Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3677/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh X4 adına X1rşı iş üzrə QƏRARİ Açar sözlər: (kassasiya şikayətinin geri qaytarılması) 07.09.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı, (məruzəçi) Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdeh X4 adına X1rşı “işə bərpa və əmək haqqı” tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-752/2023 nömrəli iş üzrə 25 iyul 2023-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 07 sentyabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı ic raat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. İddiaçı cavabdeh X4 adına X1rşı işə bərpa və əmək haqqı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən onun 06 yanvar 2022-ci ildən işə bərpa olunmağı və 21 sentyabr 2021-ci ildən hal-hazıradək ödənilməmiş 5100 manat əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Sumqayıt Şəhər Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli 2(060)-7082/2022 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh X2 nümayəndəsi Nümayəndə əmək müqaviləsinin bağlandığı vaxtdan ödənilməmiş 5100 manat məbləğində əmək haqqının tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
3. Cavabdehin vəkili və nümayəndəsi tərəfindən ap ellyasiya şikayəti verilmişdir.
4. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 may 2023-cü il tarixli, 2(105)-752/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin 19 dekabr 2022-ci il tarixli 2(060)-7082/2022 nömrəli qətnaməsi qismən – yəni 2333,34 manat əmək haqqının tutulması hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilmiş, bu hissədə iddia təmin edilməmiş, qətnamə «cavabdeh X4 adına X2 nümayəndəsi Nümayəndə 2777,66 (iki min yeddi yüz yetmiş yeddi manat altmış altı qəpik) manat əmək haqqının tutularaq İddiaçı ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır.
5. Qətnamədən cavabdehin vəkili və nümayəndəsi kassasiya şikayəti vermişdir.
6. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-75 2/2023 saylı 25 iyul 2023-cü il tarixli qərardadı ilə (sədrlik edən və məruzəçi Z.İ.Məmmədov, hakimlər L.E.Rəhimli və F.Ə.Məmmədov) edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 may 2023-cü il tarixli, 2(105)-752/2023 nömrəli qətnaməsindən cavabdehin vəkili və nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.
7. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işdən görünür ki, cavabdeh tərəfindən qətnamənin mübahisələndirilməli olan 2777,66 manat hissəsidir. Belə ki, iddia yalnız həmin hissədə təmin olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müva fiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
8. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
9. Məhkəmə kollegiyası şərh olunanlara əsasən hesab etmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 may 2023-cü il tarixli, 2(105)-752/2023 nömrəli qətnaməsindən cavabdehin vəkili və nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır
10. Məhkəmə kollegiyası gəldiyi nəticəni MPM-in 402.1, 403.1 və 408.1.1-ci maddələrinə istinadla əsaslandırm ışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
11. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir.
12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə ilə qəti şəkildə razılaşmır və hesab edir ki, məhkəmə MPM-nin tələbini düzgün təfsir etməmişdir. İşdən görünür ki, iddiaçı 5100 manat pul tələb edir. Sumqayıt Şəhər Məhkəməsi cavabdehin nümayəndəsindən 5100 manat pul tutur. Cavabdehin nümayəndəsi həmin qətnaməni 5100 manatın tutulmasına dair hissədə mübahisələndirir. Sumayıt Apellyasiya məhkəməsi isə həmin məbləği azaldaraq 2777,66 manat məbləğində müəyyən edir və 2777,66 manat məbləğinə görə yəni 5000 manatdan az məbləğ olduğundan qətnamədən şikayətin verilə bilməməsini qeyd edir. Nəzərə almaq lazımdır ki, cavabdeh qətnamədən ümumi şəkildə narazı qalmış və 5100 manatın ləğv olunmasını tələb etmişdir. Apellyasiya məhkəməsi həmin məbləği qismən ləğv etməklə qətnamədən şikayət verilə bilməz nəticəsinə gəlməklə cavabdehin hüququnu məhdudlaşdırmışdır. Ona görə də hesab edir ki, qətnamədən kassasiya şikayəti verməkdə haqlı olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq MPM
14. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
15. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər.
16. Maddə 408.1.1. Kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya instansiyası məhkəməsi tərəfindən geri qaytarılır. Kassasiya baxışının hədləri
17. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
18. Hazırkı kassasiya şikayətində qərardad cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
20. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.
21. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-752/2023 nömrəli iş üzrə 25 iyul 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.