməkdə haqlı deyildir.

15. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbinə münasibətdə qeyd etmişdir ki, həmin tələblə bağlı məhkəmə araşdırması zamanı hər hansı bir sübut təqdim etməmişlər. Belə ki, mübahisəli fərdi yaşayış evinə İddiaçı qanunsuz hərək ətləri (hərəkətsizliyi) nəticəsində zərərin vurulduğu, zərərin mövcud olması və bu hərəkətlərlə (hərəkətsizliklə) ziyanın arasındakı səbəbli əlaqənin olduğunu sübut edən dəlillər, o cümlədən, məhkəmə araşdırması zamanı qarşılıqlı iddia tələblərini əsaslandıran hallara dair (mübahisəli fərdi yaşayış evinin tarixi-arxitektura görünüşü və s. barədə) məhkəməyə hər hansı mötəbər sübutlar təqdim ediltməmişdir.

16. Birinci instansiya məhkəməsi onu da qeyd etmişdir ki, mübahisəli yaşayış sahəsinin təmirinə başlanılması tarixinin dəqiq müəyyən edilməsi mümkün deyildir. Belə ki, mübahisəli fərdi yaşayış evinin əsaslı təmiri üçün 2007-ci ildə icazə alınmışdır. Qarşılıqlı iddiaçılar bəhs edilən sərəncamı əsas götürərək qeyd edirlər ki, təmir 2007-ci ildən başlamışdır. Lakin ilkin iddia üzrə iddiaçı is ə təmirə 2009-cu ildən başlandığını bildirir. Bununla belə iş materiallarında iddiaçı tərəfin təqdim etdiyi fotoşəkillərin tarixindən görünür ki, təmir işləri 2008-ci ildə də aparılmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçı təmirə başlamazdan əvvəl digər mülkiyyətçinin (mülkiyyətçilərin) razılığını almalı olduğu halda bunu etməmişdir. Təmir işlərinin başlanması tarixi 2007-2008-ci illərdən hesablanmalıdır. Belə olan halda isə iddiaçı T.Ə.Abdurəhmanova müəyyən edilmiş 10 illik iddia müddətini ötürmüşdür. Bu baxımdan ilkin iddia tələbi, həmçinin iddia müddətinin ötməsinə görə təmin edilməməlidir

17. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 213.2, 214.3, 214.4, 215.4, 217.3, 217.4, 217.5, 1096.1, 1096.2 1097.1 1097.3-cü və Azərbaycan Resp ublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 14.2, 77.1, 78.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

18. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilk iddianın təmin olunması, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Şikayət onunla əsaslandırılmışdır ki, mübahisəli evə dair ona təqdim edilmiş çıxarışda paylı mülkiyyətçi kimi cavabdehlər deyil, 2006-cı ildə vəfat etmiş X5 adı qeyd edilmişdir. Belə olan halda digər paylı mülkiyyətçidən razılığın alınması qaydası və icra mexanizmi ona bəlli deyildi. X5 2006-cı ildə ölməsi, evin əsaslı təmirinə 2007-ci ildə sərəncam verilməsi, təmirə isə 2009-cu ildə başlanması onu deməyə əsas verir ki, ya mərhumun vərəsələri yoxdur, ya vərəsəliyin faktiki qəbul edilməsi üçün qanunla müəyyən edilmiş 6 aylıq müddət buraxılmış, ya da vərəsələrin 150 il yaşı olan evə maraqları qalmamışdır. Cavabdehlər X5 ölümündən 8 il sonra vərəsəlik haqqında şəhadətnamə almışlar. Qətnamədə istinad olunan teleqramlardan məlum deyildir ki, cavabdehlər polis şöbəsinə hansı səbəbdən çağrılmışlar. Hakimin ziddiyyətli mövqeyindən birmənalı təsdiqlənir ki, evin əsaslı təmiri 2007-2008-ci illərdə başlanmışdır. Evin təmirinin hansı tarixdə başa çatdığı isə sual doğurur. Halbuki, iddiaçının təqdim etdiyi sənədlərdən görünür ki, əsaslı təmir başa çatmamış və bu faktı tərəflər mübahisələndirmir. Məhkəmə əsassız olaraq ekspertiza təyin edilməsi barədə vəsatətini təmin etməyib.

20. Bakı Apelly asiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-4421/2020 nömrəli iş üzrə 17 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – F.Babayev (sədrlik edən və məruzəçi), X.Mərdanova və E.Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

21. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi hüquqi mövqeyi ilə razılaşmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

22. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

23. Şikayət onunla əsaslandırılmışdır ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası sübutla ra qərəzli, qeyri-obyektiv qiymət vermiş, həmin sübutlara hüquqi qiymət verilməsinin, habelə apellyasiya şikayətində qeyd edilmiş maddi hüquq normalarının tətbiq edilməməsinin səbəblərini sözügedən qətnamədə göstərməmiş, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir.

24. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – İ.K.Dəmirov- sədrlik edən və məruzəçi, Ə.A.Əhmədov, V.T.Həsənov) xx.xx.2021-ci il tarixli, 2(102)-264/2021 saylı qərarı ilə kasasiya şikayəti təmin edilərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin kassasiya şikayəti ilə mübahisələndirilən hissədə ləğv edilməsi və işin həmin hissədə yeni apelyasiya baxışına qaytarılması qərara alınmışdır.

25. Kassasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, Şəki şəhər İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli, 1/308 saylı Sərəncamına əsasən ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin əsaslı təmir edilərək rekonstruksiya olunmasına icazə verilmiş və həmin sərəncamdan göründüyü kimi iddiaçının qeyd olunan fərdi yaşayış evinin təmirinə çəkdiyi xərclər həmin fərdi yaşayış evinin uzun müddət təmir edilməməsi, onun üst örtüyünün çökməsi, divarlarında çatların əmələ gəlməsi ilə əlaqədar olmuşdur. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

26. Yeni apellyasiya baxışı zamanı təyin edilmiş məhk əmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizası üzrə Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli rəyinə əsasən, Şəki şəhəri, Giləhli küçəsində yerləşən ümumi mülkiyyət olan 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 85.85 kv.m. yaşayış, 170.6 kv.m. köməkçi sahədən ibarət 20 saylı fərdi yaşayış evinin və mansardın təmir-bərpasına çəkilmiş xərcin ümumi məbləği mövcud olan bazar qiymətlərinə uyğun olaraq 61240 manat məbləğində müəyyən olunmuşdur. Tədqiq olunan ev üzrə təmir işlərinin aparıldığını, lakin təmirin yarımçıq vəziyyətdə olduğu, eyni zamanda qərardadın sualında göstərilən (evin taxta döşəmə, taxta tavan, taxta qapılar, taxta pəncərələr, taxta daxili rəflər, pəncərələrin dəmir reşotkaları, rəsmlər və naxışlarla bəzədilmiş aşağı ya rus nişlər və yuxarı yarus nişlər, bütün otaqlarda qədim memarlıq üslubunda olan divarların yuxarlarındakı karniz-rəfil elementlər, həmçinin həyət tərəfdən 2-ci mərtəbənin zalına gedən piləkənlərdən ibarət ləvazimatların) elementlərin olmadığı müəyyən edilmişdir.

27. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-241/2022 nömrəli, 17 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – F.Talışınski (sədrlik edən və məruzəçi), A.İmanov və Q.Əsgərov) İddiaçı tərəfindən verilən apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən (baxılan ilk iddia hissəsində) ləğv edilmiş və İddiaçı iddiası qismən təmin edilmiş, həmin (baxılan) hissədə yeni qətnamə qəbul edilərək, Şəki şəhəri, Giləhli küçəsində yerləşən ümumi mülkiyyət olan 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 85.85 kv.m. yaşayış, 170.6 kv.m köməkçi sahədən ibarət 20 saylı fərdi yaşayış evinin təmirinə xərclənmiş 61240 manat pulun yarısı, yəni 30620 manat məbləğinin cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada tutularaq İddiaçı qaytarılması təmin edilmiş, digər (baxılan) hissədə ilk iddia tələbi rədd edilmişdir.

28. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi müvafiq ekspertiza təyin etməməklə işi hərtərəfli araşdırılmasını təmin etməmiş və tələb hüququnun, sübutların olmamasına, habelə iddia müddətinə istinad etməklə kifayətlənmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisə edilən əmlakın tarixi arxitektura və ya sair abidə kimi qeydiyyata alınması sübuta yetirilməmiş, iddiaçı alqı-satqı əsasında 2005-2006-ci ildə evin ½ hissəsini əldə etmiş, 2006-cı ildə vəfat edən X4 miras qalmış mübahisəli evi vərəsə olaraq cavabdehər 2014-cü ildə qəbul etmiş və o zamandan tərəflərin müxtəlif mübahisələri olmuşdur. Miras şərikləri olan cavabdehlərin əmlakın qəbulu (yiyələnməsi və qorunması) vəzifələri vərəsəliyin açıldığı zamandan (miras qoyanın öldüyü andan) yaranmış, lakin onların öz vəzifələrinin həyata keçirilməsinə 2014-cü ildən başlaması münasibətlərin məhz həmin ildən yarandığının müəyyən edilməsi, əmlakın saxlanılması üzrə payçı və vərəsə kimi vəzifələrini istisna etmir.

29. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, evin təmirə ehtiyacı olduğu (üst örtüyünün çökməsi və s.) icra hakimiyyətinin müvafiq sərən camı və digər sübutlarla 2007-2008-ci illərdə artıq təsbit edilmişdir. İddiaçının cavabdehlərə məlumat verməyərək təmirə başlaması sonuncuların miras əmlaka sahib çıxmamaları, habelə iddiaçının əldə etdiyi mülkiyyət hüquqlarının qanunvericiliklə təminat altında olan sahiblik, istifadə və sərəncam hüquqlarının həyata keçirilməsi ilə bağlıdır. Burada vərəsəlik hüquqlarının həyata keçirilməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş müddətlərin gözlənilməsindən başqa iddiaçıya münasibətdə məhdudiyyətlər müəyyən edilmir. Əlbəttə əgər vərəsələrin zamanında öz hüquqların həyata keçirilməsi mövcud olsa idi, onda iddiaçının həmin mülkiyyətçilərə məlumat vermək vəzifələri yaranmış olardı. Qeyd edilənlər iddiaçının subyektiv hüququnun mövcudluğunu təsdiq edir və ilk iddianın rədd edilməsinə əsas v ermir. İddianın əsası onun daşınmaz əmlak üzərində hüquqları ilə bağlı əmlak hüquqlarının pozulması və ona maddi zərər dəyməsi təşkil edir ki, bunların da ilk növbədə baş verməsi və məhz cavabdehlərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verdiyi sübuta yetirilir. Məhkəmə kollegiyası mövqeyini Mülki Məcəllənin 213.8, 215.3, 217.1, 384.0.1 və 384.0.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

30. Cavabdeh1 (vəkil X6) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

31. Kassasiya şikayət onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə Mülki Məcəllənin 152.5, 157.4, 217.2, 217.3, 373.1, 373. 2, 373.3, 752.1-ci maddələri tətbiq olunmalı olduğu halda tətbiq edilməmiş, həmin məcəllənin 213.2. və 217.1-ci maddələrinə istinad edilsə də düzgün şərh edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 102.1, 102.3-cü maddələri tətbiq edilməmiş, MPM-in 82.3, 88, 184.4-cü maddələrinin tələbləri isə pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Kassasiya şikayətinə dair etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

33. Maddə 213.8. Ümumi mülkiyyətdə olan əşyaya qulluq edilməsi və onun saxlanması xərcləri, bu Məcəllədə və ya müqavilədə ayrı qayda müəyyənləşdirilməyibsə, mülkiyyətçilərin üzərinə bərabər şəkildə qoyulur

34. Maddə 215.3. Paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Lakin onlar mülkiyyətçilərdən hər birinə mənsub olan aşağıdakı səlahiyyətləri ləğv edə və ya məhdudlaşdıra bilməzlər.

35. Maddə 217.1. Paylı mülkiyyətin hər bir mülkiyyətçisi vergilərin, rüsumların ödənilməsində və ümumi əmlak üzrə digər ödənişlərin verilməsində, habelə həmin əmlakın saxlanması və qorunması xərclərinin çəkilməsində öz payına uyğun surətdə iştirak etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

39. Maddə 407.2. Kassasiya şikayət ində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

41. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

42. Qanunun tə ləbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

43. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin aktı Cavabdeh1 kassasiya şikayəti əsasında ilkin iddianın təmin edilmiş hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəf indən mübahisələndirilən hissədə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

45. Kassator şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyini ümumi ifadələrlə qeyd etsə də, bunun nədən ibarət olması ilə bağlı mövqeyini əsaslandırmamışdır.

46. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəl illər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

47. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

48. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İlkin iddia üzrə Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-242/2022 nömrəli mülki iş üzrə 14 fevral 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - ilkin iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar