Məhkəmə qərarları › İş №2(102)-3674/2022

Ali Məhkəmə Qərardad — İş №2(102)-3674/2022

01.06.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3674/2022 01.06.2022 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimləri Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3608/2022 nömrəli 13 aprel 2022-ci il tarixli qərardadından cavabdeh Cavabdeh1inin vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2378/2021 saylı mülki iş üzrə 08 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh1inin baş direktoru vəzifəsini müvəqqəti icra edən Z.Şərifovun 11 yanvar 2021-ci il tarixli, K-002 saylı ləğv edilərək, İddiaçı Cavabdeh1inin baş direktorunun müşaviri vəzifəsinə onunla bağlanan əmək müqaviləsi müddətsiz hesab edilməklə işə bərpa edilərək, İddiaçı işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün orta əmək haqqı ödənilməsi qət edilmişdir. Cavabdeh1in vəkili Vəkil qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3608/2022 nömrəli 13 aprel 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilərək, iş geri qaytarılmışdır. Cavabdehin vəkili Vəkil apellyasiya instansiyasının qərardadından şikayət verərək, qərardadının ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 402.2 və 402.2.1-ci maddələrinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 407.1-ci maddəsinə əsasən, kassasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 3 saylı Əlavədə müəyyən olunmuşdur). Həmin Məcəllənin 407.1.4-cü maddəsinə əsasən kassasiya şikayətində şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əs aslandırılması göstərilməlidir. Cavabdehin apellyasiya məhkəməsinin qərardadından verdiyi şikayətdən görünür ki, cavabdeh kassasiya şikayəti üçün qanunvericiliyin müəyyən etdiyi tələblərə əməl etməmiş, şikayət 3 saylı Əlavədə müəyyən olunmuş lazımi məzmunda tərtib edilməmiş, şikayətin verildiyi məhkəmənin adı düzgün göstərilməmiş, maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması şərh edilməiş, bununla da şikayətin məzmunu ilə bağlı tələblərə əməl olunmamışdır. Bundan başqa, Mülki Prosessual Məcəllənin 407.3-cü maddəsinə əsasən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd ə lavə edilməlidir. Elektron qaydada verilmiş şikayətdən görünür ki, şikayəti cavabdehin vəkili və nümayəndəsi Vəkil elektron imzalamış, lakin vəkil orderində vəkilin cavabdehi Azərbaycan Respublikası Ali Məhkəməsində təmsil etmək səlahiyyəti göstərilməmişdir. Mülki Prosessual Məcəllənin 408.1.1-ci maddəsinə görə kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə, 408.1.3-cü maddəsinə əsasən kassasiya şikayətinə vəkil orderi əlavə edilməmişdirsə, 408.1.5-ci maddəsinə əsasən kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə, apellyasiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, hazırki iş üzrə kassasiya şikayətinin mümkünlüyü üçün əsaslar mövcud olmadığından, onun icraata qəbulundan imtina edilməli, kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 404-1, 407, 408.1 və 408.3cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Cavabdeh Cavabdeh1inin vəkili Vəkil Bakı Apellyasiya Məhkəməsinin 2(103)3608/2022 nömrəli 13 aprel 2022-ci il tarixli qərardadından verdiyi kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş Bakı Apellyasiya Məh

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar