Məhkəmə qərarları › İş №2(102)-3686/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3686/2022

22.06.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3686/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: prosessual müddətin ötürülməsi) 22.06.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “miras qalmış daşınmaz əmlakın miras şərikləri arasında bölünməsi və miras paylarının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-286/2022 nömrəli iş üzrə 10 may 2022-ci il tarixli qərardadından cavabdehin kassasiya şikayətinə 22 iyun 2022-c i il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh qarşı Ağsu Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Ağsu şəhərində 09 aprel 2002-ci il tarixdə vəfat etmiş nənəsi X1 vəsiyyət üzrə miras qalmış ünvan 1 ünvanda yerləşən evin və həyətyanı torpaq sahəsinin bölüşdürülərək vəsiyyət üzrə vərəsə kimi ona çatası miras payın və Cavabdeh çatası məcburi payın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Ağsu Rayon Məhkəməsinin (hаkim N. Əsgərov) 11 may 2013-cu il tаrixli 2(016)- 99/2013 nömrəli qətnaməsi ilə iddiаçı İddiaçı Cavabdeh qarşı “miras qalmış daşınmaz əmlakın miras şərikləri arasında bölünməsi və miras paylarının müəyyən edilməsi” barədə iddia tələbi təmin edilərək, Ağsu şəhərində 09 aprel 2002-ci il tarixdə vəfat etmiş X1 miras qalmış və ünvan 1 ünvanda 0.11 ha torpaq sahəsi 2 otaqdan ibarət hər biri 32 kv.metr, cəmi 64 kv.metr ölçüdə mətbəx bir köhnə yaşayış evi, 18 kv.metr ölçüdə balkon, 8 kv.metr ölçüdə mətbəx və 32 kv.metr ölçüdə köhnə və yararsız qeyri yaşayış tikilisi yerləşən daşınmaz əmlakların vərəsələr arasında bölünməsi- daşınmaz əmlakın 8/14 hissəsinə İddiaçı, 1/14 hissəsinə Cavabdeh, 1/14 hissəsinə X3, 1/14 hissəsinə X4, 1/14 hissəsinə X6, 1/14 hissəsinə X7, 1/14 hissəsinə X2 vərəsəlik qaydasında paylarının müəyyən edilməsi qət edilmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat

3. Qətnamədən cavabdeh Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir.

4. Şəki Apely asiya Məhkəməsi Mülki Kollegiyasının 20 dekabr 2019-cu il tarixli, 2(107)-3238/2019 saylı qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayəti qismən təmin edilmiş, Ağsu Rayon Məhkəməsinin 11 may 2013-cu il tаrixli 2(016)-99/2013 nömrəli qətnaməsi qismən – Аğsu şəhərində 09 аprel 2002-ci il tаrixdə vəfаt etmiş Аllаhyаrоvа Gülsаbаh Cənnətаlı qızındаn mirаs qаlmış və Аğsu şəhəri Ü.Hаcıbəyоv küçəsi 7 sаylı ünvаndа 0.11 hа tоrpаq sаhəsi 2 оtаqdаn ibаrət hər biri 32 kv.metr, cəmi 64 kv.metr ölçüdə mətbəx, bir köhnə yаşаyış evi, 18 kv.metr ölçüdə bаlkоn, 8 kv.metr ölçüdə mətbəx və 32 kv.metr ölçüdə köhnə və yаrаrsız qeyri yаşаyış tikilisi yerləşən dаşınmаz əmlаklаrın 1/14 hissəsinə X3, 1/14 hissəsinə X4, 1/14 hissəsinə X6, 1/14 hissəsinə X7, 1/14 hissəsinə Gülməmmədоvа Sənubər Аğаsən qızının vərəsəlik qaydasında paylarının müəyyən edilməsi hissəsində ləğv edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. c) kassasiya instansiyası məhkəməsində birinci icraat

5. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 dekabr 2019-cu il tarixli, 2(107)-3238/2019 saylı qətnaməsindən Cavabdeh və vəkili Vəkil2 Sərkər oğlu tərəfindən kassasiya şikayəti verilmişdir.

6. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 29 iyun 2020ci il tarixli 2(102)-2920/2020 saylı qərarı ilə Cavabdeh kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(107)3238/2019 nömrəli qətnaməsi qismən – iddianın təmin olunan hissəsində ləğv edilmiş və işin həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəmə sinə qaytarılması qərara alınmışdır. ç) apelyasiya instansiyası məhkəməsində ikinci icraat

7. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 aprel 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, iş üzrə Ağsu Rayon Məhkəməsinin 11 may 2013-cü il tarixli qətnaməsi ləğv edilib, yeni qətnamə qəbul edilməklə iddia tələbləri rədd edilmişdir. d) kassasiya instansiyası məhkəməsində ikinci icraat

8. İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması və ya iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

9. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 10 noyabr 2021-ci il tarixli, 2(102)-5030/2021 nömrəli qərarı ilə İ ddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 aprel 2021-ci il tarixli, 2(107)-86/2021 saylı qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. e) apellyasiya instansiyası məhkəməsində üçüncü icraat

10. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 fevral 2022-ci il tarixli, 2(107)-286/2022 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Ağsu Rayon Məhkəməsinin 11 may 2013-cu il tаrixli 2(016)-99/2013 nömrəli qətnaməsinin mübahisələndirilən, yəni “Ağsu şəhərində 09 aprel 2002-ci il tarixdə vəfat etmiş X1 miras qalmış və ünvan 1 ünvanda 0.11 ha torpaq sahəsi 2 otaqdan ibarət hər biri 32 kv.metr, cəmi 64 kv.metr ölçüdə m ətbəx bir köhnə yaşayış evi, 18 kv.metr ölçüdə balkon, 8 kv.metr ölçüdə mətbəx və 32 kv.metr ölçüdə köhnə və yararsız qeyri yaşayış tikilisi yerləşən daşınmaz əmlakın 8/14 hissəsinə İddiaçı, 1/14 hissəsinə Cavabdeh payının müəyyən edilməsi hissəsində” ləğv edilməsi, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbinin qismən təmin edilməsi, 09 aprel 2002-ci il tarixdə vəfat etmiş X1 miras qalmış ünvan 1 ünvanda yerləşən 0.11 ha həyətyanı torpaq sahəsindən İddiaçı və Cavabdeh miras payı bərabər, yəni hər birinə ½ hissə olmaqla müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

11. Cavabdeh Şəki Apellyasiya Məhkəməsinin 14 fevral 2022-ci il tarixli, 2(107)286/2022 nömrəli qətnaməsindən kаssаsiyа şikаyəti vermiş, kassasiya şikayəti 18 aprel 2022-ci il tarixdə elektron kabinet vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə daxil olmuş, eyni zamanda Cavabdeh vəkili Vəkil2 kassasiya şikayətinə “buraxılmış prosessual müddətin bərpa edilməsi“ barədə vəsatət əlavə etmişdir.

12. Ərizə belə əsaslandırılmışdır ki, o, məhkəmə zamanı gözündən əməliyyat olunmuş, daha sonra Ağsu şəhər xəstəxanasının göndərişinə əsasən, Bakı şəhəri, 1 saylı şəhər klinik xəstəxanasında açıq ürək əməliyyatı keçirmiş, əməliyyatdan sonra Bakı şəhərində qızının evində qalmışdır. Qızı ona uzun müddət qulluq etmişdir. xx.xx.2022-ci ildə Ağsu şəhərində (evinə) paltarların dalınca gəlmişdir. Onun yaşadığı evin həyətindən uşaqlar məktub taparaq ona vermişlər. X11 məhkəməsinin qətnaməsi idi. Bundan sonra o poçt xidməti ilə əlaqə saxlamış, oradan ona bildirmişlər ki, poçtalyon evd ə heç kəs olmadığına görə məktubu həyətə atmışdır. Daha sonra o vəkillə əlaqə saxlamışdır. Vəkil bildirmişdir ki, qətnamədən narazı olduğu üçün kassasiya şikayəti vermək hüququ var. Kassasiya şikayətinin tərtib edilməsi və digər prosessual hərəkətlər vaxt tələb etmişdir. Şəki Apellyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilmə müddətini yuxarıda göstərilən səbəblərə görə buraxmışdır. Odur ki, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(107)-286/2022 saylı qətnaməsindən kassasiya şikayəti verilməsi ilə bağlı buraxılmış müddətin üzürlü hesab edilərək, bərpa edilməsini xahiş etmişdir.

13. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-286/2022 saylı, 10 may 2022-ci il tarixli qərardadı ilə (hakimlər A.A.Mahmudov (sədrlik edən və məruzəçi), Ə.T.Məcidov, M.A. Əsədli) vəsatət təmin edilməmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh kаssаsiyа şikаyəti verilməsi üçün qаnunlа nəzərdə tutulmuş müddətə riаyət etməmişdir. Ona görə də müddətin bərpаsı üçün əsаs yоxdur.

15. Əvvəla ona görə ki, Cavabdeh ərizəsində məhkəmə zamanı gözündən əməliyyat olunduğunu, daha sonra Ağsu şəhər xəstəxanasının göndərişinə əsasən, Bakı şəhəri, 1 saylı şəhər klinik xəstəxanasında açıq ürək əməliyyatı keçirdiyini, əməliyyatdan sonra Bakı şəhərində qızının evində qaldığını bildirsə də qeyd edilənlər iş materialları ilə tam təkzib olunur.

16. Belə ki, Cavabdeh məhkəmə kollegiyasının 25 yanvar 2022-ci il, 07 fevral 2022-ci il və 14 fevral 2022-ci il tarixli iclaslarında iştirak etmişdir. Həmçinin kassasiya şikayətinə əlavə e dilmiş arayışdan görünür ki, Cavabdeh 26 oktyabr 2021-ci il tarixdə gözündən əməliyyat keçirmiş, 01 noyabr 2021-ci il tarixdə evə buraxılmışdır. Göründüyü kimi cavabdeh məhkəmə iclasları keçirilən zaman və ondan sonra da xəstəxanada olmamış, əməliyyat məhkəmə proseslərindən xeyli əvvəl olmuşdur.

17. İkincisi, kollegiya “cavabdehin onun yaşadığı evin həyətindən uşaqlar məktub taparaq ona vermələri, məktubun Şəki Apellyasiya məhkəməsinin qətnaməsi olması, bundan sonra onun poçt xidməti ilə əlaqə saxlaması və oradan ona poçtalyon evdə heç kəs olmadığına görə məktubu həyətə atılmasını bildirmələri” ilə bağlı dəlilləri ilə razılaşmamışdır.

18. Çünki, iş materiallarında olan qətnamənin çatdırılması üçün olan poçt zərfinin qəbulu ilə bağlı xəbərnamədən görünür ki, 22 fevral 2022-ci il tarixdə poç t zərfi cavabdehin bacısı Sənubər tərəfindən, həmçinin vəkil tərəfindən imza edilərək qəbul edilmişdir (i/m 2-ci cild səh. 143 və 146)

19. Apellyasiya instansiyası məhkəməsi iş üzrə vəkilin dəlilləri ilə də razılaşmamışdır. Ona görə ki, cavabdehin vəkili səlahiyyəti olmadığından vaxtında kassasiya şikayəti verə bilmədiyini bildirsə də, bu iş materialları ilə təkzib olunur. Çünki mülki işin 2-ci cildinin 83-cü səhifəsindəki etibarnamədən görünür ki, X9 tərəfindən Vəkil2 xx.xx.2027-ci il tarixədək etibarnamə verilmiş, həmin etibarnamədə məhkəmə aktlarından şikayət verilməsi xüsusi olaraq qeyd edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.1, 130.1, 133.1, 135.1, 135.2, 135.3, 135.4, 135.5, 146-cı maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin dəlilləri

21. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasınınxx.xx.2022-ciil tarixli, 2(107)-286/2022 saylı qətnaməsindən kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

23. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

24. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işd ə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

25. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər.

26. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüqu qi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər.

27. Maddə 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəz ifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir.

28. Maddə 135.4. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər.

29. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

30. Maddə

146. Məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir.

31. Maddə

405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində; 405.0.2. qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində.

32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

33. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

34. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

35. Qərardaddan kassasiya şikayəti verən cavabdeh qərardadı tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

36. İş üzrə cavabdeh A.X12 Məhkəməsi Mülki Kollegiyasının 14 fevral 2022-ci il tarixli qətnaməsindən qanunla müəyyən olunmuş müddətdə kassasiya şikayəti vermədiyi üçün buraxılmış prosessual müddətin bərpası barədə işə baxan apellyasiya instansiyası məhkəməsinə ərizə vermiş və bu zaman işə məhkəmə kollegiyasında baxılan ərəfədə gözündən cərrahiyyə əməliyyatının aparılmasını, bundan sonra isə Bakı şəhəri 1 saylı klinik xəstəxanasında açıq ürək əməliyyatı keçirilməsini və bununla əlaqədar uzun müddət ərzində müalicədə olmasını əsas göstərmişdir.

37. Həmin ərizə əsasında prosessual müddətin bərpası məsələsinə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, Cavabdeh gözündə cərrahiyyə əməliyyatı 26 okt yabr 2021-ci il tarixdə - işə baxılmasından xeyli əvvəl aparılmış, ondan sonra o 25 yanvar, 07 fevral və 14 fevral 2022-ci il tarixlərdə keçirilmiş məhkəmə iclaslarında iştirak etmişdir.

38. Bundan başqa, məhkəmə kollegiyasının 14 fevral 2022-ci il tarixli qətnaməsi 22 fevral 2022-ci il tarixdə cavabdehin bacısı Sənübər tərəfindən və eləcə də cavabdehin vəkili tərəfindən poçt xəbərnaməsinə imza olunmaqla qəbul edilmişdir.

39. Beləliklə, məhkəmə kollegiyası tərəfindən müəyyən olunmuşdur ki, məhkəmə kollegiyasının qətnaməsi cavabdehin vəkilinə 22 fevral 2022-ci il tarixdə rəsmi qaydada təqdim olunmasına baxmayaraq qətnamədən kassasiya şikayəti Azərbaycan Respublikası MPM-nin 405-ci maddəsində müəyyən olunmuş müddət ötürülməklə verilmişdir.

40. Azərbaycan Respublikası MPM-in 405.0.1-ci maddəs inə əsasən apellyasiya instansiyası məhkəməsinin aktlarından 2 ay müddətində kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

41. Apellyasiya instansiyası məhləməsi tərəfindən prosessual müddətin üzürlü səbəbindən ötürülməsi müəyyən olunmamışdır.

42. Kollegiya apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsi ilə razılaşaraq hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır.

43. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya Qərara aldı: Cavabdeh qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-286/2022 nömrəli iş üzrə 10 may 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar