Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3696/2025 15.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi ziyanın əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlu hakimlərdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8 sentyabr 2025-ci il tarixli 2(106)-1332/2025 saylı qətnaməsindən İddiaçı kassasiya şikayətinə 15 dekabr 2025-ci il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı 06 fevral 2024-cü il tarixdə saat 01:27-də mülkiyyətində olan “Mercedes Benz” markalı **-ZZ-*** dövlət nömrə nişanlı avtomobillə “Azərbaycan Avtomobil Evi”nin mülkiyyətində olan və xx.xx.2023-cü il tarixli etibarnamə ilə Cavabdeh istifadəsində olan “Changan UNİ-V” markalı, **-AM-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsi toqquşmuşdur. 2. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 12 fevral 2024-cü il tarixli qərarla Cavabdeh barəsində cinayət işinin başlanması rədd edilmiş və Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə qəbul edilmiş qərar icra olunması üçün Nəsimi RPİ DYPŞ-nə göndərilmişdir.
3. X 1 məxsus “Mercedes Benz” markalı **-ZZ-*** dövlət nömrə nişanlı avtomobilə ümumilikdə ƏDV daxil olmaqla 43.188,66 manat ziyan dəyməsi ilə bağlı “X5” MMC tərəfindən akt tərtib olunmuşdur.
4. X1 “Azəri Sığorta” sığorta şırkəti tərəfindən 5000 manat ödəniş edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı X2 iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, zərərin əvəzi olaraq 38188.66 manat, avtomobilə dəymiş ziyanın müəyyən edilməsi məqsədi ilə “X5”nə ödənilmiş 700 manat, keyfiyyətli hüquqi xidmət alınması ilə əlaqədar olaraq vəkillə bağlanmış müqavilə əsasında 300 manat, ümumilikdə 39188.66 manat zərərin Cavabdeh (bundan sonra “cavabdeh”) alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi be lə əsaslandırılmışdır ki, yol nəqliyyat hadisə nəticəsində iddiaçıya məxsus “Mercedes Benz” markalı **-ZZ-*** dövlət nömrə nişanlı avtomobilin sol hissəsi tam yararsız vəziyyətə düşdüyündən iddiaçıya xeyli miqdarda maddi zərər dəymişdir. İddiaçı dəymiş ziyanı müəyyən etmək üçün mütəxəssis dəvət etmişdir. Maşına dəymiş ziyanın təqribən 35-45 min manat civarında olacağını demişlər. İddiaçı bu barədə cavabdehə bildirəndə sonuncu heç bir ödəniş edə bilməyəcəyini bildirmişdir. Məhz bundan sonra iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmiş və avtomobilinə dəymiş ziyanı tam dəqiq müəyyən etmək məqsədi ilə “Mercedes Benz”in Azərbaycandakı rəsmi dileri olan “X5”nə müraciət etmişdir. Mərkəz tərəfindən aparılan incələmədən sonra baş verən hadisə zamanı mülkiyyətində olan “Mercedes Benz” markalı * *-ZZ-*** dövlət nömrə nişanlı avtomobilin əzilməsi nəticəsində iddiaçıya 43188.66 manat manat zərər dəydiyi müəyyən edilmişdir. Dəymiş 43.188,66 manat maddi zərərdən 38.188,66 manat cavabdeh tərəfindən ona ödənilmədiyinə görə iddiaçı avtonəqliyyat vasitəsini təmir edə bilmir.
7. Birinci instansiya məhkəməsi 21 may 2024-cü il tarixli qərardadla iş üzrə kompleks məhkəmə avtotexniki və əmtəəşünaslıq ekspertizası təyin etmişdir.
8. Məhkəmə Ekspertizası Mərkəzinin 15 iyul 2024-cü il tarixli № 8/1710 saylı ekspert rəyinə əsasən yol-nəqliyyat hadisələri eksperti tərəfindən nəqliyyat vasitələrinə baxış keçirilərkər onların zədələnmiş hissələrini tam həcmdə müəyyən etmək mümkün deyildir. Belə ki, nəqliyyat vasitələrində daxili zədələr, yəni xarici baxışla aşkar olunması mümkün olmayan zədələr olduğ undan, nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində təmir üzrə mütəxəssislər tərəfindən sökülmədən, müxtəlif testlər keçirilmədən onların tam şəkildə müəyyən edilməsi mümkün deyildir. Nəqliyyat vasitələrinin tam şəkildə hansı hissələrinin zədələnməsini nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində mütəxəssislər tərəfindən sökülüb bərpa olunması zamanı müəyyən edilə bilər.
9. Birinci instansiya məhkəməsi 10 oktyabr 2024-cü il tarixli qərardadla iş üzrə əmtəəşünaslıq ekspertizası təyin etmiş və ekspertiza qarşısında “X5” MMC tərəfindən tərtib edilmiş Qüsur Aktında göstərilmiş avtomobil hissələrinin qiymətinin xx.xx.2024-cü il tarixdə orta bazar qiymətinə uyğun hesablanması, orta bazar qiymətinə uyğun deyildirsə, xx.xx.2024-cü il tarixə orta bazar qiyməti nəzərə alı nmaqla avtomobil hissələrinin hər birinin ayrılıqda dəyəri göstərilməklə cəmi neçə manat təşkil etməsi barədə suallar qoyulmuşdur.
10. Məhkəmə Ekspertizası Mərkəzinin 15 aprel 2025-ci il tarixli 3-16-16/29/9112/2024 №-li məlumata əsasən iş materiallarına əlavə edilmiş qüsur aktında göstərilən ehtiyat hissələrinin qiyməti və satışı barədə məlumat olmadığından məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir.
11. Cavabdeh birinci instansiya məhkəməsində iddia tələbini qəbul etməmişdir.
12. Biləsuvar Rayon Məhkəməsinin e-2(022)-11/2025 nömrəli, 12 iyun 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehdən vurulmuş maddi zərərə görə 38.188,66 manat, “X5”nə ödənilmiş 700 manat, vəkilin hüquqi xidmətinə görə 150 manat və ödənilmiş dövlət rüsumuna görə 214 manat pulun alınaraq iddiaçıya verilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Nüsrət Mirzəyev)
13. Birinci instansiya məhkəməsi işdə olan sübutları nəzərə alaraq belə hesab etmişdir ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində yol-nəqliyyat hadisəsi baş vermiş və nəticədə iddiaçıya 38.188.66 manat həddində maddi ziyan dəymişdir.
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1108.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.
16. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. İddiaçının idarə etdiyi “Mercedes Benz” markalı **-ZZ-*** dövlət nömrə nişanlı avtomobilin 2024-cü ilə olan bazar qiyməti 50.000 manat dəyərində olub. 50.000 manat dəyəri olan avtomobilin qüsur aktında sol hissəsinin maddi zərəri 43.186 manat müəyyən edilmişdir. Avtomobilin qabaq sol hissəsi 43.186 manat təşkil edirsə, onda digər yarısı, yəni sağ tərəfi də 43.186 manat təşkil etməlidir. Bura hələ motor və sürətlər qutusu daxil edilmir. Avtomobilin tək qabaq, sağ və sol tərəfləri 86.000 manat qiymətləndirilirsə, deməli maşının ümumi dəyəri 200.000 mindən çox olmalıdır. Lakin avtomobilin 2024-cü ilə olan bazar satış qiyməti ən bahalısı 50. 000 manat dəyərində olub.
17. Apellyasiya icraatı zamanı "xxxx" ASC-yə (LPO Dövlət Sığorta Kommersiya Şirkəti) sığorta hadisəsi nəticəsində toplanmış materialların əldə edilməsi ilə bağlı sorğu verilmiş və LPO Dövlət Sığorta Kommersiya Şirkətindən göndərilmiş sığorta ödənişi ilə əlaqədar toplanmış materiallardan müəyyən edilmişdir ki, X3 dair AKT-da (İş:0222624/01) 15 fevral 2024-cü il tarixdə MERCEDES BENZ E200 markalı, 90ZZ711 DQN, BAN WDD2130421A379546 olan nəqliyyat vasitəsinin ehtiyat hissələrinin xərci 3950 manat, usta xərci isə 1230 manat, ümumilikdə vurulmuş ziyan 5180 manat müəyyən edilmişdir.
18. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1332/2025 saylı, 08 sentyabr 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya mə hkəməsinin qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin olunmuş, cavabdehdən vurulmuş maddi zərərə görə 180 manat pulun alınaraq, iddiaçıya verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakimlər Tofiq Heydərov (sədrlik edən və məruzəçi), İlham Əsədov, Pərviz Əhmədov)
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin dəymiş maddi zərərin miqdarının müəyyən edilməsi və həmin hissədə iddianın təmin edilməsi ilə bağlı mövqeyi ilə razılaşmayaraq göstərib ki, cavabdehin etirazına görə avtomobilə dəymiş zərər şişirdilib. Həmçinin "xxxx" ASC tərəfindən iddiaçının avtomobilinə dəymiş zərərin müəyyən edilməsi ilə bağlı zərər aktı tərtib olunmuş, daha sonra isə sığorta ödənişi edilmişdir. Həmin vaxt iddiaçıya məlum olmuşd ur ki, “Mercedes Benz” markalı **-ZZ-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərər təxminən 6000 manata yaxındır. Bunun müqabilində iddiaçıya sığorta ödənişi olaraq 5000 manat ödənilmiş və iddiaçı da həmin məbləğlə razılaşmışdır. Bu halın araşdırılması və iş üzrə düzgün nəticəyə gəlinməsi üçün "xxxx" ASC-yə sorğu ilə müraciət olunaraq baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı sığorta ödənişinin həyata keçirilməsi ilə əlaqədar toplanmış sənədlər tələb olunmalıdır. O, bu barədə birinci instansiya məhkəməsinin işin məhkəmə baxışına hazırlanması mərhələsində şifahi vəsatət verərək məhkəmədən "xxxx" ASC tərəfindən sığorta ödənişi ilə bağlı toplanmış sənədlərin tələb olunaraq iddiaçıya dəymiş zərərin məbləğinin iddiaçının iddia etdiyi kimi 43186 manat məbləğində deyil, az olmasını tələb e tsə də, birinci instansiya məhkəməsi bu barədə heç bir araşdırma aparmamış, sorğu ilə "xxxx" ASC-yə müraciət edərək dəymiş zərərin məbləği və həmin zərərə iddiaçının və onun münasibəti öyrənilməmişdir. Halbuki məhkəmənin vəzifəsi idi ki, MPM-in 14-cü maddəsində nəzərdə tutulan “məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmaq, bunun üçün işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah etmək, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar etmək, onun prosessual hüquqlarının həyata keçməsinə kömək göstərmək, kimi prosessual tələblərə əməl etsin.
20. Apellyasiya instansiyası məhkəməsi cavabdehin etirazının dəlillərinə münasibətdə göstərmişdir ki, birinci instansiya məhkəməsi prosessual hüq uq normalarının tələblərinə əməl etməməklə yanaşı, nəzərə almamışdır ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını müəyyən etmək üçün əldə olunan məlumatlar sübutlar hesab edilir və həmin sübutlardan biri də, məhz cavabdehin iddia tələbinə etirazında səsləndirdiyi fikirləri olmuşdur. Hansı ki, birinci instansiya məhkəməsi bu barədə sorğu edərək materialları tələb etməməklə, iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışıdr.
21. Apellyasiya instansiyası məhkəməsi apellyasiya icraatı zamanı cavabdehin iddiaya münasibətinin aydınlaşdırmaq üçün "xxxx" ASC-yə (LPO X6 Şirkəti) sığorta hadisəsi nəticəsində toplanmış materialların əldə edilməsi ilə bağlı sorğu verilmiş v ə LPO X6 Şirkətindən göndərilmiş siğorta ödənişi ilə əlaqədar toplanmış materiallardan müəyyən edilmişdir ki, X3 dair AKT-da (İş:0222624/01) 15 fevral 2024-cü il tarixdə MERCEDES BENZ E200 markalı, 90ZZ711 DQN, BAN WDD2130421A379546 olan nəqliyyat vasitəsinin ehtiyyat hissələrinin xərci 3950 manat, usta xərci isə 1230 manat, ümumilikdə vurulmuş ziyan 5180 manat müəyyən edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsi iddiaçının nümayəndəsi və vəkilinin əldə edilmiş sənədlərin apellyasiya icraatı zamanı sübut toplamağa yönələn hərəkət kimi qiymətləndirilməsi barədə mövqeyi razılaşmayaraq göstərmişdir ki, əvvəla qeyd olunmalıdır ki, X3 dair AKT-da vurulmuş zərərin 5180 manat müəyyən edilməsi, iş üçün mühüm əhəmiyyəti olan faktiki hallar hesab edilir. İkincisi tərəflərin bildirdikləri fakti ki hallara aydınlıq gətirilmədən yekun nəticəyə gəlinməsi, başqa sözlə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, qətnamənin ləğv edilməsi üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Üçüncüsü, iş üçün mühüm əhəmiyyəti olan aydınlaşdırılmamış faktiki halların apellyasiya icraatı zamanı aydınlaşdırılması əlavə sübut toplamağa yönələn hərəkət kimi qəbul edilə və MPM-in 78.4,372.2- ci maddələrinin tələblərinin pozulması kimi qiymətləndirilə bilməz. Bundan başqa, materiallara əlavə edilmiş və iddiaçı tərəfindən imzalanmış Siğorta ödənişi ilə bağlı akta əlavədən-Ərizədən görünür ki, iddiaçı mülkiyyətində olan nəqliyyat vasitəsinə X3 dair 0222624/01 saylı aktla dəymiş zərərin məbləğinin 5180 manat həddində müəyyən edilməsi ilə razılaşmış v ə bunun müqabilində 5000 manat məbləğində sığorta ödənişinin ödənilməsinə razı olduğunu bildirmiş və sığorta ödənişi həyata keçirildikdən sonra sığorta hadisəsi üzrə bütün öhdəliklərin yetirilmiş hesab olunmasını və gələcəkdə zərərçəkən, sığortalı, sığorta olunan və faydalanan şəxs tərəfindən bu hadisə ilə bağlı heç bir iddia irəli sürməyəcəyini yazılı bəyan etmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə iddiaçı 15 fevral 2024-cü il tarixdə "xxxx" ASC tərəfindən baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı avtomobilə dəymiş zərərin müəyyən edilməsinə dair zərər (qiymətləndirmə aktı) aktı ilə, razılaşaraq nəqliyyat vasitəsinə dəymiş ziyanın məbləğinin 5180 manat olmasını qəbul etmiş, ona 5000 manat məbləğində sığorta ödənişi ödənilməsi ilə razı olmuşdur. İddiaçının Siğo rta ödənişi ilə bağlı əlavədə sığorta ödənişinə razı olduğunu bildirməsi və gələcəkdə hər hansı iddiasının olmayacağını qəbul etməsi onun sığorta hadisəsi nəticəsində nəqliyyat vasitəsinə dəymiş ziyanın məbləği ilə razı olduğunu göstərir.
24. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “İcbari sığortalar haqqında” Qanunun 24.1.4-cü maddəsinə görə zərərçəkənin müvafiq hallarda, o cümlədən sağlamlığa və (və ya) əmlaka dəyən zərərin sığortaçı tərəfindən müəyyənləşdirilmiş həcmi ilə razılaşmadıqda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925-1-ci maddəsinə uyğun olaraq müstəqil ekspertin təyin edilməsini tələb etmək hüququ vardır.
25. Mülki Məcəlləsinin 925-1-ci maddəsinə görə də, “İcbari sığortalar haqqında” Qanununun 16.2-ci maddəsinə və bu Məcəllənin 925.2-ci maddəsinə uyğun ola raq sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Qanununun 10.10-cu maddəsinin tələbləri nəzərə alınmaqla müstəqil ekspert fəaliyyətini həyata keçirən şəxs tərəfindən aparılır.
26. Yuxarıda qeyd edilən maddi hüquq normalarından da görünür ki, sığorta hadisəsi nəticəsində zərərçəkən şəxs əmlaka dəyən zərərə görə sığortaçı tərəfindən müəyyənləşdirilmiş məbləğlə razılaşmadıqda və ya tərəflər arasında razılıq əldə edilmədikdə müstəqil ekspert dəvət etməklə zərərin miqdarının qiymətləndirilməsi tələb edə bilər. Lakin hazırkı işdə iddiaçı xx.xx.2024-cü il tarixdə aparılmış qiymətləndirmə və sığorta ödənişi ilə razı olmuş, zərə rin müqabilində sığorta ödənişi almış, sonradan isə hüquqdan sui-istifadə edərək xx.xx.2024-cü il tarixdə “X5” MMC-dən “Mersedes Benz” markalı **-ZZ-*** dövlət nömrə nişanlı avtomobilə 43.188.66 manat ziyan dəyməsi ilə bağlı ziyan aktı almış və cavabdehə qarşı həmin akt üzrə yenidən məhkəmədə iddia qaldırmışıdr.
27. Birinci instansiya məhkəməsi isə yuxarıda qeyd olunan işin faktiki hallarını tərəflərin qarşılıqlı münasibətinə uyğun hüquqi dəyərləndirməmiş, iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki aydınlaşdırmamış, baş vermiş sığorta hadisəsi ilə bağlı iddiaçı tərəfindən təqdim olunmuş ziyan aktını əsas götürmüş, cavabdeh tərəfin isə iddia tələbinə etirazlarının əsaslarını yoxlamamış, Azərsiğorta” ASC tərəfindən baş vermiş yolnəqliyyat hadisəsi ilə bağlı avtomobilə dəymiş zərərin müəyyən edilməsinə dair zərər (qiymətləndirmə aktı) aktını, bununla bağlı ödənilən sığorta ödənişinin aparılması ilə bağlı materialları tələb etməmiş, yalnız iddiaçının xx.xx.2024-cü il tarixdə “X5” MMC-dən “Mersedes Benz” markalı **-ZZ-*** dövlət nömrə nişanlı avtomobilə 43.188.66 manat ziyan dəyməsi ilə bağlı ziyan aktını əsas götürərək iddia tələbini qismən təmin etməklə qanunsuz və əsassız qətnamə qəbul etmişdir.
28. Halbuki birinci instansiya məhkəməsi işin hərtərəfli, obyektiv araşdırılmasına cəhd edərək "xxxx" ASC tərəfindən baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı avtomobilə dəymiş zərərin müəyyən edilməsinə dair zərər (qiymətləndirmə aktı) aktını, bununla bağlı ödənilən sığorta ödənişinin aparılması ilə əlaqədar sənədləri əldə etsəydi, onda müəyyən edərdi ki, iddiaçıya məxsus nəqliyya t vasitəsinə hadisə nəticəsində 15 fevral 2024-cü il tarixdə tərtib olunmuş X3 dair AKT-da (İş:0222624/01) göstərilən zərərin məbləği ümumilikdə vurulmuş ziyan 5180 manat olmuşdur ki, bunun müqabilində 5000 manat sığorta ödənişi həddində zərər ödənilmişdir. Zərərin ödənilməyən hissəsi isə iddiaçının iddia etdiyi kimi 38188.66 manat deyil, 180 manat təşkil edir.
29. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, zərərin məbləği 180 manat olduğu halda, iddiaçının cavabdehdən 38188.66 manat tələb etməsi iddiaçının mülki hüquqlardan sui-istifadə etməsinə rəvac verir. Nəzərə alınmalıdır ki, mülki hüquq münasibətlərində riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan suiistifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca sui-istifadə edilməsini qorumur.
30. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırkı işdə birinci instansiyası məhkəməsi tərəfindən iddiaçının hüquqdan sui-istifadə edərək, hesablanmış ziyan məbləği və ödənilmiş sığorta məbləği ilə razılaşmasına baxmayaraq yenidən ziyan aktı alaraq cavabdehdən əsassız şəkildə dəymiş ziyana görə pul tələb etməsi ilə bağlı işin halları düzgün araşdırmamışdır.
31. Apellyasiya instansiyası məhkəməsi qeyd etdiklərinə əsasən belə qənaətə gəlmişdir ki, iddiaçı X3 dair AKT-da (İş:0222624/01) ümumilikdə vurulmuş ziyanın 5180 manat müəyyən edilməsi və 5000 manat sığorta ödənişi ilə razılaşdığı halda, sonradan cavabdehdən 39188.66 manat məbləğində ziyan tələb etməsi hüquqi baxımından yol verilən hesab oluna bilməz. 32. “ İcbari sığortalar haqqında” Qanunun 56-cı maddəsinin həmin Qanunun 10.2, 13.1, 13.2, 52.1 və 58.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 14 aprel 2023-cü il tarixli qərarının nəticə hissəsində qeyd edilmişdir ki, sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləği icbari sığorta üzrə sığorta ödənişini aşdığı halda zərərçəkən zərərin sığorta ödənişindən artıq olan hissəsinin ödənilməsini zərərvurandan tələb edə bilər. Hazırki mübahisə üzrə zərərin sığorta ödənişindən artıq olan hissəsi 180 manat olduğundan iddiaçının cavabdehə qarşı iddiası 180 manat həddində əsaslıdır. Buna görə də cavabdehdən vurulmuş maddi zərərə görə 180 manat pul alınaraq iddiaçıya verilməli, iddia qalan hissədə təmin edilməməlidir.
33. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 925-1, 1096.1, 1096.2, 1097.1, 1108.1-ci, “İcbari sığortalar haqqında” Qanunun 4.1, 24.1.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
34. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
35. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə apellyasiya şikayətinin dəlillərini araşdırmadan, təkrar ekspertiza keçirmədən şəxsi mülahizəsinə əsasən qətnamə qəbul etmişdir. Bundan başqa, iddiaçı tərəfindən "xxxx"ASC-yə xx.xx.2025-ci il tarixdə müraciət olunmuş və qeyd olunan hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən aparılmış sənədləşmənin surətlərinin t əqdim olunması xahiş edilmişdir. "xxxx" ASC xx.xx.2025-ci il tarixli vəkil sorğusuna cavab məktubunda bildirmişdir ki, hadisə ilə əlaqədar sənədləşmələrin əsilləri saxlanılmamışdır. İddiaçının "xxxx" ASC tərəfindən 5000 manat ödənilməsi məqsədi ilə tərtib olunan aktın imzalı nüsxəsinin saxlanıldığı halda, digər sənədlərin əsillərinin surətinin saxlanılmaması ağlabatan deyildir. Həmçinin "xxxx" ASC tərəfindən təqdim olunan sənədlər içərisində yeganə imzalı sənəd iddiaçının Sığorta ödənişi ilə bağlı akt olmuşdur. Həmin akta iddiaçının Mercedes Benz E200 markalı, 90ZZ711 DQN, BAN WDD2130421A379546 olan nəqliyyat vasitəsinə dəymiş zərərin 5180 manat olmasına dair hər hansı bir qeyd yoxdur. Qeyd olunan sənədlər isə heç birisi imza, elektron imza və möhürlə təsdiq olmamış və mötəbərliyi ciddi şü bhə yaradan sənədlərdir. Hazırkı iş üzrə cavabdeh iddia tələbinə etiraz edərək, iddiaçının avtomobilinə vurulmuş zərərin tələb olunan həddə olmadığını göstərsə də, məhkəməyə etirazını əsaslandıran heç bir mötəbər sübut təqdim etməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
36. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 925-1.1. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsinə və bu Məcəllənin 925.2-ci maddəsinə uyğun olaraq sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbləri nəzərə alınmaqla müstəqil ekspert fəaliyyətini həyata keçirən şəxs tərəfindən aparılır. Maddə 925-1.2. Müstəqil ekspert sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin təklif etdiyi üç müstəqil ekspertin sırasından seçilərək 3 (üç) iş günü ərzində sığortaçı tərəfindən təyin edilir. Maddə 925-1.3. Sığortaçı bu Məcəllənin 925-1.2-ci maddəsində müəyyən edilmiş müddət ərzində müstəqil eksperti təyin etmədikdə sığortalı, sığorta olunan və ya faydalanan şəxs zərərin qiymətləndirilməsi üçün özünün seçdiyi müstəqil ekspertə müraciət etmək hüququna malikdir. Maddə 925-1.4. Müvafiq hallarda sığortalı, sığorta olunan və ya faydalanan şəxs bu Məcəllənin 925-1.2-ci maddəsinə uyğun olaraq zərərin müstəqil ekspert tərəfindən qiymətləndirilməsinin nəticələrini qəbul etmədikdə həmin maddədə nəzərdə tutulmuş qaydada zərərin təkrar qiymətləndirilməsini tələb edə bilər. Maddə 925-1.5. Müstəqil ekspert zərərin qiymətləndirilməsinin nəticələrini sığortaçıya, həmçinin müvafiq hallarda sığortalıya, sığo rta olunana və ya faydalanan şəxsə təqdim etməlidir. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhkükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən,.....və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludur, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və s.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “İcbari sığortalar haqqında haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 24.1.4 Zərərçəkənin müvafiq hallarda, o cümlədən sağlamlığa və (və ya) əmlaka dəyən zərərin sığortaçı tərəfindən müəyyənləşdirilmiş həcmi ilə razılaşmadıqda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925-1-ci maddəsinə uyğun olaraq müstəqil ekspertin təyi n edilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etm əyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyiş iklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
37. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edilsə də, şikayətin dəlilləri və məzmunundan görünür ki, iddiaçı qətnaməni iddianın təmin edilməyən hissəsində mübahisələndirib. Bu səbəbdən məhkəmə kollegiyası qətnaməni həmin hissədə yoxlayır.
39. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkə mə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. Məhkəmə kollegiyası kassasiya şikayətin dəlilləri əsasında yoxlayaraq hesab edir ki, apellyasiya instansiyası məhkəm əsi mübahisələndirilən hissədə düzgün nəticəyə gəlmişdir.
42. İddia tələbi delikt nəticəsində dəymiş maddi zərərin ödənilməsi barədədir.
43. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən hissədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğundur.
44. Məhkəmə kollegiyası onu da qeyd edir ki, məhkəmə mülki iş üzrə icraat zamanı yalnız tərəflərin təqdim etdiyi sübutlardan istifadə etməklə müəyyən nəticəyə gəlir. İddia tələblərinin təmin edilməsi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür.
45. İddiaçı daha çox maddi zərərə düşməsini işdəki sübutlarla təsdiq e də bilməyib.
46. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən halına görə iddiaçı baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı avtomobilə dəymiş zərərin müəyyən edilməsinə dair "xxxx" ASC-nin 15 fevral 2024-cü il tarixdə tərtib etdiyi zərər (qiymətləndirmə aktı) aktı ilə, razılaşaraq nəqliyyat vasitəsinə dəymiş ziyanın məbləğinin 5180 manat olmasını qəbul etmiş, ona 5000 manat məbləğində sığorta ödənişi ödənilməsi ilə razı olmuşdur.
47. Apellyasiya instansiyası məhkəməsi iddiaçının sığorta ödənişi ilə bağlı əlavədə sığorta ödənişinə razı olduğunu bildirməsi və gələcəkdə hər hansı iddiasının olmayacağını qəbul etməsini onun sığorta hadisəsi nəticəsində nəqliyyat vasitəsinə dəymiş ziyanın məbləği ilə razı olması kimi qiymətləndirmişdir.
48. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən hissədə iddia tələbinin sübuta yetirilməsi iddiaçının üzərinə düşdüyü və buna baxmayaraq, o, öz tələbini tam sübuta yetirə bilmədiyi üçün apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianı qismən təmin etmişdir.
49. Apellyasiya məhkəməsi iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, tələb üzrə işin faktiki hallarını işdəki sübutlarla müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, sübutetmə yükünü düzgün müəyyənləşdirmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, nəhayət, mübahisələndirilən hissədə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
50. Kassasiya şikayətinin dəlilləri də zərər məbləğinin daha yüksək olması barədədir.
51. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin araşdırmasını yetərli hesab e dərək, qeyd edir ki, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.
52. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
53. M əhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1332/2025 nömrəli 8 sentyabr 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.