Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3697/2025 23.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh3, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs 6 saylı Beyləqan Ərazi İdarəsi, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı, müstəqil tələb irəli sürən üçüncü şəxs X3 cavabdehlər Cavabdeh3 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: hərrac protokollarının ləğv edilməsi, müqavilələrin etibarsız hesab edilməsi tələbləri. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh3nə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs 6 saylı Beyləqan Ərazi İdarəsinə, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı icra sənədi üzrə borcluya məxsus əmlakların satılmasına dair protokolların ləğv edilməsi və ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair müqavilələrin etibarsız hesab edilməsi tələbinə, müstəqil tələb irəli sürən üçüncü şəxs X3 cavabdehlər Cavabdeh3 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı mülkiyyətində olan təsərrüfat təyinatlı torpaq sahələrinin satılmasına dair protokolların və əldə olunmasına dair müqavilələrin ləğv edilməsi tələb inə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 11 sentyabr 2025-ci il tarixli 2(106)-45/2025 nömrəli qətnaməsindən Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. RX ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətinə əsasən X4 məxsus olan İmişli rayonu Qaralar kəndi ərazisində yerləşən 3,30 ha torpaq sahəsi xx.xx.2015-ci ildən xx.xx.2018-ci ilədək olan müddətə xx.xx.2015-ci il tarixli K/M İS 13** nömrəli kredit müqaviləsi üzrə 2139470,0 manat məbləğində öhdəliyin icra olunmasından ötrü Cavabdeh2 ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. (Qeydiyyat tarixi: xx.xx.2015; qeydiyyat nömrəsi: 1715**3869)
2. RX ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətinə əsasən X4 məxsus olan İmişli rayonu Qaralar kəndi ərazisində yerləşən 2,8996 torpaq sahəsi xx.xx.2015-ci ildən xx.xx.2018-ci ilədək olan müddətə xx.xx.2015-ci il tarixli K/M İS 13** nömrəli kredit müqaviləsi üzrə 2139470,0 manat məbləğində öhdəliyin icra olunmasından ötrü Cavabdeh2 ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. (Qeydiyyat tarixi: xx.xx.2015; qeydiyyat nömrəsi: 1715**3870)
3. RX ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətinə əsasən X4 məxsus olan İmişli rayonu Qaralar kəndi ərazisində yerləşən 2,33 ha torpaq sahəsi xx.xx.2015-ci ildən xx.xx.2018-ci ilədək olan müddətə xx.xx.2015-ci il tarixli K/M İS 13** nömrəli kredit müqaviləsi üzrə 2139470,0 manat məbləğində öhdəliyin icra olunmasından ötrü Cavabdeh2 ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. (Qeydiyyat tarixi: xx.xx.2015; qeydiyyat nömrəsi: 1715**3871)
4. RX ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətinə əsasən X4 məxsus olan İmişli rayonu Qaralar kəndi ərazisində yerləşən 1,371348 ha torpaq sahəsi xx.xx.2015-ci ildən xx.xx.2018-ci ilədək olan müddətə xx.xx.2015-ci il tarixli K/M İS 13** nömrəli kredit müqaviləsi üzrə 2139470,0 manat məbləğində öhdəliyin icra olunmasından ötrü Cavabdeh2 ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. (Qeydiyyat tarixi: xx.xx.2015; qeydiyyat nömrəsi: 1715**3868)
5. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx. 2018-ci il tarixli 2(106)-142/2018 saylı icra vərəqəsi ilə, cavabdeh İddiaçı MMC-dən əsas borca görə 1.971.620,44 manat, faiz borcuna görə 234.614,31 manat, cərimə borcuna görə 14.**0,0 manat - cəmi 2.220.234, 55 manat tutulub Cavabdeh2 ASC-yə verilməsi; BPŞ PKP 018/2014 saylı plastik kart müqaviləsi üzrə X2 5421,23 manat əsas borc, 223,37 manat faiz borcu, cəmi 5644,60 manat və 1,83 Avro tutulub Cavabdeh2 ASC-nin xeyrinə ödənilməsi; ipoteka və girov predmeti olan X1 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq pr-ti, ev 74-də yerləşən 34 və 35 nömrəli mənzillər, X3 mülkiyyətində olan İmişli rayonu Qaralar kəndi ərazisində yerləşən 1,371348 ha; 2,33 ha; 3,30 ha; 2,8996 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri, “Taleh” ATSC-nin mülkiyyətində olan İmişli şəhəri, H.Əliyev prosp ekti, 1-də yerləşən əmlak kompleksi kimi müəssisə, İddiaçı MMC-nin mülkiyyətində olan Elevator avadanlığı -Feddtech Makine (xx.xx.2014-cü il tarixli 455368 nömrəli hesab faktura), Elevator avadanlığı - Feddtech Makine (xx.xx.2015-ci il tarixli 455524 nömrəli hesab faktura), Elevator avadanlığı - Feddtech Makine (xx.xx.2014-cü il tarixli 455446 nömrəli hesab faktura), 2 set of grain storage and handling equipment (iki dəst taxıl saxlama və daşıma avadanlığı) – Altuntas (xx.xx.2014-cü il tarixli 166694 nömrəli hesab faktura) və 2 set of qrain storages silos and handling equipment (iki dəst taxıl saxlama siloları və daşıma avadanlığı) – Altuntas (xx.xx.2014-cü il tarixli 166723 nömrəli hesab faktura) avadanlıqların açıq hərracda satılması və satışdan əldə olunmuş vəsait X5 və İddiaçı MMC-ni n Cavabdeh2 ASC-yə olan borcunun ödənilməsinə yönəldilməsi; ipoteka predmeti olan X1 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq pr-ti, ev 74-də yerləşən 34 və 35 nömrəli mənzillərin hər birinin ilkin satış qiyməti 88.**0,0 manat məbləğində, X3 mülkiyyətində olan İmişli rayonu Qaralar kəndi ərazisində yerləşən 1,371348 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ilkin satış qiyməti 14.**0,0 manat, 2,33 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ilkin satış qiyməti 23.**0,0 manat, 3,30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ilkin satış qiyməti 33.**0,0 manat, 2,8996 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ilkin satış qiyməti 29.**0,0 manat məbləğində, “Taleh” ATSC-nin mülkiyyətində olan İmişli şəhəri, H.Əliyev prospekti, 1-də yerləşən əmlak kompleksi kimi mü əssisənin ilkin satış qiyməti 570.**0,0 manat məbləğində, İddiaçı MMCnin mülkiyyətində olan Elevator avadanlığı - Feddtech Makine (xx.xx.2014-cü il tarixli 455368 nömrəli hesab faktura) üzrə ilkin satış qiyməti 147.5**,0 manat, Elevator avadanlığı - Fedddtech Makine ( xx.xx.2015-ci il tarixli 455524 nömrəli hesab faktura) üzrə ilkin satış qiyməti 112.299,0 manat, Elevator avadanlığı- Fedddtech Makine (xx.xx.2014-cü il tarixli 455446 nömrəli hesab faktura) üzrə ilkin satış qiyməti 162.8**,0 manat, 2 set of grain storage and handling equipment (iki dəst taxıl saxlama və daşıma avadanlığı) – Altuntas (xx.xx.2014-cü il tarixli 166694 nömrəli hesab faktura) üzrə ilkin satış qiyməti 410.8**,0 manat və 2 set of qrain storages silos and handling equipment (iki dəst taxıl saxlama siloları və daşıma avadanlığı) - Altuntas (xx.xx.2014-cü il tarixli 166723 nömrəli hesab faktura) üzrə ilkin satış qiymətinin 410.8**,0 manat məbləğində müəyyən edilməsi qət edilmişdir.
6. İmişli rayon İPŞ-nin xx.xx.2018-ci il tarixli qərarına əsasən Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(106)-142/2018 saylı icra sənədi üzrə icraat başlanmışdır.
7. İmişli rayon İPŞ-nin xx.xx.2021-ci il tarixli 43 saylı məktubu ilə verilmiş sifarişə əsasən Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(106)-142/2018 saylı icra sənədi ilə X3 mülkiyyətində olan İmişli rayonu Qaralar kəndi ərazisində yerləşən 1,371348 ha, 2,33 ha, 3,30 ha və 2,8996 ha torpaq sahəsi, İddiaçı MMC-nin mülkiyyətində olan Elevator avadanlığı - Feddtech Makine, Elevator avadanlığı - Feddtech Makine, Elevator avadanlığı - Feddtech Makine, 2 set of grain storage and handling equipment (iki dəst taxıl saxlama və daşıma avadanlığı) –Altuntas və 2 set of qrain storages silos and handling equipment (iki dəst taxıl saxlama siloları və daşıma avadanlığı) – Altuntas avadanlıqları satılmaqdan ötrü "xxxx" MMC tərəfindən təşkil edilmiş hərraca çıxarılmışdır.
8. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair xx.xx.2022-ci il tarixli 03 nömrəli Protokola əsasən Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(106)-142/2018 saylı icra vərəqəsi üzrə İmişli rayon İPŞ-nin xx.xx.2021-ci il tarixli 43 saylı sifariş məktubu əsasında "xxxx" MMC tərəfindən təşkil edilmiş hərracda 14.**0,0 manat ilkin satış qiyməti ilə təklif edilən, 15 faiz endirimlə sonrakı satış qiyməti 11.9**,0 manat və 25 f aiz endirimlə təkrar satış qiyməti 8.925,0 manat olan X4 məxsus olan İmişli rayonu Qaralar kəndi ərazisində yerləşən 1,371348 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ipoteka saxlayan Cavabdeh2 ASC tərəfindən əldə olunmuşdur.
9. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair xx.xx.2022-ci il tarixli 04 nömrəli Protokola əsasən Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(106)-142/2018 saylı icra vərəqəsi üzrə İmişli rayon İPŞ-nin xx.xx.2021-ci il tarixli 43 saylı sifariş məktubu əsasında "xxxx" MMC tərəfindən təşkil edilmiş hərracda 23.**0,0 manat ilkin satış qiyməti ilə təklif edilən, 15 faiz endirimlə sonrakı satış qiyməti 19.550,0 manat və 25 faiz endirimlə təkrar satış qiyməti 14.662,0 manat olan X4 məxsus olan İmişli rayonu Qaralar kəndi ərazis ində yerləşən 2,33 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ipoteka saxlayan Cavabdeh2 ASC tərəfindən əldə olunmuşdur.
10. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair xx.xx.2022-ci il tarixli 5 nömrəli Protokola əsasən Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(106)-142/2018 saylı icra vərəqəsi üzrə İmişli rayon İPŞ-nin xx.xx.2021-ci il tarixli 43 saylı sifariş məktubu əsasında "xxxx" MMC tərəfindən təşkil edilmiş hərracda 29.**0,0 manat ilkin satış qiyməti ilə təklif edilən, 15 faiz endirimlə sonrakı satış qiyməti 24.650,0 manat və 25 faiz endirimlə təkrar satış qiyməti 18.487,0 manat olan X4 məxsus olan İmişli rayonu Qaralar kəndi ərazisində yerləşən 2,8996 kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ipoteka saxlayan Cavabdeh2 ASC tərəfindən əldə olunmuşdur.
11. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair xx.xx.2022-ci il tarixli 06 nömrəli Protokola əsasən Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(106)-142/2018 saylı icra vərəqəsi üzrə İmişli rayon İPŞ-nin xx.xx.2021-ci il tarixli 43 saylı sifariş məktubu əsasında "xxxx" MMC tərəfindən təşkil edilmiş hərracda 33.**0,0 manat ilkin satış qiyməti ilə təklif edilən, 15 faiz endirimlə sonrakı satış qiyməti 28.050,0 manat və 25 faiz endirimlə təkrar satış qiyməti 21.037,0 manat olan X4 məxsus olan İmişli rayonu Qaralar kəndi ərazisində yerləşən 3,30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ipoteka saxlayan Cavabdeh2 ASC tərəfindən əldə olunmuşdur.
12. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair xx.xx.2022-ci il tarixl i 07 nömrəli Protokola əsasən Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(106)-142/2018 saylı icra vərəqəsi üzrə İmişli rayon İPŞ-nin xx.xx.2021-ci il tarixli 43 saylı sifariş məktubu əsasında "xxxx" MMC tərəfindən təşkil edilmiş hərracda 147.5**,0 manat ilkin satış qiyməti ilə təklif edilən, 15 faiz endirimlə sonrakı satış qiyməti 125.375,0 manat və 25 faiz endirimlə təkrar satış qiyməti 94.031,0 manat olan İddiaçı MMC-yə məxsus olan Elevator avadanlığı - Feddtech Makine ipoteka saxlayan Cavabdeh2 ASC tərəfindən əldə olunmuşdur.
13. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair xx.xx.2022-ci il tarixli 08 nömrəli Protokola əsasən Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(106)-142/2018 saylı icra vərəqəsi üzrə İmişli rayon İPŞ-nin xx.x x.2021-ci il tarixli 43 saylı sifariş məktubu əsasında "xxxx" MMC tərəfindən təşkil edilmiş hərracda 112.229,0 manat ilkin satış qiyməti ilə təklif edilən, 15 faiz endirimlə sonrakı satış qiyməti 95.454,0 manat və 25 faiz endirimlə təkrar satış qiyməti 71.590,0 manat olan İddiaçı MMC-yə məxsus olan Elevator avadanlığı - Feddtech Makine ipoteka saxlayan Cavabdeh2 ASC tərəfindən əldə olunmuşdur.
14. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair xx.xx.2022-ci il tarixli 09 nömrəli Protokola əsasən Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(106)-142/2018 saylı icra vərəqəsi üzrə İmişli rayon İPŞ-nin xx.xx.2021-ci il tarixli 43 saylı sifariş məktubu əsasında "xxxx" MMC tərəfindən təşkil edilmiş hərracda 162.8**,0 manat ilkin satış qiyməti ilə təklif edilən, 15 faiz endirimlə sonrakı satış qiyməti 138.380,0 manat və 25 faiz endirimlə təkrar satış qiyməti 103.785,0 manat olan İddiaçı MMC-yə məxsus olan Elevator avadanlığı - Feddtech Makine ipoteka saxlayan Cavabdeh2 ASC tərəfindən əldə olunmuşdur.
15. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına xx.xx.2022-ci il tarixli dair 10 nömrəli Protokolun surətinə əsasən Şirvan Apellyasiya məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(106)142/2018 saylı icra vərəqəsi üzrə İmişli rayon İPŞ-nin xx.xx.2021-ci il tarixli 43 saylı sifariş məktubu əsasında "Capital Auction” MMC tərəfindən təşkil edilmiş hərracda 410.8**,0 manat ilkin satış qiyməti ilə təklif edilən, 15 faiz endirimlə sonrakı satış qiyməti 349.180,0 manat və 25 faiz endirimlə təkrar satış qiyməti 261.885,0 manat olan "Kristal F ermer” MMC-ə məxsus olan 2 set of grain storage and handling equipment -Altuntas ipoteka saxlayan "Paşa Bank” ASC tərəfindən əldə olunmuşdur.
16. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair xx.xx.2022-ci il tarixli 11 nömrəli Protokolun surətinə əsasən Şirvan Apellyasiya məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(106)142/2018 saylı icra vərəqəsi üzrə İmişli rayon İPŞ-nin xx.xx.2021-ci il tarixli 43 saylı sifariş məktubu əsasında "Capital Auction” MMC tərəfindən təşkil edilmiş hərracda 410.8**,0 manat ilkin satış qiyməti ilə təklif edilən, 15 faiz endirimlə sonrakı satış qiyməti 349.180,0 manat və 25 faiz endirimlə təkrar satış qiyməti 261.885,0 manat olan İddiaçı MMC-ə məxsus olan 2 set of grain storage silos and handling equipment -Altuntas və 2 set of qrain storag es silos and handling equipmentAltuntas avadanlıqları Elevator avadanlığı- Feddtech makine ipoteka saxlayan "Paşa Bank” ASC tərəfindən əldə olunmuşdur.
17. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(106)-142/2018 saylı icra vərəqəsi üzrə İmişli rayon İPŞ-nin xx.xx.2021-ci il tarixli 43 saylı sifariş məktubu əsasında "xxxx" MMC tərəfindən təşkil edilmiş hərracda 21.037,0 manata təklif edilən İmişli rayonu Qaralar kəndi ərazisində yerləşən 3,30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ipoteka saxlayan Cavabdeh2 ASC tərəfindən əldə olunmuşdur.
18. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(106)-142/2018 saylı icra vərəqəsi üzrə İmişli rayon İPŞ-nin xx.xx.2021-ci il tarixli 43 saylı sifariş məktubu əsasında "xxxx" MMC tərəfindən təşkil edilmiş hərracda 18.487,0 manata təklif edilən İmişli rayonu Qaralar kəndi ərazisində yerləşən 2,8996 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ipoteka saxlayan Cavabdeh2 ASC tərəfindən əldə olunmuşdur.
19. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(106)-142/2018 saylı icra vərəqəsi üzrə İmişli rayon İPŞ-nin xx.xx.2021-ci il tarixli 43 saylı sifariş məktubu əsasında "xxxx" MMC tərəfindən təşkil edilmiş hərracda 14.662,0 manata təklif edilən İmişli rayonu Qaralar kə ndi ərazisində yerləşən 2,33 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ipoteka saxlayan Cavabdeh2 ASC tərəfindən əldə olunmuşdur.
20. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(106)-142/2018 saylı icra vərəqəsi üzrə İmişli rayon İPŞ-nin xx.xx.2021-ci il tarixli 43 saylı sifariş məktubu əsasında "xxxx" MMC tərəfindən təşkil edilmiş hərracda 8.925,0 manata təklif edilən İmişli rayonu Qaralar kəndi ərazisində yerləşən 1,371348 ha kənd təsərrüfatı tətinatlı torpaq sahəsi ipoteka saxlayan Cavabdeh2 ASC tərəfindən əldə olunmuşdur.
21. İş materiallarına əlavə edilmiş "Əmlak Ekspert Mərkəzi ” MMC- tərəfindən verilmiş 2 avqust 2022-ci il tarixli mütəxəssis rəyində göstər ilmişdir ki, X3 mülkiyyətində olan İmişli rayonu Qaralar kəndi ərazisində, ümumi sahəsi 9,9**948,0 ha olan torpaq sahəsi üzərində yerləşən əmlak kompleksi kimi müəssisənin torpaq sahəsi ilə birlikdə xx.xx.2022-ci il tarixinə real bazar dəyəri 12. 415. **0,0 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
22. İddiaçı MMC cavabdehlər Cavabdeh3, AR ƏM DX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 6 saylı Beyləqan Ərazi İdarəsi, Cavabdeh2 ASC və "xxxx" MMC-ə qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 tərəfindən göndərilmiş sifarişin qanunsuz hesab edilməsi, 3 ədəd Elevator avadanlığı - Feddtech Makine, 2 set of grain storage and handling equipment (iki dəst taxıl saxlama və daşıma avadanlığı) – Altuntas və 2 set of qrain storages silos and handling equipment (iki dəst taxıl saxlama siloları və daşıma avadanlığı) - Altuntas avadanlıqlarının satılmasına dair xx.xx.2022-ci il tarixli 7; 8; 9; 10; 11 nömrəli protokolların etibarsız hesab edilməsi, X4 məxsus İmişli rayonu Qaralar kəndi ərazisində yerləşən 1,371348 ha, 2,33 ha, 2,8996 ha və 3,30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin hərracda satılması haqqında 3; 4; 5; 6 nömrəli Protokolların etibarsız hesab edilməsi, həmin torpaq sahələrinin Cavabdeh2 ASC tərəfindən əldə olunmasına dair xx.xx.2022-ci il tarixli müqavilələrin etibarsız hesab edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
23. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsa slandırmışdır ki, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(106)142/2018 saylı icra sənədinin icrası ilə əlaqədar Cavabdeh3 tərəfindən göndərilmiş sifarişdə ipoteka predmeti olan İmişli rayonu Qaralar kəndi ərazisində yerləşən 1,3711378 ha, 2,33 ha, 2,8996 ha və 3,30 ha torpaq sahələrinin və girov predmeti olan 3 ədəd Elevator avadanlığı - Feddtech Makine, 2 set of grain storage and handling equipment (iki dəst taxıl saxlama və daşıma avadanlığı) – Altuntas və 2 set of qrain storages silos and handling equipment (iki dəst taxıl saxlama siloları və daşıma avadanlığı) - Altuntas avadanlıqlarının satılma qaydası müəyyən edilməmişdir. İpoteka predmeti olan torpaq sahələrinin hərracda satılması “İpoteka haqqında” Qanunda nəzərdə tutulmuş qaydada, girov predmeti olan avadanlıqla rın isə hərracda satılması “İcra haqqında” Qanunda nəzərdə tutulmuş qaydada həyata keçirilməli olduğu halda avadanlıqlar torpaq sahələri ilə birlikdə hərraca çıxarılmış və ipoteka predmetinin hərracda satılması qaydalarına uyğun olaraq ilkin qiyməti əvvəlki hərracda 15 faiz aşağı salındıqdan sonra təkrar hərracda sonrakı qiyməti yenidən 25 faiz düşürülərək tələbkara təklif edilmiş və tələbkarla əmlakın həmin qiymətə əldə olunması haqqında müqavilə bağlanmışdır. Halbuki, avadanlıqlar girov predmetinin hərracda satılması qaydalarına uyğun olaraq ayrıca hərraca çıxarılmalı, ilkin qiyməti əvvəlki hərracda 10 faiz, təkrar hərracda 20 faiz və sonrakı təkrar hərracda 30 faiz aşağı salındıqdan sonra tələbkara təklif edilməli idi. Hərracların keçirilməsi qaydalarına əməl olunmadığından avadanlıqlar ilkin qiyməti təxminən 35 faiz aşağı salınaraq tələbkara təklif edilmiş və tələbkarla əmlakın həmin qiymətə əldə olunması haqqında müqavilə bağlanmışdır. Hərracların keçirilməsi zamanı yol verilmiş qanun pozuntuları nəticəsində İddiaçı MMC-yə dəymiş zərər təxminən 85.**0,0 manat təşkil etmişdir.
24. Müstəqil tələb irəli sürən üçüncü şəxs X5 cavabdehlər Cavabdeh3 və "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İmişli rayonu Qaralar kəndi ərazisində yerləşən 1,371348 ha, 2,33 ha, 2,8996 ha və 3,30 ha torpaq sahələrinin hərracda satılması haqqında 3; 4; 5; 6 nömrəli Protokolların və həmin torpaq sahələrinin Cavabdeh2 ASC tərəfindən əldə olunmasına dair xx.xx.2022-ci il tarixli müqavilələrin ləğv edilməsi, torpaq sahəsinin yenidən qiymətləndirərək hərraca yönəldilməsi barə də qətnamə çıxarılmasını xahiş etmişdir.
25. Müstəqil tələb irəli sürən üçüncü şəxs X5 iddia tələbini belə əsaslandırmışdır ki, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(106)- 142/2018 saylı icra vərəqəsinə əsasən cavabdeh İddiaçı MMC-dən əsas borca görə 1.971.620, 44 manat, faiz borcuna görə 234.614,31 manat, cərimə borcuna görə 14.**0,0 manat - cəmi 2.220.234, 55 manat tutulub Cavabdeh2 ASC-ə verilməlidir. Həmin məbləğdən təxminən 1.**0.**0,0 manat ödənilərək borcun qalıq məbləği 1.221.**0,0 manat olmuşdur. Ötən müddət ərzində tələbkar Cavabdeh2 ASC-nin razılığı ilə ipoteka ilə yüklü edilmiş torpaq sahələrində aparılmış əsaslı təmir-tikinti işləri və girov qoyulmuş avadanlıqların quraşdırılması hesabına qabaqcıl texnologiyanın tətbiqinə əsaslanan yem istehsalı zavodu qur ulmuş və istehsal prosesinə başlanılmışdır. Mülkiyyətində olan İmişli rayonu Qaralar kəndi ərazisindəki ümumi sahəsi 9,9**948,0 ha olan torpaq sahəsi üzərində yerləşən zavodun torpaq sahəsi ilə birlikdə bu günə olan real bazar dəyəri 14.**0.**0,0 manatdan artıq olmuşdur. Qeyd olunan əmlak kompleksinin 1.221.**0,0 manat məbləğində borcla əvəzləşdirilməsi ədalətli olmamışdır. Digər tərəfdən avadanlıqların girov predmeti kimi hərraca çıxarılaraq ilkin qiyməti əvvəlki hərracda 10 faiz, təkrar hərracda 20 faiz və sonrakı təkrar hərracda 30 faiz aşağı salındıqdan sonra tələbkara təklif edilməsi qaydasına əməl edilməməsi nəticəsində İddiaçı MMC-nin təsisçisi kimi ona külli miqdarda maddi zərər dəymişdir.
26. Cavabdeh2 ASC-nin nümayəndəsi Nümayəndə4 iddia tələbini qəbul etməyərək izahatında göstər mişdir ki, İmişli rayon İPŞ-nin xx.xx.2021-ci il tarixli 43 saylı məktubu ilə verilmiş sifarişlə Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2018- ci il tarixli 2(106)-142/2018 saylı icra sənədinə əsasən X3 mülkiyyətində olan İmişli rayonu Qaralar kəndi ərazisində yerləşən 1,371348 ha, 2,33 ha, 3,30 ha və 2,8996 ha, İddiaçı MMC-nin mülkiyyətində olan avadanlıqlar satılmaqdan ötrü "xxxx" MMC tərəfindən təşkil edilmiş hərraca çıxarılmış, əmlakın hərracda satılması qaydalarına uyğun olaraq ilkin qiyməti əvvəlki hərracda 15 faiz aşağı salındıqdan sonra təkrar hərracda sonrakı qiyməti yenidən 25 faiz düşürülərək tələbkara təklif edilmiş və tələbkarla əmlakın həmin qiymətə əldə olunması haqqında müqavilə bağlanmışdır. İddiaçı MMC və X5 hərracın keçirilməsi barədə məlumatlı olduqlarından hər biri hər racda alıcı kimi iştirak etmək imkanına malik olmuşdur. Hərracın təşkili və keçirilməsi “İpoteka haqqında” Qanunun 42, 43-cü maddələri və Mülki Məcəllənin 415-ci maddəsi ilə müəyyən edilmiş qaydalara uyğun olmuşdur. İpoteka ilə yüklü edilmiş torpaq sahələrində aparılmış təmir-tikinti işləri hesabına əmələ gəlmiş artıq dəyərlə bağlı olan mübahisə isə tamamilə başqa qaydada həll edilən məsələdir. Ona görə də, iddia tələbi əsassız hesab edilməlidir.
27. Cavabdeh İmişli rayon İPŞ-nin nümayəndəsi X7 izahatında göstərmişdir ki, İmişli rayon İPŞ-nin xx.xx.2018-ci il tarixli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(106)-142/2018 saylı icra sənədi üzrə icraat başlanmış və verilmiş müddətdə borc məbləği tam şəkildə ödənilmədiyindən İPŞ-nin xx.xx.2021-ci il tarixli 43 say lı məktubu ilə verilmiş sifarişə əsasən X3 mülkiyyətində olan İmişli rayonu Qaralar kəndi ərazisində yerləşən 1,371348 ha, 2,33 ha, 3,30 ha və 2,8996 ha, İddiaçı MMC-nin mülkiyyətində olan avadanlıqlar satılmaqdan ötrü "xxxx" MMC tərəfindən təşkil edilmiş hərraca çıxarılmışdır. Hərraca çıxarılan əmlakın ilkin qiyməti əvvəlki hərracda 15 faiz aşağı salındıqdan sonra təkrar hərracda sonrakı qiyməti yenidən 25 faiz düşürülərək tələbkara təklif edilmiş və tələbkarla əmlakın həmin qiymətə əldə olunması haqqında müqavilə bağlanmışdır. Hərraclar keçirilməsi və əmlakın satılması "xxxx" MMC tərəfindən həyata keçirilmiş və nəticələri barədə İmişli İPŞ-ə məlumat verilmişdir.
28. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X8 izahatında göstərmişdir ki, İmişli rayon İPŞ-nin xx.xx.2021-ci il tarixli 43 saylı m əktubu ilə verilmiş sifarişlə Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(106)-142/2018 saylı icra sənədinə əsasən X3 mülkiyyətində olan İmişli rayonu Qaralar kəndi ərazisində yerləşən 1,371348 ha, 2,33 ha, 3,30 ha və 2,8996 ha, İddiaçı MMC-nin mülkiyyətində olan avadanlıqlar satılmaqdan ötrü "xxxx" MMC tərəfindən təşkil edilmiş hərraca çıxarılmışdır. Əmlakın icra sənədində göstərilən ilkin qiyməti əvvəlki hərracda 15 faiz aşağı salındıqdan sonra təkrar hərracda sonrakı qiyməti yenidən 25 faiz düşürülərək tələbkara təklif edilmiş və tələbkarla əmlakın həmin qiymətə əldə olunması haqqında müqavilə bağlanmışdır. Avadanlıqların girov predmeti kimi ayrıca hərraca çıxarılmayaraq “Əmlakın açıq hərracda satışı üzrə sifarişin verilməsi, hərracın təşkili, keçirilməsi və rəsmiləşdiril məsinin prosedur qaydaları”na uyğun olaraq ilkin qiyməti əvvəlki hərracda 10 faiz, təkrar hərracda 20 faiz və sonrakı təkrar hərracda 30 faiz aşağı salındıqdan sonra tələbkara təklif edilməsi qaydasına əməl edilməməsi İmişli rayon İPŞnin xx.xx.2021-ci il tarixli 43 saylı məktubu ilə verilmiş sifarişdə bu barədə qeyd olunmaması, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(106)-142/2018 saylı icra sənədinin 3-cü abzasında hərracda satılması nəzərdə tutulan əmlakın ipoteka və girov predmeti kimi birlikdə göstərilməsi, 6-cı abzasında isə bütün əmlakın ipoteka predmetinə daxil edilməsi ilə əlaqədar olmuşdur.
29. İmişli Rayon Məhkəməsinin 17 iyun 2022-ci il tarixli qərardadı ilə iş üzrə qiymətləndirmə ekspertizası təyin edilmiş, "xxxx" MMC tərəfindən verilmiş 2 avqust 2022-ci il t arixli mütəxəssis rəyinə əsasən X3 mülkiyyətində olan İmişli rayonu Qaralar kəndi ərazisində, ümumi sahəsi 9,9**948,0 ha olan torpaq sahəsi üzərində yerləşən əmlak kompleksi kimi müəssisənin torpaq sahəsi ilə birlikdə xx.xx.2022-ci il tarixinə real bazar dəyəri 12.415.**0,0 manat təşkil etmişdir.
30. İmişli Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(036)- 1811/2022 nömrəli iş üzrə 12 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim - Ülvi Qənbərov) iddia tələbi təmin edilməmişdir.
31. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, İmişli rayon İPŞ-nin xx.xx.2021-ci il tarixli 43 saylı məktubu ilə verilmiş sifarişlə Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(106)-142/2018 saylı icra sənədinə əsasən X3 mülkiyyətində olan İmişli ray onu Qaralar kəndi ərazisində yerləşən 1,371348 ha, 2,33 ha, 3,30 ha və 2,8996 ha, İddiaçı MMC-nin mülkiyyətində olan avadanlıqlar "xxxx" MMC tərəfindən təşkil edilmiş açıq hərracda “İpoteka haqqında” Qanunun 42, 43 və Mülki Məcəllənin 415-ci maddəsi ilə müəyyən edilmiş qaydalara uyğun şəkildə satılmışdır. 32. “Əmlakın açıq hərracda satışı üzrə sifarişin verilməsi, hərracın təşkili, keçirilməsi və rəsmiləşdirilməsinin prosedur qaydaları”nın 1.15.4-cü bəndinə əsasən avadanlıqların ilkin qiyməti əvvəlki hərracda 10 faiz, təkrar hərracda 20 faiz və sonrakı hərracda 30 faiz aşağı salındıqdan sonra tələbkara təklif edilməsi qaydasına əməl edilməməsi İddiaçı MMC-nin əmlak mənafeyinə toxunsa da, Mülki Məcəllənin 415-ci maddəsində nəzərdə tutulmadığından hərracın etibarsız hesab edilməsi üçün əsas deyil.
33. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 414, 415, 416-cı, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41, 42, 43-cü, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 61, 62-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
34. İddiaçı MMC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
35. Müstəqil tələb irəli sürən üçüncü şəxs X5 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
36. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-416/2023 nömrəli mülki iş üzrə 30 mart 2023-cü il tarixli qətnam əsi ilə (hakimlər - Tofiq Heydərov (sədrlik edən və məruzəçi), İlham Əsədov və Samir Mayılov) İddiaçı MMC və müstəqil tələb irəli sürən üçüncü şəxs X5 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılmışdır.
37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin “Məhkəmə göstərilən 9.9**948,0 ha torpaq sahəsinin cavabdeh olan Bank tərəfindən cəmi 63111 manat dəyərində hərracdan əldə edilməsinə heç bir münasibət bildirməmiş, həmin rəyin məhkəmə tərəfindən qəbul edilib-edilməməsinə, torpaq sahələrinin rəydə olan dəyərin (12415**0 manat) 0.5% həcmində (63111 manat) Bank tərəfindən əldə olunmasına heç bir hüquqi qiymət verməmişdir.” dəlili ilə bağlı qeyd etmişdir ki, İmişli ra yonu Qaralar kəndi ərazisində yerləşən 1,371348 ha, 2,33 ha, 2,8996 ha və 3,30 ha torpaq sahələrinin və girov predmeti olan avadanlıqlarının likvid dəyəri icra qaydasında aparılmış ekspertiza nəticəsində deyil, məhz Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-142/2018 saylı qətnaməsi ilə müəyyən edilmişdir. Həmçinin oda qeyd olunmalıdır ki, ipoteka predmeti olan əmlakın likvid qiymətlə satışa çıxarılması, ümumilikdə 2 hərracın keçirilməsi imkanı, üstəlik birinci və təkrar hərrac baş tutmadığı halda ilkin satış qiymətinin ardıcıl olaraq 15 və 25 faiz azaldılması və ən nəhayət təkrar hərracın baş tutmadığı halda ipoteka saxlayanın əmlakı 30 gün müddətində əldə etməsi imkanı nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi üçüncü dəfə hərracın keçirilməsini qətnaməsində qeyd etsə də bu hal iş mat eriallarında müəyyən olunmamışdır. Həmçinin iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs apellyasiya şikayətinin dəlilində qeyd etmişdir ki, torpaq sahəsi üzərində yerləşən əmlak kompleksi kimi müəssisənin torpaq sahəsi ilə birlikdə real bazar dəyəri 12415**0 manat olan əmlakın 63111 manat Bank tərəfindən əldə olunmasına məhkəmə heç bir hüquqi qiymət verməmişdir. İddiaçı onun ipoteka predmeti olan əmlak kompleksinin 12415**0 manat olduğunu bildirmişdir. Qətnamənin qanunsuz olmasını şikayətinin bu dəlili ilə əsaslandırmışdır. Kollegiya apellyasiya şikayətlərinin bu dəlili ilə razılaşmamışdır, çünki, apellyasiya şikayətlərinin bu dəlilinə qiymət verilməsi üçün iddiaçıların məhkəmə qətnaməsi ilə müəyyən olunmuş ipoteka predmetinin likvid dəyərini mübahisələndirilməsi barədə “Qiymətləndir mə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq iddia mövcud olmalı idi. Göründüyü kimi hərraclar qanunvericiliyin tələblərinə uyğun keçirilmişdir.
38. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlili ilə bağlı qeyd etmişdir ki, İmişli rayonu Qaralar kəndi ərazisində yerləşən 1,3711378 ha, 2,33 ha, 2,8996 ha və 3,30 ha torpaq sahələrinin və girov predmeti olan 3 ədəd Elevator avadanlığı- Fedddtech Makine, 2 set of grain storage and handling equipment –Altuntas və 2 set of qrain storages silos and handling equipment-Altuntas avadanlıqlarının likvid dəyəri icra qaydasında aparılmış ekspertiziya nəticəsində deyi,l məhz Şirvan Apellyasiya Məhkəməsinin 2(106)142/2018 saylı qətnaməsi ilə müəyyən edilmişdir. Həmçinin oda qeyd olunmalıdır ki, ipoteka pr edmeti olan əmlakın likvid qiymətlə satışa çıxarılması, ümumilikdə 2 hərracın keçirilməsi imkanı, üstəlik birinci və təkrar hərrac baş tutmadığı halda ilkin satış qiymətinin ardıcıl olaraq 15 və 25 faiz azaldılması və ən nəhayət təkrar hərracın baş tutmadığı halda ipoteka saxlayanın əmlakı 30 gün müddətində əldə etməsi imkanı nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi üçüncü dəfə hərracın keçirilməsini qətnaməsində qeyd etsə də bu hal iş materiallarında müəyyən olunmamışdır. Həmçinin iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs apellyasiya şikayətinin dəlilində qeyd edir ki, torpaq sahəsin üzərində yerləşən əmlak kompelksi kimi müəssisənin torpaq sahəsi ilə birlikdə real bazar dəyəri 12 415 **0 manat olan əmlakın 63 111 manat) Bank tərəfindən əldə olunmasına məhkəmə heç bir hüq uqi qiymət verməmişdir. İddiaçı onun ipoteka predmeti olan əmlak kompleksinin 12 415 **0 manat olduğunu bildirmişdir. Qətnamənin qanunsuz olmasını şikayətinin bu dəlili ilə əsaslandırmışdır. Kollegiya apellyasiya şikayətlərinin bu dəlili ilə razılaşmır çünki, apellyasiya şikayətlərinin bu dəlilinə qiymət verilməsi üçün iddiaçıların məhkəmə qətnaməsi ilə müəyyən olunmuş ipoteka predmetinin likvid dəyərini mübahisələndirilməsi barədə “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq iddia mövcüd olmalı idi. Göründüyü kimi hərraclar qanunvericiliyin tələblərinə uyğun keçirilmişdir. Odur ki, kollegiya birinci instansiya məhkəməsinin “iddia tələbinin təmin edilməməsi.” mövqeyi ilə razılaşır, hesab edir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bü tün faktiki halları araşdırmış və gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə heç bir sübutla təsdiqini tapmayan formal mülahizədən ibarət olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür.
39. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 414, 415 və 416-cı, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41, 42 və 43-cü, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 61 və 62-ci maddələrinə istinad edərək əsaslandırmışdır. c) Kassasiya instansiya məhkəməsində birinci icraat:
40. İddiaçı MMC (vəkil - Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini n ləğv edilməsini, iddia tələbinin tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
41. Həmçinin müstəqil tələb irəli sürən üçüncü şəxs X5 (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
42. Ali Məhkəmənin Mülki Kollegiyasının 2 oktyabr 2023-cü il tarixli, 2(102)2895/2023 saylı qərarı ilə (hakimlər Zaur Əliyev (sədrlik edən və məruzəçi), Vidadi Məmmədov və Aqil Abbasov) kassasiya şikayətləri qismən təmin edilmiş və Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-416/2023 nömrəli, 30 mart 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş və işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır.
43. Kassasiya insyansiyası m əhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi avadanlıqları girov predmeti adlandırmışdır. Bununla belə, iddiaçının həmin əşyaların ipoteka predmeti kimi satılmasının doğru olmaması və yuxarıda qeyd edilən digər dəlillərinə qanunvericiliyə uyğun qaydada qiymət verməmişdir.
44. Məlum olduğu kimi, girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. İpoteka predmeti olan əşyalar, habelə mülki dövriyyədən çıxarılmış əşyalar və kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblər, o cümlədən alimentlər, həyata və ya sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər və digər şəxsə güzəşt olunması qanunla qadağan edilmiş sair hüquqlar istisna olmaqla, istənilən əşyalar və tələblər girov predmeti ola bilər.
45. İpoteka predmetinin satılması ilə bağlı qaydalar “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuşdur. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmetinin hərracda satılması qaydaları, ipoteka predmetinin təkrar hərracda ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarılması imkanı, eləcə də ipoteka saxlayanın həmin predmeti təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə almaq hüququ həmin qanunla tənzimlənmişdir.
46. Qanunverici ipoteka predmeti olan əşyaların satılması ilə girovla yüklü olan daşınar əşyaların satılması qaydalarını fərqləndirmişdir.
47. Belə olan halda, iddialarda göstəri lən avadanlıq və qurğuların ayrıca daşınar əşya kimi girov, yoxsa ipoteka predmetinin tərkib hissəsi olmasının müəyyənləşdirilməsi hazırkı işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.
48. Mülki Məcəlləyə görə, torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Əgər müxtəlif növlü əşyalar ümumi təyinat üzrə istifadə edilməsini nəzərdə tutan vahid tam yaradırlarsa, bir əmlak (mürəkkəb əmlak) sayılırlar. Mürəkkəb əmlak barəsində bağlanmış əqdin qüvvəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, onun bütün tərkib hissələrinə şamil edilir. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. 49. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuşdur ki, bina, tikili, qurğu və ya digər daşınmaz əşyalar yalnız onların yerləşdiyi, yaxud fəaliyyətini təmin etdiyi torpaq sahəsi ilə birlikdə ipoteka qoyulur. Daşınmaz əşyaya tutma yönəldildikdə, onu alan şəxs həmin daşınmaz əşyanın əvvəlki mülkiyyətçisinə əşyanın yerləşdiyi torpaq sahəsi üzərində mənsub olan hüququ əldə edir.İpoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, torpaq sahəsinin ipotekası zamanı ipoteka hüququ ipoteka qoyanın həmin sahədə yerləşən və ya tikilən binalarına, tikililərinə və qurğularına şamil edilmir. İpoteka qoyan ipoteka müqaviləsi üzrə girov qoyulmuş üzərində tikinti olmayan torp aq sahəsində ipoteka saxlayanın razılığı olmadan qanunvericiliklə müəyyən edilmiş qaydada bina, tikili və ya qurğuları tikdirmək hüququna malikdir. İpoteka qoyana deyil, başqa şəxsə məxsus olan binanın, tikilinin və ya qurğunun yerləşdiyi torpaq sahəsinin ipoteka qoyulduğu halda, ipoteka saxlayan həmin sahəyə tutma yönəltdikdə və o satıldıqda, ipoteka qoyanın həmin şəxs barəsində hüquq və vəzifələri sahəni alana keçir.
50. Apellyasiya instansiyası məhkəməsi iddiaçıların dəlillərini lazımi şəkildə araşdırmamış, mübahisəli avadanlıq və qurğuların yüklü edilərkən müstəqil daşınar əşya kimi girov qoyulduğuna, yoxsa torpaq sahəsində yerləşən əmlak kompleksinin daşınmaz əşyanın (ayrılmaz) tərkib hissəsi olduğuna, yaxud torpaq sahəsi ipoteka qoyulduqdan sonra üzərində inşa edilən zavodun istehsa l təyinatını təmin etdiyi halda onların müstəqil daşınar əşya vəsfini saxlayıb-saxlamadığına, nəticə etibarilə mübahisəli hərraclarda satılan ipoteka predmetinə aid olub-olmadıqlarına yuxarıda qeyd edilən maddi hüquq normaları əsasında qiymət verməmişdir. ç) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
51. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlilləri, həmçinin kassasiya instansiyası məhkəməsinin göstərişləri üzrə iş üzrə məhkəmə tikinti-texniki və mübahisəli Əmlak Kompleksinin qiymətləndirilməsini həyata keçirmişdir. 52. "xxxx" MMC-nin 10 iyul 2025-ci il tarixli, UNİ/M-21-238/2025 saylı ekspert rəyi ilə ipoteka predmeti olan torpaq sahələri üzərində yaxşılaşdırma işlərinin aparılması öz əksini tapmışdır. Belə ki, həmin rəydə qeyd olunmuşdur ki, inşa olunmuş Əmlak Kompleks i torpaq sahələrinin təyinatının qanuni şəkildə dəyişdirilməsi və müvafiq prosedurların yerinə yetirilməsindən sonra dəyərinin artmasına səbəb olacaqdır. Qeyd olunmuşdur ki, torpaq sahələri üzərində yaxşılaşdırma işlərinin, o cümlədən, abadlaşdırma və təchizat işlərinin görülməsi üçün 784 9** manat, X3 mülkiyyətində olan İmişli rayonu, Qaralar kəndi ünvanında yerləşən İddiaçı MMC-yə məxsus olan bina tikili və qurğuların Amortizasiya edilmiş Əvəzetmə Xərcləri (AƏX) metodu ilə qiymətləndirmə cədvəlinə görə - yekun dəyəri – 1925163,90 manat, İddiaçı MMC-yə məxsus olan Siloların qiymətləndirilməsi (Torpaqdan ayrıla bilinməyən avadanlıqlar)-yekun dəyər 4 9** **0 manat, Əmlak Kompleksinin fəaliyyət göstərməsi məqsədilə maşın və avadanlıqların satın alınması və quraşdırılması-maşınların dəyəri- d əyəri -1 998 385,** manat, X3 xüsusi mülkiyyətində olan İmişli rayonu, Qaralar kəndində yerləşən torpaq sahələrinin bazar və likvid dəyəri aşağıdakı kimi hesablanmışdır: a) bazar dəyəri, manatla (yuvarlaq olaraq)- 121 **0,** manat, b) Likvid dəyəri, manatla (yuvarlaq olaraq)- 108 9**,** manat, İpoteka predmeti olan torpaq sahələri üzərində aparılan və torpaqla sıx bağlı olaraq ayrılması mümkün olmayan yaxşılaşdırmalara torpaq üzərində aparılan yaxşılaşmalar, o cümlədən, abadlıq və təchizat işləri, bina, tikili və qurğuların və siloların inşa edilməsi aid edilmişdir. Bu yaxşılaşmalar nəzərə alınmaqla torpaq sahələrinin Əmlak Kompleksi ilə birlikdə bazar və likvid qiymətləri aşağıdakı kimi hesablanmışdır: a) bazar dəyəri, manatla (yuvarlaq olaraq)- 7 731 063,90 manat, b) likvid dəyəri, manat la (yuvarlaq olaraq) - 6 957 957,51 manat, İpoteka predmeti olan torpaq sahələri ilə sıx bağlı olmayan və ayrılması mümkün olan yaxşılaşdırmalara satın alınan maşın və avadanlıqlar daxildir. Həmin yaxşılaşmaların (maşın və avadanlıqlar) bazar dəyəri -1 998 385,** manatdır. Yem zavodunda quraşdırılmış avadanlıqların sökülərək ayrılması mümkün deyil, çünki ipoteka predmeti olan torpaq sahələri üzərində yerləşən bina, tikili və qurğular vahid əmlak kompleksini təşkil edir. Hər hansı bir hissəsin sökülərək ayrılması əmlak kompleksinin fəaliyyətinə mənfi təsir göstərməklə yanaşı, həm də vahid olaraq mövcudluğunu sıradan çıxarmış olar. Əmlak Kompleksi ipoteka predmeti olan torpaq sahələrinin hər birini əhatə edir və ipoteka predmeti olan torpaq sahələrinin hamısında yaxşılaşdırma işi aparılmışdı r. Həmçinin, mövcud olan maşın və avadanlıqlar Türkiyə Respublikasının “Altuntas Havalandırma ve Hayvancılık Sanay'ı Ticaret A.S.” və “FeedTech Makine Sanayi Limited Şirketi” adlı iki şirkətindən və daxili bazardan tədarük edilmişdir.
53. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-45/2025 nömrəli mülki iş üzrə 11 sentyabr 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər - Cahid İmanov (sədrlik edən və məruzəçi), Pərviz Əhmədov və Tale Kərimov) İddiaçı MMC və müstəqil tələb irəli sürən üçüncü şəxs X5 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilmiş, İmişli Rayon Məhkəməsinin 2(036)1811/2022 saylı, 12 sentyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilərək, İddiaçı MMC-nin və müstəqil tələb irəli sürən üçüncü şəxs X3 iddialarının təmin edilməsi, Cavabdeh3 sifar işi əsasında X4 məxsus olan İmişli rayonu Qaralar kəndi ərazisində yerləşən 1,3711378 ha, 2,33 ha, 2,8996 ha və 3,30 ha torpaq sahələrinin hərracda satılmasına dair xx.xx.2022-ci il tarixli 3; 4; 5; 6 nömrəli hərrac protokolları və 3 ədəd Elevator avadanlığı- Fedddtech Makine, 2 set of grain storage and handling equipment -Altuntas və 2 set of qrain storages silos and handling equipmentAltuntas avadanlıqlarının satılmasına dair xx.xx.2022-ci il tarixli 7; 8; 9; 10 və 11 nömrəli hərrac Protokollarının etibarsız hesab edilməsi, həmin potokollar əsasında bağlanmış torpaq sahələrinin və avadanlıqların Cavabdeh2 ASC tərəfindən əldə olunmasına dair xx.xx.2022-ci il tarixli müqavilələr və keçirilmiş hərracların nəticələri ləğv edilməsi qət edilmişdir.
54. Məhkəmə kollegiyası qeyd etmişdir ki, C avabdeh2 ASC tərəfindən sonuncu apellyasiya baxışında təqdim edilmiş "xxxx" Konsaltinq və Qiymətləndirmə Şirkətinin Rəyinə əsasən həmin Əmlak Kompleksinin hazırkı dövrə olan bazar dəyəri 3 132 078 manat təşkil etməsi göstərilmişdir. Göründüyü kimi Cavabdeh2 ASC tərəfindən təqdim edilmiş rəydə belə mübahisəli Əmlak Kompleksinin bazar dəyəri həmin Kompleksin Cavabdeh2 ASC tərəfindən əldə edildyi (3 132 078 / 856 287 = 3.6577) məbləğdən təxminən 3.7 dəfə çoxdur. Belə olan halda Əmlak Kompleksinin 856 287 manata cavabdeh tərəfindən əldə edilməsi ədalətli hesab edilə bilməz.
55. İkincisi, müəyyən edilmişdir ki, 3 ədəd Elevator avadanlığı - Feddtech Makine, 2 set of grain storage and handling equipment (iki dəst taxıl saxlama və daşıma avadanlığı) – Altuntas və 2 set of qrain storages silos and handling equipment (iki dəst taxıl saxlama siloları və daşıma avadanlığı) - Altuntas avadanlıqları tərəflər arasında ipoteka ilə yüklü edilməmiş, həmin əşyalar daşınar olmaqla girov predmeti olmuşlar. Buna görə də həmin əşyaların ipoteka predmeti kimi satış qiymətinin aşağı salınmaqla satılması qanunvericiliyə uyğun olmamışdır.
56. Belə ki, girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. İpoteka predmeti olan əşyalar, habelə mülki dövriyyədən çıxarılmış əşyalar və kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblər, o cümlədən alimentlər, həyata və ya sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər və digər şəxsə güzəşt olunması qanunla qadağan edilmiş sair hüquqlar istisna olmaqla, istənilən əşyalar və tələblər girov predmeti ola bilər.
57. İpoteka predmetinin satılması ilə bağlı qaydalar “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuşdur. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmetinin hərracda satılması qaydaları, ipoteka predmetinin təkrar hərracda ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarılması imkanı, eləcə də ipoteka saxlayanın həmin predmeti təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə almaq hüququ həmin qanunla tənzimlənmişdir. 58. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda isə nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 12- ci fəslinə uyğun olaraq, müqavilə əsasında yaranan daşınar əmlakın girovu xüsusi yüklülüyə daxildir. Yüklülük sahibi yüklülük predmetini sahibliyinə qəbul etdikdən sonra onu hərracda (açıq auksionda) və ya istənilən üsulla sata bilər. Yüklülük sahibi yüklülük predmetini ağlabatan qiymətə (oxşar əşyanın oxşar şəkildə alınması zamanı qoyulan qiymət) satmalıdır. 59. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. İcra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir. Hərracın keçirilməsi qaydası Azərbaycan Respublika sının qanunvericiliyi ilə müəyyən edilir.
60. Göründüyü kimi qanunverici ipoteka predmeti olan əşyaların satılması ilə girovla yüklü olan daşınar əşyaların satılması qaydalarını fərqləndirmişdir. Lakin hazırda baxılan işdə mübahisə predmeti olan avadanlıqlar və qurğular ayrıca daşınar əşya olan girov kimi deyil ipoteka predmeti kimi hərraca çıxarılaraq satılmışdır.
61. Girov predmeti olan 3 ədəd Elevator avadanlığı - Feddtech Makine, 2 set of grain storage and handling equipment (iki dəst taxıl saxlama və daşıma avadanlığı) – Altuntas və 2 set of qrain storages silos and handling equipment (iki dəst taxıl saxlama siloları və daşıma avadanlığı) - Altuntas avadanlıqları tərəflər arasında ipoteka ilə yüklü edilməmiş, həmin əşyalar daşınar olmaqla girov predmeti olmuş, lakin həmin əşyalar ipot eka predmeti kimi satış qiymətinin aşağı salınması ilə satılmış və bu prosedur qanunvericiliyə uyğun olmamışdır.
62. Mülki qanunvericiliyə əsasən torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Əgər müxtəlif növlü əşyalar ümumi təyinat üzrə istifadə edilməsini nəzərdə tutan vahid tam yaradırlarsa, bir əmlak (mürəkkəb əmlak) sayılırlar. Mürəkkəb əmlak barəsində bağlanmış əqdin qüvvəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, onun bütün tərkib hissələrinə şamil edilir. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərk ib hissələrinin mülkiyyətçisidir. 63. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuşdur ki, bina, tikili, qurğu və ya digər daşınmaz əşyalar yalnız onların yerləşdiyi, yaxud fəaliyyətini təmin etdiyi torpaq sahəsi ilə birlikdə ipoteka qoyulur. Daşınmaz əşyaya tutma yönəldildikdə, onu alan şəxs həmin daşınmaz əşyanın əvvəlki mülkiyyətçisinə əşyanın yerləşdiyi torpaq sahəsi üzərində mənsub olan hüququ əldə edir. İpoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, torpaq sahəsinin ipotekası zamanı ipoteka hüququ ipoteka qoyanın həmin sahədə yerləşən və ya tikilən binalarına, tikililərinə və qurğularına şamil edilmir. İpoteka qoyan ipoteka müqaviləsi üzrə girov qoyulmuş üzərində tikinti olmayan torpaq sahəsində ipoteka saxlayanın razılığı olmadan qanunvericiliklə m üəyyən edilmiş qaydada bina, tikili və ya qurğuları tikdirmək hüququna malikdir. İpoteka qoyana deyil, başqa şəxsə məxsus olan binanın, tikilinin və ya qurğunun yerləşdiyi torpaq sahəsinin ipoteka qoyulduğu halda, ipoteka saxlayan həmin sahəyə tutma yönəltdikdə və o satıldıqda, ipoteka qoyanın həmin şəxs barəsində hüquq və vəzifələri sahəni alana keçir.
64. Cavabdehin nümayəndələri də məhkəmə iclaslarında bu və ya digər şəkildə ipoteka ilə yüklü edilmiş torpaq sahələrində təmir-tikinti işləri hesabına aparılmış yaxşılaşdırılmaları dolayısı ilə qəbul etmişlər.
65. Mübahisəli avadanlıq və qurğuların yüklü edilərkən müstəqil daşınar əşya kimi girov qoyulduğuna, yoxsa torpaq sahəsində yerləşən əmlak kompleksinin daşınmaz əşyanın (ayrılmaz) tərkib hissəsi olduğuna, yaxud torpaq sahəsi ipoteka q oyulduqdan sonra üzərində inşa edilən zavodun istehsal təyinatını təmin etdiyi halda onların müstəqil daşınar əşya vəsfini saxlayıb-saxlamadığına, nəticə etibarilə mübahisəli hərraclarda satılan ipoteka predmetinə aid olub-olmadıqlarını müəyyən etmək üçün yuxarıda adı keçən ekspertiza və qiymətləndirmə keçirilmiş, qeyd edilən xüsusatlar aydınlaşdırılmışdır.
66. Belə ki, göründüyü kimi Məhkəmə Ekspertiza Mərkəzindən daxil olmuş 21 noyabr 2024-cü il tarixli, 3-16-16/2-10/4248/4483 saylı Ekspert rəyi ilə müəyyən edilmişdir ki, X3 mülkiyyətində olan və Cavabdeh2 ASC-də ipoteka ilə yüklü edilmiş İmişli rayonu, Qaralar kəndində yerləşən 1.371348 ha, 2.33 ha, 3.30 və 2.8996 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzərində Əmlak Kompleksi inşa edilmiş və həmin Əmlak Kompleksi qeyd edilən tor paq sahələrinin dəyərinin artmasına səbəb olmuşdur. Həmçinin qeyd edilmişdir ki, Əmlak kompleksi Cavabdeh2 ASC-yə ipotekaya qoyulmuş 1.371348 ha, 2.33 ha, 3.30 və 2.8996 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin hər birini əhatə etmiş və torpaq sahələrinin hər birində yaxşılaşdırma işləri (drenaj sisteminin çəkilməsi, yeni tikililərin inşa edilməsi, yol çəkilişi və s.) aparılmışdır. Ekspert rəyində o da qeyd olunmuşdur ki, Cavabdeh2 ASC-yə ipotekaya qoyulmuş torpaq sahələrində yerləşən obyektlər və qurğular Vahid Əmlak Kompleksini təşkil etdiyindən, yem zavodunda quraşdırılmış avadanlıqların əmlak kompleksinə ziyan vurmadan sökülərək ayrılması mümkün deyildir.
67. Həmçinin "xxxx" MMC-dən alınmış 10 iyul 2025-ci il tarixli, UNİ/M-21-238/2025 saylı Ekspert Rəyi ilə də ipoteka predmeti olan torpaq sahələri üzərində yaxşılaşdırma işlərinin aparılması öz əksini tapmışdır.
68. Belə ki, həmin rəydə qeyd olunmuşdur ki, yem zavodunda quraşdırılmış avadanlıqların sökülərək ayrılması mümkün deyil, çünki ipoteka predmeti olan torpaq sahələri üzərində yerləşən bina, tikili və qurğular vahid əmlak kompleksini təşkil edir. Hər hansı bir hissəsin sökülərək ayrılması əmlak kompleksinin fəaliyyətinə mənfi təsir göstərməklə yanaşı, həm də vahid olaraq mövcudluğunu sıradan çıxarmış olar. Göstərilmişdir ki, Əmlak Kompleksi ipoteka predmeti olan torpaq sahələrinin hər birini əhatə edir və ipoteka predmeti olan torpaq sahələrinin hamısında yaxşılaşdırma işi aparılmışdır.
69. Müəyyən edilir ki, mübahisəli avadanlıq və qurğuların yüklü edilərkən müstəqil daşınar əşya kimi girov qoyulmuş, l akin sonradan torpaq sahələrində aparılmış tikintiquraşdırma və yaxşılaşdırma nəticəsində vahid əmlak kimi daşınmaz əşyanın (ayrılmaz) tərkib hissəsi olmaqla mürəkkəb əşya statusu əldə etmişdir.
70. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 312.4-cü və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 30.1 və 31.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 1 iyul 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, ipoteka predmeti olan əşyanın dəyərinin artmasına səbəb olan yaxşılaşdırmalara gəlincə isə nəzərə alınmalıdır ki, bu halda gələcəkdə öhdəliyin təminat dəyəri azalmadığından kreditorun mənafeyi hər hansı təhlükəyə məruz qalmır, əksinə ipoteka predmetinin dəyərinin artması ipoteka saxlayanın təminatının güclənməsin ə gətirib çıxarır. Odur ki, ipoteka predmetinin dəyərinin artmasına səbəb olan yaxşılaşdırmaların ipoteka saxlayanın mənafeyi baxımından hüquqa zidd hesab edilməsi yolverilməzdir.
71. Göründüyü kimi 2018-cu ildə Cavabdeh2 ASC Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(106)-142/2018 saylı icra sənədinin icrasının dayandırılmasını xahiş etmiş və Nəsimi rayon İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli qərarı ilə icra sənədi üzrə icraat dayandırılmışdır (i/v. İİ cild, səh. 60-63). Daha sonra iddiaçılar 2018-ci ilin payız aylarından başlayaraq tələbkar Cavabdeh2 ASC-nin razılığı ilə ipoteka ilə yüklü edilmiş torpaq sahələrində aparılmış əsaslı təmir-tikinti işləri və girov qoyulmuş avadanlıqların quraşdırılması hesabına qabaqcıl texnologiyanın tətbiqinə əsaslanan yem i stehsalı zavodu olan böyük Əmlak Kompleksi qurulmuş və istehsal prosesinə başlanılmışdır. Cəmi 9,9**948,0 ha torpaq sahələrinin hamsını əhatə edən iddiaçıalr tərəfindən aparılan yaxşılaşdırma işləri 2018-2020-2022-2023-cü illəri əhatə etmişdir. Göründüyü kimi tələbkar Cavabdeh2 ASC-nin icra sənədi üzrə icraatı dayandırılması haqqında qərardan sonra Cavabdeh2 ASC-nin razılığı ilə qeyd edilən torpaq sahələri üzərində zavod inşa edilməklə həmin Kompleksdə yaxşılaşdırma işləri aparılmış və Əmlak Kompleksinin dəyəri artmışdır. Hazırda Əmlak Kompleksi vahid əmlak statusu daşıyır və avadanlıqların qeyd edilən torpaq sahəsindən ayrılması ziyan vurmadan mümkün deyildir. Mübahisəli avadanlıq və qurğuların yüklü edilərkən müstəqil daşınar əşya kimi girov qoyulmuş, lakin sonradan torpaq sahələrində ap arılmış tikinti-quraşdırma və yaxşılaşdırma işləri nəticəsində vahid əmlak kimi daşınmaz əşyanın (ayrılmaz) tərkib hissəsi olmaqla mürəkkəb əşya statusu əldə etmişdir.
72. Buna görə də kollegiya hesab edir ki, hərracların nəticələri etibarsız hesab edilib ləğv edildiyindən hazırkı qeyd edilən mübahisəyə gələcəkdə qətnamənin icra üsulunu və qaydasını dəyişdirməklə yenidən baxıla bilər.
73. Apellyasiya məhkəməsi mövqeyini əsalandırarkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 135.4, 135.5, 135.9, 135.10, 135.11, 269.1-269.4, 276.1, 404.1, 404.2, 404.4, 414.4, 415.4, 415.1, 415.5, 416.1-ci, “İpoteka haqqında ” Azərbaycan Respublikası Qanununun 7.2, 41.1, 41.2, 43.4-43.7, 51.1-51.3, 52, 53-cü, “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun 3.1, 4.3.2, 16.1, 17.3-c ü, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 61.1, 62.1, 62.2-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.1, 77.1, 88, 217.1, 217.3-cü maddələrinə də istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
74. Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti (vəkil - Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin olunmaması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
75. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı mübahisəyə hüquqi qiymət verilərkən Şirvan Apellyasiya Məhkəməsi tərəfindən Mülki Məcəllənin 135.4-cü maddəsinin tələbləri mübahisəyə düzgün tətbiq edilməmiş və nəticədə düzgün olmayan qətnamə qəbul edilmişdir. Belə ki, ilkin kassa siya icraatında kassasiya instansiyası məhkəməsi işi yeni apellyasiya baxışına qaytararkən mübahisə predmeti olan avadanlıqların hətta daşınar əşya kimi girov qoyulduğu və ipoteka ilə yüklü edilməmiş olmasımüəyyən edilməsi halında belə, torpaq sahəsinin ipotekaya qoyulduqdan sonra üzərində inşa edilən zavodun istehsal təyinatını təmin etdiyi halda onların müstəqil daşınar əşya vəzifəsini saxlayıb-saxlamadığına, nəticə etibarilə mübahisəli hərraclarda satılan ipoteka predmetinə aid olub-olmadıqlarına qiymət verməklə mübahisə predmeti olan əşyaların müstəqil, yaxud vahid əşyanın tərkib hissəsi olmasının istisna edilmədiyini, bu xüsusata yeni araşdırma nəticəsində aydınlıq gələ biləcəyini və həmin araşdırmanın nəticəsindən asılı olaraq məsələyə kompleks şəkildə qiymət verilməsinin zəruriliyin i bildirmişdir. Buradan belə nəticəyə gəlmək olar ki, kassasiya instansiyası məhkəməsi avadanlıqlar hətta daşınar əşya kimi girov qoyulsa da, torpaq sahəsi ipotekaya qoyulduqdan sonra üzərində inşa edilən zavodun istehsal təyinatını təmin etdiyi halda onların müstəqil daşınar əşya vəzifəsini saxlamadığı təqdirdə hərracda ipoteka predmetinə aid satış qaydalarının tətbiqi mümkünlüyünü ehtiva etmişdir. Əks halda kassasiya instansiyası məhkəməsi tərəfindən avadanlıqların müstəqil daşınar əşya vəzifəsini saxlayıb-saxlamadığının müəyyən edilməsi istiqamətində araşdırılma aparılmasının zəruriliyi ilə bağlı göstəriş verilməzdi. 21 noyabr 2024-cü il tarixli ekspert rəyində göstərilmişdir ki, Cavabdeh2 ASC-yə ipotekaya qoyulmuş torpaq sahələrində yerləşən obyektlər və qurğular vahid əmlak kompleksin i təşkil etdiyindən, yem zavodunda quraşdırılmış avadanlıqların əmlak kompleksinə ziyan vurmadan sökülərək ayrılması mümkün deyil. (Qərardadın 6-cı sualı üzrə) Həmçinin "xxxx" MMC-dən alınmış 10 iyul 2025-ci il tarixli, UNİ/M-21-238/2025 saylı ekspert rəyinə əsasən yem zavodunda quraşdırılmış avadanlıqların sökülərək ayrılmasımümkün deyil, çünki ipoteka predmeti olan torpaq sahələri üzərində yerləşən bina, tikili və qurğular vahid əmlak kompleksini təşkil edir. Hər hansı bir hissəsin sökülərək ayrılması əmlak kompleksinin fəaliyyətinə mənfi təsir göstərməklə yanaşı, həm də vahid olaraq mövcudluğunu sıradan çıxarmış olar. (Qərardadın 6-cı sualı üzrə) Mübahisə predmeti olan avadanlıqların müstəqil daşınar əşya vəzifəsini saxlamadığı müəyyən edilmişdir. Mülki Məcəllənin 135.4-cü maddəsinə əsa sən əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Belə olan halda həmin avadanlıqlara münasibətdə hərracda ipoteka predmetinə aid satış qaydalarının tətbiqi əsaslı olmuşdur. Odur ki, “avadanlıqların girov predmeti kimi ayrıca hərraca çıxarılmalı olması barədə Şirvan Apellyasiya Məhkəməsinin qənaəti yanlış olmuşdur. Hətta bu mövqenin əsaslı olmuş olduğu məhkəmənin qənaətinə əsasən müəyyən edil sə belə bu hərracın nəticələrinin bütünlüklə ləğv edilməsi, İmişli rayonu, Qaralar kəndi ərazisində yerləşən 1,3711378 ha, 2,33 ha, 2,8996 ha və 3,30 ha torpaq sahələrinin hərracda satılmasına dair xx.xx.2022-ci il tarixli 3; 4; 5; 6 nömrəli hərrac protokollarının etibarsız hesab edilməsi və torpaq sahələrinin Cavabdeh2 ASC tərəfindən əldə olunmasına dair xx.xx.2022-ci il tarixli müqavilələrin ləğvi üçün əsas deyildir. Belə ki, İmişli rayonu Qaralar kəndi ərazisində yerləşən 1,3711378 ha, 2,33 ha, 2,8996 ha və 3,30 ha torpaq sahələrinin hərracda satılmasına dair “İpoteka haqqında” Qanunda nəzərdə tutulmuş tələblərə əməl edilmiş, həmin hissədə hərrac protokollarının etibarsız hesab edilməsi və torpaq sahələrinin əldə olunmasına dair xx.xx.2022-ci il tarixli müqavilələrin ləğvi üçün üçün əsa slar müəyyən edilməmiş və qətnamədə bununla bağlı əsaslandırılma aparılmamışdır.
76. Şirvan Apellyasiya Məhkəməsi qətnamədə qeyd etmişdir ki, "xxxx" MMC tərəfindən verilmiş rəydən müəyyən olunur ki, ümumi sahəsi 9,9**948,0 ha olan torpaq sahəsi üzərində yerləşən əmlak kompleksi kimi müəssisənin torpaq sahəsi ilə birlikdə xx.xx.2022-ci il tarixinə real bazar dəyəri 12. 415. **0,0 manat təşkil etmişdir. Eyni zamanda "xxxx" MMC-dən alınmış Rəydən də müəyyən edilir ki, mübahisəli Əmlak Kompleksinin bazar dəyəri cəmi 9 608 448.90 manatdır. Bundan başqa, Cavabdeh2 ASC tərəfindən sonuncu apellyasiya baxışında təqdim edilmiş "xxxx" Konsaltinq və Qiymətləndirmə Şirkətinin Rəyinə əsasən həmin Əmlak Kompleksinin hazırkı dövrə olan bazar dəyəri 3 132 078 manat təşkil etməsi göstərilmişdir. Göründüyü kimi, Cavabdeh2 ASC tərəfindən təqdim edilmiş rəydə belə mübahisəli Əmlak Kompleksinin bazar dəyəri həmin Kompleksin Cavabdeh2 ASC tərəfindən əldə edildyi (3 132 078 / 856 287 = 3.6577) məbləğdən təxminən 3.7 dəfə çoxdur. Belə olan halda Əmlak Kompleksinin 856 287 manata cavabdeh tərəfindən əldə edilməsi ədalətli hesab edilə bilməz. Məhkəmənin bu qənaəti də yanlış olmuşdur. Belə ki, İmişli rayonu Qaralar kəndi ərazisində yerləşən 1,3711378 ha, 2,33 ha, 2,8996 ha və 3,30 ha torpaq sahələrinin likvid dəyəri qanuni qüvvəyə minmiş Şirvan Apellyasiya Məhkəməsinin 2(106)142/2018 saylı qətnaməsi ilə müəyyən edilmişdir. Həmçinin hərracın keçirilməsi barədə bildirişlər və məlumatlar (ilkin satış qiyməti göstərilməklə) tərəflərə göndərilmiş və tərəflər hərracın keçirilməsindən və keçirilmə qaydasın dan məlumatlı olmuşdur. Buna baxmayaraq nə iddiaçı, nə də müstəqil tələb irəli sürən üçüncü şəxs ipoteka predmetinin likvid dəyərini mübahisələndirməmiş, bununla bağlı məhkəmədə iddia qaldırmamış, eyni zamanda hərracın keçirilməsi qaydalarına etiraz etməmişdir. Ümumiyyətlə ipoteka predmetinin dəyərinin artması ilə bağlı hərracın nəticələrinin etibarsızlığı qanunvericilikdə və Mülki Məcəllənin 416-cı maddəsində müəyyən edilməmişdir, bu hal hərracın etibarsız hesab edilməsi üçün əsas deyil.
77. Digər tərəfdən kassasiya instansiyası məhkəməsi işi yeni apellyasiya baxışına qaytararkən öz qərarında ümumiyyətlə ipoteka predmetinin dəyərinin artması ilə bağlı hər hansı araşdırılma aparılması göstərişini verməmiş, bu xüsusatda ipoteka predmetinin dəyərinin artmasının hərracın nəticələrinin etibars ızlığına əsas ola biləcəyini qeyd etməmişdir. Eyni zamanda, “İpoteka haqqında” AR Qanununun 51.2-ci maddəsi bu münasibətləri tənzimləyir, belə ki, həmin maddəyə əsasən Torpaq sahəsində yerləşən və ya tikilən binanın, tikilinin, qurğunun eyni ipoteka saxlayana ipoteka qoyulmasını nəzərdə tutan şərt müqavilədə öz əksini tapmadıqda torpaq sahəsinə tutma yönəldildiyi halda ipoteka qoyan həmin bina, tikili və ya qurğuya öz hüququnu saxlayır və təyinatına uyğun olaraq onlardan istifadə edilməsi üçün zəruri olan sahənin bir hissəsindən məhdud istifadə hüququ (servitut) əldə edir. İş materiallarına əlavə edilən ipoteka müqavilələrində torpaq sahəsində yerləşən və ya tikilən binanın, tikilinin, qurğunun ipoteka saxlayana ipoteka qoyulmasını nəzərdə tutan şərtlər mövcud deyildir. Bu baxımdan torpaq sahələri ipotekaya qoyulduqdan sonra onların üzərində aparılan yaxşılaşdırılmalara ipoteka qoyan öz hüquqlarını saxlayır və təyinatına uyğun olaraq onlardan istifadə edilməsi üçün məhdud istifadə hüququ (servitut) əldə edir. Belə olan halda məhkəmənin qətnamədə təmir-tikinti işləri hesabına aparılmış yaxşılaşdırılmaların ipoteka predmeti olan torpaq sahələrinin dəyərinin artması əsası ilə hərracın etibarsız hesab edilməsi əsassız və qanunsuz olmuşdur. Digər tərəfdən qeyd edilməlidir ki, "xxxx" MMC-nin rəyinə əsasən 1-ci suala cavab olaraq bildirilmişdir ki, inşa olunmuş Əmlak Kompleksi torpaq sahələrinin təyinatının qanuni şəkildə dəyişdirilməsi və müvafiq prosedurların yerinə yetirilməsindən sonra dəyərinin artmasına səbəb olacaqdır. Hazırkı vəziyyətdə torpaq sahələrinin hətta dəyərinin a rtması belə müşahidə edilmir.
78. Məhkəmə iş materiallarında olan sübutlara, ekspert rəylərinə, ilkin kassasiya icraatının nəticəsi olaraq Ali Məhkəmənin göstərişlərinə düzgün qiymət verməmişdir. Qətnamə qanuni və əsaslı olmamış, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır.
79. Kassasiya şikayəti Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 135.4, 135.9, 415.5, 416.1, 416.2-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42 və 44-cü maddələrinin 14 iyul 2025-ci il tarixinədək qüvvədə olan redaksiyalarına, 51.1. 51.2, 51.3-cü, Azərbaycan Respublikasının MPM-in 88, 217.1, 217.3, 218.1, 220.4-cü maddələrinə də istinadla əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
80. Kassasiya şikayətinə qarşı etiraz dax il olmamışdı. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
32. Maddə 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir.
33. Maddə 135.5(birinci cümlə).Daşınmaz əşyalara aid edilə bilməyən bütün əşyalar daşınar əşyalar sayılır.
34. Maddə 135.9. Əgər müxtəlif növlü əşyalar ümumi təyinat üzrə istifadə edilməsini nəzərdə tutan vahid tam yaradırlarsa, bir əmlak (mürəkkəb əmla k) sayılırlar. Mürəkkəb əmlak barəsində bağlanmış əqdin qüvvəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, onun bütün tərkib hissələrinə şamil edilir.
35. Maddə 135.10. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir.
36. Maddə 135.11. Ümumi anlamda və ya əsas əşya mülkiyyətçisinin aydın iradəsinə əsasən təsərrüfatın daimi aparılması, əsas əşyanın istifadəsi və ya saxlanması üçün nəzərdə tutulan və ona uyğunlaşdırılan daşınar əşyalar əşyanın ləvazimatıdır. Əgər əşya ləvazimatdırsa, onun bu keyfiyyəti əsas əşyadan müvəqqəti ayrıldığı halda da saxlanılır. Əgər ayrı razılaşma yoxdursa, əşyaya sahiblik onun ləvazimatında da şamil edilir.
37. Maddə 269.1. 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.
38. Maddə 269.2. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir.
39. Maddə 269.3. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür.
40. Maddə 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır.
41. Maddə 276.1. İpoteka predmeti olan əşyalar, habel ə mülki dövriyyədən çıxarılmış əşyalar və kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblər, o cümlədən alimentlər, həyata və ya sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər və digər şəxsə güzəşt olunması qanunla qadağan edilmiş sair hüquqlar istisna olmaqla, istənilən əşyalar və tələblər girov predmeti ola bilər.
42. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
43. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəfləri n sonrakı hərəkətləri nəzərə alınır.
44. Maddə 414.4. Hərrac auksion və ya müsabiqə formasında keçirilir. Ən yüksək qiymət təklif etmiş şəxs auksionda hərracı udmuş sayılır, hərracın təşkilatçısının qabaqcadan təyin etdiyi müsabiqə komissiyasının rəyinə əsasən ən yaxşı şərtlər təklif etmiş şəxs isə müsabiqə üzrə hərracı udmuş sayılır.
45. Maddə 415.1. Auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər.
46. Maddə 415.5. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir.
47. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu:
48. Maddə 7.2. Bina, tikili, qurğu və ya digər daşınmaz əşyalar yalnız onların yerləşdiyi, yaxud fəaliyyətini təmin etdiyi torpaq sahəsi ilə birlikdə ipoteka qoyulur. Daşınmaz əşyaya tutma yönəldildikdə, onu alan şəxs həmin daşınmaz əşyanın əvvəlki mülkiyyətçisinə əşyanın yerləşdiyi torpaq sahəsi üzərində mənsub olan hüququ əldə edir.
49. Maddə 41.1. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər.
50. Maddə 41.2 ( 1 avqust 2025-ci ilədək qüvvədə olmuş redaksiya). Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir.
51. Maddə 43.4(1 avqust 2025-ci ilədək qüvvədə olmuşdur). İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir.
52. Maddə 43.5( 1 avqust 2025-ci ilədək qüvvədə olmuşdur). Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.
53. Maddə 43.6(1 avqust 2025-ci ilədək qüvvədə olmuşdur). Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur.
54. Maddə 43.7( 1 avqust 2025-ci ilədək qüvvədə olmuşdur). Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların t ələblərinin ödənilməsi üçün kifayət qədər olsun.
55. Maddə 51.1. İpoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, torpaq sahəsinin ipotekası zamanı ipoteka hüququ ipoteka qoyanın həmin sahədə yerləşən və ya tikilən binalarına, tikililərinə və qurğularına şamil edilmir.
56. Maddə 51.2. Torpaq sahəsində yerləşən və ya tikilən binanın, tikilinin, qurğunun eyni ipoteka saxlayana ipoteka qoyulmasını nəzərdə tutan şərt müqavilədə öz əksini tapmadıqda torpaq sahəsinə tutma yönəldildiyi halda ipoteka qoyan həmin bina, tikili və ya qurğuya öz hüququnu saxlayır və təyinatına uyğun olaraq onlardan istifadə edilməsi üçün zəruri olan sahənin bir hissəsindən məhdud istifadə hüququ (servitut) əldə edir. Sahənin həmin hissəsindən istifadə şərtləri ipoteka qoyanla ipoteka saxlayanın sazişinə əsasən müəyyən edilir, mübahisələr isə məhkəmə qaydasında həll olunur.
57. Maddə 51.3. İpoteka qoyanın ipoteka qoyulan torpaq sahəsində yerləşən və ya tikilən binası, tikilisi və ya qurğusu eyni ipoteka saxlayana ipoteka qoyulursa, həmin bina, tikili və ya qurğu barədə ipoteka qoyanın hüquqları, onların başqa şəxslərə keçməsinin şərtləri və nəticələri bu Qanunla müəyyən edilir.
58. Maddə
52. İpoteka qoyan ipoteka müqaviləsi üzrə girov qoyulmuş üzərində tikinti olmayan torpaq sahəsində ipoteka saxlayanın razılığı olmadan qanunvericiliklə müəyyən edilmiş qaydada bina, tikili və ya qurğuları tikdirmək hüququna malikdir. Bu halda ipoteka hüququ həmin bina, tikili və qurğulara şamil edilir və ipoteka qoyan ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, onlar barəsində ipoteka saxlayanın razıl ığı olmadan sərəncam vermək hüququna malik deyildir.
59. Maddə
53. İpoteka qoyana deyil, başqa şəxsə məxsus olan binanın, tikilinin və ya qurğunun yerləşdiyi torpaq sahəsinin ipoteka qoyulduğu halda, ipoteka saxlayan həmin sahəyə tutma yönəltdikdə və o satıldıqda, ipoteka qoyanın həmin şəxs barəsində hüquq və vəzifələri sahəni alana keçir. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu:
60. Maddə 3.1. Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan daşınar əşyalar və dövlət qeydiyyatına alınmalı olan qiymətli kağızlar istisna olmaqla, yüklülük predmetini istənilən daşınar əmlak, habelə hüquqlar və tələblər, o cümlədən gələcəkdə yüklülük sahibinin mülkiyyətində olacaq daşınar əmlak təşkil edir.
61. Maddə 4.3. Xüsusi yüklülüyə aşağıdakılar daxildir: 4.3.2. Azər baycan Respublikası Mülki Məcəlləsinin 12-ci fəslinə uyğun olaraq, müqavilə əsasında yaranan daşınar əmlakın girovu;
62. Maddə 16.1. Yüklülük sahibi yüklülük predmetini sahibliyinə qəbul etdikdən sonra onu hərracda (açıq auksionda) və ya istənilən üsulla sata bilər.
63. Maddə 17.3. Yüklülük sahibi yüklülük predmetini ağlabatan qiymətə (oxşar əşyanın oxşar şəkildə alınması zamanı qoyulan qiymət) satmalıdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu:
64. Maddə 61.1. (1 avqust 2025-ci ilədək qüvvədə olmuş redaksiya). Vergi borcuna görə siyahıya alınmış əmlak istisna olmaqla, borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir.
65. Maddə 62.1. (1 avqust 2025 -ci ilədək qüvvədə olmuş redaksiya). İcra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir.
66. Maddə 62.2. (1 avqust 2025-ci ilədək qüvvədə olmuş redaksiya). Hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Azərbaycan Rerspublikasının Mülki Prosessual Məcəlləsi
67. Maddə14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
68. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdi m etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
69. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
70. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
71. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
72. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
73. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərar dadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
74. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
75. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
76. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellya siya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
77. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
78. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası m əhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
47. Kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirilib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır.
48. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırkı şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya insta nsiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
50. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi işə əvvəl kassasiya qaydasında baxmış məhkəmə tərkibinin göstərişlərini icra etmiş, işdəki sübutları araşdırmış, onlara, habelə kassasiya şikayətində göstərilən hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
52. Yuxarıda qeyd edilənlərə görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
53. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh2 ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-45/2025 nömrəli, 11 sentyabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.