Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3679/2021 14.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı1 Cavabdeh: Cavabdeh2 İddia tələbi: pul Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, Kassator İddiaçı1 iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 mart 2020-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdehin kassasiya şikayətlərinə 14 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin fakti ki halları 30 iyul 2019-cu il tarixdə İddiaçı1 Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 8000 manat məbləğində əsas borcun, 800 manat faiz borcunun və 110 manat hüquqi yardım üçün ödənilmiş pulun alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 15.03.2017-ci il tarixdə iddiaçı cavabdehə 8000 manat məbləğində borc vermiş, iki ildən artıq vaxt keçməsinə baxmayaraq cavabdeh müxtəlif bəhanələrlə borcu qaytarmaqdan yayınmışdır. Birinci instansiya məhkəməsində icraat Samux rayon Məhkəməsinin 2(058)-710/2020 saylı iş üzrə 04 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim N.X.Hümbətov) iddia qismən təmin edilmiş, Cavabdeh2 8000 manat məbləğində əsas borc, hüquqi yardıma görə 110 manat pulun alınaraq İddiaçı1 verilməsi q ət edilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla birmənalı şəkildə təsdiq olunmuşdur ki, cavabdeh iddiaçıdan 15 mart 2017-ci il tarixdə 8000 manat borc pul almaqla və hazırda da həmin pulu qaytarmamaqla onun iddiaçıya 8000 manat ödənilməmiş borcu vardır. Məhkəmə iclasında cavabdeh iddiaçıya aldığı borcdan 3000 manat qaytarması barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Bununla yanaşı, iddiaçı da cavabdehə 15 mart 2017-ci il tarixdə 8000 manat borc pul verərkən cavabdehdən əlavə 800 manat faiz alacağı barədə aralarında razılığa gəldikləri barədə hər hansı bir sübut məhkəməyə təqdim edə bilməmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini, iddiaçı isə apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv olunmasını, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini, xahiş etmişlər. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qəbul edilərkən işin faktiki halları tam araşdırılmamış, sübutlara düzgün qiymət verilməmiş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışdır. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1247/2020 nömrəli iş üzrə 06 mart 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Ə.İ.Məmmədov, R.Ş.Muradov, Ş.M.Əliyeva) apellyasiya şikayətləri qismən təmin edilmiş, qətnamə qismən – iddianın təmin edi lməmiş 800 manat məbləğində faiz borcu hissəsində, həmçinin, iddianın təmin edilmiş, Cavabdeh2 8000 manat məbləğində əsas borcun tutulub iddiaçıya verilməsi hissəsində ləğv edilmiş, 5500 manat məbləğində əsas borc, 550 manat məbləğində faiz borcu olmaqla, cəmi 6050 manat məbləğində pulun Cavabdeh2 alınaraq İddiaçı1 verilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, baxılan işdə borcun verilməsi və qaytarılması şərtləri barədə hər hansı bir yazılı razılaşma yoxdur. Ancaq, hər iki tərəfin məhkəmədə verdikləri izahatlardan müəyyən olunur ki, 2017-ci ilin mart ayında cavabdeh iddiaçıdan 6000 manat məbləğində borc almışdır. Beləliklə, iddiaçının cavabdehə 6000 manat məbləğində borc verdiyi təsdiq olunur. Cavabdeh aldığı həmin bor cdan 3000 məbləğini iddiaçıya qaytardığını iddia etsə də, bununla bağlı məhkəməyə öz izahatından savayı heç bir sübut təqdim edə bilməmişdir. Öz növbəsində iddiaçı cavabdehin ona aldığı borcdan 500 manat hissəsini qaytardığını məhkəmə kollegiyasının iclasında etiraf etmişdir. Tərəflərin izahatlarını əlaqəli şəkildə qiymətləndirən apellyasiya məhkəməsi belə qənaətə gəlmişdir ki, cavabdeh aldığı borcdan iddiaçıya yalnız 500 manat qaytarmışdır. Bu məbləğdən daha çox məbləğdə borcun qaytardığı barədə cavabdehin dəlilləri əsassızdır. Qeyd olunanlara əsasən, apellyasiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, iş materialları ilə müəyyən edilir ki, cavabdeh 2017-ci ili mart ayında iddiaçıdan 6000 manat məbləğində borc almış, aldığı həmin borcdan 500 manat hissəsini qaytarmış, 5500 manat hissəsini isə 2 il ərzində qaytarmamışdır. Maddi hüquq normalarının tələblərinə əsaslanaraq, apellyasiya məhkəməsi hesab etmişdir ki, aldığı borcun 5500 manat hissəsini iki il ərzində qaytarmayan cavabdeh hər il üçün 5 faiz olmaqla, iki il üçün 5500 manat məbləğin cəmi 10 faizi qədər iddiaçıya faiz ödəməlidir ki, bu məbləğ də 550 manat məbləğini təşkil edir. Kassasiya şikayətlərinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddia tələbinin 3000 manatdan artıq olan hissədə ləğv edilməsini və iddia tələbinin 3000 manat məbləğində təmin edilməsini, iddiaçı isə kassasiya şikayəti verərək qətnamənin qismən ləğv olunmasını və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməs ini xahiş etmişlər. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının 6000 manatdan artıq pul verməsi və cavabdehin iddiaçıya 3000 manatdan artıq pul borcunun olması heç bir sübut növü ilə təsdiqini tapmır. İddiaçının kassasiya şikayəti isə onunla əsaslandırılmışdır ki, məhkəmə bütün hallara hüquqi qiymət verməmiş, nəticədə maddi və prosessual normalarının pozuntusu ilə qətnamə qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı vəkilsiz iştirak etmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə məlumatlandırılmış cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nət icə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı və cavabdehin kassasiya şikayətləri əsasında tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 mart 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3679/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-3679/2021
14.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver