Məhkəmə qərarları › İş №2(102)-369/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-369/2022

27.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-369/2022 27.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh4, Maraqlı şəxs və "xxxx" MMC-yə qarşı ilk, Cavabdeh4 İddiaçı qarşı qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyət hüququ əldə edilənə qədər mənzilə başqa əmlak hüquqlarının mövcud olmasının mülkiyyətçiyə məlum olmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, İddiaçı və vəkili Vəkil2, cavabdeh Maraqlı şəxs vəkili Vəkil1 iştirakı ilə, Bakı Apelly asiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7665/2021 nömrəli iş üzrə 26 avqust 2021-ci il tarixli qətnaməsindən cavabdeh Maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 27 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 və qeyrilərinə qarşı ərizə və sonradan iddia tələbinin dəqiqləşməsi ilə bağlı yeni ərizə ilə müraciət edərək, "xxxx" MMC ilə cavabdehlər Cavabdeh1 ilə bağlanmış 22.05.2010-cu il tarixli, Cavabdeh4 ilə bağlanmış 22.11.2016-cı il tarixli, Cavabdeh2 ilə bağlanmış 04.09.2014-cü il tarixli Cavabdeh3 arasında bağlanmış 28.01.2015-ci il tarixli müqavilələrin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Məhkəmə baxışında iddiaçı iddia tələbinin dəqiqləşməsi ilə bağlı ərizə ilə müraciət edərək, iddianın təmin edilməsi, "xxxx" MMC ilə Cavabdeh2 arasında 04.09.2014-cü il tarixdə xxx məhəllədə inşa edilən 1 saylı çoxmənzilli yaşayış binasının 10-cu mərtəbəsində 3 otaqlı ümumi sahəsi 140,6 kv.m olan, 31 №-li mənzilə dair “çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” xx №-li müqavilənin və onun əsasında 04.09.2014-cü il tarixdə verilmiş xx №-li kassa mədaxil orderinin etibarsız hesab edilməsi, Cavabdeh2 X həmin mənzildən çıxarılması, xxx məhəllədə inşa edilən 1 saylı çoxmənzilli yaşayış binasının 10-cu mərtəbəsində 3 otaqlı ümumi sahəsi 140,6 kv.m olan, xxx №-li mənzilə sahiblik, istifadə hüquqlarının bərpa edilməsi, mənzilin naturada ona təhvil verilməsi və həmin mənzilə k öçürülməsini, "xxxx" MMC ilə Cavabdeh4 arasında 22.11.2016-cı il tarixdə xxx məhəllədə inşa edilən 1 saylı çoxmənzilli yaşayış binasının 10cu mərtəbəsində 4 otaqlı ümumi sahəsi 210 kv.m olan, xxx №-li mənzilə dair “çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” xxx №-li müqavilənin və onun əsasında verilmiş kassa mədaxil orderinin etibarsız hesab edilməsini, Cavabdeh4 ilə Maraqlı şəxs arasında xxx məhəllədə inşa edilən 1 saylı çoxmənzilli yaşayış binasının 10-cu mərtəbəsində 4 otaqlı ümumi sahəsi 210 kv.m olan, xxx №-li mənzilə dair 26.01.2018-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında xxx məhəllədə inşa edilən 1 saylı çoxmənzilli yaşayış binasının 10-cu mərtəbəsində 4 otaqlı ümumi sahəsi 210 kv.m olan, xx x №-li mənzilə dair Maraqlı şəxs adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən ******* №-li çıxarışın ləğv edilməsini və cavabdeh Maraqlı şəxs həmin mənzildən çıxarılması, xxxx məhəllədə inşa edilən 1 saylı çoxmənzilli yaşayış binasının 10-cu mərtəbəsində 4 otaqlı ümumi sahəsi 210 kv.m olan, xxx №-li mənzilə sahiblik, istifadə hüquqlarının bərpa edilməsi, mənzilin naturada ona təhvil verilməsi və həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Cavabdeh4 İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı tərəfindən verilmiş ilkin iddia tələbinin “Cavabdeh4 ilə "xxxx" MMC arasında bağlanmış 22.11.2016-cı il tarixli müqavilənin ləğv edilməsi”nə dair hissədə rədd edilməsi, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 20.04.2010-cu il tarixdə bağlandığı iddia edilən çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İşin mübahisə edilməyən hallarından görünür ki, İddiaçı 20.10.2010-cu il tarixdə cavabdeh "xxxx" MMC-dən xxx küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 10-cu mərtəbəsində 210 kv.m olan 4 otaqlı 30 №li mənzili almışdır. Müqavilənin şərtlərinə uyğun olaraq «Sifarişçinin» Bakı şəhəri ərazisində çoxmənzilli yaşayış binasında fərdi mənzil tikilməsi sifarişinə əsasən «Podratçı» xxx küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 10-cu mərtəbəsində 210 kv.m olan 4 otaqlı 30 №li mənzili tikib «Sifarişçi»yə təhvil verməsini və «Sifarişçi» öz növbəsində onun sifarişi ilə tikilən mənzili qəbul edib haqqını ödəməsini öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, iddiaçı müqavilələrin şərtlərinə əməl edərək mənzilə dair pulunu birdəfəlik tam ödəyərək 30 №li mənzilə görə (4 otaqlı) 169050 manat ödəniş etmiş, buna dair ona kassa mədaxil orderinin qəbzi verilmişdir. 5. 22.11.2016-cı ildə razılaşma protokolları ilə Cavabdeh4 "xxxx" MMC-nin və "xxxx" MMC-nin təsisçisi X19 30.01.2017-ci il tarixinə qaytarmaq şərti ilə 400.000 və 530.000 ABŞ dolları məbləğində borc vermişdir.

6. Həmin borcun təminatı olaraq "xxxx" MMC 22.11.2016-cı il tarixli müqavilə ilə dəyəri tam ödənilərək İddiaçı tərəfindən 20.10.2010-cu ildə alınmış xxx küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının xx №li mənzilini təkrarən Cavabdeh4 satmışdır.

7. Bundan sonra Cavab deh4 mübahisəli mənzilə dair ƏMDK yanında Daşınmaz Əmakın Dövlət Reyestri Xidməti tərəfindən Çıxarış verilməsi üçün müraciət etmişdir. Müraciətə münasibət bildirmədiyindən Cavabdeh4 ƏMDK yanında Daşınmaz Əmakın Dövlət Reyestri Xidmətinə qarşı ayrıca icraatda 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırılmış və məhkəmənin 15.09.2017-ci il tarixli qərarı ilə iddia tələbi təmin olunmuş, mənzilə dair mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi cavabdeh ƏMDK yanında DƏDRX-ın Bakı şəhər İdarəsinə həvalə edilmişdir.

8. Həmin qərar əsasında Cavabdeh4 mübahisəli mənzilə dair 30.10.2017-ci il tarixli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. 9. 26 yanvar 20 18-ci il tarixli alqı-satqı müqaviləsi ilə Cavabdeh4 X mənzili 260 000 manata Maraqlı şəxs satmış və sonuncuya DƏDRX tərəfindən 27.01.2018-ci il tarixli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış» verilmişdir. 10. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27.03.2018-ci il tarixli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15.09.2017-ci il tarixli qərarı ləğv edilmişdir. 11. 1 saylı Bakı İnzbati-İqtisadi Məhkəməsinin 06.04.2018-ci il tarixli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15.09.2017-ci il tarixli qərarının hüquqi nəticələrinin doğurduğu icraya geri dönüş edilməsi, xxx küçəsi, 717-ci məhəllədə yerləşən, "xxxx" MMC tərəfindən inşa edilən, İ bloklu yaşayış binasının Vİİ mərtəbəsində yerləşən 4 otaqlı 210 kv.m ola n 18 saylı mənzil və X mərtəbəsində yerləşən 4 otaqlı 210 kv.m olan 30 saylı mənzillərə dair iddiaçı Cavabdeh4 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatların ləğv edilməsi və həmin qeydiyyatlar əsasında reyestrdən çıxarışların etibarsız hesab edilməsi qərara alınmışdır. 12. "xxxx" MMC-nin 03.02.2021-ci il tarixli arayışından görünür ki, xxx küçəsi 717-ci məhəllədə "xxxx" MMC tərəfindən inşa edilmiş 1 saylı çoxmənzilli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən 4 otaqlı ümumi sahəsi 210 kv.m (çıxarışa əsasən 194 kv.m) olan xxx saylı mənzilin və onun satış bazar qiymətinin ətrafında olan oxşar təmirsiz (pod moyak) digər mənzillərin 2018-ci ilin yanvar ayına mənzil 1 kv.m satış bazar qiyməti 2000 manat, mənzilin ümumi satış qiyməti isə 420 000 manat təşkil edir. 13. " xxxx" MMC-nin 10.02.2021-ci il tarixli arayışından görünür ki, xxx küçəsi 717-ci məhəllədə "xxxx" MMC tərəfindən inşa edilmiş 1 saylı çoxmənzilli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən 4 otaqlı ümumi sahəsi 210 kv.m (çıxarışa əsasən 194 kv.m) olan xxx saylı mənzilin və onun satış bazar qiymətinin ətrafında olan oxşar təmirsiz (pod moyak) digər mənzillərin 2018-ci ilin yanvar ayına mənzil 1 kv.m satış bazar qiyməti 2030 manat, mənzilin ümumi satış qiyməti isə 426 300 manat təşkil edir.

14. İddiaçı bildirir ki, xxx küçəsi 717-ci məhəllədə yerləşən bir girişli 60 mənzilli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 210 kv.m olan xxx saylı mənzil "xxxx" MMC ilə bağlanmış 20.04.2010-cu il tarixli müqavilə ilə 169.050 manata ona satıldığını bildikləri halda, göstərilən mən zil yenidən Cavabdeh4 22.11.2016-cı il tarixdə satılmışdır. Bununla da, ilk iddiaçının həmin mənzil üzərində mülkiyyət hüququnu pozaraq onu faktiki olaraq mənzildən məhrum etməklə fiziki şəxsin maraqlarına və qanuni mənafelərinə mühüm zərər vurmasında ifadə olunan əməli ağır nəticələrə səbəb olmuşdur. Vəzifə səlahiyyətlərindən sui istifadəyə görə MMC-nin vəzifəli şəxsləri X24 və X7 Azərbaycan Respublikasının CM-nin 178.3.2, 308.2 və 313-cü maddələri ilə ittiham verilmiş, işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmışdır. Cavabdeh4 Azərbaycan Respublikası Prokurorluğu Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin istintaq idarəsində istintaq edilən cinayət işi üzrə verdiyi ifadəsində qeyd edilən mənzilin ondan əvvəl iddiaçıya satılmasının ona məlum olmasını göstərmişdir. L akin Cavabdeh4 qeyd edilən mənzilin "xxxx" MMC-nin vəzifəli şəxsləri tərəfindən təkrar satılmaları ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə istintaqının davam etməsinə baxmayaraq mübahisəli mənzili satmış və mənzili alan cavabdeh Maraqlı şəxs orada təmir işi aparmaqla mənzildən istifadə etməkdə davam edir..

15. Cavabdeh4 bildirir ki, 22.11.2016-cı il tarixli çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqaviləyə əsasən ünvan 1 ünvanında inşa olunmuş 1 saylı çoxmənzilli yaşayış binasının 10-cu mərtəbələrində yerləşən 30 nömrəli mənzil "xxxx" MMC tərəfindən ona satılmış və mənzilin dəyəri tərəfindən tam olaraq ödənilmişdir. Mənzil alınan zaman mənzilə dair üçüncü şəxslərin hər hansı hüquqlarının olub-olmamasından xəbərdar olmamışdır. Mənzilə dair ƏMDK yanında Daş ınmaz Əmakın Dövlət Reyestri Xidməti tərəfindən Çıxarış verilməsi üçün müraciət olunmuş, lakin sonuncu müraciətə münasibət bildirmədiyindən tərəfindən sonuncuya qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırılmışdır. Məhkəmənin 15.09.2017-ci il tarixli 2-1(81)-4637/2017 saylı qərarı ilə iddia tələbi təmin olunmuş, mənzilə dair mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi cavabdeh ƏMDK yanında DƏDRX-ın Bakı şəhər İdarəsinə həvalə edilmişdir. Mənzilə dair qeydiyyat sənədləri əldə olunduqdan bir müddət sonra mənzil tərəfindən Maraqlı şəxs satılmış və mənzilə dair digər şəxslərin məhkəməyə etdikləri müraciətlərdən heç bir məlumatı olmamışdır. Bu barədə məlumatı 28.08.2018-ci ildə Maraqlı şəxs almışdır. Bu səbəbdən qarşılıqlı iddia ərizəsini məhkəməyə təqdim etmək imkanı olmamışdır. İddiaçı müqavilənin ilkinliyi ilə bağlı məhkəməyə təqdim etdiyi iddia tələbi tamamilə əsassızdır və tələbinin əsasını təşkil edən 20 aprel 2010-cu il tarixli müqavilə etibarsız sayılmalıdır. Ağır Cinayətlər Məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilərkən İddiaçı ünvan 1 ünvanında inşa olunmuş 1 saylı çoxmənzilli yaşayış binasının 10-cu mərtəbələrində yerləşən 30 nömrəli mənzilin "xxxx" MMC tərəfindən 20.04.2010-cu il tarixdə ona satıldığını və mənzilin dəyəri olaraq 252.000 manat pul ödədiyini, pul ödənildikdən sonra "xxxx" MMC-nin direktoru X onun adına 20.04.2010-cu il tarixli çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqavilə və tam ödəniş barədə həmin tarixli mədaxil qəbzi təqdim etdiyini bildirmişdir. Lakin, iş materiallarından aydın olur ki, İddiaçı məhkəməyə təqdim etdiyi 20.04.2010-cu il tarixli çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqavilədə müqavilənin qiyməti 169050 manat, o cümlədən həmin tarixli tam ödəniş barədə kassa mədaxil orderinin qəbzində həmin məbləğ – 169050 manat qeyd olunmuşdur. Eləcə də, "xxxx" MMC tərəfindən müqavilələrin və mədaxil qəbzlərinin qeydiyyat kitabı tərtib olunmadığından sonuncu ilə İddiaçı arasında mənzilin alqı-satqı müqaviləsinin 20 aprel 2010-cu il tarixli bağlanmasını təsdiq edən heç bir mötəbər sübut yoxdur. Göstərilən səbəblər müqavilənin etibarsız hesab edilməsi üçün əsasdır. Əlavə olaraq, bildirir ki, mənzil tərəfindən alınan zaman o, X6 və "xxxx" MMC-nin rəhbərliyini tanımamış və mənzil üzərində hər hansı yüklülük olmamışdır. Yuxarıda qeyd etdiyi kimi mənzil tərəfindən əldə edilmiş, ona dair istifadə və sahiblik hüquqları tərəfindən həyata keçirilmiş və məhkəmənin mübahisələndirilən qərarı əsasında mənzilə dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır..

16. Cavabdeh Maraqlı şəxs bildirir ki, mənzil almaq niyyəti ilə 2018-ci ilin yanvar ayında makler vasitəsilə xxx məhəllədə yerləşən, "xxxx" MMC tərəfindən inşa edilən, İ bloklu yaşayış binasının 10-cu mərtəbəsində yerləşən xxx saylı mənzilə baxış keçirmişdir. Mənzili bəyənmiş və mənzilin sahibi olan Cavabdeh4la aralarında alqı-satqı barədə razılıq əldə edilmişdir. Mənzilin dəyərini 262.000 manat məbləğində razılaşmışlar. Bunun üçün 2 saylı Asan Xidmət Mərkəzinə getmişlər, orada alqı-satqı müqaviləsi bağlanmış və mənzilin də yəri notariusun depozit hesabına qoyulmuşdur. Mənzil təmirsiz vəziyyətdə olmuşdur. Cavabdeh həmin mənzilə dair 27 yanvar 2018-ci il tarixdə öz adına DƏDRX-dən çıxarış almışdır. Bir müddət keçdikdən sonra mənzilin təmirinə başlamışdır. Həmin mənzilin alınması üçün 5000 manat maklerə, 3000 manat isə binanın komendantına əlavə ödəniş edilmişdir. Mənzilin təmirinə isə 40.000 manat xərc çəkilmişdir. Hazırda mənzilə həbs qoyulduğundan təmir işləri başa çatdırılmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci iş üzrə birinci instansiya məhkəməsində icraat

17. Məhkəmənin 02.10.2020-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh4 Əli oğluna və qeyrilərinə qarşı «müqavilələrin etibarsız hesab edilməsi tələbi»nə dair ilk, Cavabdeh4 İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilmə si” tələbinə dair qarşılıqlı iddia ərizələri ilə bağlı 2(006)-95/2020 saylı mülki iş üzrə “Cavabdeh2 X ilə bağlanmış 04.09.2014-cü il tarixli müqavilənin (3 otaqlı mənzil üzrə) ləğv edilməsi” tələbinin ayrılaraq ayrıca icraatda baxılması qərara alınmışdır.

18. Məhkəmənin 22.02.2021-ci il tarixli qərardadı ilə İddiaçı nümayəndəsi və vəkili Vəkil2 ərizəsi təmin edilərək Cavabdeh4 08 fevral 2020-ci il tarixdə vəfat etməsi nəzərə alınaraq İddiaçı cavabdehlər Cavabdeh4 və qeyrilərinə qarşı «müqavilələrin etibarsız hesab edilməsi tələbi»nə dair ilk, Cavabdeh4 İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələrinə əsasən mülki iş üzrə mərhum Cavabdeh4 prosessual hüquqi varisləri kimi X11, X10, X15 və X16 ilə əvəz edilməsi qərara alınmışdır.

19. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim C.Tağıyev) 15 mart 2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbinin təmin edilməsi, "xxxx" MMC və Cavabdeh4 arasında 22.11.2016-cı il tarixdə xxxx küçəsi 717-ci məhəllədə inşa edilən 1 saylı çoxmənzilli yaşayış binasının 10-cu mərtəbəsindəki 4 otaqlı, ümumi sahəsi 210 kv.m olan xxx №-li mənzilə dair bağlanmış “Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” xxx №-li müqavilənin və onun əsasında verilmiş kassa mədaxil orderinin, Cavabdeh4 və Maraqlı şəxs arasında həmin mənzilə dair 26.01.2018-ci il tarixdə bağlanmaqla 2 saylı Bakı “ASAN” Xidmət mərkəzində notariat kontorunda qeydə alınmış (xxx reyestr nömrəli) alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında xxxx küçəsi 717-ci məhəllədə inşa edilən 1 saylı çoxmənzilli yaşayış binasının 10-cu mərtəbəsindəki 4 otaqlı, ümumi sahəsi 210 kv.m olan xxx №-li mənzilə dair Maraqlı şəxs adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən ******* №-li “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”ın ləğv edilməsi, Maraqlı şəxs həmin mənzildən çıxarılması, İddiaçı xxxx küçəsi 717-ci məhəllədə inşa edilən 1 saylı çoxmənzilli yaşayış binasının 10-cu mərtəbəsindəki 4 otaqlı, ümumi sahəsi 210 kv.m olan xxx №-li mənzilə sahiblik, istifadə hüquqlarının bərpa olunması, mənzilin naturada ona təhvil verilməsi və onun həmin mənzilə köçürülməsi, qarşılıqlı idda tələbinin rədd edilməsi qət olunmuşdur.

20. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, 22.11.2016-cı il tarixdə cavabdeh "xxxx" MMC ilə Cavabdeh4 X arasında bağlanmış müqavilə tərəflərin iradə ifadəsinə görə həqiqi alqı-satqı müqaviləsi olmamışdır. Belə ki, müqavilə tərəflərinin "xxxx" MMC-nin vəzifəli şəxslərinin binada olan mənzillərin təkrar satılması ilə bağlı aparılmış cinayət işinin istintaqı zamanı verdikləri ifadələrindən və qeyd edilən razılaşma protokollarından göründüyü kimi, Cavabdeh4 X borc verib və həmin pulun əvəzinə əvvəl 400000, daha sonra isə 530000 ABŞ dolları məbləğində pulun təxminən 5 ay müddətinə geri qaytarılmasını rəsmiləşdirmişlər.

21. Məhkəməyə təqdim edilmiş "xxxx" MMC ilə Cavabdeh4 X arasında razılaşma protokolunda olan təminat olaraq yazılmış digər xxx küçəsi, 7-ci mərtəbə, 4 otaqlı, xxx №li, 210 kv.m mənzilə dair 22.11.2016-cı il tarixli xxx saylı müqavilə ilə bağlı təqdim edi lmiş məhkəmə aktlarından məlum olur ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının qanuni qüvvəyə minmiş 08 iyul 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı X1 apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 fevral 2019-cu il tarixli qətnaməsi ləğv edilərək iddianın təmin olunması, xxxx küçəsindəki çoxmənzilli yaşayış binasının Vİİ mərtəbəsində, 4 otaqlı, 18 saylı, 210 kv.m mənzilə dair 22 noyabr 2016-cı il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh4 arasında bağlanmış çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh4 ilə X8 arasında xxxx küçəsi 717-ci məhəllə mənzil 18-ə dair 03 fevral 2018-ci il tarixdə bağlanmış və həmin tarixdə 2 saylı Bakı “ASAN” Xidmət mərkəzində notariat kontoru nun xüsusi notariusu X13 tərəfindən 4Ə-220 reyestr sayda qeydə alınaraq təsdiq edilmiş alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsinin əsasında xxx küçəsindəki çoxmənzilli yaşayış binasının Vİİ mərtəbəsində, 4 otaqlı, 18 saylı mənzilə dair X adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, xxx küçəsindəki çoxmənzilli yaşayış binasının Vİİ mərtəbəsində, 4 otaqlı, 18 №-li, 210 kv.m mənzil iddiaçı X2 qaytarılması və cavabdeh X3 həmin mənzildən çıxarılması, 03 fevral 2018-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə ödənilmiş 200.000 manat pulun Cavabdeh4 alınaraq X5 ödənilməsi barədə yeni qətnamə çıxarılmışdır.

22. Qeyd edilən iş üzrə qanuni qüvvəsini almış məhkəmə aktlarından görünür ki, Bakı Ağı r Cinayətlər Məhkəməsinin 10 iyul 2018-ci il tarixli hökmü ilə "xxxx" MMC-nin direktoru X9 Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələrinə əsasən 11 il müddətinə, təsisçisi X20 həmin Məcəllənin 178.3.2, 308.2 və 313-cü maddələrinə əsasən 11 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Eyni zamanda Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qanuni qüvvəyə minmiş 29 may 2018-ci il tarixli qətnaməsi ilə mənzilin üzərində iddiaçının sahiblik və istifadə hüququ tanınmış, mənzilin sonuncuya təhvil verilməsi vəzifəsi Cəmiyyətin üzərinə qoyulmuşdur. Eyni zamanda cinayət işinin istintaqı zamanı həm Cəmiyyətin rəhbərlərinin, həm də Cavabdeh4 ifadələrində Cəmiyyətlə Cavabdeh4 arasında bağlanmış 22 noyabr 2016-cı il tarixli müqavilənin real podrat müqaviləsi olmadığı, tərəflər arasında bağlanmış borc müqaviləsinin təminatını pərdələdiyi etiraf edilmiş, Cavabdeh4 Cəmiyyətdən mənzil tələbinin olmadığını və yalnız borcunun qaytarılmasını tələb etdiyini bildirmişdir. Bu baxımdan Cavabdeh4 ilə Cəmiyyət arasında bağlanmış 22 noyabr 2016-cı il tarixli müqavilə Mülki Məcəllənin tələblərinə ziddir, həmin Məcəllənin 337.1 və 340.2-ci maddələrinə əsasən bağlandığı andan etibarsızdır (əhəmiyyətsizdir).

23. Məhkəmə hesab etmişdir ki, iddiaçı X1 iddiası üzrə qəbul edilmiş məhkəmə aktları hazırki işlə oxşar məzmunlu, bağlı iş olmaqla həmin işdə də Cavabdeh4la Cəmiyyət arasında bağlanmış 22 noyabr 2016-cı il tarixli müqavilə Mülki Məcəllənin tələblərinə zidd olmasına hüquqi qiymət verildiyindən bu aktlar əsasında müəyyən edilmiş halların hazırki işin araşdırılmasında n əzərə alınması məqsədəmüvafiqdir.

24. İşin araşdırılmış halları ilə tam təsdiq edilmişdir ki, Cavabdeh4 bilə-bilə ki, həm xxx küçəsi, 7-ci mərtəbə, 4 otaqlı, 18 №-li, 210 kv.m mənzili (X4), həm də xxx küçəsi, 7-ci mərtəbə, 4 otaqlı, 30 №-li, 210 kv.m mənzilə (hazırki iş üzrə İddiaçı) verdiyi pulun təminatı kimi qoyulduğu halda o, 1 saylı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək mənzillərə çıxarışın verilməsi vəzifəsini DƏDRX-nin üzərinə qoyulmasını xahiş etmişdir. Cavabdeh4 iddiası təmin edilsə də, işin materiallarından görünür ki, İddiaçı şikayəti əsasında 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 mart 2018-ci il tarixli qərardadı ilə Məhkəmə özünün 15.09.2017-ci il tarixli qərarını ləğv etmiş və iş üzrə qəbul edilmiş 06 aprel 2018-ci il tarixli qərarla iddiaçı Cavabdeh4 Azərb aycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı mübahisəli mənzilə və həmin binanın 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 210 kv.m olan 30 saylı mənzilə dair Cavabdeh4 mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinin həmin orqana həvalə edilməsi barədə iddiası rədd edilmiş, həmin mənzillərə dair Cavabdeh4 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatların ləğv edilməsi və həmin qeydiyyatlar əsasında verilmiş reyestrdən çıxarışların etibarsız hesab edilməsi qət edilmişdir. Qərar yuxarı məhkəmələr tərəfindən dəyişdirilmədən saxlanılmış və qanuni qüvvəyə minmişdir.

25. İşin bu halı iş materiallarında olan cinay ət işinin istintaqı zamanı Cavabdeh4 25.08.2017-ci il tarixli şahid qismində verdiyi ifadəsinin məzmunu ilə də təsdiq edilir. Belə ki, “şahidi dindirmə protokolu”nun məzmunundan görünür ki, Cavabdeh4 mənzillərin problemli olmasını bilmiş, başqa şəxslərə satıldığından məlumatlı olmuşdur. O, borc verdiyi pulun qaytarıldığı təqdirdə onunla bağlanmış müqavilələri geri verəcəkdir. Lakin onun pulu ona ödənilməmişdir.

26. Məhkəmə hesab etmişdir ki, Cavabdeh4 çıxarış verilməsi barədə qanunsuz məhkəmə aktı və həmin məhkəmə aktı əsasında verilmiş çıxarış da ləğv edildiyindən Maraqlı şəxs da mübahisəli mənzilə dair vicdanlı alıcı kimi qiymətləndirilə bilməz. Belə ki, o, mübahisəli alqı-satqı müqaviləsini bağlayarkən xoş niyyət, ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirməmişdir. Bağlanmış müqavilədə mübahisəli mənzilin qiyməti 260 000 manat müəyyən edilmişdir. Lakin mübahisəli mənzilin yerləşdiyi ərazidə yeni tikilmiş binaların bir kvadrat metrinin alqı-satqı müqaviləsində göstərilən qiymətdən daha artıq olduğu hamıya bəlli olan haldır. Hazırki məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili tərəfindən təqdim edilən, qiymətləndirmə şirkətləri olan "xxxx" MMC və "xxxx" MMC tərəfindən tərtib edilmiş arayışlardan görünür ki, 2018-ci ilin yanvar ayında mübahisəli mənzilin qiyməti təxminən 420 000 manat təşkil etmişdir. Əgər həqiqətən də, Maraqlı şəxs real dəyərindən təxminən yarı qiymətinə mənzili əldə edərkən xoş niyyətli olsaydı, ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirərək bunun səbəblərini aydınlaşdıra, mənzili yeni tikilidən aldığı üçün onu hansı şirkət tərəfindən inşa edildiy ini, həmin şirkətin inşa etdiyi binalarda bir mənzilin birdən artıq şəxsə satıldığı barədə halın mövcud olub-olmadığını sayıqlıqla müəyyən edə bilərdi. Bütün bunlara baxmayaraq Maraqlı şəxs mübahisəli mənzili real dəyərindən xeyli ucuz qiymətə əldə etmiş, əldə etdiyi mülkiyyətlə bağlı riskləri qiymətləndirmək üçün heç bir addım atmamışdır.

27. Məhkəmə bu nəticəyə gələrkən məhkəmə baxışı dövründə Maraqlı şəxs Cavabdeh4 qarşı «maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair» iddia ilə müraciət etməsini və sonradan aralarında olan mübahisənin öz həllini tapdığı üçün bu ərizəsini də geri götürməsini nəzərə alır və hazırki mübahisəyə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.5-ci maddəsinin tətbiq edilməsini zəruri saymamışdır.

28. Beləliklə də, araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi mənzilin sahibi (mülkiyyətçisi) olması sübuta yetir və tələb edilən anda mənzil cavabdehin sahibliyində olmuşdur. Nəhayət, cavabdehin əşyaya sahiblik hüququnun qanunsuz olması da işin araşdırılmış sübutları ilə öz təsdiqini tapmışdır.

29. Məhkəmə həmçinin iş üzrə tərəf olan Maraqlı şəxs izah etmişdir ki, bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edildiyindən göstərilən məbləğlə bağlı ayrıca iddia icraatı qaydasında iddia qaldırmaq hüququ vardır.

30. Məhkəmə qarşılıqlı iddianın rədd edilməsi nəticəsinə gələrkən həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354.2-ci maddəsinin tələbləri baxımından əqdin etibarsızlığına dair müddətin (kəsici müddətin) keçməsini də nəzərə almışdır.

31. Məhkəmə hesab etmişdir ki, İddiaçı tərəfində n iddia müddəti ötürülməmişdir. Belə ki, iddia tələbində "xxxx" MMC ilə Cavabdeh4 arasında bağlanmış 22.11.2016-cı il tarixli müqavilənin etibarsızlığını tələb edir. Yuxarıda qeyd edildiyi kimi Cavabdeh4la Cəmiyyət arasında bağlanmış 22 noyabr 2016-cı il tarixli müqavilə Mülki Məcəllənin tələblərinə ziddir, həmin Məcəllənin 337.1 və 340.2-ci maddələrinə əsasən bağlandığı andan etibarsızdır (əhəmiyyətsizdir). Qeyd olunan əqd əhəmiyyətsiz əqd olduğundan həmin əqdin etibarsızlığı barədə iddiaçının tələbinə MM-nin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlərin şamil olunması mümkün deyil. Çünki istinad olunan maddənin mənasına görə həmin müddətlər yalnız mübahisələndirilən əqdlərə tətbiq edilir. Həmçinin Cavabdeh4la Cəmiyyət arasında bağlanmış 22 noyabr 2016-cı il tarixli müqavilələrə müddətl ə bağlı Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 08.07.2019-cu il tarixli qətnaməsi ilə hüquqi qiymət verilmişdir.

32. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 337.1, 354.2-ci, Mülki Prossesual Məcəllənin 82.3, 88, 217.3, 217.4, 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

33. Qətnamədən cavabdeh Maraqlı şəxs apelyasiya şikayəti vermişdir.

34. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7665/2021 nömrəli iş üzrə 26 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Həsənov-sədrlik edən və məruzəçi, X.Mərdanova və F.Babayev) Maraqlı şəxs apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni “Cav abdeh4 və Maraqlı şəxs arasında xxx küçəsi 717-ci məhəllədə inşa edilən 1 saylı çoxmənzilli yaşayış binasının 10-cu mərtəbəsindəki 4 otaqlı, ümumi sahəsi 210 kv.m olan 30 №-li mənzilə dair 26.01.2018-ci il tarixdə bağlanmaqla 2 saylı Bakı “ASAN” Xidmət mərkəzində notariat kontorunda qeydə alınmış (4Ə-154 reyestr nömrəli) alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında xxx küçəsi 717-ci məhəllədə inşa edilən 1 saylı çoxmənzilli yaşayış binasının 10cu mərtəbəsindəki 4 otaqlı, ümumi sahəsi 210 kv.m olan 30 №-li mənzilə dair Maraqlı şəxs adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən ******* №-li “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”ın ləğv edilməsi, Maraqlı şəxs həmin mənzildən çıxarılması, İddiaçı xxx küçəsi 717-ci məhəllədə inşa edilən 1 saylı çoxmənzilli yaşayış binasının 10-cu mərtəbəsindəki 4 otaqlı, ümumi sahəsi 210 kv.m olan xxx №-li mənzilə sahiblik, istifadə hüquqlarının bərpa olunması, mənzilin naturada ona təhvil verilməsi və onun həmin mənzilə köçürülməsi” hissələrində dəyişdirilmədən saxlanılmışdır.

35. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, bənzər mübahisə üzrə çıxarılmış Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 08 iyul 2019- cu il tarixli qətnaməsi hazırkı iş baxımından preyudisial xarakter daşımasa da, həmin işdə müəyyən olunan hallar sübutların qiymətləndirilməsi və vahid məhkəmə təcrübəsinin formalaşdırılması baxımından əhəmiyyət kəsb edir.

36. Bu mənada kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi q ətnamənin Maraqlı şəxs nümayəndəsi (vəkili) tərəfindən mübahisələndirilən hissəsi üzrə düzgün nəticəyə gəlmişdir.

37. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, mübahisəsi gedən mənzilə dair Cavabdeh4 və Maraqlı şəxs arasında 26.01.2018-ci il tarixdə əqd bağlanarkən subyektiv tərkibə aid edilən şərt pozulmuşdur. Belə ki, həmin müqavilə bağlanarkən əslində Cavabdeh4 mənzilə sərəncam vermək hüququ olmamış (belə hüquqa əsas verən sənədlər qanunsuz (etibarsız) olmuşdur), beləliklə də əqd mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd mahiyyəti qazanmışdır.

38. Kollegiya Maraqlı şəxs alqı-satqı müqaviləsi üzrə vicdanlı əldə edən olmaması ilə bağlı məhkəmənin gəldiyi qənaətlə əlaqədar isə aşağıdakıları qeyd etmişdir.

39. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Vicdanlı əldə etmə, reyestrin tamlığı və həqiqiliyi prezumpsiyası məsələləri ilə bağlı hüquqi hallara Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında aydınlıq gətirilmişdir. Həmin qərarlarda ifadə edilmiş hüquqi mövqelərə müvafiq olaraq mübahisəli əmlakla bağlı əvəzli əqdin bağlanması anına qədər bu əmlakla bağlı üçüncü şəxslərin iddiaları b elə şəxsə bəlli olduqda və bu iddialar sonradan müvafiq qaydada hüquqa zidd hesab edilmədikdə, o, vicdanlı sahib kimi qəbul olunmur (“S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 oktyabr 2004-cü il tarixli Qərar). Mülkiyyət və digər əmlak hüquqlarının, müqavilə və digər öhdəliklərin, əqdlərin etibarsızlığının nəticələri barədə hüquqların yaranması və xitamını tənzimləyən qanunverici yalnız mülkiyyətçinin deyil, mülki dövriyyənin iştirakçısı kimi vicdanlı sahibin də mülki hüquqlarının qorunmasını təmin edən hüquqi vasitə və mexanizmləri nəzərdə tutmuşdur. Əks halda hər hansı müqavilə bağlayarkən ağlabatan sayıqlıq və eh tiyat nümayiş etdirmiş vicdanlı sahiblərin geniş dairəsi üçün tam vindikasiya qaydasında onlardan tələb oluna bilən əmlakların qeyri-qanuni itirilməsi riski mövcud olardı... Vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan belə hüquqi qeyrimüəyyənlik isə mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, tərəflərin bir-birinə olan inamının azalmasına gətirib çıxarardı (“H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MülkiKollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan RespublikasınınKonstitusi yasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15.09.2014-cü il tarixli Qərar). Mülki Məcəllənin 140-cı, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir ("xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayə ti üzrə AR Ali Məhkəməsinin İİK-ın 18/10/17 il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18.07.2018-ci il tarixli Qərar).

40. Konstitusiya Məhkəməsinin qeyd olunan hüquqi mövqelərindən göründüyü kimi, daşınmaz əmlakı əldə edən şəxsin vicdanlı əldə edən olaraq qəbul edilməsi və tam vindikasiyanın istisna edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqi və tam olması, həmin məzmunla bağlı hər hansı etirazın qeydə alınmaması ilə yanaşı, əldə olunan əmlakla bağlı üçüncü şəxslərin iddialarının və ya reyestrdəki qeydin qeyri-dəqiq olmasının əldə edənə bəlli olmadığı, əldə edənin müqavilə bağlayarkən xoş niyyət, ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirməsi, müqavilənin etibarsızlığını bilməməsi və ya bilməli olmaması şərtləri də m övcud olmalıdır. Belə şərtlərin olmadığı və ya mübahisə doğurduğu vəziyyət əldə edənin vicdanlı olmadığı barədə qənaət üçün əsas ola bilər. Maraqlı şəxs mübahisəli mənzili əldə edərkən həqiqətən də həmin mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və mənzilə dair reyestrə hər hansı etiraz daxil edilməmişdir. Lakin şübhəsizdir ki, Maraqlı şəxs mübahisəli mənzilin yerləşdiyi ərazidəki yeni tikilmiş binalarda mənzillərin qiymətlərinin alqı-satqı müqaviləsində göstərilən qiymətdən təxminən iki dəfə artıq olduğunu bilməyə bilməzdi – hansı ki, birinci instansiya məhkəməsində tədqiq edilən "xxxx" MMC-nin və "xxxx" MMC-nin arayışlarından mübahisəli mənzilin qiymətinin 2018-ci ilin yanvar ayında təxminən 420 000 manat təşkil etdiyi aydın olur. Kollegiyanın qənaətinə görə bu o deməkdi r ki, Maraqlı şəxs mənzili 260 000 manata satın aldığı zaman xoş niyyət, ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirməmişdir – çünkü o, mənzilin real dəyərindən ucuz satılmasının səbəblərini aydınlaşdıra, mənzili yeni tikilidən aldığı üçün onun hansı şirkət tərəfindən inşa edildiyini, həmin şirkətin inşa etdiyi binalarda bir mənzilin birdən artıq şəxsə satıldığı barədə halın mövcud olub-olmadığını, şirkətin rəhbər vəzifəli şəxslərinin barəsində məhz bu səbəblə cinayət icraatının mövcudluğunu asanlıqla müəyyən edə bilərdi.

41. Bu qənaətə gələrkən kollegiya, Maraqlı şəxs Cavabdeh4 və X qarşı irəli sürdüyü “maddi və mənəvi zərərin ödənilməsi” barədə iddia ərizəsini, sonradan aralarında olan mübahisənin öz həllini tapdığını əsas göstərməklə geri götürməsini də nəzərə alır və məhz buna görə bir inci instansiya məhkəməsinin Mülki Məcəllənin 337.5-ci maddəsini tətbiq etməyərək ona, müqavilənin etibarsız hesab edilməsi nəticəsində məruz qaldığı ziyanın ödənilməsi üçün ayrıca iddia qaldırmaq hüququnu izah etməsini əsaslı hesab etmişdir.

42. Kollegiya Maraqlı şəxs nümayəndəsinin (vəkilinin) iddia müddətinin ötürülmüş olması dəlilinə də münasibət bildirərək qeyd edir ki, İddiaçı hazırkı məhkəmə icraatı başladıqdan sonra mübahisəsi gedən mənzilin Maraqlı şəxs satıldığını bilmiş, və müvafiq müddəti ötürmədən həmin müqavilənin etibarsız sayılması barədə iddia qaldırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

43. Cavabdeh Maraqlı şəxs kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ona aid hissədə ləğv edilməsini və iddianın ona aid hissədə təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

44. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs mübahisə predmeti olan mənzili alarkən, daşınmaz əmlakın dövlət reyestrində qeyd edilən əmlakın mülkiyyətçisi kimi Cavabdeh4 qeyd edilmişdir. Ona görə də Maraqlı şəxs vicdanlı əldə edən olmuşdur.

45. Apelyasiya instansiyası qeyd edilən hala düzgün hüquqi qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

46. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz verərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

47. İddiaçı və vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

48. Cavabdeh Maraqlı şəxs vəkili kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ona aid hissədə ləğv edilməsini və iddianın ona aid hissədə təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etdi.

49. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər tərəflər hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə digər tərəflərin iştirakı olmadan baxılması nı mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri

50. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

51. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

52. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

53. Hazırkı kassasiya şikayətində cavabdeh Maraqlı şəxs apelyasiya instansiyası məhkəməsinin aktının ona aid hissədə ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı mübahisələndirilən hissədə yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə

54. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyas ı qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. (maddə 140)

55. Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. (maddə 182.1)

56. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. (maddə 390.1)

57. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. (maddə 390.2) Mülki Prosessual Məcəllə

58. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (maddə 14.2)

59. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

60. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qi ymətləndirilməlidir. (maddə 106.1)

61. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (maddə 217.1)

62. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. (maddə 217.3)

63. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. (maddə 218.1)

64. Kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apelyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. ( maddə 417.1.4)

65. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. (maddə 418.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

66. Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh4 və Maraqlı şəxs arasında xxxx küçəsi 717-ci məhəllədə inşa edilən 1 saylı çoxmənzilli yaşayış binasının 10-cu mərtəbəsindəki 4 otaqlı, ümumi sahəsi 210 kv.m olan 30 №-li mənzilə dair 26.01.2018-ci il tarixdə bağlanmaqla 2 saylı Bakı “ASAN” Xidmət mərkəzində n otariat kontorunda qeydə alınmış (4Ə-154 reyestr nömrəli) alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında xxx küçəsi 717-ci məhəllədə inşa edilən 1 saylı çoxmənzilli yaşayış binasının 10cu mərtəbəsindəki 4 otaqlı, ümumi sahəsi 210 kv.m olan xxx №-li mənzilə dair Maraqlı şəxs adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən ******* №-li “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”ın ləğv edilməsi, Maraqlı şəxs həmin mənzildən çıxarılması, İddiaçı xxx küçəsi 717-ci məhəllədə inşa edilən 1 saylı çoxmənzilli yaşayış binasının 10-cu mərtəbəsindəki 4 otaqlı, ümumi sahəsi 210 kv.m olan xxx №-li mənzilə sahiblik, istifadə hüquqlarının bərpa olunması, mənzilin naturada ona təhvil verilməsi və onun həmin mənzilə köçür ülməsi” hissələrində ləğv edilməli, İddiaçı cavabdehlər Cavabdeh4 və Maraqlı şəxs qarşı Cavabdeh4 ilə Maraqlı şəxs arasında xxx küçəsi 717-ci məhəllədə inşa edilən 1 saylı çoxmənzilli yaşayış binasının 10-cu mərtəbəsində 4 otaqlı ümumi sahəsi 210 kv.m olan, xxx №-li mənzilə dair 26.01.2018-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında xxxx küçəsi 717-ci məhəllədə inşa edilən 1 saylı çoxmənzilli yaşayış binasının 10-cu mərtəbəsində 4 otaqlı ümumi sahəsi 210 kv.m olan, xxx №-li mənzilə dair Maraqlı şəxs adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən ******* №-li çıxarışın ləğv edilməsi və cavabdeh Maraqlı şəxs həmin mənzildən çıxarılması, xxxx küçəsi 717-ci məhəllədə inşa edilən 1 saylı çoxmənzilli yaşayış binasının 10-cu mərtəbəsində 4 otaqlı ümumi sahəsi 210 kv.m olan, xxx №-li mənzilə sahiblik, istifadə hüquqlarının bərpa edilməsi, mənzilin naturada ona təhvil verilməsi və həmin mənzilə köçürülməsi iddiası rədd edilməlidir.

67. Belə ki, apelyasiya insansiyası məhkəməsinin qətnaməsi Cavabdeh4 və Maraqlı şəxs arasında Bxxx küçəsi 717-ci məhəllədə inşa edilən 1 saylı çoxmənzilli yaşayış binasının 10-cu mərtəbəsindəki 4 otaqlı, ümumi sahəsi 210 kv.m olan xxx №-li mənzilə dair 26.01.2018-ci il tarixdə bağlanmaqla 2 saylı Bakı “ASAN” Xidmət mərkəzində notariat kontorunda qeydə alınmış (4Ə-154 reyestr nömrəli) alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında xxx küçəsi 717-ci məhəllədə inşa edilən 1 saylı çoxmənzilli yaşayış binasının 10-cu mərtəbəsindəki 4 otaqlı, ümumi sahəsi 210 kv.m olan xxx №-li mənzilə dair Maraqlı şəxs adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən ******* №-li “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”ın ləğv edilməsi, Maraqlı şəxs həmin mənzildən çıxarılması, İddiaçı xxx küçəsi 717-ci məhəllədə inşa edilən 1 saylı çoxmənzilli yaşayış binasının 10-cu mərtəbəsindəki 4 otaqlı, ümumi sahəsi 210 kv.m olan xxx №-li mənzilə sahiblik, istifadə hüquqlarının bərpa olunması, mənzilin naturada ona təhvil verilməsi və onun həmin mənzilə köçürülməsi” hissələrində qanuni və əsaslı olmamaqla işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. (60-61)

68. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Maraqlı şəxs mübahisəli mənzili n yerləşdiyi ərazidəki yeni tikilmiş binalarda mənzillərin qiymətlərinin alqı-satqı müqaviləsində göstərilən qiymətdən təxminən iki dəfə artıq olduğunu bilməyə bilməzdi – hansı ki, birinci instansiya məhkəməsində tədqiq edilən "xxxx" MMC-nin və "xxxx" MMC-nin arayışlarından mübahisəli mənzilin qiymətinin 2018-ci ilin yanvar ayında təxminən 420 000 manat təşkil etdiyi aydın olur. Bu o deməkdir ki, Maraqlı şəxs mənzili 260 000 manata satın aldığı zaman xoş niyyət, ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirməmişdir – çünkü o, mənzilin real dəyərindən ucuz satılmasının səbəblərini aydınlaşdıra, mənzili yeni tikilidən aldığı üçün onun hansı şirkət tərəfindən inşa edildiyini, həmin şirkətin inşa etdiyi binalarda bir mənzilin birdən artıq şəxsə satıldığı barədə halın mövcud olub-olmadığını, şi rkətin rəhbər vəzifəli şəxslərinin barəsində məhz bu səbəblə cinayət icraatının mövcudluğunu asanlıqla müəyyən edə bilərdi.

69. Əvvəla mübahisə predmeti olan mənzilin satış qiymətinin onun bazar dəyərindən aşağı olması ilə bağlı qeyd edilməlidir ki, hər hansı bir əmlakın satış qiyməti onun bazar dəyəri ilə yanaşı alıcı və satıcının könüllü razılığı əsasında müəyyənləşir və bu razılığa əsasən əmlakın satış qiyməti onun bazar dəyərindən aşağı və yaxud yuxarı ola bilər. Belə ki, Mülki Məcəllənin 390.1-ci maddəsinin tələblərinə əsasən hər bir şəxs azad surətdə müqavilə bağlamaq və onun şərtlərini müəyyənləşdirmək hüququna malikdir. Bundan başqa həmin Məcəllənin 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər ü çün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Göründüyü kimi qanunvericilik tərəflər üçün məcburi qaydaların (imperativ normaların) tələbəri istisna olmaqla müqavilənin şərtlərini, o cümlədən satılan əşyanın qiymətini müəyyən etməkdə sərbəstlik vermişdir. Ona görə də müqavilə tərəfləri satılan əmlakın qiymətini bazar dəyərindən aşağı satılması barədə razılığa gələ bilərlər və bu cür razılaşma vicdanlı alıcılığı istisna edən hal kimi qiymətləndirilə bilməz.

70. Bununla belə nəzərə alınmalıdır ki, satılan əmlakın bazar dəyəri ilə tərəflərin razılaşdıqları müqavilə qiyməti arasında həddindən artıq kəskin fərq olduqda, yəni əşyanın bazar qiyməti ilə müqavilə qiyməti arasındakı kəskin fərq açıq aydın simvolik xarakter daşımaqla tərəflərin etibarlı bir əqd bağlamaq barədə iradə i fadəsini əks etdirmədikdə, qeyd edilən hal əqdin görünüş yaratma niyyəti ilə bağlanması qənaətinə gəlmək üçün əsas ola bilər.

71. İkincisi, nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

72. Daşınmaz əmlakı vicdanlı əldə etmə, reyestrin tamamlığı və həqiqiliyi prezumpsiyası məsələləri ilə bağlı hallara Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 oktyabr 2004-cü il tarixli Qərarında da aydınlıq gətirilmişdir. Həmin qərarda ifadə edilmiş hüquqi mövqeyə müvafiq olaraq daşınmaz əmlakla bağlı əvəzli əqdin bağlanması anına qədər bu əmlakla bağlı üçüncü şəxslərin iddiaları belə şəxsə bəlli olduqda və bu iddialar sonradan müvafiq qaydada hüquqa zidd hesab edilmədikdə, o, vicdanlı sahib kimi qəbul olunmur.

73. Bu hüquqi mövqe “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MülkiKollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15.09.2014-cü il tarixli Qərarında daha aydın şəkildə hərtərəfli ifadə edilmişdir.

74. Belə ki, həmin qərarda Konstitusiya Məhkəməsi Plenumu qeyd etmişdir ki, mülkiyyət və digər əmlak hüquqlarının, müqavilə və digər öhdəliklərin, əqdlərin etibarsızlığının nəticələri barədə hüquqların yaranması və xitamını tənzimləyən qanunverici yalnız mülkiyyətçinin deyil, mülki dövriyyənin iştirakçısı kimi vicdanlı sahibin də mülki hüquqlarının qorunmasını təmin edən hüquqi vasitə və mexanizmləri nəzərdə tutmuşdur. Əks halda hər hansı müqavilə bağlayarkən ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirmiş vicdanlı sahiblərin geniş dairəsi üçün tam vindikasiya qaydasında onlardan tələb oluna bilən əmlakların qeyri-qanuni itirilməsi riski mövcud olardı... Vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq gös tərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan belə hüquqi qeyrimüəyyənlik isə mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, tərəflərin bir-birinə olan inamının azalmasına gətirib çıxarardı.

75. Bundan başqa Konstitusiya Məhkəməinin Plenumu "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə AR Ali Məhkəməsinin İİK-ın 18/10/17 il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18.07.2018-ci il tarixli Qərarında qeyd etmişdir ki, Mülki Məcəllənin 140-cı, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddəsində dövlət reyestrinin açı qlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

76. Göründüyü kimi reyestrin tamlığı və həqiqiliyi prezumpsiyası ilə bağlı vicdanlı alıcılıq yalnız bir halda, yəni mübahisəli əmlak əldə edilənə qədər bu əmlakla bağlı üçüncü şəxslərin iddiaları əmlakı əldə edən şəxsə bəlli olduqda və bu iddialar sonrad an müvafiq qaydada hüquqa zidd hesab edilmədikdə, o cümlədən reyestrdəki qeyd qeyri-dəqiq olduğu hallarda istisna edilə bilər.

77. Hazırkı işdə isə belə bir hal mövcud olmamışdır. Belə ki, mübahisəli əmlak Maraqlı şəxs tərəfindən əldə edilərkən (26.01.2018-ci ildə), daşınmaz əmlakın dövlət reyestrində qeyd edilən əmlakın mülkiyyətçisi kimi Cavabdeh4 qeyd edilmişdir və həmin qeydə dair reyestrə heç bir etiraz daxil edilməmişdir. Bu hal Cavabdeh4 verilmiş 30.10.2017-ci il tarixli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla öz təsdiqini tapmışdır. Qeyd edilən çıxarış 06.04.2018-ci ilə kimi qüvvədə olmuş və 06.04.2018-ci il tarixli 1 saylı Bakı İnzbati-İqtisadi Məhkəməsinin qərarı ilə etibarsız hesab edilmişdir.

78. Konstitusiya Məhkəməsinin yuxarıda g östərilən qərarlarındakı hüquqi mövqe və həmin hüquqi mövqeyə münasibətdə apelyasiya istansiyası məhkəməsinin yanaşması ilə bağlı məhkəmə kollegiyası aşağıdakıların qeyd edilməsini zəruri sayır.

79. Əvvəla nəzərə alınmalıdır ki, bir sıra hallarda vicdanlı alıcılıq hüququnu istisna edən kriteriləri müəyyən edən Konstitusiya Məhkəməsinin Plenumunun illər üzrə təkmilləşən hüquqi mövqeyi Mülki Məcəllənin 140-cı maddəsinə söykənir.

80. Azərbaycan Respublikası Konstitusiya Məhkəməinin Plenumunun “H.Cəfərovun şikayəti üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15.09.2014-cü il tarixli Qərarı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Ali Məhkəmənin İİK-ın 18/10/ 17 il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18.07.2018-ci il tarixli Qərarında vicdanlı alıcılıq institutuna münasibətdə verilmiş hüquqi mövqenin əlaqəli şəkildə şərhi onu göstərir ki, Plenum vicdanlı alıcılıq institutuna qiymət verərkən vicdanlı alıcının məsuliyyətini, onun daşınmaz əmlak əldə edərkən xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməsini reyestrdəki qeydin qeyri-dəqiqliyinin və ya həmin qeydə dair hər hansı bir etirazın reyestrə daxil olmasının alıcıya məlum olması ilə bağlayır.

81. Ona görə də daşınmaz əmlakın əldə edilməsində vicdanlı alıcının üzərinə Mülki Məcəllənin 140-cı maddəsində nəzərdə tutulmuş məsuliyyətdən artıq yük qoyulması (yeni inşa edilmiş çoxmənzilli binalarda yerləşən mənzill əri əldə edərkən qiymət bazar dəyərinə uyğun olmadıqda alıcının xoş niyyət, sayıqlıq və lazımı ehtiyatlılıq göstərməklə əldə etmək istədiyi mənzilin bir neçə dəfə ayrı-ayrı şəxslərə satılıb-satılmadığını aydınlaşdırması) Konstitusiya Məhkəməsi Plenumunun ifadə etdiyi hüquqi mövqeyə zidd olmaqla daşınmaz əmlaklarla bağlı mülki dövriyyənin sabitliyini istisna edərdi.

82. Belə ki, MM-nin 140-cı maddəsi ilə qanunverici aydın ifadə etdiyi hüquqi mövqe ilə yalnız yuxarıda qeyd edilən konkret hallar istisna olmaqla qalan bütün hallarda vicdanlı alıcıya onun hüquqlarının qorunmasında təminat verir və hər bir alıcı da məhz bu təminata olan etimada əsasən daşınmaz əmlakı əldə edir.

83. Göründüyü kimi apelyasiya instansiyası məhkəməsi Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarları nda göstərilən hüquqi mövqeni düzgün ifadə etməmiş, nətcədə iş üzrə səhv nəticəyə gəlmişdir.

84. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya instansiyası məhkəməsi işin bütün hallarını araşdırsa da həmin hallara düzgün hüquqi qiymət verməmiş, nəticədə iş üzrə qanuni və əsaslı olmayan qətnamə qəbul etmişdir.

85. Mülki Prossesual Məcəllənin 417.1.4-cü maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apelyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər

86. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Maraqlı şəxs kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7665/2021 nömrəli iş üzrə 26 avqust 2021-ci il tarixli qətnaməsi Cavabdeh4 və Maraqlı şəxs arasında Bxxxx küçəsi 717-ci məhəllədə inşa edilən 1 saylı çoxmənzilli yaşayış binasının 10-cu mərtəbəsindəki 4 otaqlı, ümumi sahəsi 210 kv.m olan xxx №-li mənzilə dair 26.01.2018-ci il tarixdə bağlanmaqla 2 saylı Bakı “ASAN” Xidmət mərkəzində notariat kontorunda qeydə alınmış (4Ə-154 reyestr nömrəli) alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında xxx küçəsi 717-ci məhəllədə inşa edilən 1 saylı çoxmənzilli yaşayış binasının 10-cu mərtəbəsindəki 4 otaqlı, ümumi sahəsi 210 kv.m olan xxx №-li mənzilə dair Maraqlı şəxs adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən ******* №-li “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”ın ləğv edilməsi, Maraqlı şəxs həmin mənzildən çıxarılması, İddiaçı xxx küçəsi 717-ci məhəllədə inşa edilən 1 saylı çoxmənzilli yaşayış binasının 10-cu mərtəbəsindəki 4 otaqlı, ümumi sahəsi 210 kv.m olan xxx №-li mənzilə sahiblik, istifadə hüquqlarının bərpa olunması, mənzilin naturada ona təhvil verilməsi və onun həmin mənzilə köçürülməsi” hissələrində ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh4 və Maraqlı şəxs qarşı Cavabdeh4 ilə Maraqlı şəxs arasında xxx küçəsi 717-ci məhəllədə inşa edilən 1 saylı çoxmənzilli yaşayış binasının 10cu mərtəbəsində 4 otaqlı ümumi sahəsi 210 kv.m olan, xxx №-li mənzilə dair 26.01.2018-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında xxx küçəsi 717-ci məhəllədə inşa edilən 1 saylı çoxmənzilli yaşayış binasının 10-cu mərtəbəsində 4 otaqlı ümumi sahəsi 210 kv.m olan, xxx №-li mənzilə dair Maraqlı şəxs adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən ******* №-li çıxarışın ləğv edilməsi və cavabdeh Maraqlı şəxs həmin mənzildən çıxarılması, xxx küçəsi 717-ci məhəllədə inşa edilən 1 saylı çoxmənzilli yaşayış binasının 10-cu mərtəbəsində 4 otaqlı ümumi sahəsi 210 kv.m olan, xxx №-li mənzilə sahiblik, istifadə hüquqlarının bərpa edilməsi, mənzilin naturada ona təhvil verilməsi və həmin mənzilə köçürülməsi iddiası rədd edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar