Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3673/2024 22.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və X2 qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən geri qaytarılması, kassasiya şikayətinin prosessual müddət ötürülməklə verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və X2 qarşı “yaşayış evindən çıxarılma” tələbinə dair mülk iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-102/2024 nömrəli, 13 sentyabr 2024-cü il tarixli qərardadından Cavabdeh2 kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında 22 oktyabr 2024-cü il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. İddiaçı iddia ərizəsi ilə Beyləqan Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların uşaqlarının Beyləqan rayonunun X kəndində yerləşən, xüsusi mülkiyyətində olan torpaq sahəsində inşa etdiyi, ümumi sahəsi 120 m2 olan mişar daşından tikilmiş yaşayış evindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Beyləqan Rayon Məhkəməsinin 31 mart 2023-cü il tarixli 2(020)380/2023 saylı qətnaməsi ilə iddia təmin olunmuş, cavabdehlər Cavabdeh1 və X1 uşaqları ilə birlikdə Beyləqan rayonunun X kəndində yerləşən, İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsində inşa etmiş olduğu, ümumi sahəsi 120 m2 olan mişar daşından tikilmiş yaşayış evindən çıxarılmaları qət edilmişdir. (hakim Ramiz Nurullayev )
3. Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-102/2024 saylı, 8 iyul 2024-cü il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəyi təmin edilməmiş, Beyləqan Rayon Məhkəməsinin 31 mart 2023-cü il tarixli 2(020)380/2023 saylı qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Tofiq Heydərov (sədrlik edən və məruzəçi), Pərviz Əhmədov, Samir Mayılov)
5. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi 11 iyul 2024-cü il tarixdə Cavabdeh2 nü mayəndəsi (vəkili) Vəkil1 Elektron Məhkəmə İnformasiya sistemindəki elektron kabinetinə yerləşdirilmişdir.
6. Cavabdeh2 (nümayəndə-vəkili Vəkil1) qətnamədən kassasiya şikayətini xx.xx.2024-cü il tarixində elektron kabinetə yerləşdirmişdir.
7. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 sentyabr 2024-cü il tarixli, 2(106)-102/2024 nömrəli qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır. (hakimlər Tofiq Heydərov (sədrlik edən və məruzəçi), Pərviz Əhmədov, Samir Mayılov)
8. Apellyasiya instansiyası məhkəməsi “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışa əsasən müəyyən etmişdir ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-102/2024 saylı, 08 iyul 2024-cü il tarixli qətnaməsi xx.xx.2024-cü il tarixdə Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 məxsus ş əxsi elektron kabinetə yerləşdirilmiş və bununla da qətnamədən kassasiya şikayəti verilməsi üçün prosessual müddətin axımı başlamışdır.
9. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş kassasiya şikayəti xx.xx.2024-cü il tarixdə elektron sistemə yerləşdirilmiş yəni, kassasiya şikayəti qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddət bitdikdən (xx.xx.2024-cü il tarixədək verilməli olduğu halda) 1 gün sonra verilmişdir.
10. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 130.1-130.3, 405.0.1 və 408.1.4-cü maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
11. Cavabdeh2 (nümayəndə-vəkili Vəkil1) kassasiya şikayəti verərək, apellya siya instansiyası məhkəməsinin qərardadının ləğv edilərək, kassasiya şikayətinin icraata qəbul edilməsini xahiş etmişdir.
12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, MPM-in 128-ci maddəsinə uyğun olaraq müddətin axımının başlanğıcı qətnamənin şəxsi kabinetə yerləşdirildiyi 11 iyul 2024-cü il tarixindən deyil, ondan sonrakı gündən, yəni 12 iyul 2024-cü ildən başlayaraq, 12 sentyabr 2024-cü il tarixində bitir. Bu halda müddətin buraxılmasından söhbət gedə bilməz. Eyni mövqe Ali Məhkəmənin 2(102)-2386/2024 saylı, 14 iyun 2024-cü il tarixli qərarında da sərgilənib. Belə ki, həmin qərarda Ali Məhkəmənin mövqeyi belə olub ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 aprel 2024-cü il tarixli qərardadı vəkilin şəxsi kabinetinə 30 aprel 2024-cü ildə yerləşdirilməsinə baxma yaraq, kassasiya şikayəti 11 may 2024-cü il tarixdə EMİS-ə yerləşdirilməklə 10 günlük müddət keçməklə verilmişdir. Yəni, vəkil kassasiya şikayətini 10 may 2024-cü il tarixində vermiş olsa idi, müddəti keçirməmiş hesab olunurdu. Bu məntiqlə müddətin axımı 30 aprel 2024-cü ildən yox, 01 may 2024-cü ildən hesablanmış olur. Ali Məhkəmənin Mülki Kollegiyasının bu mövqeyinin ziddinə getmək məhkəmə təcrübəsinin pozulmasıdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət v ə digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 10-.1.7. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. Maddə 128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Maddə 129.1. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddəti n sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Maddə 129.2. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Maddə 130.1.Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 405.0.1. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. Maddə 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilm işsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Maddə 408.5. Bu Məcəllənin 408.1.1-408.1.5 və 408.1.7-ci maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq no rmalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
14. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tə rəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
15. Kassasiya şikayətində qərardad tam mübahisələndirilib. Bu səbəbdən kollegiya qərardadı tam yoxlayır.
16. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nə ticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
18. Kassasiya şikayətini qaytarmaqla apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni nəticəyə gəlmişdir.
19. Apellyasiya instansiyasınin müəyyən etdiyi işin hallarından görünür ki, qətnamə Cavabdeh2 nümayəndəsinin (vəkilin) elektron kabinetinə 11 iyul 2024-cü il tarixdə yerləşdirilmişdir. Cavabdeh qətnamədən kassasiya şikayətini qanunla müəyyən edilmiş prosessual müddət ötürülməklə 12 sentyabr 2024-cü il tarixdə elektron kabinet vasitəsilə vermişdir.
20. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayəti müəyyən edilmiş müddət ötür ülməklə verildikdə tərəf həmin müddətin bərpa olunması barədə vəsatət vermək hüququna malikdir. Kassasiya şikayətinin müəyyən edilmiş müddət ötürülməklə verilməsi və müddətin bərpa olunması barədə vəsatətin irəli sürülməməsi kassasiya şikayətinin geri qaytarılması üçün qanuni əsasdır.
21. İşin müəyyən edilmiş hallarından da görünür ki, kassasiya şikayəti verilməsi üçün müddət ötüb, onun bərpası barədə ərizə də verilməyib.
22. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat versə də, nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və bu hüquq qanunla müəyyən edilmiş prosessual şərtlər daxilində məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayə t verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur ki, bu cür məhdudiyyətlərdən biri də MPM-nin 405.0.1-ci maddəsində kassasiya şikayətinin verilməsi üçün müəyyən olunmuş müddətdir.
23. Belə olan halda da, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin kassasiya şikayətini qaytarması MPM-in 130.3, 405.0.1 və 408.1.4-cü maddələrinin tələblərinə uyğun olub.
24. Bu baxımdan, hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.
25. Məhkəmə kollegiyası müddətin axımının başlanğıcının qətnamənin şəxsi kabinetə yerləşdirildiyi 11 iyul 2024-cü il tarixindən deyil, ondan sonrakı gündən, yəni 12 iyul 2024-cü ildən başlayaraq, 12 sentyabr 2024-cü il tarixində bitməli olması barədə kassasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir.
26. M ülki-Prosessual Məcəllənin 128.2-128.3-ci maddələrinə görə prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Mülki-Prosessual Məcəllənin 129.1-ci maddəsinə görə illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır.
27. Apellyasiya instansiyası məhkəməsinin 08 iyul 2024-cü il tarixli qətnaməsi cavabdehin nümayəndəsinin (vəkilin) elektron kabinetinə 11 iyul 2024-cü il tarixdə yerləşdirilmiş, qətnamədən kassasiya şikayəti vermə müddətinın axımı 12 iyul 2024-cü il dən başlamış və həmin müddət 2024-cü il sentyabr ayının 11-də qurtarmışdır. Qeyd olunan qətnamədən apellyasiya şikayəti 12 sentyabr 2024-cü ildə təqdim edilməklə müddət ötürülmüşdür.
28. Məhkəmə kollegiyası izah edir ki, Mülki-Prosessual Məcəllənin 129.1-ci maddəsində qeyd edilən “müvafiq ayında və günündə” söz birləşməsindəki “müvafiq” ifadəsi aylarla və illərlə hesablanan müddətin axımının başlandığı günə deyil, hadisənin baş vermə vaxtına münasibətdə müəyyən edilir.
29. Qeyd edilməlidir ki, müddətin axımının müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanması dedikdə, müddətin, onun başlanğıcının təyin edildiyi təqvim tarixindən sonra saat 00:00:01-dən başlayıb, müvafiq müddətin sonuncu günü saat 00:00:00-da bitməsi başa düşü lür. Nəzərə almaq lazımdır ki, bir gün 24 saata bərabərdir, buna görə də təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gün dərhal deyil, saat 00:00:01-dən başlayır və bu saata qədər keçən vaxt hesaba alınmadığı kimi, müddətin sonuncu günü də saat 00:00:00-a qədər olan vaxt hesaba alınmır. Yəni, 12 iyul 2024-cü ilin başlanğıcı saat 00:00:01-dən başlayır və iki aylıq müddət 11 sentyabr 2024-cü il saat 00:00:00-da bitir.
30. Başqa sözlə, müddətin axımı hansı zaman kəsiyində başlamışdırsa, müddətin sonu da həmin zaman kəsiyində bitir. Hazırki işə münasibətdə də müddətin axımı 12 iyul 2024-cü il saat 00:00:01-də başlayıbsa, iki aylıq müddətin sonu da 11 sentyabr 2024-cü il saat 00:00:00 hesab edilir və 12 sentyabr 2024-cü il saat 00:00:01 artıq müddətin keçməsi hesab edilir.
31. Təs adüfi deyildir ki, Mülki Prosessual Məcəllənin 129.3-cü maddəsinə görə də edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur.
32. Əks halda, kassatorun dəlili baxımından məsələyə yanaşıldıqda bir gün artıq vaxt yaranmış olur ki, bu da müddətin səhv hesablanmasına gətirib çıxarar.
33. Kassatorun Ali Məhkəmənin 2(102)-2386/2024 saylı, 14 iyun 2024-cü il tarixli qərarına istinadən göstərdikləri də əsaslı deyil, əksinə, həmin qərarda əks edilənlər də müddətin axımının başlanğıcı və qurtarması ilə bağlı yuxarıda qeyd edilənlərlə eynilik təşkil edir.
34. Belə ki, elektron informasiya sistemindən əldə edilmiş həmin qərarda Ali Məhkəmənin mövqeyi belə olub ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 aprel 2024-cü il tarixli qərardadı vəkilin şəxsi kabinetinə 30 aprel 2024-cü ildə yerləşdirilməsinə baxmayaraq, kassasiya şikayəti 11 may 2024-cü il tarixdə EMİS-ə yerləşdirilməklə 10 günlük müddət keçməklə verilmişdir.
35. Göründüyü kimi, cavabdehin kassasiya şikayətində dəlili kimi istinad etdiyi qərarda da Ali Məhkəmə müddətin axımının növbəti gündən, yəni 01 may 2024-cü ildən başlamasını və müddətin sonuncu gününün 10 may 2024-cü il olması qənaətinə gəlmişdir.
36. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdiril mədən saxlanılmalıdır.
37. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-102/2024 nömrəli, 13 sentyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.