Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3685/2025 22.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: pul tələbinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 13 avqust 2025-ci il tarixli, 2(103)2802/2025 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 22 yanvar 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Nər imanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin 01 iyun 2024cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərarının surətindən görünür ki, İddiaçı yazmış olduğu ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, ona baş vermiş hadisə ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı (bundan sonra- iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 17.000 manatın tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, o Cavabdeh1 ilə 2021-ci il tarixdə rə fiqəsi Cavabdeh2 və onun tanışı Cavabdeh3 vasitəsi ilə tanış olmuşdur. Cavabdeh1 Azərbaycanda kriptovalyuta satışı ilə məşğul olan Şirkətdə alqı-satqı mütəxəssisi kimi işlədiyini, minlərlə insanlara pul qazandırdığını və onu da həmin Şirkətdə işlə təmin edəcəyini bildirmişdir. 2021-ci il avqust ayında rəfiqəsi Samirə gilə qonaq getmiş və orada Cavabdeh3 ilə görüşmüşdür. Həmin gün söhbət zamanı Cavabdeh3 bildirmişdir ki, rəfiqəsi Cavabdeh1 “Maserati” markalı avtomobil almaq istəyir, lakin 10.000 ABŞ dolları çatmır və ona həmin məbləği kim verərsə həmin şəxsə 3 ay sonra Kəmalə 15.000 ABŞ dolları verəcəkdir. Həmin günü o, Cavabdeh1 ilə telefonla əlaqə saxlamış və o, ona Cavabdeh3 ona dediklərini təsdiqləmiş və ondan 3 ay müddətinə geri qaytarmaq şərtilə 10.000 ABŞ dolları istədi və bunun qarş ılığında onu işlə təmin edəcəyini və əlavə olaraq ona kriptovalyuta verəcəyini bildirdi. Bundan başqa, ona bildirdi ki, Şirkət iflas etdiyi təqdirdə belə ona pulu geri qaytaracaqdır. Həmçinin kart hesabı olmadığını və həmin 10.000 ABŞ dollarını ya Cavabdeh2, ya da Cavabdeh3 kartına göndərməyini bildirdi. O, isə ev almaq məqsədilə avtomobilini satmışdır, lakin ilkin ödəniş üçün kifayət qədər vəsaiti yox idi, bunun üçün düşündü ki, 3 ay çox da uzun müddət deyil, həmin müddət ərzində Kəmalə ona pulu qaytarar və o da ilkin ödəniş edib ev alar. xx.xx.2021-ci il tarixdə 10.000 ABŞ dolları ekvivalentinə uyğun olaraq, 17.000 manatı Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən "xxxx" ASC aid bankomatdan Cavabdeh2 daha yaxından tanıdığı üçün onun kartına göndərmiş, Cavabdeh2 isə həmin pulu Cavab deh3 kart hesabına göndərmiş, daha sonra sonuncu Cavabdeh1 pulu təhvil vermişdir. Pulu təhvil aldıqdan sonra Cavabdeh1 ilə əlaqə saxlamış və o, ona 2021-ci ilin dekabr ayında pulu geri qaytaracağını bildirdi. 2021-ci ilin dekabr ayında cavabdehdən ona olan 17.000 manat borcunu istədikdə hər ay müxtəlif bəhanələr gətirərək (anasının ölümü, hazırda pulunun olmaması və s.) pulu geri qaytarmadı. O, aldandığını başa düşmüş ilkin olaraq Bakı şəhər, Nərimanov rayon Polis İdarəsinin 16-cı PŞ şikayət ərizəsi ilə müraciət etmiş və toplanmış materialda cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilərək, ona məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir.
4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim N.Cəfərli) 2(008)-5693/2024 nömrəli, 4 dekabr 2024-cü il tarixli qətnaməsi ilə id dia qismən təmin edilərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 17.000 manatın və ödənilmiş dövlət rüsumuna görə 141 manatın tutularaq iddiaçıya ödənilməsi və iddianın Cavabdeh1 münasibətdə təmin edilməməsi qət edilmişdir.
5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 izahatlarından məlum olur ki, iddiaçıya pul göndərmək məqsədi ilə ilk öncə Cavabdeh2 17.000 manat göndərmiş, daha sonra isə Cavabdeh2 sözügedən məbləğdə olan pul vəsaitini isə digər cavabdehə Cavabdeh3 göndərmişdir.
6. İddiaçı və məhkəmə iclasında iştirak edən cavabdehlər sözügedən pulun məhkəmə iclaslarında iştirak edən cavabdehlərə göndərilmə səbəbini həmin pul məbləğinin Cavabdeh1 iddiaçıdan borca pul istəməyi ilə izah etmiş olsa da, bu halı təsdiq edəcək möhtəbər sübut ları məhkəməyə təqdim edə bilməmiş, həmçinin Cavabdeh3 da ona göndərilmiş pul məbləğinin Cavabdeh1 göndərmiş olduğunu bildirsə də bu halı təsdiq edə bilməmişdir.
7. Həmçinin məhkəmə iclasında iştirak edən Cavabdeh3 izhatında bildirmişdir ki, o pulu Cavabdeh1 deyil, onun həyat yoldaşına göndərmişdir. Belə olan halda məhkəmə qeyd etmişdir ki, iddia qismən yalnız cavabdehlər Cavabdeh2 və Cavabdeh3 münasibətdə təmin edilməlidir.
8. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443-cü, 445-ci, 448-ci, 739.1-ci, 740.1-ci, habelə MPM-nin 107, 119.1, 121.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsin in qətnaməsinin onlara aid hissədə ləğv edilərək, həmin hissədə iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə öhdəliyin yaranma əsasını dəqiq müəyyən etməmiş, iddiaçının deməsinə əsasən, heç bir faktiki əsas olmadan tərəflər arasında borc münasibətinin yaranması qənaətinə gəlmişdir. Halbuki, iddia ərizəsinin məzmunundan da görünür ki, əgər bu münasibət borc kimi qiymətləndirilə bilərsə, o zaman borc münasibəti iddiaçı ilə Cavabdeh1 arasında yaranmış münasibətdir. Başqa sözlə Aygün Samirəyə və Günelə deyil, Kəmaləyə borc vermişdir. Pulun Samirə və Günel vasitəsilə verilməsi iddiaçı ilə onlar arasında hər hansı bir öhdəliyin yaranmasına səbəb olmur. Əslində isə, bu iddiaçının öz riski ilə əhatə ol unan sahibkarlıq fəaliyyətidir. Cavabdeh2 və Cavabdeh3 digər Cavabdeh1 "xxxx" Şirkətinin Sumqayıt nümayəndəsinin işçisi kimi tanıyıblar. "xxxx" Şirkəti kriptovalyuta satışı əsasında gəlir əldə etmək imkanı verən Şirkət olmuş, Kəmalə əvvəlcə Güneli bu işə cəlb etmiş, Günel ilk dəfə 100 ABŞ dolları məbləğində kriptovalyuta almış, onun satışından 50 ABŞ dolları qazanmış, daha sonra müxtəlif məbləğlərdə kriptovalyuta almış və qazanc əldə etmişdir. Aygün Kəmaləni də tanımış və aralarında münasibət yaranmışdır. "xxxx" Şirkəti 50.000 ABŞ dolları satış həyata keçirənə 13.000 manat dəyərində avtomobil hədiyyə olunacağı barədə kompaniya başlatmış, daha çox satışlar edən Kəmalə 50.000 dəyərində satış etməyə ən real namizəd kimi vatsap qrupunda hamıdan xahiş etmişdir ki, maşın udmaq üçün ona köməklik göstərsinlər. Belə ki, onun 10.000 ABŞ dolları məbləğində satış etməsinə ehtiyacı olmuşdur ki, 50.000 ABŞ dolları limiti tamamlasın. Kəmalə vəd etmişdir ki, 50.000 ABŞ dolları satış əldə edib maşını udacağı təqdirdə ona 10.000 ABŞ dolları kömək edən şəxsə həmin 10.000 ABŞ dolları alınıb satılan kriptovalyutanın satışından əldə olunan gəliri verəcəkdir. Bu gəlirin 5000 ABŞ dolları olması proqnozlaşdırılmışdır. Həmin məbləğin 6000 ABŞ dollarını Aygün, 4000 ABŞ dollarını isə Samirə düzəldərək Kəmaləyə göndərmişlər. Beləliklə, Aygün Samirəyə 6000 ABŞ dolları göndərmiş, Samirə isə Günelə 10000 ABŞ dolları məbləğində, cəmi 17.000 manat pulu kartla göndərmiş, Günel isə, həmin pulu Kəmaləyə göndərmişdir. Daha doğrusu Kəmalənin sözünə əsasən, onun həyat yoldaşının kartına göndərmişdir. Bundan bir m üddət sonra "xxxx" Şirkəti barəsində cinayət işi açılmış və rəhbəri Xəyal Yəhyayev həbs olunmuşdur. Təbii ki, bununla da nə avtomobil udulmuş, nə hansısa qazanc əldə edilmiş, nə də 17.000 manat geri qaytarılmışdır. Onun pulu birbaşa Kəmaləyə deyil, Samirə və Günel vasitəsilə göndərməsi Kəmaləni sonuncular vasitəsilə tanıması və bununla bir növ özünü sığortalaması məqsədi güdmüşdür. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir.
11. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103 )-2802/2025 nömrəli, 13 avqust 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər-S.Bəhrəmzadə (sədrlik edən, məruzəçi), V.Sadıqov və X.Mərdanova) cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5693/2024 nömrəli, 4 dekabr 2024-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia qismən təmin edilmiş, Cavabdeh1 17.000 manatın iddiaçının xeyrinə tutulması və iddia tələbinin cavabdehlər Cavabdeh2 və Cavabdeh3 münasibətdə təmin edilməməsi qət edilmişdir.
12. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı işin faktiki hallarına əsasən Cavabdeh2 və Cavabdeh3 digər Cavabdeh1 "xxxx" Şirkətinin Sumqayıt nümayəndəsinin işçisi kimi tanıyıblar. "xxxx" Şirkəti kriptovalyuta satışı əsasın da gəlir əldə etmək imkanı verən Şirkət olmuş, Kəmalə əvvəlcə Güneli bu işə cəlb etmiş, Günel ilk dəfə 100 ABŞ dolları kriptovalyuta almış, onun satışından 50.000 ABŞ dolları qazanmış, daha sonra müxtəlif məbləğlərdə kriptovalyuta almış və qazanc əldə etmişdir. Bu barədə rəfiqəsi Samirəyə məlumat vermiş, Samirə də müxtəlif məbləğlərdə kriptovalyuta alaraq satmaqla qazanc əldə etmişdir. Samirə də öz növbəsində rəfiqəsi olan iddiaçıya bu barədə məlumat vermişdir. Bu prosesdə Aygün Kəmaləni də tanımış və aralarında münasibət yaranmışdır. "xxxx" Şirkəti 50.000 ABŞ dolları məbləğində satış həyata keçirənə 13.000 manat dəyərində avtomobil hədiyyə olunacağı barədə kompaniya başlatmış, daha çox satışlar edən Kəmalə 50.000 ABŞ dolları dəyərində satış etməyə ən real namizəd kimi “whatsapp” qrupunda hamıdan xahiş etmişdir ki, maşın udmaq üçün ona köməklik göstərsinlər. Belə ki, onun 10.000 ABŞ dolları satış etməsinə ehtiyacı olmuşdur ki, 50.000 ABŞ dolları məbləğində limiti tamamlasın. Kəmalə vəd etmişdir ki, 50.000 ABŞ dolları satış əldə edib maşını udacağı təqdirdə ona 10.000 ABŞ dolları kömək edən şəxsə həmin 10.000 ABŞ dolları alınıb satılan kriptovalyutanın satışından əldə olunan gəliri verəcəkdir. Həmin məbləğin 6.000 ABŞ dollarını Aygün, 4000 ABŞ dollarını isə Samirə düzəldərək Kəmaləyə göndərmişlər. Samirə 4.000 ABŞ dollarını öz pulu kimi yox rəfiqəsi Aygünün pulu kimi təqdim etmişdir. Beləliklə, Aygün Samirəyə 6.000 ABŞ dolları göndərmiş, Samirə isə Günelə 10.000 ABŞ dolları, yəni 17000 manat məbləğində pulu kartla göndərmiş, Günel isə, həmin pulu Kəmaləyə göndərmişdir. Daha doğrusu Kəmalənin sözünə əsasən, onun həyat yoldaşının kartına göndərmişdir.
13. Yuxarıda qeyd edilənlər Cavabdeh1 məhkəmə iclas zalında verdiyi izahatları ilə də təsdiq olunur.
14. Göründüyü kimi, iddiaçı tərəfindən verilən 17.000 manat pul dolayısı ilə Cavabdeh1 çatmış, lakin iddiaçıya geri qaytarılmamışdır.
15. Cavabdeh1 isə verdiyi izahatında həmin 17.000 manat məbləğində pulun həyat yoldaşı İlhamın kartına köçürülməsindən xəbərsiz olduğunu, həmin pulun köçürüldüyü kartın isə sonuncuya məxsus olduğunu inkar və təsdiq edə bilməyəcəyini bildirmişdir.
16. Bu səbəbdən qeyd edilən pulun Cavabdeh1 yoldaşının kartına köçürülməsini aydınlaşdırmaq məqsədilə “X2” ASC-nə sübutların təmin edilməsi barədə məhkəmənin qərardadı icra edilməsi üçün göndərilmişdir. 25 iyun 2025-ci il tarixdə bankdan əld ə edilmiş məktuba əsasən bildirilmişdir ki, Cavabdeh3 istifadəsində olan kartdan xx.xx.2021-ci ildə 10.000 manat və xx.xx.2021-ci ildə 7.000 manat vəsait X1 məxsus karta köçürülmüşdür.
17. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Tərəflər arasında yaranmış hazırkı münasibət isə 17.000 manat pulun qaytarılmasının təminatı ilə bağlı olmuşdur.
18. Belə ki, yuxarıda işin qeyd edilən məhkəmə tərəfindən müəyyən edilən hallarından aydın olur ki, iddiaçının tələb etdiyi pul vəsaiti həqiqətən də, ilkin olaraq Cavabdeh2, onun tərəfindən isə Cavabdeh3 kartına göndərilsə də, nəhayətində həmin məbləğ iddiaçının da qeyd etdiyi kimi pulun verilməli olduğu şəx sə, yəni digər Cavabdeh1 ərinin kartına göndərilməsi yolu ilə gedib çatmışdır. İddiaçı tərəfindən də iddiasında da həmin məbləğin üstündə ona xeyir veriləcəyi şərtilə məhz Cavabdeh1 vermək üçün göndərdiyini və çatdıqdan sonra əlaqə saxlayıb təsdiqlədiyi bildirilmişdir.
19. Bu baxımdan iddia tələbinin Cavabdeh2 və Cavabdeh3 münasibətdə təmin edilməsi qanuni və əsaslı hesab edilə bilməz. Belə ki, onların iddiaçının tapşırığı ilə üzərlərinə düşən vəzifəni icra edərək pulun əslində verilməli olan şəxsə çatdırmışlar.
20. Belə olan halda məhkəmə kollegiyası qeyd etmişdir ki, iddia tələbi məhz Cavabdeh1 münasibətdə təmin edilməlidir.
21. Belə ki, yuxarıda qeyd edilən işin halları ilə müəyyən edildiyi kimi, iddiada qeyd edilən 17.000 manatın Kəmalənin sərəncamına keçməsi təsdiq edilir. Eyni zama nda onun özü məhkəmə kollegiyasının iclasında pulların digər cavabdehlər Günel və Samirəyə qaytarıb verdiyini bildirməsi də heç bir sübutla təsdiqini tapmadığı kimi, əksinə pulun ona verilməsinin və qaytarılmamasının təsdiqi kimi qəbul edilməlidir. O cümlədən məhkəmə tərəfindən iddiaçı ilə cavabdeh Günel arasında keçən “Whatsap” tətbiqi üzərindən göndərilən səslərdə Cavabdeh3 da dəfələrlə Aygünə Cavabdeh1 telefonuna cavab vermədiyini, daha sonra Cavabdeh1 pulunun olmadığını deməsini və özünün də ona Aygünün pulunun az-az da olsa qaytarmasını bildirməsi müəyyən edilmişdir.
22. Lakin məhkəmə kollegiyası qeyd etmişdir ki, iddia tələbinin Cavabdeh2 və Cavabdeh3 münasibətdə təmin edilməsinə, Cavabdeh1 münasibətdə isə rədd edilməsinə baxmayaraq iddiaçı həmin qətnamədən şikayət verməmişdir.
23. B u baxımdan Cavabdeh1 münasibətdə iddianın təmin edilməsi hissəsinə qiymət verilməsinin əsaslı olub-olmamasına qiymət verilməsi zəruridir. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, həmin hissədən iddiaçı tərəfindən şikayət verilməsə də, tələb bölünməz olmaqla 3 nəfərə yönəldiyindən, məhkəmə araşdırması zamanı da pulun Cavabdeh1 tutulmalı olması qənətinə gəlindiyindən prosessual qənaət prinsipi baxımından məhkəmə pulun tutulmasının Cavabdeh1 olmasını əsaslı hesab edir.
24. Lakin məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericiliyin tələbləri baxımından işdə olan pulun verilməsi ilə bağlı müqavilənin bağlanması forması baxımından forma tələblərinin pozulması ilə bağlanmışdır. Yəni qanunun tələb etdiyi formada borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa, yazılı tərti b edilməsi mövcud olsa da, bu formaya riayət edilməmişdir. Halbuki qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.
25. Hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüququ münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd başa düşülür. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb o la bilər.
26. Bununla belə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Cavabdeh1 hər hansı hüquqi əsas olmadan iddiaçıya məxsus pulu özündə saxlamış və bu səbəbdən bu hal onun tərəfindən hər hansı hüquqi əsas olmadan iddiaçının hesabına əmlak əldə etmə və bununla da onun etibarsız əqdə əsasən alınanları geri qaytarmalı olması baxımından əsasız varlanması kimi qiymətləndirilməlidir. Belə olan halda, Cavabdeh1 əldə etdiyi 17000 manat məbləğində pulu müvafiq olaraq İddiaçı qaytarmalıdır.
27. Məhkəmə kollegiyası onu da qeyd edir ki, hər bir halda, onların arasında yaranmış münasibətlərə borc və ya etibarsız əqdə əsasən əsassız varlanma kimi qiymət verilməsindən asılı olmayaraq, hüquqi nəticə etibarı ilə Cavabdeh1 iddiaçıdan aldığı və bu günədək qaytarmadığı pul vəsaitini ona qaytarılmalıdır. 2
8. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Mülki Məcəllənin 337.1, 337.2, 385.1, 386.1, 421.2, 425.1, 740.1, 740.2-ci, habelə MPM-nin 14.2, 77.1, 217-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
29. Cavabdeh1 (vəkil- Vəkil2) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın ona münasibətdə rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
30. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 məsuliyyətini müəyyənləşdirərkən sadələşdirilmiş yanaşma sərgiləmişdir: yazılı müqavilə yoxdur = öhdəlik yoxdur = pul qaytarılmamış qalır = əsassız varlanmadır. Ali Məhkəmənin müvafiq presedent mövqeyi isə tələb edir ki, belə hallarda məhkəmə hərtərəfli hüquqi əsas axtarışı aparsın, bir növ “müqavilə varmı, yoxsa yox?” sualını aydın cavablandırsın. Hazırkı işdə iki mümkün müqavilə modeli ortada idi – borc və ya tapşırıq (investisiya) – lakin apellyasiya qərarında bunların sərhədləri tam dəqiqləşdirilməmişdir. Nəticə etibarilə, “qanuni əsasın olmaması” şərtinin tətbiqi tələsik aparılmışdır. Bu isə Ali Məhkəmənin müəyyən etdiyi vahid təcrübədən kənara çıxmaq deməkdir. Əgər ortada əslində (formal cəhətdən qüsurlu olsa da) bir borc razılaşması vardısa, Cavabdeh1 məsuliyyəti etibarsız əqd üzrə öhdəlik kimi yaranırdı. Bu halda belə, məhkəmə Mülki Məcəllənin 1092-ci maddəsi ilə yanaşı, 339-cu maddəsinə (etibarsız əqdlərin nəticələri) də isti nad etməli, daha aydın hüquqi əsas göstərməli idi. Apellyasiya qətnaməsində isə yalnız ümumi ifadə ilə kifayətlənib ki, “əsassız varlanma nəticəsində alınanlar qaytarılmalıdır.” Halbuki, Ali Məhkəmə bildirir ki, iddia tələbinin haqlı hüquqi səbəbə söykənibsöykənmədiyini müəyyən etmək hakimin vəzifəsidir – yəni hakim tələbə uyğun hüquqi normaları düzgün seçməlidir. Hazırki işdə apellyasiya instansiyası tələbə tətbiq edilə biləcək mümkün maddələri (məs., etibarsız borc müqaviləsi və onun nəticələri) tam təhlil etmədən birbaşa 1092-ci maddəyə keçmişdir. Bu, qərarın əsaslandırılmasında bir boşluq yaradır. Digər tərəfdən, əgər ortada tapşırıq/investisiya xarakterli bir münasibət olubsa, o zaman Cavabdeh1 hərəkətləri qanuni bir əsas – iddiaçının razılığı və tapşırığı – çərçivəsində idi. Belə old uqda üçüncü şərt qətiyyən mövcud olmur və əsassız varlanmadan söhbət gedə bilməz. Apellyasiya məhkəməsi Cavabdeh1 izahatında qeyd etdiyi “pulun şirkət hesabına yerləşdirilməsi” detallarını və WhatsApp yazışmalarındakı məlumatları dərindən təhlil etməli idi. Əgər məlum olsa idi ki, həqiqətən iddiaçı pulun kriptovalyuta alınması üçün verilməsinə razılıq verib və qarşılığında müəyyən tokenlər əldə edib, o halda məhkəmə iddianın hüquqi əsasını tamam fərqli qiymətləndirməlidir. Bu, Ali Məhkəmənin tələb etdiyi kimi, əvvəlcə müqavilə nöqteyi-nəzərindən yanaşmağa misaldır. Təəssüf ki, apellyasiya məhkəməsi belə bir təhlili qətnamədə aparmayıb. Ali Məhkəmənin “üç ulduzlu” qərarında göstərilən üç şərtə qayıtsaq, biz görürük ki, hazırkı münasibətlərdə həmin şərtlərin tam kombinasiya şəklində mövcudlu ğu mübahisəlidir: Cavabdeh1 varlanması: fiziki olaraq pul onun hesabına daxil olmuşdur, ancaq o, bu puldan sonda şəxsi ziyanla (heç bir gəlir əldə etmədən) çıxmışsa, varlanma elementi sual altındadır; - İddiaçının hesabına olması: bu, birmənalı mövcuddur – iddiaçı pulunu itirmişdir: - Hüquqi əsasın olmaması: zahirən yazılı müqavilə yoxdur deyə əsas yox sayılır, lakin münasibətlərin mahiyyətində bir razılaşma, bir tapşırıq və qarşılıqlı öhdəliklər olmuşdur. Onlar ya etibarsız müqavilə, ya da icra edilmiş şifahi tapşırıq kimi təsnif edilə bilər ki, hər iki halda “heç bir əsas olmaması” kriteriyası sırf texniki yanaşmadır. Ali Məhkəmə isə məhz bu texniki məqamın üzərində dayanmağı tələb edir: əgər əsas sonradan aradan qalxıbsa (məsələn, nikah baş tutmayıb, şirkət iflas edib vəd olunan nəticə əldə olunmayıb), bunu düzgün formada göstərmək lazımdır. Apellyasiya instansiyası məhkəməsi hazırkı qərarın da bunu dolğun ifadə etməyib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, onun rədd edilməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəllləsi
32. Maddə 337.1 bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
33. Maddə 337.2 əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
34. Maddə 385.1 öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
35. Maddə 386.1 öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
36. Maddə 421.2 tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
37. Maddə 425.1 öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
38. Maddə 740.1 borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
39. Maddə 740.2 borc müqaviləs i predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
43. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
46. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
47. Hazırkı kassasiya şikayətində qətnamə Cavabdeh1 tərəfindən özünə aid hissədə mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsindəki icraat
48. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası mə hkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq edib və işdə, Cavabdeh1 kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
49. Cavabdeh1 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
50. Belə ki, apellyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutları araşdıraraq müəyyən etmişdir ki, iddiaçı tərəfindən iddia olunan 17.000 manat digər cavabdehlərin vasitəçiliyi ilə Cavabdeh1 verilmiş, la kin iddiaçıya geri qaytarılmamışdır. Cavabdeh1 izahatında həmin pulun əri İlham İbrahimovun kartına köçürülməsindən xəbərsiz olduğunu, həmin pulun köçürüldüyü kartın isə sonuncuya məxsus olduğunu inkar və təsdiq edə bilməyəcəyini bildirmişdir.
51. Bu səbəbdən qeyd edilən pulun Cavabdeh1 əri İlham İbrahimovun kartına köçürülməsini aydınlaşdırmaq üçün "xxxx" KB ASC sorğu verilmiş və Bankın 25 iyun 2025-ci il tarixli məlumatına əsasən Cavabdeh3 istifadəsində olan kartdan xx.xx.2021-ci ildə 10.000 manat, xx.xx.2021-ci ildə isə 7.000 manat İlham İbrahimova məxsus olan karta köçürülmüşdür.
52. Göstərilənlərə əsasən, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Tərəflər arasında yaranmış hazırkı münasibət əslində 17.000 manat pulun qaytarılmasının təminatı ilə bağlı olmuşdur.
53. Yuxarıda qeyd edilən işin halları ilə müəyyən olunur ki, iddiada qeyd edilən 17.000 manatın Cavabdeh1 sərəncamına keçməsi təsdiq edilir. Eyni zamanda, Cavabdeh1 məhkəmə kollegiyasının iclasında pulu digər cavabdehlərə qaytarıb verdiyini bildirməsi də heç bir sübutla öz təsdiqini tapmır. Əksinə, iddiaçı ilə Cavabdeh3 arasında olan “Whatsap” yazışmaları da iddia tələbinin Cavabdeh1 münasibətdə əsassız olmaması nəticəsinə gəlməyə əsas verir.
54. Apellyasiya instansiyası məhkəməsi, mülki qanunvericiliyin tələblərini əsas tutub qeyd etmişdir ki, pulun verilməsi ilə bağlı müqavilə forma tələbinin pozulması ilə bağlanmışdır. Yəni qanunun tələb etdiyi formada borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa, yazılı tərtib edilməsi mövcud olsa da, bu formaya riayət edilməmişdir. Halbuki qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.
55. Hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüququ münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd başa düşülür. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiy yətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər.
56. Bununla belə, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Cavabdeh1 hər hansı hüquqi əsas olmadan iddiaçıya məxsus pulu özündə saxlamış və bu səbəbdən bu hal onun tərəfindən hər hansı hüquqi əsas olmadan iddiaçının hesabına əmlak əldə etmə və bununla da onun etibarsız əqdə əsasən alınanları geri qaytarmalı olması baxımından əsasız varlanması kimi qiymətləndirilməlidir. Belə olan halda, Cavabdeh1 əldə etdiyi 17.000 manatı iddiaçıya geri qaytarmalıdır. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia cavabdeh Kəmala Nəcəfovaya münasibətdə təmin, digər cavabdehlərə münasibətdə isə rədd edilməlidir.
57. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi, Cavabdeh1 kassasiya şikayə tinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
58. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Q ə r a r a al dı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 13 avqust 2025-ci il tarixli, 2(103)-2802/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.