Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3681/2021 30.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı MMC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2 qarşı,X, X X i və LPO "xxxx" ASC-nin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi iş üzrə QƏRARİ (Açar sözlər: kompensasiya verməklə yaşayış və qeyri-yaşayış sahələrindən çıxarılma tələbi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, Cavabdeh2 nümayəndəsi X1, vəkili X2, Üçüncü şəxs LPO "xxxx" ASC-nin vəkili X6 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə 15 fevra l 2021-ci il tarixli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanda yerləşən 11 m2 qeyri-yaşayış sahəsi Cavabdeh3, ünvan 1 ünvanda yerləşən 16 saylı mənzilin 20 m2-dən ibarət hissəsi Cavabdeh2 xüsusi mülkiyyətindədir.
2. İddiaçı həmin sahələrin boşaldılıb təhvil verilməsi ilə bağlı aşağıdakı tələbləri irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək (X müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə), Cavabdeh1 məxsus ünvan 1 ünvanda yerləşən 11 m2 qeyri-yaşayış sahəsinin (zirzəminin) boşaldılıb İddiaçı MMC-yə təhvil verilməsi və əvəzində İddiaçı MMC-dən 30 m2 tam təmirli mənzilin Cavabdeh1 tərəfindən qəbul edilməsi; Cavabdeh2 məxsus ünvan 1 ünvanda yerləşən 16 saylı mənzilin 20 m2-dən ibarət hissəsinin boşaldılıb İddiaçı MMC-yə təhvil verilməsi və əvəzində İddiaçı MMC-dən 50 m2 tam təmirli mənzilin Cavabdeh2 tərəfindən qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Sonradan, iddiaçının vəsatəti təmin edilərək, X10 "xxxx" ASC (ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu) mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş, əsl olmayan Cavabdeh1 əsl Cavabdeh3 ilə əvəz edilmişdir.
5. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 31 mart 2005-ci il tari xli 79 saylı sərəncamına əsasən xküçələri ilə Bülbül prospektinin kəsişməsindəki 391-ci məhəllədə yaşayış binalarının layihələşdirilməsi, tikintisi üçün icarə əsasında 1,3888 ha torpaq sahəsi İddiaçı MMC-nin istifadəsinə verilmişdir. Sərəncamın 7.1-ci bəndinə əsasən ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin qarşılıqlı razılaşma əsasında köçürülməsi İddiaçı MMC-yə həvalə edilmişdir. Sərəncamın icrası ilə bağlı Bakı şəhəri İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında 23 sentyabr 2005-ci il tarixdə torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə imzalanmışdır. Həmin ünvandakı yaşayış və qeyri-yaşayış sahələrinin böyük əksəriyyətini təşkil edən mülkiyyətçiləri yuxarıda qeyd edilən sərəncamın icrasının həyata keçirilməsi və mənzil şər aitlərini yaxşılaşdırmaq məqsədi ilə mülkiyyətində olan sahələri alğı-satqı müqavilələri ilə İddiaçı MMC-yə satmışlar. Lakin qeyd edilən ərazidə Cavabdeh1 ona məxsus olan qeyri-yaşayış sahəsi sayılan 11,4 m2-dan ibarət zirzəmi hissəsini, Cavabdeh2 isə həmin ərazidə paylı mülkiyyətdə olan X ibarət hissəsini satmaqdan imtina etməsi səbəbindən layihə başa çatdırıla bilmir, şirkətlərinə və mənzil şəraitini yaxşılaşdırmaq istəyən digər sakinlərə ziyan vurulur, onların Konstitusiya ilə təsbit edilmiş hüquqlarının həyata keçirilməsinə maneə yaradılır. Həmin ünvanda yerləşən mənzilin 23 m2dən ibarət olan 1 otağının 1/3 hissəsinin paylı mülkiyyətçisi olan X5 ilə, həmin otağın 2/3 hissəsinin paylı mülkiyyətçisi olan X qızı ilə razılıq əldə edilərək, 22 sentyabr 2014-cü il tarixdə alğı-satqısına dair müqavilələr imzalanmışdır. Cavabdehlərin mülkiyyətində olan cüzi sahəyə malik yaşayış və qeyri-yaşayış sahələrini satmaqdan imtinası qərəzli olmaqla, yalnız iddiaçının deyil, həm də digər şəxslərin hüquqlarını pozur. Cavabdehlərə təklif edilən kompensasiya «ədalətli balans» prinsipinə tam uyğundur. İstismar müddəti keçmiş, qəzalı mənzillərdə və evlərdə cavabdehlərin yaşamağa davam etməsi onların həyat və sağlamlıqlarına ciddi təhlükə olmaqla yanaşı, cavabdehlərin iddiaçının təklifini qəbul edərək yaşayış sahəsindən çıxmamaları ərazidə standartlara uyğun, yeni yaşayış binasının tikilməsi ilə bağlı sərəncamın icrasına maneə yaradır. Bütün bunlar onu deməyə əsas verir ki, cavabdehlərin yaşayış üçün tam yararsız, insan həyatı üçün təhlükəli və qəzalı vəziyyətdə olan mənzillərdən çıxarılması i lk növbədə onlar üçün həyati vacib məsələdir. Hansı ki, onların mənzilləri boşaltdıqları halda, mülkiyyətlərində olan sahələrə uyğun tam təmirli mənzillərin verilməsi sərəncamla İddiaçı MMC-nin üzərinə qoyulmuş vəzifədir və MMC də bu vəzifəni yerinə yetirmək üçün bütün imkanlardan istifadə edir. Cavabdehlərin istismar müddətini uzun müddətdir keçmiş, qəzalı vəziyyətdə olan mənzildən köçürülmələri, əvəzində isə yüksək mərtəbəli, standartlara uyğun yeni yaşayış binasından yeni mənzillə təmin olunmaları ilk növbədə yararsız mənzildə yaşayan cavabdehlərin həyat və sağlamlıqlarının qorunmasının qarantı olmaqla yanaşı, Respublikanın paytaxtı olan Bakı 6. 7. 8. 9. şəhərinin abadlaşdırılmasına, gözəlləşməsinə, ən əsası isə digər insanların mənzil əldə etmək hüququnun gerçəkləşdirilməsinə xidm ət etmiş olur. Yuxarıda qeyd edildiyi kimi, cavabdehlərin qeyd edilən hərəkətləri məhz hüquqdan sui-istifadədir, iddiaçı tərəfindən tanınan və qorunan mülkiyyət hüquqlarından Bakı şəhər İcra Hakimiyyətinin sərəncamını icra edən MMC-yə ziyan vuran şəkildə sui-istifadə edirlər ki, onları bu sui-istifadələrinə yol verilməməli, bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında müəyyən edilmiş müddəalar da rəhbər tutulmalıdır. Cavabdehlərin qərəzli surətdə hüquqlarından sui-istifadə etməsi nəticəsində şirkətləri üzərinə götürdüyü öhdəliyi vaxtında icra edə bilmir ki, bu da yuxarıda qeyd edildiyi kimi, həm də mənzil şəraitini yaxşılaşdırmaq istəyən dinc sakinlərin hüquqlarını pozur. Bundan əlavə, satılması təklif edilən Cavabdeh1 məxsus sahə zirzəmidən ibarət olmaq la, yaşayış sahəsi sayılmır, Cavabdeh2 məxsus 20 m2 yaşayış sahəsi isə paylı mülkiyyətdir, 19,1 m2 yardımçı sahə 3 mülkiyyətçinin birgə istifadə etdiyi sahədir. Belə olan halda, həmin mənzil şəraitinin həddən artıq əlverişsiz vəziyyətdə olduğunu sübut etməyə ehtiyac yoxdur. Qeyd edilən hallar da, cavabdehlərin həmin sahələri özgəninkiləşdirməkdən qərəzli surətdə hüquqlarından sui-istifadə etmələrini təsdiq edir. İddiaçı tərəfindən cavabdehlərə məktub göndərilərək, Cavabdeh1 mülkiyyətində olan zirzəminin yerləşdiyi rayon ərazisində, tam təmirli ümumi sahəsi 30 m2 (yəni hazırda mövcud olandan 3 dəfə çox sahə); Cavabdeh2 isə yaşadığı rayon ərazisində, mülkiyyətində olan mənzilin yaxınlığında tam təmirli ümumi sahəsi 50 m2 (yəni, hazırda mövcud olan sahədən 30 m2 çox) mənzil müqabilində hazırd a onlara məxsus sahələrin İddiaçı MMC-yə satılması təklif edilmişdir. Cavabdeh3 birinci instansiya məhkəməsinin iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, ona təklif edilən mənzil ona məxsus olan əmlakın yerində tikiləcək binadan deyil, hardasa başqa yerdə tikilən binadan təklif edilmiş, habelə ona məxsus olan əmlak qeyri-yaşayış sahəsi olmaqla dəyəri mənzildən bir neçə dəfə bahadır, ona görə də sahəsi 168 m2 olan mənzil verilməsini istəyir, lakin şirkət onunla razılaşmır. Cavabdeh2 nümayəndəsi Cavabdeh1 birinci instansiya məhkəməsinin iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, onlara təklif edilən mənzilin kv sahəsi çox kiçik olmaqla başqa yerdə tikilən binadan təklif edilmişdir, bacısına məxsus olan əmlakın yerində tikiləcək binadan sahəsi 153,8 m2 olan mənzil verilməsini istəyir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim C.Tağıyev) 01 oktyabr 2020-ci il tarixli, 2 X nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, mülkiyyətçilər onlara edilmiş təkliflə razı deyillər. Cavabdehlərin mülkiyyət hüququ Dövlət tərəfindən təminat altında olduğundan və qorunduğundan, hazırkı iddia təmin edilə bilməz. Mülkiyyətçilər iddiaçıdan müvafiq olaraq sahəsi 168 m2 olan mənzil və 153,8 m2 olan mənzil verilməsi müqabilində mülkiyyətlərində olan sahələri iddiaçıya təhvil verməyə razı olduqlarını bildirirlər. Bundan başqa, iddiaçının cavabdehlərə təqdim etməyi təklif etdiyi sahələrin məhz hansı ünvanda yerləşməsinə dair dəqiq bilgi, məlumat göstərilməmişdir. Bu da, mülkiyyətçilərin haqlı narazılığına səbəb olur. Mülkiyyətçilərin mövqe yi bununla bağlıdır ki, verilən mənzillərin sahəsi qeyd etdikləri həcmdə olmaqla yanaşı, özlərinin həmişə yaşamağa öyrəşdikləri yerdə, ünvanda, yaxud çox yaxın ərazidə yerləşməlidir. Nəsimi rayonunun inzibati ərazisi böyükdür və onlar, həmişə yaşamağa öyrəşdikləri, özləri üçün daha əlverişli saydıqları ünvandan kənar ərazilərdə mənzil təqdim edilməsinə razı deyillər. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-F.Talışinski (sədrlik edən və məruzəçi), R.Eyvazov və Z.Şirinov) 15 fevral 2021-ci il tarixli, X nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəmənin X saylı işi üzrə 01 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məh kəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
12. İddiaçı MMC kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.
13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qəbul etdiyi qətnaməni “əsaslandırmaq” üçün mülkiyyətin müdafiəsinə dair normativ aktları sadalamaqla kifayətlənmiş birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəldiyini bildirmiş, lakin mübahisənin əsasında duran məsələnin yalnız mülkiyyət deyil, həm də mənzil münasibətləri ilə bağlı olduğunu nəzərə almamış, həmçinin mübahisə predmeti olan yaşayış və qeyri-yaşayış sahələrinin qəzalı olmasını və bununla da, cav abdehlərin həm özlərinin, həm də digər şəxslərin təhlükəsizliyinin və mənzil hüquqlarının həyata keçirilməsinə maneə yaratmaqla, hüquqlarından sui-istifadə etmələrini müzakirə mövzusuna çevirməmişdir. Məhkəmə mülki iş üzrə cavabdehlərin mülkiyyət hüquqlarının müdafiəsinə yönəlmiş normaların tətbiqi ilə kifayətlənmiş birinci instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarına uyğun çıxarıldığını bildirmiş, lakin bu münasibətlərin digər subyektlərinin maraqları arasındakı tarazlığın təmin olunması kimi mühüm məsələnin həllini mübahisənin həllindən kənarda qoymuşdur. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 15-ci maddəsinin İİ hissəsinə, 29-cu maddəsinin İİ hissəsinə və 59-cu maddəsinə əsasən Azərbaycan Respublikasında döv lət, xüsusi və bələdiyyə mülkiyyəti eyni qaydada tanınır və qorunur, mülkiyyətin toxunulmazlığına, həmçinin azad sahibkarlıq fəaliyyətinə və qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul olmaq hüququndan irəli gələn mülki dövriyyədə müqavilə azadlığına zəmanət verilir. Həmçinin, iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə "Bakı şəhəri, Nəsimi rayonu, X lə Bül-bül prospektinin kəsişməsində yerləşən yaşayış evlərinin texniki vəziyyəti haqqında” Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinin “Azərdövlətsənayelayihə” DLİ tərəfindən tərtib edilmiş 10 iyun 2020-ci il tarixli rəy təqdim edilmişdir, nə birinci instansiya məhkəməsi nə də apellyasiya məhkəməsi qətnamə qəbul edərkən həmin rəyə münasibət belə bildirməmişdir. Halbuki, həmin rəyə əsasən, Şamil Əzizbəyov küçəsi 173, 175 və 177 saylı ünvanlar üzrə: Yaşayış evlərinin uzun müddət təmirsiz istismar edildiyindən köhnəlmiş və fiziki aşınmaya məruz qalması; evlərin əsas yükdaşıyan divarlarında eni 2-3 millimetrə qədər olan müxtəlif istiqamətli bir və ikitərəfli çatların müşahidə olunması; yaşayış evlərinin fasad hissələrindəki divarlarının suvaq qatlarında və hörgü məhlullarında aşınmaların mövcud olması; bəzi tikililərin ağac konstruksiyasından olan döşəmə və tavan hissələrinin çürüyərək deformasiyaya uğraması; torpaqla təmasda olan xarici divarlarda nəmlik, suvaq qatlarında isə aşınmaların mövcud olması, daxili həyətlərdə vətəndaşlar tərəfindən evlərin üzərində tikinti norma və qaydalarının tələblərinə əməl olunmadan əlavə tikililərin inşa edilməsi, bu tikililərin metal borular və mövcud daş hörgülərin üzərində müxtəlif tikinti materiallarından olmaqla yerinə yetirilməsi və inşa edilmiş bu artırmaların evlərin əlavə yüklənməsinə səbəb olması kimi qüsurlar müşahidə edilmişdir. Birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin “Bundan başqa, iddiaçının cavabdehlərə təqdim etməyi təklif etdiyi sahələrin məhz hansı ünvanda yerləşməsinə dair dəqiq bilgi, məlumat göstərilməmişdir. ” hissəsinə gəldikdə isə qeyd edilməlidir ki, iddiaçı tərəfindən cavabdehlərə yaşadıqları rayon ərazisində, mülkiyyətlərində olan yaşayış və qeyri-yaşayış sahələrinin yaxınlığında müvafiq olaraq tam təmirli ümumi sahəsi 30 kv.m., (yəni, hazırda mövcud olandan 3 dəfə çox sahə); tam təmirli ümumi sahəsi 50 kv.m., (yəni, hazırda mövcud olan sahədən 30 kv.m. çox) mənzil müqabilində hazırda onlara məxsus sahələrin İddiaçı MMCyə satılması təklif edilmişdi və bu, məhkəməyə təqdim edilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə də öz əksini tapmışdır. Cavabdehlərə onlara məxsus yaşayış və qeyri-yaşayış sahələrinin yaxınlığında iddiaçı tərəfindən inşa ediləcək binadan tam təmirli mənzillərin verilməsi heç də onların hüquqlarını pozmur. Belə ki, iddiaçı tərəfindən cavabdehlərə veriləcək mənzillər elə məhkəmə qətnaməsində də qeyd edildiyi kimi, cavabdehlərin həmişə yaşamağa öyrəşdikləri yerdə, ünvanda, yaxud çox yaxın ərazidə yerləşəcəkdir. Birinci instansiya məhkəməsi və apellyasiya məhkəməsi cavabdehlərin mülkiyyətlərində olan zirzəmi və mənzilin hər birinin ümumi sahəsinin müvafiq olaraq 15 və 8 misli qədər sahədə mənzil tələb etmələrini ağlabatan hesab edərək, cavabdehlərin birmənalı olaraq həm özlərinin, həm də digər şəxslərin təhlükəsizliyinin və mənzil hüquqlarının həyata keçirilməsinə maneə yaratmaqla, hüquqlarından sui-istifadə etmələrinə göz yummuşdur. X7 Məhkəməsinin Centros Ltd. Erhvervs-og Selskabsstyrelsen qarşı iş üzrə Məhkəmənin 9 Mart 1999-cu il tarixli qərarında Roman-alman hüquq sistemi olan Üzv Dövlətlərin qanunvericilik təcrübəsi nəzərə alınmaqla göstərilmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq başqalarına zərər vurmaqla qeyri- bərabər fayda əldə etmək üçün ağlabatmayan tərzdə həyata keçirirsə o, bu hüququndan suiistifadə etmiş olur. Bu mənada həyata keçirilən səlahiyyətlərə qoyulmuş məhdudiyyətin ölçüsü olan hüquqdan sui-istifadənin qadağan olunmasının ü mumi prinsipi mütənasiblik (tarazlıq) prinsipi ilə oxşar cəhətlərə malikdir. Hazırkı işdə cavabdehlərin mənzilə və zirzəmiyə (qeyri-yaşayış sahəsinə) olan mülkiyyət hüququnu, X7 Məhkəməsinin yuxarıda istinad edilən qərarında da qeyd edildiyi kimi “qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq başqalarına zərər vurmaqla qeyri-bərabər fayda əldə etmək üçün ağlabatmayan tərzdə ” həyata keçirdiyi aşkardır. Göründüyü kimi, cavabdehlərin qeyd edilən hərəkətləri məhz hüquqdan sui-istifadədir, iddiaçı tərəfindən tanınan və qorunan mülkiyyət hüquqlarından Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamını icra edən İddiaçı MMC-yə ziyan vuran şəkildə sui-istifadə edirlər ki, onların bu hüquqdan sui-istifadələrinə yol verilməməlidir. Cavabdehlərin qərəzli surətdə hüquqlarında n suiistifadə etməyi nəticəsində iddiaçı üzərinə götürdüyü öhdəliyi vaxtında icra edə bilmir ki, bu da yuxarıda qeyd edildiyi kimi, həm də mənzil şəraitini yaxşılaşdırmaq, təhlükəsiz şəraitdə yaşamaq istəyən digər sakinlərin də hüquqlarını pozur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi X vəkili X və üçüncü şəxs LPO "xxxx" ASC-nin vəkili X kassasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdilər.
16. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məh kəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası:
17. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
18. Maddə 29, İİ hissə. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
19. Maddə 29, İV hissə. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
20. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
23. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası mə hkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya in stansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər. 27. ünvan 1 ünvanda yerləşən 11 m2 qeyri-yaşayış sahəsi olan zirzəmi Cavabdeh3, ünvan 1 ünvanda yerləşən 16 saylı mənzilin 20 m2-dən ibarət hissəsi Cavabdeh2 xüsusi mülkiyyətindədir. 28. xküçələri ilə Bülbül prospektinin kəsişməsindəki 391-ci məhəllədə yaşayış binalarının layihələşdirilməsi, tikintisi üçün icarə əsasında 1,3888 ha torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti Başçısının 31 mart 2005-ci il tarixli sərəncamına əsasən İddiaçı MMC-nin istifadəsinə verilmişdir.
29. İddiaçı MMC cavabdehlərə müvafiq olaraq 30 m2 tam təmirli mənzil və 50 m2 tam təmirli mənzil verilməsi şərti ilə, cavabdehl ərin mülkiyyətlərində olan yerlərdən çıxarılmasını tələb edir.
30. İşə mahiyyəti üzrə baxan məhkəmələr hesab etmişlər ki, mülkiyyətçilər onlara edilmiş təkliflə razı deyillər, cavabdehlərin mülkiyyət hüququ Dövlət tərəfindən təminat altında olduğundan və qorunduğundan, hazırkı iddia təmin edilə bilməz. Mülkiyyətçilər iddiaçıdan müvafiq olaraq sahəsi 168 m2 olan mənzil və 153,8 m2 olan mənzil verilməsi müqabilində mülkiyyətlərində olan sahələri iddiaçıya təhvil verməyə razı olduqlarını bildirirlər. Bundan başqa, iddiaçının cavabdehlərə təqdim etməyi təklif etdiyi sahələrin məhz hansı ünvanda yerləşməsinə dair dəqiq bilgi, məlumat göstərilməmişdir. Bu da, mülkiyyətçilərin haqlı narazılığına səbəb olur. Mülkiyyətçilərin mövqeyi bununla bağlıdır ki, verilən mənzillərin sahəsi qeyd etdikləri hə cmdə olmaqla yanaşı, özlərinin həmişə yaşamağa öyrəşdikləri yerdə, ünvanda, yaxud çox yaxın ərazidə yerləşməlidir. Nəsimi rayonunun inzibati ərazisi böyükdür və onlar, həmişə yaşamağa öyrəşdikləri, özləri üçün daha əlverişli saydıqları ünvandan kənar ərazilərdə mənzil təqdim edilməsinə razı deyillər.
31. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmışdır, artıq birinci instansiya tərəfindən qiymətləndirilmiş apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Bundan əlavə, qəzalı olması və ya dövlət ehtiyacları əsasları ilə yaşayış sahələrinin boşaldılması müvafiq icra haki miyyətinin səlahiyyətlərinə məxsusdur və belə əsalarla subyektiv hüquqa malik iddiaçılar tərəfindən qaldırılmış tələblərin yenidən müzakirəsi istisna edilmir.
32. Kollegiya bildirir ki, işə mahiyyəti üzrə baxmış məhkəmələrin iddiaçının təklif etdiyi kompensasiyanın qeyri-müəyyən və qeyri-mütənasib olması barədə gəldikləri qənaət maddi və prosessual hüquq normalarına uyğundur. Sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
33. Kassasiya şikayətinin dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
34. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
35. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə 15 fevral 2021-ci il tarixli qə tnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.