Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3690/2025 15.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmrin ləğvi, işə bərpa, haqqı ödənilən ictimai işlər Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, əmək haqqı, işə bərpa və s.” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3592/2025 nömrəli 11 avqust 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 15 dekabr 2025-ci il tarixdə Ali Məhkəmənin in zibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən iddiaçı haqqı ödənilən ictimai işlərə cəlb olunmaqla ictimai işlər üzrə köməkçi vəzifəsinə işə qəbul olunmuşdur. Müqavilənin 2-ci bəndinə əsasən bu əmək müqaviləsi 1 ay müddətinə bağlanmışdır. Əmək müqaviləsinin müəyyən edilmiş müddəti başa çatdıqdan sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, onun qüvvədə olma müddəti avtomatik olaraq eyni şərtlərlə 30 dekabr 2021-ci il tarixinədək uzadıla bilər.
2. Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli əmək müqaviləsi bildirişinə əsasən, İddiaçı xx.xx.2021-ci il tarixli müddətli əmək müqaviləsinə əsas ən Cavabdeh MMC tərəfindən Lənkəran X4 İdarəsinə qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingərin yanında yardımçı fəhlə kimi qeyd edilmişdir. 3. xx.xx.2024-cü il tarixdə Cavabdeh MMC tərəfindən İddiaçı göndərilmiş bildirişdə onunla bağlanmış əmək müqaviləsinə müddətin bitməsinə görə xitam veriləcəyi bildirilmişdir.
4. Cavabdeh MMC-nin xx.xx.2025-ci il tarixli, 3-17-7/3-4-817/2025 nömrəli əmri ilə Cavabdeh MMC-də müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş “Azəriqaz” X1 X3 İdarəsi üzrə Lənkəran şəhəri ərazisində qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingərin yanında yardımçı fəhlə vəzifəsində işləyən İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 “b” (əmək müqaviləsinin müddətinin qurtarması) bəndinə əsasən xx.xx.2025-ci il tarix indən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat X5 X2 Qaz İstismar İdarəsinin qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingərin yanında yardımçı fəhlə vəzifəsinə (əvvəlki işinə) bərpa olunmasına, məcburi işburaxmaya görə əmək haqqının hesablanıb verilməsinə, əmək müqaviləsinin müddətsiz bağlanması öhdəliyinin işəgötürənin üzərinə qoyulması və ödənilən 60 manat mediasiya rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, o, xx.xx.2021-ci il tarixdə Cavabdeh MMC tərəfindən Lənkəran X4 İdarəsinə ict imai işlər üzrə köməkçi işinə qəbul olunmuşdur. Heç bir səbəb olmadan xx.xx.2025-ci il tarixdə işdən azad olunmuşdur. İşdən azad olunmağına səbəb Əmək Məcəlləsinə 28 iyun 2024-cü il tarixli 1195-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə olunmuş son dəyişikliklərlə bağlı olmuşdur. Belə ki, Əmək Məcəlləsinin 49.1-ci maddəsinə əsasən bu maddənin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir. Qeyd olunan dəyişiklikdən sonra ona məlum olmuşdur ki, onunla bağlanılan əmək müqaviləsi müddətli əmək müqaviləsidir. Buna qədər bağlanmış əmək müqaviləsindən məl umatı olmamış və 3 dəfə əmək müqaviləsinə edilmiş dəyişiklikdən də xəbərsiz olmuşdur. Əmək müqaviləsinin müddətli bağlanmasının yolverilməzliyi və qanunsuz olması barədə xx.xx.2024-cü il tarixində MMC-yə rəsmi müraciət etmiş və müqavilənin bağlanmasına etirazını bildirmişdir. Sonradan MMC-nin əməkdaşı (070) ***-**-** mobil telefondan ona zəng edərək əslində haqlı olduğunu bildirmiş və qeyd etmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunda o cümlədən, Cavabdeh MMC-də bağlanmış bütün müqavilələr müddətli əmək müqavilələridir. Əməkdaş tərəfindən rəhbərliklə danışıqdan sonra ona bildirilmişdir ki, bütün işçilərin müqavilələri müddətli olduğuna görə, onunla bağlanmış müqaviləni müddətsiz etmək olmaz. Eyni zamanda bildirilmişdir ki, müddətli müqavilə davam etdiriləcəkdir. Bundan sonra xx.xx.2025-ci il tarixdə qərəzli olaraq həmin ayda tək o, işdən azad olunmuş və hətta sonrakı ayda da işdən azad olunan işçi olmamışdır. İşdən qərəzli şəkildə azad olunmağına səbəb yalnız qanuni tələbi ilə bağlı olmuşdur. Qanunsuz işdən azad olunması ilə bağlı tərəfindən ilk növbədə MMC-yə rəsmi müraciət olunmuşdur. Eyni zamanda işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbi barədə mediasiya təklifi verilmiş, bununla bağlı mediasiya iclası keçirilmiş və Bakı 13 saylı Mediasiya Təşkilatının xx.xx.2025-ci il tarixli prosesin davam etdirilə bilməməsi barədə arayışı təqdim olunmuşdur. İşdən azad olunması ilə bağlı Əmək Məcəlləsinin müvafiq maddələrinin tələbləri pozulduğuna görə verilən əmr qanunsuz və əsassız olduğundan ləğv olunmalıdır. Onunla müqavilə bağlanarkən Cavabdeh MMC Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli 84 nömrəli qərarı ilə təsdiqlənmiş “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nın 2.6-ci bəndinə əsasən Əmək Məcəlləsinin 47-ci maddəsinin f) bəndini əsas götürərək əmək müqaviləsini 1 ay 1 gün müddətinə bağlamışdır. Əgər Cavabdeh MMC-nin qanunsuz istəyi və tələbi ilə razılaşsa belə, onunla bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 47-ci maddəsinin e) bəndinə əsasən olmalı idi. Əmək Məcəlləsinin 47-ci maddəsinin e) bəndində qeyd olunur ki, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən əmək müqaviləsi müddətli bağlanıla bilər. Lakin hazırkı işin xarakterindən görünür ki, göstərilən xidmətlər davam etdirilir və daimi xarakterə malikdir. Yəni, hal hazırda Cavabdeh MMC ilə görülən işlər və bağlanılan müqavilələr davam etdirilir. Əmək Məcəlləsinin 45.4-cü maddəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Göründüyü kimi onunla bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən iş və göstərilən xidmətlər daimi xarakterə malik olduğu halda, Cavabdeh MMC tərəfindən əsassız olaraq Əmək Məcəlləsinin 47-ci maddəsinin f) bəndi əsas gətirilərək 1 ay 1 gün müddətinə bağlanılmışdır. Hamıya məlumdur ki, əmək münasibətlərində işçi ilə işəgötürən faktiki cəhətdən bərabər olmurlar. Yəni, işçi ilə işəgötürən arasında onların münasibətlərinin xarakterindən irəli gələn faktiki bir bərabərsizlik mövcuddur. Müddətli əmək müqaviləsinin bağlanması işin daimi xarakter daşımadığı hallarda tərəflərin qarşılıqlı razılığı əsasında mümkün ola bilər. Əgər işin daimi xarakter daşıdığı əvvəlcədən bəlli olarsa, müqavilə müddətsiz bağlanmalıdır. Nəzərə almaq lazımdır ki, işçilərin daimi yerinə yetirdikləri işlər əksər vaxt müddətli əmək müqaviləsinin bağlanmasına zəmin yaratmır. Hazırkı işdən də görünür ki, Cavabdeh MMC tərəfindən xx.xx.2021-ci il tarixində bağlanılmış müqavilə xx.xx.2025-ci il tarixinə kimi, yəni 4 il 1 ay müddətinə davam etmişdir. Hal-hazırda da cavabdeh MMC tərəfindən eyni işlər üzrə digər işçilərlə işlər davam etdirilir. Eyni zamanda MMC rəsmi m üraciətinə cavab olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli 84 nömrəli qərarı ilə təsdiqlənmiş “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nın 2.6-ci bəndinə əsasən ictimai işlər, bir qayda olaraq, 2 aya qədər müddətə təşkil olunur. MMC tərəfindən yazılan bu cavabın heç bir əsası yoxdur. “MMC tərəfindən bağlanılan müddətli əmək müqaviləsinin hansı zərurətdən (əmək funksiyası, işin mövsümi xarakterli olması və sair) çıxış edərək müddətli əmək müqaviləsi bağlanması göstərilməmişdir. Bütün bunlardan başqa Əmək Məcəlləsinin 73.1ci maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıy ıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır. xx.xx.2025-ci il tarixində xitam verilmiş əmək müqaviləsi ilə bağlı ona rəsmi olaraq işəgötürənin imzası ilə heç bir təsdiq olunmuş bildiriş göndərilməmiş və kağız daşıyıcıda da rəsmi xəbərdarlıq edilməmişdir. Eyni zamanda, əmək kitabçası, əmrin surəti və son haqq hesab da ona verilməmişdir. Ümumiyyətlə, Cavabdeh MMC tərəfindən Əmək Məcəlləsinin tələbləri kobud surətdə pozulmuşdur.
7. Cavabdeh MMC iddia tələbinə qarşı etiraz verərək göstərmişdir ki, iddiaçının iddia tələbi əsassız və qanunsuzdur. Belə ki, Azərbaycan Respublikasının Prezidentinin 2018-ci il 30 oktyabr tarixli 602 nömrəli Sərəncamı ilə 2019-2030-cu illər üçün Azərbaycan Respublikasını n Məşğulluq Strategiyası təsdiq edilmişdir. “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı sosial cəhətdən həssas əhali qruplarının əmək bazarında iştirakının artırılmasına yönəldiyindən “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası” məşğulluğun inkişafına dair işçi qüvvəsinin bacarıqlarının yüksəldilməsi, əmək məhsuldarlığının artırılması, aktiv məşğulluq tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi təmin edilir. Sözügedən sərəncamın 4.4.5-ci maddəsinə əsasən işsiz və işaxtaran vətəndaşların müvəqqəti məşğulluğunun çevik və səmərəli təşkili məqsədilə əmək birjalarının və haqqı ödənilən ictimai işlərin təşkili mexanizminin yeniləşdirilməsi əsas priori tetlərdən biridir. Bu dövlət proqramı 2019-2030-cu illəri əhatə etdiyindən, həmçinin sosial layihə olduğundan müvəqqəti xarakter daşıyır. Bu proqramdan irəli gələn məsələlərin həll edilməsi və ən əsas da proqramdan hər bir vətəndaşın yararlanması əsas prioritetlərdən biridir. Azərbaycan Respublikasının Prezidentinin tapşırığına əsasən 2019-cu ilin əvvəlindən ictimai işlərin təşkili ilə bağlı yeni mexanizmi nəzərdə tutan “İşsizin DOST” proqramına başlanılmışdır. Həmin proqram Cavabdeh MMC tərəfindən icra olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli 84 nömrəli Qərarı ilə təsdiqlənmiş “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nın 1.2-ci bəndinə əsasən haqqı ödənilən ictimai işlər işsiz şəxslərin müvəqqəti məşğulluğunu təmin etmək məqsədi ilə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanuna uyğun olaraq təşkil edilən ilkin peşə hazırlığının olmasını tələb etməyən ictimai faydalı xarakter daşıyan iş yerləridir. “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nın 2.6-cı bəndinə əsasən isə ictimai işlər, bir qayda olaraq 2 aya qədər müddətə təşkil olunur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin “e” bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Yuxarıda qeyd olunan Qanunların tələbləri nəzərə alınaraq tərəflərin qarşılıqlı razılığı ilə İddiaçıla Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixində əmək müqaviləsi bağlanılaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəri qaz” X1 X4 İdarəsinə Lənkəran rayonu üzrə qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingərin yanında yardımçı fəhlə vəzifəsinə təhkim edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin (müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası) 1-ci bəndinə əsasən əmək müqaviləsinə xitam veriləcəyinə dair “Xidmət üçün müraciətlə bağlı” bildiriş xx.xx.2025-ci il tarixində Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsistemi vasitəsilə İddiaçı göndərilmiş, Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” (əmək müqaviləsinin müddətinin qurtarması) bəndinə uyğun olaraq İddiaçı ilə Cavabdeh MMC arasında bağlanılmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixində xitam verilmiş və son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) ödənilmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq əmək müqavilələri sərbəst bağlanılır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin “e” bəndinə əsasən haqqı ödənilən ictimai işlər görülərkən müddətli əmək müqaviləsinin bağlanılması nəzərdə tutulmuşdur. Qeyd edilən əmək müqaviləsi ölkə miqyasında icra olunan, əhalinin sosial rifahının yüksəldilməsi və dayanıqlı məşğulluğunun təmin edilməsini nəzərdə tutan müddətli layihənin həyata keçirilməsindən irəli gəlmiş, vətəndaşların müvəqqəti məşğulluğunu təmin etmək və bir çox vətəndaşın həmin layihədən yaralanması layihənin əsas prioritetlərindən hesab edilmiş dir. Sözügedən əmək müqaviləsi müddətli əmək müqaviləsi olmuşdur. Qanunvericiliyin tələbinə əsasən bu hal, yəni şəxsin haqqı ödənilən ictimai işlərə cəlb edilməsi əmək müqaviləsinin müddətli bağlanılmasına yol verilən hallar siyahısına daxil edilmişdir. Əmək müqaviləsi 1 ay müddətə nəzərdə tutulmuş, 1 aylıq müddət başa çatdıqdan sonra tərəflər əmək müqaviləsinə xitam verilməsini tələb etmədikləri halda müqavilənin eyni şərtlərlə il sonunadək uzadılması şərti qeyd edilmişdir. Tərəflər arasında bağlanılmış müqavilənin qeyd edilən bəndindən açıq-aydın görünür ki, müqavilə üzrə müəyyən edilmiş 1 aylıq müddət başa çatdıqda onun uzadılması eyni şərtlərlə, yəni 1 ay müddətinə uzadıla bilər. Hazırkı mübahisə üzrə cavabdeh MMC olsa da, həmin MMC-nin fəaliyyət sosial yönümlü olmaqla dövlət layihəsid ir (MMC-nin idarəretməsi dövlətə məxsusdur) və işçilərin təminatı vətəndaşların layiqli həyat şəraitinin təmin edilməsi məqsədilə məhz dövlət tərəfindən həyata keçirilir. Belə olan halda məhkəmə hazırkı hüquq münasibətlərinə formal olaraq deyil, mahiyyəti üzrə baxmaqla qiymətləndirməyi zəruri hesab etməlidir. Dövlətin müvafiq sosial layihəsi üzrə işçi uzun müddət işləmiş və məşğulluğunu, maddi təminatını qarşılamışdır, lakin müvafiq sosial layihədən təkcə eyni vətəndaşlar deyil, müxtəlif digər vətəndaşlar da faydalanmalı, dövlət məhdudiyyətsiz formada qeyri-müəyyən müddətə əmək münasibətlərini davam etdirməkdə yüklənməməlidir. Nəzərə alınmalıdır ki, sözügedən sosial layihələr müvafiq dövrə tətbiq edilməklə məhdud (müvəqqəti) xarakterlidir və vətəndaşları işləməyə, əməyə təşviq edir, maddi təminatlarına dəstək verir. Dövləti daimi əsaslarla əmək müqaviləsi bağlamaqla mükəlləf etmək həmin layihənin sosial mahiyyətinə və işçilərin pozulmuş əmək hüquqlarının müdafiəsinin fəlsəfəsinə uyğun gəlmir. Nəzərə alınmalıdır ki, müddətli, xüsusən 1, 2, 3 aylıq qısa müddətli əmək müqavilələrinə məhkəmələrin yanaşması təcrübi olaraq fərqlidir və bu münasibətlərdən işçilərin müdafiəsinin maksimal təminatı qorunur. Yəni, məlumdur ki, heç kim 1-2-3 aylıq müqavilə bağlamaqda maraqlı deyil, hər kəs istəyər ki, (istisnalar xaric) əmək müqavilələri təminatlı, daimi və uzun müddətli olsun. Bununla da, işəgötürənlərin işçilər üzərindəki hüquqlarından sui-istifadə etmək imkanları qanunla və məhkəmə vasitəsilə məhdudlaşdırılır, lakin hazırkı mübahisədə yuxarıda qeyd edilənlər nəzərə alınmaqla, bir tə rəfdə (işəgötürən) dövlət və dövlətin sosial layihəsi dayanır. Dövlətin sosial siyasətinə uyğun olaraq büdcəsinin sosial yönümlə xərcləri müvafiq məbləğlərlə məhdudlaşır, xərclərin həddləri büdcə imkanları həddində dəyərləndirilir. Hazırda həmin layihənin getdikcə məhdudlaşdırılması, analoji digər layihələrin tətbiq edilməsi, özünü məşğulluğun təmin edilməsi müvafiq dövlət orqanları tərəfindən planlaşdırılır. Hesab etmişdir ki, yuxarıda qeyd edilmiş qanunvericiliyin tələblərinə əsasən iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməlidir.
8. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e2(004)2624/2025 nömrəli qətnaməsi ilə (hakim – Gülnar Babazadə) iddia ərizəsi rədd edilmişdir.
9. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı xx.xx.2021-ci il tarixdə əmək müqaviləsin ə əsasən iddiaçı haqqı ödənilən ictimai işlərə cəlb olunmaqla ictimai işlər vəzifəsinə təyin edilmiş, onunla bağlanmış əmək müqaviləsi müddətli olmuşdur. 5 fevral 2025-ci il tarixli, 3-17-7/3-4-817/2025 nömrəli əmrlə iddiaçı ƏM-in 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin başa çatması ilə əlaqədar tutduğu vəzifədən azad edilmişdir. Nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 47-ci maddəsində əmək müqaviləsinin müəyyən müddətə bağlanıla bilməsi ilə bağlı bir sıra hallar göstərilib. Həmin hallardan biri kimi də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülməsidir. Digər tərəfdən iddiaçı ilə bağlanmış əmək müqaviləsi onunla işəgötürənin qarşılıqlı razılığı əsasında müddətli bağlanmış, h əmin müqavilə iddiaçı tərəfindən imzalanmışdır. Müddətli əmək müqaviləsinin bağlanması üçün əsas şərt işin və ya göstərilən xidmətin daimi xarakterə malik olmamasıdır. Əmək Məcəlləsinin 47-ci maddəsində göstərilən halların əksəriyyəti əmək funksiyasının xüsusiyyətləri, onun icrasının şərtləri, müddəti və xarakteri ilə bilavasitə bağlıdır. İddiaçının əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə gördüyü işin xarakteri müvəqqəti xarakterli ictimai işlər olmuşdur.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45.1, 45.4, 47, 68.2.b, 73.1 və 300.1-ci maddələrinə, Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.5-ci bəndinə, “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nın 1.2, 2.6-cı bəndinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Q anununun 9.1-1-ci maddəsinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1 və 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə tərəfindən iş üçün əhəmiyyətli olan heç bir faktiki hal araşdırılmamış və yalnız Əmək Məcəlləsinin 47-ci maddəsinin tələbləri əsas götürülərək iddia təmin edilməmişdir. İş üzrə maddi və prosessual hüquq normalarının tələbləri kobud surətdə pozulmuş, məhkəmə yalnız şəxsi formal mülahizələrə əsasən heç bir hüquq normasına belə sığmayan qətnamə çıxarmışdır. xx.xx.2021-ci il tarixində bağlanmı ş müqaviləyə əsasən iş və göstərilən xidmətlər daimi xarakterə malik olduğu halda, cavabdeh MMC tərəfindən əsassız olaraq Əmək Məcəlləsinin 47-ci maddəsinin f) bəndi ilə müddətli müqavilə bağlanılmışdır. Məhkəmə tərəfindən onunla bağlanmış müqavilənin 4 il 1 ay davam etməsi nəzərə alınmamış və eyni zamanda da hal-hazırda həmin işdə digər işçilərlə bağlanmış müqavilənin davam etdirilməsinə hüquqi qiymət verilməmişdir. 4 il 1 ay müddətinə davam edən və digər işçilərlə əmək münasibətləri davam etdirilən iş necə daimi xarakterə malik olmaya bilər və müddətli əmək müqaviləsi bağlanıla bilər? Məhkəmə ümumiyyətlə heç bir hüquqi normaya istinad etməyərək, ədalətsiz bir qətnamə çıxarmışdır. Təqdim olunan ilkin əmək müqaviləsi, əmək müqaviləsinə olunan dəyişikliklər, elektron əmək müqaviləsi araşdır ılmamışdır. Eyni zamanda əmək kitabçasının, əmrin surətinin və digər müvafiq sənədlərin xx.xx.2025-ci il tarixində ona təqdim olunmasına dair məhkəməyə rəsmi sübutlar təqdim etməyinə baxmayaraq, bu sübutların heç biri araşdırılmamış və ondan istifadə olunmamışdır. Cavabdeh MMC tərəfindən bağlanılan müddətli əmək müqaviləsinin hansı zərurətdən (əmək funksiyası, işin mövsümi xarakterli olması və sair) çıxış edərək müddətli əmək müqaviləsi bağlanması göstərilməmişdir.
13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Məhəmməd Rüstəmli (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Səadət Səlimova) 2(103)3592/2025 nömrəli, 11 avqust 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 1
4. Apellyasiya məhkəməsi mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh ictimai işlərin görülməsi üçün iddiaçı tərəfindən müqavilə əsasında 1 aylıq müddətə işlə təmin edilmiş, tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə azı bir həftə qalmış müqaviləyə xitam verilməsi barədə xəbərdar etmədiyindən həmin müddət bir neçə dəfə uzadılmış, cavabdeh xx.xx.2024-cü il tarixdə (müddətinin bitməsinə azı bir həftə qalmış) iddiaçını elektron informasiya sistemi vasitəsilə xəbərdarlıq etməklə xx.xx.2025-ci il tarixindən əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə xitam vermişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, tərəflər arasında əmək müqaviləsi bağlanarkən və müqavilənin müddəti qurtardığına görə ona xitam verilərkən cavabdeh tərəfindən əmək qanunvericiliyinin tələblərinə riayət edilmi ş, hər hansı qanun pozuntusuna yol verilməmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
15. İddiaçı (vəkil – Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmələr ümumiyyətlə heç bir araşdırma aparmadan əsassız olaraq Əmək Məcəlləsinin 47-ci maddəsinə istinad edərək əmək müqaviləsinin müəyyən müddətə bağlanıla bilməsini qeyd etmişdir. Digər tərəfdən isə iddiaçı ilə bağlanmış müqavilənin işəgötürənin qarşılıqlı razılığı əsasında müddətli bağlanmasını göstərərək iddianı rədd etmişdir. Göründüyü kimi xx.xx.2021-ci il tarixində bağlanmış müqaviləyə əsasən iş və göstərilən xidmətlər daimi xarakterə malik olduğu halda, Cavabdeh MMC tərəfindən əsassız olaraq Əmək məcəlləsinin 47-ci maddəsinin f) bəndi ilə müddətli müqavilə bağlanılmışdır. Məhkəmə tərəfindən iddiaçı ilə bağlanmış müqavilənin 4 il 1 ay davam etməsi nəzərə alınmamış və eyni zamanda da halhazırda həmin işdə digər işçilərlə bağlanmış müqavilənin davam etdirilməsinə hüquqi qiymət verilməmişdir.
17. Məhkəmələr tərəfindən ümumiyyətlə heç bir araşdırma aparılmayaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2024-cü il tarixli Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair Qərarının və həmin qərarın 2-ci bəndində nə zərdə tutulmuş tələblər nəzərə alınmamışdır. Apellyasiya instansiyası məhkəməsinin belə bir nəticəyə gəlməsi yalnız şəxsi mülahizəsinə əsaslanmış və qanunvericiliyin tələbləri araşdırılmamış, yekunda isə pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
19. Maddə 11.“b”. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biridir.
20. Maddə 42.1. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz
21. Maddə 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.
22. Maddə 45.4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.
23. Maddə 47.”e” Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən müddətli əmək müqaviləsi bağlana bilər.
24. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
25. Maddə 68.2.“b”. Əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir.
26. Maddə 73.1. Müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. 27. “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli Qərarı: 2.6. İctimai işlər, bir qayda olaraq, 2 aya qədər müddətə təşkil olunur. Zəruri hallarda müəssisə və məşğulluq mərkəzinin birgə razılığı ilə bu müddət artırıla bilər. 2.7. İctimai işlərdə iştir ak etmək istəyən işsiz şəxslərlə işəgötürənlər arasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq müddətli əmək müqaviləsi bağlanılır. İşsizlikdən sığorta ödənişi almayan işsiz şəxslər belə müqavilələrin bağlanmasında üstün hüquqa malikdirlər. Əmək qanunvericiliyi, işsizlikdən sığorta və sosial sığorta haqqında qanunvericilikictimai işlərdə məşğul olan vətəndaşlara da şamil edilir. 2.8. Müqaviləyə əsasən ictimai işlərin yerinə yetirilməsi müddəti qurtardıqda və bu müddət ərzində işsiz şəxs daimi iş yeri ilə təmin olunmadıqda mərkəzlər işsiz şəxsi yenidən ictimai işlərə göndərə bilər və yaxud ona yeni peşə və ixtisasa yiyələnmək təklif edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırm alı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
32. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə t utulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
33. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
34. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyind ən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
36. İddiaçı kassasiya şikayətinin dəlilləri iddia ərizəsində, apellyasiya şikayətində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutla rı araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
37. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prose ssual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-nin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
38. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3592/2025 nömrəli iş üzrə 11 avqust 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.