Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3687/2019 22.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 noyabr 2018-ci il tarixli 2(103)5461/2018 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon məhkəməsinin 05 avqust 2016-cı il tarixli qətnaməsi ilə (hakim E.A.Nuriyev, iş № 2(007)-3078/2016) İddiaçı Cavabdeh qarşı bağışlama müqaviləsinin ləğv edilməsi və mənzilə köçürülmə tələbinə dair iddiası qismən təmin edilərək iddiaçının N saylı evin 107 saylı mənzilinə köçürülməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 dekabr 2016-cı il tarixli qətnaməsi ilə (hakimlər: F.Ş.Talişinski, A.N.İmanov və İ.Q.Əsədov, iş № 2(103)9764/2016) tərəflərin apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin 05 avqust 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 06 iyul 2017-ci il tarixli qərarı ilə (hakimlər: Ə.M.Rüstəmov, İ.K.Dəmirov və T.A.Qoldman, iş № 2(102)4817/17) Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 dekabr 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına göndərilmişdir. İşə ikin ci dəfə baxan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 noyabr 2017-ci il tarixli qətnaməsi ilə (hakimlər: X.Ə.Sarıyev, M.A.Məmmədov və E.E.Nağıyeva, iş № 2(103)-11038/2017) tərəflərin apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin 05 avqust 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 10 iyul 2018-ci il tarixli qərarı ilə (hakimlər: V.Ə.İbayev, A.K.Kalbalıyev və Ə.Ə.Əliyev, iş № 2(102)-4590/18) Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 noyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. İşə üçüncü dəfə apellyasiya qaydasında baxan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 noyabr 20 18-ci il tarixli qətnaməsi ilə (hakimlər: İ.S.Şirinov, T.S.Səmədov və E.C.Kazımov) tərəflərin apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin 05 avqust 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: N saylı evin 107 saylı bir otaqlı mənzili 26 aprel 2000-ci il tarixdə iddiaçının adına mülkiyyəti kimi dövlət qeydiyyatına alınmış, Bakı şəhəri 30 saylı Dövlət Notariat Kontorunda təsdiq olunmuş 20 fevral 2009-cu il tarixli bağışlama müqaviləsinə əsasən mənzili qızı Cavabdeh bağışlamışdır. 21 aprel 2009-cu il tarixdə Cavabdeh mənzil üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. 2016-cı ilin aprel ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək özünə məxsus mənzili qızı Cavabdeh sonuncunun onun qulluğunda durması və ona baxması şərti ilə bağışlamasını, lakin 2012-ci ilin sonunda qızının ona münasibətini dəyişərək razılaşdıqları şərti pozmasını və onun mənzildən getməsini təkid etməsini əsas göstərməklə 20 fevral 2009-cu il tarixli bağışlama müqaviləsinin ləğv edilməsi və mənzilin ona qaytarılmaqla mənzilə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə iddiaçı kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, qanunun qüvvəsi düzgün tətbiq edilmədən çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh tərəf məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İddiaçı bağışlama müqaviləsinin ləğv edilməsini tələb edərkən cavabdehin onun qu lluğunda durmaq və ona baxmaq barədə razılaşdıqları şərtə əməl etməməsini əsas göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 670-ci maddəsinə görə bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər.(670.1) Bağışlama müqaviləsinə uyğun olaraq hədiyyə verən və onun vərəsələri hədiyyə alanın götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi barədə iddia verə bilərlər. Əgər öhdəliyin icrası ilə ictimai mənafelərə riayət edilirsə, hədiyyə verənin ölümündən sonra icranı müvafiq icra hakimiyyəti orqanı tələb edə bilər.(670.3) İşdən görünür ki, bağışlama müqaviləsi heç bir şərtdən və öhdəlikdən asılı edilməmişdir. Mülki Məcəllənin 673-cü maddəsində bağışlamaqdan imtinanın əsasları müəyyən olunmuşdur. 673.1.2-ci maddəyə görə hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda hədiyyə verən bağışlamaqdan imtina edə bilər. İddiaçı qızı olan cavabdehin ona baxmaması səbəbindən müqavilənin ləğv edilməsini tələb etdiyi üçün onun üzərinə göstərdiklərini sübuta yet irmək vəzifəsi düşmüşdür. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdən görünür ki, iddia tələbinin əsaslı olmasının təsdiqi olaraq iddiaçı tərəfindən məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. Cavabdeh anasına qulluq etməməsi ilə əlaqədar onun göstərdiklərini qəti inkar etmiş, bunun səbəbini anasının qonşuları tərəfindən müqavilənin ləğv edilməsini tələb etməyə təhrik edilmələri ilə izah etmişdir. İddiaçı məhkəmədə verdiyi izahatında ya 107, yaxud da 119 saylı mənzillərdən birini qonşusuna vermək arzusunda olmasını bildirmişdir. İşdən görünür ki, iddiaçı hazırkı tələblə məhkəməyə müqavilənin bağlandığı vaxtdan üç ildən artıq müddət keçdikdən sonra müraciət etmiş, la kin tələbini inandırıcı sübutlarla əsaslandıra bilməmişdir. Göstərilənlərlə əlaqədar kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, bağışlama müqaviləsinin ləğv edilməsi üçün tutarlı əsaslar müəyyən olunmadığından qətnamənin ləğv edilməsi və iddianın təmin olunması üçün əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 14 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3687/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3687/2019
22.05.2019 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver