Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3677/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı: İddiaçı Cavabdeh1 və digərlərinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər:evə köçürülmə) 30.08.2022 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 dekabr 2021-ci il tarixli, 2(103)8607/2021 saylı qətnaməsindən cavabdeh X kassasiya şikayəti üzrə işə 30 avqust 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı məhkəmədə cavabdeh X və digərlərinə qarşı iddia qaldıraraq, onun ünvan 1 ünvanda yerləşən nömrəsiz yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim Ə.R.Səmədov) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, 2004-cü ildə iddiaçı Cavabdeh1 oğlu X aktiki nikah münasibətinə girib və onlar 23 oktyabr 2008-ci il tarixdə nikahlarını rəsmi qaydada qeydə aldırıblar. Onların birgə nikahından 12 yanvar 2006-cı ildə X, 29 yanvar 2008-ci ildə X və 11 sentyabr 2021-ci ildə X adlı uşaqları doğulub. 25 aprel 2020-ci il tarixdə iddiaçının əri X ölüb. Mübahisə predmeti olan ünvan 2 ünvanda yerləşən evin heç bir hüquq müəyyənedici sənədi mövcud deyil və iddiaçının həmin ev üzərində hər hansı hüququ əmələ gəlməyib. Bu səbəbdən də iddiaçının həmin üz üzərində hər hansı subyektiv hüququ əmələ gəlməyib. Bundan əlavə, iddiaçı ikinci dəfə nikaha daxil olmaqla ailə qurub və hazırda ərinə məxsus olan evdə yaşayır. Bu səbəbdən də iddiaçının uşaqları ilə birlikdə mübahisəli evə köçürülməsi üçün əsaslar yoxdur. Ona görə də iddia rədd edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı apellyasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilm əsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 dekabr 2021-cu il tarixli qətnaməsi ilə (hakimlər İ.Ə.Kərimli sədrlik edən, məruzəçi, A.Ə.İsgəndərov və E.C.Kazımov) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilib, yeni qətnamə çıxarılmaqla, iddia təmin edilib, iddiaçının üç uşağı ilə birlikdə ünvan 2 ünvanda yerləşən nömrəsiz yaşayış evinə köçürülməsi qət edilib. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, 2004-cü ildə iddiaçı Cavabdeh1 oğlu X faktiki nikah münasibətinə girib və onlar 23 oktyabr 2008-ci il tarixdə nikahlarını rəsmi qaydada qeydə aldırıblar. Onların birgə nikahından 12 yanvar 2006-cı ildə X, 2 9 yanvar 2008-ci ildə X və 11 sentyabr 2021-ci ildə X adlı uşaqları doğulub. 25 aprel 2020-ci il tarixdə iddiaçının əri X ölüb. Birinci instansiya məhkəməsi iddianın rədd edərkən ona istinad edib ki, mübahisə predmeti olan ünvan 2 ünvanda yerləşən evin heç bir hüquq müəyyənedici sənədi və iddiaçının həmin ev üzərində mülkiyyət hüququ yoxdur. Bu səbəbdən də iddiaçının həmin ev üzərində hər hansı subyektiv hüququ yaranmadığına görə iddia rədd edilməlidir. Bakı şəhəri, Sabunçu Rayon İHB-nın Maştağa qəsəbəsi üzrə Nümayəndəsinin 01 iyul 2020-ci il tarixli arayışına görə, iddiaçı azyaşlı uşaqları ilə birlikdə ünvan 2 ünvanda yerləşən evdə qeydiyyatsız yaşayırlar. Göründüyü kimi, sözügedən evin heç bir hüquq müəyyənedici sənədi mövcud deyil və iddiaçının həmin ev üzərində mülkiyyət hüququ yoxdur. Qeyd olunanları ümumiləşdirərək, iddiaçının mərhum Lətif Məmmədovla rəsmi nikaha daxil olaraq ailə qurduqdan bir neçə il sonra mübahisəli evi tikdirərək köçüb həmin evdə onunla birlikdə yaşadığından və ümumi təsərrüfat apardığından iddia təmin edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 27, 180.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh X kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə ə saslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadın baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Konstitusiyanın 43-cü maddəsinin 1 -ci hissəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsus i tədbirlər görür. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Həmin Məcəllənin 27-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsində yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübu tları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kas sasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında lə ğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın rədd edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, 2004-cü ildə iddiaçı Cavabdeh1 oğlu Lətif Məmmədovla faktiki nikah münasibətinə girib və onlar 23 oktyabr 2008-ci il tarixdə nikahlarını rəsmi qaydada qeydə aldırıblar. Onların birgə nikahından 12 yanvar 2006-cı ildə X, 29 yanvar 2008-ci ildə X və 11 sentyabr 2021-ci ildə X adlı uşaqları doğulub. 25 aprel 2020-ci il tarixdə iddiaçının əri X ölüb. ünvan 2 ünvanda yerləşən evin heç bir hüquq müəyyənedici sənədi yoxdur və iddiaçının həmin ev üzərində mülkiyyət hüququ əmələ gəlməyib. İşə əlavə edilmiş Bakı şəhəri, Sabunçu rayon İHB-nın Maştağa qəsəbəsi üzrə Nümayəndəsinin 18 noyabr 2021 -ci il tarixli arayışına görə, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq-1-saylı ünvanda yerləşən evin kim tərəfindən inşa edilməsi barədə İcra Nümayəndəliyində heç bir məlumat yoxdur. Maştağa Bələdiyyəsi də məhkəmənin sorğusuna 24 noyabr 2021-ci il tarixli məktubla eyni məzmunlu cavab verib. Bundan əlavə, iddiaçının izahatından da göründüyü kimi, o, ikinci dəfə nikaha daxil olaraq yenidən ailə həyatı qurub və hal-hazırda uşaqları ilə birlikdə indiki əri ilə birlikdə kirayə evdə yaşayır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1 -ci hissəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb, işə əlavə edilmiş sübutları, habelə cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan etirazının dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş bu hüquq hər kəsin qanunla müəyyən edilmiş şərtlərə əməl etməklə daimi yaşayış sahəsinə malik olmasını və həmin sahədən maneəsiz istifadə edə bilməsini ifadə edir. Mənzil hüququnun əsas xüsusiyyəti mənzil münasibətləri iştirakçılarının bu hüquqlarını öz mülahizələrinə və qanuni mənafelərinə uyğun, aza d və sərbəst həyata keçirmələrinin mümkünlüyündən ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işin hallarını nəzərə alıb haqlı olaraq qeyd etmişdir ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yaln ız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur (Mülki Məcəllənin 180.2-ci maddəsi). Mülki iş materiallarından görünür ki, iddiaçı uşaqları ilə birlikdə köçmək istədiyi ünvan 2 ünvanda yerləşən nömrəsiz yaşayış evi özbaşına tikili olmaqla hər hansı şəxsin adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayıb. Evə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, dövlət faktiki olaraq həmin evin mövcudluğunu tanıyır. Qüvvədə olan mənzil qanunvericiliyində özbaşına tikilidən istifadə hüququ ilə bağlı hər hansı norma yoxdur. Bununla belə, respublikamızda özbaşına tikililərin möv cudluğu reallıq kimi qəbul edildiyindən, özbaşına tikiliyə köçürülmə barədə iddiaların təmin olunmaması sosial ədalət prinsiplərinə cavab verməmiş olardı. Apellyasiya icraatı zamanı şahid qismində dindirilmiş X1 izahatında bildirmişdir ki, mübahisələndirilən yaşayış evində usta kimi çalışıb. Yaşayış sahəsinin təmir edilməsi üçün onu iddiaçının mərhum əri X çağırıb və gördüyü işlərin haqqını da ona sonuncu ödəyib. Cavabdeh X da izahatında iddiaçının əvvəllər ailəsi ilə birlikdə həmin evdə yaşadığını, əri öldükdən sonra Məlahətin uşaqları da götürərək çıxıb evdən getdiyini, onun ikinci dəfə ailə həyatı qurduğunu, bu hadisənin ona pis təsir etdiyini, buna görə də Məlahəti həmin evə buraxmaq istəmədiyini bildirib. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərini əsaslı sa yıb, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan etirazının dəlilləri ilə razılışmayıb düzgün olaraq qeyd etmişdir ki, iddiaçı mərhum X rəsmi nikaha daxil olaraq ailə qurduqdan bir neçə il sonra mübahisəli evi tikdirərək ora köçüb və həmin evdə cavabdehlə birlikdə yaşamaqla, ümumi təsərrüfatı birgə idarə edib. Kassasiya instansiyası məhkəməsi cavabdeh X kassasiya şikayəti ilə razılaşmır və hesab edir ki, iddianı təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib və yuxarıda sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Cavabdeh Atlaz Məmmədova kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın rədd edilməsi üçün əsasların olmadığını göstərsə də, etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh X kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 dekabr 2021-ci il tarixli, 2(103)-8607/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir
Məhkəmə qərarları › İş №2(102)-3677/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-3677/2022
30.08.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver