Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3701/2022 16.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin özgənin qanunsuz sahibliyindən geri alınması, maddi və mənəvi zərər) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin təhvil verilməsi, vurulmuş ziyan, çəkilmiş xərclərin ödənilməsi və mənəvi zərər tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-2188/2021 nömrəli, 9 dekabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 16 avqust 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,9899 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* çıxarışa əsasən tam mülkiyyət hüququ əsasında İddiaçı adına 15 aprel 2019-cu il tarixdə qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı iddia və iddia tələbinin həcminin artırılmasına dair ərizələrlə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən RX seriyalı ******* nömrəli dövlət reyestrindən veril miş çıxarışda göstərilən 0,9899 ha torpaq sahəsinin zəbt etdiyi hissəsindən çıxarılmasına, həmin torpaq sahəsinin ona təhvil verilməsinə, vurduğu ziyana görə dirəklərin basdırılma xərcləri olan 42 manat, ödənilmiş dövlət rüsumu 30 manat, vəkilə ödənilmiş xidmət 200 manat, 2019-cu ildə oğurladığı fındıq məhsulunun qiyməti 975,80 manat, 2020-ci ildə oğurladığı fındıq məhsulunun qiyməti 590,40 manat, şərəf və ləyaqətlərini alçaltdığı və nüfuza xələl gətirdiyi üçün vurduğu mənəvi zərərə görə 5000 manat məbləğində, cəmi 6838,20 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, xüsusi mülkiyyətində Zaqatala rayonu Aşağı Tala kəndində 0,9899 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardı r. Həmin torpaq sahəsini Zaqatala rayonu 2 saylı Notariat Kontorunda 4Ə-422 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi ilə almışdır. Həmin torpaq sahəsi daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2019-cu il tarixli çıxarış da verilmişdir. Həmin torpaq sahəsində fındıq ağacları vardır. Torpaq sahəsini aldıqdan sonra torpaq sahəsinin sərhədlərində tikanlı məftil çəkilməsi üçün dirəklər basdırmışdır. Cavabdeh olan qardaşı ondan xəbərsiz olaraq həmin torpaq sahəsinin özünə məxsus olduğunu iddia edərək torpaq sahəsinə girmiş və 48 topa fındıq ağaclarından fındıq məhsulunu yığaraq oğurlamışdır. Bundan başqa, torpaq sahəsində basdırdılmış dirəkləri qanunsuz olaraq çıxarmışdır. Cavabdehin qanunsuz hərəkətləri barədə, yəni həmin bağdan fındıq yığaraq oğurlama sı və dirəyin çıxarılması barədə Zaqatala rayon polis şöbəsinə müraciət etmişdir. Bununla bağlı polis şöbəsində müvafiq araşdırma aparılmış, araşdırma zamanı cavabdeh ona məxsus fındıq məhsulunu oğurladığını, basdırılmış dirəkləri çıxardığını etiraf etmişdir. X7 cavabdehin bu əməlində cinayət tərkibi olmadığı qənaətinə gəlmişdir. Eyni zamanda polis şöbəsi izah etmişdir ki, bu mübahisə mülki xarakteri olduğundan məhkəməyə iddia ərizəsi ilə müraciət edə bilər. Lakin hesab edir ki, məhkəmə iclasında da cavabdehin fındıq məhsulunu oğurladığı sübuta yetirilərsə, onun barəsində oğurluq maddəsi ilə cinayət işinin başlanılması üçün yenidən rayon prokurorluğuna müraciət edəcək. Hal-hazırda həmin torpaq sahəsi cavabdeh tərəfindən qanunsuz olaraq zəbt olunaraq istifadə olunur və onun mülkiyyət hüququ cavabdeh tərəfindən qanunsuz olaraq pozulur. Buna görə də, məhkəmə qərarı ilə ona məxsus torpaq sahəsindən cavabdeh çıxarılmalı, pozulmuş hüquqları məhkəmə tərəfindən müdafiə olunmalıdır. Dəfələrlə cavabdehdən torpaq sahəsindən çıxması tələb olunsa da, cavabdeh mübahisəli torpaq sahəsindən çıxmaq istəmir. Cavabdeh həmçinin onun barəsində həqiqətə uyğun olmayan ərizə yazaraq onun nüfuzuna da xələl gətirmiş və nəticədə mənəvi ziyan da vurmuşdur
4. Cavabdeh izahat verərək bildirmişdir ki, iddia ərizəsində əks olunanlar həqiqətə uyğun deyil və onun, iddiaçı ilə aralarında torpaq sahəsinə dair mübahisəsi olmasına baxmayaraq özünə məxsus torpaq sahəsindən istifadə edir, həmin torpaq sahəsindən gəlir əldə edir. Mübahisələndirilən torpaq sahəsi onun mülkiyyətindədir. Hazırda da o, istifadə edir.
5. Məhkəmə tərəfindən yaranmış zərurətlə əlaqədar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisi cəlb edilməklə, mübahisə predmeti olan Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən torpaq sahəsinə yerində müayinə keçirilmişdir. Keçirilmiş yerində müayinə ilə əlaqədar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Layihə-X6 Məsuliyyətli Cəmiyyəti Şəki Layihə-Tədqiqat İdarəsinin mütəxəssisinin məhkəməyə təqdim etdiyi mütəxəssis rəyində bildirilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrind ən RX seriyalı ******* çıxarışın planı və ölçüsü sənədində göstərilən koordinatlara əsasən İddiaçı xüsusi mülkiyyətində olan Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən 0,9899 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi hazırda istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşür və həmin torpaq sahəsinin 0,21 ha hissəsi Cavabdeh tərəfindən istifadə edilir.
6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 11 sentyabr 2020-ci il tarixli ekspert rəyindən görünür ki, mütəxəssisin rəyində göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* çıxarışın planı və ölçüsü sənədində göstərilən koor dinatlara əsasən İddiaçı xüsusi mülkiyyətində olan Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən 0,9899 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi hazırda istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşür və həmin torpaq sahəsinin 0,21 ha hissəsi Cavabdeh tərəfindən istifadə edilir.
7. Bundan başqa Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Meyvəçilik və Çayçılıq X2 Dayaq Məntəqəsinin aqronomu tərəfindən fındıq ağaclarının sayının və dəyərinin müəyyən edilməsi məqsədilə baxış keçirilmiş, fındıq ağacları tərəflərin və mütəxəssisin iştirakı ilə sayılmışdır.
8. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Meyvəçilik və Çayçılıq X1 Dayaq Məntəqəsinin 13 noyabr 2020-ci il tarixli 29 nömrəli rəyindən görünür ki, Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən İddiaçı məxsus RX seriya lı ******* nömrəli çıxarışda qeyd olunmuş kənd təsərrüfatı təyinatlı 0,98 ha ərazinin 0,21 ha hissəsində yerləşən torpaq sahəsinə baxış zamanı həmin sahədə (0,21 ha) 41 ədəd fındıq ağacı olduğu müəyyən edilmişdir. 2019-cu ildə hər fındıq ağacının payına düşən məhsuldarlıq göstəricisi 7 kq., 1 kq. fındıq məhsulunun bazar qiyməti isə 3,40 manat dəyərində olduğu müəyyən edilmişdir. Cəmi: 287 kq. fındıq-975,80 manat. 2020-ci ildə hər fındıq ağacının payına düşən məhsuldarlıq göstəricisi 4 kq., 1 kq. fındıq məhsulunun bazar qiyməti isə 3,60 manat dəyərində olduğu müəyyən edilmişdir. Cəmi: 164 kq-590,40 manat. Göstərilən xidmətə görə xidmət haqqı 60 manat müəyyən edilmişdir
9. Zaqatala Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e2(033)-31/2021 nömrəli, 03 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim Tural Həsənov) iddia qismən təmin edilmiş, Cavabdeh İddiaçı mülkiyyətində olan Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnın Zaqatala ərazi idarəsinin verdiyi xx.xx.2019-cu il tarixli, qeydiyyat nömrəsi ********** olan dövlət reyestrindən çıxarışda göstərilən 0,9899 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ekspert rəyinə əlavə edilmiş sxemə uyğun olaraq zəbt etdiyi 0,21 ha hissəsindən çıxarılması, torpaq sahəsinin həmin hissəsi İddiaçı təhvil verilməsi, Cavabdeh maddi zərərin əvəzi olaraq 2019-cu il üçün məhsuldarlıq göstəricisi olan 975,80 (doqquz yüz yetmiş beş manat səksən qəpik) manat və 2020-ci il üçün məhsuldarlıq göstəricisi olan 590,40 (beş yüz doxsan manat qırx qəpik) manat, cəmi 1566,20 (bir min beş yüz altmış altı manat iyirmi qəpik) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissəsi rədd edilməsi, iddiaçı tərəfindən vəkilə ödənilmiş xidmət haqqının əvəzi olan 200 (iki yüz) manat Cavabdeh alınaraq İddiaçı verilməsi, Cavabdeh 220 (iki yüz iyirmi) manat mütəxəssis xərci alınaraq Benefisiarın adı: Kadastr və Yerquruluşu Layihə Tədqiqatlar Mərkəzi, VÖEN **********, Benefisiarın hesabı: AZ23AİİB******************** hesaba ödənilməsi, 50 (əlli) manat ekspertiza xərci isə alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X3 - kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************4. Cavabdeh 60 (altmış) manat mütəxəssis xə rci alınaraq- Bankın adı: ASC X8, Kod: 504216, VÖEN: **********, Müxbir hesab: AZ24NABZ********************, S.W.İ.F.T.Bik: HAJCAZ 22, Hesab nömrəsi: AZ60 HAJC NCRA ZN00 1000 9122 2001 hesaba ödənilməsi, iddiaçının dövlət büdcəsinə ödədiyi 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,9899 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mülkiyyətçisidir və onun öz əmlakından öz istədiyi kimi istifadə etmək hüququ vardır. Cavabdeh iddiaçıya məxsus Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,9899 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,21 ha hissəsini zəbt etmişdir. Cavabdehin torpaq sahəsinin həmi n hissəsi üzərində qanunla qorunan hər hansı hüquqları əmələ gəlməmişdir. Cavabdehin hər hansı hüququ əmələ gəlmədiyi halda zəbt edilmiş torpaq sahəsindən istifadə edir. Qeyd olunanlar mütəxəssis və ekspert rəyləri ilə də öz təsdiqini tapmışdır.
11. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı tərəf, mübahisəli torpaq sahəsini adına rəsmiləşdirdikdən sonra, yəni 2019-cu il və 2020-ci il tarixdə cavabdeh həmin torpaq sahəsinin 0,21 ha hissəsində olan fındıq məhsulunu yığmış, nəticədə iddiaçıya 2019-cu il tarixdə 975,80 manat, 2020-ci il tarixdə isə 590,40 manat zərər vurmuşdur. Qeyd olunan hal Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Meyvəçilik və Çayçılıq X2 Dayaq Məntəqəsinin rəyi ilə öz təsdiqini tapmışdır. Eyni zamanda iddiaçının mülkiyyətində olmuş torpaq sahəsində yığılmış fın dıq məhsulunun dəyərinin, 2019-cu il tarixdə 975,80 manat, 2020-ci il tarixdə isə 590,40 manatın əsassız və ya şişirdilmiş olması cavabdeh tərəfindən mübahisələndirilməmiş, eyni zamanda işin bu halını təkzib edən hər hansı bir mötəbər sübut işə baxılarkən cavabdeh tərəfindən məhkəməyə də təqdim edilməmişdir.
12. Məhkəmə iddia tələbinin vəkilə ödənilmiş 200 manat xidmət haqqının, cavabdehdən tutularaq ona verilməsinə dair hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, iddiaçı, vəkilə ödəmiş olduğu 200 manat məbləğini təsdiq edən sənədi təqdim etmişdir və 200 manat məbləğində xidmət haqqının tutulması ağlabatandır.
13. Məhkəmə daha sonra iddia tələbinin “cavabdehin vurduğu ziyana görə dirəklərin basdırılma xərcləri olan 42 manatın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi” hissəsinə münasi bətdə vurğulamışdır ki, iddiaçı tərəf həmin dirəklərin cavabdeh tərəfindən çıxarılması ilə bağlı cavabdehin Zaqatala RPŞ-də verdiyi izahatına istinad etsə də, həmin dirəklərin cavabdeh tərəfindən çıxarılması, iddiaçıya 42 manat zərər dəyməsinə əsas vermir. Çünki iddiaçı tərəf həqiqətən də, dirəklərin çıxarılması nəticəsində ona 42 manat zərər dəyməsini sübut etməlidir. Lakin, məhkəmə iclasında iddiaçı tərəf həqiqətən cavabdeh tərəfindən ona dirəklərin çıxarılması nəticəsində 42 manat maddi zərər dəyməsini sübut edə bilməmiş, həmçinin iddiaçı tərəfindən məhkəməyə bununla bağlı heç bir mötəbər sübut təqdim edilməmişdir.
14. Mənəvi zərərin ödənilməsinin təmin edilməməsi hissəsində məhkəmə qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı tərəf ancaq cavabdeh tərəfindən yazılmış ərizə nin surətini məhkəməyə təqdim etməklə kifayətlənmiş, nə iddia ərizəsində, nə də ki, məhkəmə iclasında onun fıziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsirinin müəyyən edilmiş olmasını sübuta yetirə bilməmişdir. Həmçinin cavabdehin ərizəsinə diqqət yetirildikdə görünür ki, cavabdeh iddiaçı ilə aralarında olan fındıq bağı ilə mübahisəsindən qeydlər etmiş, həmçinin cavabdeh, iddiaçı barəsində hər hansı şərəf və ləyaqətini və işgüzar nüfuzunu ləkələyən sözlərdən istifadə etməmiş, iddiaçının ona demək ehtimalı olan söz və ifadələri qeyd etmiş, iddiaçının ona deyib-deməməsi sübuta yetirilmədiyi halda həmin ifadə lərə istinad etmişdir. Cavabdehin özü tərəfindən konkret olaraq iddiaçıya qarşı hər hansı şərəf və ləyaqətini və işgüzar nüfuzunu ləkələyən sözlər ərizədə qeyd olunmamışdır. Odur ki, iddiaçı mənəvi, psixoloji sarsıntı keçirməsi əsası ilə ona vurulmuş mənəvi ziyanın ödənilməsini cavabdehdən tələb etməkdə haqlı deyildir
15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 21, 140, 152.1, 152.5, 157.2, 157.4, 560.1, 1090.1, 1090.2, 1091.2. 1092, 1096.1, 1096.2, 1097.1-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarında və Mənəvi zərərin ödənilməsi barədə qanun vericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 119.1, 121.1, 217.4 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçın mülkiyyətində olan torpaq sahəsi əvvəllər cavabdehin mülkiyyətində olmuş, iddiaçıdan əvvəlki mülkiyyətçilərə torpaq sahəsini cavabdeh satmışdır. Həmin yer əvvəlki mülkiyyətçilərə bölünərək satılan vaxtı DƏDRX-nin 18 saylı ərazi idarəsinin əməkdaşları gəlmiş, yeri əvvəlki mülkiyyətçilərin iştirakı ilə ölçmüş və torpaq sahəsi onlara həmin ölçüdə satılmışdır. Ona görə də cavabdeh ekspert rəyi ilə razı olmadığını bildirmiş və təkrar ekspertiza keçirilməsini xahiş etmişdir. Belə ki, ekspert rəyi tam əsaslandırılmamış, mütəxəssis rəyinə əsaslanmışdır. 11 sentyabr 2020-ci il tarixli 10/581 saylı ekspertiza rəyində QEYD – “Mübahisəli torpaq sahəsinə dair ərazinin elektron baza məlumatlarının mərkəzə təqdim olunması barədə xx.xx.2020-ci U tarixli 10/581 saylı vəsatət verilməsinə baxmayaraq, ərazinin baza məlumatları (kompleks yerquruluşu xəritələri, pay torpaqlarının bölgü layihəsi) mərkəzə təqdim olunmamışdır. Buna görədə ekspert tərəfindən mütəxəssis rəyində yazılan məlumatların baza məlumatları ilə müqayisəli tə dqiqatın aparılması mümkün olmamışdır. Odur ki, mütəxəssis rəyinin nəticələrinə məhkəmə tərəfindən qiymət verilə bilər” yazılmışdır. Ekspertiza tərəfindən mütəxəssis rəyində yazılan məlumatların baza məlumatları ilə müqayisəli şəkildə tədqiqat aparılmadığı təqdirdə məhkəmənin cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin 0.21 ha hıssəsinı zəbt etməsinə dair gəldiyi nəticə tam əsassızdır. Məhkəmə öz qərarında ekspert rəyinə deyil, mütəxəssis rəyinə əsaslanmışdır. Bunun üçün əlavə eksperiza keçirilməlidir. Əlavə və təkrar ekspertizanın keçirilməsində məqsəd aparılmış tədqiqatdakı və ya rəydəki boşluğu aradan qaldırmaqdır. Hesab edir kı, həmin qətnamə hakim tərəfindən qanuni və əsaslı verilməmiş, tərəflər arasındakı həqiqi faktlara əsaslanmamış, ekspert rəyinə deyil, mütəxəssis rəyinə əsaslanmışdır.
18. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(107)-2188/2021 nömrəli, 9 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər: Mahir Əsədli (sədrlik edən və məruzəçi), Ələddin Məcidov və Rövşən Rəfiyev) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qətnamənin mübahisələndirilən hissəsinə münasibətdə təmin edilməmiş, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli 2(033)-31/2021 saylı qətnaməsi mübahisələndirilən hissəsinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
19. Məhkəmə kollegiyası belə hesab etmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tər əflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almışdır.
20. Apelyatorun mübahisəli torpaq sahəsinin əvvəllər özünün mülkiyyətində olması barədə dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh bununla bağlı hər hansı bir sübut növü təqdim etməmişdir.
21. Şikayətin ikinci dəlili olan ekspert rəyinin tam əsaslandırılmaması ilə bağlı məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, cavabdeh bununla bağlı sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olma sa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Apelyator isə ekspert rəyinin əsassız olmasına dair öz dəlillərini əsaslandıra bilməmiş, sübutlar təqdim etməmişdir.
22. Bundan başqa kollegiya apelyatorun birinci instansiya məhkəməsi tərəfindən işin kifayət qədər araşdırılmaması barədə şikayətinin dəlilinə münasibət bildirərək qeyd etmişdir ki, şikayət tam əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş yerində müayinə ilə əlaqədar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Layihə-X6 Məsuliyyətli Cəmiyyəti Şəki Layihə-Tədqiqat İdarəsinin mütəxəssis rəyini almışdır. Azərbaycan Respublikası Ədliyyə Nazir liyinin Məhkəmə Ekspertizası Mərkəzinin 11 sentyabr 2020-ci il tarixli ekspert rəyi alınmışdır. Mübahisəli Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən mübahisələndirilən torpaq sahəsinə mütəxəssisin iştirakı ilə yerində baxış keçirilmişdir.
23. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 152.1, 152.5, 157.2, 157.4, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin cavabdehin torpaq sahəsinin zəbt edilmiş hissəsindən çıxarılması hissəsində ləğv edilməsini və işin yenidən baxılması üçün ap ellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur.
26. Kassasiya şikayətində irəli sürülən dəlillər apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
28. Maddə 13(İ) Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
29. Maddə 29 Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya baş qaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllə
30. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
31. Maddə 152.5 Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər.
32. Maddə 157.2 Mü lkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Torpaq Məcəlləsi
33. Maddə 5(1) Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur.
34. Maddə 84(1) Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
35. Maddə 111(1) Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
36. Maddə 111(2) Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllə
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına ist inad etməyə yol verilmir.
43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
44. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
45. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
47. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən cavabdehin torpaq sahəsinin zəbt edilmiş hissəsindən çıxarılması hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı yalnız mübahisələndirilən hissədə yoxlanılır. Kassasiya in stansiyası məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
49. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
50. Kassasiya kollegiyası cavab dehin apellyasiya instansiyası məhkəməsi tərəfindən təkrar ekspertizanın keçirilməməsi barədə dəlillini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1.-ci maddəsinə əsasən, işə baxarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 102.1-ci maddəsinə görə ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər. MPM-nin 102.2-ci maddəsində isə, məhkəmənin əsassızlığına görə eksperin rəyi ilə razılaşmadığı halda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda təkrar ekspertiza təyin edə bilməsi qeyd olunur. Baxıla n işdə apellyasiya kollegiyası işin müəyyən edilmiş faktiki halları baxımından təkrar ekspertiza təyin olunmasına əsaslar müəyyən etməmişdir.
51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
52. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
53. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kolleg iyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-2188/2021 nömrəli iş üzrə 09 dekabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.