Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3685/2023 04.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Şükürova Firəngiz Fuad qızına qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: öhdəliyin üçüncü şəxs tərəfindən icrası, sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 aprel 2023-cü il tarixli, 2(103)2038/2023 nömrəli qətnaməsindən iddiaçı, cavabdeh və üçüncü şəxs tərəfindən ayrıayrılıqda veril miş kassasiya şikayətləri üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. 18 aprel 2012-ci il tarixli müqavilə ilə Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Əzizbəyov (Hüseyn Cavid) prospekti, 5 nömrəli binada yerləşən 14 saylı mənzili 60000 manata almışdır. Həmin mənzilin dəyərinin 15000 manatı alıcının özü tərəfindən, 45000 manatı isə "xxxx" ASC tərəfindən Cavabdeh 17 aprel 2012-ci il tarixli kredit müqaviləsi əsasında verilmiş kredit vəsaiti hesabına ödənilmişdir. Mənzil üzərində Cavabdeh mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
2. İddiaçı və Cavabdeh bacısı Şükürova (Ağayeva) Firəngiz Fuad qızı 27 iyun 2006-cı il tarixdə nikaha daxil olmuş, nikahları Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli qətnaməsi ilə ləğv edilmişdir.
3. İddiaçı ailəsi ilə birlikdə Cavabdeh mülkiyyətində olan həmin mənzildə yaşamış, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 iyun 2022-ci il qətnaməsi ilə Cavabdeh iddiası təmin edilərək, İddiaçı mənzildən çıxarılması qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 62000 manat məbləğinin alınaraq iddiaçıya verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehin bacısı X3 ilə ailə qurmuş və onlar əvvəlcə Bakı şəhəri, Yasamal rayonu, Haqverdiyev küçəsində yerləşən evdə yaşamışlar. Sonradan ailələri böyüdüyünə görə ipoteka yolu ilə ev almaq qərarına gəlmiş, yaşamış olduqları evi 52000 manata satmış, 2012-ci ilin aprel ayında təxminən 87000 manata ipoteka yolu ilə ev almışlar. Həmin dövrdə münasibətləri normal olduğuna və cavabdehin yüksək əmək haqqısı olduğuna görə ev ipoteka yolu ilə sonuncunun adına sənədləşdirilmişdir. 2012-ci ilin may ayından etibarən 2021-ci ilin aprel ayına kimi bütün ödəmələr iddiaçı tərəfindən həyata keçirilmişdir. Hazırda iddiaçı mənzillə bağlı çəkdiyi, xərclədiyi vəsaiti tələb edir.
6. Cavabdeh birinci instansiya məhkəməsində iddia ərizəsinə etiraz təqdim edərək göstərmişdir ki, cavabdehin atasına məxsus Bakı şəhəri, Yasamal rayonu, Haqverdiyev küçəsi, ev 7, 4 saylı mənzil İddiaçı vasitəsilə 52000 manata satılmış, cavabdeh əldə edilmiş 16620 manat pul məbləğini mənims əmişdir. Cavabdehin mülkiyyətində olan mənzil 60000 manata qiymətləndirilmiş, cavabdeh 45000 manata ipoteka krediti götürmüş və 25 il müddətində hər ay 347,32 manat olmaqla 2037-ci ilədək kredit ödəməlidir. Bundan başqa, cavabdehin əmisi vəfat edəndən sonra ikiotaqlı mənzili 03 iyun 2013-cü ildə 51678 manata İddiaçı vasitəsilə satılmışdır. İddiaçı mənzilin pulundan 20000 manat götürmüş və qaytarmamışdır.
7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 2(004)3304/2022 nömrəli qətnaməsi ilə (hakim O.Q.Məmmədli) iddia qismən təmin edilərək, Cavabdeh 12314,88 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının təqdim etdiyi qəbzlərin ar asında olan iki qəbzdəki – 1130 manat və 15000 manat məbləğində ödənişlərlə bağlı olan qəbzlərdəki imza Cavabdeh, 4 qəbzdəki – 05 mart 2015-ci il, 05 may 2015-ci il, 05 iyun 2015-ci il və 14 oktyabr 2015-ci il tarixli qəbzlərdəki imzalar X2 məxsusdur. Bu hal iddiaçının özü tərəfindən də təsdiqlənmişdir. 11 qəbzdəki imzalar naməlum insanlar tərəfindən imzalanmışdır. Belə ki, bu qəbzlərdən 9-u Cavabdeh, 2-i isə kimliyi məlum olmayan şəxslərin adınadır. 16 qəbz hökumət ödəniş portalından imzası olmayan mədaxil qəbzləridir. 6 qəbz məhkəmə iclasında dindirilmiş şahidlər tərəfindən edilmiş ödənişlərlə bağlıdır. Bu qəbzlərdən 4-ü cəmi 1393,31 manat olmaqla ipoteka ödənişi, 2-i cəmi 337,45 manat olmaqla isə sığorta ödənişi ilə bağlıdır. 57 qəbzdəki imza İddiaçı məxsusdur, ipoteka ödənişləri ilə bağlıdır və cəmi 21866,39 manat təşkil edir. 17 qəbzdəki imza da həmçinin İddiaçı məxsusdur, həmin qəbzlər sığorta ödənişləri ilə bağlıdır və cəmi 1032,02 manat təşkil edir. İddiaçı tərəfindən ödənilmiş məbləğ 21866,39 manat ipoteka ödənişləri, 1032,02 manat sığorta ödənişləri, məhkəmə iclasında dindirilmiş şahidlər tərəfindən ödənilmiş məbləğ 1393,91 manat ipoteka ödənişləri, 337,45 manat sığorta ödənişləri olmaqla, cəmi 24629,77 manat təşkil edir.
9. Məhkəmə hesab etmişdir ki, iddiaçının reqress hüququ yarandığından, iddia tələbi qismən əsaslıdır və həmin hissədə təmin edilməlidir. Belə ki, Şahid Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Əzizbəyov prospekti, 5 nömrəli bina yerləşən 14 saylı mənzilə görə 21866,39 manat ipoteka ödənişləri, 1032,02 manat sığorta ödənişləri, m əhkəmə iclasında dindirilmiş şahidlər tərəfindən ödənilmiş 1393,91 manat ipoteka ödənişləri, 337,45 manat sığorta ödənişləri olmaqla, cəmi 24629,77 manatı ödəmişdir.
10. Birinci instansiya məhkəməsi həmçinin müəyyən etmişdir ki, İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 mübahisəli mənzil alınan zaman ər-arvad kimi birgə yaşamış, ümumi təsərrüfat aparmışlar. Göründüyü kimi ipoteka predmeti olan mənzil alınan zaman və həmin mənzilə görə iddiaçı tərəfindən bütün ödənişlər edilən dövr onların birgə nikah müddətinə təsadüf edir. Nikah müddəti dedikdə, ər-arvadın birgə yaşadığı, ümumi təsərrüfat apardığı dövr başa düşülməlidir. Belə olduğu halda, yuxarıda göstərilənlər nəzərə alınmaqla məhkəmə hesab etmişdir ki, İddiaçı tərəfindən Cavabdeh adına rəsmiləşən mənzilə görə ipoteka borc u və mənzil sığortasına görə müəyyən olunmuş ödənişlərin məbləğinin (24629,77 manat) 1/2 hissəsi (12314,88 manat) cavabdehdən alınıb iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin olunmamalıdır.
11. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 389.1, 431.1, 431.2, 431.3-cü; Ailə Məcəlləsinin 32.1, 31.1, 32.2.2, 37.1-ci; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4, 216-220-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
12. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 2(004)-3304/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegi yasının 26 aprel 2023-cü il tarixli, 2(103)-2038/2023 nömrəli qətnaməsi ilə (hakim X.Ə.Sarıyevin sədrliyi və məruzəsi ilə, hakimlər F.V.Abdıyevdən və F.H.Qasımovdan ibarət tərkibdə) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 2(004)-3304/2022 nömrəli qətnaməsi Cavabdeh 12314,88 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməsi hissəsində dəyişdirilərək, Cavabdeh 26153,52 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı xeyrinə ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmə iddiaçının cavabdehə qarşı reqress qaydada tələb etmək hüququnun yaranması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları nda olan qəbzlərdən aydın olur ki, cavabdehin mülkiyyətində olan mənzilə görə iddiaçı tərəfindən müəyyən məbləğdə ödənişlər edilmişdir. Həmçinin, işin hallarından müəyyən olunur ki, İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 mübahisəli mənzil alınan zaman ər-arvad kimi birgə yaşamış, ipoteka predmeti olan mənzil alınan zaman və həmin mənzilə görə iddiaçı tərəfindən ödənişlər edilən dövr onların birgə nikah müddətinə təsadüf edir və bu hal iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Buna görə də, apellyasiya instansiyası məhkəməsi İddiaçı tərəfindən Cavabdeh adına rəsmiləşdirilən mənzilə görə müəyyən olunmuş ödənişlərin məbləğinin 1/2 hissəsinin cavabdehdən tutulub iddiaçıya ödənilməli olması ilə bağlı da rayon məhkəməsinin mövqeyi ilə razılaşmışdır.
15. Lakin, apellyasiya m əhkəməsi iddiaçı tərəfindən ödənilən və cavabdehdən tutulmalı olan məbləğlə bağlı məhkəmənin gəldiyi nəticəni əsaslı hesab etməmiş və göstərmişdir ki, rayon məhkəməsi iddiaçı tərəfindən təqdim olunmuş qəbzlərdən yalnız iddiaçının imzası olan 57 qəbzə əsasən ipoteka ödənişi ilə bağlı olan 21866,39 manat və yenə iddiaçıya məxsus imza ilə, sığorta ödənişi ilə bağlı olan 1032,02 manatı, həmçinin məhkəmə iclasında dindirilmiş şahidlər tərəfindən ödənilmiş 1393,91 manat ipoteka ödənişləri, 337,45 manat sığorta ödənişləri olmaqla, cəmi 24629,77 manat məbləğində ödənişi iddiaçı tərəfindən ödənilmiş hesab etməklə iddianı da məhz həmin məbləğin 1/2 hissəsi həcmində təmin etmişdir.
16. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, rayon məhkəməsi tərəfindən nəzərə alınmamış, naməlum insanlar tərəfindən imzalanmış 11 qəbz və hökumət ödəniş portalından imzası olmayan 16 ədəd mədaxil qəbzləri də nəzərə alınmaqla həmin qəbzlər üzrə ödənişlər iddiaçı tərəfindən edilmiş ödənişlərə hesablanmalıdır. Belə ki, həmin qəbzlər məhkəməyə iddiaçı tərəfindən təqdim edilmiş, iddiaçı işdə olduğuna görə ödənişləri müxtəlif vaxtlarda iş yoldaşları vasitəsilə yerinə yetirdiyini bildirmiş, cavabdeh həmin qəbzləri iddiaçının evdən oğurladığını bildirsə də, bununla bağlı hər hansı mötəbər sübut təqdim etməmiş, digər qəbzlər kimi, qeyd olunan qəbzləri də iddiaçı təqdim etmişdir. Qeyd olunanlara əsasən, iddiaçının təqdim etdiyi naməlum insanlar tərəfindən imzalanmış 11 qəbz (3766,71 manat) və hökumət ödəniş portalından imzası olmayan 16 ədəd mədaxil qəbzləri (3910,56 manat) üzrə ödənişlər də nəzərə alı nmaqla, cəmi 7677,27 manat ödəniş, əksi sübut edilmədiyinə görə onun tərəfindən edilmiş ödənişlər hesab edilməli və cavabdehdən tutulmalı məbləğə hesablanmalıdır.
17. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçı mübahisə predmeti olan mənzilə görə 20000 manatı əlbəəl nağd şəkildə ödədiyini qeyd etmiş, həmin vaxt mənzilin mülkiyyətçisi olan Şahid məhkəmədə şahid kimi izahatı alınan zaman bunu təsdiq edərək bildirmişdir ki, Elnur ona 60000 manat bank vasitəsi ilə, 20000 manat nağd şəkildə ödəmişdir. Evi ümumi 80000 manata satmışdır. 20000 manat ona lazım olduğu üçün belə danışmışlar və Elnur nağd şəkildə ona 20000 manat ödəmişdir. Pulu ona Elnur vermiş və başqa heç kəsdən pul almamışdır. Həmçinin evin 80000 manata alınmasını, 20000 manatın Elnur tərəfindən evin mülki yyətçisinə verilməsini məhkəmədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 izahatında qeyd etmişdir.
18. Apellyasiya məhkəməsi müstəqil tələb irəli sürməyən üçüncü şəxsin 20000 manatın iddiaçıya bacısı tərəfindən verilməsini və sonuncunun həmin pulu ödəməsi ilə bağlı izahatına işdə olan tədqiq edilmiş digər sübutlarla birlikdə qiymət verərək hesab etmişdir ki, qeyd olunan hal məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə olan halda, iddiaçı tərəfindən nağd şəkildə ödənilmiş 20000 manat pul vəsaiti də cavabdehdən tutulmalı olan məbləğə hesablanmalıdır.
19. Apellyasiya instansiyası məhkəməsi iddiaçının mənzilə görə 5000-7000 manat beh verilməsini ilə bağlı dəlilini əsassız hesab edərək qeyd etmişdir ki, onun bu dəlili tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Kassasi ya şikayətinin və ona etirazın dəlilləri
20. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 aprel 2023-cü il tarixli, 2(103)-2038/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 77, 88, 217.1, 217.3, 217.4-cü maddələrinin tələbləri pozulmuşdur. İddiaçı mənzilin dəyərinin onun tərəfindən ödənilməsi barədə sübutları təqdim etsə də, apellyasiya məhkəməsi iddianın təmin olunmayan hissəsini əsaslandırmamışdır. Həmçinin məhkəmənin qeyd olunan vəsaitin birgə nikah dövründə əldə olunmuş vəsait olmaqla, onun yarısının iddiaçının xeyrinə tutulması da əsassız o lmuşdur. Belə ki, cavabdeh tərəfin belə tələbi olmadığı halda, məhkəmə iddiadan kənara çıxmışdır.
22. Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 aprel 2023-cü il tarixli, 2(103)-2038/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
23. Həmin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 225.1, 385, 386-cı, Ailə Məcəlləsinin 31, 32-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1., 217-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, cavabdeh və üçüncü şəxs vərəsəlik qaydasında 2 mənzil əldə etdiklərindən, mübahisəli mənzil birgə nikah dövründə əldə edilmiş sayılmam alıdır. Qətnamədə qeyd edilən 20000 manatın iddiaçı tərəfindən ödənilməsi absurddur. Bu qətnamə ilə iddiaçının cavabdehlərin hesabına əsassız varlanmasına yol açılır. Məhkəmə təqdim olunan sübutlar düzgün qiymət verməmiş, işin hallarını tam müəyyən etməmişdir.
24. Həmçinin, üçüncü şəxs Şükürova Firəngiz Fuad qızı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 aprel 2023-cü il tarixli, 2(103)2038/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
25. Üçüncü şəxsin kassasiya şikayəti cavabdehin kassasiya şikayətinə uyğun dəlillərlə əsaslandırılmışdır.
26. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uy ğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
27. Cavabdeh və üçüncü şəxs Şükürova Firəngiz Fuad qızı İddiaçı kassasiya şikayətinə etiraz verərək, təmin edilməməsini xahiş etmişdir. Etiraz onunla kassasiya şikayətinin dəlillərinə uyğun işin faktiki halları ilə əsaslandırılmış, etirazda maddi və prosessual hüquq normalarına istinad olunmamışdır.
28. Cavabdehin və üçüncü şəxsin kassasiya şikayətlərinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
29. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüq uq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
30. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tərəflərlə qarşılıqlı olaraq iddianın təmin olunan və təmin olunmayan hissələrində mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
31. Azərbaycan Respubl ikası Mülki Məcəlləsinin: 431.1-ci maddəsinə əsasən borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. 431.3-cü maddəsinə əsasən əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir.
32. Azərbaycan Respublikası Ailə Məc əlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimi n adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.
33. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onl ara qiymət vermir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının hazırki kassasiya şikayətinin dəlilləri ilə oxşar olan apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparmış, iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verərək yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsi tərəfindən sübutların qiymət ləndirilməsi ilə bağlı prosessual hüquq normaların pozulması müəyyən olunmur.
36. İddiaçının kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi əsaslı olaraq cavabdehin mülkiyyətində olan mənzilə görə iddiaçı tərəfindən ödənilməsi sübut olunan məbləğin ½ hissəsinin tutulmasını qət etmişdir. Belə ki, həmin vəsaitin iddiaçı ilə cavabdehin birgə nikah dövründə əldə edilməklə, birgə vəsait olması prezumpsiyası var. Həmçinin iddiaçı ilə üçüncü şəxsin nikah münasibətlərinin pozulması işin mübahisəsiz halıdır. Belə olduğu halda, iddiaçının yalnız vəsaitin onun payına aid hissədə tələb etməyə subyektiv hüququ olmuş və məhkəmə iddianı qeyd olunan qaydada qismən təmin etməklə, tələbdən kənara çıxmamışdır.
37. Belə ki, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Re spublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
38. Cavabdeh və üçüncü şəxsin kassasiya şikayətlərinin dəlilləri üzrə məhkəmə kollegiyası qeyd edir ki, onlar tərəfindən iddianı qismən təmin edən rayon məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilməmişdir. Yəni, cavabdeh tərəf mənzilin dəyərinin bir hissəsinin iddiaçının vəsaiti hesabına ödənilməsini qəbul etmişlər. Odur ki, cavabdehlər tərəfindən mübahisələndirilə biləcək məsələ yalnız ödənilmiş vəsaitin məbləğidir ki, bunun həlli sübutetmədən və sübutların qiymətləndirilməsindən asılıdır.
39. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
40. Sübutların mahiyyətinə qiymətin verilməməsi, işin hallarının düzgün müəyyən edilməməsi ilə bağlı hər üç kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bunda n ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
41. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiy ası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı, Cavabdeh və üçüncü şəxs Şükürova Firəngiz Fuad qızı tərəfindən ayrıayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 aprel 2023-cü il tarixli, 2(103)-2038/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.