Məhkəmə qərarları › İş №2(102)-3692/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3692/2023

02.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bor
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3692/2023 02.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: barışıq razılaşması üzrə pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-862/2023 nömrəli mülki iş üzrə 30 may 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə oktyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Neftça la Rayon Məhkəməsinin 2(053)-995/2017 nömrəli, 20 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh (bundan sonra – cavabdeh) 79.888 manat pulun alınaraq İddiaçı (bundan sonra – iddiaçı) verilməsi qət edilmişdir.

2. Tərəflər arasında razılıq əldə olunaraq notariat qaydasında 16 yanvar 2018-ci ildə Şirvan şəhəri 1 saylı notariat kontorunda barışıq sazişi bağlanmış, həmin sazişə əsasən cavabdeh iddiaçıya 79.888 manat əvəzinə 51.000 manat məbləğində pul ödəməyi, iddiaçı isə bunun müqabilində iddiasından imtina etməyi öhdələrinə götürmüşlər.

3. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-373/2018 nömrəli 06 fevral 2018-ci il tarixli qərardadı ilə iddiaçının iddiadan imtinası qəbul edilmiş və iş üzrə icraata xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 51.000 manat və dövlət rüsumu kimi ödənilmiş 243 manat miqdarında pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. İddia tələbi işin yuxarıda qeyd olunan hallarına istinadən belə əsaslandırılmışdır ki, cavabdeh 16 yanvar 2018-ci il tarixli barışıq sazişinin şərtlərinə əməl etməmiş, 51.000 manat məbləğində pulu ona ödəməmişdir.

6. İddiaçı məhkəmə baxışı zamanı verdiyi izahatında, həmçinin bildirmişdir ki, cavabdeh ötən dövr ərzində, müxtəlif tarixlərdə ona olan borcundan 2.500 manat ödəyib.

7. Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, 1994-cü ildən Neftçala Avtovağzalının rəisi, 2002-ci ildə özəlləşmədən sonra isə "xxxx" MMC-nin təsisçisi və direktoru vəzifəsind ə çalışır. İddiaçı ilə borc münasibətləri avtovağzalın təmiri ilə bağlı yaranıb. İddiaçı cəmiyyətin gəlirləri ilə qoyduğu vəsaiti artıqlaması ilə götürüb, lakin ona təzyiq etməkdə davam edir. 16 yanvar 2018-ci il tarixli sazişi təzyiq altında imzalayıb, 2018-ci ilin iyulundan 2019-cu ilin avqustuna kimi iddiaçıya “Milliön” aparatı vasitəsi ilə 2500 manat pul ödəyib. Sonrakı illərdə isə pandemiya ilə əlaqədar olaraq fəaliyyətləri dayandırılıb. 2021-ci ilin sonlarından fəaliyyətləri nisbətən bərpa olunmuş, lakin bu günədək avtovağzalın fəaliyyəti tam bərpa olunmayıb.

8. Neftçala Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(053)-41/2023 nömrəli iş üzrə 27 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakim C.Qədimov) iddia qismən təmin edilmiş, cavabdehdən 48.500 manatın, döv lət rüsumu kimi ödənilmiş 243 manatın tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdehin iddiaçıya 51.000 manat məbləğində pul ödəməli olduğuna dair tərəflər arasında razılaşma olmuş, cavabdeh həmin miqdardan iddiaçıya 2.500 manat ödəmişdir. Cavabdehin iddiaçıya olan borcu 48.500 manat təşkil edir. Cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyindən iddiaçı cavabdehdən 48.500 manat məbləğində pul vəsaitini tələb etməkdə haqlıdır.

10. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 385.1, 425.1, 442, 443.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 76.1-ci maddələr inə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh hüquqi cəhətdən savadsız bir şəxsdir. Maddi imkanı olmadığı üçün birinci instansiya məhkəməsində vəkillə iştirak etməmişdir. Tərəflər arasında xx.xx.2018-ci il tarixdə barışıq sazişi imzalanmışdır. Həmin sazişdə öhdəliyin icrası müddəti qeyd edilməyib. Cavabdeh 2018-ci ilin iyul ayından 2019-cu ilin avqust ayınadək hissə-hissə iddiaçıya cəmi 2500 manat pul ödəmişdir. 2019cu ilin avqust ayından ödəniş olmamış və iddia müddəti bu tarixdən hesablanarsa, məhkəməyə iddiaçının iddia ərizəsi verdiyi günədək tətbiq edilməli olan 3 illik müddət ötürülmüşdür. Məhkəmə isə pul iddiası üzrə iddia müddətinin tətbiq edilməsi barədə cavabdehə nə rəsmi qaydada hüquq və vəzifələri barədə göndərilmiş bildirişdə, nə də proses zamanı belə bir hüququnun olduğu barədə ona hüquqlarını (xüsusən də iddia müddətinin tətbiqi ilə bağlı ərizə vermək hüququ barədə) izah etməmişdir. Ən azından iddia müddətinin tətbiqi barədə ərizə vermək hüququnun olması cavabdehə izah olunsaydı, o, bu hüququndan əlbəttə ki, istifadə edərdi və bu əsasla iddia tələbi cavabdehin mənafeyinə uyğun rədd edilərdi. Məhkəmə tərəfindən Mülki Məcəllənin 372.1, 375.2-ci maddələrinin, MPM-in 14.1, 88, 217.1 və 218.1-ci maddələrinin tələbləri pozulmuşdur.

13. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(106)-862/2023 nömrəli iş üzrə 30 may 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Z.Allahyarov (sədrlik edən və məruzəçi), İ.Əsədov və S.Mayılov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, şikayətin dəlillərinə münasibətdə vurğulamışdır ki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir Lakin birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə təqdim etməmişdir. MPM məhkəmənin üzərinə cavabdehə iddia müddətinin tətbiqi ilə bağlı ərizə vermək hüququnu izah etməsi vəzifəsi qoymamışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

15. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

16. Kassasiya şikayəti iddiaya etirazın və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

18. Maddə 881.1. Barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər.

19. Maddə 881.2. Barışıq razıl aşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur.

20. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Mülki Prosessual Məcəllə

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

24. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

25. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işi n faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

26. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

27. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya inst ansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

28. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehin kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə birinci və apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhk əmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.

31. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

32. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

33. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-862/2023 nömrəli mülki iş üzrə 30 may 2023-cü il tarixli qətnam əsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar