Məhkəmə qərarları › İş №2(102)-3702/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3702/2023

15.11.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3702/2023 15.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə və Gədəbəy rayon Notariat ofisinə qarşı iş üzrə QƏRARİ İş № 2(102)-3702/2023 (Açar sözlər: şəhadətnamənin, çıxarışların, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və evdən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 s aylı Şəmkir Ərazi İdarəsinə və Gədəbəy rayon Notariat ofisinə qarşı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin, çıxarışların, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və evdən çıxarılma tələbinə dair Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1046/2023 nömrəli, 25 may 2023-cü il tarixli qətnaməsindən İddiaçı2 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə 15 noyabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Qeydiyyat vəsiqəsinin surətinə əsasən, Gədəbəy rayonu, Qumlu kəndində yerləşən iki mərtəbəli, iki yaşayış otağı olan ümumi sahəsi 86.3 kv.m yaşayış sahəsi olmaqla, yaşayış sahəsi 58.3 kv.m, köməkçi sahəsi 28.0 kv.m olan fərdi yaşayış evi XDC İcraiyyə Komitəsinin 567 nömrəli, 25 may 1992-ci il tarixli qərarı əsasında X15 adına 70 nömrəli reyestr kitabında 236 inventar nömrəsi ilə qeydə alınmışdır.

2. Vəsiyyətnamənin surətinə əsasən, X5 rayonu Qumlu kəndində yerləşən evini, ev əşyalarını və ağaclarını nəvəsi X16 vəsiyyət etmiş, qalan vərəsələri hüquqdan məhrum etmişdir. 3. 29 aprel 1998-ci il tarixli, vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətinə əsasən, 21 noyabr 1997-ci ildə təsdiq edilən və R-2B-97-114 nömrə ilə reyestrdə qeyd olunan vəsiyyətnaməyə əsasən 30 yanvar 1998-ci ildə ölmüş X15 vəsiyyətnamədə göstərilən əmlakın vərəsəsi X17r. Həmin şəhadətnamənin verildiyi vərəsəlik əmlakı ümumi yaşayış sahəsi 49.0 kv.m olmaqla yaşayış sahəsi 27.8 kv.m olan bir mərtəbəli, bir otaqlı yaşayış evindən ibarətdir.

4. Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətinə əsasən, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 09 nömrəli qərarı ilə X18 və X3 mülkiyyətinə Gədəbəy rayonu, Qumlu kəndində 0.25 ha torpaq sahəsi verilmişdir.

5. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Şəmkir rayon Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı ******* №-li, xx.xx.2009-cu il tarixli çıxarışın surətinə əsasən, Gədəbəy şəhəri, 20 Yanvar küçəsi, ev 33 ünvanında yerləşən “A” Literli 1 mərtəbəli, 1 otaqlı, yaşayış sahəsi 26.7 kv.m, yardımçı sahəsi 20.3 kv.m, ümumi sahəsi 47 kv.m olan fərdi yaşayış evi və “B” Literli 1 mərtəbəli, 2 otaqlı ümumi sahəsi 45.3 kv.m olan fərdi yaşayış evi, fərdi yaşayış evlərinin tərkib hissəsi kimi “V” Literli 1 mərtəbəli, ümumi sahəsi 29.4 kv.m olan t övlə və “1” Literli ümumi sahəsi 1.4 kv.m olan ayaqyolu və 0.25 ha torpaq sahəsi xx.xx.2009-cu il tarixdə xüsusi mülkiyyət hüququ ilə tam olaraq X59 (YYY) oğlunun adına ********** nömrə ilə qeydiyyata alınmışdır. Bu barədə xx.xx.2009-cu il tarixdə 505-1-1412 inventar nömrəli Daşınmaz Əmlakın Texniki Pasportu tərtib edilmişdir. 6. 13 noyabr 2009-cu il tarixli, 260545 nömrəli alqı-satqı müqaviləsinin surətinə əsasən, X59 (YYY) oğlu Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 06 noyabr 2009-cu il tarixli, ********** nömrəli arayışa və ******* nömrəli çıxarışa əsasən ona məxsus Gədəbəy şəhəri, 20 Yanvar küçəsi, ev 33 ünvanında yerləşən 0.25 ha torpaq sahəsində yerləşən 1970-ci ildə inşa edilmiş bir mərtəbəli, bir otaqlı yaşayış sahəsi 26.7 kv.m, köməkçi sahəsi 20.3 kv.m, ümumi sahəsi 47 kv. m olan fərdi yaşayış evini və 1975-ci ildə inşa edilmiş ümumi sahəsi 45.3 kv.m olan fərdi yaşayış evlərini 10000 manat məbləğində pul qarşılığında Gədəbəy rayonu, Yenikənd kənd sakini Cavabdeh2 satmışdır.

7. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Şəmkir rayon Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı ******* №-li, xx.xx.2019-cu il tarixli çıxarışın təsdiq edilmiş surətinə əsasən, Gədəbəy şəhəri, 20 Yanvar küçəsi, ev 33 ünvanında yerləşən “A” Literli 1 mərtəbəli, 1 otaqlı, yaşayış sahəsi 26.7 kv.m, yardımçı sahəsi 20.3 kv.m olan fərdi yaşayış evi və “B” Literli 1 mərtəbəli 2 otaqlı, ümumi sahəsi 45.3 kv.m olan fərdi yaşayış evi, fərdi yaşayış evlərinin tərkib hissəsi kimi “V” Literli 1 mərtəbəli, ümumi sahəsi 29.4 kv.m olan tövlə və “1” Literli ümumi sahəsi 1.4 kv.m olan ayaqyol u və 0.25 ha torpaq sahəsi xx.xx.2009-cu il tarixdə xüsusi mülkiyyət hüququ ilə tam olaraq Cavabdeh2 adına ********** nömrə ilə qeydiyyata alınmışdır. Bu barədə xx.xx.2009cu il tarixdə 505-1-1412 inventar nömrəli Daşınmaz Əmlakın Texniki Pasportu tərtib edilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 11 saylı Şəmkir Ərazis İdarəsi tərəfindən verilmiş 10 may 2022-ci il tarixli arayışın lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Gədəbəy şəhəri (köhnə Qumlu yaşayış massivi) ünvanında yerləşən fərdi yaşayış evinə dair X16 xx.xx.1998-ci il tarixli, 2V-98-25 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Qeyd edilən fərdi yaşayış evinə dair X13 adına reyestrdən çıxarış ve rilməmişdir. Həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair X13 adına hər hansı sənəd aşkar edilməmişdir.

8. Gədəbəy RİHB-nın şəhər inzibati ərazi vahidi nümayəndəliyi üzrə 26 aprel 1994-cü il tarixli, 74 nömrəli sərəncamın təsdiq edilmiş surətinə əsasən, X15 öz adına olan həyətyanı 0.25 ha torpaq sahəsindən nəvəsi İddiaçı2 0.15 ha torpaq sahəsi ayrılmış, həmin sahədə yaşayış evinin tikilməsinə icazə verilmişdir.

9. Nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətinə əsasən, İddiaçı1 ilə X35 nikahlarını 22 noyabr 2013-cü il tarixdə Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsində bağlanmışlar.

10. Doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətinə əsasən, İddiaçı1 xx.xx.1984cü il tarixdə anadan olmuşdur. Atası qrafasında X28 qeyd edilmişdir.

11. Doğum haqqında arayışın təsdiq edilmiş surətinə əsasən, İddiaçı2 xx xxxxxx 1966-cı ildə Gədəbəy rayonu, Qumlu kəndində anadan olmuşdur. Bu barədə 30 noyabr 1966-cı il tarixdə Gədəbəy rayonu, Qumlu kənd icra nümayəndəliyində 135 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası qrafasında X36, anası qrafasında X19 qeyd edilmişdir. İşdə olan ölüm haqqında şəhadətnamələrin surətlərinə əsasən, X28 xx.xx.2016-cı il tarixdə, X31 30 yanvar 1998-ci il tarixdə, X59 (YYY) oğlu xx.xx.2012-ci il tarixdə, X11 xx.xx.2011-ci il tarixdə ölmüşdür.

12. Gəncə şəhəri 1 saylı Notariat Ofisi tərəfindən verilmiş 14 aprel 2022-ci il tarixli, 201 saylı arayışın təsdiq edilmiş surətinə əsasən, xx.xx.2016-cı il tarixdə vəfat etmiş xx.xx.1951-ci il təvəllüdlü mərhum X12 miras qalmış əmlaklara dair Gəncə şəhər 1 saylı notariat ofisinə təqd im edilmiş sənədlər əsasında vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən edilmişdir. X2 onlara məlum olan vərəsələri: xx.xx.1978-ci il təvəllüdlü qızı X20, xx.xx.1980-ci il təvəllüdlü qızı X24, xx.xx.1984-cü il təvəllüdlü oğlu İddiaçı1, xx.xx.1990-cı il təvəllüdlü qızı X29 və xx.xx.1992-cü il təvəllüdlü qızı X21 qanun üzrə birinci növbə vərəsələr qismində vərəsəliyə qəbul edilmişlər. X1 və X24 vərəsəlik payından imtina etmişdirlər. xx.xx.2021-ci il tarixdə Gəncə şəhər 1 saylı notariat ofisində X2 bütün əmlaklarına dair bərabər pay üzrə vərəsə mərhumun oğlu - İddiaçı1, qızı X29 və qızı - X21 təyin edilmişdirlər.

13. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs inin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş 13 sentyabr 2022- ci il tarixli arayışın surətinə əsasən, ünvan 2 ünvanda yerləşən 0.25 ha həyətyanı torpaq sahəsinin 0.15 ha hissəsinin İddiaçı2 adına verilməsi ilə bağlı 11 saylı Şəmkir Ərazi İdarəsinin arxiv fondunda hər hansı məlumat və ya arxiv sənədi aşkar edilmədi. İşdə olan Gədəbəy rayon Məhkəməsinin 08 noyabr 2007-ci il tarixli, 2247/2007 saylı qətnaməsinin surətindən görünür ki, cavabdeh X13 iddiaçı X59 (YYY) oğluna məxsus olan Gədəbəy rayonu, Qumlu kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsindən çıxarılması qət edilmişdir.

14. Gəncə Apellyasiya Məhkəməsinin 15 aprel 2008-ci il tarixli, 2(104)-344/08 saylı qətnaməsinə əsasən, Gədəbəy rayon Məhkəməsinin 08 noyabr 2007-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir.

15. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-422/2022 saylı qətnaməsi ilə, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı2 qarşı cavabdehin fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılması, tikinti materiallarının cavabdehin hesabına götürülməsi tələblərinə dair iddiası təmin edilməmişdir.

16. Gəncə Apellyasiya Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, 2(104)- 2551/2022 saylı qətnaməsi ilə, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-422/2022 saylı qətnaməsi ləğv edilmiş və yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilmiş, cavabdeh İddiaçı2 iddiaçının mülkiyyətində olan torpaq sahəsində ev tikintisi üçün aparılması üçün apardığı qazıntının cavabdeh İddiaçı2 hesabına doldurularaq torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi, torpaq sahəs inə tökdüyü tikinti materiallarının (daş, qum, sement, taxta və kubik) cavabdeh tərəfindən götürülməsi, iddia tələbinin cavabdeh İddiaçı2 Gədəbəy şəhəri, 20 Yanvar küçəsi, ev 33 ünvanında yerləşən, ümumi sahəsi 47 kv.m olan A literli fərdi yaşayış evindən, həmin evin yerləşdiyi 0.25 ha torpaq sahəsindən çıxarılması hissəsində rədd edilməsi qət edilmişdir.

17. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş 25 noyabr 2022-ci il tarixli məktubun surətinə əsasən, Gədəbəy şəhəri, 20 Yanvar küçəsi, ev 33 ünvanında yerləşən 0.25 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən 1970- ci ildə tikilmiş, bir mərtəbəli, bir yaşayış otağından ib arət, ümumi sahəsi 47 kv.m olan A literli fərdi yaşayış evi, 1975-ci ildə inşa edilmiş bir mərtəbəli, iki otaqlı, ümumi sahəsi 45.3 kv.m olan B literli fərdi yaşayış evlərinə dair X59 (YYY) oğlunun adina xx.xx.2009-cu il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Əsas: Ləğv edilmiş DT və XK-nin Gədəbəy rayon şöbəsi tərəfindən Gədəbəy Rayon AİK-nm xx.xx.1998-ci il tarixli 09 qərarı ilə 0.25 ha həyətyanı torpaq sahəsinə dair tərtib edilmiş JN-029A saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və Gədəbəy Rayon icra hakimiyyəti başçısının Gədəbəy şəhər inzibati ərazi üzrə nümayəndəliyinin xx.xx.2009-cu il tarixli 2111 saylı arayışı. Qeyd edilən mülk bütövlükdə Şəmkir 1 saylı Dövlət notariat kontorununxx.xx.2009-cu il tarixli, 4Ə-88 reyestr nömrəli alğı-satqı müqaviləsi əsasında Cavabdeh2 adina özgəninkiləşdirilmiş və ona tam mülkiyyət hüququ ilə xx.xx.2009-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir.

18. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş 29 noyabr 2022-ci il tarixli məktubuna əsasən, Gədəbəy rayonu, Qumlu kəndində yerləşən A (ümumi sahəsi - 52.57 kv.m) və B (ümumi sahəsi - 30.68 kv.m) yaşaiş evlərinə dair X31 və X59 (YYY) oğlunun adına 21 sentyabr 1994-cü il tarixli, 319 inventar nömrəli texniki paport tərtib edilmişdir. Gədəbəy rayonu, Qumlu kəndində yerləşən ümumi sahəsi 86.3 kv.m olan fərdi yaşayış evinə dair X15 ad ına 13 fevral 1998ci il tarixli qeydiyyat vəsiqəsi tərtib edilmişdir. Gədəbəy rayonu dövlət notariat kontorunun 29 aprel 1998-ci il tarixli, K-2V-98-25 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi əsasında ümumi yaşayış sahəsi 49.0 kv.m, o cümlədən yaşayış sahəsi 27.8 kv.m olan fərdi yaşayış evi X13 adına özgəninkiləşdirilmişdir. Həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair X31 və X13 adlarına Gədəbəy rayon Aqrar islahat Komissiyası tərəfindən torpaq sahəsi ayrılmamışdır və onların adlarına ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Gədəbəy rayon şöbəsi tərəfindən sənəd tərtib edilməmişdir. Qeyd edilən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində adları çəkilən şəxslərin adlarına qeydiyyatdan keçməmişdir.

19. Şəmkir rayonu 1 sa ylı Notariat Ofisi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş 07 dekabr 2022-ci il tarixli məktuba əsasən, Cavabdeh2 ilə Məmmədov (İbrahimov) Yusif Əli (YYY) oğlu arasında hər hansı bir əmlakın alqı-satqısı və bağışlanma müqavilələrinin rəsmiləşdirilməsi ilə əlaqədar “E-notariat” informasiya sistemində aparılmış notariat hərəkət aşkar olunmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

20. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmədə iddia qaldıraraq, X18 və X4 adlarına verilmiş xx.xx.2006-cı il tarixli, JN-029A №-li Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin, X59 (YYY) oğlunun adına DƏDRX-nin Şəmkir rayon Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli, ********** №-li çıxarışın və Cavabdeh2 adına verilmiş xx.xx.2009-cu il tarixdə **********2910301 №-li çıxarışın, X59 (YYY) oğlu ilə Cavabdeh2 arasında 0.25 ha torpaq sahəsinə dair bağlanmış xx.xx.2009-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh2 atasının xüsusi mülkiyyətində olan və ona miras qalan Gədəbəy şəhəri, 20 Yanvar küçəsi, ev 33 ünvanda yerləşən evdən çıxarılması və ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh2 aid edilərək Cavabdeh2 onların xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı1 məhkəmə iclasında iddia tələbini müdafiə etmiş və izahatında göstərmişdir ki, Gədəbəy rayonu, Qumlu kəndində 0.25 ha torpaq sahəsində ulu babası, yəni atası Ziyadın babası X15 iki fərdi yaşayış evi olmuşdur. Həmin yaşayış evlərinin ümumi sahəsi 86.3 kv metr olmuş və YYY Məmmədovun adına həmin evlərə dair 13 fevral 1998-ci il tarixdə Şəmkir texniki inventarlaşdırma bürosu tərəfindən mülkiyyət hüququna dair qeydiyyat vəsiqəsi verilmişdir. Hazırda Qumlu kəndi Gədəbəy şəhərinə daxil olduğundan bu ünvan ünvan 4 yəni evini, ev əşyalarını və ağaclarını xx.xx.1997-ci il tarixdə oğul nəvəsi, onun X7na vəsiyyət etmiş, Ə.Məmmədovun xx.xx.1998-ci il tarixdə baş vermiş vəfatından sonra atası Ziyad xx.xx.1998-ci il tarixdə 2V-98-25 nömrəli vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaqla babasından qalan miras əmlakı qəbul etmişdir. X7 02 avqust 2016-cı ildə ölmüşdür. Onun əmlakına vərəsəlik açılmışdır. Gəncə şəhər 1 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli 201 №-li məktubuna əsasən, atasının vərəsələrinin dairəsi müəyyən edilmiş, xx.xx.2021-ci il tarixdə həmin notariat ofisində atasının bütün əmlakı üzrə vərəsə kimi o və bacıları Günay və Gülmira tanınmışlar. Qanun üzrə birinci növbə vərəsələr X20 və X24 mirasdan imtina etmişlər. Sonradan məlum olmuşdur ki, Gədəbəy şəhəri, 20 Yanvar küçəsi, ev 33 ünvanında yerləşən mərhum atası 000 adına vəsiyyətnaməsi olmasına və mirası qəbul etməsinə baxmayaraq, X37 qeyd edilən evlərə dair 05 noyabr 2009-cu ildə reyestrdən çıxarış almış, sonra həmin evləri xx.xx.2009-cu ildə Cavabdeh2 satmışdır. Nəticədə o, miras əmlakdan məhrum olmuşdur. Ona görə də o, məhkəməyə müraciət etməli olmuşdur.

21. İkinci İddiaçı2 iddia tələblərini müdafiə edib, izahatında göstərmişdir ki, X31 onun babası, ilk iddiaçı Rasim isə onun qardaşı oğludur. Gədəbəy rayonu Qumlu kəndində iki fərdi yaşayış evi və 0.25 ha torpaq sahəsi olmuşdur. Hazırda Qumlu kəndi Gəd əbəy şəhərinə daxil olduğundan bu ünvan Gədəbəy şəhəri, 20 Yanvar küçəsi ev 33 kimi qeyd edilir. Babası YYY evini xx.xx.1997-ci il tarixdə oğul nəvəsi olan əmisi X16 vəsiyyət etmiş, Ə.Məmmədovun xx.xx.1998-ci il tarixdə baş vermiş vəfatından sonra mirası qəbul edən Ziyad xx.xx.1998-ci il tarixdə 2V-98-25 nömrəli vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alıb, babasının evinə mülkiyyət hüququnu rayon inventarlaşdırma bürosunda qeyd etdirmişdir. Tövləni və əl damını isə yaşayış evinə çevirmək üçün ona vermişdir. Belə ki, babası xx.xx.1994-cü il tarixdə Gədəbəy rayon İcra Hakimiyyətinə ərizə yazıb, qaytanlanmış kitabda adına olan 0.25 ha torpaq sahəsinin 0.15 ha hissəsinin üzərində yerləşən tövlə və əl damı ilə birlikdə yaşayış evi düzəldib, ailəsi ilə yaşaması üçün ona vermişdir. Gədəbəy rayon İcra Hakimiyyəti başçısı onun xahişini təmin edərək, xx.xx.1994-cü il tarixli 74 nömrəli sərəncamla həmin 0.25 ha torpaq sahəsinin 0.15 ha hissəsini onun üçün ayırmışdır. O, həmin vaxtdan qeyd edilən tikililəri rekonstruksiya edib, yaşayış evinə çevirərək 28 ildir ki, babasının ailə üzvü olaraq orada yaşayıb, sahibliyində olan 0.15 ha torpaqdan istədiyi kimi istifadə edir. Həyətin qalan 0.10 ha hissəsi isə babası öləndən sonra onun 49 kv.m sahəli evinə vəsiyyət üzrə vərəsəlik şəhadətnaməsi almış atası Ziyadın sahibliyində olmuşdur. X60 şəhərində yaşadığından, həmişə rayonda ola bilmirdi, ona görə də onun xahişi ilə evinə və 0.10 ha torpaq sahəsinə o, nəzarət etmişdir. Beləliklə, 1994-cü ildən babasının faktiki istifadəsində yalnız 0.10 ha torpaq sahəsi olmuşdur. Vətəndaşın e vinin torpaq sahəsinin iradəsinə zidd olaraq hətta torpaq islahatı qaydasında başqa şəxsə verilməsi qanunsuzluqdur. X44 Gəncə şəhərində yaşamasından, onun isə sadəlövhlüyündən istifadə edib, 0.25 ha torpaq sahəsinə öz adına və arvadı Tamam Məmmədovanın adına JN-029A №-li Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə yazdırmışdır. Şəhadətnamədə onlar bilmədiyi səbəbdən “İbrahimov” soyadı ilə qeyd edilmişlər. Şəhadətnamənin əsası kimi Gədəbəy rayon AİK-in xx.xx.1998-ci il tarixli 09 nömrəli qərarı göstərilmişdir. Gədəbəy rayon AİK onların qanuni sahibliyində olan torpaq sahəsini özgə şəxsin mülkiyyətinə verə bilməzdi. Göründüyü kimi, Yusif Məmmədov özgəyə (Ziyada) miras qalmış evin 0.10 ha torpaq sahəsini və qanuni qaydada ona ayrılmış 0.15 ha torpaq sahəsini rəsmiyyətdə Şəmkir rayon Əraz i İdarəsindən xx.xx.2009-cu il tarixli ********** №-li çıxarış almaqla ələ keçirib, 0.25 ha torpağı xx.xx.2009-cu ildə Cavabdeh2 satmışdır. Cavabdeh2 öz növbəsində həmin mülkə xx.xx.2009-cu il tarixli **********29-10301 №-li çıxarış almışdır. Cavabdeh2 mübahisəli torpağın və onun üzərində yerləşən evlərin Yusif Məmmədova məxsus olmamasını, sonuncunun həmin evdə yaşamamasını, torpaq sahəsindən istifadə etməməsini (sahiblik etməməsini), torpağa yalnız kənardan baxa bilməsini bilə-bilə onunla alqı-satqı müqaviləsi bağlamışdır. Həmkəndli kimi o, bilməmiş deyildi ki, 0.25 ha torpaq sahəsi və orada yerləşən evlər onunla qardaşı Ziyadın istifadəsindədir.

22. Cavabdeh2 məhkəmə iclasında iddia tələbini etiraf etməmiş və izahatında göstərmişdir ki, o, Gədəbəy şəhəri, 20 Yanvar küçəsi, ev 33 ünvanınd a yerləşən hazırki iş üzrə mübahisəli fərdi yaşayış evində yaşayır. Həmin fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi X59 (YYY) oğluna məxsus olmuşdur. O, həmin fərdi yaşayış evini və torpaq sahəsini X59 (YYY) oğlundan alqı-satqı müqaviləsi bağlayaraq almışdır. Sonra isə həmin alqı-satqımüqaviləsi əsasında ƏMDK-nin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən fərdi yaşayış evlərinə və torpaq sahəsinə dair çıxarış verilmişdir. O, hal-hazırda həmin fərdi yaşayış evində yaşayır. Fərdi yaşayış evi və torpaq sahəsi qanuni əsaslarla ona məxsusdur. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

23. Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarə sinin Gədəbəy rayon şöbəsinin müdiri X32 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, mübahisəli torpaq sahəsində iki fərdi yaşayış evi vardır. Fərdi yaşayış evlərinə dair X15 və X59 (YYY) oğlunun adına 21 sentyabr 1994-cü il tarixdə texniki pasport tərtib edilmiş, X15 adına 29 aprel 1998-ci il tarixdə isə həmin fərdi yaşayış evinə dair qeydiyyat vəsiqəsi tərtib edilmişdir. Daha sonra həmin fərdi yaşayış evlərinə və torpaq sahəsinə dair X59 (YYY) oğlunun adına xx.xx.2009-cu il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmiş, X59 (YYY) oğlu isə həmin torpaq sahəsini və fərdi yaşayış evlərini Cavabdeh2 satmışdır. Miras qoyan X14 qalmış miras əmlaka dair X13 adına vəsiyyətnamə verilmiş, həmin vəsiyyətnamə əsasında 29 aprel 1998-ci il tarixdə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında X16 şəhadətnamənə verilmişdir. Həmin şəhadətnamənin verildiyi vərəsəlik əmlakın ümumi yaşayış sahəsi 49.0 kv.m olmaqla yaşayış sahəsi 27.8 kv.m olan bir mərtəbəli, bir otaqlı yaşayış evindən ibarət olmuşdur. Lakin, mübahisəli torpaq sahəsinə və fərdi yaşayış evlərinə dair X59 (YYY) oğlunun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilərkən belə bir vəsiyyətnamənin mövcud olmasından xəbərləri olmamışdır.

24. Gədəbəy Rayon Məhkəməsinin (bundan sonra- birinci instansiya məhkəməsi) 2(042)39/2023 nömrəli, 10 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakim X38) iddia tələbi qismən təmin edilmiş, ƏMDK-nin yanında DƏDRX-nin Şəmkir rayon Ərazi İdarəsi tərəfindən X59 (YYY) oğlunun adına verilmiş 05 noyabr 2009-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********29-10301 reyestr nömrəli çıxarış, həmin çıxarış əsasında X59 (YYY) oğlu ilə Cavabdeh2 arasında bağlanmış 13 noyabr 2009-cu il tarixli, 260545 nömrəli alğı-satqı müqaviləsi və ƏMDK-nin yanında DƏDRX-nin Şəmkir rayon Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına verilmiş 17 dekabr 2009-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********29-10301 reyestr nömrəli çıxarış qismən, Gədəbəy şəhəri, 20 Yanvar küçəsi, ev 33 ünvanında yerləşən “A” Literli 1 mərtəbəli, 1 otaqlı, yaşayış sahəsi 26.7 kv.m, yardımçı sahəsi 20.3 kv.m, ümumi sahəsi 47 kv.m olan fərdi yaşayış evi və “B” Literli 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 45.3 kv.m olan fərdi yaşayış evi, fərdi yaşayış evlərinin tərkib hissəsi kimi “V” Literli 1 mərtəbəli, ümumi sahəsi 29.4 kv.m olan tövlə və “1” Literli ümumi sahəsi 1.4 kv.m olan ayaqyoluna aid hissələrdə etibarsız hesab edilmiş, Cavabdeh2 Gədəbəy şəhəri, 20 Yanvar küçəsi, ev 33 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. İddia tələbləri qalan hissədə təmin edilməmişdir.

25. Məhkəmə qeyd etmişdir ki, X48 Əli (YYY) oğlu 2008-ci il tarixdə cavabdeh X16 qarşı “əkin sahənin qaytarılması” tələbinə dair məhkəməyə müraciət etmiş və Gədəbəy rayon Məhkəməsinin 08 noyabr 2007-ci il tarixli, 2-247/2007 saylı qətnaməsinə əsasən, cavabdeh X13 iddiaçı X59 (YYY) oğluna məxsus olan Gədəbəy rayonu, Qumlu kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsindən çıxarılması qət edilmiş, həmin qətnamədən apellyasiya şikayəti verilmiş və Gəncə Apellyasiya Məhkəməsinin 15 aprel 2008-ci il tarixli, 2(104)- 344/08 saylı qətnaməsinə əsasən, Gədəbəy rayon Məhkəməsinin 08 noyabr 2007-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamələrlə mübahisəli torpaq sahəsinin X48 Əli (YYY) oğlunun mülkiyyətində olması və həmin torpaq sahəsinə dair X13 adına heç bir sənədin olmaması müəyyən edilmişdir. Həmin qətnamələr hal-hazırda qüvvədədir və hazırki iş üçün preyudisial əhəmiyyətə malikdir.

26. Məhkəmə bildirmişdir ki, Müvafiq prosessual qanunvericiliyin məhz preyudisiya ilə bağlı bu tələbini nəzərə alaraq Plenum “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin şərhi ilə bağlı adıçəkilən qərarında hesab etmişdir ki, bu Qərar qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə həll olunmuş mübahisələrə şamil olunmur.” Belə olan halda, mübahisəli torpaq sahəsinin X48 Əli (YYY) oğlunun mülkiyyətində olan torpaq sahəsinin olması və həmin torpaq sahəsinə dair X13 adına heç bir sənədin olmaması preyudisiya əhəmiyyətə malik olan məhkəmə qətnaməsi ilə müəyyən olunduğundan və qeyd edilən JN-029A KOD 50501004 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin etibarsız hesab edilməsi üçün heç bir əsas olmadığından iddia tələbi həmin hissədə təmin edilməməlidir.

27. Məhkəmə daha sonra qeyd etmişdir ki, Şəmkir 1 sayı Dövlət notariat kontorunun 13 noyabr 2009-cu il tarixli, 260545 nömrəli alğı-satqı müqaviləsinin bağlanılmasına əsas olmuş xx.xx.2009-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış etibarsız hesab olunduğundan və mülki qanunvericiliyə əsasən əqd barəsində mübahisə edildikdə bağlandığı andan etibarsız hesab edildiyindən, X48 Əli (YYY) oğlunun alqı-satqı müqaviləsi bağlayarkən mübahisəli fərdi yaşay ış evlərinə dair sərəncam vermək hüququ olmamışdır. Ona görə də məhkəmə hesab edir ki, Şəmkir 1 sayı Dövlət notariat kontorunun 13 noyabr 2009-cu il tarixli, 260545 nömrəli alqı-satqı müqaviləsi və onun əsasında Cavabdeh2 adına aparılmış xx.xx.2009-cu il tarixli, ********** nömrəli qeydiyyat, eləcə də, reyestrdən çıxarış qismən fərdi yaşayış evlərinə aid hissələrdə etibarsız hesab edilməlidir.

28. Məhkəmə həmçinin iddia tələbinin Cavabdeh2 ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması tələbi hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, iddiaçı bunu tələb etməkdə də haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sər əncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

29. Məhkəmə öz mövqeyini əsaslandırarkən MM-in 152.1, 157.2, 157.4, MPM-in 14.2, 217.4, 218.3-cü maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat

30. Gədəbəy Rayon Məhkəməsinin 2(042)-39/2023 saylı mülki iş üzrə 10 yanvar 2023-cü il tarixli qətnaməsindən iddiaçılar İddiaçı2, İddiaçı1 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdi.

31. Cavabdeh2 apellyasiya şikayəti verərək, Gədəbəy Rayon Məhkəməsinin 2(042)-39/2023 saylı mülki iş üzrə 10 yanvar 2023-cü il tarixli qətnaməsinin ləğv olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

32. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işdə olan sənədlərin mahiyyətini aydınlaşdırmadan, sənədlərin məzmununu araşdı rmadan qətnamə qəbul edərkən səhv nəticəyə gəlmişdir. İşin faktiki halları ondan ibarətdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli, **********729-10301 reyestr nömrəli çıxarışa əsasən ünvan 7 ünvanda yerləşən ümumi sahəsi 47 kv.m. olan “A” literli fərdi yaşayış evi, ümumi sahəsi 45.3 kv.m. olan “B” literli fərdi yaşayış evi və fərdi yaşayış evlərinin yerləşdiyi 0.25 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə onun adına qeydiyyata alınmışdır. Hər iki fərdi yaşayış evlərinin texniki pasportları vardır. Həmin mülkü o, 2009-cu il tarixdə mərhum dayısı X22 alqı-satqı müqaviləsi ilə almışdır. X15 ver diyi vəsiyyətnamə əsasında verilmiş şəhadətnamədə qeyd olunmuşdur ki, 1970-ci ildə divarları but daşdan hörülmüş üstü kirəmit kərpiclə örtülmüş, ümumi sahəsi 49 kv.m. olan o cümlədən yaşayış sahəsi 27.8 kv.m. olan bir mərtəbəli bir otaqdan ibarət yaşayış evidir. Göründüyü kimi “B” literli yaşayış evi nə vəsiyyət olunub, nə şəhadətnamə verilib, həmin ev haqqında heç bir söz yoxdur. “B” literli evi X37 1975-ci ildə tikib və orada da ailəsi ilə yaşayıb və alqı-satqı müqaviləsi ilə ona satmışdır. “B” literli evin X37 tərəfindən tikilməsini və onun satanadək orada yaşamasını qonşular tərtib etdiyi aktda da təsdiq etmişlər.

33. İddiaçı2 apellyasiya şikayəti verərək, Gədəbəy Rayon Məhkəməsinin 2(042)-39/2023 saylı mülki iş üzrə 10 yanvar 2023-cü il tarixli qətnaməsinin ləğv olunmasına, iddia tələ binin tam təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

34. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianın “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin etibarsız hesab edilməsinə dair hissəsinə baxarkən belə qərara gəlmişdir ki, guya əmiləri Yusiflə Zahidin arasında olan “Əkin sahəsinin qaytarılması haqqında” mülki iş üzrə məhkəmənin xx.xx.2007-ci il tarixli 2-207 nömrəli qətnaməsi preyudisiya xarakteri daşıyır. Həmin işdə Ziyad Məmmədov 25 sot torpaq sahəsinə sənəd təqdim edə bilmədiyi üçün torpaq sahəsindən çıxarılması qət edilmişdir. Əvvəla, həmin iş üzrə qətnamə qətiyyən ona aid deyil, ikincisi bu işdə o, İbrahimovlara verilmiş şəhadətnaməni mübahisələndirmişdir. Yusif Məmmədov məhkəmədə həmin sənədə əsaslanmışdır. Məhkəmə preyudisiya halına əsaslanıb, bu isə mülkü qanunvericiliyə uyğun deyil. Qeyd etmişdir ki, o, bilə-bilə Gədəbəy RAİK-in xx.xx.1998-ci il tarixli qərarını mübahisələndirməmişdir. Buna ehtiyac olmamışdır. Həmin qərarın mövcudluğu heç nə həll etmir. Həmin qərarın mövcudluğu o demək deyil ki, şəhadətnamə etibarsız sayıla bilməz. Məhkəmə işin hallarını araşdırarkən onun əmiləri Yusifin və Zahidin “Əkin sahəsinin qaytarılması haqqında” mübahisəsinə aidiyyəti olmamasını, hətta həmin iş barədə məlumatı olmamasını, başlıcası “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin özünü mübahisələndirməsini nəzərə almamışdır. Bu səbəbdən birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

35. Digər İddiaçı1 apellyasiya şikayəti verərək, Gə dəbəy Rayon Məhkəməsinin 2(042)39/2023 saylı mülki iş üzrə 10 yanvar 2023-cü il tarixli qətnaməsinin ləğv olunmasına, iddia tələbinin tam təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

36. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə bu qətnamə ilə onu və əmisi Hümməti Cavabdeh2 ilə ömürlük dava-dalaşa məhkum etmişdir. Çünki şəhadətnamə qüvvədə olduğu halda nə o, nə əmisi Hümmət sahibi olduqları evlərə girib-çıxmaq, həyətdə hər hansı bir iş görmək, adicə avtomaşın, başqa əmlak, o cümlədən heyvan və quş saxlamaq üçün Cavabdeh2 icazə almalı, ya da kənd yerində həyətyanı sahədən məhrum olmalıdırlar. Qətnamənin qanunsuz və ədalətsiz məzmunu məhz bunu deyir. Məhkəmə iddianın “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin etibarsız hesab edilməsinə dair hissəsin ə baxarkən belə qərara gəlmişdir ki, guya əmiləri Yusiflə Zahidin arasında olan “Əkin sahəsinin qaytarılması haqqında” mülki iş üzrə məhkəmənin xx.xx.2007-ci il tarixli 2-207 nömrəli qətnaməsi preyudisiya xarakteri daşıyır. Halbuki, preyudisiyanı düzgün başa düşmək lazımdır. Həmin işdə xx.xx.1997-ci il tarixli 2V-98-25 nömrəli vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə yoxdur. Digər tərəfdən Yusif Məmmədov “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”dən bəhrələnmişdir. Həmin şəhadətamə mübahisələndirilməmişdir. Odur ki, iddiada o, həmin şəhadətnamənin özünü mübahisələndirmişdir, ona görə də preyudisiyadan danışmaq mənasızdır. Şəhadətnamənin etibarsızlığını yuxarıda qeyd edilən mühüm əsaslardan başqa onun həyatda mövcud olmayan “İbrahimov” soyadlı adamlara verilməsi faktı da təsdiq edir. Bəzi hüquqşünaslar düzgün olmayaraq hesab edirlər ki, əgər RAİK-in qərarı varsa, deməli bu qərarlar qüvvədə olduğu üçün şəhadətnamələri ləğv etmək olmaz. Bu, qətiyyən belə deyil. Mülkiyyət hüququ dövlət tərəfindən qorunan hüquqdur. Əgər şəhadətnamə özgələrinin qanuni sahibliyində olan torpaqlara verilmişsə, mütləq etibarsız hesab edilməlidir, bunun başqa həlli yoxdur. Məhkəmə maddi və prosessual hüquq normalarını pozmuşdur. Məhkəmə onun birbaşa “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətamə”ni mübahisələndirməyini nəzərə almamış, preyudisiyadan söhbət açmışdır. Məhkəmənin preyudisiya hesab etdiyi hal iddianın mahiyyətinə görə bu iş üçün preyudisiya xarakteri daşımır. Qeyd etdiklərini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın tam təmi n edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

37. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1046/2023 nömrəli, 25 may 2023-cü il tarixli qətnaməsi ilə (X58 İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X33 və X23) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, İddiaçılar tərəfindən verilən apellyasiya şikayəti qismən təmin edilmiş, Gədəbəy Rayon Məhkəməsinin 2(042)-39/2023 saylı mülki iş üzrə 10 yanvar 2023-cü il tarixli qətnaməsi qismən-irəli sürülən iddianın X18 və X4 adlarına verilmiş xx.xx.2006-cı il tarixli, JN-029A №-li Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair hissəsinin təmin edilməməsi hissədə ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilməklə, irəli sürülən iddia həmin hissədə əsaslı olmadığından təmin edilməmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.

38. Məhkəmə, Cavabdeh2 apellyasiya şikayətinin dəlillərini əsassız hesab etmiş, qeyd etmişdir ki, Cavabdeh2 nümayəndəsi, hazırki iddianın verilməsi üçün nəzərdə tutulmuş iddia müddətinin tətbiqi barədə ərizə yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Hazırki işdə isə cavabdeh tərəf birinci instansiya məhkəməsi zamanı məhkəmə iclaslarında iştirak etmiş və iddia müddətinin tətbiqi barədə məhkəməyə ərizə verməmişdir. Bundan əlavə qanunvericiliyə əsasən mülkiyyət hüququnun pozulması ilə bağlı tələblərə iddia müddəti şamil olunmur.

39. Məhkəmə kollegiyası hesab etmişdir ki, irəli sürülən iddianın X18 və X4 adlarına verilmiş xx.xx.2006-cı il tarixli, JN-029A №-li Torpağın mülkiyyətə verilmə sinə dair şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair hissəsinin təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaətləri ilə də razılaşmaq olmaz. Belə ki, birinci instansiya məhkəməsi qeyd edilən nəticəyə gələrkən, gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli 0,25 ha torpaq sahəsinin X48 Əli (YYY) oğlunun mülkiyyətində olan torpaq sahəsinin olması və həmin torpaq sahəsinə dair X13 adına heç bir sənədin olmamasını preyudisial əhəmiyyətə malik olan əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunmuşdur və qeyd edilən JN-029A KOD 50501004 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, həmin hissədə iddianı rədd edərkən məhkəmə düzgün nəticəyə gəlsə də, həmin nətəcəyə gəlmək üçün istinad etdiyi hüquqi əsas düzgün olmamışdır. Belə ki, birinci instansiya məhkəməsi öz qətnaməsində qeyd etmişdir ki, X48 Əli (YYY) oğlu 2008ci il tarixdə cavabdeh X16 qarşı “əkin sahənin qaytarılması” tələbinə dair məhkəməyə müraciət etmiş və Gədəbəy rayon Məhkəməsinin 08 noyabr 2007-ci il tarixli, 2-247/2007 saylı qətnaməsinə əsasən, cavabdeh X13 iddiaçı X59 (YYY) oğluna məxsus olan Gədəbəy rayonu, Qumlu kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsindən çıxarılması qət edilmiş, həmin qətnamədən apellyasiya şikayəti verilmiş və Gəncə Apellyasiya Məhkəməsinin 15 aprel 2008-ci il tarixli, 2(104)344/08 saylı qətnaməsinə əsasən, Gədəbəy rayon Məhkəməsinin 08 noyabr 2007-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamələrlə mübahisəli torpaq sahəsinin X48 Əli (YYY) oğlunun mülkiyyətində olması və həmin torpaq sahəsinə dair X13 adına heç bir sənədin olmaması müəyyən edilmişdir. Həmin qətnamələr hal-hazırda qüvvədədir və hazırki iş üçün preyudisial əhəmiyyətə malikdir.

40. Məhkəmə kollegiyası qeyd etmişdir ki, belə qərara gələrkən məhkəmə nəzərə almamışdır ki, həmin qətnamələrdə mübahisəli torpaq sahəsinin X59 (YYY) oğlunun adına qanuni əsaslarla qeydə alınıb alınmadığı məsələləri məhkəmə araşdırmalarının predmeti olmamış, həmçinin hazırki işdə tərəflər həmin məhkəmə mübahisəsinin tərəfləri olmamışlar. Halbuki, qanunvericiliyə əsasən eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə ə laqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Ona görə də həmin hissədə qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığından ləğv edilməlidir.

41. İddia tələbinin həmin hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisəli 0.25 ha torpaq sahəsinin X15 adına DƏDRX-də mülk kimi qeydə alınmış Gədəbəy rayonu, Qumlu kəndində yerləşən iki mərtəbəli, iki yaşayış otağı olan ümumi sahəsi 86.3 kv.m yaşayış sahəsi olmaqla, yaşayış sahəsi 58.3 kv.m, köməkçi sahəsi 28.0 kv.m olan fərdi yaşayış evlərinin altında olan torpaq sahəsi olması iş materiallarından açıq aydın müəyyən olunur. Həmçinin Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 09 nömrəli qərarı ilə X18 və X3 mülkiyyətinə sənədləşdirildiyi anadək həmin torpaq sahəsinin X25 və X6 ayrılması barədə işdə heç bir sübut yoxdur. Buna baxmayaraq necə ki Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 09 nömrəli qərarı mübahisəli 0.25 ha torpaq sahəsinin X18 və X3 mülkiyyətinə verilməsi hissədə qüvvədədir, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-029A saylı şəhadətnamənin etibarsız hesab edilməsi yolverilməzdir. Qüvvədə olan qanunvericiliyə əsasən X10 qərarları isə inzibatı akt sayılır və həmin inzibatı aktların mübahisələndirməsi haqqında iddialara baxılması Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsinə əsasən inzibati məhkəmələrin səlahiyyətinə aid edilmişdir. Yəni, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 09 nömrəli qəra rının həmin hissədə qanuni olub olmaması məsələsinə hazırki mülki məhkəmə icraatında hüquqi qiymət verilə bilməz. Ona görə də məhkəmə kollegiyası belə qərara gəlir ki, hazırki vəziyyətdə X18 və X4 adlarına verilmiş xx.xx.2006-cı il tarixli, JN-029A №-li Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddia təmin oluna bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

42. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1046/2023 nömrəli, 25 may 2023-cü il tarixli qətnaməsindən İddiaçı2 (Vəkil1) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

43. Kassator İddiaçı2 kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, iddiaçının iddia ərizəsind ə olan tələbi ilə (əkin sahəsinin qaytarılması tələbi) birinci instansiya məhkəməsinin təmin etdiyi nəticə (Gədəbəy Rayonu Qumlu kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsindən cavabdehin çıxarılması) tamamilə əlaqəsiz olmuş, hər iki məhkəmə iddia tələbini aşaraq tələb edilməyən bir şeyi təmin etməklə kobud qanun popzuntularına yol vermişdir. Həmçinin, Gədəbəy Rayon Məhkəməsinin qanunsuz qətnaməsi apellyasiya instansiyasında yoxlanılan zaman da bu məsələyə münasibət bildirilməmiş, eyni zamanda bu torpaq sahəsinin həqiqi mülkiyyətçiləri və ona həqiqi sahiblik edən üçüncü şəxslər işə ümumiyyətlə cəlb edilməmişdir. Yalnız qətnamənin çıxarıldığı müddətdən 15 il sonra, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(042)39/2023 saylı qətnaməsi ilə kassatorlara məlum olmuşdur ki, onl ara məxsus torpaq sahəsi 2007-ci ildə mübahisələndirilmiş və məhkəmə qanunsuz qətnamələr çıxarmışdır. Bundan başqa Məhkəmə hüquqları pozulan İddiaçı2 işə cəlb etməmiş, onun verəcəyi ifadə və etirazlarını dinləyərək qiymət verməmiş, birinci instansiya məhkəməsinin qanunsuz olaraq sübut və dəlillərə dayanmadan çıxardığı qətnaməyə münasibətdə əlavə sübut və dəlillər gətirməsini iddiaçıdan tələb etməmiş, işi səthi araşdırmış, cavabdehin gətirəcəyi dəlilləri isə nəzərə almadan, ən əsası isə qeyd edilən iddiadan kənara çıxaraq cavabdehə və maraqlarına toxunulan 3-cü şəxslərə münasibətdə çəkişmə prinsipini kobud şəkildə pozmuşdur.

44. Kassator İddiaçı2 onu da qayd etmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2008ci il tarixli 2(104)344/08 saylı qətnaməsi çıxarılarkən, İddiaçı2 mübahisələndir ilən torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququ pozulmuş, həmçinin cavabdeh 000 xüsusi mülkiyyət hüququ onun hüquqi savadsızlığından istifadə edilməklə iddiaçı və məhkəmə tərəfindən birgə məhdudlaşdırılmışdır. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Göründüyü kimi, hal-hazırda Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-39/2023 saylı qətnaməsi ilə ƏMDK-nin yanında DƏDRX-nin Şəmkir rayon Ərazi İdarəsi tərəfindən X59 (YYY) oğlunun adına verilmiş 05 noyabr 2009-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********29- 10301 r eyestr nömrəli çıxarış etibarsız hesab edilmişdir. Bu fakt da eyni zamanda sübut edir ki, Gəncə Apellyasiya Məhkəməsi heç-bir araşdırma aparmadan qətnamə çıxarmışdır. Mübahisələndirilən 0.25 ha həyətyanı torpaq sahəsinin 0.15 halıq hissəsinin İddiaçı2 aid olması Gədəbəy İHB-nın sərəncamı ilə sübuta yetirilsə də, məhkəmə məhs bu sübutlara da qiymət vermədən yekun məhkəmə aktı çıxarmışdır ki, bu da maddi və prosessual hüquq normaları ilə ziddiyyət yaradır

45. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1046/2023 nömrəli, 25 may 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

46. Kassator P.İsgəndorava kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, məhkəmə sübutlara düzgün və obyektiv qiymət verməmişdir. Sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymət verilir. (MPM-in 9.1-ci, 14.1-ci, 88-ci maddələri). Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz. Hazırki iş üzrə də bu qaydalara riayət edilməməklə düzgün olmayan məhkəmə aktları qəbul edilmişdir. Çünki bir qayda olaraq “sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür” prinsipi rəhbər tutulur. Lakin hazırki iş üzrə cavabdehin vicdanlı alıcı olmaması barədə sübutlar iddiaçılar tərəfindən məhkəməyə təqdim edilməmişdir. Cavabdehin vicdanlı alıcı olmaması barədə apellyasiya instansiyasıməhkəməsinin qənaəti də yanlışdır və hər hansımötəbər sübutlara əsaslanmır. Bundan əlavə iş materiallarında olan sübutlara, sənədlərə, arayışlara və məhkəmə sorğularına verilən cavab məktublarına da düzgün qiymət verilməmiş, qətnamədə X59 (YYY) oğlunun adına aparılmış xx.xx.2009-cu il tarixli, ********** qeydiyyatın qismən həqiqi hüquqi vəziyyətə uyğun olmadığı qeyd olunsada uyğunsuzluğun nədə ifadə olunması əsaslandırılmamış, vərəsəlik hüququ haqqında şəhadətnamənin qanunvericiliyin tələblərinə uyğun verilib verilmədiyi aydınlaşdırılmamışdır. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi fak tiki hallara, yəni iddia tələbinin faktiki əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Nəticədə məhkəmə tərəfindən sübutlara düzgün qiymət verilməməsi səbəbindən prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Qeyd edilən bu pozuntu düzgün qətnamə və qərar qəbul edilməməsi ilə nəticələnmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

47. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınm alıdır.

48. Maddə 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır.

49. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

50. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 139-1.1.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr,daşınmaz əmla sertifikatı 1391.1.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 139-1.1.5.2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 139-1.1.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edil məsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 139-1.1.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair. 139-1.1.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 139-1.1.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilin in inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 139-1.1.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 139-1.1.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 139-1.1.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan or qana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 1391.1.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr.

51. Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyes trə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

52. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

53. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst sürətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bu şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yax ud hüquqdan sui-istifadə olmasın.

54. Maddə 182.1. Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır

55. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

56. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərə fli əqd həmin şəxsə qarşı mübahisə edilir.

57. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

58. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

59. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

60. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

61. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

62. Maddə 384.0.4. Mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə İddia müddəti şamil edilmir.

63. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

64. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi ) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

65. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

66. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

67. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

68. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

69. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

70. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

71. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

72. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcə llənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

73. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

74. Hazırkı kassasiya şikayətlərində qətnamə bütövlükdə müb ahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

75. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

76. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellya siya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. 77. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

78. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri süb utları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

79. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.

80. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı Kassasiya şikayətləri təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1 046/2023 nömrəli, 25 may 2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar