Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3682/2025 23.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: istehlak münasibətlərindən irəli gələn mübahisələr, təbii qazdan istifadə ilə bağlı mübahisələr, təbii qazdan istifadəyə görə əsassız hesablanmış borcun silinməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2615/2025 nömrəli, 2 iyul 2025-ci il tarixli qətnaməs indən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 2017-2023-cü illər ərzində iddiaçıya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, H. Heybətov küçəsində yerləşən 762 nömrəli fərdi yaşayış evi ünvanında abonentin sayğacdan kənar və qeyri-qanuni təbii qazdan istifadə etdiyi barədə ardıcıl aktlar tərtib edilmişdir.
2. Abonent saldosuna əsasən, İddiaçı yaşadığı fərdi yaşayış evində qaz sərfinə görə qalıq və aktlar bölməsində 2010-cu ilin iyun ayında 20 manat, 2011-ci ilin mart ayında 194.40 manat, 2016-cı ilin dekabr ayında 338.80 manat, 2017-ci ilin fevral ayında 479.60 manat, aprel ayında 200.80 manat, may ayında 209.80 manat, iyul ayında 73 manat, sentyabr ayında 70 manat, noyabr ayında 212.40 manat, 2018-ci ilin yanvar ayında 1242 manat, fevral ayında 201.60 manat, aprel ayında 155 manat, may ayında 57.60 manat, iyun ayında 115.20 manat, avqust ayında 230.40 manat, sentyabr ayında 115.20 manat, oktyabr ayında 57.60 manat, noyabr ayında 57.60 manat, dekabr ayında 57.60 manat, 2019-cu ilin yanvar ayında 133.20 manat, fevral ayında 133.20 manat, mart ayında 133.20 manat, aprel ayında 133.20 manat, 2020-ci ilin aprel ayında 885.60 manat, 2023-cü ilin may ayında 8812.80 manat məbləğində borc hesablanmışdır 3. 26.11.2024-cü il tarixli bildiriş xəbərdarlığına əsasən İddiaçı yekun borcu 19925.69 manat təşkil edir.
4. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-272/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iş üzrə cavabdeh İddiaçı təbii qazdan istifadəyə görə yaranmış 759,8 manat borc, 99,4 manat debitor borc və 15 manat dövlət rüsumu, cəmi 874,2 manat pulun tutularaq iddiaçı Cavabdehnə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən görünür ki, Cavabdeh tərəfindən 2016-cı ilin dekabr ayından 2018-ci ilin sentyabr ayına qədər tərtib olunmuş aktlar üzrə hesablanmış 3590.20 manat borcun tutulmasını tələb etmiş, iddia tələbi cavabdeh tərəfindən etiraf edilən hissədə təmin edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi və “iddia tələbinin həcminin dəqiqləşdirilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Birlik tərəfindən ona əsassız olaraq əlavə sərfiyyat kimi hesablanmış 19.925,69 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, H. Heybətov küçəsində yerləşən 762 nömrəli fərdi yaşayış evi iddiaçının və onun ailə üzvlərinin istifadəsindədir. Həmin ev cavabdeh Birlik tərəfindən təbii qazla təmin edilir, evdə qaz sayğacı quraşdırılmış və ünvana **********00000 abonent kodu təyin edilmişdir. Cavabdeh Birliyin əməkdaşları 2017-ci ilin yanvar ayından 2023-cü ilin may ayına qədər müxtəlif aylarda həmin ünvana dair aktlar tərtib etmiş və bu aktlara əsasən iddiaçıya əlavə sərfiyyat kimi ümumilikdə əsassız olaraq 19.925,69 manat məbləğində borc hesablanmışdır. Aktlarda əsassız şəkildə iddiaçıya məxsus evdə qaz sayğacından kənar çəkilmiş xətt vasitəsilə təbii qazdan istifadə edildiyi qeyd edilmişdir. İddiaçı hesab edir ki, həmin aktl ar əsassızdır, çünki Birliyin əməkdaşları aktların tərtib edilməsi barədə nə ona, nə də onun ailə üzvlərinə məlumat verməmişlər. İddiaçıya məxsus evdə təbii qazdan qeyri-qanuni istifadə edilməmişdir. Bu səbəbdən iddiaçıya hesablanmış borc əsassız sayılaraq silinməlidir.
7. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbini etiraf etməmiş və izahatında bildirmişdir ki, 2018-ci ilin avqust ayı da daxil olmaqla dəymiş zərərlə bağlı qətnamə mövcuddur. Təbii qazdan sayğacdan kənar qoşulma vasitəsilə qeyri-qanuni istifadə etdiyi üçün hazırda mübahisələndirdiyi aktlar tərtib edilmişdir. Aktlara əlavə edilmiş fotoşəkillərdən də məlum olur ki, iddiaçıya məxsus ünvanda sayğacdan kənar qoşulma olub. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
8. Azərbayc an Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2 3/1103 nömrəli xx.xx.2024-cü il tarixli rəyinə əsasən tədqiqata təqdim edilən qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmişdir. Qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir. Tədqiqat obyektləri üzərində trasoloji zədələrin (izlərin) olub-olmamasını müəyyən etmək üçün onların səthində vizual olaraq müvafiq tədqiqatlar aparılmalıdır. Fotoşəkillərə əsasən obyektlər üzərində trasoloji tədqiqatların aparılması mümkün olmadığından qərarda qoyulmuş “(fotoşəkillərlə müqayisəli şəkildə tədqiqat aparılmaqla) qazdan qanunsuz istifadəyə xarakterik müdaxilə izi yaxud digər qanunsuz qoşulma əlamətləri (qaynaq yeri, borucuq və s.) mövcuddurmu?” su alı cavablandırılmamışdır.
9. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim - Ş.Qədirova) 2(008)-182/2025 nömrəli, 23 yanvar 2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh tərəfindən İddiaçı **********00000 saylı abunə koduna 2018-ci ilin sentyabr ayına qədər 2826.40 manat, 2018-ci ilin sentyabr ayında 115.20 manat, oktyabr ayında 57.60 manat, noyabr ayında 57.60 manat, dekabr ayında 57.60 manat, 2019-cu ilin yanvar ayında 133.20 manat, fevral ayında 133.20 manat, mart ayında 133.20 manat, aprel ayında 133.20 manat, 2020-ci ilin aprel ayında 442.80 manat, 2023-cü ilin may ayında 8812.80 manat olmaqla, cəmi hesablanmış 12.902,80 manat məbləğində borcun silinməsi, iddianın qalan hissədə rədd edilməsi, Cavabdehndən 128.71 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi, məhkəmə-trasoloji ekspertizası tədqiqatının dəyəri olan 64 manat məbləğində pulun müştərək qaydada İddiaçı və Cavabdehndən tutulması və Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə iclasında iddiaçı yalnız bir dəfə, 2020-ci ilin aprel ayında 3 ay müddətində qaz xəttinə qanunsuz qoşulduğunu etiraf etmiş, aktların tərtib olunduğu digər tarixlərdə isə qaz xəttinə qanunsuz qoşulmadığını, aktların qanunsuz olaraq, onun iştirakı olmadan tərtib edildiyini bildirmişdir.
11. Məhkəmə hesab etmişdir ki, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında hesablanmış 885.60 manat məbləğində zərərin 442.80 manatının silinməsi hissəsində iddia əsassız olduğundan rədd edilməli, 442.80 manat borc isə silinməlidir. Belə ki, dəymiş ziyanın bərpasına dair xx.xx.2020-ci il tarixli tələbnamənin surətindən görünür ki, cavabdeh tərəfindən itirilmiş qazın bərpası üçün hesabat qaz işlədicilərinin maksimal qaz sərfi müvafiq olaraq 1.2, 1.5, 1.4 m3 saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə aparılmış və cəmi 8856 m3 qaz sərfinə görə 885.60 manat dəymiş ziyan hesablanmışdır.
12. Məhkəmə hesab etmişdir ki, qaz sərfiyyatının gündəlik 24 saat hesablanması ağlabatan və inandırıcı deyildir. Odur ki, xx.xx.2020-ci il tarixli ******* saylı akta əsasən tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədə orta günlük iş rejimi 24 saat deyil, 12 saat qəbul edilməlidir. Belə olan halda, itirilmiş qazın bərpası 1.2x12x90=1296 m3, 1.5x12x90=1620 m3, 1.4x12x90=1512 m3 olmaqla, 4428 m3 hesablanmalı və həmin rəqəm Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən tənzimlənən tarifə əsasən 0.10 (on qəpik) manata vurulmaqla, cavabdehə dəymiş ziyanın məbləği müəyyən edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, xx.xx.2020-ci il tarixli ******* saylı akta əsasən cavabdehə vurulmuş ziyanın məbləği 442.80 manat təşkil edir və həmin məbləğ iddiaçıya aid edilməlidir. Həmin akt üzrə hesablanmış 442.80 (885.60-442.80) manat borcun silinməsi hissəsində isə iddia əsaslı olduğundan təmin edilməlidir.
13. Məhkəmə, aktlar əsasında digər tarixlərdə hesablanmış borclara münasibətdə qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı İddiaçı qaz xəttinə qanunsuz qoşulmaqla təbii qazdan istifadə etməsi faktı öz təsdiqini tapmamışdır. Belə ki, Azərbaycan Respub likasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2 3/1103 nömrəli xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilən qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmişdir. Qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir. Tədqiqat obyektləri üzərində trasoloji zədələrin (izlərin) olub-olmamasını müəyyən etmək üçün onların səthində vizual olaraq müvafiq tədqiqatlar aparılmalıdır. Fotoşəkillərə əsasən obyektlər üzərində trasoloji tədqiqatların aparılması mümkün olmadığından qərarda qoyulmuş “(fotoşəkillərlə müqayisəli şəkildə tədqiqat aparılmaqla) qazdan qanunsuz istifadəyə xarakterik müdaxilə izi yaxud digər qanunsuz qoşulma əlamətləri (qaynaq yeri, borucuq və s.) mövcuddurmu?” sual ı cavablandırılmamışdır.
14. Göründüyü kimi, cavabdeh tərtib olunmuş aktlar üzrə hesablanmış borc məbləğlərinin iddiaçının hüquqazidd hərəkətləri nəticəsində yaranmasını sübut edə bilməmişdir. Bununla yanaşı, məhkəmə hesab etmişdir ki, 19.925,69 manat borcun silinməsi hissəsində iddia qismən əsaslıdır. Belə ki, abonent saldosundan görünür ki, iddiaçının abunə hesabına 2018-ci ilin sentyabr ayına qədər 3586.20 manat məbləğində borc hesablanmışdır. 2018-ci ilin sentyabr ayına qədər hesablanmış 3586.20 manat borcun 759.8 manatının Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-272/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən iddiaçıdan tutulması qət edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, 2018-ci ilin sentyabr ayına qədər hesablanmış 3586.20 manat məbləğində borcdan 759.8 manat çıxılmalı, qalan 2826.40 manat borc isə silinməlidir.
15. Məhkəmə, 2018-ci ilin sentyabr ayından 2023-cü ilin may ayı daxil olmaqla (xx.xx.2020-ci il tarixli ******* saylı aktdan başqa) müddətdə tərtib olunmuş aktlar üzrə də borcun silinməsi hissəsində iddianı əsaslı hesab etmişdir. Belə ki, 2018-ci ilin sentyabr, noyabr, dekabr aylarında, 2019-cu ilin yanvar, fevral, mart, aprel aylarında iddiaçının qaz xəttinə qanunsuz qoşulması sübuta yetirilməmiş, 2018-ci ilin oktyabr ayında hesablanmış 57.60 manat borca dair isə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Ona görə də məhkəmə hesab etmişdir ki, 2018-ci ilin sentyabr ayında 115.20 manat, oktyabr ayında 57.60 manat, noyabr ayında 57.60 manat, dekabr ayında 57.60 manat olmaqla, həmin aylarda cəmi hesablanmış 288 manat, 2019-cu ilin yanvar ayında 133.20 manat, fevral ayında 133.20 manat, mart ayında 133.20 manat, aprel ayında 133.20 manat olmaqla, həmin aylarda cəmi hesablanmış 532.80 manat borc da silinməlidir.
16. Məhkəmə, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında hesablanmış 8812.80 manat borcun silinməsi hissəsində də iddianı qanuni və əsaslı hesab etmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçının barəsində təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı akt “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13.8-1ci maddəsi qüvvəyə mindikdən sonra, yəni 2023-cü ildə tərtib edilmişdir. Həmin maddənin tələbinə əsasən xx.xx.2022-ci il tarixdən sonra qaz paylayıcısı tərəfindən sayğaca müdaxilə, habelə qaz xəttinə qanunsuz qoşulma halları aşka edildikdə bu barədə akt tərtib edilməli və həmin aktın bir nüsxəsi barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsi isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Lakin cavabdeh, iddiaçının qaz xəttinə qanunsuz qoşulması ilə bağlı təqsiri müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qərarına əsasən müəyyən edilmədən, birbaşa xx.xx.2023-cü il tarixli ******* saylı akt tərtib etmiş, bu nunla da, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13.8-1-ci maddəsinin tələblərini pozmuşdur.
17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 560.1, 560.2, 560.3.5.2-ci, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-ci hissəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 1.1, 1.3, 1.4, 3.4.1, 6.5, 6.6, 6.7-ci bəndlərinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 124.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin qismən - iddia tələbinin təmi n edilməyən hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə də təmin edilməsinə dair yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, rayon məhkəməsi 7.022,89 manat məbləğində borcun silinməsi tələbinə münasibətdə iddianı təmin etməmişdir. Halbuki göstərilən borc guya qaz sərfiyyatının nəticəsində yaranmışdır. Lakin qaz paylayıcısı tərəfindən həmin ünvana qazın verilməsi dayandırılmamış, iddiaçı isə aylıq kommunal ödənişləri etməklə fasiləsiz olaraq qazla təmin olunmuşdur. Belə olan halda cavabdeh tərəfindən tərtib olunmuş akt əsasında hesablanmış borc, o cümlədən guya sərfiyyat nəticəsində yaranmış borc əsassızdır və həqiqəti əks etdirmir. İddia ərizəsinə əlavə olunmuş və cavabdeh tərəfindən təqdim edilmiş “Abonentin saldosu ”nda əks olunan məlumatlar da şübhə doğurur. Belə ki, həmin saldoda 2020-ci ilin iyun ayı üzrə ödənişlə bağlı “-3.850,6 manat” göstərilmişdir. Bu rəqəmin qarşısında “mənfi” işarəsi olsa da, həmin məbləğ aylıq borcun üzərinə əlavə edilmişdir.
20. Bundan başqa, müxtəlif aylarda göstərilmiş qaz sərfiyyatı və borcun məbləği də uyğunsuzdur. Məsələn, 2021-ci ilin dekabr ayı üçün sərfiyyat 2.684 m³ göstərilmiş və borc 671 manat təşkil etmişdir. 2021-ci ilin mart ayı üçün sərfiyyat 1.889 m³ olduğu halda borc 377,8 manat göstərilmişdir. 2022-ci ilin mart ayı üçün sərfiyyat 1.294 m³ olduğu halda borc 323,50 manat təşkil etmişdir. 2024-cü ilin mart ayı üçün sərfiyyat 1.285 m³ göstərilmiş və borc 321,25 manat olmuşdur. 2024-cü ilin yanvar ayı ilə müqayisədə isə sərfiyyat demək olar eyni olsa da (1.361 m³), borcun məbləği əhəmiyyətli dərəcədə az – 163,32 manat olmuşdur. Eyni qaydada, 2022-ci ilin yanvar ayı üzrə sərfiyyat 1.666 m³ olduğu halda borc 199,92 manat, lakin 2022-ci ilin mart ayında sərfiyyat daha az - 1.294 m³ olduğu halda borc daha yüksək – 323,5 manat göstərilmişdir. Bu isə hesablamalarda uyğunsuzluqların olduğunu göstərir.
21. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin qismən, yəni iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə təmin edilməməsinə dair yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.
22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Birliyin əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş aktlar və iş materiallarında olan digər sübutlar (fotoşəkillər, tələbnamə, abo nent saldosu, iddiaçının etirafı və s) Birliyə vurulmuş zərəri sübut edir. Birliyin əməkdaşları tərəfindən tərtib edilmiş aktların bir nüsxəsi istehlakçıya (nümayəndəsinə) təqdim edilmişdir və istehlakçının həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə olaraq əməkdaşları tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdən də açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Belə olan halda, Birlik, ona vurulmuş maddi zərərin əvəzinin tam ödənilməsini tələb etmək hüququnun olmasına, həmçinin iddiaçı tərəfindən qaz xəttinə qanunsuz qoşulmaya dair sübutların olmasına baxmayaraq, Rayon Məhkəməsi iddia tələbini qismən təmin etməklə səhv nəticəyə gəlmiş, qeyd olunan maddi hüquq normalarının tələb lərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir.
23. İş materiallarından da məlum olduğu kimi məhkəmə tərəfindən təyin edilmiş ekspertiza üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-trasoloji ekspertizasının rəyinə qeyd edilmişdir ki, tədqiqata təqdim edilən qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilmədi. Qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilmədi. Tədqiqat obyektləri üzərində trasoloji zədələrin (izlərin) olubolmamasını müəyyən etmək üçün onların səthində vizual olaraq müvafiq tədqiqatlar aparılmalıdır. Fotoşəkillərə əsasən obyektlər üzərində trasoloji tədqiqatların aparılması mümkün olmadığından qərarda qoyulmuş “(fotoşəkillərlə müqayisəli şəkil də tədqiqat aparılmaqla) qazdan qanunsuz istifadəyə xarakterik müdaxilə izi yaxud digər qanunsuz qoşulma əlamətləri (qaynaq yeri, borucuq və s.) mövcuddurmu?” sualı cavablandırılmadı.
24. Rayon məhkəməsi həm də qeyd olunan ekspert rəyinə istinad edərək iddia tələbini qismən təmin etmişdir. Bununla əlaqədar qanunvericiliyin tələblərini nəzərə alaraq bildirir ki, trasoloji ekspertiza rəyindən də məlum olduğu kimi ekspert yalnız sayğaca və sayğacın giriş-çıxış xətlərinə baxış keçirməklə rəy vermişdir. Halbuki tərəfindən təqdim olunmuş və iş materiallarına əlavə edilmiş fotoşəkillərdən məlum olur ki, sayğacdan kənar qoşulma sayğacın giriş-çıxış xəttindən yox, başqa yerdən olmuşdur. Lakin ekspert tədqiqatı iş materiallarında olan sənədlərlə müqayisəli şəkildə aparmamış, qanunsuz birləşmənin möv cud olduğu yerləri tədqiq etməmişdir. Bu səbəbdən də ekspert rəyi ilə iş materiallarında olan digər sübutlar, xüsusilə də fotoşəkillər və iddiaçının etirafı arasında kifayət qədər ziddiyyətlərin (fotoşəkillərdən açıq-aşkar görünür ki, iddiaçıya məxsus ünvanda qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur), həmçinin də ekspert rəyinin mötəbərliyi ilə bağlı kifayət qədər şübhələrin olmasına baxmayaraq məhkəmə təkrar ekspertiza təyin etməmiş, ekspert rəyini digər sübutlarla yanaşı qiymətləndirməmiş və bununla da birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan prosessual hüquq normaları ilə bağlı da pozuntuya yol verilmişdir.
25. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər - M. Məmmədov sədrlik edən və məruzəçi, F. Talışinski və A. İmanov) 2(103)-2615 /2025 nömrəli, 2 iyul 2025-ci il tarixli qətnaməsi ilə İddiaçı və Cavabdeh apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 yanvar 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir.
26. Məhkəmə kollegiyası gəldiyi nəticə ilə əlaqədar qeyd etmişdir ki, cavabdeh Birlik apellyasiya şikayətində iddiaçının qaz xəttinə daima müdaxilə etməsini etiraf etdiyini göstərmişdir.
27. Lakin iş materiallarından görünür ki, iddiaçı, məhkəmə baxışı zamanı rayon məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, o, 2020-ci ilin birinci yarısında hava soyuq olan zaman qaz xəttinə müdaxilə etmiş və 3 ay ərzində bu qaydada təbii qazdan istifadə etmişdir. Digər aylarda, o cümlədən aktlarda qeyd edilən aylarda qaz xəttinə müdaxilə etmişdir.
28. Göstərilənləri nə zərə almış Rayon Məhkəməsi hesab etmişdir ki, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında hesablanmış 885,60 manat məbləğində zərərin 442,80 manatının silinməsi hissəsində iddia əsassız olduğundan rədd edilməli, 442,80 manat borc isə silinməlidir. Belə ki, dəymiş ziyanın bərpasına dair xx.xx.2020-ci il tarixli tələbnamənin surətindən görünür ki, cavabdeh Birlik tərəfindən itirilmiş qazın bərpası üçün hesabat qaz işlədicilərinin maksimal qaz sərfi müvafiq olaraq 1.2, 1.5, 1.4 kub m/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə aparılmış və cəmi 8.856 kub metr qaz sərfinə görə 885,60 manat dəymiş ziyan hesablanmışdır. Qaz sərfiyyatının gündəlik 24 saat hesablanması ağlabatan və inandırıcı deyildir. Odur ki, xx.xx.2020-ci il tarixli akta əsasən tərtib e dilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədə orta günlük iş rejimi 24 saat deyil, 12 saat qəbul edilməlidir. Belə olan halda, itirilmiş qazın bərpası (1,2 x 12 x 90 =) 1.296 kub metr, (1,5 x 12 x 90 =) 1.620 kub metr, (1,4 x 12 x 90=) 1.512 kub metr olmaqla, 4.428 kub metr hesablanmalı və Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən tənzimlənən tarifə əsasən hər kub metr 0,10 manata olmaqla, cavabdehə dəymiş ziyanın məbləği bu qaydada, yəni 442,80 manat müəyyən edilməlidir. Həmin akt üzrə hesablanmış qalan 442,80 manat məbləğində borc isə silinməlidir.
29. Rayon məhkəməsinin müəyyən etdiyi bu hallar apellyasiya icraatı zamanı da müəyyən edildiyindən məhkəmə, rayon məhkəməsinin bu mövqeyini əsaslı hesab etmişdir.
30. Məhkəmə aktlar əsasında digər tarixlərdə hesablanmış borclara mü nasibətdə qeyd etmişdir ki, abonent saldosundan görünür ki, iddiaçının abunə hesabına 2018-ci ilin sentyabr ayına qədər 3.586,20 manat məbləğində borc hesablanmışdır. 2018-ci ilin sentyabr ayına qədər hesablanmış 3.586,20 manat borcun 759,8 manatının Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-272/2019 saylı iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən iddiaçıdan tutulması qət edilmişdir. Belə olan halda 2018-ci ilin sentyabr ayına qədər hesablanmış 3.586,20 manat məbləğində borcdan 759,8 manat çıxılmalı, qalan 2.826,40 manat borc isə silinməlidir.
31. Rayon məhkəməsi 2018-ci ilin sentyabr ayından 2023-cü ilin may ayı daxil olmaqla (xx.xx.2020-ci il tarixli ******* saylı aktdan başqa) müddətdə tərtib olunmuş aktlar üzrə də borcun silinməsini barədə iddianı əsaslı hesa b etmişdir. Belə ki, 2018-ci ilin sentyabr, noyabr, dekabr aylarında, 2019-cu ilin yanvar, fevral, mart, aprel aylarında iddiaçının qaz xəttinə qanunsuz qoşulması sübuta yetirilməmiş, 2018-ci ilin oktyabr ayında hesablanmış 57,60 manat borca dair isə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, 2018-ci ilin sentyabr ayında 115,20 manat, oktyabr ayında 57,60 manat, noyabr ayında 57,60 manat, dekabr ayında 57,60 manat olmaqla, həmin aylarda cəmi hesablanmış 288 manat, 2019-cu ilin yanvar ayında 133,20 manat, fevral ayında 133,20 manat, mart ayında 133,20 manat, aprel ayında 133,20 manat olmaqla, həmin aylarda cəmi hesablanmış 532,80 manat borc da əsaslı olaraq silinmişdir.
32. Rayon məhkəməsi xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında hesablanmış 8.812.80 manat borcun silinməsi hissəsində də iddianı qanuni və əsaslı hesab etmişdir.
33. Rayon məhkəməsinin müəyyən etdiyi bu hallar apellyasiya icraatı zamanı da müəyyən edildiyindən məhkəmə, rayon məhkəməsinin bu mövqeyini də əsaslı hesab etmişdir.
34. Rayon Məhkəməsinin araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçının barəsində təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı akt “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13.8-1-ci maddəsi qüvvəyə mindikdən sonra, yəni 2023-cü ildə tərtib edilmişdir. 35. 2Həmin maddənin tələbinə əsasən xx.xx.2022-ci il tarixdən sonra qaz paylayıcısı tərəfindən sayğaca müdaxilə, habelə qaz xəttinə qanunsuz qoşulma halları aşkar edildikdə bu barədə akt tərtib edilməli və həmin aktın bir nüsxəsi barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsi isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
36. Lakin cavabdeh, iddiaçının qaz xəttinə qanunsuz qoşulması ilə bağlı təqsiri müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qərarına əsasən müəyyən edilmədən, birbaşa xx.xx.2023-cü il tarixli ******* saylı akt tərtib etmiş, bununla da, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13.8-1 -ci maddəsinin tələblərini pozmuşdur.
37. Məhkəmə iddianın təmin edilməyən hissəsi ilə bağlı bildirmişdir ki, tələbin həmin hissəsinə aid aktları qaz sərfiyyatına əsaslanmış, qanunsuz müdaxiləyə əsaslanmamışdır. İddiaçı apellyasiya şikayətində həmin aktları şübhə altına almağa çalışsa da, abonent saldosu və aktların nəyə görə qanunsuz olmasını əsaslandıra bilməmişdir.
38. Qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərindən apellyasiya şikayətlərinin həllinə yanaşdıqda müəyyən edilir ki, apellyasiya şikayətləri əsassızdır. Rayon Məhkəməsi yuxarıda qeyd edilən nəticəyə gəlməkfə haqlı olmuşdur.
39. Məhkəmə kollegiyası gəldiyi nəticə ilə bağlı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 1096-cı maddələrinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
40. İddiaçı X1 (vəkili Vəkil1) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2615/2025 saylı xx.xx.2025-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddiasının tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
41. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, aktlarda əsassız olaraq qeyd olunur ki, İddiaçı məxsus evdə qaz sayğacından kənar çəkilmiş qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunmuşdur. Hesab edir ki, həmin aktlar əsassızdır. Çünki Birliyin əməkdaşları həmin aktların tərtib edilməsi ilə bağlı nə o, nə də ki, ailə üzvlərinə məlumat verməmişlər. Ona məxsus evdə təbii qazdan qeyri-qanuni ist ifadə edilməmişdir. Buna görə də, ona hesablanmış borc əsassız hesab edilərək silinməlidir
42. Rayon Məhkəməsi 7.022,89 manat məbləğində borcun silinməsi təmin etməmişdir. Halbuki, həmin borc guya qaz sərfinin nəticəsində yaranmışdır. Lakin qaz paylayıcı tərəfindən qazın verilməsi dayandırılmamışdır və onun tərəfindən aylıq kommunal borcları ödənilməklə həmin ünvan qazla təmin olunmuşdur. Belə olan halda, cavabdeh tərəfindən tərtib olunmuş akt əsasında borc və guya qaz sərfinin nəticəsində yaranan borc əsassızdır və həqiqəti əks etdirmir. İddia ərizəsinə əlavə edilmiş və cavabdeh tərəfindən təqdim olunmuş, “Abonentin saldosu” özündə həqiqi məlumat əks etdirdiyini şübhə doğurur. Belə ki, “Abonentin saldosunda” 2020-ci ilin iyun ayına aid ödənişlə bağlı -3.850,6 manat göstərilmişdir. Göründ üyü kimi, həmin borcu ifadə edən rəqəmin qarşısında “mənfi” işarəsi qoyulmuş, lakin həmin məbləğ aylıq borcun üstünə gəlmişdir. Bundan başqa, müxtəlif aylarda göstərilmiş qazın sərfi şübhə doğurur. Belə ki, 2021-ci ilin dekabr ayı üçün qazın sərfi 2.684 kub metr göstərilir və borcun məbləği 671 manat təşkil edir, 2021-ci ilin mart ayı üçün qazın sərfi 1.889 kub metr göstərilir və borcun məbləği 377,8 manat təşkil edir, 2022-ci ilin mart üçün qazın sərfi 1.294 kub metr göstərilir və borcun məbləği 323,50 manat təşkil edir, 2024-cü ilin mart ayı üçün qazın sərfi 1.285 kub metr göstərilir və borcun məbləği 321,25 manat təşkil edir, həmçinin 2024-cü ilin yanvar ayı ilə müqayisə edilsə, görünər ki yanvar ayında qazın sərfi demək olar eyni olsa da, sərfin məbləği əhəmiyyətli dərəcədə fərqlidir ( 1.361 kub metr olsa da borcun məbləği 163,32 manat təşkil edir), eyni qaydada 2022-ciilin yanvar ayı üçün qazın sərfi 1.666 kub metr göstərilir və borcun məbləği 199,92 manat təşkil edir, lakin 2022-ci il mart ayı üçün qazın sərfi 1.294 kub metr göstərilir və borcun məbləği 323,5 manat təşkiledir. Qeyd olunanalardan da göründüyü kimi sərf olunmuş qaza 12902,80 manat borc şişirdilmişdir. Ona görə də iddiası tam təmin olunmalı və borc silinməlidir.
43. Məhkəmə təqdim etdikləri sübutlara əhəmiyyət verməmişdir. Hesab edir ki, qətnamə prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır.
44. Kassasiya şikayəti Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1, Azərbaycan Respublikasının MPM-in 14.2, 76.1-ci maddələrinə istinad edilməklə əsaslandırılmışdır
45. Cavabdeh (vəkili - Vəkil2) k assasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli 2(103)2615/2025 saylı qətnamənin iddia tələbinin təmin olunmuş (mübahisələndirilən) hissəsində ləğv edilməsini, mülki işin iddia tələbinin təmin olunan hissəsində yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir.
46. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, abonent saldosundan da göründüyü kimi iddiaçı barədə 2011-ci ilin mart ayından 2023-cü ilin may ayınadək olan müddət ərzində 24 akt tərtib edilmişdir. İddiaçının təbii qazdan qanunsuz istifadə etmiş olması ilə bağlı barəsində müvafiq aktlar tərtib edilmişdir. Yuxarıda göstərilən illərdə iddiaçı tərəfindən yol verilən qanun pozuntusu faktı, iddiaçının fərdi y aşayış evini təbii qazla təmin edən qaz xəttinin giriş və çıxış xətlərini rezin və ya dəmir şlanqla özbaşına birləşdirməklə özünə məxsus fərdi yaşayış evinə qanunsuz qaz xətti çəkməkdə təcəssüm etdirmişdir.
47. İddiaçı tərəf təbii qazdan qanunsuz istifadə etdiyini etiraf etmiş və bundan başqa abonent saldosuna baxdıqda aydın görmək olar ki iddiaçı 2020-ci ilin may ayından 2025-ci ilin sentyabr ayınadək sayğac göstəricilərinə əsasən ümumilikdə 6764,49 manat məbləğində təbii qazdan istifadə etmiş lakin bunun müqabilində heç bir manat belə ödəniş etməmişdir. Bu hal özlüyündə istehlakçının niyyətini özündə ehtiva edir. Belə ki istehlakçı təbii qazdan qanunsuz yolla istifadə edir, daha sonra hesablanmış zərərin silinməsi tələbi ilə məhkəməyə müraciət edərək, yəni məhkəmə müdafiəsindən sui-ist ifadə edərək silinməsini tələb edir. Bütün bunlar istehlakçının yəni iddiaçının ödəniş etmədən təbii qazdan istifadə etməsi niyyətini aydın göstərir. Bunun nəticəsində iddiaçı tərəfindən Cavabdeh İB-yə vurulmuş ümumi maddi zərərə münasibətdə iddianın həlli zamanı birinci instansiya məhkəməsi düzgün qənaətə gəlməmiş, qanuni və əsaslı olmayan yekun məhkəmə aktı qəbul etmişdir. Bakı Apellyasiya Məhkəməsi isə öz mövqeyində birinci instansiya məhkəməsi qətnaməsinin (iddianın təmin edilmiş hissəsinə münasibətdə) qanuni və əsaslı olmadığını müəyyən edə bilməmişdir.
48. İddiaçı tərəfin yaşadığı ünvanda təbii qazdan qeyri-qanuni istifadə etmiş olması onun ünvanında çəkilmiş fotoşəkillərlə tam təsdiqini tapır, həmçinin iddiaçı özü bunu etiraf edir. Belə ki, işə əlavə edilmiş fotoşəkillərdən və qətna mədən müəyyən olunur ki, İddiaçı tərəf fərdi yaşayış evinin həyət qapısı yaxınlığında «qaz xəttinin giriş və çıxış xətlərini rezin və ya dəmir şlanqla özbaşına birləşdirməklə» özünə məxsus fərdi yaşayış evinə qanunsuz qaz xətti çəkmişdir.İşə baxmış məhkəmələr tərəfindən mülki iş materiallarında olan aktlara, fotoşəkillərə, qətnaməyə həmçinin faktiki istifadə edilən qaz cihazlarına istinad olunmamış, iş üzrə sübut əhəmiyyətinə malik olub-olmamasına hüquqi qiymət verilməmiş və qəbul edilməməsinin səbəbləri yekun məhkəmə aktında əsaslı şəkildə göstərilməmişdir
49. İşə baxmış məhkəmələr tərəfindən mülki iş materiallarına əlavə edilmiş abonent saldosuna istinad olunmamış, 2020-2025ci illər tarixində təbii qazdan istifadəyə görə ödənişlərin aparılmaması araşdırılmamışdır.
50. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386, 443.1, 448.2,1096.1,1096.2 və1097.1-ci maddələrinə, “Qaz təchizatı haqqında” Qanunun 6.2 və 22-ci maddələrinə, “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinə, Azərbaycan Respublikası MPM-in 14.2, 76, 77, 88-ci madddələrinə də istinad edilərək əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
51. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
52. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
53. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
54. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Hüquq münasibətinin yarandığı vaxt qüvvədə olmuş “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu
55. Maddə 13. 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sa yğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
56. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
57. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
58. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam b axdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
59. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
60. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
61. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
62. Maddə 416.2. Apellya siya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
63. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
64. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
65. Qanunun tələbi nə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
66. Kassasiya şikayətlərinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
67. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
68. Kassasiya şikayətlərinin bir sıra dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
69. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutları araşdırmış, onlara, habelə kassasiya şikayətlərinin dəlillərində göstərilən hüquqi hallara mülki prosessual normalara əsasə n hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
70. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
71. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
72. Göstərilənlərə əsasən və Azərbaycan Respublik ası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Cavabdeh İB tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2615/2025 nömrəli, 2 iyul 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.