Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3701/2025 12.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İlk iddia üzrə iddiaçı X6 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 qarşı və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 X10 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X6 Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 qarşı “maddi və mənəvi zərərin ödənilməsi və cinayət işinin qaldırılması” tələbinə dair ilkin iddiası, Cavabdeh1 X10 qarşı “əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair q arşılıqlı iddiası üzrə mülki işə üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2025-ci il 19 avqust tarixli, 2(105)946/2025 nömrəli qətnaməsindən ilkin iddiaçı X14 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Sumqayıt ŞPİ-nin xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərara əsasən X6 Cavabdeh1 Dadaş oğlunun fərdi yaşayış evinin hasarını uçurması nəticəsində ona 2000 manat zərər vurmuş, lakin Cinayət Məcəlləsinin 186-cı maddəsinə əsasən özgənin əmlakına qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda, yəni 5000 manatdan yuxarı ziyan vurulmaqla törədildikdə cinayət hadisəsi hesab edildiyindən, cinayət işinin başlanılması rə dd edilmişdir.
2. Sumqayıt ŞPİ-nin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərara əsasən X6 Cavabdeh1 Dadaş oğlunun fərdi yaşayış evinin darvazasının sökülərək yerə yıxılması nəticəsində ona 1000 manat zərər vurmuş, lakin Cinayət Məcəlləsinin 186-cı maddəsinə əsasən özgənin əmlakına qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda, yəni 5000 manatdan yuxarı ziyan vurulmaqla törədildikdə cinayət hadisəsi hesab edildiyindən, cinayət işinin başlanılması rədd edilmişdir.
3. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(060)-2350/2022 saylı qərara əsasən X14 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək 2000 manat cərimə edilmişdir.
4. S umqayıt Apellyasiya Məhkəməsinin 3(105)-578/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin işin icraata qəbul edilməsi barədə xx.xx.2022-ci il tarixli qərardadı və xx.xx.2022-ci il tarixli, 3(060)-2350/2022 nömrəli qərarı ləğv edilmiş və işə yenidən baxılması üçün material Sumqayıt Şəhər Məhkəməsinə, yeni məhkəmə baxışına inzibati işin baxılmağa hazırlanması mərhələsinə göndərilmişdir.
5. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2350/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə geri qaytarılması qərara alınmışdır.
6. X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair tərtib olunmuş xx.xx.2022ci il tarixli, MN seriyalı, ******* nömrəli protokol üzrə inzibati məsuliyyətə cəlb etmək müddəti keçdiyi üçün Sumqayıt ŞPİ-nin 1-ci PB-də protokola xitam verilməsi qeyd edilmişdir.
7. AN ******* nömrəli, 26 iyul 2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Sumqayıt şəhəri, Novxanı bağ massivi, 2172 D ünvanında yerləşən 0.0272 ha olan torpaq sahəsi 14500 manat məbləğində X7 tərəfindən X1. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışından görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 2172 D ünvanında yerləşən torpaq sahəsi X8 məxsusdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı X14 iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada ona dəymiş mənəvi zərər əvəzinə 97000 manat və maddi zərərə görə 3000 manat məbləğində pul kompensasiya şəklində tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 təhqiqatda və məhkəmə proseslərində ona qarşı verdikləri yalan məlumatlar böhtan xarakterli olduğuna görə Cinayət Məcəlləsinin 297-ci maddəsi ilə cinayət işinin qaldırılması üçün qərardad qəbul edilib Abşeron Rayon Prokuroruna göndərilməsini xahiş etmişdir.
9. İddia onunla əsaslandırılmışdır ki, mərhum anasından Sumqayıt şəhəri, Novxanı bağlar massivi, nömrə 2172 ünvanında yerləşən ümumi 0,24 ha-dan ibarət bağ torpaq sahəsi miras qalmışdır. Miras qalmış əmlakı onun atası hələ sağlığında övladlarından Cavabdeh3 adına rəsmiləşdirmişdir. Sonradan onun razılığı olmadan həmin sözügedən miras əmlakın bir hissəsi AN ******* nömrəli, 26 iyul 2021-ci il tarixli Daşınmaz Əmlakın alqısatqı müqaviləsinə əsasən 14500 manat məbləğində X7 tərəfindən X1. O həmin sözügedən miras əmlaka 2021-ci ilin oktyabr ayından başlayaraq 2 il ərzində getmiş, həmin miras əmlakda payının olduğu barədə qardaşları Cavabdeh2 və Cavabdeh3 bildirdikdən sonra onlar arasında narazılıq yaranmışdır. Anasından miras qalan bağ torpaq sahəsindən onun vərəsəlik payını vermək istəmədiklərinə görə xx.xx.2022-ci il tarixdə Etibar Mur adov Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə ərizə ilə şikayət etmişdir. Cavabdeh2 və Muradov Etibar Dadaş oğlu anadan miras qalan bağ-torpaq sahəsinin satıldığı hissədə mülkiyyətçi kimi heç kəs olmayan Cavabdeh1 ilə birləşərək onun barəsində həqiqətlərə uyğun olmayan böhtan xarakterli şikayət ərizələri ilə Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək onu tutdurmaq istəmişlər. Belə ki, Cavabdeh2 və Muradov X4 Elşən Ələddin oğlu ilə birlikdə onu tutdurmaq məqsədilə müxtəlif vaxtlarda Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə verdiyi şikayət ərizələrində guya onun oğlu Teymur ilə birlikdə xx.xx.2022-ci il tarixdə bağ evində tikintisi aparılan hasarı uçurmuş, bağda olan su qabı və beli aparmış, həmçinin guya o, 2023-cü ilin yanvar ayın da 2172 nömrəli bağ sahəsinin ətrafına çəkilmiş daş hasara birləşdirilmiş darvazanı hasardan sökərək yerə yıxmış və ətrafda olan otları yandırmış və həmin vaxt alovun darvazanı yandırması səbəbindən Cavabdeh1 1000 manat məbləğində maddi ziyan vurulduğunu və əmlakı qəsdən məhv edildiyini göstərmişdir. Halbuki sözügedən bağ sahəsində çəkilmiş hasar cavabdehlər tərəfindən tikilmiş, daha sonra isə sökülmüşdür. Həmin şikayətlər üzrə yalançı şahidlər Cavabdeh3 və Cavabdeh4 Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsində həqiqətlərə uyğun olmayan böhtan xarakterli izahat vermiş və izahatında göstərmişdir ki, Cavabdeh1 ərizə və izahatında göstərdiyi xüsusatları təsdiq etmiş və Elşənin özünə aid olan hissəsini mişar daşla tikdiyi hasarı məhz Elçin Muradovun qəsdən uçurduğunu və məhz qəsdən hə min hasarı uçurmaqla Elşənə maddi ziyan vurduğunu bildirmişdir. Həmin şikayətlər əsasında onun barəsində üç natamam inzibati material toplanmış və Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Belə ki, xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin təhqiqatçısı, polis mayoru Elşad Məmmədovun qəbul etdiyi qərara əsasən toplanmış materiallarda cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. Həmçinin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin təhqiqatçısı, polis mayoru Rəşad Məhərrəmovun qəbul etdiyi qərara əsasən toplanmış ma terial üzrə əmlakın qəsdən məhv edilməsi şikayəti ilə onun əməlində cinayət tərkibinin olmaması səbəbindən barəsində Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Onun müraciəti əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2022-ci il tarixli 006-57295M-3222 nömrəli cavab məktubunda qeyd edilir ki, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsində araşdırma aparılmış Cavabdeh2 barəsində İXM-nin 227-ci (Xırda talama) maddəsi ilə inzibati tənbeh görülməsi üçün təhqiqat orqanına göndərilmiş, amma Cavabdeh2 barəsində heç bir tədbir görülməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(060)2350/2022 saylı qərarı ilə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətal ar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək ona ziyanın bir misli məbləğində, yəni 2000 manat cərimə tənbeh növü tətbiq olunmuşdur. Həmin qərardan verdiyi apellyasiya şikayəti üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-578/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin işin icraata qəbul edilməsi barədə xx.xx.2022-ci il tarixli qərardadı və xx.xx.2022-ci il tarixli, 3(060)-2350/2022 nömrəli qanunsuz və əsassız qərarı ləğv edilmiş və işə yenidən baxılması üçün material Sumqayıt Şəhər Məhkəməsinə, yeni məhkəmə baxışına inzibati işin baxılmağa hazırlanması mərhələsinə göndərilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2350/2022 saylı, xx.xx.2022-ci il tar ixli qərardadı ilə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli natamam protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə geri qaytarılmışdır. Onun müraciəti əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin 58-1/25466 nömrəli xx.xx.2024-cü il tarixli cavab məktubuna əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair tərtib olunmuş xx.xx.2022ci il tarixli, MN seriyalı, ******* nömrəli protokol üzrə inzibati məsuliyyətə cəlb etmək müddəti keçdiyi üçün Sumqayıt ŞPİ -nin 1-ci PB-də protokola xitam verilməsi qeyd edilmişdir. Toplanmış 3 yarımçıq natamam materialdan birinə Sumqayıt Şəhər Məhkəməsində onun iştirakı olmadan baxılmış və məhkəmə onu 2000 manat cərimə etmişdir. Onun apellyasiya şikayəti əsasında Sumqayıt Şəhər Məhkəməsinin qərarı qanunsuz və əsassız sayılaraq ləğv olmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsində Cavabdeh2 bildirmişdir ki, o, Cavabdeh2 öldürmək istəməklə hədələmişdir. Həmçinin onun oğlu Teymur ilə bağın satılan hissəsinə çəkilmiş hasarı sökdüyünü bildirmişlər. Üçüncü şikayətdə Cavabdeh1 ona məxsus evin hasarını sökdüklərini bildirmişdir. Apellyasiya məhkəməsində Rzayev Məhəmmədəli Əsəd oğlunun sədrliyi ilə xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə prosesində yalançı şahid Cavabdeh2 ona qarşı bilə-bilə yalan (ifadə) izahat verərək onun şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən şər və böhtan atmışdır. 26 iyul 2021-ci il tarixdə bağ sahəsi satılmış və xx.xx.2022-ci il tarixdə onu bağda görəndən sonra satılan bağa çəkilən hasarı Cavabdeh3 və Cavabdeh1 ilə birlikdə sökərək onu tutdurmaq üçün əsas kimi göstərmişlər. Yalançı zərərçəkmiş Cavabdeh1 Sumqayıt şəhər 1-ci Polis Bölməsində təhqiqatda, Sumqayıt Şəhər Məhkəməsində xx.xx.2022-ci il tarixdə və Sumqayıt Apellyasiya Məhkəməsində xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə proseslərində və Cavabdeh2 Sumqayıt Apellyasiya Məhkəməsində verdikləri yalan izahatlarla (ifadələrlə) ona qarşı bilə-bilə şər və böhtan atmışlar. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 onun və oğlu Teymurun barəsində bilə-bilə yalan ifadə verməklə onun və oğlu Teymurun şərəf və ləyaqətini ləkələyən, nüfuzdan salan məlumat vermişdirlər. Yalançı zərərçəkmiş Cavabdeh1 Sumqayıt şəhər 1-ci Polis Bölməsində, Sumqayıt Şəhər Məhkəməsində və Sumqayıt Apellyasiya Məhkəməsində, Muradov Etibar Dadaş oğlu və Cavabdeh4 Sumqayıt şəhər 1-ci Polis Bölməsində və Cavabdeh2 Sumqayıt Apellyasiya Məhkəməsində ona qarşı bilə-bilə yalan ifadə verməklə etdikləri belə haqsız və qanunsuz hərəkətləri Azərbaycan Respublikası CM-nin 297-ci maddəsinin tərkibini yaratmışdır. Azərbaycan Respublikası İXM-nin 76-cı maddəsinin tələblərinə görə inzibati xətanın olubolmamasına, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar sübutlar əsasında müəyyən edilir. Amma yalançı şahid Cavabdeh2 Sumqayıt şəhər 1-ci Polis Bölməsində və Sumqayıt Şəhər Məhkəməsində şahidlik etməmişdir. Belə fakt Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(060)2350/2022 saylı qərarında sübut olunur. Cavabdeh1 adına heç bir bağ sahəsi olmadığı halda və bu bağda fərdi yaşayış evinin olmadığı halda "mənim fərdi yaşayış evinin hasarını Elçin Muradov sökmüşdür, Elçin Muradov və oğlu Teymur qohumlarıdır, aramızda mülki mübahisə var" söyləyərək, təhqiqatda və məhkəmələrdə bilə-bilə yalan məlumat vermişdir. Cavabdeh1 Abşeron Rayon Məhkəməsinə yazdığı xx.xx.2024-cü il tarixli qarşılıqlı iddia ərizəsində “Elçin Muradov mənim tanışımdır” bildirmişdir. O bağdakı evdə sonradan müxtəlif vaxtlarda saxladığı 15 dəst şalvar, köynək, ayaqqabı, bu əşyaları Cavabdeh2 oğurlamışdır. Bağ evində saxladığı 2 vedrə, bir ədəd oturan stol, 15 metr ipin Cavabdeh2 tərəfindən xx.xx.2022-ci il tarixdə oğurl anması barədə xx.xx.2022-ci il tarixdə o, Sumqayıt şəhər 1-ci Polis Bölməsinə ərizə ilə müraciət etmiş və oğurluq faktında xırda talamanın, yəni Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlinin tərkibi olduğundan təqsirkar şəxs Cavabdeh2 barəsində inzibati təsir tədbirlərinin görünməsi üçün inzibati icraat işləri açılmışdır. Apellyasiya məhkəməsində dindirilən (şahidlik edən) Cavabdeh2 ifadələri məzmunları baxımından öz növbəsində şikayətin tələbinə mahiyyəti üzrə baxılması zamanı sübutetmə predmeti barəsində həlledici qənaət formalaşdırmaq həcmində deyildir. Cavabdeh1 şikayəti əsasında Sumqayıt şəhər 1-ci Polis Bölməsində və Sumqayıt Şəhər Məhkəməsində yalançı şahid olan Cavabdeh2 şahid qismində dindirilməsi barədə heç bir vəsatət verməmişdir. Azə rbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində təsbit edilmişdir ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmə hüququ vardır. Heç bir hal şəxsiyyətin alçaldılmasına əsas verə bilməz. Yalançı zərərçəkən Cavabdeh1 Sumqayıt şəhər 1-ci polis bölməsində, Sumqayıt Şəhər Məhkəməsində və Sumqayıt Apellyasiya Məhkəməsində, Cavabdeh2 Sumqayıt Apellyasiya Məhkəməsində, Muradov Etibar Dadaş oğlu və Cavabdeh4 1-ci polis bölməsində onun şərəf və ləyaqətini ləkələyən və nüfuzdan salan məlumatları yaymışdırlar. Yuxarıda qeyd olunmuş məhkəmə aktları ilə və digər sənədlərlə də təsdiq olunur ki, ona Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3, həmçinin qanunsuz satılmış miras əmlakın bir hissəsində mülkiyyətçi olmayan Cavabdeh1 tərəfindən onların qanunsuz hərəkətləri nəticəsində ona maddi və mənəvi zərər dəy mişdir. Belə ki, o, yaşadığı ünvan 3 ünvanından hər dəfə ona qarşı böhtan xarakterli şikayət ərizələri əsasında Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə, Sumqayıt Şəhər Məhkəməsinə və Sumqayıt Apellyasiya Məhkəməsinə çağırış üzrə dəfələrlə gedərkən öz şəxsi vəsaiti hesabına pullar xərcləmiş və hər dəfəsində bütün bu böhtan xarakterli şikayətlərə görə nigarançılıq, mənəvi sarsıntı və iztirab, həyəcan, məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik hissləri keçirmişdir. Şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə, əxlaqi prinsiplər, ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və ayrıayrı şəxslər arasında vətəndaş barəsində mənfi məlumatlar yayılması başa düşülür. Onun barəsində yayılan məlumatlar mənfi və yalan məlumatlardır. Onun barəsində bilə-bilə yaydıq ları yalan məlumatlar onun şərəf və ləyaqətini ləkələyən məlumatlardır. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı 2 nəfər kənar şəxsin (görməyi) görə, eşidə və qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Ona bilə-bilə böhtan atması təhqiqatda və məhkəmə proseslərində 11 nəfərin yanında yayılmışdır. Yalançı zərərçəkmiş Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 belə haqsız və qanunsuz hərəkətləri nəticəsində ona maddi və mənəvi zərər vurulmuşdur. Nəticədə əsəbləri gərgin formada pozulmuşdur. Yuxarıda adları çəkilənlər onun və oğlu Teymurun barədə yazdıqları yalan izahatlar və məlumatlar nəticəsində fiziki və mənəvi sarsıntılar keçirmiş və mənfi psixi reaksiyaya səbəb olan xarakterli olmuşdur. O, iztirab keçirərək sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkir. Əsəblərinin pozulmasına görə günlərlə evdən bayıra çıxa bilməmiş, heç kəsin gözünə görünmək istəməmişdir. İstəyir ki, kimsə onu əsəbi halda və əsəblərinin gərgin pozulması halında görməsin. Əsəblərinin pozulmasına görə bir neçə dəfə gecələr səһərə qədər yata bilməmiş ya da narahat halda yatmışdır. Beləliklə, şərəf və ləyaqətinin ləkələnməsi ilə sağlamlığına xəsarət yetirmişlər. Əsəblərinin pozulması onun yaradıcılığına da mənfi təsir göstərmişdir. O, rəssamdır və əsəblərinin gərgin pozulması halında heç bir əsəri lazımi qaydada səhvsiz yaratmaq üçün işləmək, həmçinin çox yorğun və əsəbi halda əsəri texniki cəhətdən yaratmaq və rənglərdən düzgün istifadə etmək qabiliyyətində ola bilməmiş və cavabdehlərin ona qarşı etdikləri haqsızlıqla r nəticəsində istədiyi əsərləri yarada bilməmişdir. Belə ki, cavabdehlər onun və oğlu Teymurun barəsində şərəf və ləyaqətin ləkələnməsi barədə yalan məlumatlar vermişdirlər və bu məlumatları bilərəkdən yaymışdırlar. Məlumatın doğru olmaması dedikdə, onun həqiqətə uyğun olmaması, yəni yalan olması başa düşülür. Sumqayıt şəhər 1-ci Polis Bölməsində və məhkəmələrdə verilən belə yalan məlumatlar ayrı-ayrı şəxslər arasında onlar barəsində mənfi rəy yaradan, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məhkəmənin diqqətinə çatdırır ki, illərcə davam edən bu böhtan xarakterli şikayətlər əsasında aparılmış təhqiqat və məhkəmə prosesləri onda çox ciddi sağalmaz xəstəliklər və mənəv iyyatında sarsılmış izlər buraxmışdır. Cavabdehlərin ona qarşı etdikləri belə haqsız hərəkətlərdən sonra onun əsəbləri ciddi surətdə pozulmuşdur. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə prosesində şahid qismində izahat verən yalançı şahid Cavabdeh2 onun vərəsəlik miras payı olan bağ sahəsinə getdiyi üçün onu bağdan 2 dəfə polis bölməsinə apardığını hakimə demişdir. Hakim polisə kim tərəfindən məlumat verildiyini soruşanda yalançı şahid Cavabdeh2 “ordakılar polisə zəng etmişlər” cavabını verəndə hakimin Cavabdeh2 “bəs sən orada nə edirdin?” sualına “mən heç nə etmirdim, bir tərəfdə dayanmışdım” deyərək, yalan sözlərlə hakimə cavab vermişdir. Bildirir ki, valideyndən miras qalan vərəsəlik payı olan bağ sahəsinə getdiyi üçün xx.xx.2022-ci il tarixdə DİN-nin “102” çağrı mərkəzinə, Cavabde h2 öz şəxsi telefonu ilə zəng etmişdir və polislərin gəlməsini öz şəxsi telefonu ilə zəng edərək harada olduğunu bildirməklə yola çıxaraq gələn polisləri qarşılamışdır. Polislər bağ sahəsinə gələndən sonra Cavabdeh2 səs-küy salmışdır. Polislər bağ sahəsinə gələnə qədər Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsinin təhqiqatçısı Elşad Məmmədova zəng edərək gəlib ona hədə-qorxu gəldiyini bildirmişdir. Əlavə olaraq bildirir ki, mərhum anasından onlara bağ sahəsi ilə yanaşı 6 sot torpaq sahəsi və maşın da miras qalmış, Abşeron Rayon Məhkəməsinin 2022-ci ildə qəbul edilmiş müvafiq qətnaməsinə əsasən onun qeyd edilən miras əmlaklar üzərində mülkiyyət hüququ tanınmışdır. Onlar ailədə 6 uşaq olmuşlar və bacı-qardaşları ona qarşı çıxırlar. Belə ki, onlar bağ sahəsini öz aralarında bölmüşlər, halbuki həmin torpaq sahəsindən ona 1/6 hissədə pay düşür.
10. Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia üzrə iddiaçı X6 iddiasının təmin edilməməsi, ilkin iddia üzrə iddiaçı X3 onun əmlakına vurulmuş maddi zərərin əvəzi kimi 20000 manat məbləğində pulun tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-558/2025 nömrəli qətnaməsi ilə ilk və qarşılıqlı iddia tələbləri rədd edilmişdir (hakim Elman Məmmədov).
12. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, X14 ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, cavabdehlər tərəfindən ona 3000 manat məbləğində maddi ziyan və 97000 manat məbləğində mənəvi ziy an dəydiyini bildirsə də, bununla bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş, iddiaçının mənəvi sarsıntı keçirməsinə, iztirablara məruz qalmasına dəlalət edən hallara və həmin halları təsdiq edən mötəbər sübutlara istinad olunmamışdır. Həmçinin birinci instansiya məhkəməsi qarşılıqlı iddianın sübut olunmamasını əsas gətirərək həmin iddianı da rədd etmişdir.
13. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarına, Mülki Prosessual Məcəllənin (bundan sonra – “MPM”) 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Ap ellyasiya instansiyası məhkəməsindəki icraat
14. İlk iddia üzrə iddiaçı apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-558/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. İlk iddia üzrə iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, anasından Sumqayıt şəhəri, Novxanı Bağları massivi, 2172 nömrəli ünvanda yerləşən 0.0.24 ha (sot) miras qalan bağ torpaq sahəsinə oğlu Teymurla getmişdir. Ondan başqa miras, əmlakda vərəsə olan Cavabdeh2, Cavabdeh3 onun miras vərəsəlik payını vermək istəmədiklərinə görə onu və oğlu Teymuru bağ torpaq sahəsində xx.xx.2022-ci ildə görəndən sonra onları tutdurmaq məqsədilə Sumqayıt şəhəri 1-ci polis bölməsinə dəfələrlə şikayətlər edərək həqiqətə uyğun olmayan şər və böhtan xarakterli bilə-bilə yalan ifadələr vermişlər. Miras bağ torpaq sahəsinin satılan bir hissəsində heç bir mülkiyyətçi olmayan Cavabdeh1 Sumqayıt şəhər 1-ci polis bölməsində, Sumqayıt Şəhər Məhkəməsində və Sumqayıt Apellyasiya Məhkəməsində və yalançı şahid Cavabdeh2 Sumqayıt Apellyasiya Məhkəməsində və yalançı şahid Cavabdeh4 Sumqayıt şəhər 1-ci Polis Bölməsində ona və oğlu Teymura qarşı bilə-bilə yalan ifadələr vermişlər. Ona və oğlu Teymura qarşı bilə-bilə yalan ifadələr verdikləri ilə onlar barəsində şərəf və ləyaqətin ləkələnməsi barədə məlumatlar bilərəkdən yaymışlar. Adları çəkilən cavabdehlərin belə haqsız, qanunsuz hərəkətləri nəticəsində onlar fiziki və mənəvi sarsıntı keçirmişlər və mənfi fiziki reaksiyaya səbəb olan xarakterli olmuşlar. İztirab keçirərək sağlamlığının pozulması nəticəsində fiziki və mənəvi əzab çəkirlər. Cavabdeh1 xx.xx.2024-cü il tarixdə məhkəməyə verdiyi izahatı, xx.xx.2022-ci ildə Sumqayıt şəhəri 1-ci Polis Bölməsində verdiyi izahatından fərqləndiyini hakim qətnaməsində göstərmədiyi ilə sübutların tam, hərtərəfli və obyektiv araşdırılmadığını sübut edib. Cavabdeh2 yalançı şahid olması Sumqayıt şəhər 1-ci polis bölməsində və Sumqayıt Şəhər Məhkəməsində şahidlik etməməsi, Sumqayıt Apellyasiya Məhkəməsində şahidlik etməsi ilə sübut edib. Yalançı şahid Cavabdeh2 məhkəmə prosesində verdiyi izahatın şər və böhtan xarakterli yalan ifadə və izahat olduğunu (sübut) təsdiq etmişdir. Cavabdeh onu da bildirmişdir ki, “X9 bir manat belə olsa, zərər vurmamışdır.” Cavabdeh2 məhkəməyə bilə-bilə yalan ifadə, izahat v erməklə onu və oğlu Teymuru tutdurmaq və özünü günahsız kimi göstərmək istəyib. Məhkəməyə təqdim etdiyi əxlaqsız yazılan söz və şəkil olan foto şəxsən Cavabdeh2 əxlaqsızlıq işidir. Bu faktı hakim araşdırmayıb. Məhkəmədə dediyi yalan sözləri bəs nə üçün Sumqayıt Apellyasiya Məhkəməsində deməyib? Cavabdeh 2022-ci ilin yanvar ayının təxminən 5-6-da oğlu Teymura zəng edərək Teymuru hədələdiyini deməyib. xx.xx.2022-ci il tarixdə oğlu Teymurla bağ sahəsinə gedəndə bağdakı su quyusunun qapağına əxlaqsız söz yazıldığını və əxlaqsız şəkil çəkildiyini soruşmaq üçün oğlu Teymur Cavabdeh2 zəng edərək “Cavabdeh2 “gəl 4 nömrəli məktəbin qabağına bu əxlaqsızlığı kim etdiyini de mənə” bu sözlərdən başqa oğlu Teymur ona heç bir nalayiq söz deməmişdir. Cavabdeh2 məhkəmədə verdiyi izahatında bildirmişdir ki, “bağa çəkilən hasarı X5 birlikdə uçurdanda onun Əvəz adlı qonşusu iddiaçı Elçin Muradov ilə oğlu Teymuru görmüş, bu zaman X11 ilə qaçıb gizlənmişdir”. Cavabdeh2 məhkəməyə bilə-bilə verdiyi yalan ifadə və izahatlarının yalan olduğunu sübut edən disk mövcuddur. Həmin diski məhkəmə iclas zalında təqdim ediləcəkdir. Cavabdeh1 heç bir mülkiyyətçi olmadığı bağ torpaq sahəsi xx.xx.2021-ci il tarixdə satılıb. Altı ay ərzində hasar tikmədikləri bağ sahəsinə xx.xx.2022-ci il tarixdə onu və oğlu Teymuru bağda görəndən sonra Cavabdeh2 göstərişi ilə Cavabdeh1 bağ sahəsinə hasar tikdirib və özləri də söküblər. Ona görə ki, onu və oğlu Teymuru tutdurmaq üçün sübut kimi göstərsinlər. Bu faktları Abşeron Rayon Məhkəməsinə yazdığı ərizəsində göstərmişdir. Amma, hakim belə faktları heç də obyektiv araşdırma yıb. Cavabdeh4 məhkəmə iclasında izahatında bildirmişdir ki, “Teymura pul vermək niyyəti yoxdur.” Heç bir qanunda tələb olunmamışdır ki, pul ödəmək niyyətlə olmalıdır. Cavabdeh4 zərəri ödəmə tam imkanı var. İddiaçıya qarşı olmayan işlərə görə Sumqayıt şəhər 1-ci polis bölməsində onu, oğlu Teymuru tutdurmaq məqsədilə izahat verməklə ona maddi və mənəvi ziyan vurmuşdur. Hakim qanunsuz qətnaməsində mənəvi zərərin ödənilməsi barədə “mənəvi zərərin baş verməsi səbəblərində əxlaq normaları da məhkəmədə nəzərə alınmayıb! Cavabdeh2ı əxlaqsız hərəkətlərini təsdiq edən foto şəkildə əxlaqsızlıq təsdiq və sübut olunub. Cavabdeh4 izahatında sübut etmişdir “atası vaxtilə bağı Cavabdeh3 adına keçirmişdir, torpaq sahəsini bağışladığı zaman iddiaçı (yəni Elçin Muradov) ölkə xaricində olmamışdır” deməli ona qarşı haqsızlıq və qanunsuzluq etdiklərini Cavabdeh4 təsdiq edir. Ananın adında olan bağ sahəsini onun razılığı olmadan mənimsəyiblər. Cavabdehlərin yalançı şahid olmaqları öz təsdiqini tapıb.
16. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(012)- 558/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, qarşılıqlı iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2025-ci il 19 avqust tarixli 2(105)-946/2025 nömrəli qətnaməsi (hakimlər: A.Hüseynzadə sədrlik edən və məruzəçi, F.Məmmədov və S.Qafari) ilə ilk iddia üzrə iddiaçı X6 apellyasiya şikayətinin təmin edilməməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayətinin qismən təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-558/2025 nömrəli qətnaməsinin qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayətinin qalan hissədə təmin edilməməsi, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(012)-558/2025 nömrəli qətnaməsinin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hər hansı bir şəxsin əmlakına zərər vurulması ilə bağlı hüquq mühafizə orqanına müraciət etməsi, əmlakına zərər vuran şəxsi ehtimal etməsi, həmin şəxsin kim olmasını bildirməklə məlumat verməsi və ya onun və digər şəxslərin araşdırma ilə əlaqədar həmin orqanda izaha t verməsi ilə bağlı hərəkətləri qanunsuz hərəkətlər hesab olunmur. Cinayət və inzibati xətalarla bağlı qanunvericilik müvafiq olaraq, yalnız cinayət edilməsi haqqında bilə-bilə yalan xəbərçilik etməyə və inzibati xətalar haqqında işlər üzrə icraat zamanı bilə-bilə yalan izahat verilməsinə görə məsuliyyət müəyyən etməkdədir. Cavabdehlərin isə bilə-bilə yalan izahat verməsi və ya cinayət törədilməsi haqqında bilə-bilə yalan xəbərçilik etməsinə dair qanuni qüvvəsini almış məhkəmə aktı mövcud olmamışdır.
19. Hazırkı iş üzrə yaranmış mübahisəyə dair iş materiallarında olan sübutlarla isə ilk iddia üzrə cavabdehlərin polis orqanına müraciətində və ya izahatlarında iddiaçının şərəf və ləyaqətini ləkələyən məlumatlar yayması müəyyən olunmur. Hərçənd ki, yuxarıda istinad olunan cinayət işinin başla nmasının rədd edilməsi barədə qərarlara əsasən ilk iddia üzrə iddiaçının Cavabdeh1 əmlakına zərər vurması müəyyən edilməklə, cinayət işinin başlanması zərər məbləğinin 5000 manatdan az olması səbəbindən rədd edilmişdir. İnzibati məsuliyyətə isə iddiaçı məsuliyyətə cəlb etmək müddəti keçməsi əsası ilə cəlb edilməmişdir.
20. Qeyd olunanlara əsasən iddiaçının mənəvi zərərə məruz qalması ilə bağlı iddiası əsassız olmaqla, buna müvafiq olaraq cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində maddi zərərə məruz qalması da sübut olunmamışdır. Hərçənd ki, ilk iddia üzrə iddiaçı tələb etdiyi maddi zərərin konkret olaraq nədən ibarət olmasını da göstərə bilməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə iddianın rədd edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nə ticə qanuni və əsaslı olmuşdur.
21. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 23.1, 23.4, 1096.1, 1096.2, 1097.1-ci, MPM-in 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. X2 (vəkil X12) kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli 2(105)-946/2025 nömrəli qətnaməsinin iddia tələblərinin təmin edilməməsi hissəsində ləğv olunaraq həmin hissədə təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin mövqeyi qanunsuz və əsassızdır. Cavabdehlərin iddiaçı və oğlu Teymur barədə hüquq mühafizə orqanlarına əsass ız müraciət (izahat) və şikayətlər etməsi, habelə Cavabdeh2 yalançı şahidlik etməsi, barələrində həqiqətə uyğun olmayan, şər-böhtan xarakterli məlumatların yayılmasına səbəb olmuşdur. İş materiallarında Cavabdeh1 və Cavabdeh4 polis orqanlarına müraciətində və izahatında, məhkəmələrdə yalançı şahid Cavabdeh2 iddiaçının və oğlunun şərəf və ləyaqətini ləkələyən məlumatlar yayması sübut və təsdiq olunur. Cavabdeh1 izahatında “Muradov Elçini indi tanımışam, məhkəmə proseslərində isə qohumumdur, qarşılıqlı iddia ərizəsində tanışımdır, mənim bağımda fərdi yaşayış evim var, X5 birlikdə fərdi yaşayış evinin hasarını söküblər, Elçin Muradov mənə 600-700 manat, 2 000 manat, 20 000 manat və 25 000 manatdan artıq maddi və mənəvi ziyan vurmuşlar” kimi yalan fikirlər səsləndirməsi onun düz olduğunu necə sübut edə bilər? Cavabdeh1 polisdə və məhkəmələrdə bilə-bilə verdiyi belə yalan (ifadə) izahatlarının hansının düz olduğunu necə izah və sübut edə bilər? Həmin məlumatlar iddiaçının və oğlunun şərəf və ləyaqətini, habelə işgüzar nüfuzunu ləkələyən məlumatlardır ki, nəticə etibarı ilə onlar sözügedən məlumatların yayılmasından mənəvi və maddi zərərə məruz qalmışlar. Göründüyü kimi məhkəmə işin həqiqi hallarına obyektiv hüquqi qiymət verməyərək Mülki Məcəllənin 23.4-cü maddəsinin, habelə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2002-ci il tarixli Qərarının tələblərini pozmuşdur.
24. Cavabdehlərin yalançı iddiaçı və yalançı şahidlər olmaları onların ifadə və izahatları ilə tam sübuta yetirilm işdir. Cavabdehlər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut edə bilməmişlər, əksinə özlərinin bilə-bilə yalan ifadə verdiklərini təsdiq etmişlər. Qanunvericiliyin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İlkin iddia tələblərinin əsaslı olmasına rəğmən məhkəmə heç bir əsas olmadan cavabdehlərin söz olaraq dediklərini əsas götürərək iddia tələbini rədd etmişdir. Cavabdehlərin Abşeron Rayon Məhkəməsində və Sumqayıt Apellyasiya Məhkəməsində verdikləri izahatların hamısı yalandır. Hakim bu yalanları sübut kimi qəbul etmişdir. İş üzrə əslində hər hansı fakt və ya hadisənin şahidi olmayan münaqişə yaradan xarakterli yalançı şahid Cavabdeh2, iddiaçının vərəsəlik payını vermək istəmədiyinə görə onu və oğlunu tutdurmaq məqsədilə yalançı şahidlik etmişdir. Analarından miras qalmış torpaq sahəsindəki evdə müxtəlif vaxtlarda saxladığı paltarlar, ayaqqabılar və başqa əşyaları şəxsən Cavabdeh2 oğurlamışdır. İddiaçı həmin oğurluq faktı barədə xx.xx.2022-ci il tarixdə Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə ərizə ilə müraciət etmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərar qəbul edilmiş və Cavabdeh2 barəsində inzibati təsir tədbirlərinin görülməsindən ötrü qəbul olunmuş qərarın surəti aidiyyəti üzrə verilsə də, bu günə qədər onun barəsində heç bir tədbir görülməmişdir. Cavabdehlər vərəsəlik payını vermək istəmədikləri üçün iddiaçı və oğluna qarşı şər-böhtan atmaqla özlərini müdafiə etmək istəmişlər. Sumqayıt Apellyasiya Məhkəməsi keçirilən məhkə mə prosesində kobud qanun pozuntusu edərək iddiaçının hüquqlarını kobud şəkildə pozmuşdur və Abşeron Rayon Məhkəməsinin qanunsuz və əsassız qətnaməsini heç də araşdırmadan məhkəmə prosesinin sona çatdığını bildirmişdir. Məhkəmə sübut qismində cavabdehlərin yalan və həqiqətə uyğun olmayan izahat və şikayətlərini əsas götürərək Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinin tələblərini pozmuşdur.
25. Həm birinci instansiya məhkəməsində, həm də apellyasiya məhkəməsində işdə olan sübutlar düzgün qiymətləndirilməmişdir. Belə ki, məhkəmə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş fakt və sübutlara obyektiv hüquqi qiymət verməmiş, əksinə cavabdehlərin hüquq mühafizə orqanına müraciətində və izahatında onun və oğlunun şərəf və ləyaqətini ləkələyən məlumatlar yayması faktını hüquqa uyğun hesab edə rək yanlış hüquqi nəticəyə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
27. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
28. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
29. Maddə 23.1. Fizi ki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir.
30. Maddə 23.4. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüqu qu vardır.
31. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
32. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
33. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
37. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəl illərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
38. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
39. Hazırkı kassasiya şikayətində qətnamə qismən ilkin iddianın təmin edilməmiş hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasi ya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.
41. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.
42. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və qeyd edir ki, şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. Kollegiya həmin hüquqi qiymətləndirmə və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.
43. Kassasiya şikayətində qeyd edilən m addi və prosessual hüquq normalarının pozulmasının işdə olan sübutların və işin hallarının düzgün qiymətləndirilməməsi ilə əlaqələndirilməsi isə əsassızdır.
44. Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirinə görə kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.
45. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012ci il 28 fevral tarixli Qərarında da qeyd edilmişdir ki,...kas sasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasi ya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə c avab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərarı).
46. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının və sübutların qiymətləndirilməsi ilə bağlı məsələ işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır.
47. Apellyasiya instansiyası məhkəməsi də öz səlahiyyətləri daxilində sübutları və işin hallar ını qiymətləndirmiş və müəyyən etdiyi hallar üzrə tətbiq etdiyi maddi hüquq normalarının pozuntusuna yol verməmişdir.
48. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
49. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2025-ci il 19 avqust tarixli 2(105)-946/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.