Məhkəmə qərarları › İş №2(102)-3680/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3680/2024

04.11.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3680/2024 04.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Xanlar rayon Torpaq şöbəsinə (maraqlı şəxs X6) qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-3680/2024 (Açar sözlər: daşınmaz əmlak üzərində hüquqların tanınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Xanlar rayon Torpaq şöbəsinə (maraqlı şəxs X6) qarşı “torpaq sahəsi üzərində hüquqların müəyyən edilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1990/2021 nömrəli, 03 sentyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı (Vəkil Nümayəndə) tərəfindən verilmiş kassasiya şikayətinə 04 noyabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Xanlar rayon Hacıməlik qəsəbəsində yerləşən 0,06 hektar torpaq sahəsi Xanlar rayon XDS İK-nin Rəyasət heyətinin 16 mart 1994-cü il tarixli 3 saylı qərarı ilə həmin tarixdə 11 nömrəli Rayonlararası Təmir tikinti “Dizayn” trestinin işçisi X4 verilmişdir.

2. X6 20 noyabr 1997-ci il tarixdə vəfat etmişdir.

3. İddiaçı 2000-ci ildən etibarən Xanlar rayon Hacıməlik qəsəbəsində yerləşən 0,06 hektar torpaq sahəsində hər hansı hüquqmüəyyənedici sənəd olmadan tikdirdiyi tikilidə yaşamaqdadır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci in stansiya məhkəməsində icraat:

4. İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Xanlar rayon Torpaq şöbəsinə (bundan sonra cavabdeh, yaxud Torpaq şöbəsi) qarşı iddia ərizəsi ilə 13 iyun 2006-cı il tarixdə Xanlar (indiki Göygöl) Rayon Məhkəməsinə müraciət edərək, 20 noyabr 1997-ci ildə ölmüş X11 adlı şəxsin torpaqdan istifadə hüququna xitam verilməsi, 0,06 hektar torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində onun tərəfindən inşa edilmiş yarımçıq tikilinin istifadə, sahiblik, sərəncam vermək hüququnun müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2000-ci ilin əvvəllərində Xanlar rayon Torpaq şöbəsinə torpaq almaq üçün müraciət etmişdir. Torpaq şöbəsinin sabiq müdiri Rzayev Hicran Camal oğlu ona istifadəsiz qalan torpaq sahələrin dən 0,06 hektar torpaq sahəsi verəcəklərini vəd etmiş, lakin ona heç bir sənəd təqdim edilməmişdir. Onun özünün və Cəbrayıl rayonundan olan məcburi köçkün bacısının ailəsinin yaşamağa evləri olmadığı üçün 15 mart 1994-cü il tarixdə 11 nömrəli Rayonlararası təmir-tikinti “Dizayn” trestinin işçisi, sonradan adını bildiyi mərhum X4 verilmiş 0,06 hektar torpaq sahəsində ev tikməyə başlamışdır. Tikinti yarımçıq olsa da, onun və bacısının ailəsi 2000-ci ildən həmin tikintidə yaşayır və torpaq vergisini ödəyir. Dəfələrlə, Xanlar rayon torpaq şöbəsindən torpağın ona verilməsi barədə sənəd tələb etsə də, sənəd verilməmişdir. Torpağın əvvəlki sahibi X6 20 noyabr 1997-ci il tarixdə vəfat etmişdir. O, isə həmin torpaq sahəsində yarımçıq tikinti işləri aparmağına baxmayaraq, öz adına rəsmiləşdirə bilmə mişdir.

6. Məhkəmə iclasında cavabdeh Xanlar rayon Torpaq şöbəsinin nümayəndəsi X8 iddia tələbində göstərilənlərə uyğun izahat vermiş, iddianın təmin olunmasına heç bir etirazı olmadığını bildirmişdir.

7. Xanlar Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 268/2006 nömrəli, 07 iyun 2006-cı il tarixli qətnaməsi ilə (hakim Aydın Həsənov) iddia təmin edilmiş, Xanlar rayonunun Hacıməlik kəndində yerləşən 0,06 hektar torpaq sahəsinin sahibi mərhum X6 öldüyünə görə torpaqdan istifadə hüququna xitam verilməsi, həmin 0,06 hektar torpaq sahəsinin və yarımçıq tikilinin istifadə, sahiblik, sərəncam vermək hüququnun iddiaçıya verilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi iddiaçının dəlillərinə, cavabdehin iddianı etiraf etməsinə və şahid ifadələrinə əsaslanmaqla iddianı t əmin etməsinə dair mövqeyini onunla əsaslandırmışdır ki, Xanlar rayon Hacıməlik qəsəbəsində yerləşən 0,06 hektar torpaq sahəsi Xanlar rayon XDS Rəyasət heyətinin 16 mart 1994-cü il tarixli 3 saylı qərarı ilə 16 mart 1994-cü il tarixdə 11 nömrəli Rayonlararası Təmir tikinti “Dizayn” trestinin işçisi mərhum X4 verilmişdir. T.Hüseynov 20 noyabr 1997-ci il tarixdə vəfat etmiş və həmin torpaq sahəsi 1994-cü ildən 2000-ci ilə qədər istifadəsiz qalmışdır.2000-ci ilin əvvəllərində İddiaçı Xanlar rayon Torpaq şöbəsinə torpaq almaq üçün müraciət etdikdə ona Hacıməlik qəsəbəsində istifadəsiz qalan torpaq sahələrindən mərhum X4 məxsus olan 0,06 hektar torpaq sahəsinin ona veriləcəyini vəd etmişlər. Lakin iddiaçıya heç bir sənəd təqdim etməmişlər. İddiaçı əlində heç bir sənəd olmamasına baxmayaraq, mər hum X4 verilmiş və istifadəsiz qalmış 0,06 hektar torpaq sahəsində 2000-ci ildə tikinti işləri aparmaqla torpağın vergisini ödəmişdir. 2000-ci ildən həmin torpaqda öz xərci hesabına tikdirdiyi yarımçıq tikilidə yaşamasına baxmayaraq öz adına rəsmiləşdirə bilməmişdir. Torpaq şöbəsinin vəkalətli nümayəndəsi E.Əliyev həmin torpaq sahəsinin 1994-cü ildən 2000-ci ilə qədər istifadəsiz qaldığını təsdiq etmişdir. Ona görə də Torpaq Məcəlləsinin 73-cü maddəsinə əsasən torpaqdan istifadə hüququna xitam verilməli 0,06 hektar torpaq sahəsinin və yarımçıq tikilinin istifadə sahiblik, sərəncam vermək hüququ müəyyən edilməlidir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləs inin 213-220-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

10. Qətnamədən maraqlı şəxs X2 hüquqi varisi X5 nümayəndəsi və vəkili X7 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

11. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Xanlar rayon X9 Rəyasət Heyətinin 16 mart 1994-cü il tarixli 03 saylı qərarına əsasən 11 nömrəli Rayonlararası Təmir tikinti “Dizayn” trestinin torpaq sahəsindən trestdə işləyən 50 nəfər fəhlə və qulluqçulara hər nəfərə 0,06 ha olmaqla kollektiv bağçılıq üçün torpaq sahəsi verilmişdir. Mərhum atası X6 da qeyd olunan 22 nömrəli rayonlararası Təmir tikinti “Dizayn” trestinin işçisi old uğu üçün həmin qərarla ona da 0,06 ha torpaq sahəsi verilmişdir. Maraqlı şəxsin mərhum atası qeyd edilən torpaq sahəsini 3 il əkib becərmişdir. O, 20 noyabr 1997-ci ildə vəfat etmiş, iddiaçı onun xəbəri olmadan həmin torpaq sahəsini öz adına keçirmişdir.

12. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(104)-1990/2021 nömrəli, 03 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Ədil Məmmədov (sədrlik edən və məruzəçi), Rəhman Muradov və Fikrət Mehtiyev) apelyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilmiş, iddia tələbi rədd edilmişdir.

13. Apellyasiya instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi il k addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

14. Məhkəmə kollegiyası hesab etmişdir ki, hazırkı işdə irəli sürülən iddianın təmin edilməsinə əsas verə bilən, işin faktiki hallarına tətbiq edilməli olan maddi hüquq norması tapılmadığından iddia tələbi təmin edilməməlidir.

15. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Mülki Məcəllənin 139-1.1, 139-1.1.1, 139-1.1.2, 139-1.1.3-cü və Mülki Prosessual Məcəllənin 217.3, 372, 384.0.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

18. Qətnamədən iddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək apellyasiya, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2006-cı ilin dekabr ayında məhkəmə qətnaməsi əsasında iddiaçıya Xanlar rayonu, Hacıməlik qəsəbəsi. “Dizayn” tresti ərazisində mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerlə şən fərdi yaşayış evinə tam mülkiyyət hüququ üzrə DƏDRX-nin 3 saylı Gəncə Ərazi idarəsindən MN seriyalı ******* saylı (qeydiyyat nömrəsi 1********) Çıxarış verilmişdir. Sonrakı illər ərzində iddiaçı öz evinin yanında Cəbrayıl rayonundan qaçqın olan bacısının ailəsi ilə birlikdə onların müvəqqəti yaşaması üçün də bir neçə əlavə otaq tikdirmişdir. Həmin ərazi son illər Gəncə şəhərinin inzibati ərazi vahidliyinə keçirilmişdir. 2024-cü ilin iyun ayında DƏDRX–nin 3 saylı Gəncə Ərazi idarəsinin əməkdaşları yaşadıqları ünvana gələrək X3 müraciəti əsasında ona çıxarış verilməsi üçün ölçmə işlərinin aparılacağını bildirmişlər. Üzeir məhkəməyə ölçmə işlərinin aparılmasına yaradılan maneənin qadağan olunması tələbi ilə müraciət etmişdir. Bununla əlaqədar, Həsənov Nadirə göndərilən məhkəmə bildirişi ndən və iddia ərizəsindən ona məlum olmuşdur ki. Göygöl rayon Məhkəməsinin xx.xx.2022-ci il qətnaməsi ilə onun xx.xx.2006-cı il tarixli Çıxarışı etibarsız hesab edilmişdir. Göygöl rayon məhkəməsinə müraciət edib qətnamənin surətini götürəndə aydın olmuşdur ki, qətnamə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən çıxarılmışdır. Belə ki, apellyasiya məhkəməsi X1 Üzeir Teyyub oğlunun müraciəti əsasında Göygöl rayon məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsini ləğv etmişdir. Hər iki instansiya məhkəmələri keçirilərkən iddiaçıya məhkəmə bildirişi gəlməmişdir. Məhkəmə iclasları onun xəbəri olmadan keçirilmişdir.

20. Göygöl Rayon Məhkəməsi MPM-nin 147-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Eyni qaydada, apelly asiya məhkəməsi də ona bildiriş göndərmədən qətnamədə yalan olaraq qeyd etmişdir ki, iddiaçıya məhkəmənin vaxtı və yeri barədə məlumat verilmişdir.

21. Məhkəmələr gizli keçirildiyindən iddiaçının mülkünə 2021-ci il tarixdə həbs qoyulduğundan xəbəri olmamışdır.

22. Xanlar Rayon Məhkəməsi iddianı təmin edərkən haqlı olaraq Torpaq Məcəlləsinin 73-cü maddəsinə əsaslanmışdır. Teyyub Hüseynov nə sağ olanda, nə də o, vəfat edəndən sonra torpaq sahəsinin vergisi ödənilməmişdir. O, vəfat edəndən sonra ailə üzvlərindən heç kim qanunvericiliyin tələb etdiyi vaxtda və qaydada vərəsə kimi müraciət etməmişlər. Əslində torpaq sahəsi heç mərhumun mülkiyyətində olmamışdır. İstifadə hüququ isə tələb edilən qaydada qeydiyyatdan keçməmişdir. Xanlar rayon məhkəməsində sübuta yetirilmişdir ki, həmin torpaq sahə si 1994-cü ildən 2000-ci ilədək əkilib becərilməmişdir Topraq sahəsindəki yarımçıq tikili isə iddiaçı tərəfindən tikilmişdir. Ümumiyyətlə, torpaq sahəsi o dərəcədə yararsızdır ki, orada əkin əkmək mümkün deyildir. Həmin ərazidə yerləşən torpaq sahələri kollektiv əkinçilik üçün ayrılsa da hazırda ev tikilmişdir. Ərazidə əkinçilik, bağçılıq üçün su mənbəyi olmamışdır. Həm də məişətdə işlətmək üçün də su olmamışdır. Sonradan iddiaçı qonşularla birlikdə ərazidə artezian quyusu qazdırmışlar. X10 başqa işçilər kimi heç vaxt orada əkin-biçinlə məşğul ola bilməzdi. Apellyasiya məhkəməsi əsassız olaraq Torpaq Məcəlləsinin maddələrini maddi hüquq norması hesab etməmişdir. Bununla da qeyri-qanun və qərəzli qətnamə qəbul etmişdir.

23. Apellyasiya məhkəməsinin əsaslandığı Mülki Məcəllənin 139-1.1,1,139 -1.1.2 və 139-1.1.3.-cü maddələrində göstərilən əsasların heç biri X10da olmamışdır.

24. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar kimi (MM-in 139-1.1.7-ci maddəsinə istinad) aşağıdakılar göstərilmişdir: -2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatını üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış.

25. Burada tələb olunan sənədlər də X10da olmamışdır. Onun oğlu Üzeyir Hüseynov məhkəməyə atasına 1994-cü il tarixdə verilmiş torpaq sahəsinə dair Torpaq şöbəsinin və Rayonlararası Tikinti-təmir Trestinin müdi rlərinin və “Dizayn” trestinin əməkdaşının iştirakı ilə tərtib edilmiş Aktı təqdim etmişdir. 2000-ci il tarixdə eynilə həmin aktdan iddiaçıya da verilmişdir (aktlar şikayətə əlavə edilmişdir). Üzeirin təqdim etdiyi akta görə torpaq sahəsi atasına istifadə üçün verilmişdir. Həmin akt əsasında Teyyub Hüseynov mülkiyyət hüququnu təsdiq edən sənəd almamışdır, nə də istifadə hüququnu qanunun tələb etdiyi kimi qeydiyyatdan keçirməmişdir. Teyyub Hüseynov vəfat edəndə onun vərəsələri miras əmlakın qəbulu üçün müraciət etməmiş, vərəsəlik haqqında şəhadətnamə almamışlar. Həmin dövrün qanunlarına görə vərəsələr 3 ay müddətində miras əmlakı qəbul etmələri barədə notariat kontoruna ərizə verməli idilər. İddiaçı 2000-ci ildən torpaq sahəsinə sahiblik edib, orada tikinti işləri aparan vaxt mərhumun ail əsi bunları görmüş, lakin etirazlarını bildirməmişlər. 2005-ci ildə mərhumun oğlu Bəxtiyar Bələdiyyə ilə razılığa gələndən sonra o, da həmin vaxtdan narazılığını bildirməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

26. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 139-1.1.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən k eçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi.

27. Maddə

110. Torpaq sahəsinin özbaşına tutulması torpaq qanunvericiliyinin pozulması hesab edilir və bu hərəkəti törətmiş təqsirli şəxslər qanunvericiliklə müəyyən edilmiş məsuliyyət daşıyırlar.

28. Maddə

111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

31. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normaları na müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

35. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

36. Hakim. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmi r.

38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

39. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

40. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

41. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

42. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

43. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

45. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

46. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hall arına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

47. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-c i maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

48. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

49. Bu s əbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1990/2021 nömrəli, 03 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar