Məhkəmə qərarları › İş №2(102)-3674/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3674/2024

29.11.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahis
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3674/2024 29.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Balakən rayon Qazma Bələdiyyəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yolun açılması, hasarın sökülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdeh Balakən rayon Qazma Bələdiyyəsinə qarşı həyətyanı torpaq sahəsindən ictimai yola zəruri keçidin verilməsi və həmin keçidin ictimai yola bitişik hisssəsində tikilmiş hasarın sökülməsi tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-750/2024 nömrəli, 3 iyul 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2020-ci il tarixli çıxarış ilə ünvan 1i 0.0667 ha yaşayış məntəqələrinin torpaqları İddiaçı Ziyavəddin oğlunun adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

2. Balakən Rayon Qeydiyyat Şöbəsi tərəfindən 25 oktyabr 2017-ci il tarixdə verilmiş AZ-İ seriyalı 902890 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2017-ci ildə ölmüşdür.

3. Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(019)-5/2022 saylı qətnaməsinə əsasən, Reyestr nömrəsi **********93, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2019-cu il olan Hüquqları n Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışla X7 və X3 ümumi paylı mülkiyyətinə verilmiş ünvan 1ində yerləşən 0.2576 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı payına düşən 1/4 hissəsi, reyestr nömrəsi **********90, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2019-cu il olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışla X7 və X3 ümumi paylı mülkiyyətinə verilmiş ünvan 1ində yerləşən 0.129 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsinin İddiaçı payına düşən 1/4 hissəsi, reyestr nömrəsi **********92, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2019-cu il olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışla X7 və X3 ümumi payıl mülkiyyətinə verilmiş ünvan 1ində yerləşən 0.1215 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı payına düşən 1/4 hissəsi və reyestr nömrəsi **********91, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2019-cu il olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışla X7 və X4 ümumi paylı mülkiyyətinə verilmiş ünvan 1ində yerləşən 0.4002 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı payına düşən 1/4 hissəsi hazırki iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 10 iyun 2022-ci il tarixli 10/1574 №-li ekspertiza rəyinə əlavə olunmuş bölgü sxemlərinə uyğun naturada ayrılması, cavabdeh X10 həmin 0.2576 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı düşən 1/4 hissəsindən, 0.129 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsinin İddiaçı payına dü şən 1/4 hissəsindən, 0.1215 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı payına düşən 1/4 hissəsindən və 0,4002 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı payına düşən 1/4 hissəsindən çıxarılması qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1ində yerləşən, ümumi sahəsi 0,0667 ha olan həyətyanı torpaq sahəsinə zəruri keçidin açılması və həmin keçidlin ictimai yola bitişik hissəsində tikilmiş kubik hasarın sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Cavabdeh1 iddianı qəbul etmədiyini, eyni zamanda mübahisələndirilən torpaq sahəsinin Balakən rayon Qazma Bələdiyyəsinin mülkiyyətində olduğunu, buna görə də hazırki iddiaya cavab v erməli olan şəxsin də Balakən rayon Qazma Bələdiyyəsi olduğunu bildirərək onun əsl cavabdeh olan Balakən rayon Qazma Bələdiyyəsi ilə əvəz edilməsini xahiş etmiş, məhkəmə iclasında iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək mülki iş üzrə Cavabdeh1 əsl cavabdeh Balakən rayon Qazma Bələdiyyəsi ilə əvəz edilməsinə razı olduğunu bildirmişdir.Məhkəmə tərəfindən iddiaçının razılığı ilə Cavabdeh1 əsl cavabdeh Balakən rayon Qazma Bələdiyyəsi ilə əvəz edilmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1990-cı ildə atası X5 övladlığa verilmişdir. 1988-ci ildə kəndlərində torpaq islahatı keçiriləndə onun həyətyanı və pay torpağı X2 ümumi birgə mülkiyyətinə işlənib. Xəlilov Ziyavəddin 2017-ci ildə vəfat etmiş və 2018-ci ildə onun pay torpağını və həyətyanı torpaq sahəsini X2 ümumi birgə mülkiyyətindən ayrılması üçün Balakən Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə iddianı təmin etmiş, pay torpağı və həyətyanı torpaq sahəsi 2019-cu ilin mart ayında ona təhvil verilmişdir. İslahat keçirilən zaman onun və ümumiyyətlə X2 həyətyanı torpaq sahəsinə yol yeri verilməyib. Məhkəməyə bildirmişdir ki, onun həyətyanı torpaq sahəsi ilə ictimai yolun arasında ümumi sahəsi 0,0664 ha olan Qazma Bələdiyyəsinin mülkiyyətinə aid olan torpaq sahəsi var. Oradan digər qardaşı olan X10 mal damı kimi istifadə edir. X10 tərəfindən həmin torpaq sahəsi ilə ictimai yolun sərhədi boyu uzunluğu təxminən 30 metr, hündürlüyü isə 2 metr olan kubik ( mişar daşı) hasar inşa edilmişdir. Həmin hasar on il əvvəl X9 tərəfindən tikilmişdir və Qazma bələdiyyəsinin ərazisindədi r. Həyətyanı torpaq sahəsinə zəruri keçidi ancaq həmin ərazidən vermək olar, çünki digər ərazilərdən ictimai yola çıxış ümumiyyətlə, mümkün deyil. İddiaçının həyətyanı sahəsi ilə ictimai yola təqribən 30 metr məsafə var. İddiaçıya verilmiş 0.0667 ha həyətyanı torpaq sahəsində ev tikintisi aparmaq istəyir. Tikinti materialları 0.0667 ha həyətyanı torpaq sahəsinin cənubunda yerləşən bacısı oğlu X13 məxsus olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən müvəqqəti olaraq yol verilməklə həmin əraziyə gətirilmişdir. Hazırda da həmin əraziyə müvəqqəti olaraq oradan girirlər. Bir halda ki, Bələdiyyə ərazisi ola-ola iddiaçı nəyə görə başqa şəxsin ərazisindən özünə məxsus torpaq sahəsinə girməlidir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

7. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 nümayəndəsi iddianın əsassız olduğundan təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Məhkəmə tikinti-texniki ekspertizasının 30 noyabr 2022-ci il tarixli, 10/5940 saylı rəyinə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********79 olan, 475899 qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsünə əsasən İddiaçı Ziyavəddin oğlunun mülkiyyətində olan Balakən rayonu, Qazma kəndində yerləşən 0.0667 ha həyətyanı torpaq sahəsinə elektron məlumat bazasında öz əksini tapan ünvan 1inin Kompleks Yerquruluşu layihəsinə əsasən həmin əraziyə gediş-gəliş üçün yo l nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********79 olan, 475899 qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsünə əsasən İddiaçı Ziyavəddin oğlunun mülkiyyətində olan Balakən rayonu, Qazma kəndində yerləşən 0.0667 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş üçün ictimai yola bitişik hissədən zəruri keçidin verilməsi idarələrinin səlahiyyətləri xaricindədir. İddiaçı Ziyavəddin oğlunun xüsusi mülkiyyətində olan ünvan 1ində yerləşən 0.0667 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş üçün Balakən rayonu Qazma Bələdiyyəsinin mülkiyyətində olan kəndarası yola bitişik hissədə mişar daşından hasar inşa edilmişdir.

9. Məhkəmə tikinti-texniki ekspertizasının 04 avqust 2023-cü il tarixli, 10/2373 saylı rəyinə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********79 olan, 475899 qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsünə əsasən İddiaçı Ziyavəddin oğlunun mülkiyyətində olan Balakən rayonu, Qazma kəndində yerləşən 0.0667 ha həyətyanı torpaq sahəsinə elektron məlumat bazasında öz əksini tapan ünvan 1inin Kompleks Yerquruluşu layihəsinə əsasən həmin əraziyə gediş-gəliş üçün yol nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İ darəsi tərəfindən verilmiş reyestr nömrəsi **********79 olan, 475899 qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsünə əsasən İddiaçı Ziyavəddin oğlunun mülkiyyətində olan Balakən rayonu, Qazma kəndində yerləşən 0.0667 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş üçün ictimai yola bitişik hissədən zəruri keçidin verilməsi texniki cəhətdən mümkündür, (keçidin verilməsi qaydası “Bələdiyyə” ilə razılaşdırılmalıdır. İddiaçı Ziyavəddin oğlunun xüsusi mülkiyyətində olan ünvan 1ində yerləşən 0.0667 ha həyətyanı torpaq sahəsinə gedişgəliş üçün Balakən rayonu Qazma Bələdiyyəsinin mülkiyyətində olan kəndarası yola bitişik hissədə mişar daşından hasar inşa edilmişdir.

10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 yanvar 2024-cü il tarixli 3-1 6-16/2-81/52 nömrəli ekspert rəyinə əsasən, qərardadın birinci və ikinci sualları üzrə qeyd olunur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqataia Ərazi idarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********79 olan 475899 qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsünə əsasən İddiaçı Ziyavəddin oğlunun mülkiyyətində olan Balakən rayonu, Qazma kəndində yerləşən 0.0667 ha həyətyanı torpaq sahəsi ilə kəndarası yol arasında qalan 0,0664 ha torpaq sahəsindən İddiaçı Ziyavəddin oğlunun mülkiyyətində olan Balakən rayonu, Qazma kəndində yerləşən 0.0667 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş üçün Dövlət Şəhərsalma Norma Və Qaydaları AzDTN 2.6-1 cədvəl-9 da göstərilən ölçülərə uyğun keç idin verilməsi texniki cəhətdən mümkündür. Həmin keçidin ölçüləri Bələdiyyə ilə razılaşdırılmaqla verilə bilər. Mübahisəli ərazidə yerləşən Balakən rayonu Qazma Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinin bir hissəsi X10 tərəfindən ümumi sahəsi 0,129 ha olan həyətyanı torpaq sahəsinə və ümumi sahəsi 0,4002 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə getmək üçün keçid kimi istifadə edildiyindən həmin sahədən zəruri keçid verildiyi halda X15 ümumi sahəsi 0,2576 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə ümumi sahəsi 0,129 ha olan həyətyanı torpaq sahəsi və ümumi sahəsi 0,4002 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə əlaqəsinin birbaşa kəsilməsinə səbəb ola bilər. Qeyd olunur ki, Qazma Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsin zəruri keçid verildiyi halda həmin keçid ümumi istifadədə saxlanılarsa, həmin keçiddən iddiaçının və cavabdehin istifadə ortaq istifadə etməsi texniki cəhətdən mümkündür. İddiaçı Ziyavəddin oğlunun xüsusi mülkiyyətində olan ünvan 1ində yerləşən 0.0667 ha həyətyanı torpaq sahəsinin cənub istiqamətində digər şəxsə (şəxslərə) məxsus torpaq sahəsinin ictimai yol ilə həmsərhəd olmasını nəzərə alaraq, həmin torpaq sahəsindən də Şəhərsalma Norma Və Qaydaları AzDTN 2.6-1 cədvəl-9 da göstərilən» ölçülərə uyğun iddiaçıya zəruri keçidin verilməsi texniki cəhətdən mümkündür. Keçidin ölçüləri razılaşma əsasında müəyyən edilə bilər.

11. Balakən Rayon Məhkəməsinin 19 fevral 2024-cü il tarixli 2(019)-10/2024 nömrəli qətnaməsi ilə (hakim Zamin Tahirov) iddia rədd edilmişdir.

12. Birinci instansiya məhkəməsində araşdırma zamanı m üəyyən edilmişdir ki, Balakən Rayon Məhkəməsinin 8 avqust 2022-ci il tarixli 2(019)-5/2022 saylı qətnaməsi ilə reyestr nömrəsi **********93, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2019-cu il olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışla X7 və X3 ümumi paylı mülkiyyətinə verilmiş ünvan 1ində yerləşən 0.2576 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı payına düşən 1/4 hissəsi, reyestr nömrəsi **********90, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2019-cu il olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışla X7 və X3 ümumi paylı mülkiyyətinə verilmiş ünvan 1ində yerləşən 0.129 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsinin İddiaçı payına düşən 1/4 hissəsi, reyestr nömrə si **********92, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2019-cu il olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışla X7 və X3 ümumi paylı mülkiyyətinə verilmiş ünvan 1ində yerləşən 0.1215 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı payına düşən 1/4 hissəsi və reyestr nömrəsi **********91, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2019-cu il olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışla X7 və X4 ümumi paylı mülkiyyətinə verilmiş ünvan 1ində yerləşən 0.4002 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı payına düşən 1/4 hissəsi ekspertiza rəyinə əlavə olunmuş bölgü sxemlərinə uyğun naturada ayrılması qət edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Döv lət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********79 olan, 475899 qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli çıxarışa əsasən ünvan 1i 0.0667 ha yaşayış məntəqələrinin torpaqları İddiaçı Ziyavəddin oğlunun adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı Ziyavəddin oğlu Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********79 olan, 475899 qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli çıxarışa əsasən ünvan 1i ünvanında mülkiyyət hüququ qeydə alınmış 0.0667 ha torpaq sahəsinə yol sahəsi olmadığından X10 tərəfindən istifadə olunan və onun tərəfindən mişar daşından hasar inşa edilmiş Balakən rayonu Qazma Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən zəruri keçidin açılması və X10 tərəfindən inşa edilmiş mişar daşından tikilmiş hasarın sökülməsini xahiş edir. X10 isə bildirir ki, Balakən rayonu Qazma Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsi **********3 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən verilmiş ümumi sahəsi 0,2576 ha olan, **********1 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış əsasında verilmiş ümumi sahəsi 0,4002 ha olan və **********0 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış əsasında verilmiş ümumi sahəsi 0,129 ha olan torpaq sahələrini ayırır. Yəni İddiaçı mülkiyyətində olan 0.0667 ha həyətyanı torpaq sahəsinə Balakən rayonu Qazma Bələdiyyəsinin mülkiyy ətində olan və X10 tərəfindən istifadə olunan torpaq sahəsindən zəruri keçid verildiyi halda X3 ümumi sahəsi 0,2576 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə ümumi sahəsi 0,129 ha olan həyətyanı torpaq sahəsi və ümumi sahəsi 0,4002 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə əlaqəsinin kəsilməsinə səbəb olacaqdır. Qüvvədə olan qanunvericilik zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelərin nəzərə alınmalı olmasını qeyd etmişdir. Ona görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 13.

8. Məhkəmə iclasında o da müəyyən edildi ki, iddiaçının mübahisələndirdiyi 0.0667 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş üçün Balakən rayonu Qazma Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsi X10 tərəfindən istifadə olunur və kəndarası yola bitişik hissəd ə onun tərəfindən mişar daşından hasar inşa edilmişdir. Balakən rayonu Qazma Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsi isə **********3 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən verilmiş ümumi sahəsi 0,2576 ha olan, **********1 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış əsasında verilmiş ümumi sahəsi 0,4002 ha olan və **********0 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış əsasında verilmiş ümumi sahəsi 0,129 ha olan torpaq sahələrini ayırır. Yəni İddiaçı mülkiyyətində olan 0.0667 ha həyətyanı torpaq sahəsinə Balakən rayonu Qazma Bələdiyyəsinin mülkiyyətində olan və X10 tərəfindən istifadə olunan torpaq sahəsindən zəruri keçid verildiyi halda X3 ümumi sahəsi 0,2576 ha olan kənd təsərrüfa tı təyinatlı torpaq sahəsi ilə ümumi sahəsi 0,129 ha olan həyətyanı torpaq sahəsi və ümumi sahəsi 0,4002 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə əlaqəsinin kəsilməsinə səbəb olacaqdır. Qüvvədə olan qanunvericilik zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelərin nəzərə alınmalı olmasını qeyd etmişdir. Yəni iddiaçıya zəruri keçidin verilməsi üçüncü şəxs X3 ümumi sahəsi 0,2576 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə ümumi sahəsi 0,129 ha olan həyətyanı torpaq sahəsi və ümumi sahəsi 0,4002 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə əlaqəsinin kəsilməsi hesabına baş tutmasını qanunverici qadağan edir. İşin bu halı iş üzrə keçirilmiş sonuncu məhkəmə ekspertizasının rəyində də öz əksini tapmışdır. İşdə olan həmin ekspert rəyinə əsasən iddiaçıya məxsus o lan 0.0667 ha həyətyanı torpaq sahəsinin cənub istiqamətində digər şəxsə məxsus torpaq sahəsinin ictimai yol ilə həmsərhəd olmasını nəzərə alaraq həmin torpaq sahəsindən də qanunvericiliyə uyğun iddiaçıya zəruri keçidin verilməsi texniki cəhətdən mümkündür. Buna görə də iddiaçının müraciəti əsasında digər ərazilərdən də zəruri keçidin verilməsinin mümkünlüyü məhkəmə tərəfindən yoxlanıla bilər. Hazırki vəziyyətdə iddiaçının iddiasının təmin edilməsi iddiaçıya zəruri keçidin verilməsi üçüncü şəxs X3 ümumi sahəsi 0,2576 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə ümumi sahəsi 0,129 ha olan həyətyanı torpaq sahəsi və ümumi sahəsi 0,4002 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə əlaqəsinin kəsilməsinə səbəb olacaqdır. 14.

9. Məhkəmə tərəfindən yuxarıda göstərilən hallar nə zərə alınmaqla, iddiaçıya məxsus olan 0.0667 ha həyətyanı torpaq sahəsinin cənub istiqamətində digər şəxsə məxsus torpaq sahəsinin ictimai yol ilə həmsərhəd olmasını nəzərə alaraq həmin torpaq sahəsindən də qanunvericiliyə uyğun iddiaçıya zəruri keçidin verilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnun olması iddiaçıya izah edilmişdir.

15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157 və 175-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

16. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus olan 0.0667 ha həyətyanı torpaq sahəsindən qətnamədə qeyd edilən cənub istiqamətindəki ictimai yola, təxminən əlli metr məsafə var, ancaq iddiada göstərilən və Qazma bələdiyyəsinə məxsus ərazidən ictimai yola cəmi otuz metr məsafə var. Həmin cənub istiqamətindəki yer fındıq bağıdır, Qazma bələdiyyəsinə məxsus olan ərazi isə boş sahədir və müstəqil tələb sürməyən üçüncü şəxs tərəfindən zəbt edilib. Göründüyü kimi zəruri keçidin bələdiyyə ərazisindən tələb edilməsi daha yolveriləndir. Onun tələbi dəqiq zəruri keçidin verilməsinə yönəlib. Lakin, məhkəmə bu halı araşdırmalı olduğu halda, iş üçün heç bir əhəmiyyət kəsb etməyən halları- pay və həyətyanı torpaq sahəsinin iddiaçıya 2018-ci ildə məhkəmə qətnaməsi ilə ayrılıb verildiyini iddiaçının özünə məxsus pay torpağını satdığını araşdırmışdır. Məhkəmə öz təşəbbüsü ilə 15 avqust 2022-ci ildə eks pertiza təyin etmişdir. Lakin məhkəmə ekspertizaya bütün sənədləri göndərdiyi halda baza məlumatlarını mərkəzə göndərməyib. Ona görə də ekspert özünün yox, mütəxəssisin rəyini məhkəməyə göndərmişdir. Lakin hakim mütəxəssis rəyini ekspert rəyi kimi təqdim etmişdir. İkinci ekspertiza isə iddiaçının təkidi ilə olmuşdur. Ekspert 4 avqust 2023-cü il tarixli rəyində zəruri keçidin verilməsinin mümkünlüyünü qeyd etmişdir. Ancaq bu rəy hakimi qane etmədiyinə görə xx.xx.2023-cü ildə məhkəmə öz təşəbbüsü ilə üçüncü dəfə ekspertiza təyin etmişdir. İkinci ekspertizadan fərqli olaraq hakim ekspert qarşısında sualı qəsdən elə şəkildə qoymuşdur ki, bu sualın cavabı istənilən halda mənfi də ola bilər. Burada əlaqənin birbaşa kəsilməsinin hansı məna kəsb etdiyini hakim özü də ağlabatan şəkildə izah edə bil məmişdi. İddiaçıya zəruri keçidin verildiyi halda üçüncü şəxsin hansı şəkildə yolunun bağlanacağı aydınlaşdırılmamışdır. Zəruri keçid verildiyi halda X3 ümumi sahəsi 0.2576 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə ümumi sahəsi 0.129 ha olan həyətyanı torpaq sahəsi və ümumi sahəsi 0.4002 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə əlaqəsinin başqa hansı şəkildə mümkün ola biləcəyi aydınlaşdırılmamışdır.Halbuki məhkəmə iddianı məhz bu mülahizəyə görə təmin etməmişdir. Bundan əlavə ekspert qeyd etmişdir ki, həmin sahənin bir hissəsi cavabdeh tərəfindən digər torpaq sahələrinə keçid kimi istifadə edilir. Həmin sahənin qalan hissəsi isə boş sahədir və burada talvara bənzər bir tikili var. Hakim isə bu hala diqqət yetirməmiş, araşdırmanı vəkilin istəyinə uyğun şəkildə səthi və qərəzli şəkildə aparılmışdır. Ekspert rəyində qeyd olunmuşdur ki, Qazma Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən zəruri keçid verildiyi halda həmin keçid ümumi istifadə də saxlanılarsa həmin keçiddən iddiaçının və cavabdehin ortaq istifadə etməsi texniki cəhətdən mümkündür. Göründüyü kimi, hakim bu halı da araşdırmamışdır.

18. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər: Ələddin Məcidov-sədrlik edən və məruzəçi, Günay Cavadova və Mahir Əsədli) 2(107)-750/2024 nömrəli, 3 iyul 2024-cü il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır.

19. Apellyasiya instansiyası məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, məhkəmə kollegiyası mübahisəli əraziyə tərəflərin iştirakı ilə yerində baxış keçirərkən müəyyən edilmişdir ki, mübahisəli ərazi mülki iş materiallarının 42-ci vərəqində yer alan Sxemdə göstərilən vəziyyətdə yerləşməklə, əraziyə gələn yol Qazma Bələdiyyəsinə məxsus olan üçüncü şəxs X11 tərəfindən istifadə olunan torpaq sahəsində başa çatır. Həmin torpaq sahəsinin sağ tərəfdə yola birləşən hissəsində hasar hörülmüşdür. Həmin yol cənub tərəfdən üçüncü şəxs X6 mülkiyyətində olan torpaq sahəsinə daxil olur. Qazma Bələdiyyəsinə məxsus olan torpaq sahəsinin həmin şimal, həm cənub tərəfində üçüncü şəxs X8 məxsus torpaq sahələridir. Üçüncü şəxsə məxsus torpaq sahələrinin bir-birilə əlaqəsi Qazma Bələdiyyəsinə məxsus olan torpaq sahəsi vasitəsilə təmin olunur. Qazma Bələdiyyəsinə məxsus olan torpaq sahəsinin digər tərəfində iddia çıya məxsus yola çıxışı olmayan həyətyanı torpaq sahəsi yerləşir. İddiaçıya məxsus həyətyanı torpaq sahəsinin sol tərəfində yerləşən pay torpaq sahəsi iddiaçıya məxsus olmuş, daha sonra satılmışdır. Həmin pay torpaq sahəsi digər tərəfdən ümumi istifadədə olan yola birləşir. İddiaçıya məxsus həyətyanı torpaq sahəsindən sağ tərəfdən Qazma Bələdiyyəsinə məxsus olan torpaq sahəsi vasitəsilə yola qədər məsafə 35 metr, sol tərəfdən iddiaçı tərəfindən satılmış pay torpaq sahəsi vasitəsilə yola qədər məsafə isə 50 metrdir.

20. İşin hallarından görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********79 olan, 475899 qeydiyyat nömrəli xx.xx.2020-ci il tarix li çıxarışa əsasən ünvan 1ində yerləşən 0.0667 ha yaşayış məntəqələrinin torpaqları İddiaçı Ziyavəddin oğlunun adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

21. Həmçinin, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********82 olan, ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli çıxarışa əsasən ünvan 1ində yerləşən 0.2769 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı Ziyavəddin oğlunun adına mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır.

22. Həmin 0.2769 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 0.0667 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinə bitişik olmaqla, həmin əraziyə gələn yola çıxışı olmuşdur. 31 mart 2022-ci il tarixli daşınmaz əmlakın alq ı-satqısı müqaviləsi ilə İddiaçı Ziyavəddin oğlu həmin 0.2769 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini X1.

23. Yuxarıda da göstərildiyi kimi hazırda mübahisəli 0.0667 ha torpaq sahəsindən 0.2769 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vasitəsilə yola qədər məsafə 50 metrdir.

24. İddiaçı Ziyavəddin oğlu ilə X11 arasında torpaq sahələrinin naturada ayrılması ilə bağlı Balakən Rayon Məhkəməsində 2(019)-5/2022 saylı işə baxılarkən İddiaçı Ziyavəddin oğlunun məhkəməyə göndərdiyi 4 may 2021-ci il tarixli ərizə hazırki iş üzrə üçüncü şəxs X6 vəkili tərəfindən kollegiyaya göndərilmişdir. Həmin ərizədə İddiaçı Ziyavəddin oğlu qeyd edir: “ümumi sahəsi 0,4002 ha olan, habelə mənə düşən həyətyanı torpaq sahələrinə gəldikdə isə həmin sahələrə yol yeri nzəərdə tutulmayıb. Bu kimin təqsiridir? M ənim, yoxsa islahatı həyata keçirən dövlət məmurlarının? Eyni zamanda onu da bildirirəm ki, mənə məxsus pay torpağına və həyətyanı torpaq sahəsinə gediş-gəliş üçün mənim heç bir problemim yoxdur. Çünki qonşumdan əvəzi ödənilməklə yol geri götürmüşəm. Ona görə də ümumi sahəsi 0,4002 ha olan torpaq sahəsindən mənə düşəcək hissəyə, habelə həyətyanı torpaq sahəsindən də mənə düşəcək hissəyə gedişgəliş üçün, yəni yol üçün mənim heç bir problemim yoxdur.”

25. Görünür ki, İddiaçı Ziyavəddin oğlu həmin ərizəni verdikdən sonra, həmin iş üzrə 8 avqust 2022-ci il tarixli məhkəmə qətnaməsi çıxarılana qədər, 31 mart 2022-ci il tarixdə özünə məxsus həyətyanı torpaq sahəsinin yola çıxışını təmin edən özünə məxsus kənd təsərrüfatlı torpaq sahəsini satmış, alıcı ilə yola çıxışla bağlı heç bir razılığa gəlm əməklə özünün yola çıxışını bağlamışdır. Hazırda isə X6 istifadəsində olan və onun hasar hörməklə bağladığı ərazidən yola çıxış tələb edir.

26. Bu hal iddiaçının hazırki tələbinin həm də qanunvericiliyin hüquqdan suiistifadənin yolverilməzliyini müəyyən edən müddəaları əsasında nəzərdən keçirilməsini tələb edir.

27. Belə ki, hazırki iddia tələbi ictimai yola keçidin ayrılması barədədir.

28. Mülki Məcəllənin 175.1-ci maddəsinə əsasən əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar.

29. Həmin məsələ Mülki Məcəllənin Mülkiyyət hüququnun məhdudlaşdırılması adlanın 8-ci fəslində tənzimlənir.

30. Yəni, qonşu mülkiyyətdən ictimai yola zə ruri keçidin ayrılması həmin mülkiyyətçinin mülkiyyət hüquqlarının məhdudlaşdırılmasını nəzərdə tutur.

31. Konstitusiya Məhkəməsi Plenumunun F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 3 mart 2023-cü il tarixli Qərarında qeyd olunur ki,...mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan sui-istifadəyə yol verməməlidirlər.

32. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhz bu səbəbdən, məsələn, əqdin hər iki tərəfi aldatma yolu ilə hərəkət etdikdə onlardan heç biri aldadıldığına istinad edərək əqdi mü bahisələndirmək hüququna malik deyil (Mülki Məcəllənin 339.3-cü maddəsi).

33. Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir.

34. Hazırki halda, İddiaçı Ziyavəddin oğlunun X11 ilə torpaq sahələrinin naturada ayrılması prosesində məhkəməyə həyətyanı torpaq sahəsinə gedən yol tələb etmədiyini və torpaq sahələri ayrılan zaman həmin torpaq sahəsinə yol nəzərdə tutulmasına ehtiyac olmadığını ifadə edən rəsmi ərizə verdikdən sonra özü öz hərəkətləri ilə öz torpaq sahəsinə gedən yolu bağlaması, zəruri yolun açılmasını isə özünün satdığı torpaq sahəsindən deyil, başqa torpaq sahəsindən, hətta qonşunun inşa etdiyi hasarın sökülməsi yolu ilə tələb etməsi ziddiyyətli davranış olmaqla ardıcıl rəftar etmək öhdəliyinin pozulması hesab edilməlidir.

35. Apellyasiya instansiyası məhkəməsi bu nəticəyə gələrkən yuxarıda qeyd edilmiş mülkiyyət hüquqlarının məhdudlaşdırılmasında “ədalətli balans” prinsipini də nəzərə alır.

36. Göstərilənlər cavabdehin apellyasiya şikayətinin qətnamənin 14-cü bəndində qeyd olunmuş dəlillərinin əsassızlığını və məhkəmənin hansı səbəbdən iddiaçının satmış olduğu torpaq sahəsi ilə bağlı məsələni araşdırmasının səbəblərini ifadə edir.

37. Apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinin bu qətnamənin 15-ci bəndində göstərilmiş dəlillərinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 yanvar 2024-cü il tarixli 3-16-16/2-81/52 nömrəli ekspert rəyində qeyd olunur ki, İddiaçı Ziyavəddin oğlunun mülkiyyətində olan Balakən rayonu, Qazma kəndində yerləşən 0.0667 ha həyətyanı torpaq sahəsi ilə kəndarası yol arasında qalan 0,0664 ha torpaq sahəsindən İddiaçı Ziyavəddin oğlunun mülkiyyətində olan Balakən rayonu, Qazma kəndində yerləşən 0.0667 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş üçün Dövlət Şəhərsalma Norma və Qaydaları AzDTN 2.6- 1 cədvəl-9 da göstərilən ölçülərə uyğun keçidin verilməsi texniki cəhətdən mümkündür. Həmin keçidin ölçüləri Bələdiyyə ilə razılaşdırılmaqla verilə bilər. Mübahisəli ərazidə yerləşən Balakən rayonu Qazma Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinin bir hissəsi X10 tərəfindən ümumi sahəsi 0,129 ha olan həyətyanı torpaq sahəsinə və ümumi sahəsi 0,4002 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə getmək üçün keçid kimi istifadə edildiyindən həmin sahədən zəruri keçid verildiyi halda X15 ümumi sahəsi 0,2576 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə ümumi sahəsi 0,129 ha olan həyətyanı torpaq sahəsi və ümumi sahəsi 0,4002 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə əlaqəsinin birbaşa kəsilməsinə səbəb ola bilər. Qeyd olunur ki, Qazma Bələdiyyəsinin mülkiyyətind ə olan torpaq sahəsin zəruri keçid verildiyi halda həmin keçid ümumi istifadədə saxlanılarsa, həmin keçiddən iddiaçının və cavabdehin istifadə ortaq istifadə etməsi texniki cəhətdən mümkündür.

38. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, bu hal yuxarıda göstərilən səbəblərdən hazırki iddianın təmin edilməsi üçün əsas ola bilməz.

39. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 5.3, 16.1, 152.2, 152.3, 152.4, 152.5, 157.4, 158.1.2, 169.1, 169.3, 175.1, 175.2, 175.3, 255.1, 255.4, 257.1, 560.1, 560.2, 560.3.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

40. İddiaçı (vəkil Nümayəndə3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəmə sinin qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmasını xahiş etmişdir.

41. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mülki Məcəllənin 175.1-ci maddəsinin tələbinə görə əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola,elektrik,qaz,neft və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. İddiaçı öz tələbini qanunun tələbinə uyğun olaraq irəli sürür,ancaq işə baxan hakim iddianı əsassız adlandırır. Həmin maddəyə görə tələb ilk növbədə qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir, daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. İşə baxan hakim göstərir k i, iddiaçıya məxsus olan 0.0667 ha həyətyanı torpaq sahəsinin cənub istiqamətində digər şəxsə məxsus torpaq sahəsinin ictimai yol ilə həmsərhəd olmasını nəzərə alaraq həmin torpaq sahəsindən də qanunvericiliyə uyğun iddiaçıya zəruri keçidin verilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnun olması iddiaçıya izah edilmişdir. Bununla əlaqədar bildirir ki, bununla əlaqədar iddiaçıya heç nə izah edilməyib. İddiaçıya məxsus olan 0.0667 ha həyətyanı torpaq sahəsindən qətnamədə qeyd edilən cənub istiqamətindəki ictimai yola,təxminən əlli metr məsafə var, ancaq iddiada göstərilən və Qazma bələdiyyəsinə məxsus ərazidən ictimai yola cəmi otuz metr məsafə var. Həmin cənub istiqamətindəki yer fındıq bağıdır, Qazma bələdiyyəsinə məxsus olan ərazi isə boş sahədir və müstəqil tələb sürməyən üçüncü ş əxs tərəfindən zəbt edilib. Göründüyü kimi zəruri keçidin bələdiyyə ərazisindən tələb edilməsi daha yolveriləndir. Hakim bunu nəzərə almayıb.

42. Bu işlə əlaqədər məhkəmə öz təşəbbüsü ilə 15 avqust 2022-ci ildə ekspertiza təyin edib. Bununla əlaqədar iddiaçı reyestr xidmətinin 18 saylı Zaqatala Ərazi idarəsinin hesabına 295 manat pul keçirib. Bundan sonra elektron baza məlumatları məhkəməyə daxil olub. Lakin məhkəmə ekspertizaya bütün sənədləri göndərdiyi halda baza məlumatlarını mərkəzə göndərməyib. Ona görə də ekspert özünün yox, mütəxəssisin rəyini məhkəməyə göndərib. Lakin hakim mütəxəssis rəyini ekspert rəyi kimi təqdim edir.

43. İkinci ekspertiza iddiaçının təkidi ilə olub. Belə ki, ikinci ekspertizanın keçirilməsini məhkəmə istəməyib və təxminən üç aydan sonra iş ekspertizaya göndər ilib və ekspert 04 avqust 2023-cü il tarixli rəyində zəruri keçidin verilməsinin mümkünlüyünü qeyd edib. Ancaq bu rəy hakimi qane etmədiyinə görə xx.xx.2023-cü ildə məhkəmə öz təşəbbüsü ilə üçüncü dəfə ekspertiza təyin edib. Qətnamədə bunun səbəbi göstərilmir. Üçüncü ekspertizada məhkəmə ekspert qarşısında sualı belə qoyub ki, İddiaçı Ziyavəddin oğlu mülkiyyətində olan həyətyanı torpaq sahəsinə Balakən rayonQazma Bələdiyyəsinin mülkiyyətində olan və X10 tərəfindən istifadə olunan torpaq sahəsindən zəruri keçid verildiyi halda X3 ümumi sahəsi 0.2576 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə ümumi sahəsi 0.129 ha olan həyətyanı torpaq sahəsi və ümumi sahəsi 0.4002 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə əlaqəsinin birbaşa kəsilməsinə səbəb ola bilərmi? İkinci eksper tizadan fərqli olaraq məhkəmə ekspert qarşısında sualı qəsdən elə şəkildə qoyub ki, bu sualın cavabı istənilən halda mənfi də ola bilər. Burada əlaqənin birbaşa kəsilməsinin hansı məna kəsb etdiyini hakim özü də ağlabatan şəkildə izah edə bilmədi. Bundan əlavə ekspert qeyd edir ki, həmin sahənin bir hissəsi cavabdeh tərəfindən digər torpaq sahələrinə keçid kimi istifadə edilir. Həmin sahənin qalan hissəsi isə baş sahədir və burada talvara bənzər bir tikili var. Məhkəmə isə bu hala diqqət yetirməmiş, araşdırmanı vəkilin istəyinə uyğun şəkildə səthi və qərəzli şəkildə aparılmışdır. Ekspert rəyində qeyd olunur ki, Qazma Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən zəruri keçid verildiyi halda həmin keçid ümumi istifadə də saxlanılarsa həmin keçiddən iddiaçının və cavabdehin ortaq istif adə etməsi texniki cəhətdən mümkündür. Göründüyü kimi, hakim bu halı da araşdırmamışdır. Belə anlaşılır ki, məhkəmə qərar qəbul edərkən sənədləri dəqiq oxumayıb. Belə ki, ekspert torpaq sahəsi ilə əlaqəsinin birbaşa kəsilməsinə səbəb ola bilər yazdığı halda məhkəmə ekspertin fikrini təhrif edərək səbəb ola bilər ifadəsini səbəb olacaqdır şəklində yazıb.

44. İddiaçının tələbi dəqiq zəruri keçidin verilməsinə yönəlib. Lakin məhkəmə bu halı araşdırmalı olduğu halda iş üçün heç bir əhəmiyyət kəsb etməyən halları- pay və həyətyanı torpaq sahəsinin iddiaçıya 2018-ci ildə məhkəmə qətnaməsi ilə ayrılıb verildiyini iddiaçının özünə məxsus pay torpağını satdığını araşdırmışdır. Eyni zamanda iddiaçı zəruri keçid tələb etdiyi halda məhkəmə ona məsləhət verir ki, yenidən məhkəmyə müraciət etsə həmin hə yətyanı sahəyə cənub tərəfdən keçidin verilməsini məhkəmə araşdırar. İddiaçı kimi bu halı qəti surətdə qəbul etmir.(MPM-nin 14.2-ci maddəsinin tələbi pozulub) Bundan əlavə iddiaçı öz tələbinin əsas kimi istinad etdiyi halları sübut etmişdir.

45. Qətnamədə qeyd olunur ki, Qazma Bələdiyyəsinin nümayəndəsi-sədri Cavabdeh1 iddianın əsassız olduğunu göstərərək iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Bələdiyyə sədri Cavabdeh1 məhkəmədə yalnız bir dəfə-hazırlıq iclasında iştirak etmişdir. Həmin iclasda da məhkəmə heç nə soruşmamış, yalnız növbəti məhkəmənin tarixini bildirmişdir. Sonraki məhkəmə iclaslarında isə bələdiyyə sədri ümumiyyətlə iştirak etməyib. Belə olan halda bələdiyyə sədri belə bir xahişi harada və nə vaxt edib? İddiaçı bütün məhkəmələrdə iştirak edib, ancaq bələdiyyə sədrinin məhkəməyə gəldiyinin şahidi olmayıb. Məhkəmə üç dəfə ekspertiza təyin edib və heç birinin rəyini nəzərə almayıb. Belə olan halda səmərəsiz ekspertizaların keçirilməsində məqsəd, deməli vaxtı süni şəkildə uzatmaq və ekspertiza xərclərini vətəndaşa aid etməklə ona maddi ziyan vurmaq olub.

46. Məhkəmə işin hallarını və qanun normalarını sadalamaqla qətnamə qəbul etmişdir. Halbuki qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun. Məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin. Habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.(AR-nın MPM-nin 217-ci maddəsi). Apellysiya Mə hkəməsinin qətnaməsinin 27-ci bəndində göstərilir ki, bu qətnamənin 26-cı bəndində göstərilən səbəblərdən hazırki iddianın təmin olunması üçün ekspertin rəyi əsas ola bilməz. Yeri gəlmişkən Bu işlə əlaqədar Balkən rayon Məhkəməsi üç dəfə səmərəsiz ekspertiza təşkil edib, rəylər iddiaçının xeyrinə olduğu üçün Z.Tahirov ekspert rəyi ilə razılaşmayıb və iddiaçıya təxminən 500(beş yüz) manat maddi ziyan vurub. Qətnamənin 26-cı bəndində göstərilən fikir tamamilə səhv fikirdir. Belə ki, həmin yerdə heç zaman yol olmayıb və indi də yoxdur. 1)Məhkəmənin sol tərəf dediyi həyətyanı sahənin qərb istiqamətidir. Həmin ümumi sahəsi 0.2769 ha olan pay torpağı orada yerləşir, həmin yerin uzunluğu təxminən 107 metr, eni isə isə 28 metrdir. Həmin yerin də qərb qurtaracağında eni, təxminən 10 metr, dərinliyi 3-4 metr olan çay yatağı yerləşir ki, oradan heç tank keçməz. Buradan yola çıxış mümkün deyil. 2) Ümumi ərazisi 0.2769 ha olan həmin satılmış ərazinin cənub və şimal tərəfləri başqa şəxslərə məxsus pay torpaqlarıdır və oradan da heç bir yerə çıxış mümkün deyil. 3)Məhkəmə yazır ki,0.0667 ha torpaq sahəsindən 0.2769 ha kənd təsərrüfatı torpaq sahəsi vasitəsi ilə yola gedən məsafə 50 metrdir. Maraqlıdır ki, hakim bunları yazanda nəyə istinad edib? Axı, hakimin əlinin altında Qazma kəndinin Kompleks Yerquluşu Layihəsinin bu sahəyə aid hissəsi var. Hakim ekspertin rəyinə inanmaya bilər, bu onun şəxsi işidir, ancaq ekspertində bütün cəmiyyətində istinad etdiyi yuxarıda adı çəkilən sənədə hakim inanmalıdır. Məhz bu sənədə əhəmiyyət verilmədiyinə görə hakim səhv qərar çıxarmışdır.

47. Apellyasi ya Məhkəməsi qətnamənin 26-cı bəndində yazır: İddiaçı Ziyavəddin oğlu ilə X11 arasında torpaq sahələrinin naturada ayrılması ilə bağlı Balakən Rayon Məhkəməsində 2(019)-5/2022 saylı işə baxılarkən İddiaçı Ziyavəddin oğlunun məhkəməyə göndərdiyi 4 may 2021- ci il tarixli ərizə hazırki iş üzrə üçüncü şəxs X6 vəkili tərəfindən kollegiyaya göndərilmişdir. Həmin ərizədə İddiaçı Ziyavəddin oğlu qeyd edir: “ümumi sahəsi 0,4002 ha olan, habelə mənə düşən həyətyanı torpaq sahələrinə gəldikdə isə həmin sahələrə yol yeri nəzərdə tutulmayıb. Bu kimin təqsiridir? Mənim, yoxsa islahatı həyata keçirən dövlət məmurlarının? Eyni zamanda onu da bildirirəm ki, mənə məxsus pay torpağına və həyətyanı torpaq sahəsinə gediş-gəliş üçün mənim heç bir problemim yoxdur. Çünki qonşumdan əvəzi ödənilməklə yol geri göt ürmüşəm. Ona görə də ümumi sahəsi 0,4002 ha olan torpaq sahəsindən mənə düşəcək hissəyə, habelə həyətyanı torpaq sahəsindən də mənə düşəcək hissəyə gediş-gəliş üçün, yəni yol üçün mənim heç bir problemim yoxdur. Bununla əlaqədar bildirir ki, həmin həyətyanı sahə iddiaçıya Balakən Rayon Məhkəməsinin qərarı ilə 2018-ci ildə verilib. Hakimin dediyi ərizə isə 04 may 2021ci ildə yəni həmin torpaq sahəsi verildikdən təxminən 2 il yarım sonra məhkəməyə verilib və bu ərizənin həmin həyətyanı torpaq sahəsinə heç bir aidiyyəti yoxdur. Belə ki, hakimin adını çəkdiyi 2(019)-5/2022 saylı məhkəmə işi miras əmlakların bölgüsü ilə əlaqədar olub. Həmin 0.0667 ha həyətyanı torpaq sahəsi miras əmlakı deyil, iddiaçının qanuni torpağıdır. Bunu iddiaçı Apellyasiya Məhkəməsində izah edib. Görünür bu izahat hakim i qane etməyib. Balakən Rayon Məhkəməsinin icraatında olmuş 2(019)-5/2022 saylı məhkəmə işi ilə bu məhkəmə işinin hər ikisində vəkil eyni şəxs olub. Cənab hakim yazır ki, İddiaçı Ziyavəddin oğlunun məhkəməyə göndərdiyi 04 may 2021-ci il tarixli ərizə hazırki iş üzrə üçüncü şəxs X3 vəkili tərəfindən kollegiyaya göndərilmişdir. Mövcud qanunvericiliyə görə,həmin ərizə birinci instansiya məhkəməsinə verilməli idi. Vəkil nə üçün bu ərizəni birbaşa apelyasiya məhkəməsinə təqdim edib? Cənab Ə.Məcidov bunun səbəbini araşdırmayıb. Vəkil həmin ərizənin birinci instansiya məhkəməsinə təqdim edib, lakin hakim bu ərizənin araşdırılan məhkəmə işinə aidiyyəti olmadığına görə qəbul etməyib. Bundan əlavə iddia tələbində göstərilir ki, həyətyanı torpaq sahəsindən ictimai yola zəruri keçidin verilməsi və həm in keçidin ictimai yola bitişik hissəsində tikilmiş hasarın sökülməsi, yəni tələbdə hasarın ictimai yola düşəcək hissəsinin sökülməsi istənilir. Lakin hakim qətnamədə yazır ki, guya iddiaçı mişar daşından tikilmiş hasarın tam sökülməsini xahiş edir.

48. Kassator şikayətini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 29, 175.1-ci, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında “konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi və “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2. 77.1, 77.2, 88 217-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

49. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 5

0. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

51. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.

52. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

53. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

54. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi c əhətdən təmin edilmiş imkanıdır.

55. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

56. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər.

57. Maddə 158.1.2. Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır.

58. Maddə 169.1. Bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər.

59. Maddə 169.3. Yüklü torpaq sahəsinin mülkiyyətçisi öz mənafelərinin ədalətlə nəzərə alınması hüququna malikdir.

60. Maddə 175.1. Əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır.

61. Maddə 175.2. Sahələrindən zəruri yol və ya birləşdirici xətt keçəcək qonşulara müvafiq kompensasiya ödənilməlidir. Tərəflər arasında razılaşmaya əsasən kompensasiya birdəfəlik ödəniş şəklində verilə bilər.

62. Maddə 175.3. Əgər torpaq sahəsi ilə artıq mövcud olmuş əlaqə xətləri mülkiyyətçinin özbaşına hərəkətləri nəticəsində ləğv edilərsə, zəruri yola və ya birləşdirici xəttə dözmək vəzifəsi əmələ gəlmir.

63. Maddə 255.1. Servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mül kiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir.

64. Maddə 255.4. Servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər.

65. Maddə 257.1. Servitut almış şəxs (ixtiyarlı şəxs) servitutun saxlanması və həyata keçirilməsi üçün tələb olunan hər şeyi edə bilər, lakin o öz hüququndan imkan daxilində elə istifadə etməlidir ki, bu, yüklü olan mülkiyyətçinin mənafelərinə zidd olmasın və ona lüzumsuz narahatlıq yaratmasın.

66. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir.

67. Maddə 560.2.Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

68. Maddə 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

69. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

70. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

71. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir süb utun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

72. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

73. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

74. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

75. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

76. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyə tli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

77. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

78. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

79. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmamas ı qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

80. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

81. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apell yasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

82. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

83. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən hallara mülki prosessual normalara əsasən hüquqi q iymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

84. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

85. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

86. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər t utub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 3 iyul 2024-cü il tarixli 2(107)750/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar