Məhkəmə qərarları › İş №2(102)-3673/2023

Ali Məhkəmə Qərardad — İş №2(102)-3673/2023

15.08.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3673/2023 15.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh MTK-ya qarşı iş üzrə QƏRARDADİ iş № 2(102)-3673/2023 (Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin verilməsi nəzərdə tutulmayan məhkəmə aktları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və X1 ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2023-cü il 20 iyul tarixli, 2(105)-1384/2023 nömrəli qərardadından Cavabdeh MTK tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. İddiaçı Cavabdeh MTK-ya qarşı mənzilin təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanında yerləşən yaşayış binasının 5-ci giriş, 16-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 62.95 kv.m-dən ibarət olan 106 nömrəli mənzilin iddiaçıya təhvil verilməsi vəzifəsinin Cavabdeh MTK-nın üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Abşeron Rayon Məhkəməsinin 2(012)-472/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir.

3. Cavabdeh MTK qətnamədən apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpası barədə ərizə vermişdir.

4. Abşeron Rayon Məhkəməsinin e-2 (012)-472/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə prosessual müddətin bərpası barədə ərizə təmin edilərək, apellyasiya şikayəti baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

5. İddiaçı həmin qərardaddan şikayət vermiş, birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayəti təmin edilməmiş, baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.

6. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilərək, prosessual müddətin bərpası barədə ərizə rədd edilmişdir.

7. İddiaçı bu qərardaddan kassasiya şikayəti vermişdir.

8. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə kassasiya şikayə ti geri qaytarılmışdır.

9. Hazırda iddiaçı sonuncu qərardaddan kassasiya şikayəti vermişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (bundan sonra - MPM)

10. Maddə 402.2.2. Kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında qərardadlardan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmuşdur.

11. Maddə 404-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir;

12. Maddə 408.1.1. Kassasiya şikayəti bu məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, ka ssasiya şikayəti imzalanmamışsa, yaxud hüquqi olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

13. Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır; Kassasiya instansiyası məhkəməsinin mövqeyi

14. MPM-in 402.2.2-ci maddəsinə əsasən, kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında qərardadlardan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmuşdur.

15. Nəzərə alınmalıdır ki, kassasiya şikayətinin qaytarılması barədə qərardadla şəxsin onun işinə kassasiya in stansiyası məhkəməsində baxılması məsələsi həll edildiyindən, qanunverici bu hüququn əhəmiyyətini nəzərə alaraq belə qərardadlardan şikayət verilməsi qaydasını müəyyən etmişdir. Qanunun məqsədi kassasiya şikayəti verilməsi mümkün olan məhkəmə aktlarına kassasiya qaydasında baxılması imkanını səmərəli təmin etməkdən ibarətdir.

16. Lakin prosessual qanunvericilikdə məhkəmə aktının özündən kassasiya şikayəti verilməsi nəzərdə tutulmayıbsa, həmin aktdan verilmiş şikayətin qaytarılması barədə qərardaddan da şikayət verilə bilməz. Belə şikayətlərə kassasiya qaydasında baxılması MPM-in 402-ci maddəsinin məqsədlərinə cavab vermir və son illərdə kassasiya icraatının hədlərinin məhdudlaşdırılması istiqamətində aparılan qanunvericilik islahatlarına ziddir.

17. Hazırda mübahisələndirilən apellyasiya i nstansiyası məhkəməsinin 2(105)1384/2023 nömrəli, 20 iyul 2023-cü il tarixli qərardadı kassasiya şikayətinin geri qaytarılması barədə qərardad olsa da, apellyasiya instansiyası məhkəməsinin 2(105)1384/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərardadından MPM-də kassasiya şikayəti verilməsi nəzərdə tutulmadığından, xx.xx.2023-cü il tarixli qərardaddan da kassasiya şikayəti verilə bilməz.

18. MPM-in 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

19. Həmin Məcəllənin 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.

20. Məhkəmə kollegiy ası yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün sayılmalı və şikayətin qaytarılması üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

21. Göstərilənlərə əsasən və MPM-in 263, 264 və 408-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2023-cü il 20 iyul tarixli, 2(105)-1384/2023 nömrəli qərardadından Cavabdeh MTK-nın verdiyi kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və mülki iş həmin məhkəməyə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar