Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3694/2023 15.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 qarşı iddiası və iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı birləşdirilmiş iş üzrə QƏRARİ (Açar sözlər: fərdi yaşayış evinin naturada bölünməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 qarşı fərdi yaşayış evində payının naturada ayrılaraq ona verilməsi tələbinə dair və iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı, Cavabdeh2, Cavab deh3 və Cavabdeh4 qarşı ümumi birgə mülkiyyətdə olan fərdi yaşayış evinin naturada bölünməsi, bölünmə mümkün olmadığı təqdirdə fərdi yaşayış evinin qiymətləndirilərək hərracda satılması və satışdan əldə olunmuş vəsaitin paylarına mütənasib şəkildə bölünməsi tələbinə dair birləşdirilmiş mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-736/2023 nömrəli, 23 may 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanında 0,05 ha torpaq sahəsində yerləşən 233,4 kv.m sahəsi olan fərdi yaşayış evi üzərində Cavabdeh1 3/9 hissə, Cavabdeh2 1/9 hissə, Cavabdeh3 1/9 hissə, Cavabdeh4 1/9 hissə və İddiaçı 3/9 hissə paylı mülkiyyə ti müvafiq olaraq xx.xx.2018-ci il tarixdə və xx.xx.2019-cu il tarixdə qeydə alınmış, bu barədə onların adına mülkiyyət hüququnu təsdiq edən çıxarış verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanda yerləşən Azərbaycan Respublıkası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Reyestr Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya RX ******* nömrəli çıxarışa əsasən onun, yəni İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ümimi birgə mülkiyyətinə verilmiş ümumi sahəsi 233.40 kv.m olan fərdi yaşayış evindən onun, yəni İddiaçı 3/9 hissə payını naturada ayı raraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Lənkəran şəhəri, Müzəffər Nəsirli küçəsində 0.05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 7 otaqlı, 139.9 kv.m yaşayış, 93.5 kv.m köməkçi sahədən ibarət 23 nömrəli fərdi yaşayış evində payı ona atası X2 miras qalmışdır. X1 03 aprel 1979-cu ildə vəfat etmişdir. Onların nikahından 24 may 1945-ci ildə Eldar, 01 fevral 1947-ci ildə Ramiz, 27 yanvar 1954-cü ildə Mübariz, 06 dekabr 1955-ci ildə Mədinə, xx xxxxxx 1957-ci ildə Aydın və 20 mart 1965-ci ildə Məlahət adlı 6 uşaqları olmuşdur. Həmin uşaqlardan Eldar 30 iyun 2017-ci ildə vəfat etmişdir. Mərhum atasının birinci nikahdan olan uşaqları Ramiz, Mübariz, Mədinə və Məlahət mə rhum atası Əliəskər Nəhmətovun sağlığında ailə həyatı quraraq, ayrılaraq digər yaşayış yerlərinə köçmüşlər. Birinci nikahdan olan uşaqlar Eldar və o, mərhum atası Ələsgər Nəhmətov ölən günə qədər və öldükdən sonra da həmin evdə yaşayıblar və miras əmlakı faktiki olaraq qəbul ediblər. Mərhum atası Ələsgər Nəhmətovun ikinci nikahdan olan qızı X4 da onun sağlığında ailə həyatı quraraq Salyan rayonuna gəlin köçmüşdür. Atasının ikinci həyat yoldaşı Cavabdeh1 isə 2004-cü ilədək miras evdə yaşamışdır. Miras evin 3/9 hissəsi ona məxsusdur. Hazırda o öz payına naturada ayırıb, ondan təkbaşına istifadə etmək etmək istəyir. Lakin cavabdehlər buna maneçilik törədirlər və aralarında bununla əlaqədar mübahisə mövcuddur.
4. Birləşdirilmiş 2-ci iddia üzrə iddiaçı Nəhmətova (Qasımova) Hürnaz Yadulla qızı c avabdehlər İddiaçı, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran şəhəri, Müzəffər Nəsirli küçəsində 0.05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 7 otaqlı, 139.9 kv.m yaşayış, 93.5 kv.m köməkçi sahədən ibarət 23 nömrəli fərdi yaşayış evinin 3/9 hissəsinin onun mülkiyyətində olması nəzərə alınaraq həmin evin və yardımçı tikililərin naturada bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı Cavabdeh1 Yədulla qızı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin həcmini artırmış, paylı mülkiyyətdə olan fərdi yaşayış evinin 3/9 hissəsinin onun istəkləri nəzərə alınaraq natura qaydasında bölünməsi barədə, natura qaydasında bölünmə mümkün olmadığı təqdirdə fərdi yaşayış evinin qi ymətləndirilərək, hərracdan satılması və satışdan əldə olunmuş vəsaitin paylarına mütənasib şəkildə bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, fərdi yaşayış evində vərəsələrdən Cavabdeh1 və İddiaçı Ələskər oğlunun hər birinə 3/9 hissədə, mərhum Eldar Nəhmətovun övladları, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 1/9 hissədə payları müəyyən edilmişdir. Evin 3/9 hissəsi onun xüsusi mülkiyyətində olsa da, cavabdehlər ona həmin evdə yaşamağa imkan vermirlər. Hazırda paylarının müəyyən edilməsinə və evin müəyyən hissəsi mülkiyyətlərində olsa da evdən və yardımçı tikililərdən faktiki olaraq istifadə edə bilmir.
7. Məhkəmə iclasında birləşdirilmiş 1-ci iş üzrə iddiaçı, birləşdirilmiş 2-ci iş üzrə cavabdeh İddiaçı nümayəndəsi təmsil etdiyi şəxs tə rəfindən verilmiş iddia tələbini müdafiə edib, iddianın təmin edilməsini, 2-ci iddianın isə rədd edilməsini məhkəmədən xahiş etmişdir.
8. Birinci instansiya məhkəməsində birləşdirilmiş 1-ci iş üzrə cavabdeh, birləşdirilmiş 2-ci iş üzrə iddiaçı Cavabdeh1 Yədulla qızının nümayəndəsi və vəkili, həmçinin Cavabdeh1 nümayəndəsi iddia tələblərini müdafiə edib, bildirmişlər ki, müvafiq ekspert rəyinə əsasən naturada bölünmə mümkün olmadığından mübahisəli fərdi yaşayış evinin açıq hərracdan satılaraq əldə edilmiş vəsaitin tərəflərin payına uyğun bölünməsini xahiş etmişlər.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 dekabr 2019-cu il tarixli 25730 №-li rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin t ərəflərin 3/9 hissə paylarına uyğun olaraq naturada, təcrid mənzil şəklində ayrılmasının İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun 1.1, 2.1, 2.2, 2.9-cu bəndlərinin və metodik vəsaitin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir.
10. «Yeni Dövr» Qiymətləndirmə Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli hesabata əsasən, Lənkəran şəhəri, M. Nəsirli küçəsində 0.05 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 233.4 kv.m-dən ibarət olan 23 nömrəli fərdi yaşayış evinin bazar dəyəri 130200 manatdır. 11. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli hesabata əsasən, Lənkəran şəhəri, M. Nəsirli küçəsində 0.05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 7 otaqlı, 139.9 kv.m yaşayış, 93.5 kv.m köməkçi sahədən ibarət 23 nömrəli fərdi yaşayış evinə orta bazar qiyməti 65.000, orta likvid qiyməti 55.000 manat təşkil edir.
12. Lənkəran Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 09 iyun 2022-ci il tarixli 2(049)-347/2022 nömrəli qətnaməsi ilə (hakim R.A.Məmmədov) 1ci iş üzrə İddiaçı payların naturada bölünməsinə dair iddiası rədd edilmiş, 2-ci iş üzrə Cavabdeh1 iddiası təmin edilmiş, ünvan 1 ünvanında 0,05 ha torpaq sahəsində yerləşən 233,4 kv.m sahəsi olan fərdi yaşayış evinin açıq hərracdan satılması və əldə edilmiş pul vəsaitindən Cavabdeh1 3/9 hissə, Cavabdeh2 1/9 hissə, Cavabdeh3 1/9 hissə, Cavabdeh4 1/9 hissə və İddiaçı 3/9 hissə paylarına mütənasib şəkildə bölünməsi, fərdi yaşayış evinin ilkin satış qiymətinin 98.600 (doxsan səkkiz min altı yüz) manat müəyyən edi lməsi, iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumlarının müvafiq olaraq iddiaçıların özlərinə aid edilməsi, ekspertiza xərci 50(əlli) manatın İddiaçı və Cavabdeh1 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisəli fərdi yaşayış evinin naturada bölünməsinin mümkülyünü məsələsi xüsusi bilik tələb edən məsələ olduğundan iş üzrə məhkəmə tikitnitexniki ekspertizası təyin edilmiş və ekspertin yuxarıda qeyd olunan rəyinə əsasən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin tərəflərin 3/9 hissə paylarına uyğun olaraq naturada, təcrid mənzil şəklində ayrılmasının İnşşat Norma və Qaydalarının 2.08.01.89-nun 1.1, 2.1, 2.2, 2.9-cu bəndlərinin və metodik vəsaitin tələblərinə müvafiq olaraq texniki cəhət dən mümkün olmadığı müəyyən edilmişdir.
14. Məhkəmə məhz buna görə də hesab etmişdir ki, birləşdirilmiş 1-ci iş üzrə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «ünvan 2 ünvanda yerləşən Azərbaycan Respublıkası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Reyestr Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya RX ******* nömrəli çıxarışa əsasən onun, yəni İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ümimi birgə mülkiyyətinə verilmiş ümumi sahəsi 233.40 kv.m olan fərdi yaşayış evindən onun, yəni İddiaçı 3/9 hissə payını naturada ayıraraq ona verilməsi» tələbinə dair iddiası təmin edilməməlidir.
15. Məhkəmə birləşdirilmiş 2-ci iddia ilə əlaqədar qeyd etmişdir ki, həmin iddia tələbində mübahisəli fərd i yaşayış evinin naturada bölünməsi İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanda yerləşən Azərbaycan Respublıkası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Reyestr Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya RX ******* nömrəli çıxarışa əsasən onun, yəni İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ümimi birgə mülkiyyətinə verilmiş ümumi sahəsi 233.40 kv.m olan fərdi yaşayış evindən onun, yəni İddiaçı 3/9 hissə payını naturada ayıraraq ona verilməsi mümkün olmazsa həmin əmlakın açıq hərracdan satılaraq əldə edilmiş pul vəsaitinin tərəflərin paylarına uyğun bölünməsini tələb edilmişdir.
16. Bununla əlaqədar məhkəmə qeyd etmişdir ki, tər əflər öz payının digər mülkiyyətçilər tərəfindən ona ödənilməsi, həmçinin tərəflərin payına mütənasüb şəkildə pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılmasında razılığa gəlməmişlər.
17. Buna görə də məhkəmə Mülki Məcəllənin 220.6-cı maddəsinin təlbi baxımından hesab etmişdir ki, birləşdirilmiş 2-ci iddia təmin edilməli, ünvan 1 ünvanında 0,05 ha torpaq sahəsində yerləşən 233,4 kv.m sahəsi olan fərdi yaşayış evi açıq hərracdan satılmalı və əldə edilmiş pul vəsaiti Cavabdeh1 3/9 hissə, Cavabdeh2 1/9 hissə, Cavabdeh3 1/9 hissə, Cavabdeh4 1/9 hissə və İddiaçı 3/9 hissə payına mütənasib şəkildə bölünməlidir.
18. Məhkəmə açıq hərracda satılacaq ünvan 1 ünvanında 0,05 ha torpaq sahəsində yerləşən 233,4 kv.m sahəsi olan fərdi yaşayış evinin ilkin satış qiyməti ilə əlaqə dar hesab edir ki, mübahisəli fərdi yaşayış evinin ilin satış qiymətinin müəyyən edilməsi ilə əlaqədar iş üzrə iki dəfə qiymətləndirici təyin edilmiş, mübahisə fərdi yaşayış evi orta bazar qiyməti «Yeni Dövr» Qiymətləndirmə Mərkəzi tərəfindən 130.200(bir yüz otuz min iki yüz) manat, "xxxx" MMC tərəfindən isə 65.000(altmış beş min) manat qiymətləndirilmiş, lakin tərəflər qeyd olunan rəylərlə razılaşmamışlar. Məhkəmə yenidən qiymətləndirmə təyin edilməsini işin lüzumsuz uzadılmasına səbəb olacağı qənaətinə gələrək belə hesab edir ki, mübahisəli fərdi yaşayış evinin ilkin satış qiymətinin hər iki qiymətləndirici tərəfindən müəyyən edilmiş məbləğin toplamaqla yarıya bölünməsi qaydasında (130.200+65.000)/2=98.600) müəyyən edilməsini ədalətli hesab etmişdir.
19. Məhkəmə gəldiyi nəticəni Azərbayc an Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 220.1, 220.2, 220.3, 220.4, 220.5, 220.6-cı maddələrinə, «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli Qərarına, Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 88, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
20. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və 2-ci iş üzrə iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prose ssual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə çıxarılmışdır.
22. Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 da apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və 2-ci iş üzrə iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 220.4-cü maddəsinin tələblərinə zidd olaraq, mübahisə predmetinə baxılarkən paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsi məsələsini müzakirə etməmiş, bununla bağlı məhkəmə tərəfindən heç bir araşdırma aparılmamış, tərəflərin təqdim etdiyi sə nədlərə əsasən formal dəyərləndirmə həyata keçirilmişdir. Həmçinin məhkəmə Cavabdeh1 mübahisə predmeti olan fərdi yaşayış evində yaşamadığını, halbuki digər cavabdehlərin və iddiaçının yaşadığını da nəzərə almamışdır. İddiaçı 20 ildən artıq müddətdir ki, Salyan rayonu ərazisində yaşayır. Faktiki olaraq Cavabdeh1 ümumi əmlakdan istifadə edilməsində mühüm mənafeyi yoxdur. Həmin şəxsin əsas məqsədi həmin yaşayış sahəsini istifadə etmək yox, məhz iş üzrə cavabdehlərin mülkiyyət hüququnu məhdudlaşdırmaq olmuşdur. Mülki Məcəllənin 1303-cü maddəsinə əsasən miras açılanadək azı bir il miras qoyanla birlikdə yaşamış vərəsənin əmlak bölgüsü zamanı mirasdan yaşayış evini, mənzili və ya digər yaşayış otağını, habelə ev müxəlləfatı predmetlərini almaqda üstünlük hüququ vardır. Fərdi yaşayış evində onla r uzun müddət yaşamışlar və həmin evi almaqda onların üstünlük hüquqları vardır. Lakin məhkəmə bunu da diqqətə almamışdır.
24. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(106)-736/2023 nömrəli mülki iş üzrə 23 may 2023cü il tarixli qətnaməsi ilə (hakimlər İ.Q.Əsədov (sədrlik edən və məruzəçi), S.İ.Mayılov və T.X.Heydərov) İddiaçı tərəfindən ayrılıqda və cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və onların nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən birgə verilmiş apellyasiya şikayətlərinin qismən təmin edilməsi, Lənkəran Rayon Məhkəməsinin 09 iyun 2022-ci il tarixli, 2(049)-347/2022 saylı qətnaməsinin- iddianın təmin edilməsinə dair hissədə, yəni Cavabdeh1 cavabdehlər İddiaçı, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı fərdi yaş ayış evinin qiymətləndirilərək hərracda satılması və satışdan əldə olunmuş vəsaitin paylarına mütənasib şəkildə bölünməsi, eləcə də ilkin satış qiymətinin müəyyən edilməsinə dair hissədə ləğv edilməsi və həmin hissədə iddianın təmin edilməməsi,ekspertizanın keçirilməsi ilə əlaqədar olaraq Cavabdeh1 10 manat, İddiaçı, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada 40 manat məbləğində pul vəsaitinin tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin hallarından görünür ki, yaşayış evinin və həyətyanı sahənin bölünməsinin mümkünlüyü ilə əlaqədar məhkəmə tikinti-texniki ekspertizası keçirilmişdir.
26. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizas ı Mərkəzinin 12 dekabr 2019-cu il tarixli, 25730 №-li rəyinə görə, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin tərəflərinin 3/9 hissə paylarına uyğun olaraq naturada, təcrid mənzil şəklində ayrılmasının İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun 1.1, 2.1, 2.2, 2.9-cu bəndlərinin və metodik vəsaitin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilir.
27. Birinci instansiya məhkəməsi məhkəmə tikinti-texniki ekspertizasının rəyini əsas tutaraq İddiaçı iddiasını rədd etmişdir və bu hissədə qətnamə mübahisələndirilməmişdir.
28. Bununla yanaşı, məhkəmə Nəhmətova (Qasımova) Hürnaz Yadulla qızının iddiasını təmin etmişdir. Məhkəmə, evin naturada bölünməsi mümkün olmadığından onun hərracda satılması və satış pulunun paylara uyğun bölünməsini mümkün hesab etmişdir.
29. K ollegiya bu hissədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmamış və hesab etmişdir ki, məhkəmə bu hissədə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir.
30. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.6 və 221 -ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür.
31. Məhkəmə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli qərarına da istinad etməklə Mülki Məcəllənin 220.6-cı maddəsinə əsasən iddinı təmin etmişdir.
32. Kollegiya qeyd etmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.6-cı maddəsinin tətbiq edilməsi Qanunda nəzərdə tutulmuş müəyyən ardıcıllıqların tətbiq edilməsində sonra mümkündür.
33. Konstitusiya Məhkəməsi Plenumunun qərarında q eyd edildiyi kimi, məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür.
34. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220-ci maddəsinin tələbinə görə, əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.3-cü maddəsi).
35. Qanunun mənasına görə, paylı mülkiyyətçinin payını n naturada ayrılması bu və ya digər səbəbdən mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb edə bilər.
36. İşin hallarından görünür ki, payının naturada ayrılmasının mümkünsüzlüyünə əsaslanan iddiaçı payının dəyərini digər mülkiyyətçilərdən tələb etmədən birbaşa paylı mülkiyyətdə olan evin hərracda satılmasını tələb etmiş, məhkəmə də bu hissədə iddianı təmin etmişdir.
37. Mülki Məcəllənin 220.4-cü maddəsində bu hüququn həyata keçirilməsinin mümkünlüyü paylı mülkiyyətin mülkiyyətçisinə payın naturada ayrılması əvəzinə digər mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsini də nəzərdə tutmuşdur.
38. Həmçinin Mülki Məcəllənin 220.4-cü maddəsində qeyd olunur ki, mülkiyyətçinin payı cüzi olduqda, real surət də ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.
39. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 220.3-cü maddəsinin tələbi qaydasında ayrılmaq istəyən mülkiyyətçinin payının dəyərinin digər mülkiyyətçilər tərəfindən ödənilməsini, habelə Mülki Məcəllənin 220.4-cü maddəsinin tələbləri qaydasında ayrılmaq istəyən mülkiyyətçiyə kompensasiya ödənilməsinin mümkünlüyünü, onun və digər mülkiyyətçilərin buna razılığını aydınlaşdırmamış, eləcə də ayrılmaq istəyən mülkiyyətçinin payının cüzi olub-olmamasına və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyinin olub-olmamasına qiymət verməmişdir.
40. A zərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, ümumi paylı mülkiyyətin mülkiyyətçisinin ümumi əmlakın istifadəsində mühüm mənafeyinin olub-olmaması məsələsi məhkəmələr tərəfindən hər bir konkret halda tərəflərin təqdim etdikləri sübutları məcmu şəklində tədqiq etməklə və qiymətləndirməklə həll olunur.
41. Həmin maddənin üçüncü cümləsinin tətbiq olunması yalnız qanunverici tərəfindən sadalanan bütün şərtlərin eyni zamanda mövcud olması halında mümkündür: mülkiyyətçinin payı cüzi olduqda; naturada ayrılması mümkün olmadıqda; ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda.
42. Göründüyü kimi, birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsinə riayət etmədən, yalnız əmlakın bölünməsinin mümkünsüzlüyünə əsaslanmaqla birbaşa Mülki Məcəllənin 220.6-cı maddəsini tətbiq etmişdir.
43. Kolegiyanın qənaətinə görə, məhkəmə müvafiq maddi hüquq normasına istinad etsə də, qanunu səhv təfsir etmişdir.
44. Göstərilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi iddianı yuxarıda göstərilən qaydada təmin etməklə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsasdır.
45. Beləliklə, kollegiyanın qənaətinə görə, apellyasiya şikayətləri qismən təmin edilməli, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmədiyindən qətnamə ləğv edilməli, qətnamə iddianın təmin edilməsinə dair hissədə, yəni fərdi yaşayış evinin q iymətləndirilərək hərracda satılması və satışdan əldə olunmuş vəsaitin paylarına mütənasib şəkildə bölünməsinə dair hissədə ləğv edilməli və həmin hissədə iddia təmin edilməməlidir.
46. Azərbaycan Respublikasının MPM-nin 119-cu maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
47. İddia təmin edilmədiyindən iddianın verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilir.
48. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş rüsumu şikayətçilərə aid edilir.
49. Məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi ilə əlaqədar olaraq Cavabdeh1 10 manat, İddiaçı, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada 40 manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhk əmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
50. Cavabdeh1 kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(106)-736/2023 saylı qətnaməsinin apellyasiya şikayətinin təmin edilmiş hissəsində ləğv edilib, ünvan 1 ünvanında 0,05 ha torpaq sahəsində yerləşən 233,4 kv.m sahəsi olan fərdi yaşayış evinin açıq hərracdan satılması və əldə edilmiş pul vəsaitindən Cavabdeh1 3/9 hissə, Cavabdeh2 1/9 hissə, Cavabdeh3 1/9 hissə, Cavabdeh4 1/9 hissə və İddiaçı 3/9 hissə paylarına mütənasib şəkildə bölünməsi, fərdi yaşayış evinin ilkin satış qiymətinin 98.600 (doxsan səkkiz min altı yüz) manat müəyyən edilməsi hissəsində təmin edilməsinə dair yeni qərar qəbul edəsiniz.
51. Kassa siya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 215.1-ci maddəsi pozulmuşdur.Qeyd olunan maddəyə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Məhkəmə hazırki maddi normanı əsaslandırsa belə ilk məhkəmə icraatından tərəflərin müəyyən formada razılıq məhkəmə icraatından tərəflərin müəyyən formada razılıq əldə edilməsi üçün addımlar atması, eyni zamanda bu addımların yekunu olaraq iş apellyasiya icraatında davam edərkən tərəflər arasında pay alqı-satqısı üçün məhkəmədən vaxt istəməsini nəzərə almamışdır. Faktiki olaraq hazırki forma qətnamənin qəbulu tərəflərin işin yekunlaşdırmasına mane olmaqla eyni zamanda qarşı tərəfin ilkin iddia üzrə iddiaçının və digər apellyatorların ( bundan sonra qarşı tərəf) alqı-satqıdan yayınmasına səbəb olmuş və demək olar ki, pay alqı-satqı məsələsi öz həllini tapmamışdır. Bu da həqiqətdir ki, müəyyən formada bu iş yekunlaşacaqdır. Lakin qarşı tərəfin uzatması hazırda mülkiyyət hüquqlarının kobud pozuntusudur ki, bununla bağlı hazırki gündə də istifadə edə bilmədikləri paylarına görə kompensasiya hüquqlarından istifadə etməmə səbəbləri məhz işin məhkəmə baxışında olması, payların alqı-satqısına dair tərəflərin danışıqları və sair olmuşdur. Bir daha qeyd edir ki, apellyasiya icraatında məhkəmə iclasının təxirə salınma səbəbidə məhz alqı-satqı aparılması ilə bağlı olmuş, müəyyən sənədlər çatışmadığından notarial hərəkət bir müddət ertələnmiş, məhkəmə nin hazırki qətnaməsindən sonra isə ümumiyyətlə mümkünsüz hala gəlmişdir. Dolayısı ilə hazırda pay bölgüsü tələbilə məhkəməyə müraciət etmələri işin həlli üçün deyil yalnız məhkəmənin iş yükünün artırılması və qarşı tərəfin mənafeyinə uyğundur ki, bu da əsaslı konstitutsion mülkiyyət hüquqlarını pozmaqdadır.
52. Kassator Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220-ci maddəsinə istinad edərək göstərmişdir ki,maddə bütövlükdə hazırki işin gedişatını, eyni zamanda tərəflərin münasibətlərini özündə ehtiva edir. Paylarla bağlı alqı-satqı məsələsidə məhz məhkəmə iclasında müzakirə predmeti olmuşdur, lakin birdaha qeyd edim ki, müzakirə predmeti olmuşdur, lakin birdaha qeyd edim ki, müə y y ən texniki məsələlər, çıxarışda adın düz yazılmaması və sair kimi hallara görə ilk mərhələdə alqısatq ı baş tutmamış, daha sonra isə hazırki qətnamənin qəbulu ilə qarşı tərəf ümumiyyətlə müqavilə bağlanmasından yayınaraq yəni öz xeyrinə vaxtın uzadılmasına münasib şəraitin olduğunu gördükdən sonra ümumiyətlə müqavilə bağlamaqdan, alqı-satqıdan yayınmışdır. Qarşı tərəfin birmənalı məqsədi vaxtı uzatmaq, məhkəmənin iş yükünü artırmaqdır ki, bu da işin ədalətli həlli baxımından qəbuledilməzdir.
53. Məhkəmə tərəfindən işin hərtərəfli, tam, obyektiv araşdırılması aparılmamışdır.
54. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
55. Məhkəmə tərəfindən göstərilən prosessual hüquq normasının tələbi pozulmuşdur. Hesab edirik ki, qanunvericilik normalarının yuxarıda qeyd olunan formada pozulması ilə qəbul edilən qətnamə qanuni və əsaslı o la bilməz. Qanuni və əsaslı olması üçün qətnamənin işin faktiki halları tam araşdırılmalı idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
56. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
57. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.
58. Maddə 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər.
59. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçilər i arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.
60. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.
61. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
62. Maddə 220.4. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul mə bləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.
63. Maddə 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir.
64. Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.6 və 221 -ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli Qərarı
65. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Mülki Prosessual Məcəllə
66. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
67. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
68. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəs i yoxdur.
69. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
70. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
71. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
72. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
73. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
74. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
75. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası mə hkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
76. Hazırkı kassasiya şikayətində qətnamə Cavabdeh1 tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi.
77. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
78. Belə ki, birləşdirilmiş 2-ci iddia üzrə iddiaçı (1-ci iş üzrə cavabdeh) Cavabdeh1 iddia ərizəsi və iddianın həcminin artırılmasına dair ərizə ilə müraciət edərək Lənkəran şəhəri, Müzəffər Nəsirli küçəsində 0.05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 7 otaqlı, 139.9 kv.m yaş ayış, 93.5 kv.m köməkçi sahədən ibarət 23 nömrəli fərdi yaşayış evinin 3/9 hissəsinin onun istəkləri nəzərə alınaraq natura qaydasında bölünməsi barədə, natura qaydasında bölünmə mümkün olmadığı təqdirdə fərdi yaşayış evinin qiymətləndirilərək, hərracdan satılması və satışdan əldə olunmuş vəsaitin paylarına mütənasib şəkildə bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yəni Cavabdeh1 fərdi yaşayış evinin naturada bölgüsünün mümkün olmadığı təqdirdə nail olmaq istədiyi nəticəni ifadə etmişdir.
79. Məhkəmə kollegiyası qeyd edir ki, göstərilən halda ayrıca kompensasiya tələbi irəli sürməyə lüzum yoxdur.İşə baxan məhkəmə Mülki Məcəllənin 220.3-cü maddəsinin tələbi qaydasında ayrılmaq istəyən mülkiyyətçinin payının dəyərinin digər mülkiyyətçilər tərəfindən ödənilməsini, habelə Mülki M əcəllənin 220.4-cü maddəsinin tələbləri qaydasında ayrılmaq istəyən mülkiyyətçiyə kompensasiya ödənilməsinin mümkünlüyünü, onun və digər mülkiyyətçilərin buna razılığını aydınlaşdırmalı və bununla əlaqədar məsələlərə hüquqi qiymət verməlidir.
80. Apellyasiya instansiyası məhkəməsi isə qeyd etmişdir ki, payının naturada ayrılmasının mümkünsüzlüyünə əsaslanan iddiaçı payının dəyərini digər mülkiyyətçilərdən tələb etmədən birbaşa paylı mülkiyyətdə olan evin hərracda satılmasını tələb etmiş, məhkəmə də bu hissədə iddianı təmin etmişdir.
81. Apelyasiya instansiyası məhkəməsi həmçinin, birinci instansiya məhkəməsinin Mülki Məcəllənin 220.3-cü maddəsinin tələbi qaydasında ayrılmaq istəyən mülkiyyətçinin payının dəyərinin digər mülkiyyətçilər tərəfindən ödənilməsini, habelə Mülki Məcəllənin 220.4- cü maddəsinin tələbləri qaydasında ayrılmaq istəyən mülkiyyətçiyə kompensasiya ödənilməsinin mümkünlüyünü, onun və digər mülkiyyətçilərin buna razılığını aydınlaşdırmadığını, eləcə də ayrılmaq istəyən mülkiyyətçinin payının cüzi olubolmamasına və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyinin olubolmamasına qiymət vermədiyini qeyd edərək özü də həmin məsələləri aydınlaşdırıb hüquqi qiymət verməmişdir.
82. Azərbaycan Respublikasını MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
83. Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsi öz qətnaməsində qeyd etmişdir ki, tərəflər öz payının digər mülkiyyətçilər tərəfindən ona ödənilməsi, həmçi nin tərəflərin payına mütənasüb şəkildə pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılmasında razılığa gəlməmişlər.
84. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir.
85. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qoruna n mənafelərin real bərpası təmin olunmalıdır.
86. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).
87. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsa slandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı).
88. Ona görə də kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə yenidən baxılarkən apellyasiya instansiyası məhkəməsi tərəfindən göstərilən nöqsanlar aradan qaldırılmalı, maddi və prosessual hüquq normalarının tələblərinə cavab verən yeni məhkəmə aktı qəbul edilməlidir.
89. Göstərilə nlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 may 2023-cü il tarixli 2(106)736/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.