Məhkəmə qərarları › İş №2(102)-3691/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3691/2023

25.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3691/2023 25.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-3691/2023 (Açar sözlər: pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X2 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4806/2022 nömrəli, 06 sentyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh (Vəkil Nümayəndə) tərəfindən verilmiş kassasiya şikayətinə 25 sentyabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasın da yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı və Cavabdeh arasında tanışlıq münasibətləri olmaqla Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində Hövsan südçülük sovxozunun ərazisində yaşayırlar.

2. Xəlilov X1 Arif Mədəd oğlundan 20 iyun 2019-cu il və 29 iyul 2019-cu il tarixlərdə hər dəfə 6.000 manat olmaqla iki dəfəyə cəmi 12.000 manat borc almış, bu barədə İddiaçı yazılı qəbz vermiş və borcunu iki ay müddətində qaytaracağını bildirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

3. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 12.000 manat pulun alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. İddiaçı yux arıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, 1993-ci ildən Xəzər rayonunda məcburi köçkün kimi məskunlaşmışdır. Ailəlidir, 2 övladı vardır. Uzun müddət Binə qəsəbəsində yaşayan və tanıdığı cavabdehlə xx.xx.2019-cu ildə Binə qəsəbəsində görüşmüşdür. Söhbət əsnasında cavabdehə bildirmişdir ki, böyük oğlu ali təhsilli olmasına baxmayaraq, heç yerdə işləmir və ona iş tapa bilmir. Cavabdeh Prezidentin mühafizəsində yaxın adamları işlədiyini və oğlunu işə düzəldə biləcəyini demişdir. Bununla yanaşı, cavabdeh bildirmişdir ki, guya əməliyyat olunması üçün 12.000 manat pul lazımdır. Lakin pul tapa bilmir. Öz aralarında razılaşmışlar ki, o, əməliyyat üçün pul versin, cavabdeh də öz növbəsində onun uşağını işə düzəltsin. Odur ki, 12 iyun 2019-cu ildə “Kapit al Bank”dan 5.000 manat öz adına pul götürmüş, 1.000 manat isə həyat yoldaşının adına “Unibank”dan götürərək xx.xx.2019-cu il tarixdə cavabdehə vermişdir. Cavabdeh ondan aldığı pul ilə əlaqədar hətta qəbz yazıb ki, həqiqətən 6.000 manat pul borc almış, 2 ay müddətində qaytaracaqdır. Aradan təxminən 1 ay keçmiş, cavabdeh ona zəng vuraraq Binə qəsəbəsində görüşməyi xahiş etmişdir. Görüşəndə demişdir ki, heç narahat olmasın, oğlunun işi düzələcək, lakin əlavə olaraq 6.000 manat da pul lazımdır. O, aralarında olan münasibətdən irəli gələrək yaxın qohumlarından 6 min manat pul alaraq xx.xx.2019-cu il tarixdə ona vermişdir. Mirzəbəy yenidən ondan aldığı 6.000 manat ilə əlaqədar qəbz yazmış və ona bildirmişdir ki, 2 ay müddətində qaytaracaqdır. Aralarında olan razılaşmaya əsasən bu pula onun kiçi k oğlunu işə düzəldəcək. Ümumilikdə cavabdehə 12.000 manat pul vermişdir. Aradan 2-3 ay keçdikdən sonra cavabdeh ona demişdir ki, uşaqların iş düzəlməsə, pulunu qaytaracaq. Cavabdeh pulu alarkən borca istədiyini demişdir. Uşaqları işə düzəlsə, verdiyi 12.000 manat pulu istəməyəcəkdi. Lakin dəfələrlə cavabdehə müraciət edərək borc verdiyi pulları istəmiş, hər dəfə müxtəlif bəhanələr gətirərək pulunu verməkdən imtina etmişdir. Məcbur olaraq Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinə ərizə ilə müraciət etmişdir. Polis bölməsinin qəbul etdiyi qərarda göstərilmişdir ki, tələbi mülki xarakter daşıdığı üçün məhkəməyə müraciət etməlidir. Üstündən 2 il keçməsinə baxmayaraq, cavabdeh pulunu qaytarmır, telefonlarına cavab vermir. Cavabdehin pulla əlaqədar onda öz tərəfindən yazılı 3 qəbzi var. Sonuncu qəbzi xx.xx.2021-ci ildə yazmışdır.

5. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh iddiaya etiraz verərək iddia ərizəsinin əsassız olduğunu, onun iddiaçıya qarşı heç bir borcunun olmadığını və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3138/2021 nömrəli, 05 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ramilə Xəzri) iddia təmin edilməmişdir.

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı iddiasını cavabdehlə aralarındakı şifahi razılaşma əsasında sonuncuya 12.000 manat borc pul verməsi ilə əsaslandırmış, lakin iddia tələbinin əsası kimi istinad etdiyi yuxarıda göstərilən halları təsdiq edən əsaslı və mötəbər sübutları məhkəməyə təqdim etməmiş, eləcə də həmin halları məhkəmə baxışı zam anı sübuta yetirə bilməmişdir. İş materiallarına tərəflərin arasında borc pul verilməsinin qeyd olunduğu əl yazılarının surəti əlavə olunsa da, məhkəmə, qeyd olunan əlyazmaları mötəbər sübut kimi qəbul etməmiş, həmçinin iddianın təmin olunması üçün kifayət olmadığı qənaətinə gəlmişdir.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 442, 443.1, 448.1, 448.2, 739.1, 740.1-ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

9. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə olunmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdehin ondan borc götürməsi barədə öz xətti ilə yazdığı əlyazmaları mötəbər sübut kimi qəbul etməməklə səhvə yol vermişdir. Halbuki, Cavabdeh borclu olduğu digər şəxslərin analoji iddiaları məhkəmələr tərəfindən təmin olunmuşdur. Cavabdehin iddiaçıya borclu olmasını həmin əlyazmalardan daha mötəbər sübut təsdiq edə bilməz. Bundan əlavə, birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclas katibi dəfələrlə Cavabdeh ilə əlaqə saxlasa da, cavabdeh yalan vədlər verməklə məhkəməyə gəlməkdən imtina etmişdir. Məhkəmə qeyd olunanları nəzərə almadan qanunsuz və əsassız qətnamə qəbul etmişdir.

11. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4806/2022 nömrəli, 06 sentyabr 2022-ci il tarixli qətnam əsi ilə (hakimlər İlham Kərimli (sədrlik edən və məruzəçi), Şeyda Məhərrəmova və Elşən Kazımov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia təmin edilmiş, Cavabdeh 12.000 (on iki min) manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsi, iddia ərizəsi verilərkən ödənilməli olan 126 manat və apellyasiya şikayəti verilərkən ödənilməli olan 63 manat pulun Cavabdeh alınıb dövlət büdcəsinə keçirilməsi qət edilmişdir.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmayaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir.

13. İş materiallarından görünür ki, Cavabde h İddiaçı 20 iyun 2019-cu il və 29 iyul 2019-cu il tarixlərdə hər dəfə 6.000 manat olmaqla iki dəfəyə cəmi 12.000 manat borc almış, bu barədə 20 iyun, 21 iyun və 29 iyul 2019-cu il tarixlərdə 3 dəfə yazılı qəbz vermiş və borcunu iki ay müddətində qaytaracağını bildirmişdir. Cavabdeh götürdüyü borcu qaytarmamış və müqavilədən irəli gələn öhdəliklərinə əməl etməmişdir. Göründüyü kimi, iddiaçı cavabdeh tərəfindən yazılmış, pulun verilməsini təsdiq edən qəbzləri məhkəməyə təqdim etməklə üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirmişdir. Cavabdeh isə qəsdən məhkəmə iclaslarına gəlməmiş, iddia tələbinə qarşı etiraz verməmişdir.

14. Məhkəmə kollegiya qeyd etmişdir ki, Mülki Məcəllənin 740.1-ci maddəsinə əsasən məbləği 3.000 manatdan yuxarı olan borc müqavilələrinin yazılı formada bağlanması d edikdə, müqavilənin həm notarial, həm də sadə yazılı formada bağlanması nəzərdə tutulur. İşdən görünür ki, tərəflər arasında borcun verilməsinə dair sənəd qəbz formasında olsa da, həmin sənəd mahiyyət etibarilə borcun verilməsi barədə sadə yazılı müqaviləyə uyğun gəlir.

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 739.1, 739.2, 740.1, 740.2-ci maddələri, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.4, 9.1.20-ci maddələri və Mülki Prosessual Məcəllənin 77.1, 88, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

16. Qətnamədən cavabdeh (Vəkil Nümayəndə) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təm in edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının qarşısında 12.000 manat pulun ödənilməsi ilə əlaqədar heç bir öhdəlik götürməmişdir. Cavabdeh əlyazma qəbzlə 12.000 manat pulun ödəmək məsuliyyətini davam etdirmiş olmur. İddiaçı məhkəməyə cavabdeh tərəfindən yazılmış qəbzləri təqdim etsə də, həmin qəbzlərin həqiqətən cavabdeh tərəfindən yazılması təsdiq olunmur. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh qəsdən məhkəməyə gəlməmiş və iddiaya etiraz etməmişdir. Halbuki, birinci instansiya məhkəməsinin qətnaməsində göstərilir ki, cavabdeh məhkəməyə etiraz ərizəsi göndərərək, iddia tələbin qəbul etmədiyini və iddiaçıya heç bir borcu olmadığını bildirmişdir. Məhkəməyə cavabdehin gəlməməsi onun hüququ ilə izah olunmalıdır. Bu tələbin ödənilməsi ilə bağlı məsuliyyəti tərəflər arasındakı razılaşmaya əsasən istisna və ya məhdudlaşdırıla bilər. Öhdəliyi üzərinə götürməmiş cavabdeh iddiaçıya münasibətdə əsassız və qanunsuz tələbi təmin etmək məhsuliyyəti daşımır. Apellyasiya instansiyası məhkəməsi bu hala əhəmiyyət verməmiş, mülki işə baxarkən, hərtərəfli, tam, obyektiv şəkildə araşdırma aparmamış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməyərək, düzgün olmayan əsassız, qanunsuz qətnamə qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəməsi tətbiq edilməli olan hüquq normalarının seçimində yanlışlığa yol verildiyi üçün, habelə tərəflərin hansı hüquq münasibətində olmaları, habelə tətbiq edilməli hüquq normaları düzgün seçilmədiyindən, sübutların qiymətləndirilməsində də yanlışlığa yol verilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

18. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.

19. Maddə

385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

20. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

21. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən t ərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

22. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

23. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçıları ndan biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

24. Maddə 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir.

25. Maddə 740.2. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir.

28. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

29. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutla ra tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.

33. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarını n sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

36. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

37. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçü n o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

38. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

39. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, məhkəmə aktı bütövlükdə yox lanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

41. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

42. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

43. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

44. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

45. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların t əqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

46. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

47. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

48. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən v erilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4806/2022 nömrəli, 06 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar