Məhkəmə qərarları › İş №2(102)-3700/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3700/2021

17.06.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3700/2021 17.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh “X2” Şirkətinin Azərbaycan Filialına qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3700/21 (Açar sözlər: işə bərpa) Bakı şəhəri, 17 iyun 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı vəkili Vəkil2 və cavabdeh “X2” Şirkətinin Azərbaycan Filialının nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1290/2021 nömrəli iş üzrə 02 fevr al 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 17 iyun 2021ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdeh “X2” Şirkətinin Azərbaycan Filialına qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X2” Şirkətinin Azərbaycan Filialının 03.03.2020-ci il tarixli, 02X-OK nömrəli əmrinin onun əmək müqaviləsinə xitam verilməsi hissəsində ləğv edilməsi və “Kirayə təmir sexi”nin rəisi vəzifəsinə işə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili X1 iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının əmək münasibətlərinə xitam verilməsi ilə bağlı əmrin ləğv edilməsi, “Kirayə təmir sexi”nin rəisi vəzifəsinə işə bərpa olunması və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh “X2” Şirkətinin Azərbaycan Filialının nümayəndəsi Nümayəndə məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə ünvanlayaraq ifddia müddəti tətbiq edilməklə iddia tələbinni rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2008-ci ildən “X2” Şirkətinin Azərbaycan Filialında işləməyə başlamışdır. 12 il qüsursuz işləmişdir. Bu 12 il ərzində heç bir töhmət almamış, əksinə 2018-ci ilin dekabr ayında “X2” Şirkətinin Azərbaycan Filialının rəhbərliyi tərəfindən Fəxri Fərmanla t əltif edilmişdir. “X3” Şirkətinin Azərbaycan Filialının 03.03.2020-ci il tarixli 02X-OK nömrəli əmri ilə onunla və digər 4 işçi ilə bağlanmış əmək müqaviləsinə 04.03.2020-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilmişdir. “X2” Şirkətinin Azərbaycan Filialının 03.03.2020-ci il tarixli 02X-OK nömrəli əmri ləğv edilməlidir. Belə ki, 10 fevral 2020-ci il tarixdə qızdırıcının ilanvari borusunda yaranmış nasazlığın aradan qaldırılması üçün şirkətin “Neftin hazırlanması və nəqli sexi”nin rəisi Şaiq Vəliyev nasos stansiyaları üzrə böyük usta Qüdrət Əhmədova tapşırıq vermişdir. Q.Əhmədov müəyyən işlər gördükdən sonra hazırlıq işlərinin başa çatması barədə Ş.Vəliyevə məlumat vermişdir. Ş.Vəliyev qızdırıcının yanına gəlmiş və nasos stans iyaları üzrə böyük usta Q.Əhmədovun, mühəndis V.Abıyevin və onun iştirakı ilə qaz ölçən cihazla qızdırıcının və ilanvari borunun daxilində qaz mühitinin olub-olmaması yoxlanılmış və cihaz qeyd edilən hissələrdə qaz mühitinin olmamasını göstərmişdir. Bu səbəbdən də Ş.Vəliyev Q.Əhmədova mexaniki işlərin başlanmasına icazə vermişdir. Q.Əhmədov mexaniki işlərin başlanması üçün iş yerini mühəndis V.Abıyevə təhvil vermişdir. Q.Əhmədov onun yanına gələrək təmir işlərinin aparılması üçün hazırlıq işlərinin başa çatdırılmasını bildirərək işin görülməsinə cavabdeh şəxslər tərəfindən imzalanmış “Partlayış və partlayış təhlükəli obyektlərdə od təhlükəli işlərin yerinə yetirilməsinə icazənamə”ni ona təqdim etmişdir. İcazənamədə xeyli cavabdeh şəxslərin imzası olduğu üçün icazənamənin əməyin mühafizəsi və texniki təhlil şöbəsinin nümayəndəsi ilə də razılaşdırıldığını hesab etdiyi üçün baş mexanik Rasim Bağırova telefon vasitəsilə məlumat vermiş və R.Bağırov odlu işlərin görülməsinə icazə vermişdir. “X2” Şirkətinin Azərbaycan Filialının “Cari təmir sexi”ndə elektrik qaz qaynaqçısı peşəsində çalışan X4 qaynaq işlərini aparmağa başlamışdır. Müəyyən işlər görüldükdən sonra partlayış baş vermiş və X4 partlayış nəticəsində xəsarət almışdır. Bundan sonra onların əmək müqaviləsinə xitam verilmişdir. Bu hadisənin baş verməsində onun günahı yoxdur. O, qaynaq işlərinin başlanmasına razılıq aldıqdan sonra işə başlanılmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 14 sentyabr 2020-ci il tarixli, 2(006)-3529/2020 saylı qətnaməsi ilə (hakim Solmaz Mustafayev a) iddia tələbinin rədd edilməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı 03.10.2008-ci il tarixli 2601 №-li əmək müqaviləsinə əsasən “X2” şirkətinin Azərbaycan Respublikasındakı filialında şirkətin hasilat şöbəsinə avadanlıqların emalı üzrə operator vəzifəsinə işə götürülmüş, 11.04.2016-cı ildən cari təmir sexində kirayə-təmir sexinin rəisi vəzifəsinə təyin edilmişdir. 04.03.2020-ci il tarixdə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi və bundan əlavə təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşları nın səhhətinə xəsarət yetirməsi ilə əmək vəzifələrini və Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini kobud şəkildə pozması səbəbindən xitam verilmişdir. Göründüyü kimi Filialda istehsalatda bədbəxt hadisə baş vermiş və bu qəza iddiaçı tərəfindən ona həvalə edilmiş işin lazımınca yerinə yetirilməməsi səbəbindən olmuşdur. Belə ki, kirayə (cari)təmir sexinin rəisi kimi iddiaçı əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, yanğından mühafizə, ətraf mühitin mühafizəsi norma və qaydalarına riayət edilməsinə nəzarət edilməsi kimi vəzifə öhdəlikləri daşımış, lakin üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmiş, bununla da iş yoldaşının səhhətinə xəsarət yetirilməklə iddiaçı tərəfindən əməyin mühafizəsi qaydaları pozulmuşdur. Məhkəmə belə nəticəyə gəlir ki, be lə olan halda işəgötürən tərəfindən İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə kənarlaşdırılması qanunvericiliyə zidd deyildir və iddiaçının həmin işə bərpa olunması üçün hər hansı əsas yoxdur. Ona görə də iddia tələbi “əmrin ləğv edilməsi” və “işə bərpa” hissələrində rədd edilməlidir. İddiaçının digər tələbi ona məcburi işburaxmaya görə ala bilmədiyi əmək haqqının ödənilməsidir. Məhkəmə hesab edir ki, iddiaçının işə bərpa barədə iddia tələbi təmin edilmədiyindən tələb bu hissədə də rədd edilməlidir. Bununla yanaşı, cavabdeh məhkəməyə iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi barədə ərizə də vermişdir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia müddətinin bərpası barədə ərizə verərək, ilk əvvəl Səbail rayon Məhkəməsinə müraciət etdiyini bildirmiş və iddi a müddətinin bərpa edilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, iddiaçı Səbail rayon Məhkəməsinə də iddia müddətini ötürməklə müraciət etmiş, həmçinin müddətin bərpası barədə ərizədə həmin müddətin 3 ay ötürülməsinin hansı üzürlü səbəbdən olmasına dair sübutlar təqdim etməmişdir. Məhkəmə mülki işin materiallarını araşdırıb belə qənaətə gəlir ki, iddia tələbi əsassız olmaqla yanaşı iddia tələbi üzrə iddia müddəti də ötürüldüyündən iddia rədd olunmalıdır. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.1, 70ç, 71, 72ç, 296.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qə tnaməsinin ləğv edilməsi və iddia tələblərinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Qürbət Əsgərov- sədrlik edən və məruzəçi, Azad İmanov, Vahid Sadıqov) 02 fevral 2021-ci il tarixli, 2(103)-1290/2021 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3529/2020 saylı, 14 sentyabr 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsi haqlı olaraq cavabdehin iddia müddətini tətbiq edilməsi barədə ərizəsini nəzərə almaqla tələb üzrə iddia mü ddətinin ötürülməsi əsası ilə iddia tələbinin təmin edilməməsi qənaətinə gəlmişdir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil2) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qərar qəbul edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmamış, iş üzrə təqdim edilmiş, işin həlli üçün mühüm əhəmiyyət kəsb edən sübutları nəzərə almamış, cavabdehin mülahizələrinə əsaslanaraq, maddi və prosessual hüquq normalarını düzgün t ətbiq etməyərək səhv qərar qəbul etmişdir. Onun tərəfindən işə bərpa tələbi irəli sürmək üçün Əmək Məcəlləsində müəyyən olunmuş prosessual müddət ötürülməmişdir. Belə ki, o, 04.03.2020ci ildə işdən azad olunmuş və əmək kitabçasını almışdır. Cavabdehin ünvanı internet resurslarında Səbail rayonu göstərildiyi üçün iddia ərizəsini 03.04.2020-ci il tarixdə poçt vasitəsilə Səbail rayon Məhkəməsinə göndərmişdir. Səbail rayon Məhkəməsi tərəfindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmış və aidiyyəti üzrə cavabdehin hüquqi ünvanının yerləşdiyi Nəsimi rayon Məhkəməsinə müraciət etməsi tövsiyyə edilmişdir. O da iddia ərizəsini Nəsimi rayon Məhkəməsinə göndərmiş və ərizəsinə müddətin bərpası ilə bağlı ərizə əlavə etmişdir. Məhkəmə prosessual müddətin bərpası ilə bağlı ərizəsinə hüquqi qiymət verməmiş, lakin qətnamədə prosessual müddətin ötürüldüyünü qeyd etmiş, Bakı Apelyasiya Məhkəməsi qeyd olunan prosessual hüquq pozuntusuna hüquqi qiymət verməmiş, 1-ci instansiya məhkəməsinin qətnamədə qeyd etdiklərini təkrarlamaqla kifayətlənmişdir. Bundan başqa, işəgötürən tərəfindən onunla bağlanmış əmək müqaviləsinə xitam verilərkən törətdiyi xətanın xarakteri, dərəcəsi nəzərə alınmamış, onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırılmamışdır. İşəgötürən işçiyə intizam tənbehi verməmişdən əvvəl izahat tələb etməli, işçi izahat verməkdən boyun qaçırdıqda bu barədə müvafiq akt tərtib olunmalıdır. “X2” Şirkətinin Azərbaycan Filialı onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "Ç" bəndinə əsasə n xitam verərkən həmin Məcəllənin 187.1-ci maddəsinin tələblərini pozaraq ondan izahat almamış və ya bu barədə heç bir akt tərtib etməmişdir. Onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "Ç" bəndinə əsasən xitam verərkən əmək müqaviləsinin ləğv edilməsi məsələsi əmək kollektivinin müzakirəsinə çıxarılmamış, işlədiyi müddətdə (12 il) heç bir intizam məsuliyyətinə cəlb edilməməsi, qüsursuz iş fəaliyyəti ilə bağlı 2018-ci ilin dekabr ayında fəxri fərmanla təltif olunması, törətdiyi xətanın dərəcəsi, baş vermiş hadisəyə təsirinin dərəcəsi nəzərə alınmamışdır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı ba rədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil2 kasasiya şikayətini müdafiə edərək məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh “X2” Şirkətinin Azərbaycan Filialının nümayəndəsi və vəkili Nümayəndə kasasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmə k Məcəlləsi: Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 70.ç. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Maddə 71.2 Bu məcəllənin 70-ci maddəsinin ”ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, ehtiyatsızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalçı, əmək və icra intizamının normal ahəngini pozmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (on un ayrı-ayrı üzvülərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hası formada ziyan dəymiş olsun. Maddə 72.ç. İşçinin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Maddə 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Maddə 296.3 Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiy i, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarını n əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kas asiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırki kasasiya şikayəti ilə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyə n maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya şikayətinin dəlilləri üzrə kasasiya kollegiyası qeyd edir ki, iddiaçı kasasiya şikayətində müddətin üzrlü səbəbdən ötürülməsinə, buna görə məhkəməyə ərizə ilə müraciət etməsinə istinad etsə də, həmçinin üzrlü səbəb kimi internet resurslarında cavabdehin hüquqi ünvanının Səbail rayonu göstərilməsini qeyd etsə də, bu faktı təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim etməmiş, məhkəmə də haqlı olaraq müddətin ötürülməsinin üzrlü səbəbdən ötürülməsini əsaslı hesab e tməmişdir. İddiaçı kasasiya şikayətində onun müddətin bərpası barədə ərizəsinə məhkəmələr tərəfindən hüquqi qiymət verilmədiyini göstərsə də, kasasiya yoxlaması nəticəsində bu fakt öz təsdiqini tapmamış, əksinə müddətin ötürülməsinin üzrsüz səbəbdən baş verməsi tam olaraq əsaslandırılmışdır. Bundan başqa, iddiaçı kasasiya şikayətində “X2” Şirkətinin Azərbaycan Filialı onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "Ç" bəndinə əsasən xitam verərkən həmin Məcəllənin 187.1-ci maddəsinin tələblərini pozaraq ondan izahat almamasına və ya bu barədə heç bir akt tərtib etməməsinə dəlil olaraq istinad etmişdir ki, bu dəlil üzrə də qeyd edilməlidir ki, Əmək Məcəlləsinin 187.1-ci maddəsi intizam tənbehi verilməsi ilə əlaqədar həyata keçirilməli prosed uru özündə əks etdirmişdir ki, bu halın iddiaçının işdən azad edilməsi ilə heç bir əlaqəsi yoxdur. Belə ki, işçi yol vermiş olduğu kobud pozuntuya görə tənbeh cəzasına məruz qalmamış, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tələblərinə uyğun olaraq işdən azad edilmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Ap ellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1290/2021 nömrəli iş üzrə 02 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar