Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3686/2025 15.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə ("xxxx" BOKT ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): hərracın və onunla bağlı rəyin mübahisələndirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə ("xxxx" BOKT ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “hərracın qanunsuz hesab edilməsi və rəyin etibarsız hesab edilməsi” tələbinə dair Bakı Apellyasiya Mə hkəməsi Mülki kollegiyasının 2(103)2127/2025 nömrəli, 11 iyun 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 15 dekabr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı məxsus olan Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti ünvanında yerləşən 82 saylı evin 02 saylı mənzili Sabunçu Rayon Məhkəməsinin 2(008)-350/2018 saylı xx.xx.2018-ci il tarixli icra vərəqəsinə və Xətai rayon İcra şöbəsinin xx/xx-20472/16 nömrəli, xx.xx.2022-ci il tarixli sifariş məktubuna əsasən hərrac təşkil olunmuşdur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracı başa çatdırmışdır. Hərracın ilkin satış qiyməti 30000 manat, əmlakın alış qiyməti təkrar hərracdakı satış qiymətindən 25 faiz aşağı qiymətə, yəni 19125 manata "xxxx" BOKT ASC hərracda əldə etmiş, bununla bağlı xx.xx.2023-cü il tarixdə “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” müqavilə imzalanmışdır.
2. Hazırda iddiaçı tərəfindən məhkəmədə mübahisələndirilən hal ondan ibarətdir ki, hərrac düzgün şəkildə keçirilməyib və mənzil dəyərindən aşağı qiymətə satılmışdır, beləliklə hərrac təşkilatçısı tərəfindən kobud şəkildə iddiaçının hüquqları pozulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh MMC-yə qarşı «hərrac təşkilatının hərəkətlərinin qanunsuz hesab edilməsi və rəyin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçıya məxsus ünv an 2 ünvanında yerləşən 1 otaqlı mənzilin satışı ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi, iddiaçıya məxsus ünvan 3 ünvanında yerləşən, 1 otaqlı mənzilin "xxxx" BOKT ASC-yə verilməsinə dair xx.xx.2023-cü il tarixli rəyinin etibarsız hesab edilməsi, həmin rəyin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC ilə iddiaçı arasında bağlanmış 11 avqust 2015-ci il tarixli 2015/0012801 saylı Kredit müqaviləsinə əsasən illik 28 faiz olmaqla, 60 ay müddətinə 15000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmin üsulu kimi iddiaçıya məxsus olan ünvan 3 ünvanında yerləşən daşınmaz əmlak 11 avqust 2015-ci il tari xli 3M-1865 reyestr nömrəli İpoteka müqaviləsi ilə yüklü edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-350/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən sonra (Kredit müqaviləsinə əsasən borclu olduğu əsas borcun, faiz borcunun, cərimə borcunun, cəmi 19626,84 ABŞ dolları məbləğində pul tələbinin iddiaçıya məxsus olan ünvan 3 ünvanında yerləşən daşınmaz əmlaka yönəldilməsi) İpoteka müqaviləsinə əsasən, iddiaçıya məxsus olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 32,7 kv metr, 20,7 kv metr yaşayış sahəsi, 12 kv metr yardımçı sahəsi olan 1 otaqlı mənzil, iddiaçının tanımadığı, yəqin ki "xxxx" BOKT ASC-nin maraqlarını güdən, mənzili görməyən, mənzil barədə ümumiyyətlə təsəvvürü olmayan, müstəqil qiymətləndirici tərəfindən guya ki, 30000 (otuz min) manat məbləğində qiymətlənd irilmişdir? İddiaçı bildirir ki, kredit borcunu vaxtlı-vaxtında ödəyəcəyinə əmin olduğundan, hazırki əmlakın belə ucuz, bu tərzdə, baxılmadan, görülmədən qiymətləndirilməsinə əhəmiyyət verməmişdir. Bununla yanaşı, hazırki, daşınmaz əmlak İpoteka müqaviləsi ilə yüklü edilən zaman, həmin mənzildə xx.xx.2013-cü ildən etibarən, dövlət rəhbvərliyinin, Qaçqınlarla iş komitəsinin rəhbərliyinin də məlumatı və razılığı əsasında Kəlbəcər rayonundan olan qaçqın qardaşı etibarnamə əsasında öz ailəsi ilə birlikdə yaşayırdı və bu ailə, hazırki evə bitişik yaşayış sahəsi inşa etmişdir. Hazırda evin ümumi sahəsi 32,7 kv metr deyil, çoxdan 91 kv metrdir. Beləliklə, Xətai rayon İcra şöbəsinin xx/xx-20472/16 nömrəli, xx.xx.2022-ci il tarixli məktubuna və Sabunçu Rayon Məhkəməsinin 2(008)-350/2018 saylı xx.xx.2018-ci il tarixli İcra vərəqəsinə əsasən X3 (iddiaçının) mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzil cavabdeh "Capitals Auction'' MMC-nin xx.xx.2022-ci il tarixində keçirdiyi hərracda ilkin satış qiyməti 30000 manat olmaqla satılmamışdır. Odur ki, xx.xx.2023-cü il tarixində təkrar hərracda qiyməti 15 faiz aşağı qiymətlə 25500 manata hərraca çıxarılsa da, iştirakçı olmadığından hərrac baş tutmamışdır. Sonradan “Capitals Auction" MMC-nin direktoru bildirdi ki, "İpoteka haqqında” Azərbaycan Respublikasının qanunun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Odur ki, cavabdeh "Capitals Auction” MMC iddiaçıya bildirir ki, ona məxsus evi 19130 manata "xxxx" BOKT ASC-yə verir. İddiaçı bildirir ki, "xxxx" BOKT ASC-nin idarə rəhbəri Xətai rayon icra və probasiya şöbəsi ilə əlbir olub və iddiaçının savadsızlığından istifadə edərək öz mənafeyi üçün evinin qiymətini 1-ci hərracda 15 faiz, 2-ci hərracda isə 25 faiz aşağı salmaqla hərraca çıxarmışdır. Cavabdeh MMC-nin rəhbəri ona bildirmişdir ki, iddiaçıya məxsus evi 19130 manata "xxxx" BOKT ASC-yə verilir. Beləliklə, Cavabdeh MMC onun evini çox ucuz qiymətə hərraca çıxarmış, qanunazidd hərəkətləri ilə evi su qiymətinə "xxxx" BOKT ASCyə verilməyini bildirmiş, üstəlik iddiaçının xeyli miqdarda da borcu (15000 manat) qaldığını bildirmişdir. İddiaçı hesab edir ki, belə bir şəraitdə məhkəməyə müraciət etməli, məhkəmə yolu ilə ona məxsus olan ünvan 3 ünvanından yerləşən evi qanunsuz hərəkətləri ilə satmış cavabdehin Cavabdeh MMC-nin sözüge dən evin satışı ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etməli, mülkiyyətini qanunazidd əməllərdən qorumalıdır
5. Cavabdeh MMC xx.xx.2023-cü il tarixdə iddia tələbinə etiraz təqdim edərək X8 Cavabdeh MMC-yə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə Nərimanov rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC tərəfindən hərrac nəticələrini əks etdirən protokolların və müqavilələrin etibarsız hesab edilməsinə dair iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı X8 Cavabdeh MMC-yə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC t ərəfindən hərrac nəticələrini əks etdirən protokolların və müqavilələrin etibarsız hesab edilməsini xahiş etmişdir. Cavabdeh hesab edir ki, iddia tələbi tam əsassız olduğuna görə rədd edilməlidir. Bununla bağlı aşağıdakı əsasların məhkəmənin diqqətinə çatdırılması zəruri hesab edilir: İlk olaraq onu qeyd edirlər ki, Xətai rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli, xx/xx-20472/16 saylı sifariş məktubuna əsasən cavabdeh təşkilat tərəfindən hərrac keçirilmişdir. Sifariş məktubu və 2(008)- 350/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsində Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 82 saylı evin 02 saylı mənzilinin satış qiyməti 30000 müəyyən edilmişdir. Hərracın keçirilmə vaxtı xx.xx.2022-ci il göstərilməklə, ilkin hərrac barədə xx.xx.2022-ci il tarixdə “525-ci” qəzetində elan ver ilmiş, və bildirişlər tərəflərə göndərilmişdir və bildirişlər tərəflərə çatdırılmışdır. (qoşma kimi əlavə olunur). Hərrac baş tutmadığından ikinci hərrac keçirilmişdir. İkinci hərracın vaxtı xx.xx.2023-cü il göstərilməklə, xx.xx.2022-ci il tarixində “525-ci” qəzetində elan verilmişdir. İkinci hərracın keçirilmə vaxtı göstərilməklə, 15 faiz endirimlə hərracın keçirilməsi ilə bağlı bildiriş borclunun icra vərəqəsində qeyd olunan ünvanına göndərilmiş və qəbul edilmişdir (müvafiq sənədlər əlavə edilmişdir). 4.Keçirilən hərrac proseslərindən tərəflər məlumatlı olmuş, hərrac prosesləri keçirilən müddət daxilində Təhməzova Almaz heç bir hərrac prosesində iştirak etməmiş, həmçinin hərrac təşkilatına hər hansı müraciəti olmamışdır. Cavabdeh MMC tərəfindən hərracın keçirilməsi ilə bağlı qanunvericil iklə nəzərdə tutulmuş bütün prosessual hərəkətlər həyata keçirilmiş, prosessual müddətlər ötürülməmiş, qanunvericiliyin heç bir tələbi pozulmamışdır.
7. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 avqust 2023-cü il tarixli, 10/3138 saylı ekspert rəyinə əsasən ünvan 4 ünvanda yerləşən evin 2 saylı mənzilin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 69000 manat məbləğində müəyyən olunmuşdur.
8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1373/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin rədd olunması qət edilmişdir (hakim Solmaz Ədilova).
9. Birinci instansiya məhkəməsi öz mövqeyi ilə bağlı bildirmişdir ki, Cavabdeh MMC-nin vəzifəsi hərracın keçirilməsi fəaliyyəti ilə bağlıdır. Mülki iş materiallarından da görünür ki, hərrac təşkilatı öz üzərinə düşən vəzifəsini qanunamüvafiq qaydada yerinə yetirmiş, hərrac keçirilməsi ilə bağlı iddiaçıya müvafiq qaydada bildirişlər göndərilmiş, 525ci qəzetdə elanlar verilmişdir. Eyni zamanda, məhkəmə iclasında iddiaçının verdiyi izahatlardan da müəyyyən olunmuşdur ki, iddiaçı özü də hərrac keçirilməsi ilə bağlı məlumatlı olmuş və hərracın keçirildiyi gün orada iştirak etmişdir.
10. Bununla yanaşı məhkəmə qeyd etmişdir ki, “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyi də n əzərə alaraq qeyd edir ki, həmin qərarında Konstitusiya Məhkəməsi MM-in 415.2-ci maddəsində nəzərdə tutulmuş bildirişin ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edildiyini və bu maddənin hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoymadığını, yalnız “İpoteka haqqında” Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışlarının fərqləndirildiyini, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsinin nəzərdə tutulduğunu vurğulamışdır.
11. Məhkəmə iddia tələbinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, Cavabdeh MMC tərəfindən bildirişlər göndərilmişdir. Hərracın keçirilməsi barədə bildirişlərin göndərilməsinə dair qəbzlər iş materiallarına əlavə olunmuşdur. “İpoteka haqqında” 42.1-ci maddəsi hərracın təşkilatçısının hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirməsini, ipoteka saxlayana və ipoteka qoyana bildirişin göndərilməsini nəzərdə tutur.
12. Məhkəmə iddia tələbinin Cavabdeh MMC-nin onun evini çox ucuz qiymətə hərraca çıxarması ilə bağlı mübahisələndirilən hissəsini də əsassız hesab etmiş və bununla bağlı qeyd etmişdir ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)35 0/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti ünvanında yerləşən 82 saylı evin 02 saylı mənzilinin ilkin satış qiyməti 30000 manat məbləğində müəyyən edilmişdir. Belə olan halda, həmin qətnamənin hazırkı mübahisədə preyudisial əhəmiyyətə malik olması nəzərə alınmaqla iddia tələbində fərdi yaşayış evinin məhz hərrac təşkilatı tərəfindən ucuz qiymətə hərraca çıxarılması ilə bağlı dəlili də əsassızdır.
13. Bununla bağlı məhkəmə həmçinin qeyd etmişdir ki, mübahisələndirilən hərrac qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası ilə əlaqədar keçirilmişdir. Eyni zamanda sözügedən qətnamədən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti ünvanında yerləşən 82 saylı evin 02 saylı mənzilinin ilkin satış qiyməti "xxxx" BOKT ASC ilə İdd iaçı arasında bağlanmış 11 avqust 2015-ci il tarixli İpoteka müqaviləsi əsasında 30000 manat dəyərində müəyyən edilmişdir. İddia tələbinin dəlillərinə görə, iddiaçı mübahisəli mənzilin "xxxx" BOKT ASC-yə verilməsinə dair xx.xx.2023-cü il tarixli rəyinin etibarsız hesab edilməsini xahiş etsə də, işin faktiki hallarına əsasən, mülki iş materiallarında belə bir rəyin mövcud olmadığı görünür. Əksinə mülki işdən aydın olur ki, həmin tarixdə təkrar hərrac keçirilmiş, lakin hərracda iştirakçı olmadığından hərrac baş tutmamışdır. Qeyd olunan xüsusatların əsasında müəyyən olunur ki, mübahisəli əmlakın qiymətləndirilməsi ilə bağlı rəy olmamış, həmin qiymət tərəflərin razılığı ilə bağlanmış ipoteka müqaviləsi əsasında müəyyən olunmuşdur. Belə olan halda, məhkəmə, iddiaçının mənzilin satış qiymətinin cavabdehin qanunsuz hərəkətləri nəticəsində aşağı qiymətə satılmasını mübahisələndirməsini əsassız hesab edir.
14. Qeyd olunanlardan əlavə məhkəmə hesab etmişdir ki, fərdi yaşayış evinin bazar dəyərinin yüksək olması hərracın qanunsuz hesab edilməsi üçün əsas deyildir. Belə ki, hərrac təşkilatı əmlakın satış qiymətini müəyyən etmir, hərrac təşkilatının vəzifəsi icra məmurunun sifarişini aldıqdan sonra hərracın keçirilməsini təşkil etmək və hərracın keçirilməsinin vaxtı və yeri barədə qanunvercilikdə nəzərdə tutulmuş qaydada tərəfləri məlumatlandırmaqdan ibarətdir. Göründüyü kimi, iddiaçı hərracın etibarsız hesab edilməsi ilə bağlı tələb irəli sürərkən hər hansı mötəbər dəlillərə istinad etməmiş, iddia tələbini formal tələblərlə əsaslandırmağa çalışmışdır.
15. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini İpoteka haqqında Azərbaycan Respublikası qanununun 41.2, 41.3, 42.1, 42.3, 42.4, 42.6 və 42.8-ci, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.2, 61.1, 61.2, 62.2 və 89-cu, Mülki Məcəlləsinin 415.2, 416.1, 443.1, 560.1 və 560.2-ci, Mülki Prossesual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81, 82.3, 217.2, 217.4 və 220.5-ci maddələrinə həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarına istinadən əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
16. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia t ələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. İddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilir ki, işə baxmış rayon məhkəməsi iş üzrə bütün faktiki halları nəzərə almamış və obyektiv araşdırma aparmamış, iş üçün əhəmiyyət kəsb edən hallara düzgün hüquqi qiymət verməmiş, mənzilin qiymtləndirilməsi ilə bağlı verilmiş vəsatəti əsassız olaraq təmin etməmiş, nəticədə maddi və prosessual hüquq normalarının pozulması ilə qanunsuz və əsassız qətnamə qəbul etmişdir.
18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2127/2024 nömrəli, 11 iyun 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması qət edilmişdir ( hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və X5 ibarət tərkibdə).
19. Birinci instansiya məhkəməsinin həm işin faktiki halları baxımından, həm də hüquqi mövqeyi ilə tam olaraq razılaşan apellyasiya məhkəməsi həmçinin apelyasiya şikayətinin dəlillərinə də hüquqi qiymət verərək öz mövqeyini onunla əsaslandırmışdır ki, hərraca çıxarılan əmlakın dəyəri “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinə uyğun olaraq, borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəf indən həyata keçirilir.
20. Hazırkı işdə ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti Sabunçu Rayon Məhkəməsinin yuxarıda qeyd edilən mülki iş üzrə qəbul etdiyi xx.xx.2018-ci il tarixli qətnamə əsasən müəyyən edilmişdir və həmin qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. Mənzil qətnamə ilə müəyyən edilmiş qiymətlə hərraca çıxarılmış və hərrac qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilmişdir.
21. Başqa məhkəmə qətnaməsi ilə mübahisə predmeti olmuş və müəyyən edilmiş ilkin satış qiymətinin iddiaçı tərəfindən hərracın nəticələrinin qanunsuz hesab edilməsinin dəlili kimi hazırki işdə irəli sürülməsi əsassızdır və təmin edilə bilməz.
22. Çünki MPM-in 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar hə min işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
23. İş materiallarından görünür ki, iddiaçı hərracın keçirilməsi barədə xəbərdar edilmişdir və bu hal iddiaçı tərəfindən mübahisələndirilmir. Belə ki, iddiaçının nümayəndəsi (qardaşı) apellyasiya baxışı zamanı da bildirmişdir ki, o, hərracda iştirak etmişdir. Bununla yanaşı nəzərə alınmalıdır ki, hərracın keçirilməsi ilə bağlı cavabdeh MMC tərəfindən müvafiq qəzetdə elanlar da verilmişdir.
24. Məhkəmə tərəfindən hərracın keçirilməsi ilə bağlı qaydaların və iddiaçının hüquqlarının pozulması halı müəyyən olunmur. Bunun əksini təsdiq edə biləcək mötəbər və əsaslı sübutlar iddiaçı tərəfindən məhkəmələrə təqdim edilməmişdir. İddiaçının dəlilləri mülahizə xarakterlidir.
25. Apellyasi ya instansiyası məhkəməsi öz hüquqi mövqeyini İpoteka haqqında Azərbaycan Respublikası qanununun 41.2, 41.3, 42.1, 42.3, 42.4, 42.6 və 42.8-ci, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.2, 61.1, 61.2, 62.2 və 89-cu, Mülki Məcəlləsinin 415.2, 416.1, 443.1, 560.1 və 560.2-ci, Mülki Prossesual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81, 82.3, 217.2, 217.4 və 220.5-ci maddələrinə, həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarına istinadən əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
26. Qətnamədən iddiaçı (Vəkil) kassasiya şikayəti verərək Yuxarıda göstərilənlərə əsasən sizdən xahiş edirik ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-2127/2024 saylı qətnaməsini ləğv edərək hüquqlarını müdafiə etdiyim X6 iddiaya dair tələbinin təmin olunması və ya zərurət olduqda qiymətlərmənin qanunvericiliyin tələblərinə uyğun yenidən həyata keçirilməsi üçün qətnamənin ləğv olunmaqla araşdırma aparılması məqsədilə apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
27. Kassasiya şikayəti iddia ərizəsində, həmçinin apelyasiya şikayətində qeyd olunan dəlillərə uyğun məzmunda əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, məhkəmələr işin faktiki hallarını və bununla bağlı təqdim olunan dəlillərə düzgün qiymət verməmiş və nəticədə maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişlər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı etiraz ərizəsi daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
29. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:
30. Maddə 139-1.1.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol.
31. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
32. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
33. Maddə 414.1. Əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır.
34. Maddə 414.2. Hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir.
35. Maddə 414.3. Bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər.
36. Maddə 415.5. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir.
37. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
38. Maddə 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər.
39. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
40. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 41. “İpoteka haq qında” Azərbaycan Respublikasının Qanunu (iş üzrə 2021- ci ildə hərraclar keçirilərkən qüvvədə olan redaksiyada):
42. Maddə 41.2 Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. İcra məmuru hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) sifariş verir.
43. Maddə 42.1. Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir.
44. Maddə 42.3. Hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər.
45. Maddə 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən 45 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir.
46. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır.
47. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər.
48. Maddə 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Maddə
44. Bu Qanunla müəyyən edilmiş q aydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
49. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
50. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
51. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
52. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
53. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
54. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
55. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
56. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
57. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
58. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
59. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
60. İdd iaçı kassasiya şikayətinin dəlilləri iddia ərizəsində, apellyasiya şikayətində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
61. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-nin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
62. Beləliklə də, məhkəmə kollegiy ası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəmə si Mülki kollegiyasının 2(103)-2127/2025 nömrəli iş üzrə 11 iyun 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.