Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3677/2025 15.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər “Şəki Rayon Mərkəzi Xəstəxanası” X6nə, İcbari Tibbi Sığorta X5nə, Cavabdeh6nə, Cavabdeh3, Cavabdeh5, Cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənəvi zərərin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (məruzəçi), Əhməd Abbas oğlu Əhmədov və İspəndiyar Əsəd oğlu Şəfiyevdən ibarət tərkibdə, İddiaçı cavabdehlər “Şəki Rayon Mərkəzi Xəstəxanası” X6nə, İcbari Tibbi Sığorta X5nə, Cavabdeh6nə, Cavabdeh3, Cavabdeh5, Cavabdeh1 qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-830/ 2025 nömrəli, 28 avqust 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 15 yanvar 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı “Şəki rayon Mərkəzi Xəstəxanası” PHŞ-də maliyyə şöbəsinin müdiri vəzifəsində çalışmış, çalışmanın yaş həddinə çatdığına görə xx.xx.2021-ci il tarixli əmrlə işdən azad olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən ona vurulmuş 50.000 manat mənəvi zərərin və ödənilmiş 240 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 24 dekabr 2010-cu ildən Şəki Rayon Mərkəzi Xəstəxanasına baş mühasib vəzifəsinə təyin edilmişdir. 2020-ci ildə icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar edilən struktur dəyişikliyi ilə bağlı Şəki Rayon Mərkəzi Xəstəxanasının bazasında yaradılmış “Şəki Rayon Mərkəzi Xəstəxanası” X6 üzrə xx.xx.2020ci il tarixli 110 saylı əmrlə mühasibatlıq bölməsinə bölmə müdiri vəzifəsinə işə qəbul edilmiş və onunla yazılı formada əmək müqaviləsi bağlanaraq mərkəzləşdirilmiş elektron informasiya sistemində qeydiyyata alınmışdır. Bununla yanaşı, 03 sentyabr 2021-ci il tarixədək rəhbərliyin müvafiq əmrləri ilə maliyyə şöbəsinin müdiri vəzifəsini icra etmişdir. 65 yaşına çatmağına 52 gün qalmış isə, xəbəri olmadan “Şəki Rayon Mərkəzi Xəstəxa nası” X6 üzrə 07 oktyabr 2021-ci il tarixli, 1819 saylı əmrlə (əmrin surəti əlavə edilir) ona 09 oktyabr 2021-ci il tarixdən istifadə etmədiyi 51 təqvim günü məzuniyyət günlərinə görə ödənişsiz istirahət ((əvəzgün) verilmişdir). Əvəzgünün verilməsi haqda əmrdən xəbərsiz olduğu üçün 09 oktyabr 2021-ci il tarixdə, yəni məzuniyyətinin (əvəzgünün) başladığı ilk günündə işə getmiş, həm maliyyə şöbəsində, həm də, kargüzarlıqda aparılan işçilərin işə davamiyyət kitabının hər ikisində işə gəlib-getməyə dair imza atmışdır. Həmin gün iş vaxtı bitdikdən sonra, evə getməyə hazırlaşarkən iş yoldaşlarından biri ona “deyəsən, sizi, bu gündən məzuniyyətə buraxıblar” demişdir. O, bundan xəbərsiz olduğunu söyləmişdir. İş vaxtı bitdiyindən və insan Resursları şöbəsində heç kəs olmadığından məzuniyyətin veril ib-verilməməsinə aydınlıq gətirə bilməmişdir. Lakin rəhbər (Sərxan Musayev) işdə olduğu üçün ondan məzuniyyətə buraxılmağı barədə məlumatlı olubolmamasını soruşmuş, o da, cavabında bu gündən onun 51 təqvim günü məzuniyyətə buraxıldığını demişdir. Düzü, əmrdə işə başlamalı olduğu gün göstərilmədiyindən, bu, onda bir az arxayınlıq yaratmışdır. Həm də, düzü, xəbərsiz-ətərsiz məzuniyyətə buraxıldığı kimi, xəbərsiz-ətərsiz də işdən çıxarılacağını heç ağlına belə gətirməmişdir. Ara-sıra, Musayevlə əlaqə saxlasa da, səbirli ol, işə dəvət edəcəyik dediyindən xeyli gözləmişdir. Uzun müddət ötməsinə baxmayaraq rəhbərlik onu işə dəvət etmədiyindən, o, 18 yanvar 2022-ci il tarixdə nə zaman işə başlayacağını aydınlaşdırmaq məqsədi ilə xəstəxanaya gəlmiş və məlumat almışdır ki, “Şəki Rayon Mərkəzi Xəstə xanası “X6 üzrə 30 noyabr 2021-ci il tarixli 2146 saylı əmrlə (əmrin surəti əlavə edilir) həmin tarixdən çalışmanın yaş həddinə görə işinə xitam verilib. Məhkəməyə iddia ərizəsi ilə müraciət etməsində səbəb olaraq onu göstərmişdir ki, Cavabdeh1 etik davranış qaydalarına riayət etməmiş, onu dəfələrlə kollektiv arasında təhqir etmiş, xəstəxana kollektivinin arasında onu otaqdan çıxarmalarını tələb etmiş və ona qarşı hörmətsizlik nümayiş etdirmişdir.
4. Cavabdeh1 məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək qeyd etmişdir ki, “Şəki Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in Maliyyə şöbəsinin Mühasibatlıq bölməsinin sabiq bölmə müdiri İddiaçı xx.xx.2021-ci il tarixli 1262 №-li əmrlə rəsmiləşdirməklə xx.xx.2021-ci il tarixdən 63 təqvim günü müddətində əmək məzuniyyəti verilmiş və həmin günlərə düşən mə zuniyyət pulu hesablanaraq ödənmişdir. Həmin əmrdə işə başlama tarixi xx.xx.2021-ci il göstərilmiş, bundan sonra müvafiq əmrlə rəsmiləşdirməklə o, xx.xx.2021- ci il tarixdən əmək məzuniyyətindən geri çağırılmış və əmrdə istifadə etməmiş məzuniyyət günlərinin əvəzində ödənişsiz əlavə istirahət günləri (əvəzgün) verilməsi göstərilmişdir. Bundan sonra ona xx.xx.2021-ci il tarixdən 51 təqvim gününə təsadüf edən faktiki işlənmiş günlər üçün əmək haqqı (2 iş gününə düşən əmək haqqı istisna olmaqla) hesablanıb verilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə dövlət büdcəsindən maliyyələşən müəssisədə çalışmanın yaş həddinə çatacağı nəzərə alınaraq eyni dövr üçün ikiqat ödəmənin (məzuniyyət pulu və əmək haqqı) qarşısının əvvəlcədən alınması məqsədi ilə iş günü hesab edilməyən 2 bayram günü xaric olma qla ona xx.xx.2021-ci il tarixdən 51 təqvim günü müddətinə əvəzgün verilməsi məqsədəmüvafiq hesab edilmişdir.
5. Cavabdeh İcbari Tibbi Sığorta X5 tərəfindən məhkəməyə etiraz ərizəsi ilə müraciət olunaraq göstərilmişdir ki, iddiaçı tərəfindən işə bərpa olunma ilə bağlı verilmiş iddia ərizəsi məhkəmə tərəfindən təmin olunmamış və bununla da onun yaş həddinə çatması əsası ilə əmək müqaviləsinə xitam verilməsinin qanuni olduğu məhkəmə tərəfindən müəyyən olunmuşdur. Bundan başqa əmək münasibətləri “Şəki rayon Mərkəzi Xəstəxanası” X6 ilə İddiaçı arasında olmuşdur. Təsadüfü deyil ki, iddiaçı tərəfindən iddia ərizəsində “İcbari Tibbi Sığorta X5” X3 qarşı hansı hüquq pozuntularının olduğu qeyd olunmamışdır. Onlar qeyd olunan mübahisələrin tərəfi olmamış və “Şəki rayon Mərkəzi Xəstəxanası” X6 ayrıca hüquqi şəxsdir. Bu səbəbdən də hazırkı iş üzrə “İcbari Tibbi Sığorta X5” X4 iddiaçı tərəfindən cavabdeh olaraq qoyulmasının ümumiyyətlə heç bir hüquqi və faktiki əsası yoxdur. Bu səbəbdən iddia tələblərinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur.
6. Şəki Rayon Məhkəməsinin 09 aprel 2025-ci il tarixli, e-2(075)-327/2025 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər “Şəki Rayon Mərkəzi Xəstəxanası” X6nə, İcbari Tibbi Sığorta X5nə, Cavabdeh6nə, Cavabdeh3, Cavabdeh5, Cavabdeh1 qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia tələbinin təmin edilməməsi qət edilmişdir (hakim Kamran Musayev).
7. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Al i Məhkəmə Plenumunun xx.xx.1999-cu il tarixli 7 №-li qərarının 3-cü bəndinə görə məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın şərəf və ləyaqəti ləkələməsi; məlumatın doğru olmaması; məlumatın yayılması. Plenumun həmin qərarında qeyd olunmuşdur ki, məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı “Şəki rayon Mərkəzi Xəstəxanası” PHŞ-də maliyyə şöbəsinin müdiri vəzifəsində çalışmış, çalışmanın yaş həddinə çatdığına görə xx.xx.2021-ci il tarixli əmrlə işdən azad olunmuşdur. İddiaçı bildirir ki, Cavabdeh1 tərəfindən kollektivdə onun şərəf və ləyaqəti alçaldılmış, onu təhqir edilmişdir. Lakin iddiaçı Ali Məhkəmənin Plenumunun xx.xx.1999-cu il tarixli 7 №-li qərarında qeyd edilən 3 hala dair hər hansı sübut təqdim etməmişdir. Yəni onunla şərəf və ləyaqətini ləkələyən məlumatların nədən ibarət olması müəyyən edilməmişdir.
8. Məhkəmə hesab etmişdir ki, iddiaçının şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatların nədə ifadə olunması və nədən ibarət olması, habelə onların yayılması nəticəsində iddiaçının mənəvi zərərə məruz qalması məhkəmə iclası zamanı tədqiq olunmuş sübutlar əsasında öz təsdiqini tapmadığından, iddiaçının tələbi əsaslı sayıla bilməz.
9. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1, 23.2- ci maddələrinə, “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun xx.xx.1999-cu il tarixli 7 nömrəli və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 nömrəli Qərarlarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin hallarını hərtərəfli və obyektiv araşdırmamış, maddi və prosessual hüquq normalarını kobud şəkildə pozmuş, bu norm aları düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan halları aydınlaşdırmamışdır, hətta bu hallardan söz açmamışdır.
12. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-830/2025 nömrəli mülki iş üzrə 28 avqust 2025-ci il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər Elman İsayev (sədrlik edən və məruzəçi), Taleh Musayev və Elçin Mehdiyev).
13. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnamə faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə isə düzgün olduğundan, işdə qətnamənin apelly asiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalıdır.
14. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1, 23.2-ci maddələrinə, “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun xx.xx.1999-cu il tarixli 7 nömrəli və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008ci il tarixli 7 nömrəli Qərarlarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
15. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkə məsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
16. Kassasiya şikayətində işin faktiki halları qeyd sadalanaraq əlavə olaraq göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmədən qəbul olunmuş, faktiki hallar cavabdehlərin konkret hərəkətləri ilə əlaqələndirilməmiş və iddiaçının əmək hüquqlarının pozulmasına lazımi hüquqi qiymət verilməmişdir. Cavabdehlərin qanun pozuntuları nəticəsində iddiaçının məzuniyyət əmri qanunsuz rəsmiləşdirilmiş, o, 30 noyabr 2021-ci ildə ödənişsiz məzuniyyətdə olduğu dövrdə işdən qanunsuz azad edilmiş və buna görə işəgötürən inzibati məsuliyyətə cəlb olunmuşdur. İddiaçı işdən azad olunması barədə əmrlə yalnız 120 gün sonra tanış ola bilmişdir. İşəgötürənin əmək qanunvericiliyini bilməməsi və ya tətbiq etməməsi nəticəsində iddiaçının bütün əsaslı əmək hüquqları pozulmuşdur.
17. İddiaçı əmək haqqından edilən əsassız tutmalar və digər pozuntularla bağlı dəfələrlə İTSDA-ya müraciət etsə də, sorğular cavabsız qalmışdır. Qanunsuz hərəkətlər iddiaçıda davamlı psixoloji gərginlik və stress yaratmış, onun yaşayış mühitindən uzaqlaşmaq məcburiyyəti və şəxsi-sosial həyatında ciddi mənfi nəticələr doğurmuşdur. Göstərilən hallar nəzərə alınmaqla iddia tələbləri tam qanuni, əsaslı və sübutlarla təsdiq edilmiş hesab edilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
19. Maddə 23.1. Fiziki şəxs onun şərəfi ni, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir.
20. Maddə 23.2. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar mediada yayılmışdırsa, həmin mediada da təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxi l edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. 21. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 nömrəli, xx.xx.2008-ci il tarixli Qərarı: 1-ci bəndində qeyd olunur ki, “İnsan hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüququ münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Məhkəmələrə mənəvi zər ərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutması izah edilmişdir. Həmin Qərarın 1-ci bəndinin 3-cü abzasında mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. 2-ci bəndinə qeyd edilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan hüquqlarının və X2 haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan hüquqları Məh kəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. 8-ci bəndində izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə əsasən müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o halda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehi n qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. 22. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun xx.xx.1999-cu il tarixli 7 №-li qərar ı: 3-cü bəndinə görə məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın şərəf və ləyaqəti ləkələməsi; məlumatın doğru olmaması; məlumatın yayılması. Plenumun həmin qərarında qeyd olunmuşdur ki, məlumat əxlaqi prinsiplər, istehsal təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Kassasiya baxışının hədləri
23. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən ir əli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
24. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
27. İşin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Apellyasi ya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
28. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
29. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
31. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasi ya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-830/2025 nömrəli, 28 avqust 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.