Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3698/2024 19.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh İsmayıl oğluna (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron Rayon İcra Hakimiyyəti) qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3698/2024 Kateqoriya: tələbin qanuni əsası, qətnamənin əsaslandırılması, ədalətli məhkəmə araşdırması hüququ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Xıdırov Əhliman Mehman oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-229/2024 nömrəli, 22 aprel 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:
2. Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli 705 nömrəli sərəncamı və xx.xx.2008-ci il tarixli 705 nömrəli icarə müqaviləsi ilə İddiaçı Abşeron rayonu, Hövsan Südçülük KTMİ müəssisəsinin ərazisində (hazırda Suraxanı rayonu Hövsan qəsəbəsində) yerləşən 20000.76 kv.m torpaq sahəsi (əsas döngə nöqtələrinin koordinatları 423113.84, 423150.23, 423017.49, 422976.72 (X koordinatları) və 4473973.87, 4473834.50, 4473798.96, 4473936.78 (Y koordinatları)) ayrılmışdır;
3. Sahənin 700 kv.m hissəsi cavabdehin faktiki sahibliyində və istifadəsindədir, üzərində tikil i inşa edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayon İcra Hakimiyyəti Başçısının 18 iyun 2008ci il tarixli 705 saylı sərəncamı ilə tikinti və sahibkarlıq məqsədi ilə istifadəsinə ayrılmış 2 hektar torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edilmiş 700 kv.m torpaq sahəsinin boşaldılması, ilkin vəziyyətə qaytarılması və torpaq sahəsinin təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 18 iyun 2008-ci il tarixli 705 saylı sərəncamı ilə Abşeron rayonunun X11 Fondunda saxlanılmış torpaqlardan Hövsan Südçülük KTMİ müəs sisəsi ərazisindən sahibkarlıq və tikinti məqsədi ilə 2.0 hektar torpaq sahəsi 99 il müddətinə icarə qaydasında İddiaçı ayrılmışdır. Torpaq sahəsi tam qanuni formada onun istifadəsinə verildikdən sonra o, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edərək, Abşeron Rayon şöbəsi tərəfindən xx.xx.2008-il tarixli 189a saylı rəyə əsasən X7 ərazisində 2 hektar topaq sahəsinə dair sənədləşmə işlərini rəsmiləşdirmişdir. Həmin rəy X6 Komitəsinin Abşeron Rayon şöbəsinin müdiri tərəfindən imzalanaraq möhürlənmişdir. X8 saxlanılmış torpaqda icarə qaydasında sahibkarlıq və tikinti məqsədi ilə 99 il müddətinə torpaq sahəsinin seçilməsinə dair Komissiyanın sədri Abşeron rayon İcra Hakimiyyəti başçısı, komissiyanın üzvləri DTXK-nın Abşeron rayon şöbəsinin müdiri tərəfindən Akt imzalanaraq möhürlə təsdiq edilmişdir. Abşeron rayonu X2 Yerquruluşu Planından çıxarışda qeyd edilən miqyasda əks etdirilərək natura və xəritəyə keçirilmişdir. Torpaq sahəsinin İcarəyə verilməsi haqqında xx.xx.2008-ci il tarixli 705 saylı sərəncama əsasən torpaq icarə müqaviləsi bağlanılmışdır. Torpaq sahəsi tikinti və sahibkarlıq məqsədi ilə tam qanuni yolla iddiaçının istifadəsinə verilmişdir. Lakin iddiaçı bir müddət sonra torpaq sahəsinə gedib baxdıqda oranın qanunsuz olaraq zəbt edilib tikinti işləri aparıldığını görmüşdür. Belə olan halda iddiaçı məcbur qalaraq polisə müraciət etmiş və polis tərəfindən araşdırılma aparılmışdır, lakin həmin hallar təkrar davam etmişdir. İddiaçı məcbur qalaraq məhkəməyə müraciət etmişdir.
6. Cavabdehin vəkili və nümayəndəsi iddia tələbini qəbul etməyə rək bildirmişdir ki, iddia əsassızdır. Belə ki, İddiaçı xx.xx.2008-ci il tarixli Abşeron rayon İcra Hakimiyyəti Başçısının sərəncamına, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin verdiyi xx.xx.2008-ci il tarixli Rəyinə, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin verdiyi Torpaq sahəsinin planı və ölçüsünə, o cümlədən xx.xx.2008-ci il tarixli 705 saylı İcarə müqaviləsinə əsaslanaraq öz hüquqlarının müdafiəsini məhkəmədən xahiş etmişdir. Sözügedən sərəncama əsasən Abşeron rayonunun X9 Fonduna daxil olan topraq sahəsindən 2 (iki) ha 99 illik iddiaçının icarəsinə verilmişdir. Sərəncam verilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 42 saylı qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sah ələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydaları”na uyğun olaraq verilməsi göstərilsə də, sərəncamda sahibkarlıq məqsədi ilə istifadə üçün verildiyi göstərilmişdir. Yəni, sahibkarlıq məqsədi ilə verilməsi və Nazirlər Kabinetinin qərarında göstərilən məqsədlərlə verilməsi tamamilə fərqlidir. Nazirlər Kabinetinin qərarına istinad olunan örüş, otlaq və biçənək torpaqları kənd təsərrüfatı təyinatlı torpaqlar olmuşdur. Həmçinin 2 ha ərazi Bakı şəhəri üçün böyük bir ərazidir və oranın ətrafında fərdi yaşayış evləri var. Belə olan halda 99 illiyə sahibkarlıq məqsədi ilə verilməsi qeyri-mümkün bir haldır. Bu kimi sərəncamlar saxta sərəncamlardır və əksər hallarda sonradan ləğv edilir. Prezidentin müvafiq sərəncamı əsasında 2015-ci ilin fevral ayında X6 Komitəsi bu kimi qanunsuz sənədlər verilməsinə görə ləğv edilmiş və səlahiyyətləri Ekologiya Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Xidmətinə və Sərhəd Xidmətinə verilmişdir. Mülki Məcəlləyə əsasən müddəti 11 aydan çox olan icarə müqavilələri Daşınmaz Əmlakın Dövlət Reyestrindən qeydiyyatdan keçirilməlidir. Qarşı tərəf plan-cizgi alıb, koordinatlar müəyyən edilib, lakin son addım olaraq qeydiyyatdan keçirməyib. Bundan əlavə, həm Abşeron rayon İcra Hakimiyyəti Başçısının Sərəncamında, həm də digər sənədlərdə torpaq sahəsi üzərində hüquqların qeydə alınmasının müvafiq Reyestr Xidmətində təmin edilməsi vacib şərt kimi qeyd edilmişdir. İddiaçı 705 saylı İcarə müqaviləsini məhkəməyə təqdim etsə də, icarə müqaviləsi əsasında icra hakimiyyətinə hər hansı bir ödənişi təsdiq edən sənədi məhkəməyə təqdim ed ə bilməmişdir. Halbuki, daşınmaz əmlakla bağlı bütün hüquqlar qeydiyyata alınmalıdır, bu tələb qanundan irəli gəlmişdir. İddiaçının təqdim etdiyi sənədlər hüquqların qeydiyyata alınması üçün əsas olan sənədlərdən olsa da, nədənsə İddiaçı bu hüququnu qeydiyyata aldırmamış və həmin əmlak üzərində hüquqları da (icarə, istifadə) yaranmamışdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsü isə texniki sənəd olmaqla, şəxsə hər hansı bir hüquq vermir. İddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
7. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-437/2023 nömrəli iş üzrə 15 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim Təranə Mahmudova) iddianın təmin edilməsi, Abşeron rayon İcra Hakimiyyəti Baş çısının xx.xx.2008-ci il tarixli 705 nömrəli sərəncamı və xx.xx.2008-ci il tarixli 705 nömrəli icarə müqaviləsi ilə İddiaçı ayrılmış Abşeron rayonu, Hövsan Südçülük KTMİ müəssisəsinin ərazisində (hazırda Suraxanı rayonu Hövsan qəsəbəsində) yerləşən 20000.76 kv.m torpaq sahəsinin (əsas döngə nöqtələrinin koordinatları 423113.84, 423150.23, 423017.49, 422976.72 (X koordinatları) və 4473973.87, 4473834.50, 4473798.96, 4473936.78 (Y koordinatları)) Cavabdeh tərəfindən zəbt edilmiş 700 kv.m hissəsinin boşaldılması, torpaq sahəsinin cavabdehin vəsaiti hesabına ilkin vəziyyətə qaytarılması və İddiaçı təhvil verilməsi, Cavabdeh 100 (bir yüz) manat dövlət rüsumunun alınıb İddiaçı verilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Abşeron rayon İHB-nın xx. xx.2008-ci il tarixli 705 nömrəli Sərəncamı və xx.xx.2008-ci il tarixli 705 nömrəli icarə müqaviləsi ilə İddiaçı ayrılmış Abşeron rayonu, Hövsan Südçülük KTMİ müəssisəsinin ərazisində (hazırda Suraxanı rayonu Hövsan qəsəbəsində) yerləşən 20000.76 kv.m torpaq sahəsi (əsas döngə nöqtələrinin koordinatları 423113.84, 423150.23, 423017.49, 422976.72 (X koordinatları) və 4473973.87, 4473834.50, 4473798.96, 4473936.78 (Y koordinatları)) Abşeron rayon İcra Hakimiyyətinin istifadəsində olmaqla Abşeron rayonunun X10 aid olmuşdur. Həmin torpaq sahəsinin təyinatı kənd təsərrüfatı təyinatlı olmuşdur. Həmin torpaq sahəsi Hövsan Südçülük KTMİ müəssisəsinin ərazisində yerləşmişdir. Suraxanı rayonu, Südçülük ərazisində (Hövsan qəsəbəsi) yerləşən torpaq sahəsi Abşeron rayon İHB-nın xx.xx.2008-ci il tarixli 705 nömrəli sərəncamına əsasən müvafiq tarixə qədər istifadəsiz olan Suraxanı rayonu, Südçülük ərazisində (Hövsan qəsəbəsi) yerləşən 2 hektar torpaq sahəsi 99 il müddətinə iddiaçıya icarəyə verilmişdir. Lakin cavabdeh qanunsuz olaraq həmin torpaq sahəsininin 700 kv.m-ni zəbt edərək orada qanunsuz tikinti işləri aparmışdır. Cavabdehin zəbt etdiyi mübahisəli torpaq sahəsi dövlətin müstəsna mülkiyyətinə aid olan torpaq sahəsi olmuşdur. Cavabdehin həmin torpaq sahəsinə dair hər hansı bir hüquqmüəyyənedici sənədləri mövcud deyildir. İş üzrə araşdırma zamanı mübahisəli torpaq sahəsində lazımı layihəsmeta sənədləri tərtib edilmədən qanunsuz tikililər inşa edildiyi müəyyən edilmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, Abşeron rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya 99 il müddətinə icarəyə verilm iş Abşeron rayonu, Hövsan Südçülük KTMİ müəssisəsinin ərazisində (hazırda Suraxanı rayonu Hövsan qəsəbəsində) qanunsuz özbaşına tikinti işlərinin aparılması faktı tərəflərin izahatları ilə müəyyən edilmişdir. Belə ki, məhkəmə iclasında cavabdeh tərəf qeyd olunan faktı inkar etməmiş və yalnız iddiaçının sənədlərinin əsassız olduğunu, subyektiv hüququnun olmadığını bildirmişdir. Halbuki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Abşeron rayon İHB-nın xx.xx.2008-ci il tarixli 705 nömrəli sərəncamı və xx.xx.2008-ci il tarixli 705 nömrəli icarə müqaviləsi cavabdeh tərəfindən mübahisələndirilməmiş və qüvvədədir.
10. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən həmin özbaşına tikinti işlərinin aparılması iddiaçının birbaşa maraqlarına toxunmuşdur və bu səbəbdən iddia əsaslı olmuşdur. Cav abdehin iddiaçının hazırkı iddianı irəli sürmək üçün subyektiv hüquqa malik olmaması ilə bağlı arqumentinə münasibət bildirən məhkəmə hesab etmişdir ki, bu dəlil əsassızdır. Belə ki, iddiaçı mübahisəli torpaq sahəsinin mülkiyyətçisi olmasa da belə, qanuni əsasla ona sahiblik və istifadə hüquqları əldə etmişdir. Əmlakdan qanuni əsasla istifadə onun faydalı xassələrindən yararlanmaqla yanaşı, ondan istifadəyə üçüncü şəxslərin yaratdığı maneələrdən qorunmaqla bağlı subyektiv hüquq da vermişdir.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.8, 180.1, 180.2, 180.3, 180.4, 706.1, 706.2-ci maddələrinə, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 9, 12, 14, 84, 111-ci maddələrinə, Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 14.2, 88, 217.4, 218.3-cü maddələ rinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-437/2023 saylı, 15 mart 2023-cü il tariхli qətnaməsinin ləğv, iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli məsələni araşdırarkən məhkəmə işə birtərəfli baxmış, cavabdeh tərəfindən təqdim olunmuş sübutları, vəsatətləri nəzərə almamışdır. Həm Abşeron rayon İcra Hakimiyyəti Başçısının sərəncamında, həm də digər sənədlərdə torpaq sahəsi üzərində hüquqların qeydə alınmasının müvafiq reyestr xidmətində təmin edilməsi vacib şərt kimi qeyd edilmişdir. İddiaçı 705 saylı icarə müqaviləsini məhkəməyə təqdim etsə də, icarə müqaviləsi əsasınd a icra hakimiyyətinə hər hansı bir ödənişi təsdiq edən sənədi məhkəməyə təqdim edə bilməmişdir. Daşınmaz əmlakla bağlı bütün hüquqlar qeydiyyata alınmalıdır, bu tələb qanundan irəli gəlir. İddiaçı bu hüququnu qeydiyyata aldırmamış və həmin əmlak üzərində hüquqları da (icarə, istifadə) yaranmamışdır. Hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn 2-ci və 3-cü elementləri 1-ci elementin mövcudluğu ilə bağlıdır. 1-ci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yara nır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Cavabdeh faktiki olaraq torpaq sahəsində artıq 10 ildir ki (700 kv.m-lik) ailəsi birgə yaşayır. Cavabdeh başqa 100-lərlə həyət evləri həmin ərazidə tikilmişdir və insanlar tərəfindən 10 ildir ki, istifadə olunur. Birinci instansiya məhkəməsi öz mövqeyini əsaslandırmaq üçün özünə sərf edən maddi hüquq normalarına istinad etmiş, Torpaq və Mülki Məcəllənin müvafiq normalarına istinad etməmişdir. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. İddiaçının təqdim etdiyi sərəncamda hüquqların qeydiyyata alınması əsas şərt kimi g östərilmişdir. İddiaçının hüquqları qeydiyyata alınmamışdır. İddiaçı ilə Abşeron İcra Hakimiyyəti arasında bağlanmış icarə müqaviləsinin şərtləri yerinə yetirilməmiş və 15 il ərzində “icarədar” bir dəfə də olsun icarə haqqını ödəməmişdir. İddiaçı torpaqların istifadəsini tənzimləyən xüsusi qanun olan Torpaq Məcəlləsinin normalarını kobud şəkildə pozmuşdur. Sədrlik edən hakim cavabdeh tərəfindən təqdim olunan sübutları qeyri mötəbər, lakin iddiaçı tərəfindən təqdim olunan sübutları əsaslı hesab etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə sübutlar düzgün qiymətləndirilməmiş, iş üzrə onun tərəfindən məhkəməyə təqdim olunmuş sübutlar ümumiyyətlə, nəzərə alınmamışdır. Müddətin keçməsi ilə bağlı təqdim etdiyi ərizəni müqavilənin etibarlılığına şübhə ilə yanaşdığı məqsədilə verdiyi güman edilmişdir. Hakimin bu işdə qərəzli olmasına əsas verən hallardan biri də iddiaçı tərəfindən müvəqqəti təminat tədbiri olaraq verdiyi ərizənin işə sədrlik edən hakim tərəfindən təmin edilməsi olmuşdur. Həmin qərardaddan verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya məhkəməsi tərəfindən təmin edilmişdir.
14. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3599/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsindən mütəxəssis cəlb edilməklə məhkəmə tikintitexniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 16 fevral 2024-cü il tarixli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, faktiki olaraq iş üzrə cavabdehin ist ifadəsində olan, mübahisə predmetinə təşkil edən tikililərin Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.2008ci il tarixli 705 nömrəli sərəncamı və xx.xx.2008-ci il tarixli 705 nömrəli icarə müqaviləsi ilə iş üzrə İddiaçı ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir.
15. Cavabdeh ekspert rəyi ilə tanış olmadığını, lakin ekspert tədqiqat obyektinə baxış keçirən zaman onun da iştirakının təmin olunduğunu, iddiaçının qardaşının onun orda yaşayış sahəsinin olmasına baxmayaraq, qeyri-yaşayış kimi ekspert tərəfindən rəy verilməsini istədiyini vurğulamış, həmçinin iddiaçının ondan 20000 manat pul istədiyini və bunun da qarşılığında ona etibarnamə verəcəyini bildirdiyini, həmin ərazidə bir neçə şəxsə də bu şəkildə etibarnamə verib, sonradan ləğv etdirdiyini bildirmiş, ar tıq 10 ildən çoxdur ki, ailəsi ilə birgə həmin torpaq sahəsində şəraiti zəif də olsa ev tikib müəyyən razılıq əsasında yaşadığını qeyd etmişdir. Həmin torpaq sahəsinə aid əlində iddiaçı tərəfindən ona verilmiş X5 verdiyi cizgi olduğunu bildirmişdir.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil1 ekspert rəyi ilə razı olduğunu, mübahisəli torpaq sahəsi ilə bağlı tərəflər arasında hər hansı sövdələşmə olmadığını,həmçinin həmin torpaq sahəsində balaca bir tikili olduğunu, onun da təsərrüfat məqsədi ilə iddiaçının özü tərəfindən uzun müddət öncə inşa edildiyini qeyd etmiş, həmçinin cavabdehin qanunsuz olaraq həmin torpaq sahəsini zəbt etdiyini, hətta bununla bağlı Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə təhqiqat orqanı tərəfindən cinayət işinin başlanılması h aqqında qərar qəbul edildiyini qeyd etmiş, apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir.
17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-229/2024 nömrəli mülki iş üzrə 22 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Fuad Talışinski - sədrlik edən və məruzəçi, Azad İmanov və Məmməd Məmmədov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Suraxanı Rayon Məhkəməsinin 2(010)473/2023 saylı işi üzrə 15 mart 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
18. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh tərəfindən torpağa və ya tikiliyə dair hüquq-müəyyənedici sənəd əldə etmədən və heç bir hüququ müəyyən edilmədən, apellyasiya şikayətində digər tərəfin su byektiv hüququna istinad etməsi əsassız olmuşdur. Belə ki, bu dəlili irəli sürmək torpağın mülkiyyətçisinə və ya digər hüquq sahibinə mənsubdur və torpağın mülkiyyətçisi ilə istifadəçi arasında olan münasibətlərdən irəli gələn mübahisələrə aiddir. Bundan əlavə, cavabdehin həmin torpaq sahəsində məskunlaşması illər öncə müəyyən razılıq əsasında baş tutması sübuta yetirilməmişdir. Belə razılıq qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməli, habelə bu razılığın qanunla müəyyən edilmiş qaydada həyata keçirilməsi üçün ilk növbədə mülkiyyətçinin icarəyə verənə münasibətdə razılığı olmalıdır. Qeyd edilən və digər dəlillərin hüquqi və faktiki əsası olmadığından, habelə təyin edilmiş ekspertiza da iddia tələbi üzrə dəlilləri təsdiq etdiyindən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdiril mədən saxlanılmalıdır.
19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-168, 180.1, 180.4, 241.1, 241.2, 242.2, 560-cı maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48.5, 55, 111.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. Cavabdeh (Vəkil3) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 aprel 2024-cü il tarixli, 2(103)-229/2024 saylı qətnaməsinin ləğv edilməsini, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
21. Şikayət onunla əsaslandırılmışdır ki, torpaq üzərində hüquqlar onla rın dövlət reyestrində lazımi qaydada qeydə alınmasından sonra yaranır. Hazırkı iş üzrə iddiaçı tərəf belə bir hüquq qeydə aldırmamış, yalnız məhkəməyə sərəncam təqdim etməklə mübahisəli ərazinin onun istifadəsində olmasını məhkəmə vasitəsilə təsdiqlətməyə çalışmışdır. Halbuki qeyd edilən ərazi uzun müddətdir ki, cavabdehin faktiki və hüquqi istifadəsində olmuşdur. Lakin işə baxan məhkəmələr qeyd edilən halı nəzərə almamış, yalnız təqdim edilən sənədlərə baxmaqla, həmin sənədlərin həqiqiliyini yoxlamadan, işin faktiki hallarını nəzərə almadan qətnamə qəbul etmişlər. İddiaçının təqdim etdiyi sərəncamda hüquqların qeydiyyata alınması əsas şərt kimi göstərilmişdir. İddiaçının hüquqları qeydiyyata alınmamışdır. İddiaçı ilə Abşeron rayon İcra Hakimiyyəti arasında bağlanmış icarə müqaviləsinin ş ərtləri yerinə yetirilməmiş və 15 il ərzində “icarədar” bir dəfə də olsun icarə haqqını ödəməmişdir. Birinci instansiya və apellyasiya instansiya məhkəmələri maddi və prosessual hüquq normalarına düzgün hüquqi qiymət verməmiş, işin faktiki hallarını araşdırmamış, eyni zamanda iş üzrə təqdim edilmiş sübutlara da düzgün hüquqi qiymət verilməmiş, iddiaçının iddiasının əsasını təşkil edən heç bir sübut təqdim etməməsinə baxmayaraq, cavabdeh tərəfindən təqdim edilmiş sübutlar qeyrimötəbər sübutlar adlandırılmaqla iddiaçının mənafeyini qoruyan qətnamə qəbul edilmişdir. İşə baxan məhkəmələr sübutlara düzgün hüquqi qiymət verməmiş, cavabdeh tərəfindən təqdim edilmiş sübutlar lazımi qaydada qiymətləndirilməmişdir. Eyni zamanda məhkəmə işi faktiki hallarına da düzgün hüquqi qiymət verməmiş, lazımi q aydada araşdırma aparmamışdır. Belə ki, cavabdeh uzun müddət həmin ərazidə yaşamışdır və özünə lazımi qaydada şərait qurmuşdur. İddiaçının icarəyə götürdüyü ərazi ilə 15 ildən çox bir müddətə maraqlanmaması, həmin ərazidən istifadə etməməsi və cavabdeh tərəfindən istifadə edildiyi bilindiyi halda heç bir müdaxilə etməməsi belə iddiaçının iddia ərizəsində qeyd etdiklərinin tamamilə yalan olmasını bir daha təsdiq etmişdir. Lakin məhkəmə bu müddət ərzində heç bir hərəkət göstərməməsinin səbəbini belə araşdırmamışdır. Halbuki məhkəmə tərəfindən nəzərə alınmalı idi ki, bu torpaq sahəsi tərəflərin heç birinin mülkiyyətində deyil, yalnız istifadə üçün verilmişdir. Belə olan halda artıq uzun müddət iddiaçı tərəfindən istifadə edilməməsi onun istifadə hüququ vardısa belə itirilməsinə səbəb olmalı idi. Məhkəmə instansiyaları düzgün araşdırma aparmamış, iddiaçının torpaq sahəsi ilə bağlı mövqeyini nəzərə almaqla maddi hüquq normalarına düzgün hüquqi qiymət vermədən qətnamə qəbul etmişdir ki, bu da qətnamənin ləğv edilməsi üçün əsasdır.
22. Kassasiya şikayəti Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 50.3, 66, 67.1, 68-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 217.4, 218.1-ci maddələrinə istinad edilərək əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:
24. Maddə 60, hissə
1. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X4 X3:
25. Maddə 6, hiss ə.
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
26. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
27. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: girov hüququ; əmlakdan istifadə hüququ; servitutlar.
28. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.
29. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiy yətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
30. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.
31. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.
32. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.
33. Maddə 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir.
34. Maddə 180.1.Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına t ikinti sayılır.
35. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
36. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə ( icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
37. Maddə 706.1. Torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
38. Maddə 66.1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edi lmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.
39. Maddə 66.2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.
40. Maddə 67.1. Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.
41. Maddə
68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
42. Maddə 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq nor malarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
46. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
48. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
49. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
50. Cavabdehin etiraz və şikayətinin dəlillərindən biri ondan ibarətdir ki, iddiaçı hazırkı tələbi irəli sürmək üçün subyektiv hüquqa malik olduğunu sübuta yetirə bilməmişdir.
51. Apellyasiya məhkəməsi bu xüsusat üzrə mövqeyini belə əsaslandırmışdır ki, “cavabdeh tərəfindən torpağa və ya tikiliyə dair hüquq-müəyyənedici sənəd əldə etmədən və heç bir hüququ müəyyən edilmə dən, apellyasiya şikayətində digər tərəfin subyektiv hüququna istinad etməsi əsassız olmuşdur. Belə ki, bu dəlili irəli sürmək torpağın mülkiyyətçisinə və ya digər hüquq sahibinə mənsubdur və torpağın mülkiyyətçisi ilə istifadəçi arasında olan münasibətlərdən irəli gələn mübahisələrə aiddir” (§ 18).
52. Kassasiya instansiyası məhkəməsi aşağıdakılara əsasən bu mövqe ilə razılaşmır, hesab edir ki, iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir.
53. Əvvəla, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olub-olmamasını müəyyənləşdirmək cavabdehin etirazından asılı olmayaraq məhkəmənin xidməti vəzifəsidir.
54. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bil dirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayılır, uzlaşmırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə təmin olunmalı deyilsə) iddia rədd edilir.
55. Məhkəmə yuxarıda göstərilən araşdırmanı tərəflərin tələblə bağlı hüquqi mövqelərindən asılı olmayaraq müstəqil surətdə aparır. Bu zaman kimin, kimdən, nəyi və nəyə əsasən tələb etdiyi aydınlaşdırılmalıdır. Əgər iddiaçının özünün dediklərinə əsasən iddia təmin olunan deyilsə, məhkəmə qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirə bilər. Başqa sözlə, bu halda hüquqi dəyərləndirmə məhkəm ə üçün artıq başa çatmış olur, əlavə olaraq irəli sürülən dəlillərin yoxlanılmasına ehtiyac qalmır.
56. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli qərarında vurğulamışdır ki, “apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub- olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni ba şqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”.
57. Baxılan işdə iddiaçının tələbinin apelyasiya məhkəməsi tərəfindən hansı qanun normasının (dispozisiya şərtləri) əsasında yoxlanıldığı və həll edildiyini müəyyənləşdirmək mümkün olmamışdır. Belə ki, qətnamənin “Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi” bölməsində Mülki Məcəllənin 139-1, 158, 164, 165, 180, 241, 242-ci, Torpaq Məcəlləsinin 48.5, 55, 111-ci maddələrinin mətni yazılaraq məhkəmənin gəldiyi nəticə qeyd olunmuşdur (§ 18-19).
58. Göründüyü kimi, apelyasiya məhkəməsinin bir iddianın həlli üzrə eyni qətnamədə istinad etdiyi maddi hüquq normaları bir-birindən mahiyyətcə əhəmiyyətli şəkildə fərqlənən müxtəlif iddia tələblərinin qa nuni əsaslarını təşkil edirlər. Məsələn, Mülki Məcəllənin 158-ci maddəsi məhdud əşya hüquqları və onların müdafiəsinə dair, 164 və 165-ci maddələri sahibliyin müdafiəsinə dair tələbləri, 180-cı maddəsi isə özbaşına tikili və onun maraqlı tərəfin müraciəti üzrə sökülməsi tələbini ehtiva edir.
59. Hazırkı iş üzrə iddiaçının tələbinin göstərilənlərdən hansı hüquqi əsasa görə təmin edildiyi, yəni iddiaçının bildirdiyi faktiki halların hansı normanın dispozisiya şərtləri ilə uyğunluq təşkil etdiyi əsaslandırılmamışdır.
60. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda məhkəmə aktı elə şəkildə tərt ib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.
61. Odur ki, iddia tələbinə aidiyyəti hüquq normasının şərtləri əsasında qiymət vermədən, sadəcə işin hallarını, qanunvericilik normalarını və iddianın həlli barədə ümumi qənaəti özündə əks etdirən qətnamə əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin lazımi qaydada qəbul edilmiş qanuna uyğun aktı kimi qəbul etməyə imkan vermir.
62. Bu qaydalara riayət edilməməsi Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə t əminat verilən hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun, İnsan Hüquqlarının və X4 X1 6-cı maddəsində əks olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət edir (§ 24-25).
63. Odur ki, baxılan işdə iddiaçının hazırkı tələbi irəli sürmək üçün subyektiv hüquqa malik olub-olmaması, eləcə də iddianın təmin edilməsi üçün əsasların mövcudluğu iddiaya uyğun gələn qanun normalarının şərtləri əsasında yoxlanılmalıdır.
64. Diqqətdə saxlanılmalıdır ki, iddianın qanuni əsasları yoxlanılarkən əvvəlcə müqavilədən irəli gələn, sonra müqavilə münasibətlərinə oxşar (məsələn, özgə işlərini tapşırıqsız aparma), daha sonra isə qanundan irəli gələn əsaslar yoxlanılmalıdır.
65. İddia ərizəsindən görünür ki, iddiaçı tələbinin faktiki əsası kimi mübahisəli torpaq sahəsinin Abşeron Rayon İ cra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli, 705 nömrəli sərəncamı ilə icarə qaydasında ona ayrılmasına, həmin sərəncam əsasında onunla Torpaq icarə müqaviləsinin bağlanmasına, habelə X6 Komitəsi tərəfindən Torpaq sahəsinin planı və ölçüsünün qeydə alınmasına istinad edir.
66. İşə mahiyyəti üzrə baxmış məhkəmələr iddianı təmin edərkən həmin sənədləri işin müəyyən edilmiş halı kimi göstərmiş, cavabdehin torpağa və ya tikiliyə dair hüquqmüəyyənedici sənədinin olmamasına əsaslanmışlar.
67. Bununla belə, məhkəmələr nəzərə almamışlar ki, torpaq sahəsinin ayrılması barədə inzibati akt (o cümlədən sahənin planı və ölçüsü) mülki hüquq münasibətləri baxımından deyil, şəxslə inzibati orqanlar arasındakı hüquq münasibətlərində əhəmiyyət kəsb edir.
68. Mülki hüquq münasibətlərinin iştirakçıl arı, o cümlədən iddiaçının icarəçi statusunun tanınması üçün torpaq sahəsinin onun icarəsinə verilməsi haqqında müqavilə əsas götürülür (Mülki Məcəllə, m.700.1, 706.1 - § 36-37; Torpaq Məcəlləsi, m. 66.1 - § 38).
69. Odur ki, məsələyə mülki hüquqi aspektdə qiymət verilməsindən ötrü əvvəlcə həmin müqavilənin qüvvədə olub-olmaması, hüquqi nəticə (o cümlədən sahəni icarəyə götürən şəxsə icarəçi statusunu) yaradıb-yaratmaması müəyyən edilməli, belə nəticə yaradırsa, həmin müqavilədən irəli gələn hüquqların kim(lər)ə qarşı irəli sürülə biləcəyinə qiymət verilməlidir.
70. İş materiallarında olan, Abşeron Rayon İcra Hakimiyyəti ilə İddiaçı arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 705 nömrəli Torpaq icarə Müqaviləsinin 6-cı bəndində qeyd olunmuşdur ki, “Bu müqavilə...icarəyə götürülmüş torpaq dan müvəqqəti istifadə hüququna dair müəyyən olunmuş qaydada şəhadətnamə alındıqdan sonra qüvvəyə minir....Bu müqavilə Azərbaycan Respublikası Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətindən Dövlət qeydiyyatına alınan gündən etibarlı sayılır”.
71. Göründüyü kimi, müqavilənin qüvvəyə minməsi və etibarlı bir əqd kimi hüquqi nəticə yaratması onun dövlət reyestrindəki qeydiyyatından asılı edilmişdir.
72. Buna baxmayaraq, apelyasiya məhkəməsi həmin halın sübuta yetirilibyetirilmədiyini əsaslandırmamış, dolayısı ilə iddiaçının istinad etdiyi icarə müqaviləsinin qüvvədə (buna müvafiq iddiaçının icarəçi hüquqlarının) olub-olmamasına qiymət verməmişdir. Halbuki, bu xüsusatlar iddiaçının subyektiv hüququ baxımından özünün istinad etdiyi halın müəyyənləşdirilməsi üçün əhəmiyyət kəsb edirdi.
73. Məhkəmə kollegiyası onu da qeyd edir ki, hətta hüquqi qüvvəsi olan və etibarlı bir müqavilədən irəli gələn tələblərin kimə qarşı irəli sürülə biləcəyi, yəni tələb hüquqları ilə əşya hüquqlarının fərqi diqqətdə saxlanılmalıdır.
74. Əşya hüquqları, başqa bir şəxsin vasitəçiliyinə gərək duyulmadan, müəyyən bir əşya üzərində birbaşa hakimiyyət təmin edən və hər kəsə qarşı irəli sürülə bilən hüquqlardır (məsələn, mülkiyyət hüququ, servitut, ipoteka və s.). Bu səbəbdən əşya hüquqları mütləq hüquqlar sayılır.
75. Tələb hüquqları isə sahibinə borcludan hər hansı bir hərəkəti yerinə yetirməyi tələb etmək imkanı verir. Hətta kreditorun tələb hüququnun predmeti bir əşya olduqda belə vəziyyət dəyişmir (məsələn, alqı-satqı müqaviləsi üzrə alıcının əşyanın onun mülkiyyətinə verilməsini satıcıdan tələb etmək hü ququ – MM, m.567; kirayə müqaviləsi üzrə kirayəçinin əşyanın onun istifadəsinə verilməsini kirayəyə verəndən tələb etmək hüququ – MM, m. 675). Bu tələblər üzrə hərəkəti yerinə yetirmək öhdəliyi yalnız borcluya aiddir, digər şəxslərə aidiyyəti yoxdur. Ona görə də kreditor müqavilədən irəli gələn tələb hüququnu müqavilənin tərəfi olmayan üçüncü şəxslərə qarşı irəli sürə bilməz. Bu xüsusiyyətlərinə görə tələb hüquqları nisbi hüquqlar sayılır.
76. Şəxsin əşya üzərindəki hüquqları müqavilə tələbləri ilə yanaşı, əşya hüquqlarından və qanundan irəli gələn digər əsaslarla qoruna bilər.
77. Yeri gəlmişkən, apellyasiya məhkəməsinin qətnaməsində qeyd etdiyi normaların əksəriyyəti məhz bu əsaslara aiddir. Bunu nəzərə alaraq məhkəmə kollegiyası vurğulayır ki, həmin əsasların hər birinin özünəməxsus şər tləri və funksiyaları vardır. Odur ki, iddia həmin normalardan hər hansı biri ilə təmin edildiyi halda, işin müəyyən edilmiş halları normanın şərtlərinə uyğun əsaslandırılmalıdır.
78. Məsələn, tələb Mülki Məcəllənin 157.8 və (ya) 158.4-cü maddələri ilə haqlı sayıldıqda, iddiaçının əvvəlcə məhdud əşya hüququna malik olması, daha sonra əşyadan istifadə ilə bağlı cavabdehin yaratdığı manelər (məhdudiyyətlər) və bu manelərin qanunsuz olması müəyyən edilməlidir.
79. Baxılan işdə apelyasiya məhkəməsinin iddiaçının məhdud əşya hüququnu təsbit etmədən qeyd olunan normaya istinadı əsaslı olmamışdır.
80. Yaxud iddia Mülki Məcəllənin 164 və ya 165-ci maddələrinə əsasən təmin edildikdə, məhkəmə tərəfindən aşağıdakı şərtlər müəyyən edilməlidir: 1) iddiaçı əvvəlki sahib olmalı; 2) iddiaçıya qarşı qada ğan edilmiş özbaşınalıq törədilməli; 3) cavabdehin hazırkı sahibliyi qanunsuz olmalı; 4) sahiblik iddiasını istisna edən hallar olmamalı (MM-in 164.2-ci maddəsinin ikinci cümləsində və 165.2-ci maddəsindəki qaydalar).
81. Bu şərtlərdən hər hansı birinin müəyyən edilməməsi sahibliyin müdafiəsi çərçivəsində iddianın təmin olunmasını istisna edir və sonrakı şərt(lər)in yoxlanılmasına gərək qalmır.
82. İş üzrə cavabdeh bildirir ki, on ildən çoxdur ki, ailəsi ilə birgə həmin torpaq sahəsində ev tikib müəyyən razılıq əsasında yaşayır.
83. Bu baxımdan iddianı sahibliyin müdafiəsi çərçivəsində təmin edən məhkəmə cavabdehin dəlillərini də nəzərə alaraq, hüquqi qiymətləndirməni göstərilən ardıcıllıqla aparmalı, digər şərtlərlə yanaşı, cavabdehin iddiaçıya qarşı qadağan edilmiş özbaşınalıq törətməsin i və Mülki Məcəllənin 165.2-ci maddəsindəki müddətin keçmədiyini də əsaslandırmalıdır. Lakin baxılan işdə belə əsaslandırma aparılmamışdır.
84. Eyni qaydada Mülki Məcəllənin 180.4-cü maddəsinə əsaslanan iddianın təmin edilməsi üçün mübahisə obyektinin özbaşına tikili olması ilə yanaşı, həmin tikililərin söküntünü tələb edən tərəfin mənafeyini pozduğu və iddiaçının həqiqətən də maraqlı tərəf olduğu müəyyən edilməlidir. Bu zaman formal mülahizələrdən çıxış edilməməli, mənafenin konkret olaraq nədən ibarət olması göstərilməli, tikililərin bu mənafeyə hansı formada xələl gətirməsi, yəni iddiaçı üçün hər hansı texniki və ya başqa məhdudiyyət yaratması, real maneçilik törətməsi və s. sübuta yetirilməlidir.
85. Buna baxmayaraq, apelyasiya məhkəməsi sadalanan qanun normalarının heç birinin şərtlər inə uyğun şəkildə araşdırma və hüquqi dəyərləndirmə aparmamışdır. Belə olan halda qətnamə ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir.
86. Təkrar apelyasiya baxışında tərəflərin izahatları və dəlilləri dinlənilməli, mübahisəli hallar, bu hallar üzrə sübutetmə yükü, eləcə də tələbin qanuni əsası düzgün müəyyən edilməklə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmalı, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, tərəflərin dəlillərinin hansı səbəbdən qəbul edilib-edilməməsi əsaslandırılmalı, ədalətli məhkəmə araşdırması hüququ təmin olunmaqla mübahisəyə qanunvericiliyə uyğun qaydada yekun hüquqi qiymət verilməlidir.
87. Göstərilənlərə əsasən və MPM -in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-229/2024 nömrəli, 22 aprel 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.