Məhkəmə qərarları › İş №2(102)-3691/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3691/2025

17.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sai
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3691/2025 17.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Təbii qazdan istifadəyə görə əsassız hesablanmış borcun silinməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər İspəndiyar Əsəd oğlu Şəfiyev (məruzəçi), Əhməd Abbas oğlu Əhmədov və X4 ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3396/2025 nömrəli, 27 avqust 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Səməd Vurğun küçəsi, 1F nömrəli evi X2 və X5 almışdır.

2. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Səməd Vurğun küçəsi, 1F saylı fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir.

3. AZ-İ seriyalı 617388 nömrəli ölüm haqqında şəhadətnaməsinə əsasən, X6 (evi satan X7 atası) xx.xx.2012-ci ildə vəfat etmişdir. 4. ünvan 1 ünvanında abonent X3 (abonent kodu **********100000) qazdan sayğacdan kənar istifadə halları aşkar edilməsi səbəbi ilə aşağıda qeyd edilən aktlar tərtib edilmiş və müvafiq olaraq sərfiyyat hesablanmışdır: xx.xx.2018-ci il tarixli ******* nömrəli akta əsasən 576 m³; xx.xx.2019-cu il tarixli ******* nömrəli akta əsasən 1422 m³; xx.xx.2019-cu il tarixli ******* nömrəli akta əsasən 1332 m³; xx.xx.2019-cu il tarixli ******* nömrəli akta əsasən 1332 m³; xx.xx.2019-cu il tarixli ******* nömrəli akta əsasən 1332 m³; xx.xx.2019-cu il tarixli ******* nömrəli akta əsasən 324 m³; xx.xx.2019-cu il tarixli ******* nömrəli akta əsasən 324 m³; xx.xx.2019-cu il tarixli ******* nömrəli akta əsasən 324 m³; xx.xx.2019-cu il tarixli ******* nömrəli akta əsasən 324 m³; xx.xx.2019-cu il tarixli ******* nömrəli akta əsasən 324 m³; xx.xx.2019-cu il tarixli ******* nömrəli akta əsasən 324 m³; xx.xx.2019-cu il tarixli *** **** nömrəli akta əsasən 1008 m³; xx.xx.2019-cu il tarixli ******* nömrəli akta əsasən 4860 m³; xx.xx.2019-cu il tarixli ******* nömrəli akta əsasən 2520 m³; xx.xx.2020-ci il tarixli ******* nömrəli akta əsasən 2520 m³; xx.xx.2020-ci il tarixli ******* nömrəli akta əsasən 2520 m³; xx.xx.2020-ci il tarixli ******* nömrəli akta əsasən 2952 m³; xx.xx.2020-ci il tarixli ******* nömrəli akta əsasən 3223 m³; xx.xx.2020-ci il tarixli ******* nömrəli akta əsasən 1944 m³; xx.xx.2020-ci il tarixli ******* nömrəli akta əsasən 1944 m³; xx.xx.2020-ci il tarixli ******* nömrəli akta əsasən 1944 m³; xx.xx.2020-ci il tarixli ******* nömrəli akta əsasən 1944 m³; xx.xx.2020-ci il tarixli ******* nömrəli akta əsasən 2952 m³; xx.xx.2020-ci il tarixli ******* nömrəli akta əsasən 26568 m³; xx.xx.2021-ci il tari xli ******* nömrəli akta əsasən 3960 m³; xx.xx.2021-ci il tarixli ******* nömrəli akta əsasən 3960 m³; xx.xx.2021-ci il tarixli ******* nömrəli akta əsasən 3960 m³; xx.xx.2021-ci il tarixli ******* nömrəli akta əsasən 3960 m³; xx.xx.2021-ci il tarixli ******* nömrəli akta əsasən 1944 m³; xx.xx.2021-ci il tarixli ******* nömrəli akta əsasən 1944 m³; xx.xx.2021-ci il tarixli ******* nömrəli akta əsasən 1944 m³; xx.xx.2021-ci il tarixli ******* nömrəli akta əsasən 1944 m³; xx.xx.2021-ci il tarixli ******* nömrəli akta əsasən 1944 m³; xx.xx.2021-ci il tarixli ******* nömrəli akta əsasən 3960 m³; xx.xx.2021-ci il tarixli ******* nömrəli akta əsasən 4320 m³; xx.xx.2021-ci il tarixli ******* nömrəli akta əsasən 4500 m³; xx.xx.2022-ci il tarixli ******* nömrəli akta əsasən 3960 m³; xx.xx.2022-ci i l tarixli ******* nömrəli akta əsasən 3960 m³; xx.xx.2022-ci il tarixli ******* nömrəli akta əsasən 6048 m³; xx.xx.2022-ci il tarixli ******* nömrəli akta əsasən 4500 m³; xx.xx.2022-ci il tarixli ******* nömrəli akta dair məlumatda sərfiyyat göstərilməmişdir; xx.xx.2022-ci il tarixli ******* nömrəli akta əsasən 2484 m³; xx.xx.2022-ci il tarixli ******* nömrəli akta əsasən 3024 m³; xx.xx.2022-ci il tarixli ******* nömrəli akta əsasən 2484 m³; xx.xx.2022-ci il tarixli ******* nömrəli akta əsasən 3024 m³; xx.xx.2022-ci il tarixli ******* nömrəli akta əsasən 4032 m³; xx.xx.2022-ci il tarixli ******* nömrəli akta əsasən 5040 m³; xx.xx.2022-ci il tarixli ******* nömrəli akta əsasən 6120 m³; xx.xx.2023-cü il tarixli ******* nömrəli akta əsasən 6120 m³; xx.xx.2023-cü il tarixli ******* nömrəli akt a əsasən 6120 m³; xx.xx.2023-cü il tarixli ******* nömrəli akta əsasən 6120 m³; xx.xx.2023-cü il tarixli ******* nömrəli akta əsasən 9144 m³; xx.xx.2023-cü il tarixli ******* nömrəli akta əsasən 3024 m³; xx.xx.2023-cü il tarixli ******* nömrəli akta əsasən 1512 m³; xx.xx.2023-cü il tarixli ******* nömrəli akta əsasən 1512 m³; xx.xx.2023-cü il tarixli ******* nömrəli akta əsasən 1512 m³; xx.xx.2023-cü il tarixli ******* nömrəli akta əsasən 2052 m³; xx.xx.2023-cü il tarixli ******* nömrəli akta əsasən 2592 m³; xx.xx.2023-cü il tarixli ******* nömrəli akta əsasən 2520 m³.

5. İddiaçı məxsus sayğac (**********00000 nömrəli abonent) göstəricisinə əsasən 2024-cü il mart ayının sonu üçün qalıq və aktlar üzrə 19485.48 manat borc hesablanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci ins tansiya məhkəməsində icraat

6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən əsassız hesablanmış 19485,48 manat məbləğin onun hesab kodundan silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi belə əsaslandırılmışdır ki, o, ünvan 2 ünvanında qeydiyyatdadır və faktiki olaraq həmin ünvanda yaşayır. ünvan 4ında yerləşən əmlak (bundan sonra - fərdi yaşayış evi) xx.xx.2012-ci il tarixdə vəfat etmiş X1 istifadəsində olmuşdur. 2015-ci ildən qeyd olunan ünvanda yaşayış olmamışdır. 2021-ci il tarixdən iddiaçı qeyd olunan ünvanda yerləşən əmlakı alğı-satqı müqaviləsi ilə almaq məqsədi ilə sənədləşmə işlərini aparmış, notarial qaydada vərəsələr müəyyən edildikdən sonra, 2023-cü ilin dekabr ayında, mərhum X1 vərəsəsi fərdi yaşayış evini iddiaçıya satmış və sonuncu ƏMDX yanında DƏDRX-nin xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən əmlakı öz adına rəsmiləşdirmişdir. xx.xx.2011-ci il tarixdə cavabdeh tərəfindən fərdi yaşayış evinə 1105AQ**********6 №-li sayğac quraşdırılmış, plomb vurulmuş, Əliyev Abbasağanın adına **********00000 №-li abonent kodu verilmişdir. xx.xx.2018-ci il tarixdə abonentin iştirakı olmadan (abonent 30.08 2012-ci il tarixdə vəfat etmişdir cavabdeh tərəfindən fərdi yaşayış evinə quraşdırılmış 1105AQ**********6 №-li qaz sayğacı 1402AZ**********04 №-li sayğac ilə əvəz olunmuş və guya sayğacdan kənar təbii qaz xəttindən istifadə olunması aşkar edilmiş, foto-video çəkilmişdir. Sayğacdan kənar qaz xətti guya ləğv edilmiş, itirilmiş 1728 m3 qazın dəyərinin hesablanmasına dair ******* №-li akt tərtib edilmiş, lakin həmin akt heç kimə təqdim edilməmişdir. xx.xx.2018-ci il tarixdə eyni qayda ilə itirilmiş 576 m3 qazın dəyərinin hesablanmasına dair ******* №-li akt tərtib edilmiş, sayğacdan kənar qaz xətti guya ləğv edilmişdir. Cavabdeh İB-nin əməkdaşları sayğacdan kənar aşkar edilmiş qaz xəttinin hansı istiqamətə getməsini və hansı mənzilə daxil olmasını müəyyən etmədən xx.xx.2012-ci il tarixdə vəfat etmiş X1 adına ******* №-li akt tərtib etməklə 57,60 manat borc yazırlar. xx.xx.2020-ci il tarixdə abonentin iştirakı olmadan fərdi yaşayış evinə NATEK ENERJİ G-4 MEXANİKA tipli, 40012820 №-li sayğac quraşdırılmış, 11238401 №-li plomb vurulmuşdur. xx.xx.2018-ci ildən başlayaraq xx.xx.2023-cü il tarixə qədər fərdi yaşayış evinə, xx.xx.2012-ci il tarixdə vəfat etmiş abonent X1 adına Cavabdeh İB tərəfindən ümumilikdə 60 ədəd “Təbii qazdan istifadə qaydaların pozulması haqqında” akt tərtib edilmiş və abonentin hesab koduna 19485,48 manat borc yazılmışdır. 21 dekabr 2023-cü il tarixdə istifadəsiz qalaraq, kipləşmiş NATEK ENERJİ G-4 MEXANİKA tipli, 40012820 №-li sayğac Cavabdeh İB tərəfindən SMART G4 tipli, **********655 №-li sayğac ilə əvəz edilmiş, 14646977 №-li plomb vurulmuş, “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* №-li akt tərtib edilmiş, həmin akt X1 adından mənzilin yeni sahibi olan iddiaçı tərəfindən imzalanmış və 30.08 2012-ci il tarixdə vəfat etmiş abonent X1 hesab kodunda 19485,48 manat borcun olduğunu həmin gün bilmişdir. Bakı Regional Qazın Satışı Departamenti tərəfindən tərtib olunmuş “Dəymiş ziyanın bərpası”na dair tələbnamə yə əsasən sayğacdan kənar qeyri-qanuni qaz xəttinin ləğv edilməsi qeyd olunsa da, həmin xətt 21 dekabr 2023-cü il tarixdə iddiaçının təkidi ilə ləğv edilmişdir. Fərdi yaşayış evinin qonşuları mənzildə heç kimin yaşamadığını bildiklərinə görə həm qaz xəttinə, həm də elektrik xəttinə qanunsuz qoşulmaqla istifadə etmişlər. Cavabdeh təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə olunduğunu aşkar etdikdən sonra kənar xətti ləğv etməli idi, lakin cavabdeh “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 №-li qərarını nəzərə almamışdır. Həmin qərarın 6.5-ci bəndinə görə qazpaylayıcı tərəfindən şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırma qla qazın verilməsini dayandırmalıdır. Göründüyü kimi qanunvericilik imperativ qaydada qazpaylayıcısının üzərinə qazın verilməsini dayandırılması vəzifəsini qoymuşdur. Küçədə quraşdırılmış qaz sayğacına və qaz xəttinə abonent nəzarət etmir və sayğacın işlək vəziyyətdə olmasına, qaz xəttinin deşilməsinə abonent cavabdeh deyildir. İddiaçı tərəfindən mübahisələndirilən həmin aktlar abonentin və ya qonşuların iştirakı olmadan tərtib edilmiş və abonent və ya qonşular tərəfindən imzalanmamışdır. Qeyd olunan ünvana dəfələrlə baxış keçirilməsinə baxmayaraq, abonentin və ya qonşuların iştirakı təmin edilməmişdir. Ümumiyyətlə nə abonentin, nə də qonşuların həmin aktlardan xəbərləri olmayıb. Aktlar birtərəfli qaydada tərtib edilmiş, abonentə və ya qonşulara təqdim olunmamış, abonent və qonşular həmin aktları imzalamamışdır. Abonentin imzalamadığı həmin aktlar əhəmiyyətli sübut sayılmır və əhəmiyyətli sübutlar sayılmadığı üçün həmin aktlar ləğv edilməlidir. Aktlar tərtib olunarkən bir nüsxəsi abonentə verilməli idi. Lakin cavabdeh aktların abonentə təqdim olunmasını sübut edə bilmir. Birliyin əməkdaşları tərəfindən çəkilmiş fotoşəkillər etibarlı sübut kimi qəbul edilə bilməz. Çünki, fotoşəkillərin hansı aktlara aid olması müəyyən edilməmişdir. Belə ki, foto-şəkillərin əksəriyyəti təkrarlanır. Bundan əlavə, iyun-iyul-avqust aylarında çəkilmiş foto-şəkillərdə üzüm tənəklərində yarpaqların olmaması, isti yay aylarında, təbii qaza tələbatın az olduğu vaxtda sayğacdan kənar qaz xəttindən istifadə olunması həm foto-şəkillərin, həm də aktların mötəbərliyinə şübhə yaradır. “Azəriqaz" İB-nin tə rtib etdiyi aktlara əsasən guya sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilmiş və birliyə külli miqdarda ziyan dəymişdir. "Azəriqaz" İB-nin iddia etdiyi həcmdə abonentin qazdan artıq istifadə etməsi barədə heç bir mütəxəssis araşdırılması aparılmadan şişirdilmiş rəqəm yazılmışdır. Cavabdeh İB qaz xəttinə məhz abonent tərəfindən müdaxilə edilməsini təsdiq edən sübutları təqdim edə bilmir. Abonentin imzası olmayan həmin aktlar isə qaz xəttinə müdaxilənin məhz abonent tərəfindən edildiyini təsdiq etmir. İddiaçı Bakı Regional Qazın Satışı Departamentinə müraciət edərək "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında" aktları, «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» müqaviləni, GASREP, Abonentin Saldosunu və c ərimə aktlarını tələb etmiş, aktların çoxluğunu nəzərə alaraq aktlar və ona əlavə edilmiş fotoşəkillər yaddaş kartında və xüsusi qovluqla təqdim edilmişdir. Abonent Cavabdeh İBnin balansında olan küçədəki qaz xəttinə özbaşına qoşulmamışdır. Təbii qazdan sayğacdan kənar hər-hansı bir vasitə ilə qeyri- qanuni istifadə edilmişdirsə, küçədəki qaz kəmərinə birləşmə olmalıdır. Həmin birləşmə qaynaq vasitəsi ilə yarandığından hər bir halda küçədəki qaz xəttində, borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar olmalıdır, yəni qaynaq izləri qalır. Cavabdeh İB tərəfindən tərtib olunmuş 60 ədəd akta əsasən boru üzərində bir o qədər zədə olmalıdır. Bu səbəbdən müstəqil məhkəmə ekspertizasının yerində baxış keçirilməsi zərurəti yaranır. Cavabdeh İB son illərdə üzərinə d üşən vəzifələri icra etmədən, öz imkanlarından və səlahiyyətlərindən istifadə etməklə abonentlər tərəfindən kənar xətdən istifadə etməyin qarşısını almadan, faktiki olaraq öz abonentlərinə kənar xətdən istifadə etmək üçün şərait yaratmaqla, aktlar tərtib etməklə abonentlərdən dəymiş zərərin ödənilməsini tələb edir. Zərərin əvəzi ödənilmədikdə məhkəmədə iddia qaldırır. Hazırkı halda iddiaçı cavabdehdən qaz xəttinə sayğacdan kənar qanunsuz qoşulmanı sübut edən faktları tələb edir. Bundan əlavə, Azərbaycan Respublikası İXM-də və Azərbaycan Respublikası CM-də nəzərdə tutulmuşdur ki, təbii qaz şəbəkəsinə qanunsuz qoşulmaqla təbii qazdan istifadə edilməsi, vurulmuş ziyanın məbləğindən asılı olaraq inzibati və cinayət məsuliyyəti yaradır. Belə olan halda uzun müddət ərzində dəfələrlə qanunsuz qoş ulma faktı olduğu halda cavabdehin bu fakt barədə hüquq mühafizə orqanlarına məlumat vermədən davamlı olaraq yeni aktlar tərtib etməsi həmin aktların mötəbərliyi barədə şübhə yaradır. Məhkəməyə təqdim edilmiş aktlar birtərəfli qaydada tərtib olunmuş və heç kim həmin aktları imzalamamışdır. Abonent tərəfindən imzalanmamış həmin aktlar əhəmiyyətli sübut sayılmır və əhəmiyyətli sübut sayılmadığı təqdirdə iddia tələbi təmin edilməlidir.

8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 iddianı qəbul etməyərək rədd olunmasını xahiş etmişdir.

9. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5187/2024 nömrəli 04 dekabr 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, **********00000 saylı abonentə Cavabdeh İB tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək tərtib edilmiş aktlar üzrə hesablanmış 19.312,68 manat borcun silinməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Nilufər Cəfərli).

10. Məhkəmə iddia tələbinin xx.xx.2018-ci il tarixdən xx.xx.2022-cü il tarixədək cavabdeh tərəfindən tərtib edilmiş aktlara əsasən hesablanmış borcun silinməsi hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, **********00000 nömrəli abonent sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etmiş və cavabdehə ziyan vurmuşdur. Lakin məhkəmə **********00000 nömrəli abonentin kənar qaz xəttindən istifadəyə görə hesablanmış borcunun şişirdilmiş olduğuna dair dəlilini inandırıcı sayır. Belə ki, iş materiallarında olan aktlarda **********00000 nömrəli abonentin imzasının olmadığını, dolayısı ilə ona məxsus evə dəfələrlə baxış keçirils ə də, iştirakının təmin edilməməsini nəzərə alır. Bundan əlavə, işdə olan fotoşəkillərin çəkilmə tarixi göstərilmədiyindən aktların düzgünlüyünə şübhə yaradır. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, **********00000 nömrəli abonent təbii qazdan qeyri qanuni istifadə etməsi nəticəsində ******* nömrəli, xx.xx.2018-ci il tarixli akt əsasən hesablanmış 172.80 manat borc istisna olmaqla digər aktlara əsasən hesablanmış borc silinməlidir.

11. Məhkəmə xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2023-cü il tarixədək Cavabdeh İB tərəfindən tərtib edilmiş aktlara əsasən hesablanmış borcun silinməsi hissəsinə münasibət bildirərək qeyd edilmişdir ki, sözügedən aktlar xx.xx.2022-ci il tarixdən sonrakı dövrü əhatə etmiş olduğundan və istehlakçının məsuliyyətə cəlb edilməsinə dair səlahiyyəti orqanın qərar ı olmadığında iddia tələbi həmin aktlara münasibətdə təmin edilməlidir.

12. Məhkəmə öz mövqeyini “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.2, 1097.1-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5-ci, 6-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiyası məhkəməsinin qətnaməsini iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsini və iddia tələbinin həmin hissədə də təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmi şdir.

14. Şikayət onunla əsaslandırılmışdır ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş aktların bir nüsxəsi istehlakçıya (nümayəndəsinə) təqdim edilmişdir və istehlakçının həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə olaraq əməkdaşları tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdən də açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Digər tərəfdən mübahisələndirilən aktlar üzrə (2018-2023-cü illər) cəmi 19314,58 manat məbləğində dəymiş ziyan hesablanmışdır. İddia tələbində silinməsi tələb olunan 170,9 manat (19485,48-19314,58=170,9) isə istehlakçı tərəfindən sayğac vasitəsilə istifadə edilmiş təbii qazın dəyəri olmuşdur. Birinci instansiya məhkəməsi isə iddia tələbini qismən təmin edərkən xx.xx.2018-ci il tarixli ******* nömrəli akt əsasən hesablanmış 172.80 manat dəymiş ziyan məbləğini əsaslı hesab etdiyi üçün iddia tələbini həmin hissədə təmin etməmişdir. Lakin məhkəmə mübahisələndirilən aktlar üzrə hesablanmış cəmi dəymiş ziyan məbləğini düzgün müəyyən etmədiyi üçün xx.xx.2018-ci il tarixli akta əsasən hesablanmış 172.80 manatı 19314,58 manatdan deyil, iddia tələbində silinməsi xahiş olunan 19485,48 manatdan çıxmış, nəticədə də səhv nəticəyə gələrək heç bir əsas olmadan istehlakçı tərəfindən sayğac vasitəsilə istifadə edilmiş təbii qazın dəyəri olan 170,90 manatı da silmişdir. Bundan əlavə hesab edirik ki, iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ da olmamışdır. Belə olan halda Cavabdeh İB-nin ona vurulmuş m addi zərərin əvəzinin tam ödənilməsini tələb etmək hüququnun olmasına, həmçinin iddiaçı tərəfindən qaz xəttinə qanunsuz qoşulmaya dair sübutların olmasına baxmayaraq, 1-ci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə səhv nəticəyə gəlmiş, qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən hazırki iddia tələbləri üzrə Ali Məhkəmənin formalaşdırdığı (xx.xx.2024-cü il tarixli 2(102)-424/2024 saylı qərarı) mövqeyi də nəzərə alınmamışdır. Belə ki, Ali Məhkəmənin Mülki Kollegiyası yuxarıda qeyd edilən qərarında göstərmişdir ki, “aşağı instansiya məhkəmələrinin iddianın təmin edilməyən hissəsi üzrə digər aktların nəzərə alınmamasının əsası kimi iddiaçının üzərinə düşən vəzifələri icra etməyə rək, öz imkan və səlahiyyətlərindən istifadə etməklə abonent tərəfindən kənar xətdən istifadə etməyin qarşısını almamasına istinad edilməsi düzgün olmamışdır. Aşağı instansiya məhkəmələri həmin aktları, ümumiyyətlə, nəzərə almamaqla yox, Mülki Məcəllənin 23.3-cü maddəsinə uyğun olaraq zərərçəkənin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması hallarına aydınlıq gətirməklə, ən azı zərərin məbləğini azalda bilərdi. Göstərilənlərdən məlum olur ki, tərəfimizdən kifayət qədər təsdiqedici sübutlar təqdim olunmasına baxmayaraq birinci instansiya məhkəməsi qeyd olunan qanunvericilik normalarının tələblərini kobud şəkildə pozmuş və Ali Məhkəmənin yuxarıda göstərilən qərarında formalaşdırdığımövqeni də nəzərə almamışdır. 1-ci instansiya məhkəməsi sübutların faktların mü əyyən edilməsi, mötəbərliyi baxımından obyektiv, qərəzsiz, hərtərəfli araşdırılmasını və sonra hüquq normalarına müvafiq olaraq düzgün qiymətləndirilməsini təmin etməmişdir. Əgər məhkəmə qeyd olunan prosessual normanın tələblərini düzgün tətbiq etmiş olsa idi iddia tələbini rədd edərdi. Belə ki, istehlakçıya məxsus ünvanda təbii qazdan qeyri-qanuni birləşmə vasitəsilə istifadə halları aşkar edilən zaman çəkilmiş fotoşəkillər tərəfimizdən məhkəməyə təqdim edilmişdir. Həmin fotoşəkillərdə qaz xəttinə qanunsuz qoşulma olması aydın görsənir. Eyni zamanda Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş aktların bir nüsxəsi istehlakçıya (nümayəndəsinə) təqdim edilmişdir və istehlakçının həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Odur ki, məhkəmənin gəldiyi hazırki nəticə göstərilən prosessual hüquq normalarının pozulmasıdır.

15. Məhkəmə iclasında iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3396/2025 nömrəli 27 avqust 2025-ci il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər - S.Bəhrəmzadə (sədrlik edən və məruzəçi), M.Məmmədov və V.Sadıqov).

17. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan ist ifadə Qaydaları»na əsasən müəyyən edilmiş formada tərtib edilməsi nəzərdə tutulmuş aktda həm aktı tərtib edən cavabdehin əməkdaşlarının, həm də istehlakçının (nümayəndəsinin) iştirakı nəzərdə tutulmuşdursa, mütləq qaydada istehlakçının iştirakı təmin edilməli, akt hər iki tərəfin iştirakı qaydasında tərtib edilməli və bir nüsxəsi abonentə verilməlidir. Hazırki halda isə cavabdeh qurum tərəfindən qeyd edilənlərə riayət edilməmişdir.

18. Məhkəmə kollegiyası tərəfindən yerində müayinə zamanı həmin ünvanda mövcud olan tikili ümumiyyətlə yaşayış üçün yaralı vəziyyətdə olmamaqla orada uzun müddətdir yaşayışın olmadığı müəyyən edilmişdir. O cümlədən cavabdehin nümayəndəsi də 2025-ci ildə həmin ərazidə olduğunu və orada yaşayış olmaması səbəbindən hər hansı bir akt da tərtib edilmədiyini bildirmiş dir. İddiaçı da orada yaşayış olmadığını, 5 ildir sənədləşməsi ilə məşğul olduğunu məhkəmə iclaslarında bildirmişdir. Belə olan halda ümumiyyətlə yaşayış olmayan ünvan üzrə hər ay 2018-ci ildən başlayaraq istisnasız aktlar tərtib edilməklə cərimənin tətbiq edilməsinin formal və hər hansı baxış keçirilmədən olması aydın görünür. Hətta bu aktlara əlavə edilmiş foto şəkillərdən də müəyyən edilir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, həmin aktlar üzrə hesablanmış borc cavabdehdən tutula bilməz və məhkəmənin iş üzrə gəldiyi qənaət də qanuni və əsaslı olmuşdur.

19. Həmçinin 2022-ci ilin may ayından sonra tərtib edilmiş aktlarla bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, qanunvericiliyin tələblərinə əsasən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz payl ayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Hazırki işdən isə müəyyən edilir ki, həmin akt tərtib edilərkən bir nüsxəsi nə akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına ç atmış ailə üzvlərindən birinə), nə də bir nüsxəsini isə qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim edilməsi barədə cavabdeh tərəfindən hər hansı bir sübut təqdim edilməmişdir. Qeyd edilənlər də həmin aktların məhz formal tərtib edilməsini təsdiq edir. Belə ki, belə bir qanunsuz qoşulma etməklə qazın istifadəsinin mövcudluğunun həqiqət olduğu cavabdehin nümyəndələri tərəfindən müəyyən edildiyi halda tərtib edilən aktın bir nüsxəsini inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), ci nayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməmələri də buna dəlalət edir.

20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13.8, 13 (8-1-ci bəndi 2022-ci ilin may ayından qüvvədə olan) maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 4.2, 4.6-4.9-cu bəndlərinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

21. Cavabdeh (Vəkil) kassasiya şikayə ti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsini, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Lakin mübahisələndirilən mülki iş üzrə nə birinci instansiya, nə də apellyasiya instansiya məhkəməsi İddiaçı kimi çıxış etmək üçün subyektiv hüququnun olub-olmamasına qiymət verməmişdir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa ( borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. İddiaçı ilə cavabdeh arasında heç bir müqavilə münasibəti mövcud olmamışdır. Ünvan üzrə yeganə müqavilə tərəfi – X6 olmuşdur (xx.xx.2012-ci il tarixdə bağlanmış təbii qazın alqı-satqısı haqqında 2304 nömrəli müqavilə). Həmçinin iddiaçının mübahisəli məsələ ilə bağlı hansı əsasla hüquqlarının olmasını təsdiq edən sübutlar işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim edilməmişdir. İddiaçı ilkin olaraq iddia ərizəsi ilə müraciət edən zaman təsadüfi deyildir ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, S.Vurğun küçəsi, ünvanında yerləşən 1 "F” №-li evdə 2015-ci il tarixdən (iddia ərizəsinin 2-ci abzası) 2023-cü il tarixədək yaşayışın ol mamasını qeyd etmişdir. Yalnız sonralar mənafeyinə uyğun düzəliş edərək 2018-ci il tarixdən həmin evdə guya yaşaması haqqında fikir söyləmişdir. Həmçinin iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, evi mərhum X1 vərəsələrindən almışdır. İş üzrə subyektiv hüquq sahibləri kimi də məhz X1 mirasını qəbul etmiş vərəsələri çıxış etməli, mərhumun mirasının passiv hissəsini də məhz onlar qəbul etdikləri üçün, onların da mübahisə açmaq hüquqları olmuşdur.

23. Məhkəmələr hesab etmişlər ki, **********00000 nömrəli abonent təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində ******* nömrəli, xx.xx.2018-ci il tarixli akt əsasən hesablanmış 172.80 manat borc istisna olmaqla digər aktlara əsasən hesablanmış borc silinməlidir. Silinmə səbəblərindən biri də borc məbləğinin şişirdilmiş olması ilə bağlı gəli nən nəticə olmuşdur. Məhkəmə belə bir nəticəyə gəlmişdir ki, 172.80 manat məbləğin təmin edilməsi realdır. ******* nömrəli, xx.xx.2018-ci il tarixli akt əsasən hesablanmış borc özündən əvvəl olan tarixə hesablanmış borc məbləğidir. Məhkəmənin münasibətindən belə nəticəyə gəlinir ki, qeyri-qanuni qoşulma həyata keçirmədən 2010-cu ilin iyun ayından 2024-cü ilin mart ayınadək 14 il ərzində cəmi 224.00 manat ödəniş etməklə, bir ailənin qaz təchizatının təmin edilməsi daha ağlabatandır, aktlar isə inandırıcı deyildir. Beləliklə də qətnamədə göstərilən hallar işin materiallarına uyğun olmamışdır.

24. Məhkəmə tərəfindən sübutlar hərtərəfli araşdırılmamış, iddiaçı ilə cavabdeh arasında müqavilə münasibətinin olub-olmaması, ödəniş cədvəlləri araşdırılmamışdır. Nəticədə borc məbləğinin mübahisələndi rilən hissədə silinməsi haqqında əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

26. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

27. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşü lür.

28. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

29. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

30. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməl idir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”

31. Maddə 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.

32. Maddə 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

33. Maddə 4.9. istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qa ydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

34. Maddə 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu

35. Maddə 6, 2-ci hissə. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır.

36. Maddə 11, 6-cı hissə. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alğı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alğı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

37. Maddə 13, 8-1-ci hissə (xx.xx.2022-ci il tarixdən qüvvədə olan redaksiyada). Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6- cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Maddə 217.4 Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

42. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillə r üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

43. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Maddə 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

44. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara is tinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

45. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyinə görə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

47. Avropa İnsan Hüquqları Məhkəməsinin mövq eyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

48. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümk ündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

49. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hazırkı iddia tələbini irəli sürməkdə subyektiv hüququnun olamaması barədə kassatorun dəlili əsassızdır. Çünki iddiaçı borcun hesablandığı yaşayış evinin mülkiyyətçisidir.

50. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

51. Kassasiya şikayətinin dəlilləri mahiyyəti etibarilə, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır. Qeyd olunmalıdır ki, işin faktiki halları ilə bağlı dəlillər üzrə kassasiya icraatında araşdırma aparılmır, onlara qiymət verilmir. Çünki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməs i tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

53. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3396/2025 nömrəli, 27 avqust 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar