Məhkəmə qərarları › İş №2(102)-37/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-37/2024

14.05.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-37/2024 14.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh “İmişli Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə qarşı iş üzrə QƏRARİ Açar sözlər: işə bərpa Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı cavabdeh “İmişli Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə qarşı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi və sair tələblərə dair iddia ərizəsi ilə bağlı Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-988/2023 nömrəli iş üzrə 11 iyul 2023-cü il tarixli qətnaməsindən cavabd ehin kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.2009-cu il tarixdən İmişli Rayon Mərkəzi Xəstəxanasında həkimterapevt vəzifəsində işləmiş, xx.xx.2022-ci il tarixli 407 nömrəli əmrlə heç bir üzrlü səbəb göstərmədən işə gəlmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehə qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli 407 nömrəli əmrin ləğv edilərək terapevt vəzifəsində əvvəlki işinə bərpa olunması, hamiləliyə və doğuşa görə məzuniyyət pulunun, əmək qabiliyyətinin olmaması vərə qəsi üzrə müavinətin hesablanması və uşağının üç yaşı tamam olanadək ona qulluq etməyə görə qismən ödənişli sosial məzuniyyətə buraxılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İmişli Rayon Məhkəməsinin 2(036)-89/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Ü.Qənbərov) iddia rədd edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

4. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı apellyasiya şikayəti vermişdir.

5. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-988/2023 nömrəli iş üzrə 11 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakim İ.Əsədovun sədrliyi və məruzəsi ilə, hakimlər S.Mayılov və Z.Allahyarovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilmiş, İmişli Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli 407 nömrəli əmr ləğv edilmiş, iddiaçı İmişli Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsdə ailə həkimi-terapevt vəzifəsinə işə bərpa edilmiş, onun hamiləliyə və doğuşa görə məzuniyyəti və uşağının üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qismən ödənişli sosial məzuniyyəti təmin edilmiş, ona ödənilməmiş məzuniyyət haqqı və əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə ödənilməmiş müavinətinin müəyyən edilmiş qaydada hesablanmaqla ödənilməsi qət edilmişdir.

6. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “Kollegiya ilk növbədə onu diqqətə çardırır ki, İddiaçı hazırda iki azyaşlı uşağı vardır. 2-ci uşağının üç yaşı tamam olmamışdır. Azərbayc an Respublikasının Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci bəndinin tələbinə görə işəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən həm də ona istinad etmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdən "xxxx" MMC-də əvəzçilik üzrə 0,25 ştat vahidi həcmində həkim-terapevt vəzifəsinə qəbul olunmuş, ixtisasartırma kursu keçmək üçün ADHTİ göndərilmiş, sonra xx.xx.2022-ci il tarixdən orada onun müqaviləsinə xitam verilmişdir. Kollegiya bu hissədə onu qeyd etməyi zəruri hesab edir ki, məzunyyətdə olduğu dövrdə əsas iş yerindən aralanmadan işçinin əvəzçilik üzrə (və ya müqavilə i lə) başqa işə çıxması, ixtisasartırma kursuna ketməsi qanunvericilikdə qadağan edilməmişdir və bu, məzuniyyət dövründə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə əsas ola bilməz.” KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

7. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdeh ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir.

8. Kassasiya şikayətinin dəlillərinə görə, iddiaçı xx.xx.2022-ci il tarixdən əsas iş yeri üzrə müdiriyyətin icazəsini almadan Bakı şəhərində yerləşən "xxxx" MMC-də əvəzçilik üzrə 0,25 ştat vahidi həcmində həkim-terapevt vəzifəsinə qəbul olunaraq işləmişdir. Əvəzçilik üzrə əmək fəaliyyətində olması iş vaxtında olması əsas iş yerinin razılığı ilə yo l verilir. Lakin iddiaçı qanunun bu tələblərini pozmuşdur. İddiaçının 3 yaşınadək uşağı olan valideyn kimi bu hüquqa malikdir. Lakin müvafiq olaraq ərizəsi olmalıdır. Onun müraciəti olmadan uşağa qulluq barədə məzuniyyətə çıxarmaq mümkün deyil. İşçi uzun müddət üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməklə kobud popzuntuya yol vermişdir. Sonradan vəziyyətdən çıxmaq üçün bu cür hüququndan istifadə etməyə çalışmışdır. Halbuki, onun işləmək imkanı olmasa idi, bu ərəfədə əsas iş yeri üzrə işəgğtürənin razılığı olmadan əlavə iş yerində işləmişdir. Şirvan Apellyasiya Məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməmiş, əmək qanunvericiliyinin tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Kassasiya şikayətinə qarşı iddiaçının etirazında şikayətin təmin edilməmə si, qətnamənin dəyişdirilmədən saxlanılması xahiş olumuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ

10. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

35. Əmək hüququ İ. Əmək fərdi və ictimai rifahın əsasıdır. İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır; Maddə

60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə

125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; Maddə

129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. 11. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə

6. Ədalətli məhkəmə araşdırma sı hüququ

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

12. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə

2. Azərbaycan Respublikası Əmək Məcəlləsinin vəzifələri və prinsipləri

3. Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin:... hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması... prinsiplərinə əsaslanır; Maddə

11. İşəgötürənin əsas hüquqları

1. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarl a əmək müqavilələrini ləğv etmək; ə) bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək; Maddə

58. Əvəzçilik üzrə əmək müqaviləsinin bağlanması və tənzimlənməsi

3. İş vaxtından sonra əvəzçilik üzrə əlavə iş yerlərində işləməyə əsas iş yeri üzrə işəgötürənin razılığı tələb edilmir. İş vaxtı ərzində isə əvəzçilik üzrə işləməyə işəgötürənin razılığı ilə yol verilir. Əvəzçilik üzrə əmək şəraitinin şərtlərini, əmək funksiyasının həcmini əlavə iş yerinin işəgötürəni ilə əmək müqaviləsi bağlanarkən tərəflərin özləri müəyyən edirlər; Maddə

68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları

1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və q aydada xitam verilə bilər; Maddə

70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; Maddə

71. Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülən tədbirlər

2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır; Maddə

72. Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; Maddə

79. Əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar

1. İşəgötürən tərəfindən: hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşın adək uşağını təkbaşına böyüdən kişilərin... bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır; Maddə

186. Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növləri

1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər;

2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydaları nı pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir; Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır; Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: Maddə 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə

386. Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün t ətbiq edilməsini yoxlayır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.4. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər; Maddə 417.2. Bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.2. Bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Zülfüqarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 avqust 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 noyabr 2008-ci il tarixli Qərarı: “Azərbaycan Respublikası Konstitusiyasının və beynəlxalq hüquq normalarının tələblərin ə görə ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. Qanunvericiliyin tələblərinin pozulması ilə baxılmış iş üzrə çıxarılan məhkəmə aktı ədalət mühakiməsinin qanuna uyğun aktı kimi qəbul edilə bilməz.”

16. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 nömrəli Qərarı: Bənd 2.2. Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gəl ərək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

18. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı şikayətdə irəli sürülən dəlillər üzrə tam yoxlanılır.

19. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq nor maları pozulmuş, bu da iş üzrə qanunsuz və düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

21. Mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları, o cümlədən Əmək Məcəlləsinin 79-cu maddəsinin müddəaları düzgün tətbiq olunmadığı üçün apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmalı, həmin instansiya məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməlidir.

22. İlk olaraq, iddiaçı xx.xx.2009-cu il tarixdən cavabdeh xəstəxanada həkimterapevt vəzifəsində işləmiş, ikinci uşağa hamilə qalması ilə əlaqədar ona xx.xx.2021-ci ildən xx.xx.2022-ci il tarixədək hamiləliyə və doğuşa görə 126 təqvim günü müddətinə sosial məzuniyət verilmiş, doğuş çətin olduğuna görə müvafiq arayış əsasında məzuniyyət müddəti 14 gün uzadılmaqla işə çıx malı olduğu gün xx.xx.2022-ci il müəyyən edilmiş, lakin iddiaçı həmin tarixdən sonra da işə çıxmamışdır. Xəstəxananın xx.xx.2022-ci il tarixli əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən həmin Məcəllənin 72-ci maddəsinin “a” bəndində qeyd olunan halda - heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi ilə əlaqədar əmək vəzifələrini kobud şəkildə pozduğu üçün onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.

23. Hazırda iddiaçı uşağının 3 yaşına çatanadək qismən ödənişli sosial məzuniyyətə çıxması ilə əlaqdar ərizə ilə Xəstəxanın müdriyyətinə müraciət etdiyini, lakin ərizəsi əsasında müvafiq əmrləşmə aparılmadığını bildirərək, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv olunmasını və işə bərpa olunmasını xahiş edir.

24. Cavabdeh isə iddiaya etiraz ed ərək, bildirir ki, Xəstəxanaya bu barədə hər hansı ərizə daxil olmamışdir. İşə çıxması ilə əlaqədar iddiaçıya bir neçə dəfə xəbərdarlıq olunmuş, iddiaçı Bakı şəhərində yaşadığına görə işə çıxmasının mümkün olmadığını, lakin işdən də ayrılmaq istəmədiyini bildirmişdir. Uzun müddət üzrlü səbəb olmadan işə çıxmadığından onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsi əmrin qanunsuz olduğu qənaətinə gələrkən digər əsaslarla yanaşı ilk növbədə onu qeyd etmişdir ki, iddiaçının hazırda 3 yaşı tamam olmamış uşağı vardır və Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsinin tələbinə görə işəgötürən tərəfindən onunla bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla xitam verilməsi qadağandır.

26. Məhkəmə kollegiyası ap ellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmır. Belə ki, əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək.

27. Qeyd edilməlidir ki, Əmək Məcəlləsinin 79-cu maddəsi həmin n ormada təsbit olunan imtiyazlara malik olan şəxsləri qoruyur. Lakin bu zaman nəzərə alınmalı hal ondan ibarətdir ki, işəgötürənin müəyyən etdiyi pozuntu mütləq işçiyə imtiyaz verən hallarla və şəxslərlə bağlı olsun, yəni baş vermiş pozuntu həmin şəxsə münasibətdə öhdəliklərin və vəzifələrin icrası zamanı yaransın.

28. İşçinin Əmək Məcəlləsinin 72-ci maddəsində nəzərdə tutulan əmək vəzifələrinin kobud formada pozulması halları ona imtiyaz verən hallarla bağlı olmadıqda və baş vermiş hadisə ilə səbəbli əlaqədə olmadığı halda həmin normanın genişləndirici formada təfsiri işçinin maraqları daxilində olsa da, işəgötürənin hüquqlarının əhəmiyyətli dərəcə pozulmasına və işçinin hüquqdan sui-istifadəsinə şərait yaratmış olur.

29. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər ar asında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi,https://e-qanun.az/framework/46943 əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır.

30. Məhkəmə kollegiyası qəbul edir ki, işçi və işəgötürən faktiki bə rabər vəziyyətdə deyillər. Lakin bu o demək deyil ki, işçinin əmək münasibətlərinin icrası zamanı vəzifələrini kobud şəkildə pozması halı yaranmışdırsa işəgötürən onunla əmək münasibətlərinə son verə bilməz. İşçinin zəif tərəf olması onun hüquqdan sui-istifadə etməsinə şərait yaratmamalıdır.

31. Hazırkı işə münasibətdə, iddiaçının aylarla işə gəlməyib, başqa iş yerində işləməsi vəziyyətində onun Əmək Məcəlləsinin 79-cu maddəsinə istinadən qoruma altında olmasına əsaslanaraq işəgötürənə onunla əmək münasibətlərinə son verilməsini qadağan etmək, işçinin öz hüquqlarından sui-istifadəsinə əhəmiyyətli şərait yaradaraq, belə halların təkrarən baş verməsi hallarına rəvac verir, nəticədə işəgötürənin mənafeyinə əhəmiyyətli dərəcədə zərər vurur, ümumiyyətlə əmək və iş şəraitinin pozulmasına şərait yaratmış olur ki, bu da mövcud hüquq münasibətlərində bərabər olmayan bir mühit yaranması ilə nəticələnir.

32. Hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas elementlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu, öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarının müdafiə ediləcəyinə, hüquq tətbiqedənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Bunun əksi, yəni hüquq normasının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmədə məhdudiyyətsiz mülahizə üçün imkan yaratmaqla, hər bir normativ hüquqi aktın əsasında dayanmalı olan qanunun aliliyi, qanun və məhkəmə qarşısında bərabərlik və ədalət pri nsiplərinin pozulmasına gətirib çıxara bilər (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” 2008-ci il 22 sentyabr və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2012-ci il 2 aprel tarixli qərarları)

33. Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementin ə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir.

34. Mülki Məcəllənin 16.1-ci maddəsində müəyyən edilmişdir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.

35. Bu müddəa digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl hüquqauyğun rəftar etmək öhdəliyi qoyur.

36. Konstitusiya Məhkəməsinin istinad olunan mövqeyinə əsaslanaraq belə nəticəyə gə lmək olar ki, bir normanın tətbiqi digər normanın tətbiqini ümumiyyətlə mümkünsüz və əhəmiyyətsiz edə bilməz. Yəni Əmək Məcəlləsinin 79-cu maddəsi işçinin qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi ilə nəticələnən hərəkətlərə yolverilməsi zamanı 70-ci maddənin “ç” bəndinin tətbiqi məhdudlaşdırıla bilməz.

37. Hüquq kolliziyalarının mövcudluğu qanunvericilik sisteminin mürəkkəbliyi və çoxşaxəliliyi ilə izah edilir. Məhz buna görə uzun illər ərzində müxtəlif ölkələrin hüquq təcrübəsində hüquq kolliziyalarını həll edən bir sıra prinsiplər formalaşmışdır. Bu prinsiplərə ilk növbədə iyerarxiya (lex superior derogat legi inferiori), zaman (lex posterior derogat legi priori) və məzmun (lex specialis derogat legi generali) prinsiplərini aid etmək olar. Fərqli hüquqi qüvvəyə malik olan hüquqi aktlar arasında kolliziyalar iyerarxiya prinsipi ilə, eyni hüquqi qüvvəyə malik olan normativ hüquqi aktların normaları arasında kolliziyalar isə digər iki prinsipin tətbiqi ilə aradan qaldırılır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 8 oktyabr tarixli qərarı).

38. Həmin prinsiplərin təyinatı hüquq tətbiqetmə orqanları, xüs usən məhkəmələr tərəfindən hüququn şərh edilməsi zamanı yaranan kolliziyaların aradan qaldırılmasından ibarətdir.

39. Qeyd edilməlidir ki, konkret iş üzrə faktiki halların araşdırılması və qanunvericiliyin təfsiri əsasında tətbiq olunmalı olan normaların seçiminin, ilk növbədə, Konstitusiyanın 147-ci maddəsinin İİ hissəsinin və 149-cu maddəsinin müvafiq müddəalarına uyğun həyata keçirilməsi və iyerarxiya prinsipinin tətbiq edilməsi ümumi yurisdiksiyalı məhkəmələrin hüquq tətbiqedici fəaliyyətinin təzahürü kimi qəbul edilməlidir.

40. Yaranmış vəziyyətə görə eyni hüquqi qüvvəyə malik olan normativ hüquqi aktların normaları arasında ziddiyyət yarandıqda məhkəmə bu məsələni məzmun və zaman prinsipinə uyğun olaraq müstəqil həll etməlidirlər.

41. Bu baxımdan məhkəmə kollegiyası belə qənaətə gə lir ki, işçinin əmək funksiyasının və vəzifələrinin icrası zamanı Əmək Məcəlləsinin 72-ci maddəsində göstərilən kobud pozuntulara yol verməsi vəziyyətində işəgötürən əmək münasibətlərinə son qoymaq hüququna malikdir. Lakin bu zaman baş vermiş hadisə ilə qoruma altına alınmış hallar arasında səbəbli əlaqənin mövcudluğu mütləq müəyyən olunmalıdır. Belə səbəbli əlaqənin mövcudluğunun sübut edilməməsi halında Əmək Məcəlləsinin 79-cu maddəsinə istinad edilməklə işəgötürənin hüquqlarının məhdudlaşdırılması əmək münasibətlərində bərabər olmayan mühit yaratmış olur. Baxılan iş üzrə isə iddiaçının üç yaşınadək uşağı olan qadın olması ilə onun bir neçə ay iş yerində olmaması, üstəlik əsas iş yeri üzrə işəgötürənin razılığı olmadan başqa iş yerində işləməsi ilə hər hansı bağlılığı yoxdur. Başqa ifadə ilə, iddiaçının Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsi ilə nəzərdə tutulan üstün hüquqi statusun daşıyıcısı (subyekti) ola bilməsi üçün sonuncunun istinad etdiyi faktiki halların məhz onun üç yaşınadək uşağa baxması, uşağa qayğı və uşaqla bağlı sair məsələ ilə bağlı olması zəruridir. Lakin iddiaçının təkcə əsas iş yerində işə çıxmadığı halda başqa iş yerində işləməsi faktı onun adıçəkilən normanın təsir dairəsinə düşmədiyinə dəlalət edir. Belə olan halda isə apellyasiya instansiya məhkəməsinin iddiaçını qoruma altında olan şəxs kimi qiymətləndirib, onun iddiasını təmin edərək əvvəlki vəzifəsinə bərpa edilməsinə dair mövqeyi bu qərarın əsaslandırıcı hissəsində istinad olunanlar baxımından ədalətli və qanuni hesab edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi işin bu qərarda hüq uqi qiymət verilən hallarını nəzərə almamış, maddi hüquq normalarını düzgün təfsir etməmiş, iş üzrə düzgün olmayan qətnamə çıxarmışdır. Halbuki, məhkəmənin qətnaməsi qanuni, ədalətli və əsaslı olmalıdır.

42. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia əmək müqaviləsinə xitam verilməsi barədə 12 iyul 2022-ci il tarixli 407 nömrəli əmrin ləğv edilməsi, iddiaçının əvvəlki işinə bərpa edilməsi və uşağın üç yaşı tamam olanadək qismən ödənişli sosial məzuniyyətin verilməsi tələblərinə dair hissədə əsassız olduğundan, rədd edilməlidir.

43. İş iddianın məzuniyyət pulunun və əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə müavinətin hesablanması tələblərinə dair hissədə isə yenidən baxılmaq üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Belə ki, ödənilməli olan məzu niyyət pulu və əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə müavinət iddiaçıya ödənilməmişdirsə, bu ödənişlərin həyata keçirilməsi qanunun tələbidir, lakin işin bu halları apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamədə konkret mötəbər sübutlara istinad edilməklə, əsaslandırılmalı idi ki, bu baş verməmişdir.

44. Bu mənada məhkəmə kollegiyası kassasiya şikayəti ilə qismən razılaşır.

45. Mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, iddiaçının əvvəlki işinə bərpa edilməsi və uşağın üç yaşı tamam olanadək qismən ödənişli sosial məzun iyyətin verilməsi tələblərinə dair hissədə, yeni qərar qəbul edilərək, rədd edilməli, mülki iş iddianın məzuniyyət pulunun və əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə müavinətin hesablanması tələblərinə dair hissədə yenidən baxılmaq üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

46. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-988/2023 nömrəli iş üzrə 11 iyul 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddianın əmək müqaviləsinə xitam verilməsi barədə 12 iyul 2022-ci il tarixli 407 nömrəli əmrin ləğv edilməsi, İddiaçı əvvəlki işinə bərpa edilməsi və uşağın üç yaşı tamam olanadək qismən ödənişli sosial məzuniyyətin verilməsi tələblərinə dair hissədə iş üzr ə yeni qərar qəbul edilsin, eyni hissədə iddia təmin edilməsin. İş iddianın məzuniyyət pulunun və əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə müavinətin hesablanması tələblərinə dair hissədə yenidən baxılmaq üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Cavabdeh “İmişli Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin kassasiya şikayəti qismən təmin edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar