Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3702/2019 27.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi ilə. Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin 10 oktyabr 2018-cı il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 aprel 2018-ci il tarixli qətnaməsi ilə (hakim:İ.R.Burcayev; 2(008)-1683/2018) İddiaçı Cavabdeh qarşı iddia təmin edilmiş, İddiaçı Bakı şəhəri, **** ********************** saylı mənzilinin mülkiyyətində olan ½ hissəsinə köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: İ.S.Şirinov (sədrlik edən və məruzəçi), T.S.Səmədov, E.C.Kazımov; 2(103)-9508/2018) Cavabdeh apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 23 aprel 2018-ci il tarixli qətnaməsi (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı Cavabdeh qarşı ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, ***************************************** saylı mənzilinin mülkiyyətində olan ½ hissəsinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 29 dekabr 2005-ci il tarixdə cavabd ehlə rəsmi hüquqi nigaha girərək ailə qurmuş, birgə nigahdan 11 fevral 2007-ci il tarixdə X4 adında övladı doğulmuşdur. Bakı şəhər Sabunçu rayon məhkəməsinin 20 sentyabr 2010-cu il tarixli qətnaməsinə əsasən cavabdehlə aralarında olan nigah pozulmuşdur. Bakı şəhər Sabunçu rayon məhkəməsinin 27 avqust 2014-cü il tarixli qətnaməsi ilə ( 2(008)-5925/14) iddia qismən təmin edilərək, Bakı şəhəri, Sabunçu rayonu. Bakıxanov qəsəbəsi, Gənclik küçəsi 29 c saylı evin 35 saylı mənzili İddiaçı və X1 tərəfindən birgə nigah dövrü əldə edilən əmlak hesab olunaraq adı çəkilən mənzildə onu payı 40% (2/5 hissədə). Cavabdeh payı isə 60% (3/5 hissədə) müəyyən edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 dekabr 2014-cü il tarixli qətnaməsi ilə (iş № 2 ( 103)-6706/14) onun tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş. Bakı şəhər Sabunçu rayon məhkəməsinin 2(008)-5925/14 nömrəli işi üzrə 27 avqust 2014-cü il tarixli qətnaməsi payların müəyyən edilməsi hissəsində dəyişdirilərək- Bakı şəhəri, *********************** saylı mənzilinə ½ hissədə Cavabdeh və ½ hissədə onun payları müəyyən olunmuşdur.Azərbaycan Respublikası Ali Məhəməsinin Mülki Kollegiyasının 2(102)-2107/15 saylı 19 may 2015-ci il tarixli qərarına əsasən onların kasassiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 dekabr 2014-cü il tarixli, 2(103)-6706/14 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qərarı ilə müəyyən edilmiş hissəsinə çıxarış almışdır. Buna baxmayaraq indiyə kimi ona məxsus mənzilin açarları cavabdeh dədir. Qeyd olunanlara əsasən ona məxsus mənzilinə köçürülməsini məhkəmədən xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin həmin məhkəməyə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14,372-ci maddələrinin, Azərbaycan Respublikaı Mülki Məcəlləsinin 152.1-ci maddələrinin tələblərinin pozulması ilə qeyri-obyektiv,qanunsuz, ədalətsiz düzgün olmayaraq qəbul edilmişdir. Tərəflərin izahatı İddiaçı Mülki-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməyərək məhkəmə kollegiyasının iclasına vəkilsiz gəldiyi üçün işin ka ssasiya baxışında onun izahatları dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəm kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır.Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin halları ndan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən, o cümlədən iş materiallarında olan Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 27 avqust 2014-cü il tarixli 2(008)-5925/14) saylı qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri, ****************** saylı mənzili X2 və H8 tərəfindən birgə nigah dövründə əldə edilən əmlak hesab olunaraq adı çəkilən mənzildə onu payı 40% (2/5 hissədə). Cavabdeh payı isə 60% 3/5 hissədə) müəyyən edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 dekabr 2014-cü il tarixli, 7 103)-6706/14 qətnaməsindən görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 27 avqust 2014-cü il tarixli 2(008)-5925/14) qətnaməsi payların müəyyən edilməsi hissəsində də yişdirilərək, Bakı şəhəri, ********************* saylı mənzilinə 1/2 hissədə iddiaçı Cavabdeh və 1/2 hissədə onun payları müəyyən olunmuş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2107/15 saylı 19 may 2015-ci il tarixli qərarından görünür ki, tərəflərin kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 dekabr 2014-cü il tarixli, 2(103)-6706/14 qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reysetrindən verilmiş RX seriyalı ******* saylı çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, ************** saylı mənzilin ½ hissə İddiaçı, ½ hissə olmaqla Cavabdeh paylı mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. - 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşul arın və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui- istifadə olmasın. İş üzrə toplanmış sübutları araşdıran apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Bakı şəhəri, ************************** saylı mənzil İddiaçı və Cavabdeh paylı mülkiyyətindədir. Cavabdeh qanunsuz olaraq məhkəmə qətnamələri ilə müəyyən edilmiş iddiaçını mənzilinə buraxmır. Cavabdehin bu hərəkəti nəticəsində iddiaçı paylı mülkiyyətində olan mənzildən sərbəst və maneəsiz istifadə edə bilmir. Apellyasiya instansiyası məhkəməsi nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdı r. Şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1 -ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir. Beləliklə apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğuna görə həmin qətnaməni dəyişdirmədənsaxlamışdır. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin q ətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 10 oktyabr 2018-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3702/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3702/2019
27.05.2019 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver