Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3681/2023 25.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh X3 qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-3681/2023 (Açar sözlər: birgə nikah dövründə əldə olunmuş əmlak, evə köçürülmə, qanuni gözlənti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X11 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Əmrahova (Şirinova) Əfsanə Ənvər qızına qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-765/2023 nömrəli, 05 may 2023-cü il tarixli qətnaməsindən cavabdeh X6 (V əkil2) tərəfindən verilmiş kassasiya şikayətinə 25 sentyabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı ilə cavabdeh X6 xx.xx.2017-ci il tarixində rəsmi nikah daxil olmuşlar. Tərəflərin nikahlarından uşaqları doğulmamışdır.
2. Tərəflər birgə nikah dövründə - 2019-cu ildə Abşeron rayonu, Höküməli qəsəbəsində yerləşən fərdi yaşayış evini əldə etmiş və həmin evdə yaşayaraq birgə təsərrüfat aparmışlar.
3. Ucar Rayon Məhkəməsinin 2(063)-250/2020 nömrəli, 04 avqust 2020-ci il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçı cavabdeh Əmrahova (Şirinova) Əfsanə Ənvər qızına qarşı “mənzilə köçürülmə” tə ləbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə birgə nikah dövründə əldə etdikləri Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırmışdır ki, onlar ailə qurduqdan sonra, xx.xx.2019-cu il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evini 32.000 manata satın almışlar. Həmin məbləğin 11.500 manatını atası Şahid Şirinov gətirib cavabdehin atası Ənvər Əmrahova vermişdir. Ümumilikdə 21.500 manat ilkin odəniş edilərək qalan məbləği ayda 500 manat odəməklə razılaşmışlar. Evi Yasin adlı şəxsdən almışlar və onlara həmin məbləği bir il müddətində bağlamaq üçün şərait yaradılmışdır. Ailə qurduqları ilk vaxtlarda münasibətləri normal o lsa da, sonradan baş vermiş ziddiyətlər nəticəsində münasibətləri pisləşmişdir. Belə ki, 2019-cu ilin yanvar ayından başlayaraq cavabdeh Əfsanə Əmrahovanın mütəmadi olaraq mübahisələr yaratması ailələrinin faktiki dağılmasına səbəb olmuşdur. 2019-cu ilin fevral ayının 10-da cavabdehin atası Ənvər Əmrahov yaşadıqları evə gəlib cavabdehi aparmış və onlar boşanmışlar. 2020-ci ilin avqust ayında cavabdehin atası Ənvər Əmrahovla birgə nikah dövründə əldə etdikləri Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evinə gələrək dava-dalaşla onu evdən çıxarmış və qapının açarlarını dəyişmişlər. Məcbur olub həmin tarixdən kirayədə yaşamışdır.
6. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh X6 izahatında göstərmişdir ki, o, iddia tələbini qəbul etmir. İddiaçıla 2017-ci ildə ailə qurm uş və xx.xx.2017-ci il tarixdə onun ata evinin yerləşdiyi Ucar rayonuna gəlin getmişdir. 2017-ci ilin oktyabr ayında isə İddiaçıla birlikdə Bakıda Lökbatan rayonu ərazisində yerləşən evə köçmüşlər və kirayə pulunu isə toydan yığılan pullarla ödəmişlər. Təxminən 1 il Lökbatan rayonu ərazisində yerləşən evdə kirayə qaldıqdan sonra xx.xx.2019-cu il tarixdə atası “MAKLER” şirkəti vasitəsilə onlara ipotekaya ev almışdır. Belə ki, atası evə görə 20.000 manat ilkin ödəniş etmiş və evə dair müqavilə onun adına bağlanmışdır. Belə ki, müqavilədəki imza ona məxsusdur. Evin ümumi dəyəri isə 32.000 manat olmuşdur. Qalan 12.000 manat ödənişi isə hər ay 500 manat olmaqla atası ödəmişdir. Lakin Ruslan həmişə evdə olduğu üçün aylıq ödənişi adətən Ruslan ödəmişdir. Evə dair heç bir sənəd yoxdur.
7. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, o, İddiaçı əmisi oğludur. Ruslan 2019-cu ildə ev aldıqdan sonra o, evdə təmir işləri görmüşdür. Belə ki, evin hasarını o, tikimiş, eyni zamanda həyətə aqlay və şkatur vurmuşdur. O, evin alınmasında iştirak etməsə də, onda olan məlumata görə evi Ruslan almışdır və ev Əfsanənin adına olmuşdur. O, evdə usta olaraq 5-6 gün işləmişdir. Sonuncu dəfə isə 2019-cu il tarixdə evdə qonaq olmuşdur.
8. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, o, Ruslan ilə 2019-cu ildən Hökməli rayonunda qonşu olmuşdur. Ruslan bəzən onlara kombini təmir etmək üçün gəlmişdir. Bildiyi qədər İddiaçı Əfsanə ilə evli olmuşdur və qonşuluqda qalmışdır. Evləri arasında 200-250 metr məsafə olmuşdur. O, Cavabdeh tanımır və heç görməmişdir.
9. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, iddiaçı onun doğma övladıdır. İddiaçı keçmiş gəlini Əfsanə ilə evləndikdən bir müddət sonra işləmək üçün Bakıya köçmüş və kirayədə yaşamağa başlamışdır. Bir qədər sonra İddiaçı ona zəng edərək, Bakıda münasib ev tapdığını lakin pula ehtiyacı olduğunu bildirmişdir. O, isə mal-qarasını və həyat yoldaşının qızıllarını sataraq ev almaq üçün Ruslana 11.500 manat pul göndərmişdir. Bildiyi qədər Ruslan Əfsanə ilə birlikdə evə 21.500 manat ödəniş etmişdir. Əfsanənin atası qızı ailə qurarkən cehiz vermədiyi üçün onlar ev alanda cehiz pulu olaraq 10.000 manat pul vermiş və Əfsanənin cehizlərinin bir hissəsini də onlar almışlar. Evin qal an pulunu isə aybaay oğlu ödəmişdir. Tərəflər boşandıqdan sonra isə oğlu evdən çıxmışdır. Eşitdiyinə görə hazırda həmin evdə kirayəçi qalır və o, bu səbəbdən də oğlunun evə köçürülüməsini xahiş edir.
10. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, cavabdeh Əfsanə onun qonşusudur. O, 2019-cı ilin aprel ayından Hökməli kəndində yaşayır. O, evə köçən vaxt isə artıq tərəflə qonşuluqda yaşamışlar və təxminən 2 il birlikdə yaşamışlar. Evi kimin almasından və pulu kimin ödəməsi barədə məlumatı yoxdur. Lakin eşitdiyinə görə evi Əfsanənin atası toy hədiyyəsi olaraq qızına bağışlamışdır. Hazırda isə evdə Əfsanə və xalası qızı yaşayırlar.
11. Abşeron Rayon Məhkəməsinin e-2(012)-4289/2022 nömrəli, 25 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Elman Məmmədov) iddia tələbinin təmin edilərək iddiaçının cavabdehlə birgə nikah dövründə əldə etdiyi Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının həmin fərdi yaşayış evinə dair “qanuni gözləntiyə” malik hüquqları var. Hazırkı halda Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evinə cavabdehin hüquqdan sui-istifadə etməsi iddiaçının güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi kimi qiymətləndirilməlidir. Məhkəmənin qənaətinə görə ailə-nikah münasibətlərindən doğan bu tipli əmlak münasibətlərində başqa mövqenin tutulması düzgün olmayan president yaratmaqla arzuolunmaz nəticələrə gətirib çıxara bilər. İddianın təmin olun ması işin müəyyən edilmiş hallarına əsasən hazırkı hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırımasının nəzərə alınmasını təmin edir, başqa sözlə cavabdehin həmin evdən istifadə etməklə faydalandığı kimi, iddiaçının da bu hüquqdan istifadə etməsi məqsədə müvafiqdir.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 1 və 3-cü bəndləri, 43-cü maddəsinin 1-ci bəndi, 13-cü maddəsinin 3-cü hissəsindən və 71-ci maddəsinin 2-ci hissəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1, 164.2 və 560.3.4-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 77.1, 217.3, 217.4, 216-220 və 360-cı maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsind əki icraat:
14. Qətnamədən cavabdeh (Vəkil2) apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin həqiqi hallarından göründüyü kimi, tərəflər kirayədə yaşamış, sonradan cavabdehin atası məcbur olub ev almış və həmin evi qızının adına rəsmiləşdirmiş, həmin evin təmiri də cavabdehin atasının vəsaiti hesabına həyata keçirilmişdir. Belə olan halda, həmin ev tərəflərin ümumi birgə gəlirləri hesabına əldə edilmiş əmlak hesab edilə, həmçinin həmin mənzilə iddiaçı köçürülə bilməz. Qanunvericiliyin tələbindən göründüyü kimi, ər-arvadın yalnız ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar onların ümu mi birgə mülkiyyətinə daxildir. Hazırkı halda da, yəni həmin mənzilin alınması zamanı sabiq ər-iddiaçının heç bir gəliri olmamış və mənzilin alınmasına heç bir vəsaiti qoyulmamışdır. Birinci instansiya məhkəməsi həmin qətnaməni əsaslandırarkən özü yanlış nəticəyə gəlmiş və maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Qeyd edildiyi kimi, həmin fərdi yaşayış evi cavabdehin atası tərəfindən alınmış və həmin evi qızının adına rəsmiləşdirmiş, həmin evin təmiri də cavabdehin atasının vəsaiti hesabına həyata keçirilmiş, iddiaçının həmin evin alınmasında heç bir vəsaiti olmamışdır. Belə olan halda, həmin ev tərəflərin ümumi birgə gəlirləri hesabına əldə edilmiş əmlak hesab edilə, həmçinin həmin fərdi yaşayış evinin üzərində iddiaçının “qanuni gözləntiyə” malik hüquqları ola bilməz. Məhkəmən in qənaətinə görə ailə-nikah münasibətlərindən doğan bu tipli əmlak münasibətlərində başqa mövqenin tutulması düzgün olmayan president yaratmaqla arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Məhkəmə yuxarıda qeyd olunanları məcmu halında qiymətləndirərək hesab etmişdir ki, iddianın təmin olunması işin müəyyən edilmiş hallarına əsasən hazırkı hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırımasının nəzərə alınmasını təmin edir. Başqa sözlə cavabdehin həmin evdən istifadə etməklə faydalandığı kimi, iddiaçının da bu hüquqdan istifadə etməsi məqsədə müvafiqdir. Həmin nəticə tamamilə qanunsuz və əsassızdır. Belə ki, əvvəla mülki prosessual qanunvericiliyin məzmununa görə, sübutetmə yükü tərəflərin üzərinə düşür. İkincisi, qeyd edildiyi kimi, həmin fərdi yaş ayış evi cavabdehin atası tərəfindən alınmış və həmin evi qızının adına rəsmiləşdirmiş, həmin evin təmiri də cavabdehin atasının vəsaiti hesabına həyata keçirilmiş, iddiaçının həmin evin alınmasında heç bir vəsaiti olmamışdır. Birinci instansiya məhkəməsi cavabdehin izahatını və yazılı etirazında göstərilənləri tam olaraq məhkəmə iclas protokollarında və qətnamədə tam göstərməmiş, bununla da cavabdehin izahatını və yazılı etirazında göstərilənləri nəzərə almamışdır. İkincisi, birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, iddiaçı iddiasının əsasını təşkil edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçı iddiasının əsasını təşkil edən yalnız iki şahidi məhkəməyə təqdim etmiş, həmin şahidlərdən biri əmisi oğlu X4, digəri isə atası X1r ki, həmin şəxslər iddiaçının yaxın q ohumu olmaqla, neytral şahid olmamış, həmçinin işin hallarına uyğun düzgün ifadə verməmişlər. Beləliklə, göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan hallar tam, obyektiv və hərtərəfli araşdırılmamamışdır. Birinci instansiya məhkəməsinin fərdi yaşayış evinin tərəflərin birgə nikah dövründə əldə edilməsi və bu səbəbdən iddianı təmin etməsi barədə nəticəsi tamamilə əsassızdır. Belə ki, ən azı ona görə ki, həmin fərdi yaşayış evinin tərəflərin birgə nikah dövründə əldə edilsə belə, tərəflərin ümumi birgə vəsaiti hesabına deyil, məhz cavabdehin atasının vəsaiti hesabına əldə edilmişdir. Birinci instansiya məhkəməsi özü qətnaməsində göstərir ki: “istinad olunan hüquq normalarına əsasən məhkəmə bu qənaətə gəlir ki, İddiaçı cavabdehl ə birlikdə Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evinə dair “qanuni gözləntiyə” malik hüquqları var”. Göründüyü kimi, birinci instansiya məhkəməsinin nəzərə almamışdır ki, mübahisə predmeti olan ev Abşeron rayonu, Masazır kəndində deyil, Hökməli kəndində yerləşir. Belə olan halda, birinci instansiya məhkəməsi yanlış nəticəyə gəlmişdir. Bundan başqa, birinci instansiya məhkəməsi qətnaməsində göstərir ki: “Abşeron rayonu, Höküməli qəsəbəsində yerləşən fərdi yaşayış evi tərəflərin nikah münasibətlərində olduğu dövrdə hər iki tərəfin birgə əməyi nəticəsində əldə edilmiş, tərəflər həmin mübahisə predmeti olan fərdi yaşayış birgə yaşamış və iddiaçı yaşayış yerinə malik olmağı arzulamışdır. Bu hal şahidlərin ifadəsi ilə də təsdiqini tapmışdır”. Birinci instansiya məhkəməsinin hə min nəticəsi də qanuni və əsaslı hesab edilə bilməz. Belə ki, həmin fərdi yaşayış evi tərəflərin nikah münasibətlərində olduğu dövrdə hər iki tərəfin birgə əməyi nəticəsində əldə edilməmişdir. İkincisi, “tərəflərin həmin mübahisə predmeti olan fərdi yaşayış evində birgə yaşaması və iddiaçının yaşayış yerinə malik olmağı arzulaması və bu halın şahidlərin ifadəsi ilə də təsdiqini tapması” iddianın təmin təmin olunması üçün əsas hesab edilə bilməz. Bu yanaşma tamamilə absurddur və heç bir qanuna əsaslanmır, həmin nəticənin maddi hüquqi əsası yoxdur. Belə olan halda, birinci instansiya məhkəməsinin nəticəsi onun müəyyən etdiyi hallara uyğun deyildir, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, bu isə qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi ilə nəticələnmiş, göstərilənlər isə qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsasdır. Birinci instansiya məhkəməsinə təqdim edilmiş, lakin işə əlavə edilməmiş və qənamədə istinad edilməmiş yeni sübut Abşeron RPİ X14 xx.xx.2022-ci il tarixli məktubudur. Belə ki, iddiaçı cavabdehə qarşı qanunsuz hərəkətlər etmiş, onun qarşısını kəsərək ölümlə hədələmiş, həmçinin evin bayırından qaz qurğusuna müdaxilə edərək, qaz təchizatında problemlər yaratmış, bunun da nəticəsində evin yanması üçün təhlükə yaranmışdır. İddiaçının cavabdehə qarşı həmin qanunsuz hərəkətləri barədə onun tərəfindən Abşeron RPİ X16 müraciət edilmiş, X15 müvafiq araşdırma aparılmış, iddiaçı inzibati məsuliyyətə cəlb edilmiş, eyni zamanda mübahisənin digər hissəsinin mülki xarakterli oldu ğu bildirilərək, məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Təəccüb və təəssüf doğuran hal odur ki, həmin sübutlar birinci instansiya məhkəməsinə təqdim edilməsinə baxmayaraq, həmin sübutlar işə əlavə edilməmiş və qənamədə istinad edilməmiş, həmçinin göstərilənlər barədə X6 tərəfindən ətraflı məlumat verilməsinə baxmayaraq, həmin hallar da qənamədə əks etdirilməmişdir.
16. Apellyasiya instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmiş, həmçinin bildirmişdir ki, fərdi yaşayış evinin əldə edilməsi ilə bağlı yaranmış borc məbləğini müəyyən müddət Ruslan ödəyib. Lakin həmin ödənişlər Ruslanın qazancı hesabına olmayıb, ödənişlərin mənbəyi cavabdehin atasının verdiyi vəsait olub.
17. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-765/2023 nömrəli, 05 may 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Almaz Süleymanova (sədrlik edən və məruzəçi), Səyyad Qafari və Gülnar Cabbarova) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan fərdi yaşayış evi qanunsuz tikili olmaqla, əmlak hüquqları qeydə alınmamışdır. Həmin ev mövcuddur, cavabdeh tərəfindən yaşayış sahəsi olaraq istifadə edilir.
19. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağaned ici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi.
20. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşayaraq cavabdehlə birgə təsərrüfat aparmış, cavabdeh isə onun həmin evdə yaşamasına imkan verməmişdir. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Cavabdehin ev üzərində hüququ olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onların iddiaçıya qarşı törətdiyi məhrumetmə (mənzilə buraxmama) qanunsuzdur.
21. Cavabdeh qeyd olunan qadağanedici normanı pozmuş, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı məhrum edildiyi evə köçürülməlidir.
22. Mübahisəli evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olması Konstitusiyanın 43-cü maddəsinin tətbiq edilməsinə mane olmur. Belə ki, həmin ev faktiki olaraq mövcuddur və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Cavabdeh mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır.
23. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, cavabdeh tərəf “fərdi yaşayış evinin cavabdehin atasının vəsaiti hesabına alınması barədə” şikayətin dəlilini məhkəmədə sübuta ye tirə bilmədi. Həmin evin əldə edilməsi üçün sərf olunmuş vəsaitin cavabdehin atası tərəfindən ödənilməsini təsdiq edən heç bir sübut təqdim edə bilməmişdir.
24. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı cavabdeh tərəf ödənişlərin Ruslan tərəfindən ödənildiyini etiraf etərək həmin pulun cavabdehin atası tərəfindən Ruslana göndərildiyini bildirmiş, lakin həmin vəsaitlərin cavabdehin atası tərəfindən Ruslana verildiyini təsdiq edən sübutu məhkəməyə təqdim etməmişlər. Belə olan halda işin faktiki halları mübahisə predmeti olan fərdi yaşayış evinin tərəflərin ümumi əmlakının dairəsinə daxil olması qənaətinə gəlməyə əsas verir.
25. Apellyasiya instansiya məhkəməsi mövqeyini əsaslandırarkən Ailə Məcəlləsinin 32.1, 32.2, 32.2.2, 33.1-ci maddələrinə və Mülki Prosessu al Məcəlləsinin 372-376, 378382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
26. Qətnamədən cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
27. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, nə cavabdeh, nə də cavabdehin nümayəndəsi mübahisəli evin əldə edilməsi ilə bağlı yaranmış borc məbləğini müəyyən müddət İddiaçı ödəməsi ilə bağlı hər hansı ifadə işlətməmişdir ki, bu hal apellyasiya instansiyası məhkəməsi iclasının videoyazısı ilə təsdiq olunmaqdadır. Buna baxmayaraq ap ellyasiya instansiyası məhkəməsi mövqeyini əsaslandırarkən, cavabdehin nümayəndəsinin həmin izahatına istinad etmişdir. Mübahisəli əmlak tərəflərin ümumi gəlirləri hesabına əldə edilməmiş, iddiaçı mənzilin alınmasına heç bir vəsait sərf etməmişdir. Digər tərəfdən apellyasiya instansiyası məhkəməsi yalnız iddiaçının və onun nümayəndəsinin, həmçinin iddiaçı tərəfin təqdim olunmuş şahidlərin ifadələrinə istinad edərək və məhz həmin şəxslərin göstərdiklərini mötəbər sübut kimi qəbul edərək iddianı təmin etməsi qanuni və əsaslı hesab edilə bilməz. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin nəticəsi tamamilə qanunsuzdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası:
28. Maddə 43, İ hissə. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikas ının Mülki Məcəlləsi.
29. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır.
30. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər.
31. Maddə 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir.
32. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.
33. Maddə 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
34. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
35. Maddə 32.2.2. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar,qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.
36. Maddə 33.1. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı ə sasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
40. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən ed ilir.
41. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məh kəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
45. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
46. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
47. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
48. Kassa siya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
49. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
50. Məhkəmə koll egiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
51. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası hazırki qərarın 18-24-cü paraqraflarında qeyd olunan həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verə rək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
52. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
53. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şik ayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
54. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
55. Bu səbəbdən, kassasiya şikayəti təmi n olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
56. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh X6 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-765/2023 nömrəli, 05 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.