Məhkəmə qərarları › İş №2(102)-3679/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3679/2023

15.11.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3679/2023 15.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 və İddiaçı5 cavabdehlər Cavabdeh1, Şamaxı rayon Dövlət Notariat Kontoru, Cavabdeh2, Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Şəhriyar qəsəbəsi üzrə icra nümayəndəliyi və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ərizənin, torpaq sahəsinin alqı-satqısına dair müqavilənin və torpağa mülkiyyət hüququna dair Dövlət Aktının etibarsız hesab edilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X6 (məruzəçi), Şama yev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 və İddiaçı5 cavabdehlər Cavabdeh1, Şamaxı rayon Dövlət Notariat Kontoru, Cavabdeh2, Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Şəhriyar qəsəbəsi üzrə icra nümayəndəliyi və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “ərizənin, torpaq sahəsinin alqı-satqısına dair müqavilənin və torpağa mülkiyyət hüququna dair Dövlət Aktının etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-622/2023 nömrəli, 22 may 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. JN-1293 nömrəli kod 41001004 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, 78.99 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1 adına qeydiyyata alınmışdır. Həmin dövlət aktı ilə Cavabdeh2 məxsus olan torpaq sahələri də Cavabdeh1 mülkiyyətinə keçmişdir. 2. **********11 reyestr nömrəli Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən 3.528 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində Cavabdeh2, İddiaçı3, İddiaçı5, İddiaçı2, İddiaçı4 və İddiaçı1 mülkiyyət hüquqları 17 iyul 2021-ci ildə qeydə al ınmışdır. 3. 19 avqust 2005-ci il tarixli 4-871 saylı alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası Dövlət torpaq komitəsi tərəfindən verilmiş JN-1091 nömrəli kod 41001004 olan torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən 4.03 hektar torpaq sahəsini Cavabdeh1 ******* manata satmışdır. 4. 02 avqust 2021-ci il tarixli AN-İ ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh2, İddiaçı3, İddiaçı5, İddiaçı2, İddiaçı4 və İddiaçı1 Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən ümumi sahəsi 0.5009 ha torpaq sahəsini X3 3000 manata satmışlar.

5. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin xx.xx.2022-ci il tarixli, 33/2376 saylı məktubundan görünür ki, xx.xx.1984-cü il təvəllüdlü İdd iaçı2 2005-ci il ərzində dövlət sərhədindən hərəkəti barədə, xx.xx.2005-ci il tarixdə Rusiyaya çıxış, xx.xx.2005-ci il tarixdə giriş məlumatları qeyd edilmişdir.

6. Şamaxı RİHB Şəhriyar qəsəbə İƏD üzrə nümayəndəliyinin 24 oktyabr 2022-ci il tarixli № 28 saylı məktubundan görünür ki, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və Əliyeva X7 qəsəbəsində qeydiyyatda olduqlarına baxmayaraq onların heç biri uzun illərdir ki, Şəhriyar qəsəbəsində yaşamırlar. Şamaxı şəhərində yaşayırlar. Onların torpaq alqısatqısı zamanı nümayəndəliyə heç bir sənəd qəbul olunmayıb və nümayəndəliyin alqısatqı zamanı iştirakı olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

7. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 və İddiaçı5 cavabdehlər Cavabdeh1, Şamaxı rayon Dövlə t Notariat Kontoru, Cavabdeh2, Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Şəhriyar qəsəbəsi üzrə icra nümayəndəliyi və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı « ərizənin, torpaq sahəsinin alqı-satqısına dair müqavilənin və torpağa mülkiyyət hüququna dair Dövlət Aktının etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı4 adından tərtib edilərək imzalanmış və Şamaxı RİHB-nın Şəhriyar qəsəbəsi üzrə nümayəndəsi tərəfindən təsdiq edilmiş 12 avqust 2005-ci il tarixli ərizənin, Cavabdeh2 ilə Cavabdeh1 arasında Şamaxı Rayon Dövlət Notariat Kontorunda bağlanmış 19 avqust 2005-ci il tarixli “torpaq sahəsinin alqı-satqısına dair” müqa vilənin və Cavabdeh1 adına verilmiş “torpağa mülkiyyət hüququna dair” JN-1293, KOD 41001004 nömrəli xx.xx.2006cı il tarixli Dövlət Aktının iddiaçılara məxsus torpaq sahəsinə aid hissədə etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şamaxı rayonu Aqrar İslahat Komissiyasının 16 aprel 2001-ci il tarixli 04 saylı qərarı əsasında Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən 4,03 ha torpaq sahəsi torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə Cavabdeh2 və onların mülkiyyətlərinə verilmişdir. Daha sonra torpaq sahəsi iki hissəyə bölünməklə DƏDRX-nin Şamaxı Ərazi İdarəsi tərəfindən onlara xx.xx.2021-ci il tarixində iki ədəd: **********11 reyestr nömrəli, ********** qeydiyyat nömrəli (3,528 ha) və **********10 reyestr nömrəli, ********** qeydiyyat nömrəli (0,5009 ha) dövlət reyestrindən Çıxarışlar verilmişdir. 2021-ci ilin yay aylarında pula ehtiyacları olduğuna, eləcə də, torpaq sahəsindən istifadəyə zəruri ehtiyacı olmadığına görə, mülkiyyətlərində olan 3,528 ha torpaq sahəsini satmaq qərarına gəlmiş və xx.xx.2021-ci il tarixində Şamaxı regional “ASAN XİDMƏT” mərkəzində notariat ofisində bağlanmış AN-İ № ******* nömrəli alqı-satqı müqaviləsi ilə torpaq sahəsini X1. Lakin təxminən 2021-ci ilin noyabr-dekabr aylarında Cavabdeh1 onlara və başqalarına qarşı Şamaxı Rayon Məhkəməsində qaldırdığı iddia üzrə məhkəmə araşdırmasının nəticələrində onlara məlum olmuşdur ki, Cavabdeh2 2005ci ildə saxta sənədlər əsasında torpaq sahəsini Cavabdeh1 satmışdır. Belə ki, Şamaxı RİHB-nın Şəhriyar qəsəbəsi üzrə nümayəndəliyi tər əfindən təsdiq edilmiş 12 avqust 2005ci il tarixli ərizədə qeyd edilib ki, guya iddiaçılardan İddiaçı1, İddiaçı2 və İddiaçı4 mülkiyyətdə olan torpaq sahəsinin satılmasına etiraz etmirlər. Halbuki, adı çəkilən iddiaçılar belə bir ərizə yazmayıblar və imzalamayıblar. Bu ərizənin mövcudluğundan yalnız və yalnız Cavabdeh1 iddiası üzrə Şamaxı Rayon Məhkəməsində araşdırma aparılarkən məlumatlı olublar. İddiaçılardan İddiaçı2 xx.xx.2005-ci il tarixində X8 Aeroportundan təyyarə vasitəsilə Rusiya Federasiyasına getmiş və xx.xx.2005-ci il tarixində Azərbaycana geri qayıtmışdır. Yəni, nə Şamaxı RİHB-nın Şəhriyar qəsəbəsi üzrə nümayəndəsi tərəfindən 12 avqust 2005-ci il tarixli ərizə təsdiq edilərkən, nə də Cavabdeh2 ilə Cavabdeh1 arasında Şamaxı Rayon Dövlət Notariat Kontorunda 19 avqust 2005-ci il t arixli “torpaq sahəsinin alqı-satqısına dair” müqavilə bağlanarkən İddiaçı2 ümumiyyətlə, Azərbaycan Respublikasında olmamışdır. Bu fakt Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 33/2376 saylı məktubla öz təsdiqini tapmışdır. Bundan başqa, Şəhriyar qəsəbəsi Şamaxı şəhərinə demək olar ki, bitişikdir və notariat kontorunun olmadığı yaşayış məntəqəsi hesab edilmir. Ümumi birgə mülkiyyətlərində olan torpaq sahəsinin satılması məqsədi ilə iddiaçıların Şamaxı şəhərində yerləşən notariusa getməsinə heç bir maneə və çətinlik yox idi. Lakin iddiaçıların məlumatı və xəbəri olmadan Cavabdeh2 ümumi birgə mülkiyyətdə olan torpaq sahəsi üzərində sərəncam vermək üçün Şamaxı RİHB-nın Şəhriyar qəsəbəsi üzrə icra nümayəndəsi vasitəsilə saxta ər izə məzmununun tərtib edilərək təsdiq olunmasına nail olmuş və Şamaxı Rayon Dövlət notariat Kontoruna vermişdir. Şamaxı Rayon Dövlət Notariat Kontoru isə öz növbəsində, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında “torpaq sahəsinin alqı-satqısına dair” 19 avqust 2005-ci il tarixli müqaviləni təsdiqləmişdir. Bağlanmış alqı-satqı müqaviləsi əsasında isə Cavabdeh1 JN-1293, KOD 41001004 nömrəli “torpağa mülkiyyət hüququna dair” xx.xx.2006-cı il tarixli Dövlət Aktı verilmişdir.

9. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirdi ki, bu iddiadan qabaq Cavabdeh1 məhkəmədə iddia qaldıraraq ona məxsus torpaq sahələrini yenidən alqı satqı müqavilələrinin və onların əsasında verilmiş çıxarışların etibarsı z hesab olunmalarına dair ərizə vermişdir. Cavabdehlər məhkəməyə verdikləri etirazlarında guya onunla icarə müqaviləsi bağladıqlarını və torpağı ona icarəyə verdiklərini bildirmişlər. Buradan belə görünür ki, onlar müqavilə bağlanmasından xəbərdar idilər. 2005-ci ildən hal-hazıra kimi həmin torpaqdan Zaur istifadə edir. Hətta belə olmuş olsaydı belə onlar hər il Zaurdan icarə haqqı almalı idilər və torpağı satarkən birinci olaraq ona təklif etməli idilər. Amma belə bir şey də olmayıb. Əlbəttə onlar hamısı bilirdi ki, torpağı Zaura satmışlar və pulunu da alıb xərcləmişlər. Ona görə də bu işləri ondan xəbərsiz etmişlər. Daşınmaz Əmlakın Dövlət reyestr xidmətinin səhlənkarlığı nəticəsində, yəni ləğv edilən Torpaq və xəritəçəkmə komitəsinin baza məlumatlarını reyestrə daxil etməmələri ucbatınd an bu torpaq sahəsi boş görünmüş bundan istifadə edən Manafovlar ailəsi və aldığı torpaqlara göz dikən Ağaqədir Osmanov bilərəkdən həmin torpağa dair aralarında yenidən alqı satqı müqaviləsi bağlamışlar və bütün bu prosesləri ondan xəbərsiz aparmışlar ki, məlumatı olsa bu alqı satqı baş tutmayacaq. Bu torpaqların ona çoxdan satıldığını həm Manafovlar ailəsi, həm də Osmanov Ağaqədir yaxşı bilirdilər. Əgər nə isə düzgün deyildisə vaxtında müraciət etməli idilər. Hazırda həmin müqavilənin bağlanmasından 17 il keçir. 17 ildir ki, həmin torpaq sahəsindən o istifadə edir və iddiaçılar və Cavabdeh2 bu illər ərzində niyə gəlib ona demirdi ki, bu torpaq bizimdi. Belə hesab edir ki, iddiaçılar bu iddianı qaldırmaq üçün iddia müddətini çoxdan ötürmüşlər. Belə ki, daşınmaz əmlakların alqı satqı müqa vilələrinin ləğvinə dair iddia müddətləri 6 il, alqı satqı müqavilələrinin etibarsızlığına dair iddialar üçün isə bir illik iddia müddətləri tətbiq olunur. Odur ki, iddia müddətini ötürülmüş hesab edərək iddianı rədd edilməsini məhkəmədən xahiş etdi.

10. Cavabdeh2 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, o, 2006-cı ildə ailəsinə məxsus 4,03 hektar torpaq sahəsini əkib becərmədiyi üçün Cavabdeh1 təxminən 800 dollar məbləğində icarəyə vermiş, lakin həmin müddət bitdikdən sonra o, dəfələrlə Cavabdeh1 torpağı satmaq istədiyini, onunla razılaşmasını bildirmiş, lakin Zaur onun sözünə məhəl qoymamışdır. O, da 2021-ci ildə ailə üzvləri ilə birgə Şamaxı Asan xidmət mərkəzində qanuna müvafiq qaydada pulunu alıb, sözügedən torpaq sahəsini X2. 2006-cı ildə Cavabdeh1 torpağı icarəyə verərkə n ailə üzvlərindən heç biri, heç bir yerdə razılıq imzaları belə etməmişlər.

11. Şamaxı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 24 noyabr 2022-ci il tarixli 2(074)-919/2022 nömrəli qətnaməsi ilə (N.İsmayılov) iddia tələbi təmin edilməmişdir.

12. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçılar həmin torpaq sahəsinin birgə mülkiyyətçiləri olduğundan həmin torpaq sahəsinin satılmasından məlumtalı olmalı idilər. Həmin torpaq sahəsi 19 avqust 2005-ci il tarixdə Cavabdeh1 satılmış, iddiaçıların mövcud iddia ərizəsi xx.xx.2022-ci il tarixdə məhkəməyə verilmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçılar mövcud iddia tələbi ilə məhkəməyə müraciət edərkən, göstərilən tələb üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdürlər. Buna görə də iddia tələbi t əmin edilməməlidir.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 367.1, 354.1, 354.2, 372.2, 377.1 və 375.2-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Qətnamədən İddiaçı2 tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılması xahiş edilmişdir

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şamaxı RİHB-nın Şəhriyar qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmiş 12 avqust 2005-ci il tarixli ərizədə qeyd edilib ki, guya iddiaçılardan İddiaçı1, İddiaçı2 və İddiaçı4 mülkiyyətdə olan torpaq sahəsinin satılmasına etiraz etmirlər. Halbuki, adı çəkilən iddiaçılar belə bir ərizə yazmayıblar və imzalamayıblar. Bu ərizənin mövcudluğunda n yalnız və yalnız Cavabdeh1 iddiası üzrə Şamaxı Rayon Məhkəməsində araşdırma aparılarkən məlumatlı olublar. Bildirmək istəyir ki, o, xx.xx.2005-ci il tarixdə Rusiya Federasiyasına getmiş və xx.xx.2005ci il tarixində Azərbaycana geri qayıtmışdır. Yəni, nə Şamaxı RİHB-nın Şəhriyar qəsəbəsi üzrə nümayəndəsi tərəfindən 12 avqust 2005-ci il tarixli ərizə təsdiq edilərkən, nə də Cavabdeh2 ilə Cavabdeh1 arasında Şamaxı Rayon Dövlət Notariat Kontorunda 19 avqust 2005-ci il tarixli “torpaq sahəsinin alqı-satqısına dair” müqavilə bağlanarkən o, ümumiyyətlə, Azərbaycan Respublikasında olmamışdır. Bu fakt Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 33/2376 saylı məktubla öz təsdiqini tapmışdır. Bundan başqa, Şəhriyar qəsəbəsi Şamaxı şəhər inə demək olar ki, bitişikdir və notariat kontorunun olmadığı yaşayış məntəqəsi hesab edilmir. Ümumi birgə mülkiyyətində olan torpaq sahəsinin satılması məqsədi ilə iddiaçıların Şamaxı şəhərində yerləşən notariusa getməsinə heç bir maneə və çətinlik yox idi. Lakin iddiaçıların məlumatı və xəbəri olmadan Cavabdeh2 ümumi birgə mülkiyyətdə olan torpaq sahəsi üzərində sərəncam vermək üçün Şamaxı RİHB-nın Şəhriyar qəsəbəsi üzrə icra nümayəndəsi vasitəsilə saxta ərizə məzmununun tərtib edilərək təsdiq olunmasına nail olmuş və Şamaxı Rayon Dövlət notariat Kontoruna vermişdir. Şamaxı Rayon Dövlət Notariat Kontoru isə öz növbəsində, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında “torpaq sahəsinin alqı-satqısına dair” 19 avqust 2005-ci il tarixli müqaviləni təsdiqləmişdir. Bağlanmış alqı-satqı müqavi ləsi əsasında isə Cavabdeh1 JN-1293, KOD 41001004 nömrəli “torpağa mülkiyyət hüququna dair” xx.xx.2006-cı il tarixli Dövlət Aktı verilmişdir. Faktiki olaraq, onların paylı mülkiyyətində olan torpaq sahəsinin özgəninkiləşdirilməsi ilə bağlı 19 avqust 2005-ci il tarixli alqı-satqı müqaviləsi bağlanarkən onların razılığı alınmamışdır. Məhkəmə istinad etdiyi maddi hüquq normalarını iddia tələbində göstərilən faktlarla və iş materiallarına əlavə edilmiş təkzibedilməz sübutlarla qarşılıqlı qiymət versəydi, onlar tərəfindən iddia müddətinin ötürülmədiyinin aşkar olduğunu müəyyənləşdirə bilərdi. Belə ki, iş materialları ilə tam sübuta yetirilmişdir ki, nə iddiaçılar Şamaxı RİHB-nın Şəhriyar qəsəbəsi üzrə nümayəndəsi tərəfindən 12 avqust 2005-ci il tarixli ərizə təsdiq edilərkən orada iştirak etməy iblər və ərizəni imzalamayıblar, nə də o, həmin ərizə imzalanarkən və alqı-satqı müqaviləsi bağlanarkən Azərbaycan Respublikasında olmamışdır. Bundan başqa, iş materialları ilə o da müəyyən olundu ki, onlar uzun müddətdir ki, torpaq sahəsinin yerləşdiyi Şəhriyar qəsəbəsində yaşamır və mübahisəli torpaq sahəsindən məlumatsız olmaları normaldır. İş materialları ilə müəyyən olunmuş bütün bu hallar nəzərə alınsa, torpaq sahəsi ilə bağlı cavabdehlər Cavabdeh2la Cavabdeh1 arasında bağlanmış müqavilədən onların məlumatsız olmasına şübhə ilə yanaşılması tamamilə əsassızdır və məntiqsizlikdir. İşə baxan birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutlara və işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Eyni zamanda, məhkəmə öz qətnaməsində zəruri prosessual hüquq normalarının heç bi rinə nə istinad etməmiş, nə də prosessual qanunvericiliyin tələblərinə əməl edilməmişdir.

16. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(105)-622/2023 nömrəli iş üzrə 22 may 2023-ci il tarixli qətnaməsi ilə (hakimlər – Almaz Süleymanova (sədrlik edən və məruzəçi), Səyyad Qafari və Gülnar Cabbarova) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya məhkəməsi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Resp ublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etməmişdir.

18. Apellyator apellyasiya şikayətində bildirmişdir ki, məhkəmə iddia müddətini tətbiq etməkdə haqlı olmamışdır.

19. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçılar həmin torpaq sahəsinin birgə mülkiyyətçiləri olduğundan həmin torpaq sahəsinin satılmasından məlumatlı olmalı idilər. İşin materiallarından görünür ki, həmin torpaq sahəsi 19 avqust 2005-ci il tarixdə Cavabdeh1 satılmış, iddiaçıların mövcud iddia ərizəsi xx.xx.2022-ci il tarixdə məhkəməyə verilmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçılar mövcud iddia tələbi ilə məhkəməyə müraciət edərkən, göstərilən tələb üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdürlər.

20. Şikayətin dəlilləri ilə razılaşmayaraq, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq məhkəmə kollegyiası hesab etmişdir ki, apellyasiya şikayəti əsassızdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ə rizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Məhkəmə kollegiyasının qənaətincə apellyatorun özünün və ailə üzvlərinin kənd təsərrüfatı təyinatlı, özü də 4.03 hektar həcmində torpaq sahəsinin başqasına satılmasından xəbərdar olmamaları, habelə uzun müddət – 17 il ərzində ərzində həmin sahəni başqasının istifadə etməsini görməmələri və bu barədə məlumatlı olmamaları inandırıcı deyildir. Eləcə də qeyd edildiyi kimi iddiaçılar həmin torpaq sahəsinin birgə mülkiyyətçiləri olmaqla, həmin torpaq sahəsinin satılmasından məlumatlı olmamaları mümkünsüzdür. Odur ki, məhkəmə kollegyiası iddia müddətinin ötürülməsi barədə biri nci instansiya məhkəməsinin gəlmiş olduğu nəticəni əsaslı hesab etmişdir.

21. Bununla yanaşı məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin yalnız yuxarıda qeyd edilən halları və maddi hüquq normalarını göstərməklə mübahisəni həll etməsi yetərli deyildir. Çünki, bu xarakterli mübahisələrə baxılarkən göstərilənlərlə yanaşı səlahiyyətsiz şəxsin əşyaya sərəncam verməsi halında əqdi bəyənmə və hüquqdan sui-istifadə qadağası ilə bağlı qaydalar da nəzərə alınmalı, işin əhəmiyyət kəsb edən faktiki halları mülki qanunvericiliyin aidiyyəti normaları ilə birlikdə dəyərləndirilməklə qanuni və ədalətli nəticəyə gəlinməlidir.

22. Bununla belə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kollegiya birinci instansiya məhkəməsinin nəticə etibarı ilə düzgün olan qətnaməsini n aşağıda aparılmış dəyərləndirmə baxımdan ləğv edilməsi üçün əsas görmür.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu N.Əsədovanın şikayətinə dair xx.xx.2021-ci il tarixli qərarında vurğulamışdır ki, xüsusən mülkiyyət hüququ ilə bağlı mübahisələrin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar.

24. Baxılan iş üzrə mübahisə predmeti olan torpaq sahəsi iddiaçıların ümumi birgə mülkiyyətində olmuşdur. Məlum olduğu kimi, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bil ər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Belə əşyaya sərəncam verilməsi qaydaları Mülki Məcəllənin 222-ci maddəsində tənzimlənir. Həmin maddəyə əsasən, birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahi yyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin.

25. Bundan əlavə, səlahiyyəti olmayan şəxsin əşyaya sərəncam verməsi və onun nəticələri ilə bağlı hüquq münasibətləri Mülki Məcəllənin digər normaları ilə də tənzimlənmişdir.

26. Belə ki, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır.

27. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarş ısında ifadə edilə bilər. Razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur.

28. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir.

29. Apellyator şikayətdə qeyd etmişdir ki, 12 avqust 2005-ci il tarixli ərizədə qeyd edilən imza ona məxsus olmamışdır. Eyni zamanda göstərir ki, xx.xx.2005-ci il tarixdə Rusiya Federasiyasına getmiş və xx.xx.2005-ci il tarixdə Azərbaycana geri qayıtmışdır. Yəni, nə Şamaxı RİHB-nın Şəhriyar qəsəbəsi üzrə nümayəndəsi tərəfində n 12 avqust 2005-ci il tarixli ərizə təsdiq edilərkən, nə də Cavabdeh2 ilə Cavabdeh1 arasında Şamaxı Rayon Dövlət Notariat Kontorunda 19 avqust 2005-ci il tarixli “torpaq sahəsinin alqısatqısına dair” müqavilə bağlanarkən o, ümumiyyətlə, Azərbaycan Respublikasında olmamışdır.

30. Kollegiya şikayətin həmin dəlilləri ilə razılaşmır. 31. 19 avqust 2005-ci il tarixli 4-871 saylı alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası Dövlət torpaq komitəsi tərəfindən verilmiş JN-1091 nömrəli kod 41001004 olan torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən 4.03 hektar torpaq sahəsini Cavabdeh1 6.000.000 manata satmışdır.

32. İşdən görünür ki, iddiaçılar ailə üzvləridirlər və torpağın yerləşdiyi Şamaxı rayonu, Şəhriyar qəsəbəsini n sakinləridirlər. Cavabdeh2 tərəfindən ailə üzvlərinə verilmiş torpağın satılmasına dair 2005-ci ildə notarial qaydada müqavilə bağlanmış və torpaq sahəsi Cavabdeh1 satılmışdır. Həmin ildən torpaq sahəsi cavabdehin sahibliyində və istifadəsinə verilmişdir.

33. F.Nəcəfovanın şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 03.03.23 tarxli qərarında aşağdakılar qeyd edilir;

34. Mülki Məcəllənin 358-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu b əyənirsə, etibarlı olur.

35. Mülki Məcəllənin Səlahiyyət verilməyən şəxsin əqd bağlaması adlanan 360.2-ci maddəsinə görə, təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir.

36. Mülki hüququn bəyənmə - sonradan verilən razılıq institutunu nəzərdə tutan Mülki Məcəllənin 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə (ex tunc) malikdir.

37. Səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müv afiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir.

38. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sən ədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir.

39. Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar.

40. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini nəzərə alan kollegiya hesab edir ki, ap elyatorun özünün və ailə üzvlərinin kənd təsərrüfatı təyinatlı, özü də 4.03 hektar həcmində torpaq sahəsinin başqasına satılmasından xəbərdar olmamaları, habelə sakini olduqları qəsəbədə həmin sahəni bir neçə il ərzində başqasının istifadə etməsini görməmələrinin mümkünlüyü (inandırıcılığı) əsaslandırılmamışdır.

41. Ona görə də kollegiya hesab etmişdir ki, Cavabdeh2 Azərbaycan Respublikası Dövlət torpaq komitəsi tərəfindən verilmiş JN-1091 nömrəli kod 41001004 olan torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən 4.03 hektar torpaq sahəsini Cavabdeh1 ******* manata satmasına dair 19 avqust 2005-ci il tarixli 4-871 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia tələbi təmin edilə bilməz.

42. Kollegiya iddia tələbinin Cav abdeh1 adına verilmiş “torpağa mülkiyyət hüququna dair” JN-1293, KOD 41001004 nömrəli xx.xx.2006-cı il tarixli Dövlət Aktının iddiaçılara məxsus torpaq sahəsinə aid hissədə etibarsız hesab edilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi və apellyasiya şikayəti bu hissədə də əsassızıdır.

43. JN-1293 nömrəli kod 41001004 olan torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, 78.99 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1 adına qeydiyyata alınmışdır. Həmin dövlət aktı ilə Cavabdeh2 məxsus olan torpaq sahələri də Cavabdeh1 mülkiyyətinə keçmişdir.

44. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu: 45. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülü yünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 46. 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı;

47. Göründüyü kimi mübahisəli torpaq sahəsinin Cavabdeh1 mülkiyyətinə verilməsinə dair JN-1293 nömrəli kod 41001004 olan torpağa mülkiyyət hüququna dair dövlət aktı verilərkən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən qanunvericiliyin tələbləri pozulmamışdır. Ona görə də iddia tələbi və şiakyətin dəlilləri əsassızdır.

48. Kollegiya id dia tələbinin və şikayətin dəlillərinin 12 avqust 2005-ci il tarixli ərizənin etibarsız hesab edilməsi hissəsi ilə də razılaşmamışdır.

49. Belə ki, məhkəmə kollegiyası tərəfindən Cavabdeh2 Azərbaycan Respublikası Dövlət torpaq komitəsi tərəfindən verilmiş JN-1091 nömrəli kod 41001004 olan torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən 4.03 hektar torpaq sahəsini Cavabdeh1 ******* manata satmasına dair 19 avqust 2005-ci il tarixli 4-871 saylı alqı-satqı müqaviləsinin etibarlı müqavilə hesab etməsi, həmin ərizələrin etibarlı olub olmamasını əhəmiyyətsiz hala gətirir. Ona görə də kollegiya hesab edir ki, iddia və şikayətin dəlilləri bu hissədə də təmin edilə bilməz.

50. Yekunda kollegiya iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir.

51. K onstitusiya Məhkəməsinin Plenumu B.Qasımovun şikayəti üzrə xx.xx.2019cu il tarixli qərarında göstərmişdir ki, müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər.

52. Nəzərə alınmalıdır ki, mübahisəli sahənin cavabdehə satılmasından müqaviləni imzalamamış mülkiyyətçi(lər)in məlumatlı olduqları, özlərinin davranışları ilə əqdi bəyənmələri müəyyən edildiyindən, hazırkı iddianın irəli sürülməsinə, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi, yəni hüquqdan sui-istifadə baxımından hüquqi qiymət verilməl idir.

53. Məlum olduğu kimi, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca suiistifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Bu prinsipə uyğun olaraq, qanunverici mülkiyyətçin in öz hüquqlarından geniş istifadə səlahiyyətini hüquqdan suiistifadə qadağası ilə məhdudlaşdırmışdır. Bu məhdudiyyət qanunda nəzərdə tutulmaqla yanaşı, yuxarıda qeyd edilən qanuni məqsədlərə xidmət edir. Çünki, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır, hüquqdan suiistifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə əsaslarından biridir.

54. Məhkəmələr hüquqi mübahisələrə baxarkən hüquqdan sui-istifadə hallarını tərəflərin irəli sürüb-sürməməyindən asılı olmayaraq nəzərə almalıdırlar. Əks halda, yəni hüquqdan sui-istifadə halını nəzərə almadan çıxarılan məhkəmə qərarları başda konstitusiya olmaqla bütün qanunvericiliyə zidd olaraq ədalətsiz nəticələrin əmələ gəlmə səbəbi olar. Belə bir nəticə “ədalət mühakiməsi” anlayışının özünə kökündən ziddir.

55. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etməmişdir.

56. Məhkəmə gəldiyi nəticəni, Mülki Məcəllənin 16.1, 152.5, 213.1, 213.2, 222.2, 222.3, 337.1, 337.5, 354.1, 354.2, 355.1, 354.2, 355.1,355.2, 357, 358.1, 358.2, 360.2, 560.1, 560.3.4-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2, 372.6, 372.7, 402.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

57. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək işin apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir.

58. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində qeyd edib: “Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçılar həmin torpaq sahəsinin birgə mülkiyyətçiləri olduğundan həmin torpaq sahəsinin satılmasından məlumatlı olmalı idilər. İşin mate riallarından görünür ki, həmin torpaq sahəsi 19 avqust 2005-ci il tarixdə Cavabdeh1 satılmış, iddiaçıların mövcud iddia ərizəsi xx.xx.2022-ci il tarixdə məhkəməyə verilmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçılar mövcud iddia tələbi ilə məhkəməyə müraciət edərkən, göstərilən tələb üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdürlər”. Halbuki, məhkəmə kollegiyasının bu mövqeyi, mövcud qanunvericiliyin tələblərinə ziddir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, “İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır”. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Res publikası adından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2019-cu il tarixli Qərarına görə, “Qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilməsi şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bilməli olduğu hal isə elə hüquqi faktdır ki, şəxsin bu hüquqi fakt barədə məlumatının olmaması mümkünsüzdür. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi imkanı başa düşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır. Prosessual mənada iddia hüququ, yəni pozulmuş hüququn müdafiəsi üçün iddia ilə məhkəməyə müraciət etmək imkanı isə hər hansı vaxtla (anla) məhdudlaşdırılmadan həmişə saxlanılır və mövcud olur”. Apellyasiya instansiyası məhkəməsi qeyd edilən maddi hüquq normalarına istinad etməli olduğu halda, bunu etməmişdir. Halbuki, həmin maddi hüquq normaları ilə tam müəyyən olunur ki, hazırki işə iddia müddətinin tətbiqi yolverilməzdir. Çünki, iş materialları ilə tam sübuta yetirilmişdir ki, nə iddiaçılar Şamaxı RİHB-nın Şəhriya r qəsəbəsi üzrə nümayəndəsi tərəfindən 12 avqust 2005-ci il tarixli ərizə təsdiq edilərkən orada iştirak etməyiblər və ərizəni imzalamayıblar, nə də o, həmin ərizə imzalanarkən və alqı-satqı müqaviləsi bağlanarkən Azərbaycan Respublikasında olmamışdır. Bundan başqa, iş materialları ilə o da müəyyən olunmuşdur ki, uzun müddətdir ki, torpaq sahəsinin yerləşdiyi Şəhriyar qəsəbəsində yaşamırlar və mübahisəli torpaq sahəsindən məlumatsız olmaları normaldır. İş materialları ilə müəyyən olunmuş bütün bu halları nəzərə alsaq, torpaq sahəsi ilə bağlı cavabdehlər Cavabdeh2la Cavabdeh1 arasında bağlanmış müqavilədən məlumatsız olmalarına şübhə ilə yanaşılması tamamilə əsassızdır və məntiqsizlikdir. Məhkəmə kollegiyası öz qərarında qeyd edib: “Kollegiya iddia tələbinin və şikayətin dəlillərinin 12 avq ust 2005-ci il tarixli ərizənin etibarsız hesab edilməsi hissəsi ilə də razılaşmır. Belə ki, məhkəmə kollegiyası tərəfindən Cavabdeh2 Azərbaycan Respublikası Dövlət torpaq komitəsi tərəfindən verilmiş JN-1091 nömrəli kod 41001004olan torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən 4.03 hektar torpaq sahəsini Cavabdeh1 ******* manata satmasına dair 19 avqust 2005-ci il tarixli 4-871saylı alqı-satqı müqaviləsinin etibarlı müqavilə hesab etməsi, həmin ərizələrin etibarlı olub olmamasını əhəmiyyətsiz hala gətirir. Ona görə də kollegiya hesab edib ki, iddia və şikayətin dəlilləri bu hissədə də təmin edilə bilməz”. Lakin məhkəmə kollegiyası apellyasiya şikayətinin aşağıda göstərilən arqumentlərini nəzərə almamış və onlara heç bir hüquqi qiymət ve rməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il11sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 49-cu bəndində qeyd edilib: “Ümumi mülkiyyətdə olan əmlakın satılması və ya dəyişdirilməsi barədə müqavilələr təsdiq edilərkən hər bir mülkiyyətçinin razılığı tələb edilir. Əmlakın satılmasına və ya dəyişdirilməsinə dair razılıq haqqında ərizə yazılı olmalıdır və bu ərizədəki imzanın həqiqiliyi notarius, notariat ofisləri olmayan yaşayış məntəqələrində müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri və Azərbaycan Respublikası konsulluqlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən təsdiq edilməlidir”

59. Kassator onu da qeyd etmişdir ki, qanunverici vicdanlı əldə edənin hüquqlarını mülkiyyətçinin hüquqlarından üstün tutmuş və əmlakınvicdanlı əldə edəndən geri qaytarılmasını məhdudlaşdırmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

60. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

61. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.

62. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, o na mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

63. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.

64. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.

65. Maddə 213.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər.

66. Maddə 222.2. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir.

67. Maddə 222.3. Birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin.

68. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmə lə gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

69. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

70. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

71. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

72. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaq la, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

73. Maddə 337.5.Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

74. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.

75. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər.

76. Maddə 355.1. Əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər.

77. Maddə 355.2. Razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur.

78. Maddə

357. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir.

79. Maddə 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarl ıdır.

80. Maddə 358.2. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur.

81. Maddə 360.2. Təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir.

82. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

46. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

83. Maddə 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə əsaslarından biridir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 02 aprel 2021-ci il tarixli qərarı

84. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Mülki Prosessual Məcəllə

85. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

86. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

87. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

88. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

89. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

90. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

91. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

92. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

93. Maddə 418.3. Pros essual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

94. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

95. Hazırkı kassasiya şikayətində qətnamə sadəcə İddiaçı2tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə ona aid hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

96. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

97. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhk əməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

98. Kassator kassasiya şikayətinə çıxarış və s. kimi sənədlər əlavə etsə də məhkəmə kollegiyası bildirir ki, kassa siya instansiyası məhkəməsində əlavə sübutlar qəbul edilmir və sübutların hüquqi qiymətləndirilməsi aparılmır. Azərbaycan Respublikasının MPM-in 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

99. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

100. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 may 2023-cü il tarixli 2(105)-622/2023 nömrəli qətnaməsi İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar