Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-37/2025 23.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" MTK-nın Cavabdeh qarşı ilk, Cavabdeh "xxxx" MTK-ya qarşı ("xxxx" ASC və Azərbaycan İpoteka və Kredit Zəmanəti Fondu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində, maraqlarına toxunan şəxs Maraqlı şəxs cəlb edilməklə) qarşılıqlı iddiası üzrə QƏRARİ (Açar sözlər: müqaviləyə xitam və sənədlərin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), X2 və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" MTK-nın Cavabdeh qarşı “öhdəliyə xitam verilməsi” tələbinə dair ilkin, Cavabd eh "xxxx" MTK-ya qarşı “sənədlərin verilməsi və s” tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3709/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən ilk iddia üzrə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 23 yanvar 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Bakı şəhəri, Nəsimi rayonu, X3 küçəsi, ev 1, mənzil 33 ünvanında yerləşən daşınmaz əmlak üzərində Cavabdeh xx.xx.2012-ci il tarixdə tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 1748 nömrəli reyestr kitabının 160692 nömrəli vərəqində qeydiyyata alınmışdır (Seriya: RX, 0065125) əsasən (reyestr nömrəsi: **********10-05101-093045, qeydiyyat nömrəsi: **********).
2. Nəsimi rayonu, A kademik Topçubaşov küçəsində yerləşən, 14 və 16 mərtəbəli, 4 girişli binanın “İ” girişində 7-ci mərtəbəsində 2 otaqlı, 92,3 kv metr mənzilə dair "xxxx" MTK ilə Maraqlı şəxs arasında xx.xx.2018-ci il tarixli müqavilə bağlanmış, həmin mənzil 100000 manata sonuncuya satılmışdır. Qeyd olunan mənzil üzərində Maraqlı şəxs mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. 3. "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu tarixli 57 nömrəli müqaviləyə görə (tərəflərin razılığı ilə xitam verilib) Cavabdeh məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi, ev 1, mənzil 33 ünvanda yerləşən mənzilin "xxxx" MTK tərəfindən sökülüb yerində tikilən binadan yenisi ilə əvəz olunmasına onun etirazı yoxdur. Hazırkı müqavilənin bağlan masında məqsəd Cavabdeh mülkiyyətində olan mənzilin ipotekadan çıxarılması və həmin mənzilə dair notariat qaydasında müqavilənin bağlanmasıdır. Bununla bağlı ilkin olaraq Cavabdeh veriləcək mənzil üzərində hüquqlar dövlət qeydiyyatından keçir və ipoteka saxlayan bankın razılığı ilə həmin mənzilin ipotekaya qoyulmaqla, Bakı şəhəri, Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi, ev 1, mənzil 33 yüklülükdən azad edilir. Mənzil ipotekadan azad edildikdən sonra notariat qaydasında təsdiq ediləcək həmin müqavilənin bağlanması ilə əlaqədar aşağıdakılar barədə razılığa gəlmişlər: 4. - xx.xx.2019-cu tarixdə Cavabdeh məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi, ev 1, mənzil 33 ünvanında yerləşən fərdi yaşayış evinin sökülməsi ilə əlaqədar mənzil ipotekadan azad edildikdən sonra "xxx x" MTK ilə bağladığı daxili müqavilənin 1.4-cü bəndinə əsasən aylıq kirayə haqqı ödənilməyəcəkdir. 5. 1.1. “Gözəl ünvan 3 ünvanda yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitə hormoniyasını itirmiş vəziyyətdə olan binalarda “mülkiyyətçi”yə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada “Mülkiyyətçi”nin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 3 otaqlı 64,5 kv metr mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsindən ən azı 15 faiz olmaqla Feyzulla Qasımzadə küçəsində yerləşən 16 mərtəbəli 2 girişli binanın A girişində 6-cı mərtəbəsində layihə sənədlərinə əsasən 4 otaqlı, 174 kv metr olan təmirsiz mənzil, Akademik Topçubaşov küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın J girişində, 5-ci mərtəb əsində layihə sənədlərinə əsasən 2 otaqlı 64,8 kv metr olan təmirsiz mənzil və J girişində, 8-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı 64,8 kv metr olan təmirsiz mənzilin ipotekadan azad edildikdən sonra notariat qaydasında təsdiq ediləcək müqaviləyə əsasən “Mülkiyyətçi”nin mülkiyyətinə verilməsi, “Mülkiyyətçi”nin isə söküləcək mənzilin "xxxx" MTK-nın istifadə və sahibliyinə verməsidir. Razılaşmaya əsasən “Mülkiyyətçi” Cavabdeh xx.xx.2019-cu il tarixədək notarial qaydada müqavilə bağlanması üçün sənədləri "xxxx" MTK-ya təqdim etməlidir.
6. Bundan sonra “Mülkiyyətçi” adlandırılacaq Cavabdeh bir tərəfdən, nizamnamə əsasında fəaliyyət göstərən "xxxx" MTK-nın direktoru X4 şəxsində bundan sonra “Şirkət” adlandırılacaq digər tərəfdən, aşağıdakılar haqqında hazırkı müqaviləni bağladılar: 7. -1.2. Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 nömrəli qərarına əsasən xx.xx.2017-ci il tarixli Fövqəladə Hallar Nazirliyinin (FHN) yaşayış üçün qəzalı olması haqqındakı aktına əsasən Nəsimi Rayon İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli 11 saylı sərəncamına əsasən yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 1824 ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə əsasən “Mülkiyyətçi”yə mənzili təhvil vermək. 8. -1.3. Binanın tikintisi başa çatıb yeni mənzilə köçənədək “Mülkiyyətçi”nin qalacağı mənzilin kirayə haqqı "xxxx" MTK tərəfindən ödənilməyəcəkdir. 9. -1.4. “Mülkiyyətçi”nin qalmaq üçün kirayələdiyi otaq sayı, sahəsi (kv metrlə) mülkiyyətində olan söküləcək mənzilin otaq sayı və sahəsinə uyğun olmalıdır. "xxxx" MTKnın binanın inşası dövründə ve rəcəyi kirayə haqqının məbləği söküləcək otaq sayı və sahəsindən asılı olaraq müəyyən edilir. 10. -1.5. Müqavilə bağlandıqdan sonra xx.xx.2019-cu il tarixədək mənzili boşaldaraq "xxxx" MTK-nın əməkdaşlarına təhvil verilməlidir. 11. "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu tarixli 57 nömrəli müqaviləyə (hazırda qüvvədədir) görə, Cavabdeh məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi, ev 1, mənzil 33 ünvanında yerləşən mənzilin "xxxx" MTK tərəfindən sökülüb yerində tikilən binadan yenisi ilə əvəz olunmasına onun etirazı yoxdur. Hazırkı müqavilənin bağlanmasında məqsəd Cavabdeh mülkiyyətində olan mənzilin ipotekadan çıxarılması və həmin mənzilə dair notariat qaydasında müqavilənin bağlanmasıdır. Bununla bağlı ilkin olaraq Cavabdeh veriləcək mənzil üzərində hüquqlar dövlət qeydiyyatından keçir və ipoteka saxlayan bankın razılığı ilə həmin mənzilin ipotekaya qoyulmaqla, Bakı şəhəri, Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi, ev 1, mənzil 33 yüklülükdən azad edilir. Mənzil ipotekadan azad edildikdən sonra notariat qaydasında təsdiq ediləcək həmin müqavilənin bağlanması ilə əlaqədar aşağıdakılar barədə razılığa gəlmişlər: 12. - xx.xx.2019-cu tarixdə Cavabdeh məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi, ev 1, mənzil 33 ünvanında yerləşən müqavilənin 1.4-cü bəndinə əsasən aylıq kirayə haqqı ödənilməyəcəkdir. 13. 1.1. “Gözəl ünvan 3 ünvanında yerləşən yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitə hormoniyasını itirmiş vəziyyətdə olan binalarda “mülkiyyətçi”yə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tiki ntisini həyata keçirərək, bu binada “Mülkiyyətçi”nin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 3 otaqlı 64,5 kv metr təmirli mənzilin (faktiki sahə 107 kv metr + 6 kv metr həyətdəki saxlanc anbar) dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsindən ən azı 15 faiz olmaqla Feyzulla Qasımzadə küçəsində yerləşən 16 mərtəbəli 2 girişli binanın A girişində 6-cı mərtəbəsində layihə sənədlərinə əsasən 4 otaqlı, 174 kv metr olan təmirsiz mənzil, Akademik Topçubaşov küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın J girişində, 8-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı 64,8 kv metr olan təmirsiz mənzil və İ girişində, 7-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı 92,3 kv metr olan təmirsiz mənzilin ipotekadan azad edildikdən sonra notariat qaydasında təsdiq ediləcə k müqaviləyə əsasən “Mülkiyyətçi”nin mülkiyyətinə verilməsi, “Mülkiyyətçi”nin isə söküləcək mənzilin "xxxx" MTK-nın istifadə və sahibliyinə verməsidir. Qeyd edilən 2 mənzilin (Akademik Topçubaşov küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın J girişində, 8-ci mərtəbəsindəki 2 otaqlı 64,8 kv metr ibarət və İ girişində, 7-ci mərtəbəsində 2 otaqlı 92,3 kv metr olan mənzillər) 18 ay müddətində yaşayış binasının A girişində olan 67,5 kv metrdən ibarət 2 (iki) ədəd mənzillərlə (binanın 13-14-cü mərtəbələrində) dəyişdirilməsini "xxxx" MTK üzərinə götürür və “Mülkiyyətçi”nin buna etirazı yoxdur, həmin mənzillər təqdim ediləcəyi halda “Mülkiyyətçi” qeyd edilən mənzilləri təhvil verəcək. Razılaşmaya əsasən “Mülkiyyətçi” Cavabdeh xx.xx.2019-cu il tarixədək notarial qaydada müqavilə bağlanma sı üçün sənədləri "xxxx" MTK-ya təqdim etməlidir. Mənzilin sökülməsi, ipoteka predmetinə ziyan vurulması ilə əlaqədar bank və ipoteka fondu qarşısında "xxxx" MTK məsuliyyət daşıyır. Bundan sonra “Mülkiyyətçi” adlandırılacaq Cavabdeh bir tərəfdən, nizamnamə əsasında fəaliyyət göstərən "xxxx" MTK-nın direktoru X4 şəxsində bundan sonra “Şirkət” adlandırılacaq digər tərəfdən, aşağıdakılar haqqında hazırki müqaviləni bağladılar: 14. 1.2. Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 nömrəli qərarına əsasən xx.xx.2017-ci il tarixli Fövqəladə Hallar Nazirliyinin (FHN) yaşayış üçün qəzalı olması haqqındakı aktına əsasən Nəsimi Rayon İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli 11 saylı sərəncamına əsasən yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 18- 24 ay müddətinə b aşa çatdıraraq müqavilə şərtlərinə əsasən “Mülkiyyətçi”yə mənzili təhvil vermək. 15. 1.3. Binanın tikintisi başa çatıb yeni mənzilə köçənədək “Mülkiyyətçi”nin qalacağı mənzilin kirayə haqqı "xxxx" MTK tərəfindən ödənilməyəcəkdir. 16. 1.4. “Mülkiyyətçi”nin qalmaq üçün kirayələdiyi otaq sayı, sahəsi (kv metr-lə) mülkiyyətində olan söküləcək mənzilin otaq sayı və sahəsinə uyğun olmalıdır. "xxxx" MTKnın binanın inşası dövründə verəcəyi kirayə haqqının məbləği söküləcək otaq sayı və sahəsindən asılı olaraq müəyyən edilir. 17. 1.5. Müqavilə bağlandıqdan sonra xx.xx.2019-cu il tarixədək mənzili boşaldaraq "xxxx" MTK-nın əməkdaşlarına təhvil verilməlidir. Əks halda müqavilə xx.xx.2019-cu il tarixində ləğv olunacaqdır. 18. "xxxx" MTK üzvlərinin ümumi yığıncağının 86 nömrəli protokolundan xx.xx.2019 -cu il tarixli çıxarışa əsasən Qanbayev X1 üzv qəbul olmaqla, MTK-nın Bakı şəhəri, Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi 9, 8-ci mərtəbə, ümumi sahəsi 64,8 kv metr olan 2 otaqlı 1 saylı mənzilin payçısı olması təsdiq edilmişdir. Sənədlər payçıya qabaqcadan qeydiyyat haqqında arayış verilməsi üçün ƏMDK-nin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə göndərilmişdir.
19. ƏMDK-nin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, X3 küçəsi, 9, M8, m1 ünvanında yerləşən daşınmaz əmlak (reyestr nömrəsi: **********78-05301-093084, qeydiyyat nömrəsi: **********) üzərində hüquq xx.xx.2019-cu il tarixdə tam mülki yyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 3013 nömrəli reyestr kitabının 281336 nömrəli vərəqində qabaqcadan qeydiyyata alınmışdır. Mənzilin 8-ci mərtəbədə yerləşməsi, 2 otaqdan, 64,8 kv metr ümumi sahədən ibarət olması arayışda öz əksini tapmışdır. 20. 13.07.2020-ci il tarixli ipoteka müqaviləsinə görə ipoteka qoyan-borcalan Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, X3 küçəsi
9. M8, m1 ünvanında yerləşən və Bakı şəhər Ərazi İdarəsi tərəfindən 19 mart 2019-cu il tarixində verilmiş, qeydiyyat nömrəsi ********** və reyestr nömrəsi **********78-05301-093084 olan hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışa əsasən ona məxsus yaşayış sahəsini (ipoteka predmetini) ipoteka qoyan-borcalan Cavabdeh və ipoteka saxlayan "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında Bakı şəhərində bağlanmış 04 oktyabr 2012-ci il tarixli 015/İK/B-12 nömrəli Kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayana ipotekaya verir. İpoteka predmeti 70000 manat dəyərində qiymətləndirilir. 21. "xxxx" MTK tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2020-ci il tarixli xəbərdarlıqda göstərilmişdir ki, 21 fevral 2019-cu il tarixdə tərəflər arasında bağlanmış olan müqavilənin şərtləri "xxxx" MTK-nı olduqca çətin vəziyyətə salmışdır. Belə ki, ərazidə olan yaşayış evlərinin mülkiyyətçilərinin mənzilərinin sökülməsi və tez bir zamanda həmin yaşayış evlərinin tikilərək mülkiyyətçilərə təhvil verilməsi öhdəliyi MTK-nı özü üçün ağır şərtlərlə Cavabdeh ilə müqavilə bağlamağa vadar etmişdir. Lakin həmin dövrdə bu vəziyyətdən istifadə edərək Cav abdeh ilə MTK-nı eyni tarixli başqa müqavilə bağlamağa vadar etməklə Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi, ev 1, mənzil 33 ünvanda yerləşən mənzilin sökülməsinin qarşılığı olaraq Feyzulla Qasımzadə küçəsində yerləşən 16 mərtəbəli 2 girişli binanın A girişində 6cı mərtəbədə layihə sənədlərinə əsasən 4 otaqlı, 174 kv metr olan təmirsiz mənzil, Akademik Topçubaşov küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın J girişinin 5ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı 64,8 kv metr təmirsiz mənzil və İ girişinin 7-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı 92,3 kv metr təmirsiz mənzilin Cavabdeh mülkiyyətinə verilməsi müəyyən edilmişdir. Həmin mərtəbəli 4 girişli binanın J girişində 8-ci mərtəbədə layihə sənədlərinə əsasən 2 ot aqlı 64,8 kv metr və İ girişinin 7-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı 92,3 kv metr təmirsiz mənzillər) 18 ay müddətində yaşayış binasının A girişində olan 67,5 kv metrdən ibarət 2 ədəd mənzillərlə (binanın 3-14-cü mərtəbələrində) dəyişdiriləcəyi həmin mənzilləri Cavabdeh təhvil verəcəyi müəyyən edilmişdir. Əvvəla bu müqaviləyə əsasən Cavabdeh xx.xx.2019-cu il tarixədək notarial qaydada müqavilənin bağlanılması üçün sənədləri "xxxx" MTK-ya təqdim etmək öhdəliyini götürsə də, imperativ olan bu öhdəliyi bu günədək icra etməmişdir. İkincisi isə müddətin həddindən artıq uzanması səbəbindən "xxxx" MTKnın sahibliyində və istifadəsində yuxarıdakı müqavilədə qeyd edilən 2 ədəd 67,5 kv metr sahələr artıq qalmamışdır və onların Cavabdeh verilməsi MTK-nın imkanı xaricindədir. Bu səbə bdən Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi, ev 1, mənzil 33 ünvanda yerləşən mənzilin sökülməsi qarşılığı olaraq "xxxx" MTK üçün kifayət qədər ağır şərtlərlə olsa belə, Feyzulla Qasımzadə küçəsində yerləşən 16 mərtəbəli 2 girişli binanın A girişində 6-cı mərtəbədə layihə sənədlərinə əsasən 4 otaqlı, 174 kv metr olan təmirsiz mənzil, Akademik Topçubaşov küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın J girişində 5-ci və 8-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı 2 ədəd 64,8 kv metr təmirsiz mənzili "xxxx" MTK-dan təhvil almaq, əvəzləşmə müqaviləsinin notarial qaydada bağlanması üçün zəruri sənədləri "xxxx" MTK-ya təqdim etmək və xx.xx.2020-ci il tarixədək notarial qaydada təsdiq ediləcək əvəzləşmə müqaviləsinin bağlanmasını təmin etmək xahiş edilmişdir. 22. "xxxx" MTK tərəfindən Cavabdeh ünvanlanmış pretenziyaya cavabda göstərilmişdir ki, xx.xx.2019-cu tarixli müqavilənin 1.1-ci bəndinin 2-ci abzasına əsasən müqavilə tərəfləri razılığa gəlmişlər ki, “Mülkiyyətçi” Cavabdeh xx.xx.2019-cu il tarixədək notarial qaydada müqavilənin bağlanılması üçün sənədləri, yəni ipotekada olan mənzilin ipotekadan çıxarılması və həmin mənzildə qeydiyyatda olan, 18 yaşına çatmış şəxslərin razılıq ərizələrini "xxxx" MTK-ya təqdim etməli idi. Eyni zamanda, müqavilənin 1.1-ci bəndinə əsasən Feyzulla Qasımzadə küçəsində yerləşən 16 mərtəbəli 2 girişli binanın A girişində 6-cı mərtəbədə layihə sənədlərinə əsasən 4 otaqlı 174 kv metr olan təmirsiz mənzil, Akademik Topçubaşov küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın J girişind ə 8-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı 64,8 kv metr olan təmirsiz mənzil və İ girişində 7-ci mərtəbədə layihə sənədlərinə əsasən 2 otaqlı 92,3 kv metr olan təmirsiz mənzilin ipotekadan azad edildikdən sonra notariat qaydasında təsdiq ediləcək müqaviləyə əsasən Cavabdeh mülkiyyətinə veriləcəyi göstərilmişdir. Cavabdeh bu öhdəliyi icra etmədiyindən "xxxx" MTK 21 fevral 2019-cu tarixli 57 nömrəli ilkin müqavilə üzrə öhdəliklərə xitam verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və iş hazırda Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olmaqla işə hazırlıq iclası 27 mart 2023-cü il tarixinə təyin edilmişdir. Bu səbəbdən pretenziyaya məktubundakı tələblərlə bağlı qeyd olunan işin nəticəsinin gözlənilməsi qeyd edilmişdir. 23. "xxxx" MTK tərəfindən Cavabdeh ünv anlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, aralarında bağlanmış 21 fevral 2019-cu tarixli müqavilənin 1.1-ci bəndinin 2-ci abzasında müəyyən edilmiş şərtə əsasən Cavabdeh tərəfindən 30 mart 2019-cu il tarixədək mülkiyyətində olmuş və yuxarıda adı çəkilən mənzilə dair sənədlərin notarial qaydada müqavilənin bağlanması üçün MTK-ya verilməsi öhdəliyi icra olunmadığından MTK Cavabdeh qarşı 21 fevral 2019-cu tarixli müqavilənin etibarsız hesab edilməsi ilə bağlı Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və iş hazırda həmin məhkəmənin icraatındadır. Bu səbəbdən MTK-ya ünvanlanan 06 sentyabr 2021-ci il tarixli müraciətdə MTK tərəfindən müqavilənin şərtlərinə əməl edilməməsi ilə bağlı göstərilənlər yalan və böhtandan savayı bir şey deyildir. Əslində isə Cavabdeh MTKnın düşdüyü çətin durumdan istifadə etməklə MTK-nı bu müqaviləni bağlamağa məcbur etməklə bərabər müqavilə üzrə öhdəliyini də icra etməmiş, bu isə onun bu müqaviləni bağlamaq niyyətinin olmadığına dəlalət edir. Halbuki, müvafiq orqanda qeydiyyatı aparılan daşınmaz əmlaklar üzərində sərəncam verilməsi yalnız notarial müqavilənin bağlanması ilə mümkündür. Bu, mülki qanunvericiliyin imperativ müddəasıdır. Yaranmış mübahisənin məhkəmə müstəvisində olduğundan məhkəmə qərarını gözləmək tövsiyə edilmişdir.
24. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-293/2021 saylı xx.xx.2021ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Bakı şəhəri, Feyzulla Qasımzadə küçəsində yerləşən 16 mərtəbəli 2 girişli binanın A girişində 6-cı mərtəbəsində layihə sənədlərinə əsasən 4 otaqlı, 17 4 kv metr təmirsiz mənzil, Akademik Topçubaşov küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın J girişində 5-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı 64,8 kv metr təmirsiz mənzil və J girişində, 8-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı 64,8 kv metr təmirsiz mənzillə bağlı "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış 21 fevral 2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Feyzulla Qasımzadə küçəsində yerləşən 16 mərtəbəli 2 girişli binanın A girişində 6-cı mərtəbəsində layihə sənədlərinə əsasən 4 otaqlı, 174 kv metr təmirsiz mənzil, Akademik Topçubaşov küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın J girişində 5-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı 64,8 kv metr təmirsiz mənzil və İ girişində 7-ci mərtəbəsində layih ə sənədlərinə əsasən 2 otaqlı 92,3 kv metr olan təmirsiz mənzillə bağlı "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış 21 fevral 2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi, iddia tələbinin qalan hissədə rədd olunması qət edilmişdir.
25. Bakı Apellyasiya Məhkəməsinin 19 may 2022-ci il tarixli 2(103)-2610/2022 saylı qətnaməsi ilə iddiaçı "xxxx" MTK-nın apellyasiya şikayətinin qismən, Cavabdeh apellyasiya şikayətinin tam təmin olunması, Nəsimi Rayon Məhkəməsinin 2(006)293/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin rədd edilməsi, məhkəmə xərclərinin tərəflərə aid edilməsi qət olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5033/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19 may 2022-ci il tarixli 2(103)-2610/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
26. İddiaçı "xxxx" MTK Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MTK ilə Cavabdeh arasında bağlanmış 21 fevral 2019-cu il tarixli 57 nömrəli ilkin müqavilə üzrə öhdəliklərə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
27. İddia tələbi onunla əsaslandırılmışdır ki, MTK tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı tarixli 86 nömrəli qərarına əsasən Bakı şəhərinin digər rayonlarında olduğu kimi, Nəsimi rayonu ərazisində də Ak.Topçubaşov, Abbas Səhhət, Xan Şuşinski və Feyzulla Qasımzadə küçələrinin əhatə etdiyi məhəllədə “P ilot” layihə icra olunmaqdadır. Həmin ərazidə olan yaşayış və qeyri-yaşayış sahələrinin bütün mülkiyyətçiləri (160 mülkiyyətçi) ilə razılaşma əldə olunaraq sahələr boşaldılmış və tikinti işlərinə başlanılmışdır. Nəsimi rayon İcra Hakimiyyəti ilə MTK arasında bağlanmış müqaviləyə əsasən sakinlərin malik olduqları sahələrə əlavə olaraq 15 faizdən artıq olmaqla sahələr verilmişdir. Həmin vaxtda cavabdehin yaşadığı mənzilin yerləşdiyi binanın yerində inşa ediləcək yeni binanın bütün sakinləri ilə razılıq əldə edilmiş və həmin sakinlər mənzilləri üçün kirayə haqqı ödənilməklə mənzillərini təhvil vermişdir. Bu isə 2017-ci ilin iyun ayına təsadüf etmişdir. Belə olan halda MTK-nın bu sakinlər qarşısında müqavilədən doğan öhdəliyini və həmçinin Nəsimi rayon İcra Hakimiyyəti ilə bağlamış olduğu müqa vilədən doğan öhdəliyini icra etməsi üçün yeni binanın tikinti işlərinə başlaması vacib idi. Cavabdeh isə 1 il 6 ay ərzində MTK ilə razılığa gəlməyərək bu işləri gecikdirmişdir. Cavabdehə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi, 1 saylı evin 33 saylı mənzili "xxxx" ASC-dən götürülmüş kreditin təminatı olaraq ipotekaya qoyulduğundan cavabdehin təklifi ilə 21 fevral 2019-cu il tarixdə cavabdehin mülkiyyətində olan bu mənzilin xx.xx.2019-cu il tarixədək ipotekadan çıxarılması və həmin mənzilə dair notariat qaydasında əvəzləşmə müqaviləsinin bağlanması məqsədi ilə əvvəlcə mülkiyyətində olan 64,5 kv metrdən ibarət olan 3 otaqlı mənzili üçün MTK ilə əvvəlcə 4 otaqlı 174 kv metr təmirsiz mənzil, 2 otaqlı 64,8 kv metr təmirsiz mənzil və 64,8 kv metr 2 otaqlı təmirsiz mənz ilin verilməsi ilə bağlı müqavilə bağlanmış, sonra isə mülkiyyətçi mənzilinin ipotekadan çıxarılması üçün müddəti xx.xx.2019-cu il tarixədək uzatmaq üçün bağlanmış bu müqavilə tərəflərin iradə ifadəsi ilə ləğv edilərək MTK ilə mülkiyyətində olan 64,5 kv metr-dən ibarət olan 3 otaqlı mənzili üçün Feyzulla Qasımzadə küçəsində yerləşən 16 mərtəbəli 2 girişli binanın A girişində 6-cı mərtəbədə layihə sənədlərinə əsasən 4 otaqlı 174 kv metr olan təmirsiz mənzil, Akademik Topçubaşov küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın J girişində 8-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı 64,8 kv metr olan təmirsiz mənzil və İ girişində 7-ci mərtəbədə layihə sənədlərinə əsasən 2 otaqlı 92.3 kv metr olan təmirsiz mənzil ilə bağlı 57 saylı 2-ci yeni İlkin müqavilə bağlanmışdır. Qeyd olunan müqavilədən də göründüyü kimi, müqavilənin bağlanmasının məqsədi məhz cavabdehin mülkiyyətində olan mənzilin ipotekadan çıxarılması və həmin mənzilə dair əvəzləşmə müqaviləsinin bağlanması olmuşdur. Məlumdur ki, müqavilə tərəflərin iradə azadlığını əks etdirir və tərəflərdə bu müqaviləni imzalayarkən qarşılıqlı razılıq əsasında müqavilədə göstərilən mənzillərin yalnız hazırkı iş üzrə cavabdehin mülkiyyətində olan mənzili ipotekadan azad edildikdən sonra notariat qaydasında təsdiq ediləcək müqaviləyə əsasən cavabdehin mülkiyyətinə veriləcəyini razılaşdırmışlar. Cavabdeh isə bu öhdəliyini icra etməmiş və tərəflər arasında həmin mənzillərlə bağlı notarial təsdiqli müqavilə bağlanmamış, qeyd olunan öhdəliyin icrası ilə bağlı cavabdeh tərəfin nəzərinə çatdırılmasına dair 27 yanvar 2020- ci il tarixdə məktubla xəbərdar edilməsinə baxmayaraq qarşı tərəf heç bir cavab verməmiş, bu səbəbdən də həmin mənzillərin cavabdehin mülkiyyətinə keçməsində tərəflər arasında bağlanmış 21 fevral 2019-cu il tarixli müqavilənin icrası şərti baxımından mümkünsüzdür. Göründüyü kimi, cavabdeh mülkiyyətində olan mənzilin ipotekadan çıxarılması və həmin mənzilə dair notariat qaydasında əvəzləşmə müqaviləsinin bağlanması məqsədi ilə razılığa gələrək bağlamış olduğu 21 fevral 2019-cu il tarixli müqavilə üzrə öhdəliyini icra etməmişdir. Ləğvi tələb olunan xx.xx.2019-cu tarixli müqavilənin mahiyyətindən göründüyü kimi tərəflər arasında ifadə olunan iradə xx.xx.2019-cu il tarixdə cavabdeh tərəfindən mülkiyyətində olan mənzilin ipotekadan çıxarılmasına dair və digər zəruri sənədləri MTKya təqdim etmək, bununla da notarial qaydada təsdiq olunacaq əvəzləşmə barədə əsas müqavilənin bağlanmasına yönəlmişdir. Lakin edilmiş xəbərdarlıqlara baxmayaraq, əsas müqavilənin bağlanması ilə bağlı ilkin müqavilə üzrə öhdəlik cavabdeh tərəfindən icra edilməmişdir. İlkin müqavilənin bağlandığı tarixdən uzun müddət keçməsinə baxmayaraq, xx.xx.2019-cu tarixli ilkin müqavilədən irəli gələn öhdəliyini icra etməmiş, bu öhdəliyini icra edərək əsas müqaviləni bağlamaq barədə təklif göndərməmiş, hətta 27 yanvar 2020-ci il tarixli xəbərdarlıq məktubuna cavab verməmişdir.
28. Eyni zamanda, Cavabdeh "xxxx" MTK-ya qarşı qarşılıqlı iddia ərizəsi, daha sonra qarşılıqlı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu tarixli müqaviləyə əsasən Bakı şəhəri, Feyzulla Qasımzad ə küçəsində yerləşən 16 mərtəbəli 2 girişli binanın “A” girişində 6-cı mərtəbəsində 174 kv metr mənzilə, 7-ci mərtəbəsində 92,3 kv metr mənzilə dair borcun olmaması barədə maliyyə arayışlarının, üzvlüyə qəbulla bağlı protokoldan çıxarışların və layihədən təsdiq edilmiş çıxarışın, eyni zamanda mənzillərin özəlləşdirilməsi, çıxarışın verilməsi, mənzilin dövlət qeydiyyatı üçün zəruri sənədlərin Cavabdeh verilməsinin, bununla bağlı bütün zəruri hərəkətlərin aparılmasının Mənzil Tikinti Kooperativinə tapşırılması, 8-ci mərtəbəsində 64,8 kv metr 2 otaqlı mənzilin, 7-ci mərtəbəsində 92,3 kv metr 2 otaqlı mənzilin Cavabdeh təhvil verilməsinin və təmir üçün şəraitin yaradılmasının Mənzil Tikinti Kooperativinə həvalə edilməsi və ödənilmiş dövlət rüsumunun Mənzil Tikinti Kooperativindən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
29. Qarşılıqlı iddia tələbi belə əsaslandırılmışdır ki, Bakı şəhəri, F.Qasımzadə küçəsi, ev 1, mənzil 33 onun mülkiyyətindədir. ünvan 9 ünvanı üzrə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 11 saylı, xx.xx.2017-ci il tarixli sərəncamına uyğun olaraq 33 saylı mənzilin mülkiyyətçisi kimi ona bildirilmişdir ki, “şifahi razılaşmaya uyğun olaraq müqavilə hazırdır, gəl qol çək”. xx.xx.2019-cu il tarixdə Mənzil-Tikinti Kooperativinin ofisinə getmiş, və müqaviləyə qol çəkdikdən sonra ona maliyyə arayışı, protokoldan çıxarış verilmişdir. Həmin sənədləri evə gətirib oxuduqda görmüşdür ki, müqavilədə göstərilən 64,5 kv metretrlik 2 mənzil Topçubaşov küçəsinə baxan binadadır və dərhal ofisə qayıdıb səbəbini soruşmuşdur. Kooperativi faktiki idarə edən və sədrin etibarnamə üzrə nümayəndəsi Elmar adlı şəxs ona bildirmişdir ki, F.Qasımzadə küçəsinə baxan binadakı 67,5 kv metretrlik 2 mənzili verməyə söz versələr də, anlaşılmazlıq olub, onları satıblar, lakin həmin mənzili alıb geri qaytaracaqlar. Elmar adlı şəxs ciddi danışdığını və onu arxayın etmək üçün 92,3 metrlik 2 otaqlı mənzili verdiyini, əgər 1,5 il ərzində F.Qasımzadə küçəsinə baxan binadakı 67,5 kv metretrlik mənzili ona verə bilməsələr, müqavilənin olduğu kimi qalacağını bildirmişdir (174+92,3+64,5). O Elmarın təklifi ilə razılaşmış və onlar bu şərtlərlə müqavilə bağlamışlar. Müqavilənin bağlanmasından xeyli müddət keçsə də, cavabdeh Mənzil-Tikinti Kooperativi müqavilə şərtlərini icra etmir. Ona yalnız 4 otaqlı mənzil təhvil verilmiş, 64,5 kv metretrdən ibarət mənzilin q apısının üst açarları təhvil verilsə və mənzilə əşyalarını yığsa da, sonradan mənzilin qapısı alt açarlarla bağlanmışdır. Həmin mənzilin 1 açarı onda, digər açarı isə Mənzil-Tikinti Kooperativindədir. Ona görə də müqavilə şərtlərinə əməl edilməli, mənzillər və mənzillərə dair maliyyə arayışı və protokoldan çıxarış, mənzillərin cizgisi ona təhvil verilməlidir. Bununla bağlı Mənzil-Tikinti Kooperativinə etdiyi pretenziyaya verilmiş xx.xx.2021-ci il tarixli və sonrakı cavabda ona aralarında olan məhkəmə işinə uyğun gözləmək tövsiyə edilmişdir.
30. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 16 may 2023-cü il tarixli 2(006)-1037/2023 nömrəli qətnaməsi ilə (hakim G.Abidova) ilkin iddia ərizəsi təmin edilməmiş, qarşılıqlı iddia qismən təmin edilmiş, Bakı ş əhəri, Feyzulla Qasımzadə küçəsində yerləşən, 16 mərtəbəli, 2 girişli binanın “A” girişində 6-cı mərtəbəsində layihə sənədlərinə əsasən 4 otaqlı, 174 kv metr mənzilə, Akademik Topçubaşov küçəsində yerləşən, 14 və 16 mərtəbəli, 4 girişli binanın “İ” girişində 7-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı, 92,3 kv metr mənzilə dair borcun olmaması barədə maliyyə arayışlarının, üzvlüyə qəbulla bağlı protokoldan çıxarışların, layihədən təsdiq edilmiş çıxarışın (ilkin hüquqmüəyyənedici sənədlərin) verilməsi, Bakı şəhəri, Akademik Topçubaşov küçəsində yerləşən, 14 və 16 mərtəbəli 4 girişli binanın “J” girişində, 8-ci mərtəbəsində, layihə sənədlərinə əsasən 64,8 kv metr, 2 otaqlı mənzilin, Akademik Topçubaşov küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın “İ” girişində, 7-ci mərtə bəsində, 92,3 kv metr, 2 otaqlı mənzilin Cavabdeh təhvil verilməsi "xxxx" Mənzil-Tikinti Kooperativinə həvalə edilməsi, qarşılıqlı iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 100 manat dövlət rüsumunun 80 manat hissəsinin "xxxx" Mənzil-Tikinti Kooperativindən tutularaq Cavabdeh ödənilməsi, qalan hissəsinin isə Cavabdeh aid edilməsi, qarşılıqlı iddianın qalan hissədə rədd olunması qət edilmişdir.
31. Məhkəmə ilkin iddia tələbinə münasibətdə qeyd etmişdir ki, MTK-nın Cavabdehlə müqavilə bağlamaqda əsas niyyəti Cavabdeh də digər mənzil sahibləri kimi razı salaraq, mənzilini təhvil alıb sökmək və yerində yeni bina tikmək olmuşdur. Müqavilə bağlandıqdan sonra Cavabdeh mənzilinin MTK-ya təhvil verildiyi vaxt MTK əsas niyyətinə çatmışdır. MTK Cavabdeh məxsus mənzili əldə etmək üçün danı şıqlar əsnasında, öz istəyi ilə və qarşılıqlı razılığa əsasən ümumi sahələri Cavabdeh məxsus mənzildən artıq olan 3 ədəd təmirsiz mənzili Cavabdeh təhvil vermək barədə öhdəlik götürmüş, lakin həmin öhdəliyini yerinə yetirməmişdir. Belə ki, məhkəmə araşdırmaları nəticəsində məlum olmuşdur ki, müqavilə üzrə verilən mənzillərdən sadəcə biri – sahəsi 174 kv metr olan mənzil Cavabdeh təhvil verilmiş, sahəsi 64,8 kv metr olan digər mənzili ipoteka ilə yüklü etmək üçün zəruri sənədləri isə məhz özünün Cavabdeh təhvil aldığı mənzilin ipoteka ilə yüklülüyünə xitam verilməsi üçün təhvil vermiş, sahəsi 92.3 kv metr olan mənzil barəsində isə ümumiyyətlə heç bir hərəkət edilməmişdir. Sahəsi 64,8 kv metr olan mənzilin açarlarından biri Cavabdeh verilmiş, o, əşyalarını həmin mənzilə yığdıqdan sonra MTK-d a olan başqa bir açarla həmin mənzil bağlanmış, faktiki olaraq mənzil Cavabdeh təhvil verilməmişdir. Göründüyü kimi, MTK müqavilə üzrə əldə etmək istədiyinə nail olduqdan sonra hüququndan sui-istifadə edərək müxtəlif bəhanələrlə Cavabdeh qarşısında öz üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməmişdir.
32. Məhkəmə iş materialları əsasında müəyyən etmişdir ki, MTK-nın mənzilləri təhvil verməmək məqsədilə “müqavilənin etibarsız hesab olunması”na dair qaldırdığı iddia tələbi təmin edilməmişdir. Bundan sonra MTK hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, MTK bu hərəkətləri Cavabdeh qarşısında olan müqavilə öhdəliyini icra etməyərək, müddətin uzadılması məqsədilə edir.
33. Məhkəmə həmçinin qeyd etmişdir ki, müqavilə üzrə öhdəliklərin bir qismi tərəflərin ö z arzusu və iradəsi ilə həyata keçirilmiş, MTK müqaviləni bağlayarkən nəzərdə tutduğu əsas niyyətinə nail olmaq üçün müqaviləni qismən icra etmiş, əsl niyyətinə çatdıqdan sonra isə öhdəliklərini icra etmək istəmədiyindən həmin müqaviləni ilkin müqavilə adlandırmış və müvafiq tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən müqavilə araşdırılan zaman həqiqətən də müəyyən edilir ki, tərəflər gələcəkdə notariat qaydasında təsdiq edilən müqavilə bağlanması barədə razılığa gəlmişlər. Lakin belə razılığın olması hazırda mübahisələndirilən müqaviləyə ilkin müqavilə statusu vermək və nəzərdə tutulan müqavilə bağlanmadığından mübahisələndirilən müqavilə üzrə öhdəliklərə xitam vermək üçün əsas hesab edilə bilməz. Ona görə ki, yuxarıda da qeyd olunduğu kimi, tərəflər müqavilə üzrə öhdəliklərin i qismən də olsa yerinə yetirmiş, həmin müqaviləni bəyənərək aralarında olan münasibətləri növbəti səviyyələrə gətirmişlər. Lakin, yenə də yuxarıda qeyd edildiyi kimi, MTK artıq istədiyini əldə etdikdən sonra müxtəlif iddia tələbləri ilə məhkəməyə müraciət edərək, öz öhdəliklərini yerinə yetirməkdən boyun qaçırmaq istədiyini nümayiş etdirmişdir.
34. Məhkəmə hesab etmişdir ki, MTK-nın hazırki iddia tələbi mülki qanunvericilik baxımından hüquqdan sui-istifadənin xüsusi növü olan “öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirmə” xarakteri daşıyır. Bundan başqa, MTK-nın “Cavabdeh tərəfindən verilən mənzilin ipoteka yüklülüyündən azad edilmədiyi” dəlilinə münasibətdə məhkəmə qeyd etmişdir ki, MTK tərəfindən Cavabdeh təqdim edilən mənzil (müqavilədə nəzərdə tutulan ik inci mənzil), həqiqətən də ipoteka ilə yüklü edilmiş, lakin həmin vaxt ipoteka yüklülüyündən azad edilməsi nəzərdə tutulan MTK-ya təhvil verilən mənzil artıq söküldüyündən müqavilənin bu şərti icra edilməmiş qalmışdır.
35. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə qeyd etmişdir ki, tərəflər Cavabdeh məxsus mənzilin alınıb MTK tərəfindən sökülməsi ilə Cavabdeh 3 ədəd yeni təmirsiz mənzilin verilməsi barədə razılığa gəlmişlər, Cavabdeh öhdəliyini yerinə yetirərək mənzilini MTK-ya təhvil vermiş, lakin MTK müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam icra etməmişdir.
36. Qarşılıqlı iddia tələbinin “mənzilin dövlət qeydiyyatı üçün zəruri sənədlərin Cavabdeh verilməsi, bununla bağlı bütün zəruri hərəkətlərin aparılmasının Mənzil-Tikinti Kooperativinə tapşırılması” hissəsinə münasibətdə qe yd edilməlidir ki, tələb bu hissədə qeyri-müəyyən olduğundan təmin edilməməlidir. Yuxarıda qeyd edildiyi kimi, “mənzilə dair ilkin hüquqmüəyyənedici sənədlərin, yəni borcun olmaması barədə maliyyə arayışlarının, üzvlüyə qəbulla bağlı protokoldan çıxarışların, layihədən təsdiq edilmiş çıxarışın verilməsi” tələbinin təmin edilməsi hər iki tərəfin hüquqları və qətnamənin icrasının həyata keçirilməsi zamanı qeyri-müəyyənlik yaranmaması baxımından daha məqsədəmüvafiqdir.
37. Qarşılıqlı iddia tələbinin “təmir üçün şəraitin yaradılmasının Mənzil-Tikinti Kooperativinə həvalə edilməsi” hissəsinə münasibətdə qeyd edilməlidir ki, məhkəmə araşdırmaları zamanı Cavabdeh bildirmişdir ki, mənzillər təmirsiz olduğundan həmin mənzilləri təmir etmək zərurəti vardır. Lakin o ehtimal edir ki, MTK mənzilləri on a təhvil versə də, həmin mənzilləri təmir etməyə şərait yaratmayacaq, lifti bağlayacaq, işıqları söndürəcək və digər maneələr yaradacaqdır. Hazırda belə maneələrin olmasına dair sübutlar olmadığından, tələb bu hissədə təmin edilə bilməz. Eyni zamanda qeyd edilməlidir ki, iddia edilən hərəkətlər gələcəkdə MTK tərəfindən törədildiyi təqdirdə Cavabdeh müvafiq tələblərlə məhkəməyə müraciət etmək hüququ istisna olunmur.
38. Məhkəmə mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəllənin 1.2, 324.1, 324.4, 390.1, 402.1, 402.4, 402.5, 404.1-404.2, 405.1, 560.1-560.3, 560.3, 560.3.2, 6.2, 385.1, 386.1, 442, 445.2, 445.2.1, 448.1-ci, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 8 may 2008-ci il tarixli qərarına, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
39. İddiaçı MTK apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin təmin olunması və qarşılıqlı iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
40. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Əgər MTK-nın niyyəti məhkəmənin qeyd etdiyi kimi, Cavabdeh aid mənzilin tez bir zamanda sökülməsi idisə onda, həmin mənzil boşaldılan kimi MTK tərəfindən sökülərd i. Cavabdehlə bağlanmış olan 21 fevral 2019-cu il tarixli ilkin müqavilə üzrə öhdəliyə əsasən xx.xx.2019-cu ilə qədər mənzilin ipotekadan çıxarılması üçün Cavabdeh imkanı olduğu halda o, bu öhdəliyini icra etməmiş və xx.xx.2019cu tarixli müqavilənin mahiyyətindən göründüyü kimi xx.xx.2019-cu il tarixdə cavabdeh tərəfindən mülkiyyətində olan mənzilin ipotekadan çıxarılmasına dair və digər zəruri sənədlərin MTK-ya təqdim etmək, bununla da notarial qaydada təsdiq olunacaq əvəzləşmə barədə əsas müqavilənin bağlanmasına dair öhdəliyi icra edilməmişdir.
41. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4925/2023 nömrəli, 18 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Vahid Sadıqov(sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Məmməd Rüstəmli) apellyasiya şikayəti təmin edilm əmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
42. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbinin əsassız olduğu üçün təmin edilməməsinə dair nəticəsini qanuni və əsaslı saymışdır.
43. Məhkəmə kollegiyası hesab etmişdir ki, məhkəmə mübahisələndirilən müqavilənin ilkin müqavilə olmaması barədə nəticəyə gəlməkdə haqlı olmuşdur. İlkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Əslində, bu müqavilə əmlaklarla, işlərlə və xidmətlərlə bağlı əsas müqavilə bağlanması öhdəliyini öz üzərinə götürmək barədə razılaşmadır.İlkin təşkilati müqavilədir, əsas müqavilənin meydana gəlməsinin təminatçısıdır. Onun məqsədi gələcəkdə bu və ya digər müqavilənin bağlanmasını təşkil etməkdir. Lakin sözügedən müqavilə üzrə tərəflər öhdəliklərinin bir qismini icra etmişlər, cavabdeh müqavilə bağlandıqdan dərhal sonra mənzilini təhvil vermiş, mənzil MTK tərəfindən sökülmüşdür, eyni zamanda MTK 3 ədəd təmirsiz mənzili Cavabdeh təhvil vermək barədə öhdəlik götürmüş, mənzillərdən biri – sahəsi 174 kv metr olan mənzil Cavabdeh təhvil verilmiş, sahəsi 64,8 kv metr olan mənzil Cavabdeh adına ilkin qeydiyyata alınmaqla açarlarından biri ona verilmiş, o, əşyalarını həmin mənzilə yığdıqdan sonra MTK-da olan başqa bir açarla həmin mənzil bağlanmış, faktiki olaraq isə mənzil Cavabdeh təhvil verilməmiş, sahəsi 92.3 kv metr olan mənzil barəsində isə ümumiyyətlə heç bir hərəkət edi lməmişdir.
44. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflərin hər ikisi müqavilə üzrə öhdəliklərini qismən icra etmişlər, məhkəmə haqlı olaraq göstərmişdir ki, tərəflər müqavilə üzrə öhdəliklərini qismən də olsa yerinə yetirmiş, həmin müqaviləni bəyənərək aralarında olan münasibətləri növbəti səviyyələrə gətirmişlər. MTK artıq istədiyini əldə etdikdən sonra müxtəlif iddia tələbləri ilə məhkəməyə müraciət edərək, öz öhdəliklərini yerinə yetirməkdən boyun qaçırmaq istədiyini nümayiş etdirmişdir. Məhkəmə əsaslı olaraq MTK-nın hazırki tələbinin hüquqdan sui-istifadə xarakteri daşınması qənaətinə gələrək ilkin iddianı rədd etmişdir. Mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə isti fadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, hüquq sistemi hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası hər bir şəxsdən dürüst bir insan olaraq gözlənilən davranışı ifadə edir; bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, bir təməl hüquq prinsipidir. Qarşılıqlı iddianın mübahisələndirilən hissəsinə münasibətdə isə artıq qeyd edildiyi kimi MTK müqaviləyə əsasən 3 ədəd təmirsiz mənzil verməyi öhdəsinə götürsə də, bu barədə öhdəliyini tam icra etməmişdir. Belə olan hal da qarşılıqlı iddiaçı da haqlı olaraq təhvil verilməmiş digər iki mənzilin təhvil verilməsini tələb etmişdir.
45. Məhkəmə kollegiyası mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 390.1, 402.1, 402.4, 402.5, 404.1-404.2, 405, 560.1, 560.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
46. İddiaçı (Vəkil1 oğlu) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir
47. Kassasiya şikayəti iddia ərizəsinə və apellyasiya şikayətinə uyğun əsaslandırılmışdır.
48. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)617/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə (hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi hakim) X5 və X7) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2023-cü il tarixli 2(103)-4925/2023 saylı qətnaməsi “Bakı şəhəri, Akademik Topçubaşov küçəsində yerləşən, 14 və 16 mərtəbəli, 4 girişli binanın “İ” girişində 7-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı, 92,3 kv metr mənzilə dair borcun olmaması barədə maliyyə arayışının, üzvlüyə qəbulla bağlı protokoldan çıxarışın, layihədən təsdiq edilmiş çıxarışın (ilkin hüquq müəyyənedici sənədlərin) verilməsi, Akademik Topçubaşov küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın “İ” girişində, 7-ci mərtəbəsində, 92,3 kv metr, 2 otaqlı mənzili n Cavabdeh təhvil verilməsi vəzifəsinin "xxxx" Mənzil-Tikinti Kooperativinə həvalə edilməsi” hissəsində ləğv edilərək iş həmin hissədə yenidən baxılması üçün göndərilmişdir. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
49. Məhkəmə kollegiyası hesab etmişdir ki, işə baxılarkən Bakı şəhəri, Akademik Topçubaşov küçəsində yerləşən, 14 və 16 mərtəbəli, 4 girişli binanın “İ” girişində 7-ci mərtəbəsində yerləşən 2 otaqlı, 92,3 kv metr mənzilin mülkiyyətçisi işə cəlb olunmadığına görə, kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi «Bakı şəhəri, Akademik Topçubaşov küçəsində yerləşən, 14 və 16 mərtəbəli, 4 girişli binanın “İ” girişində 7-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı, 92,3 kv metr mənzilə dair hissədə ləğv edilməli, qalan hiss ədə qətnamə dəyişdirilmədən saxlanmalıdır.
50. Belə ki, apelyasiya instansiyası məhkəməsi «Bakı şəhəri, Feyzulla Qasımzadə küçəsində yerləşən, 16 mərtəbəli, 2 girişli binanın “A” girişində 6-cı mərtəbəsində layihə sənədlərinə əsasən 4 otaqlı, 174 kv metr mənzilə dair borcun olmaması barədə maliyyə arayışının, üzvlüyə qəbulla bağlı protokoldan çıxarışların, layihədən təsdiq edilmiş çıxarışın (ilkin hüquqmüəyyənedici sənədlərin) verilməsi, Bakı şəhəri, Akademik Topçubaşov küçəsində yerləşən, 14 və 16 mərtəbəli 4 girişli binanın “J” girişində, 8-ci mərtəbəsində, layihə sənədlərinə əsasən 64,8 kv metr, 2 otaqlı mənzilin Cavabdeh təhvil verilməsi "xxxx" Mənzil-Tikinti Kooperativinə həvalə edilməsi, qarşılıqlı iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 100 manat dövlət rüsumunun 80 ma nat hissəsinin "xxxx" Mənzil-Tikinti Kooperativindən tutularaq Cavabdeh ödənilməsi, qalan hissəsinin isə Cavabdeh aid edilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi» hissəsində düzgün nəticəyə gəlmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
51. Lakin məhkəmə Akademik Topçubaşov küçəsində yerləşən, 14 və 16 mərtəbəli, 4 girişli binanın “İ” girişində 7-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı, 92,3 kv metr mənzilə dair borcun olmaması barədə maliyyə arayışının verilməsi, həmin mənzilin Cavabdeh təhvil verilməsi hissəsində işin halları tam araşdırılmadığına və üçüncü şəxsin mənafelərinə toxunduğuna görə ləğv olunmalıdır.
52. Belə ki, kassatorun nümayəndəsi tərəfindən elektron kabinetdə yerləşdirilmiş sənədlərdən görün düyü kimi Nəsimi rayonu, Akademik Topçubaşov küçəsində yerləşən, 14 və 16 mərtəbəli, 4 girişli binanın “İ” girişində 7-ci mərtəbəsində 2 otaqlı, 92,3 kv metr mənzilə dair "xxxx" MTK ilə Maraqlı şəxs arasında xx.xx.2018-ci il tarixli müqavilə bağlanmış, həmin mənzil 100000 manata sonuncuya verilmişdir. Qeyd olunan mənzil üzərində Maraqlı şəxs mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022ci il tarixdə qeydiyyata alınmışdır.
53. Göründüyü kimi, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi Maraqlı şəxs qanunla qorunan mülkiyyət hüququna toxunur.
54. Mülki Prosessual Məcəllənin 9-cu maddəsinə müvafiq olaraq, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllədə başqa hal nəzərdə tutulmayıbsa məhkəmədə mübahisəyə işdə iştirak edə n şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.
55. Qeyd olunduğu kimi, mübahisəli Akademik Topçubaşov küçəsində yerləşən, 14 və 16 mərtəbəli, 4 girişli binanın “İ” girişində 7-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı, 92,3 kv metr mənzilə mülkiyyət hüququ Maraqlı şəxs keçmişdir. Bu isə onun mülkiyyətçi kimi, əldə edilmiş əşyanın sonrakı məhkəmə mübahisələri zamanı müqəddəratının həll edilməsində müvafiq subyektiv hüquqlara malik olmasına dəlalət edir.
56. Lakin Maraqlı şəxs tərəf kimi işə cəlb edilmədən yuxarıda göstərilən məhkəmə qərarları ilə mülkiyyətində olan əmlaka dair məsələ həll edilmiş, nəticədə Konstitusiyanın 29-cu maddəsinin İ hissəsində təsbit olunmuş mülkiyyət hüququ pozulmuşdur.
57. Göründüyü kimi baxılan iş üzrə Maraqlı şəxs münasibətdə sadalanan səciyyəvi əlamətlər mövcuddur və MPM-nin 418.4.6-cı maddəsinə əsasən, onun mülkiyyət hüququnun müdafiəsinin təminatları baxımından apelyasiya instansiyası məhkəməsinin qətnaməsi Akademik Topçubaşov küçəsində yerləşən, 14 və 16 mərtəbəli, 4 girişli binanın “İ” girişində 7-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı, 92,3 kv metr mənzilə aid hissədə ləğv edilməlidir.
58. Məhkəmə kollegi yası kassatorun nümayəndəsi tərəfindən elektron kabinetdə yerləşdirilmiş sənədlərin (xx.xx.2018-ci il tarixli müqavilənin və mənzil üzərində Maraqlı şəxs mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınması barədə çıxarışın) qəbul edilməsinin yolverilənliyi ilə bağlı qeyd etmişdir ki, işin mahiyyəti üzrə həllinə aid sübutlarla, şikayətin dəlillərindən asılı olmayaraq MPM-nin 418.4-cü maddəsində yoxlanılan prosessual məsələlərə aid məlumatlar fərqləndirilməlidir.
59. Eyni zamanda kassasiya instansiyası məhkəməsinin işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələnin onların hüquqlarının pozulması ilə nəticələnməklə həll edilməsi, kassasiya instansiyası məhkəməsinin qərarının əlavə kassasiya qaydasında ləğv edilməs i üçün əsaslardan biri kimi çıxış edir (MPM-nin 424.2.2ci maddəsi). Buna görə də işdə iştirak etməyə cəlb edilməmiş şəxslərin hüquq və vəzifələrinə dair onların hüquqlarının pozulmasına səbəb olan qətnamə qəbul etməsinə dair məlumatların gecikdirilmiş sübut kimi qiymətləndirilməsi və qəbul edilməsindən imtina olunması yolverilməzdir.
60. Mövcud vəziyyət, qətnamənin Akademik Topçubaşov küçəsində yerləşən, 14 və 16 mərtəbəli, 4 girişli binanın “İ” girişində 7-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı, 92,3 kv metr mənzillə bağlı hissədə icrasını da mümkünsüz edir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
61. Mülki iş yeni apellyasiya baxışına qaytarıldıqdan sonra işdə iştirak etməyə cəlb olunmayan şəxs Maraqlı şəxs birinci instansiya məhkəməsinin qətnaməsindən ape llyasiya şikayəti vermişdir.
62. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qismən – qarşılıqlı iddianın 3-cü mənzilə münasibətdə təmin edilməsinə aid hissədə ləğv edilməli və qarşılıqlı iddia həmin hissədə rədd olunmalıdır.
63. Apellyasiya şikayəti mümkün sayılaraq baxılmaq üçün qəbul edilib, Maraqlı şəxs isə apellyasiya icraatı zamanı MTK-nın tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi tanınmışdır.
64. Məhkəmə iclasında iştirak edən "xxxx" MTK-nın vəkili və nümayəndəsi Vəkil1 və üçüncü şəxs Maraqlı şəxs vəkili və nümayəndəsi Vəkil2 bildirmişlər ki, 3-cü mənzil Maraqlı şəxs mülkiyyətindədir, ona görə də Cavabdeh qarşılıqlı iddiası həmin mənzilə aid hissədə təmin edilə bilməz.
65. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, 3-cü mənzilin başqa şəxsin mülkiyyətində olmasından məlumatı olmayıb, hesab edir ki, MTK həmin mənzilə dair üçüncü şəxs Maraqlı şəxs ilə müqavilə bağlaya bilməzdi. Ona görə də MTK ilə Maraqlı şəxs arasında bağlanmış müqavilə etibarsız hesab edilməli, mənzil üzərində Maraqlı şəxs mülkiyyət hüququna dair aparılmış qeydiyyat ləğv edilməli və mənzilin təhvil verilməsi Maraqlı şəxs həvalə edilməlidir.
66. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3709/202 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımov) ilk iddia üzrə iddiaçı "xxxx" MTK-nın apellyasiya şikayəti təmin edilməmiş, üçüncü şəxs Maraqlı şəxs apellyasiya şikayəti təmin olunmuşdur. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(006)1037/2023 nömrəli qətnaməsi apellyasiya qaydasında yoxlanılan hissədə - Cavabdeh qarşılıqlı iddiasının Bakı şəhəri, Akademik Topçubaşov küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın “İ” girişinin 7-ci mərtəbəsindəki, sahəsi 92,3 kv metr olan 2 otaqlı mənzilə aid hissədə təmin edilməsi, həmin mənzilə dair borcun olmaması barədə maliyyə arayışının, üzvlüyə qəbulla bağlı protokoldan çıxarışın, layihədən təsdiq edilmiş çıxarışın verilməsi və həmin mənzilin Cavabdeh təhvil verilməsinin "xxxx" MTK-ya həvalə edilməsi hissəsində ləğv edilmiş və iddiaçı Cavabdeh "xxxx" MTK-ya qarşı qarşılıqlı iddiası həmin mənzilə aid hissədə təmin edilməmişdir.
67. Apellyasiya icraatı zamanı müəyyən edilmidir ki, qarşılıqlı iddia ərizəsində göstərilən 3-cü mənzil və Maraqlı şəxs mülkiyyəti kimi re yestrdə qeydə alınmış mənzil eyni mənzildir. İşin bu halı həm təqdim olunmuş sənədlərlə təsdiq olunur, həm də işdə iştirak edən şəxslərin hamısı bu faktı etiraf edir. 3-cü mənzil üzərində Maraqlı şəxs mülkiyyət hüququ xx.xx.2022-ci ildə dövlət reyestrində qeydə alınıb. Qarşılıqlı iddia ərizəsi bu tarixdən 6 ay sonra - xx.xx.2023-cü ildə verilib. Göründüyü kimi, qarşılıqlı iddianın verildiyi zaman mənzil "xxxx" MTK-nın sahibliyində olmayıb. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə görə, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Maraqlı şəxs mülkiyyət hüququ reyestrdə qeydə alındığına görə, mənzil onun mülkiyyəti hesab olunur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci h issəsində görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Ona görə də "xxxx" MTK başqa şəxsin - Maraqlı şəxs mülkiyyətində olan mənzili Cavabdeh təhvil verə bilməz, o cümlədən həmin mənzilə münasibətdə Cavabdeh borcunun olmaması barədə maliyyə arayışı, Cavabdeh üzvlüyə qəbulla bağlı protokoldan çıxarış, layihədən təsdiq edilmiş çıxarış verə bilməz.
68. Cavabdeh 3-cü mənzilə dair MTK ilə Maraqlı şəxs arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi, mənzil üzərində Maraqlı şəxs mülkiyyət hüququna dair aparılmış qeydiyyatın ləğv edilməsi və mənzilin təhvil verilməsinin Maraqlı şəxs həvalə edilməsi barədə “qarşılıqlı iddia ərizəsinə əlavə” təqdim etmişdir. Həmin əlavə qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məc əlləsinin 372.2-ci maddəsinə görə, yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Cavabdeh verdiyi qarşılıqlı iddia ərizəsinə əlavənin qəbul edilməsi üçün bu maddədə müəyyən edilmiş əsas yoxdur. Maddədə “yeni tələblər” deyiləndə tərəflərin birbirlərinə qarşı tələbləri nəzərdə tutulur, çünki birinci instansiya məhkəməsində icraat zamanı çəkişmədə iştirak etmiş tərəflər bir-birlərinə qarşı apellyasiya icraatı zamanı yeni tələblər verə bilərlər. Maraqlı şəxs iş üzrə tərəf – iddiaçı və ya cavabdeh deyil. O, birinci instansiya məhkəməsində işdə iştirak etməyə cəlb olunmayıb, apellyasiya icraat ı zaman isə üçüncü şəxs kimi işə cəlb edilib. Bununla yanaşı, əgər Maraqlı şəxs qarşı verilmiş həmin tələb baxılmaq üçün qəbul edilərsə, onunla birlikdə mənzildə yaşayan şəxslər də işə cəlb olunmalıdır, çünki həmin şəxslər mənzildən çıxarılmadan mənzilin Cavabdeh təhvil verilməsi mümkün deyil.
69. Bundan başqa, Maraqlı şəxs qarşı həmin tələb “qarşılıqlı iddia ərizəsinə əlavə” fomasında verilə bilməz. Belə ki, MPM-in 155.1-ci maddəsinə görə, cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Maraqlı şəxs iş üzrə iddiaçı deyil. Qarşılıqlı iddia iddiaçı ilə yanaşı digər şəxslərə - iddiaçı olmayan şəxslərə qarşı da verilə bilər, yəni qarşılıqlı iddia ərizəsində iddiaçı ilə yanaşı digər şəxslər də cavabdeh kimi göstərilə bilər. Belə qarşılıqlı iddia o hal da icraata qəbul edilə bilər ki, qarşılıqlı iddia ilə müdafiəsi tələb olunan hüququn pozulmasına və ya mübahisələndirilməsinə görə iddiaçı ilə yanaşı digər şəxslər də məsuliyyət daşısın. Cavabdeh mənzilə hüququnun MTK tərəfindən pozulmasına görə Maraqlı şəxs məsuliyyət daşımır.
70. Cavabdeh Maraqlı şəxs qarşı mənzil barədə tələbi ümumi qaydada birinci instansiya məhkəməsinə verə bilər və ya "xxxx" MTK tərəfindən Maraqlı şəxs verilmiş həmin mənzilin dəyərinin ona ödənilməsi üçün "xxxx" MTK-ya qarşı ümumi qaydada birinci instansiya məhkəməsinə iddia verə bilər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
71. Cavabdeh kassasiya şikayəti verərək (Vəkil3 Tofiq oğlu) Bakı Apelyasiya Məhkəməsinin 2(103)-3709/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin qarşılıqlı iddianın rədd edilməsi və Maraqlı şəxs apelyasiya şikayətinin təmin edilməsi hissəsində ləğv edilməsi, iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
72. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" MTK ilə cavabdeh arasında olan daha əvvəlki məhkəmə işlərinə baxılarkən, hazırkı mübahisə üzrə 1-ci instansiya məhkəməsində keçirilən hazırlıq icraatında, daha sonra baxış icraatında, apelyasiya mərhələsində, kasasiya şikayəti verilərkən və kasasiya şikayətinə əlavə vermək üçün 20 günlük müddət təyin edilərkən Maraqlı şəxs ilə bağlanan və tarixi guya ki, xx.xx.2018-ci il olan müqavilənin təqdim edilməməsinin səbəbi onun mötəbər olmaması ilə bağlı olmuşdur. Çünki müqavilə Maraqlı şəxs ilə əlbir olunmaqla sonradan, tarixi saxtalaşdırılmaqla ba ğlanıb, "xxxx" MTK cavabdehi mənzildən məhrum etmək məqsədi ilə bu işə Maraqlı şəxs cəlb edib. Müqavilənin tarixinin saxtalaşdırılması, əslində xx.xx.2018ci il tarixdə bağlanmaması vicdanlı alıcılıq imkanlarını istisna edir. Maraqlı şəxs tarixin saxtalaşdırılmasını görməsi və bunu bilməsi, müqaviləni bu şəkildə imzalaması onun vicdanlı alıcı olmadığını, oyunlardan məlumatlı olduğunu sübut edir. 73. "xxxx" MTK ilə cavabdeh arasında müqavilə bağlananda cavabdehin köhnə mənzili sökülməmiş və onun yerində hazırda mübahisələndirilən mənzilin təməlinə belə başlanılmamışdır, çünki ərazidə hələ söküntü işləri qalırdı (işdəki fotolar bunu sübut edir).
74. İş üzrə Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli iclasında 3-cü şəxsin nümayəndəsi Vəkil2 bildirdi ki, Maraqlı şəxs müqaviləsinin mö təbərliyi onun müqavilə üzrə "xxxx" MTK-ya ödənişi bank hesabı vasitəsi ilə müqavilə bağlanan günü həyata keçirməsi ilə təsdiq edilir (bax: həmin iclasın audio və videoyazısı). Bu sözləri "xxxx" MTK-nın nümayəndəsi Vəkil1 da təsdiq etdi və söz verdilər ki, bu qəbzləri məhkəməyə təqdim edəcəklər. Lakin növbəti iclas bu qəbz məhkəməyə təqdim edilmədi. Çünki belə bir qəbz yoxdur və olsa belə, başqa ödənişi təsdiq edir. Əlbir olan tərəflər cavabdehlə xx.xx.2024-ci il tarixli müqavilə bağlandıqdan sonrakı aylar "xxxx" MTK caavbdehi mənzildən məhrum etmək məqsədi ilə Maraqlı şəxsla arxa tarixlə müqavilə bağlayıb, lakin müqavilə bağlanan tarixlə maliyyə arayışı verib. Əks halda Maraqlı şəxs mənzil üzərində hüquqlarının ilkin qeydiyyatı daha əvvəl həyata keçirilərdi. Hesab edir ki, cavabdehlə mü qavilə bağlandıqdan və mənzil üzərində onun ülkiyyət hüquqları yarandıqdan sonra Maraqlı şəxsla arxa tarixlə müqavilə bağlanılması və mənzilin ona yüklü vəziyyətdə satılması yolverilməzdir və bu səbəbdən müqavilə etibarsızdır. Yəni Maraqlı şəxsla müqavilə bağlanarkən və ona maliyyə arayışı verilərkən Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən cavabdeh mənzilin mülkiyyətçisi idi və yüklü mənzilin təkrar satılması qanunsuzdur.Məhkəmə göstərir ki, Qanbayevin mənzilə hüququnun MTK tərəfindən pozulmasına görə Maraqlı şəxs məsuliyyət daşımır. Məsələ orasındadır ki, Maraqlı şəxs bilə-bilə arxa tarixlə müqavilə bağlayıb. Əgər o səmimidirsə, müqavilənin tarixini olduğu kimi bağlamalı idi.
75. Qarşılıqlı iddia ərizəsinə əlavə xx.xx.2024 tarixdə məhkəməyə təqdim edilib. Məhkəmə bildirmişdir ki, qa rşılıqlı iddiaya əlavə qalsın, ona dair hələlik münasibət bildirmir. Bundan sonra verilmiş sorğulara cavab göndərilmədi və xx.xx.2024 tarixli iclasda məhkəmə bildirdi ki, əlavə icraata götürülmür və o, müstəqil iddia qaldıra bilər. Bu halda sual yaranır. Belə ki, qarşılıqlı iddiaya əlavə 1 aya yaxın məhkəmədə qalıb, ona dair münasibət bildiriməyib. Əgər 5 gündən sonra münasibət bildirilibsə onda icraata qəbul edilmiş sayılır. Digər tərəfdən isə məhkəmə əlavəni icraata qəbul etmədiyini xx.xx.2024-cü il tarixdə bildirsəydi, cavabdeh ötən 1 aya yaxın müddət ərzində 1-ci instansiya məhkəməsində müstəqil iddia qaldıra bilərdi.
76. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli iclasında cavabdeh vəsatət vermişdir ki, xx.xx.2018-ci i tarixli, 132 saylı müqavilənin mötəbərliyini yoxlamaq m əqsədi ilə Maraqlı şəxs məhkəmə iclasında iştirakı tələb edilsin. Məqsəd onun kiminlə danışıqlar aparması, müqaviləni hansı tarixdə kiminlə bağlaması, kiminlə telefon əlaqələri qurması, daha sonra həmin məlumatların mötəbərliyini müəyyən etmək üçün “anten” dairəsini yoxlamaq idi. Təəssüf ki, məhkəmə bu vəsatəti təmin etmədi və bildirdi ki, nümayəndə buradadır, tərəfin özünə ehtiyac yoxdur. Nümayəndə isə həmin sualların cavabını bilmədiyini bildirdi. Məhkəmə vəsatəti təmin etməməkdə haqlı olmamışdır. Maraqlı şəxs mənzil üzərində mülkiyyət hüquqlarının qeydə alınmasına əsas olan sənədlərin alınması məqsədi ilə cavabdehin vəsatətinə əsasən iş üzrə məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında məhkəmə DƏDRX-nə sorğu verməyi qərara aldı. Lakin sorğuya cavab xx.xx.2024-cü tarixdə məhkəməyə daxil oldu. Məhkəmə cavabı gözləmədən xx.xx.2024-cü il tarixli qətnamə qəbul etdi. Halbuki DƏDRX-dən məhkəməyə xx.xx.2024-cü il tarixdə təqdim edilmiş sənədlər arasında Maraqlı şəxs ilə bağlanmış və tarixi saxtalaşdırılmış müqavilə yox idi. Bu faktın özü müqavilənin daha əvvəl yox, sənədlər reyestr xidmətinə təqdim edilərkən bağlandığını göstərir.
77. Mülki işin 2-ci cildinin 152-ci vərəqindən sonrakı hissələrində bəzi məqamlara anlaşılır. 1) Mülki iş üzrə qəbul edilmiş Rayon, Apelyasiya və Ali Məhkəmə qərarlarının Maraqlı şəxs göndərilməsi və ya ona təqdim edilməsi barədə hər hansı sənəd yoxdur; 2) Mülki işdə Maraqlı şəxs 3-cü şəxs kimi prosesə cəlb edilməsi barədə sənəd yoxdur; 3) Nəsimi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apelyasiya şika yətində hər 3 məhkəmə qərarından sonuncunun məlumatlı olduğu, qərarların onda olduğu müəyyən edilir; 4) Nəsimi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən apelyasiya şikayəti Maraqlı şəxs tərəfindən çıxarıldıqdan 11 aya yaxın müddət sonra verilmişdir; 5) Apelyasiya şikayətində Maraqlı şəxs qətnaməni necə qəbul etdiyini və nə vaxt ona məlum olduğunu göstərməmişdir; 6) Maraqlı şəxs qətnaməni hansı tarixdə qəbul etdiyini gizli saxlamışdır; 7) Maraqlı şəxs qətnamədən apelyasiya şikayətinin verilməsi üçün müddətin bərpa edilməsi barədə vəsatət verməmişdir ki, qeyd edilən məsələlər aydınlaşdırılsın; 8) Prosessual qanunvericiliyə görə 3-cü şəxsin prosesə cəlbi və yuxarıda qeyd edilən digər məsələlərə məhkəmə iclasında baxılır. 9) Qeyd edilən məqamları gizli saxlamağı o ehtimalı ir əli sürməyə əsas verir ki, Maraqlı şəxs qətnamədən apelyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş 1 aylıq prosessual müddəti ötürüb. 10) 1-ci instansiya məhkəməsi Maraqlı şəxs məhkəmə prosesinə 3-cü şəxs kimi cəlb edilməsini məhkəmə iclası keçirmədən həll etdiyi üçün, cavabdehin göstərdiyi məqamlar aydın deyildir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
78. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
79. Maddə 13, 1-ci hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
80. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.
81. Maddə 385.1. Öh dəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
82. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
83. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
84. Maddə 402.1. İlkin müqaviləyə görə tərəflər həmi n müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər.
85. Maddə 402.4. İlkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır.
86. Maddə 402.5. Əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir.
87. Maddə 404.1-404.2. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin h ərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
88. Maddə
405. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq tək lifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır.
89. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
90. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
91. Maddə 527.1. Öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir.
92. Maddə
528. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
93. Maddə 14.2. Məhkəmə yalnız tərəflər in təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
94. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
95. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur
96. Maddə 155.1. Cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir.https://e-qanun.az/framework/46945
97. Maddə 155.2. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı idd ia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir.https://eqanun.az/framework/46945
98. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
99. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
100. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və t ələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
101. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
102. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
103. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosess ual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
104. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
105. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş s übutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
106. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
107. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyi şdirilməsi üçün əsaslar yoxdur.
108. Cavabdeh kassasiya şikayətinin dəlilləri qarşılıqlı iddia ərizəsində, ilk iddiya etirazda və məhkəmə iclaslarındakı izahatlarda irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə Ali Məhkəmənin qərarındakı göstərişlər nəzərə alınmaqla tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
109. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etm ir.
110. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayət i təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3709/2024 nömrəli iş üzrə 19 iyul 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.