Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3678/2024 04.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-3678/2024 (Açar sözlər: alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və torpaq sahəsinin mülkiyyətə verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı “alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və torpaq sahəsinin mülkiyyətə veril məsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-616/2024 nömrəli, 02 iyul 2024-cü il tarixli qətnaməsindən Cavabdeh4 (Vəkili Nümayəndə2) tərəfindən verilmiş kassasiya şikayətinə 04 noyabr 2024cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. 20 mart 1998-ci il tarixdə sadə yazılı formada Zaqatala rayonu Yuxarı Çardaxlar kəndində tərtib edilmiş müqaviləsində qeyd edilmişdir ki, Zaqatala rayonu Yuxarı Çardaxlar kənd sakinləri X4 və həyat yoldaşı Cavabdeh5 mülkiyyətlərində olan 0,47 ha fındıq bağını Yuxarı Çardaxlar kənd sakinləri İddiaçı və onun həyat yoldaşı X3 15.000.000 (on beş milyon) manata satmışdır. Alıcılar tərəfindən 15.000.000 (on beş milyon) manatın alınması gö stərilmiş və müqavilə onun iştirakçıları olan tərəflər və şahidlər tərəfindən imzalanmışdır.
2. Dövlət torpaq kadastrı kitabında xx.xx.2013-cü il tarixdə 18 nömrə ilə uçota alınmış A seriyalı 457057 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilmişdir ki, Zaqatala rayon Aqrar İslahatı Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 nömrəli qərarı ilə Zaqatala rayonu Yuxarı Çardaxlar kəndində 6464 kv.m. kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi X2 verilmişdir.
3. X4 xx.xx.2014-cü ildə ölmüşdür.
4. Zaqatala Rayon Məhkəməsinin 2(033)-625/2020 nömrəli, 06 avqust 2020-ci il tarixli qətnaməsində qeyd edilmişdir ki, İddiaçı ilə Cavabdeh5 arasında Zaqatala rayonunun Yuxarı Çardaxlar kəndində yerləşən 0,42 ha torpaq sahəsinə dair alğı-satqı müqaviləsinin bağlanmı ş hesab edilməsi tələbinə dair iddia təmin edilməmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır.
5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2020-ci il tarixdə ********** nömrə ilə aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair çıxarışda qeyd edilmişdir ki, Zaqatala rayonu Yuxarı Çardaxlar kəndində yerləşən reyestr nömrəsi **********63 olan 0,6464 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət kimi ümumi birgə mülkiyyət hüququ əsasında Cavabdeh1, X4, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 200 nömrəli reyestr kitabının 88 nömrəli vərəqində qeydiyyata alınmışdır.
6. Cavabdeh3 dair şəxsi məlumatlar barədə çıxarışda qeyd edilmişdir ki, o, xx.xx.1978-c i il tarixdə anadan olmuşdur.
7. Cavabdeh4 dair şəxsi məlumatlar barədə çıxarışda qeyd edilmişdir ki, o, xx.xx.1979- cu il tarixdə anadan olmuşdur.
8. Cavabdeh2 oğluna dair şəxsi məlumatlar barədə çıxarışda qeyd edilmişdir ki, o, xx.xx.1982-ci il tarixdə anadan olmuşdur.
9. Cavabdeh1 dair şəxsi məlumatlar barədə çıxarışda qeyd edilmişdir ki, o, xx.xx.1985- ci il tarixdə anadan olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
10. İddiaçı (bundan sonra iddiaçı) cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 (bundan sonra cavabdeh, yaxud ad, soyadı) qarşı iddia ərizəsi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərə məxsus Yuxarı Çardaxlar kəndində yerləşən ********** qeydiyyat nömrəli, 27 noyabr 2020 qeydiyyat tarixli çıxarışda qeyd olunan 0,6464 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,47 ha hissəsi üzərində iddiaçı ilə cavabdehlər arasında alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və həmin torpaq sahəsinin onun mülkiyyətinə verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
11. İddia tələbi işin faktiki hallarına istinad edilərək onunla əsaslandırılmışdır ki, mübahisəli torpaq sahəsinin hüquq müəyyənedici sənədləri olmadığı üçün onlar, yəni iddiaçı, həyat yoldaşı X5, qardaşı X4 və sonuncunun həyat yoldaşı Cavabdeh5 aralarında alğı-satqı müqaviləsi bağlamışlar. Daha sonra qardaşı 2014-cü ildə Dövlət tərəfindən verilmiş Torpaq sahəsinin planı və ölçüsü sənədini iddiaçıya vermiş, yenə də maddi vəziyyətinin çətin olduğunu əsas gətirərək alğı-satqı müqaviləsinin notarial qaydada tə sdiq edilməsini bir az da gözləməyini xahiş etmişdir. Lakin, 2014-cü ildə qardaşı avtomobil qəzasına düşərək vəfat etmişdir. Cavabdehlər 2021-ci ildə torpaq sahəsinə çıxarış alsalar da, torpaq sahəsini notarial qaydada təsdiqləməkdən boyun qaçırırlar. Alğı-satqı onların arasında 1998-ci ildə baş tutmuşdur. Həmin vaxtdan torpaq iddiaçının istifadəsində olmuşdur. Cavabdehlər torpaq sahəsinin alğı-satqı müqaviləsini notarial qaydada təsdiqləməkdən imtina etdikləri üçün iddiaçı məhkəməyə müraciət etməli olmuşdur.
12. Zaqatala Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(033)-810/2022 nömrəli, 26 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Tural Həsənov) iddia təmin edilməmişdir.
13. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, mülki hüquq münasibətinin baş verdiyi zaman (20 mart 1998-ci il) qüvvədə olan Mülki Məcəllənin 43-cü maddəsinə istinad edərək göstərmişdir ki, maddənin mahiyyətinə görə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: əqdi icra etmiş tərəfin tələbi; əqdin notarial qaydada təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasından təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. İddiaçı iddia tələbində notariat təsdiqi tələb olunan 20 mart 1998-ci il tarixli əqdin tərəfi kimi həmin əqd üzrə öz üzərinə götürdüyü öhdəliyi icra etdiyini bildirərək, yəni 15.000.000 manatı pulu qardaşı X4 və onun həyat yoldaşı Cavabdeh5 ödə diyini desə də, cavabdehlərin bununla bağlı mövqeyini öyrənmək mümkün olmamışdır.
14. Eyni zamanda məhkəmə araşdırmasında müəyyən edilmişdir ki, Zaqatala rayonu, Yuxarı Çardaxlar kəndində yerləşən 6.464 kv.m. kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi X4 və onun həyat yoldaşı Cavabdeh5 ilə yanaşı, onların ailə üzvlərinin də mülkiyyətinə verilmişdir. X1 və onun həyat yoldaşı Cavabdeh5 ilə yanaşı, həmin torpaq sahəsi onların övladları olan Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 da mülkiyyətində olmuşdur. Cavabdeh2 və Cavabdeh3 müqavilə bağlandığı tarixə yetkinlik yaşına çatmasalar da, Cavabdeh4 və Cavabdeh1 müqavilə bağlanan tarixdə yetkinlik yaşına çatmış mülki hüquq fəaliyyət qabiliyyətli şəxslər olmuşlar. Mübahisəli 0,47 ha torpaq sahəsinin də daxil edildiyi 0,646 4 ha torpaq sahəsi 20 mart 1998-ci il tarixdə sadə yazılı formada tərtib edilmiş müqavilənin iştirakçısı olan X4 və onun həyat yoldaşı olan Cavabdeh5 ilə yanaşı, onların ailə üzvlərinin ümumi birgə mülkiyyətində olmaqla həmin torpaq sahəsi üzərində mülkiyyətçilərin payları müəyyən edilməmiş, onların payları natura qaydasında bölünməmiş və paylı mülkiyyət hüquqlarına xitam verilməmişdir.
15. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş 20 mart 1998-ci il tarixli sadə yazılı müqavilə özü-özlüyündə alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi üçün tələb edilən etibarlı əqd hesab edilə bilməz. 20 mart 1998ci il tarixdə sadə yazılı formada tərtib edilmiş müqaviləyə əks yanaşma isə, həmin torpaq sahəsinin digər mülkiyyətçilərin mülkiyyət hüququnun pozulm asına səbəb ola bilər.
16. Məhkəmə mübahisəli 0,47 ha torpaq sahəsinin bir hissəsinin, yəni 0,22 ha hissəsinin də daxil edildiyi 0,6464 ha torpaq sahəsinin 0,42 ha hissəsinə dair İddiaçı ilə Cavabdeh5 arasında mübahisə olduğunu və Zaqatala Rayon Məhkəməsinin 2(033)625/2020 nömrəli, 06 avqust 2020-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə iddiaçının Cavabdeh5 qarşı alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddia ərizəsinin təmin edilmədiyini də qeyd etmişdir. Belə ki, cavabdehlərin mülkiyyətində olan 0,6464 ha torpaq sahəsinin 0,42 ha hissəsi ilə bağlı iddiaçının Cavabdeh5 qarşı iddiası təmin edilməmişdir.
17. İddiaçı hazırda 0,47 ha torpaq sahəsinin alğı-satqısına dair müqavilənin bağlanmış hesab olunmasını xahiş etmişdir. Göründüyü kimi, iddiaçının alğı-satqı müqaviləsi əsasında tələb etdiyi torpaq sahələri cəmləşdirildiyi halda 0,97 ha torpaq sahəsi olmuş olur. Halbuki, cavabdehlərin mülkiyyətində olan torpaq sahəsinin ərazisi 0,6464 ha təşkil edir. İddiaçının bu barədə mülahizələri ondan ibarət olmuşdur ki, əslində onun hazırkı iş üzrə bağlanmasını tələb etdiyi torpaq sahəsinin ölçüsü 0,22 ha (0,64640,42) təşkil edir.
18. Qalan 0,25 ha (iddiaçının tələb etdiyi 0,47 ha - əslində tələb etməli olduğu 0,22 ha = 0,25 ha) torpaq sahəsi isə iddiaçının deməsinə görə zəbt olunmuş torpaq sahəsidir. Həmin torpaq sahəsinin də cavabdehlərə məxsus olmasını zənn edərək o, istifadə etmişdir. Məhkəmə vurğulamışdır ki, iddiaçının həmin zəbt olunmuş 0,25 ha torpaq sahəsi ilə bağlı hazırkı iddiasında cavabdeh kimi cəlb edilmiş şəxslərə qarşı iddia qaldırmaq ü çün hüququ olmamış, nə də həmin cavabdehlərin öz mülkiyyətlərində olan torpaq sahəsindən başqa digər torpaq sahəsi barəsində sərəncam vermək kimi də hüquqları olmamışdır.
19. Birinci instansiya məhkəməsi öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.1, 28.2, 139-1.1.3, 140, 144.1, 146.3, 147.1, 147.2, 152, 157.4, 213.1, 213.3, 215.1, 215.4, 337.2, 394, 404.1, 406.2, 567, 568.1, 568.2, 646.2-ci maddələrinə, Azərbaycan Respublikasının 11 sentyabr 1964-cü il tarixli qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43-cü maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 88, 217.2, 217.4 və 218.3-cü maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat:
20. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında baş vermiş alğı-satqı müqaviləsi 1998-ci ildə baş tutduğuna görə həmin dövrdə qüvvədə olmuş MMnin 43-cü maddəsinə əsasən mübahisə həll edilməli idi. Məhkəmə qətnamədə həmin Məcəllənin 43-cü maddəsini qeyd etsə də, maddəni izah etsə də düzgün tətbiq etməmişdir. Alğı-satqı müqaviləsi bağlanarkən müqaviləni imzalayan şəxslər Ramazan Mustafayev və Cavabdeh5 özlərinə məxsus torpaq sahəsinin alğı-satqısına imza atmışlar. Belə ki, Aqrar islahat zamanı Yuxarı Çardaxlar kəndində adam başına 0,25 ha torpaq sahəsi pay olaraq verilmişdir. Bundan başqa mə hkəmə iclası zamanı müəyyən olmuşdur ki, mübahisəli torpaq sahəsi 1998-ci ildən bu günədək onun istifadəsindədir. Onun tərəfindən həmin torpaq sahəsinə ağaclar əkilmiş, torpaq sahəsi münbitləşdirilmiş, darvaza qoyulmuş, altıaçıq tikilmiş, bir sözlə torpaq sahəsi yaxşılaşdırılmışdır. Bütün bu faktları məhkəmə iclasında qeyd etmişdir. Lakin məhkəmə qarşı tərəfin bu halların əksinə dair hər hansı bir sübut təqdim etməmələrinə baxmayaraq, nə özü yerində araşdırmamış (baxış keçirməmiş), nə də ki, düzgün qiymət verməmişdir. Mübahisə predmeti olan xx.xx.1998-ci il tarixli alğı-satqı müqaviləsi bağlanan dövrdə qüvvədə olan Mülki Məcəllənin 228-ci maddəsində qeyd olunur ki, alğı-satqı müqaviləsi üzrə satıcı əmlakı satıcının mülkiyyətinə verməli, alıcı isə əmlakı qəbul edib əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Bu maddədə qeyd olunan bütün şərtlər həyata keçirilməsinə baxmayaraq, məhkəmə qərarında ümumiyyətlə bu maddəyə tövsif etməmişdir. Daha sonra məhkəmə qətnaməsində qeyd edir ki, xx.xx.1998-ci il tarixli müqavilə alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi üçün tələb edilən etibarlı əqd hesab edilə bilməz. Əks yanaşma isə həmin torpaq sahəsinin digər mülkiyyətçilərinin mülkiyyət hüququnun pozulmasına səbəb ola bilər. Məhkəmə bu fikrini maddi hüquq normasına əsasən əsaslandırmamışdır və əsaslandıra bilməmişdir. Bunun əksi olaraq bildirmək istəyirəm ki, Mülki Məcəllənin 222.3-cü maddəsində qeyd olunmuşdur ki, birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qaydada irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam v erilməsi haqqında əqdlər bağlaya bilər. Qeyd olunan maddədən görünür ki, Ramazan və Ümüküs Mustafayevlər özlərinə və ailə üzvlərinə məxsus torpaq sahəsinə dair sərəncam vermək hüquqları vardır. Cavabdehlərin mülkiyyətində təkcə 0,6464 ha torpaq sahəsi deyil, ümumilikdə 1,5 ha torpaq sahələri vardır. İddiaçının tələb etdiyi torpaq sahəsi isə 0,6464 ha torpaq sahəsinin daxilində olan 0,47 ha torpaq sahəsindən ibarətdir. Məhkəmənin “zəbt” adlandırdığı torpaq sahəsi isə üçüncü şəxsə aiddir ki, həmin şəxslərlə iddiaçı arasında torpaq mübahisəsi yoxdur. Zaqatala rayonu Yuxarı Çardaxlar kənd Aqrar İslahat Komissiyası Yuxarı Çardaxlar kənd sakinlərinin hər birinə 0,25 ha torpaq payı verilməsi haqqında qərar qəbul etmişdir. Onun və mərhum qardaşı Mustafayev Ramazanın ailə tərkibi 6 (altı) nəfərdə n ibarət olduğundan onların hər birinə 1,5 ha torpaq payı verilmişdir. X11 kəndin 200 ha əkin torpaqlar kənddən 40 km aralıda olan Aşağı Çardaxlar kəndinin yanında olduğundan Yuxarı Çardaxlar kənd Aqrar Komissiyası kənd sakinlərinə veriləcək torpağın müəyyən hissəsini Aşağı Çardaxlarda olan torpaq sahəsindən verilməsi haqqında qərar vermişdir. Yuxarı Çardaxlar kənd Aqrar Komissiyasının qərarı ilə mərhum qardaşım Ramazan Mustafayev 0,64 ha torpaq payı Yuxarı Çardaxlar kəndindən, qalan 0,90 ha torpaq payı Aşağı Çardaxlar kəndindən verilmişdir.
22. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(107)-210/2023 nömrəli, 15 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Ələddin Məcidov (sədrlik edən və məruzəçi), Mahir Əsədli və Elçin Mehdi yev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
23. Apellyasiya instansiyası məhkəməsi həmçinin göstərmişdir ki, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etməzdən öncə Cavabdeh5 qarşı Zaqatala Rayon Məhkəməsində iddia qaldıraraq Zaqatala rayonunun Yuxarı Çardaxlar kəndində yerləşən 0,42 ha torpaq sahəsinə dair alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsini xahiş etmişdir ki, həmin məhkəmənin 06 avqust 2020-ci il tarixli 2(033)-625/2020 nömrəli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh5 arasında Zaqatala rayonunun Yuxarı Çardaxlar kəndində yerləşən 0,42 ha torpaq sahəsinə dair alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddia təmin edilməmişdir.
24. Birinci instansiya məhkəməsinin qətnaməsində göstərm işdir: “İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 torpaq sahəsinin alğı-satqısı zamanı ödənilmiş 1.200 ABŞ dollarının indeksasiyası olan 3.596,85 manat, fındıq bağının salınması və aqrotexniki qulluq üçün çəkilmiş xərclər 2.990 manat, 20 ədəd alma ağacının dəyəri olan 400 manat və su kanalının (arxın) çəkilməsi üçün sərf edilən vəsait 1.600 manat ümumilikdə 8.586,85 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. İlkin iddia üzrə iddiaçının dövlətə büdcəsinə ödədiyi 15 manat dövlət rüsumu cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı ödənilsin. 15 manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. İlkin iddia ərizəsi üzrə iddia tələbinin qalan hissəsi təmin edilməsin. İddiaçı Cavabdeh5 cavabdeh İddiaçı qarşı mülkiyyət hüququnun bərpası və cavabdehin torpaq sahəsindən çıxarılması tələbinə dair iddia ərizəsi qismən təmin edilsin. Cavabdeh İddiaçının mülkiyyətində olan Zaqatala rayonu Yuxarı Çardaxlar kəndində yerləşən reyestr nömrəsi **********63 olan xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmış 0,6464 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,42 ha hissəsindən çıxarılaraq həmin torpaq sahəsi üzərində Cavabdeh5 mülkiyyət hüququ bərpa edilsin. Sonrakı iddia ərizəsi üzrə iddia tələbinin qalan hissəsi təmin edilməsin. İddia tələbləri eyni vaxtda icra edilsin.”
25. Apellyasiya instansiyas ı məhkəməsinin mövqeyinə görə yuxarıda göstərilən iki qətnamə ilə hazırkı iş üzrə cavabdehlər olan şəxslərin mülkiyyətlərindəki 0,6464 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,42 ha hissəsinin taleyi həll edilmişdir.
26. Məhkəmə kollegiyası mübahisəli torpaq sahəsinin 1998-ci ildən iddiaçının istifadəsində olması, həmin torpaqda ağaclar əkməsi, torpaq sahəsini münbitləşdirməsi barədə apellyasiya şikayətinin dəlillərini əsassız sayaraq qeyd etmişdir ki, Zaqatala Rayon Məhkəməsinin yuxarıda istinad edilən iki qətnaməsi ilə hazırkı iş üzrə cavabdehlər olan şəxslərin mülkiyyətlərindəki 0,6464 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,42 ha hissəsinin taleyi həll edildiyi üçün hazırkı iş üzrə alğı-satqı müqaviləsi etibarlı əqd hesab edilə bilməyəcəyindən, 1998-ci ildə qüvvədə o lmuş Mülki Məcəllənin 228-ci maddəsinin tətbiqi istisna edilir və mübahisəli torpaq sahəsinin faktiki olaraq iddiaçının istifadəsində olması da hazırkı iş üzrə əhəmiyyətini itirmişdir.
27. İddiaçının cavabdehlərin mülkiyyətində 1,5 ha torpaq sahəsinin olması ilə bağlı apellyasiya şikayətinin dəlillərini də əsassız sayan apellyasiya instansiyası məhkəməsi vurğulamışdır ki, iddiaçının apellyasiya şikayətinə əlavə etdiyi mülki işin 96-cı vərəqində olan Zaqatala rayon Yuxarı Çardaxlar kənd Bələdiyyəsinin mühasibi Əli Əliyevin imzaladığı həmin kənd sakini X2 1,5 ha torpaq sahəsi verilməsi göstərilən arayış kserosurət olmaqla, nömrəsi və verilmə tarixi göstərilməyən bir kağızdır ki, o da, sübut kimi qəbul edilə bilməz.
28. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini əsaslandırarkən Mülki Məc əllənin 28.1, 28.2, 139-1.1.3, 140, 144.1, 146.3, 147.1, 147.2, 152, 157.4, 213.1, 213.3, 215.1, 215.4, 337.2, 394, 404.1, 406.2, 567, 568.1, 568.2, 646.2-ci maddələrinə, Azərbaycan Respublikasının 11 sentyabr 1964-cü il tarixli qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43, 228-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 77.1, 88, 217.1, 217.3, 217.4, 218.3, 372, 384.0.1 və 385.2-ci maddələrinə istinad etmişdir. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat:
29. Qətnamədən iddiaçı (vəkil Nümayəndə1) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
30. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlərə məxsus torpaq sahəsi onların hər birinin razılığı ilə iddiaçıya satılmış 1998-ci ildən bu günədək iddiaçının istifadəsindədir, bu halı cavabdehlər də təsdiq edirlər. Belə ki, onların həmin torpaqla bağlı hazırda birinci instansiya məhkəməsinin icraatında iddiaları vardır. 1998-ci ildən bu günədək həmin torpaqla bağlı cavabdehlərin iddiaçıya qarşı hər hansı iddiaları olmamışdır. Məhkəmə isə qeyd olunan faktları aydınlaşdırmamış və işin hallarına düzgün qiymət verməmişdir. Hazırki mübahisə predmeti olan torpaq sahəsi payları məlum olmayan ümumi birgə mülkiyyətdə olan əmlakdır. Həmin əmlaka dair alğı-satqı 1998-ci ildə reallaşmışdır. Alan şəxs satan şəxslərə pulunu ödəmiş əmlakı almış, satan şəxslər isə əmlakın pulunu alaraq əmlakı satan şəxsə təhvil verərək aralarında yazılı ə qd imzalamışlar. 1998-ci ildə qüvvədə olmuş Mülki Məcəllədə paylar məlum olmayan (birgə mülkiyyət növləri) ümumi mülkiyyət barəsində sərəncam verməyin qaydalarına dair hər hansı bir müddəa yoxdur. Hazırki mübahisə predmeti isə payları məlum olmayan ümumi birgə mülkiyyət növünə aiddir. Belə olan halda, apellyasiya məhkəməsi hazırda qüvvədə olan Mülki Məcəllənin 11-ci maddəsinin tələblərini nəzərə almaqla qanunun və hüququn analogiyasını tətbiq etməli və bu zaman ədalət, insaf və mənəviyyat tələblərini nəzərə almalı idi. Cavabdehlərin mülkiyyətində 1,5 ha torpaq sahəsinin olmasına dair heç bir sübut təqdim edilməməsi iddiaçının təqdim etdiyi bələdiyyə arayışının isə kserosurət olmaqla nömrəsi və verilmə tarixi göstərilməyən bir kağız olması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiy i nəticə də əsassızdır. Belə ki, əvvəla, apellyasiya şikayəti elektron qaydada göndərilir. Apellyasiya şikayətinə əlavə olunmuş bələdiyyə arayışı da şikayətlə birlikdə elektron qaydada göndərilmiş və həmin arayışın əsli şikayətə əlavə olunmuşdur. Apellyasiya məhkəməsi isə göndərilmiş şikayəti və ona əlavə edilmiş sənədləri çap etdikdən sonra kağız üzərində olan şikayət və arayışa baxaraq onların kserosurət olduğunu hesab etmişdir. Məhkəmə mübahisəli məsələnin həllində formal mülahizələrlə çıxış etmiş, qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş hərtərəfli araşdırma vəzifəsini yerinə yetirməmiş, irəli sürülən dəlillərə və işdə olan sənədlərə sübutların qiymətləndirilməsi ilə bağlı üzərinə düşən vəzifəni tam yerinə yetirmədən qətnamə qəbul etmişdir.
31. Azərbaycan Respu blikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)2480/2023 nömrəli, 12 iyun 2023- cü il tarixli qərarı ilə (hakimlər Aqil Abbasov(məruzəçi), Zaur Əliyev və Vidadi Məmmədov) kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.
32. Kassasiya kollegiyasının mövqeyinə görə apellyasiya instansiyası məhkəməsi iddiaçının hazırkı vaxta qədər torpaq sahəsindən mübahisəsiz qaydada istifadə etməsi, cavabdehlərin, o cümlədən sadə yazılı müqavilə bağlanarkən yetkinlik yaşına çatmamaları qeyd edilən Nərmin və Cavabdeh3lərin yetkinlik yaşına çatdıqdan sonra da buna etiraz etməmələri barədə dəlillərinə lazımi qiymət verməmişdir. Qeyd edilən hallar əqd bağlanan zaman yetkinlik yaşı na çatan və çatmayan şəxslərlə bağlı əqdin bəyənilməsini nizama salan müvafiq qanunvericiliyin tətbiqini zəruri etmişdir.
33. Apellyasiya instansiyası məhkəməsi qeyd edilən yöndə hər hansı araşdırma aparmadan iddiaçı tərəfindən təqdim edilmiş 20 mart 1998-ci il tarixli sadə yazılı müqavilənin özü-özlüyündə alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi üçün tələb edilən etibarlı əqd hesab edilə bilməməsi, bu müqaviləyə əks yanaşmanın isə həmin torpaq sahəsinin digər mülkiyyətçilərin mülkiyyət hüququnun pozulmasına səbəb ola bilməsi əsası ilə iddianı rədd edən birinci instansiya məhkəməsi ilə razılaşmışdır.
34. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamələrinə istinad edərək, həmin qətnamələrlə hazırkı iş üzrə cavabdehlərin mülkiyyətlərindəki 0,6464 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,42 ha hissəsinin taleyinin həll edilməsini də qeyd etmişdir.
35. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi həmin nəticə də düzgün olmamışdır. Belə ki, hazırkı işdə mübahisə 0,42 ha torpaqla yox, 0,47 ha torpaqla bağlı mübahisədir və həmin işdən fərqli olaraq bu işdə iddiaçı 20 mart 1998-ci il tarixli sadə yazılı əqdə istinad etmişdir.
36. Kassasiya kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi cavabdehlərin mülkiyyətində olan 0,6464 ha torpaq sahəsinin 0,42 ha hissəsi ilə bağlı iddiaçının Cavabdeh5 qarşı iddiasının təmin edilməməsi, iddiaçının hazırda 0,47 ha torpaq sahəsinin alğı-satqısına dair müqavilənin bağlanmış hesab olunmasını xahiş etməklə, alğısatqı müqaviləsi əsasında tələb etdiyi torpaq sahələrinin cəmləşdi rildiyi halda bunun 0,97 ha torpaq sahəsi olması barədə gəldiyi nəticə düz deyil.
37. Əvvəla, cəmləşdirildiyi halda, torpaq sahələri 0,97 ha yox, 0,89 ha təşkil edir. Bundan başqa, belə olan halda, ən azı iddiaçının 0,6464 ha torpağın qalan hissəsi ilə bağlı iddia tələbinin əsaslı olub-olmamasına yuxarıda şərh edilənlər baxımından qiymət verilməli idi. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat:
38. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-935/2023 nömrəli, 03 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər İmamverdi Şükürov (sədrlik edən və məruzəçi), Akif Eyvazov və Xəqani Səmədov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla, iddiaçının cavabdehlərə qarşı “cavabdehlərə məxsus Yuxarı Çardaxlar kəndində yerləşən ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarışda qeyd olunan 0,6464 ha kənd təsərrüfatlı təyinatı torpaq sahəsinin 0,47 ha hissəsi üzərində onunla cavabdehlər arasında alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və torpaq sahəsinin mülkiyyətə verilməsi” tələbinə dair iddiası təmin edilmişdir.
39. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddiaçının hazırkı vaxta qədər torpaq sahəsindən mübahisəsiz qaydada istifadə etməsi, cavabdehlərin, o cümlədən sadə yazılı müqavilə bağlanarkən yetkinlik yaşına çatmamaları qeyd edilən Nərmin və Cavabdeh3lərin yetkinlik yaşına çatdıqdan sonra da buna etiraz etməmələri barədə dəlillərinə lazımi qiymət verməmişdir. Qeyd edilən hall ar əqd bağlanan zaman yetkinlik yaşına çatan və çatmayan şəxslərlə bağlı əqdin bəyənilməsini nizama salan müvafiq qanunvericiliyin tətbiqini zəruri edir.
40. Cavabdeh tərəfin iddia edilən 0,6464 ha torpaq sahəsinin 0,47 ha hissəsinin bundan əvvəl tələb edilmiş 0,42 ha torpaq sahəsinin eyni torpaq sahəsi olmasına münasibətdə isə apellyasiya kollegiyası qeyd etmişdir ki, işdə olan Zaqatala Rayon Məhkəməsinin 2(033)-625/2020 nömrəli, 06 avqust 2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh5 qarşı Zaqatala rayonu Yuxarı Çardaxlar kəndində yerləşən 0,42 ha torpaq sahəsinin alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etsə də, iddiaçı X6 ilə Cavabdeh5 Kərım qızı arasında Zaqatala rayonunun Yuxar ı Çardaxlar kəndində yerləşən 0,42 ha torpaq sahəsinə dair alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir.
41. Həmçinin, Zaqatala Rayon Məhkəməsinin 2(033)-12/2022 nömrəli, 17 yanvar 2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala rayonu, Yuxarı Çardaxlar kəndində qeydiyyatda olan Cavabdeh5 55 manat torpağa ödənilmiş vergi, suvarma üçün su idarəsinə ödənilmiş 60 manat, torpaq sahəsinin qorunması və çəpərlənməsi üçün 4.400 manat, torpaq sahəsinin kol-kosdan təmizlənməsi, suvarma arxlarının çəkilməsi, boruların qoyulması üçün çəkilmiş xərclər 1900 manat, qoyulmuş 3 ədəd borunun dəyəri 450 manat, bağın salınması və aqrotexniki qulluq üçün çəkilmiş xərc 3.423 manat, bağda əkilmiş 20 ədəd alma ağacının dəyəri 400 manat və torpaq sahəsi alınarkən ödənilmiş 1.200 ABŞ dolları olmaqla, cəmi 10.688 manat, 1.200 ABŞ dolları və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
42. Zaqatala Rayon Məhkəməsinin 2(033)-12/2022 nömrəli, 17 yanvar 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi qismən təmin edilərək cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 torpaq sahəsinin alğısatqısı zamanı ödənilmiş 1.200 ABŞ dollarının indeksasiyası olan 3.596,85 manat, fındıq bağının salınması və aqrotexniki qulluq üçün çəkilmiş xərclər 2.990 manat, 20 ədəd alma ağacının dəyəri olan 400 manat və su kanalının (arxın) çəkilməsi üçün sərf edilən vəsait 1.600 manat, ümumilikdə 8.586,85 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməsi, ilkin iddia ərizəsi üzrə iddia tələbinin qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Göründüyü kimi 0,42 ha torpaq sahəsi ilə bağlı yekun məhkəmə qərarı qəbul edilmiş və bu iş yekunlaşmışdır.
43. Digər tərəfdən, hazırkı işdə mübahisə 0,42 ha torpaqla yox, 0,47 ha torpaqla bağlı mübahisədir. Bundan əlavə əvvəllər tələb edilmiş 0,42 ha torpaq sahəsi əkin sahəsi olduğu qeyd edilsə də, hazırkı tələb olunan torpaq sahəsi fındıq bağı olduğu göstərilir. Həmin işdən fərqli olaraq bu işdə iddiaçı 20 mart 1998-ci il tarixli sadə yazılı əqdə istinad etmişdir.
44. Bundan əlavə, Zaqatala Rayon Məhkəməsinin 2(033)-625/2020 nömrəli, 06 avqust 2020-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçının məhkəməyə təqdim etdiyi digər 20 mart 1998-ci il tarixli müqavilə ilə mərhum qardaşı ilə aralarında 0,47 ha torpaq sahəsinin satılması təsdiqlənmiş, lakin həmin ərazi 0,42 ha deyil, 0,47 ha olmaqla digər torpaq sahəsidir, hansı ki, iddiaçı həmin torpaq sahəsini artıq öz adına rəsmiləşdirdiyini bildirmişdir. Həmçinin iddia olunan torpaq sahələrinin alğı-satqısı zaman baxımdan da üst üstə düşmür. Çünki, iddiaçı 0,42 ha torpaq sahəsini 2001-ci ildə 1.200 ABŞ dollara əldə etdiyini bildirsə də, hazırkı torpaq sahəsini isə 20 mart 1998-ci il tarixdə 15.000.000 (köhnə Azərbaycan manatı ilə) əldə etdiyini göstərmiş, hansı kı sözügedən torpaq sahəsi həmin vaxtdan da iddiaçının mülkiyyətində olmuşdur.
45. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini əsaslandırarkən Mülki Məcəllənin 28.1, 28.2, 139-1.1.3, 140, 144.1, 146.3, 147.1, 147.2, 152, 157.4, 213.1, 213.3, 215.1, 215.4, 337.2, 394, 404.1, 406.2, 567, 568.1, 568.2, 646.2-ci maddələrinə, Azərbaycan Respublikasının 11 sentyabr 1964-cü il tarixli qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43, 228-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 372 və 384.0.2-ci maddələrinə istinad etmişdir. Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat:
46. Qətnamədən Cavabdeh1 (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
47. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azə rbaycan Respublikası Konstitusiyasının 13, 29, 71-ci, Mülki Məcəllənin 152.1-ci, Mülki Prosessual Məcəllənin 9.3, 77.1, 88, 153.2, 218.1-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, qətnamə ilə cavabdehlərin mülkiyyət hüququ pozulmuş, apellyasiya məhkəməsi tərəfindən cavabdehin təqdim etdiyi sübutlar səthi qiymətləndirilmiş, iddiaçının eyni torpaq sahəsinə dair ikinci dəfə eyni əsasla iddia qaldırması nəzərə alınmamışdır.
48. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)510/2024 nömrəli, 16 fevral 2024-cü il tarixli qərarı ilə (hakimlər Elşad Şamayev (məruzəçi), Elşanə Vəliyeva və Əhliman Xıdırov) kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya insta nsiyası məhkəməsinə qaytarılmışdır.
49. Apellyasiya instansiya məhkəməsi qətnaməsində tərəflərin arasında mövcud olmuş əvvəlki məhkəmə mübahisələri üzrə qəbul edilən birinci instansiya məhkəməsinin 06 avqust 2020-ci il tarixli və həmin Məhkəmənin 17 yanvar 2022-ci il tarixli qətnamələrinə istinad etsə də, həmin qətnamələrlə müəyyən olunmuş halları hazırkı mübahisənin həlli üçün əhəmiyyətini və gəlinən nəticənin həmin məhkəmə aktları ilə ziddiyyət təşkil etməsini nəzərə almamışdır.
50. Belə ki, 0,6464 ha torpaq sahəsi üzərində cavabdehlərin mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması işin mübahisəsiz halıdır. İddiaçı hazırda həmin torpaq sahəsinin 0,47 ha hissəsi üzrə alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsini xahiş etmiş. Lakin müəyyən olunmuşdur ki, iddiaçı əvvəllər 0,6464 ha torpaq sahəsinin 0,42 ha hissəsi ilə bağlı müqavilənin bağlanmış hesab edilməsini məhkəmədən xahiş etmiş və Zaqatala Rayon Məhkəməsinin 06 avqust 2020-ci il tarixli qətnaməsi ilə iddiası təmin olunmamışdır.
51. Bundan sonra, iddiaçı həmin qətnamə ilə razılaşmış (işdə qətnamənin mübahisələndirilməsinə dair məlumat mövcud deyil) və yeni iddia ilə məhkəməyə müraciət edərək, qeyd olunan 0,42 ha torpaq sahəsinə sərf etdiyi xərclərin tutulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin 17 yanvar 2022-ci il tarixli qətnaməsi ilə cavabdehlərdən 0,42 ha torpaq sahəsinə görə ödənilmiş 1.200 ABŞ dollarının indeksasiyası olan 3.596,85 manatla yanaşı, fındıq bağının salınması və aqrotexniki qulluq üçün sərf edilmiş 2.990 manat, 20 ədəd alma ağacının dəyəri o lan 400 manat və su kanalının çəkilməsi üçün sərf edilən 1.600 manat pulun tutulması qət edilmişdir. Həmin qətnamə ilə həmçinin qarşılıqlı iddia təmin edilərək, İddiaçı hazırkı iş üzrə cavabdehlərin mülkiyyətində olan 0,6464 ha torpaq sahəsinin 0,42 ha hissəsindən çıxarılması qət edilmişdir.
52. İddia üzrə cavabdehlərin mülkiyyətində olan 0,6464 ha torpaq sahəsinin 0,47 ha hissəsinə iddiaçının mülkiyyət hüququ tanındığı halda, torpağın əvvəlki mübahisənin predmeti olan 0,42 ha hissəsinin ən azı 0,2436 ha hissəsi də iddiaçının mülkiyyətinə keçəcəkdir (0,6464 ha – 0,47 ha = 0,1764 ha – hazırkı qətnamə ilə cavabdehlərin mülkiyyətində qalan və mübahisələndirilməyən sahə; 0,42 ha – 0,1764 ha = 0,2436 ha – hər iki qətnamə ilə mübahisələndirilən torpaq sahələrinin üst-üstə düşən hissələrinin mini mal sahəsidir.
53. İddiaçının mübahisələndirdiyi torpaq sahəsinin konfiqurasiyası və yerləşməsi məlum olmadığından, üst-üstə düşən sahə daha çox ola bilər). Birinci instansiya məhkəməsinin 17 yanvar 2022-ci il tarixli qətnaməsi ilə iddiaçının qeyd olunan torpaq sahəsinə də sərf etdiyi vəsaitin cavabdehlərdən tutulduqdan sonra, həmin torpağın onun mülkiyyətinə verilməsi isə iddiaçının əsassız varlanmasına səbəb ola bilərdi.
54. Həmçinin məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin 06 avqust 2020-ci il tarixli qətnaməsinin məzmununa görə iddiaçı həmin tələbdə qardaşı X2 məxsus torpaq sahəsinin 0,42 ha hissəsini 2001-ci ildə 1.200 ABŞ dollarına aldığını iddia etmişdir. İddiaçı həmin tələbdə qeyd olunan torpaq sahəsinə dair hər hansı yazılı müqaviləyə istinad etməmiş və bununla bağlı sübutları təqdim etməmişdir.
55. Qətnamənin əsaslandırılmasından müəyyən olunmuşdur ki, iddiaçı məhkəməyə hazırda da istinad etdiyi 20 mart 1998-ci il tarixli müqaviləni təqdim etmiş, iddianı rədd edən məhkəmə qətnaməni 0,42 ha torpaq sahəsinə dair 12 oktyabr 2001-ci il tarixdə müqavilə bağlanmasına dair sübutun təqdim edilməməsi, 20 mart 1998-ci il tarixli müqavilənin isə 0,42 ha torpaq sahəsinə deyil, digər 0,47 ha torpaq sahəsinə dair olması, iddiaçının həmin (0,47 ha) torpaq sahəsini artıq öz adına rəsmiləşdirdiyini bildirməsi ilə əsaslandırmışdır.
56. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı, hazırkı iş üzrə apellyasiya məhkəməsindəki ikinci icraatda onunla qardaşı X4 və Cavabdeh5 arasında 0,42 ha torpaq sahəsinin 6.000.000 manata alğı-satqı olmasına dair 12 okt yabr 2001-ci il tarixli sadə yazılı müqavilənin kserosurətini təqdim etmiş və məhkəmə iclas zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, qardaşının torpaq sahəsinin 0,64 ha olmasını 2014-cü ildə bilmiş, qardaşının ona torpaq sənədlərini 0,89 ha kimi düzəldəcəyini bildirmişdir.
57. Lakin, apellyasiya instansiyası məhkəməsi hazırkı icraatda 0,42 ha torpaq sahəsinə dair məhkəmə mübahisəsi zamanı 12 oktyabr 2001-ci il tarixli müqavilənin məhkəməyə təqdim etməməsinin, əvvəlki icraat zamanı hazırda mübahisələndirilən torpaq sahəsinin adına rəsmiləşdirməsinin göstərməsinin səbəblərini, cavabdehlərin hər iki müqaviləyə münasibətlərini araşdırmamış, müqavilələrin əsillərini tələb edərək onları məhkəmə iclasında tədqiq etməmişdir.
58. Bundan əlavə, apellyasiya məhkəməsi iddianı təmin etdiyi halda, mübahisəli torpaq sahəsinə baxış keçirməmiş, torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilən hissəsinin cavabdehlərin mülkiyyətində olan 0,6464 ha torpağının hansı hissəsində yerləşməsini, onun sərhədlərini müəyyən etməmişdir ki, son nəticədə qəbul edilən qətnamənin gələcəkdə icrasını qeyri-mümkün etmiş və tərəflər arasında yeni məhkəmə mübahisələrin yaranmasına zəmin yaratmışdır.
59. Məhkəmə kollegiyası xüsusən qeyd edilməsini zəruri hesab etmişdir ki, kassasiya instansiyası məhkəməsi əvvəlki icraatda verdiyi göstərişlərdə tərəflər arasında mövcud olmuş məhkəmə mübahisələri nəticəsində qəbul edilən məhkəmə aktlarına istinad etməklə yanaşı, yuxarıda qeyd olunan ziddiyyətləri nəzərə almaqla göstərmişdir ki, apellyasiya məhkəməsi “ən azı iddiaçının 0,6464 ha torpağın qalan hissəsi i lə bağlı iddia tələbinin əsaslı olub-olmamasına yuxarıda şərh edilənlər baxımından qiymət verilməli idi.” Apellyasiya instansiyası məhkəməsindəki üçünçü icraat:
60. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin 25 iyun 2024-cü il tarixli, 3-21-3-47/2-2622/2024 saylı məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, 1) Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən X4 və qeyrilərinin ümumi birgə mülkiyyətində olan Zaqatala rayonu, Yuxarı Çardaxlar kəndində yerləşən xx.xx.2020 qeydiyyat tarixdə ********** qeydiyyat nömrəsi ilə 0,6464 ha torpaq sahəsinin koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. 2) Zaqatala Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 17 yanvar 2022-ci il tarixli qətnaməsinə əsasən İddiaçı, X4 və qeyrilərinin mülkiyyətində olan 0,6464 ha torpaq sahəsinin İddiaçı çıxarılmalı olan 0,42 ha torpaq sahəsinin yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. 3) 0,6464 ha torpaq sahəsinin İddiaçı çıxarılmalı olan 0,42 ha hissəsindən sonra yerdə qalan 0,2264 ha torpaq sahəsinin yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. 4) 0,6464 ha torpaq sahəsinin əvvəllər X7, sonradan İddiaçı mülkiyyətində olan 0,70 ha torpaq sahəsi ilə birgə sərhəddindən başlayaraq 0,2264 ha hissəsi cizgiləri tərtib edilmiş yerquruluşu planında göstərilmişdir.
61. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-616/2024 n ömrəli, 02 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakim Elçin Hüseynov (sədrlik edən və məruzəçi), Günay Cavadova və Elman İsayev) apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, iddia qismən təmin edilmişdir. İddiaçı ilə cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 arasında cavabdehlərə məxsus Zaqatala rayonu, Yuxarı Çardaxlar kəndində yerləşən ********** qeydiyyat nömrəli, xx.xx.2020 qeydiyyat tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmış 0,6464 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinin 25 iyun 2024- cü il ta rixli mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilən qaydada 0,2264 ha hissəsi üzərində alğı-satqı müqaviləsi bağlanılmış hesab edilmiş və həmin hissədə iddiaçının mülkiyyətinə verilərək, iddia qalan hissədə təmin edilməmişdir.
62. Apellyasiya instansiyası məhkəməsi ilk növbədə qeyd etmişdir ki, mübahisə 0,42 ha torpaqla yox, 0,47 ha torpaqla bağlı mübahisədir və əvvəlki işdən fərqli olaraq bu işdə iddiaçı 20 mart 1998-ci il tarixli sadə yazılı əqdə istinad etmişdir.
63. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi cavabdehlərin mülkiyyətində olan 0,6464 ha torpaq sahəsinin 0,42 ha hissəsi ilə bağlı iddiaçının Cavabdeh5 qarşı iddiasının təmin edilməməsi, iddiaçının hazırda 0,47 ha torpaq sahəsinin alğı-satqısına dair müqavilənin bağlanmış hesab olunma sını xahiş etməklə, alğısatqı müqaviləsi əsasında tələb etdiyi torpaq sahələrinin cəmləşdirildiyi halda bunun 0,97 ha torpaq sahəsi olması barədə gəldiyi nəticə düz olmamışdir. Torpaq sahələri 0,97 ha yox, 0,89 ha təşkil etmişdir. Bundan başqa, belə olan halda, ən azı iddiaçının 0,6464 ha torpağın qalan hissəsi ilə bağlı iddia tələbinin əsaslı olub-olmamasına qiymət verilməli zərurətini yaratmışdır.
64. Məhkəmə kollegiyası tərəfindən baxış keçirilən birinci instansiya məhkəməsinin icraatında olmuş 2(033)-625/2020 nömrəli mülki işdə olan yalnız iddiaçı (alıcılar) tərəfindən imzalanmış 12 oktyabr 2001-ci il tarixli müqavilənin əslində (iş vərəqi 34) 0,42 ha torpaq sahəsinin 6.000.000 manata (AZM) aldığı göstərilsə də, iddiaçının məhkəmə kollegiyasına təqdim etdiyi yalnız iddiaçı (alıcılar) t ərəfindən imzalanmış 12 oktyabr 2001ci il tarixli müqavilənin əslində 0,42 ha torpaq sahəsini 1.200 ABŞ dollarına aldığı göstərilmişdir.
65. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, iddiaçı eyni olduğunu bəyan etdiyi müqavilənin iki nüsxədə yazılmasının və fərqli məbləğlərin yazılmasını o zaman kserosurət çıxarılmasının mümkün olmaması və həmin məbləğlərin bir-birinə ekvalent olması ilə izah etmişdir. Hər iki müqavilə nüsxəsinin isə cavabdehlər (satıcılar) tərəfindən imzlanmamasını isə onun torpağın pulunu ödədikdən sonra imtina etmələri və onların özlərinin olmayan torpaq sahəsini satmaları ilə bağlı olduğunu izah etmişdir.
66. Məhkəmə kollegiyası torpaq sahəsinin birinci instansiya məhkəməsinin 06 avqust 2020-ci il tarixli qətnaməsindəki mübahisə predmeti olan 0,42 ha torpaq sahəsi i lə eyni ərazidə yerləşib-yerləşməməsini, cavabdehlərin mülkiyyətində olan eyni 0,6464 ha torpaq sahəsinin tərkib hissəsi olmasını, o cümlədən cavabdehlərin mülkiyyətlərində Zaqatala rayonunun Yuxarı Çardaxlar kəndində başqa eyni sahəli torpaq sahəsinin mövcudluğunu araşdırmaq məqsədilə tərəflərin və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin əməkdaşının (mütəxəssisin) iştirakı ilə mübаhisə predmeti оlаn ərаziyə baxış keçirmiş və aşağıdakıları müəyyən etmişdir.
67. Yol tərəfdən hasarlanmış torpaq sahəsi 0,6464 hektardır. Hazırda həmin torpaq sahəsində alma və fındıq ağacları mövcuddur və giriş qapısından sağda iddiaçı deməsinə görə onun tərəfindən saray inşa edilmişdir. İddiaçı bildirmişdir ki, 1998-ci ildə qardaşı və arvadı ona həmin torpaq sahasinin 0,47 ha hissəsini satmışdır. Həmin 0,47 ha torpaq sahəsi qapıdan girdikdə sağ tərəfdəki başdan başlayaraq sola tərəf uzanıb. 0,47 ha torpaq sahəsindən sonra iddiaçının qardaşına məxsus 0,1764 ha torpaq sahəsi yerləşir. (0,6464 ha-0,47 ha=0,1764 ha). İddiaçı bildirmişdir ki, 2001-ci ildə qardaşı özünə məxsus kimi təqdim edərək ona əlavə 0,42 ha torpaq sahəsini (0,17 ha + 0,25 ha= 0,42 ha) də satmışdır. Həmin 0,42 ha torpaq sahəsi sağdan-sola 0,47 ha torpaq sahəsindən sonra yerləşməklə 0,17 ha hissəsi iddiaçının qardaşına, 0,25 ha hissəsi isə solda yanda yerləşən qonşu Rəcəb Məmmədova məxsus olmuş torpaq sahəsindən ibarətdir. Yəni 0,47 ha və 0,42 ha torpaq sahəsi eyni ərazidə yerləşir. İddiaçı bəyan etmişdir ki, sonradan qonşu Rəcəb Məmmədovun mülkiyyətində olan həmin 0,2 5 ha torpaq sahəsi də daxil olmaqla sonuncunun mülkiyyətində olan 0,70 ha torpaq sahəsini notarial qaydada satın alaraq həmin torpaq sahəsinə mülkiyyət hüquqlarını qeydə aldırmışdır. Ümumiyyətlə mübahisələndirilən 0,64 ha torpaq sahəsi hazırda iddiaçının mülkiyyətində olan 0,70 ha torpaq sahəsi ilə sol tərəfdən həmsərhəddir.
68. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının istifadasində olan torpaq sahəsi cavabdehlərə verilmiş eyni 0,6464 ha torpaq sahəsi ilə üst-üstə düşərək, onun hüdudları daxilindədir. Yəni 0,47 ha torpaq sahəsi 0,6464 ha torpaq sahəsinin tərkib hissəsidir.
69. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının hazırkı vaxta qədər torpaq sahəsindən mübahisəsiz qaydada istifadə etməsi, cavabdehlərin, o cümlədən sadə yazılı müqavilə b ağlanarkən yetkinlik yaşına çatmamaları qeyd edilən Nərmin və Cavabdeh3lərin yetkinlik yaşına çatdıqdan sonra da buna etiraz etməmələri barədə dəlillərinə lazımi qiymət verməmişdir. Qeyd edilən hallar əqd bağlanan zaman yetkinlik yaşına çatan və çatmayan şəxslərlə bağlı əqdin bəyənilməsini nizama salan müvafiq qanunvericiliyin tətbiqini zəruri etmişdir.
70. Məhkəmə kollegiyası hesab etmişdir ki, hazırkı iddia üzrə cavabdehlərin mülkiyyətində olan 0,6464 ha torpaq sahəsinin 0,47 ha hissəsinə iddiaçının mülkiyyət hüququ tanındığı halda, torpağın əvvəlki mübahisənin predmeti olan 0,42 ha hissəsinin ən azı 0,2436 ha hissəsi də iddiaçının mülkiyyətinə keçəcəkdir (0,6464 ha – 0,47 ha = 0,1764 ha – hazırkı qətnamə ilə cavabdehlərin mülkiyyətində qalan və mübahisələndirilməyən sahə; 0,42 ha – 0,17 64 ha = 0,2436 ha – hər iki qətnamə ilə mübahisələndirilən torpaq sahələrinin üst-üstə düşən hissələrinin minimal sahəsidir. Zaqatala Rayon Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli qətnaməsi ilə iddiaçının qeyd olunan torpaq sahəsinə də sərf etdiyi vəsaitin cavabdehlərdən tutulduqdan sonra, həmin torpağın onun mülkiyyətinə verilməsi isə iddiaçının əsassız varlanmasına səbəb ola bilər.
71. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, əvvəlki tələbdə göstərilən (həm də qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən iddiaçının çıxmalı olduğu) 0,42 ha və hazırkı iddianın predmetini təşkil edən 0,47 ha torpaq sahələrinin eyni 0,6464 ha torpaq sahələrinin tərkib hissələri olduğu üçün, 0,6464 ha torpaq sahəsinin 0,42 ha hissəsi ilə üst-üstə düşən hissəsinə münasibətdə hazırkı iddianın təmin edilməsi mümkün olmamışdır. Hazırkı iddia tələbi qismən yalnız 0,6464 ha torpaq sahəsinin 0,2264 ha (0,6464 ha-0,42 ha = 0,2264 ha) hissəsində təmin edilmişdir ki, həmin hissə isə tərtib edilmiş yerquruluşu planına əsasən, hal-hazırda iddiaçının mülkiyyətində olan 0,70 ha (0,6974 ha) torpaq sahəsininin sərhəddindən başlamışdır.
72. Beləliklə də, mülki işin apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və iddianın qismən təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilmişdir.
73. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini əsaslandırarkən Mülki Məcəllənin 28.1, 28.2, 139-1.1.3, 140, 144.1, 146.3, 147.1, 147.2, 152, 157.4, 213.1, 213.3, 215.1, 215.4, 337.2, 394, 404.1, 406.2, 567, 568.1, 568.2, 646.2-ci maddələrinə, Azərba ycan Respublikasının 11 sentyabr 1964-cü il tarixli qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43, 228-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 77.1, 82.3, 88, 217.1, 217.3, 217.4, 218.3, 233.3, 372, 384.0.2, 385.1, 386, 390, 420-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
74. Qətnamədən Cavabdeh4 (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv olunmasını, mülki işin baxılması üçün yenidən apellyasiya instansiya məhkəməsinə göndərilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir.
75. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin 0,6464 ha torpaq sahəsinin 0,2264 hissəs i üzərində alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair gəlmiş olduğu mövqe cavabdeh tərəfə aydın olmamışdır. Qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnamədə qeyd olunan qənaətə gəlməsi üçün heç bir əsas olmamışdır.
76. Birinci instansiya məhkəməsində Cavabdeh1 və qeyriləri iddia ərizəsi ilə müraciət edərək İddiaçı 0,6464 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,2264 hissəsinin cavabdeh tərəfindən zəbt olunduğu üçün həmin hissədən cavabdehin çıxarılmasını xahiş etmişlər.
77. Birinci instansiya məhkəməsinə mütəxəssis və ekspert rəyi daxil olmuş, verilmiş rəylər ilə müəyyən edilmişdir ki, 0,6464 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,2264 hissəsinin cavabdeh tərəfindən zəbt edilib-edilməməsini müəyyən etmək mümkün olmamışdır. Halbuki sözüged ən iddia tələbi üzrə iddiaçı Cavabdeh4 iddia tələbində qeyd edərək bildirmişdir ki, İddiaçı 0,6464 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,42 ha hissəsindən çıxarılmış, lakin 0,2264 hissəsindən hələdə istifadə edərək və onun tərəfindən zəbt olunmuşdur.
78. Birinci instansiya məhkəməsinin icraatında olan 2(033)-152/2024 nömrəli mülki iş üzrə verilmiş rəydə 0,6464 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,2264 hissəsinin cavabdeh tərəfindən zəbt edilib-edilməməsini müəyyən etmək mümkün olmamışdır.
79. Belə olan təqdirdə eyni mübahisə predmetini təşkil edən (0,2264 ha torpaq sahəsinə dair) apellyasiya məhkəməsinə DƏDRX tərəfindən verilmiş mütəxəssis rəyi ilə birinci instansiya məhkəməsinin icraatında olan 2(033)-152/2024 nömrəli mülki iş üzrə eyni idarə tərəfindən verilmiş müt əxəssis rəyləri bir biri ilə ziddiyyət təşkil etmişdir.
80. Mübahisəli torpaq sahəsi üzrə eyni idarənin mütəxəssisləri tərəfindən fərqli rəylər verilmişdir. Mütəxəssislər ilkin rəydə İddiaçı 0,2264 hissəsinin cavabdeh tərəfindən zəbt edilib-edilməməsini müəyyən etmək mümkün olmadığını, Şəki Apellyasiya məhkəməsinə verilmiş mütəxəssis rəyində isə 0,2264 ha torpaq sahəsinin yerləşmə vəziyətini müəyyən etmişdilər.
81. Məhkəmənin 0,6464 ha torpaq sahəsinin 0,2264 hissəsinə dair alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsini təmin etdiyi hissə boş torpaq sahəsi olmuşdur. İddiaçıda məhkəmə iclasında vermiş olduğu ifadələrdə və iddia tələblərində həmin torpağın boş torpaq olduğunu dəfələrlə qeyd etmiş. Lakin 20 mart 1998-ci il tarixli aktında 0,47 ha fındıq bağından söhbət getmişdir. Belə ol an təqdirdə mülki işə əlavə olunan sənədlər, iddiaçının və cavabdehin izahatları, mülki işə əlavə olunmuş sənədlər və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, 0,6464 ha torpaq sahəsinin 0,2264 hissəsidə fındıq bağı deyil boş torpaq sahəsi olmuşdur. Lakin 20 mart 1998-ci il tarixli aktında 0,47 ha fındıq bağından bəhs edilmişdir. Bunun üçün 0,6464 ha torpaq sahəsinin 0,2264 hissəsinə dair alğı-satqı müqaviləsinin bağlanmış hesab olunmasına dair məhkəmənin qərarı tam əsassızdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası.
82. Maddə 60, 1-ci hissə. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
83. Maddə 28.1. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti ş əxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir.
84. Maddə 28.2. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir.
85. Maddə 139-1.1.3. Daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır.
86. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyinc ə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
87. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır.
88. Maddə 146.3. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır.
89. Maddə 147.1. Torpaq sahəsi (üzərindəki tikilmiş və ya tikintisi başa çatmayan tikinti obyektləri də daxil olmaqla) ilə bağlı hər hansı hüququn əldə edilməsinə yönəlmiş tələbləri təmin etmək məqsədilə daşınmaz əmlakın dövlət reyestrində torpaq sahəsi barədə təminat qeydi aparıla bilər.
90. Maddə 144.1. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində tərkib hissələrin bağlı olduğu paylarla əlaqədar təminat qeydinin aparılmasının xüsusiyyətləri bu maddənin tələbləri nəzərə alınmaqla, müəyyən olunur.
91. Maddə 147.2. Təminat qeydinin aparılması üçün torpaq sahəs inin mülkiyyətçisi ilə torpaq sahəsinə hüquq əldə etmək istəyən şəxs arasında notarial formada bağlanılmış müqavilə tələb olunur. Müqavilədə digər müddəalarla yanaşı, torpaq sahəsinin mülkiyyətçisinin öz mülkiyyətində olan torpaq sahəsi barədə təminat qeydinin aparılmasına və torpaq sahəsinə hüquq əldə etmək istəyən şəxsin həmin torpaq sahəsi barədə öz xeyrinə təminat qeydinin aparılmasına dair razılıqları, habelə müvafiq tələblər yerinə yetirildikdən sonra müqavilədən irəli gələn hüquqların xeyrinə təminat qeydi aparılmış şəxsə keçməsinə dair torpaq sahəsi mülkiyyətçisinin razılığı aydın şəkildə ifadə.
92. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qor unan hüququdur.
93. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
94. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi lə tələb edə bilər.
95. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.
96. Maddə 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir.
97. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.
98. Maddə 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını əyişmək üçün bütün iştirakçıların razıl ığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər.
99. Maddə 324.1. Əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
100. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
101. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.
102. Maddə 335. (24 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən salınmışdır). Əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən i cra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir.
103. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
104. Maddə
357. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir.
105. Maddə 358.1. Səlahiyyətsiz şəxsin əşy aya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır.
106. Maddə 358.2. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur.
107. Maddə
394. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir.
108. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
109. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.
110. Maddə 406.2. Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır.
111. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
112. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hü quqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
113. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
114. Maddə
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
115. Maddə 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
116. Maddə 568.2. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur.
117. Maddə 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.
118. Maddə 646.2. Bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (11 sentyabr 1964-cü il tarixədən, 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olan)
119. Maddə
43. Əqdlərin notariat təsdiqi yalnız qanunda göstərilən hallarda məcburidir. Qanunda tələb olunan notariat formasına riayət edilməməsi (bu Məcəllənin 44 cü maddəsi) əqdin etibarsızlığına səbəb olur. Tərəflərdən bir i notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırarsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə, onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda əqdin notariat tərtibatı tələb olunmur.
120. Maddə
228. Alğı-satqı müqaviləsi üzrə satıcı əmlakı alıcının mülkiyyətinə verməyi, alıcı isə əmlakı qəbul edib əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Alıcı dövlət təşkilatı və ya bu Məcəllənin 88-1-ci maddəsində göstərilən digər təşkilat olduqda, onun əmlakı əməli surətdə idarə etmək hüququ əmələ gəlir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi.
121. Maddə
84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərba ycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
122. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
123. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
124. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
125. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
126. Mad də
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
127. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
128. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
129. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tər əfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
130. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
131. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
132. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşa ğı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
133. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
134. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımda n apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
135. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallar ına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
136. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı onu da qeyd edir ki, “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 mart 2023-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi mülkiyyət hüququna verilən təminat, bu hüququ hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozul duğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur. Eyni zamanda, belə müdafiə yalnız mülkiyyətçi ilə məhdudlaşmayaraq mülki dövriyyənin digər iştirakçılarının əmlakla bağlı qanuni əsaslarla mövcud hüquqlarının da (mübahisəli əmlakın sahibləri, istifadəçiləri) öz təsir dairəsilə əhatələndiyini ehtiva edir (Konstitusiya Məhkəməsi Plenumunun K.Qəribovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli Qərarı). Mülki hüquqi öhdəliklərin ən mühüm yaranma əsası olaraq müqavilələr tərəflərin iradə sərbəstliyi ilə şərtləndirilir və tərəflərin iradə sərbəstliyi, müqavilə azadlığı müqavilə münasibətlərinin tənzimlənməsinin əsas prinsipləri olaraq qəbul edilir. Göstərilən prinsiplər mülki hüquq subyektlərinin müqavilələrin forması ilə bağlı iradə azadlığını da ehtiva edir. Mülki hüquq subyektləri bir qa yda olaraq müqavilələri arzu etdikləri istənilən formada (şifahi, fiziki hərəkətlərlə, sadə yazılı, notarial qaydada təsdiqlənməklə) bağlaya bilərlər. Müqavilənin forması ilə bağlı tərəflərin iradə azadlığı mülki dövriyyənin inkişafı, mülki münasibətlərin dinamikliyinin təmin olunması baxımından çox əhəmiyyətlidir. Lakin, şəxsi və (və ya) ictimai mənafeyin təmin olunması baxımından zərurət olduqda bəzi müqavilələrin bağlanılması qanunvericilikdə məcburi forma şərtinə tabe tutulur. Qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır (Mülki Məcəllənin 329-cu maddəsi). Əqdin notariat qaydasında təsdiqlənməsi onun məzmununu ifadə edən və əqdi bağlaya n şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış yazılı sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir (Mülki Məcəllənin 331 və 334-cü maddələri). Qanunvericilikdə bir sıra əqdlər üçün sadə yazılı və ya notariat qaydasında təsdiqlənmə tələbinin etibarlılıq şərti kimi müəyyən edilməsi həmin əqdlərin mahiyyətindən irəli gəlir. Belə ki, bir qayda olaraq iqtisadi dəyəri daha yüksək olan, fərdin şəxsi və iqtisadi həyatı baxımından mühüm rol oynayan(bir tərəf üçün öhdəlik və vəzifələr yaradan zaminlik, bağışlama vədi kimi)əqdlərin, dövlətin xüsusi qeydiyyatını apardığı əşyalara dair sərəncam öhdəliyi yaradanəqdlərin (daşınmaz əşyaların, avtomobil və s. əşyaların alğı-satqısı, ipoteka və s.) etibarlı olması üçün onların müvafiq məcburi formadabağlanması və ya notarial qaydasında təsdiqlənməsi tələb olunur. Bununla mülki dövriyyə iştirakçılarına daha yaxşı düşünmək, bağlayacaqları əqd səbəbindən yaranacaq nəticələri əvvəlcədən müəyyən etmək və yekun qətiqərara gəlmək imkanı yaratmaq məqsədi güdülür. Məhz bu məqsədə nail olmaq, nəticədə mülki hüquq subyektlərinin mənafelərini qorumaq üçün qanunverici bir sıra əqdlər baxımından forma tələbini etibarlılıq şərti kimi müəyyən etmişdir. 24 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən salınmış Mülki Məcəllənin 335-ci maddəsi ilə əqdin notariat formasına riayət edilməməsinin nəticələri müəyyən edilirdi. Həmin maddəyə əsasən, əgər tərəflərdən biri notariat qaydasında tə sdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Qeyd edilən maddə, forma şərtinə riayət edilməməsi səbəbindən etibarsız əqdlərin etibarlı hala gətirilməsini (konvalidasiyasını) nəzərdə tuturdu. Notarial qaydada təsdiqlənmə tələbinə uyğun olmayan əqdin etibarlı hala gətirilməsi üçün, belə iddia irəli sürən şəxsin əqdi tamamilə icra etməsi tələb edilir ki, məhz bu şərtlə onun tələbi məhkəmə tərəfindən təmin oluna bilər. Belə məhkəmə qərarı notarial təsdiqetməni əvəz edir. Nəzərə almaq lazımdır ki, notarial təsdiqetmə əqdə münasibətdə xarici ele ment olaraq əqdin bağlanmasına təsir etmir, ona hüquqi qüvvə verir.
137. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 138. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və pr osessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
139. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti ü zrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
140. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxlu ğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
141. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
142. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
143. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
144. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-616/2024 nömrəli, 02 iyul 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.