Məhkəmə qərarları › İş №2(102)-3704/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3704/2025

27.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3704/2025 27.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaxşılaşdırmaların əvəzinin ödənilməsi,sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-845/2025 nömrəli, 2 sentyabr 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxa n məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:

2. İddiaçı ilə Cavabdeh1 və Cavabdeh2 qohumdurlar, Cavabdeh1 İddiaçı qardaşı qızı, Cavabdeh2 isə İddiaçı qardaşı arvadı olmuşdur;

3. Balakən Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 07 nömrəli qərarı ilə X8, X5, Cavabdeh1 və Cavabdeh2 ümumi birgə mülkiyyətinə ünvan 1i ərazisindən 1.31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahələrinə müvafiq olaraq JN:133 KOD:40109018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət aktı tərtib edilmişdir;

4. Balakən Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(019)-761/2018 nömrəli qətnaməsi ilə ünvan 1ində yerləşən X8, X5, Cavabdeh1 və Cavabdeh2 ümumi birgə mülkiyyətində olan 1.31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçılar Cavabdeh1 və Cavabdeh2 hər birinə ¼ hissə - 0,3275 hektar payları müəyyən edilmişdir;

5. Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(019)-38/2019 nömrəli qətnaməsi ilə Cavabdeh1 və Cavabdeh2 iddiasının təmin edilməsi, Cavabdeh1 və Cavabdeh2 X8 və X2 ümumi paylı mülkiyyətlərinə verilmiş ünvan 1ində yerləşən 1,31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçılar Cavabdeh1 və Cavabdeh2 2/4 hissə paylarının ekspert rəyinə uyğun naturada ayrılması, iddiaçıların payına verilmiş torpaq sahəsindən cavabdehlər İddiaçı və X7 çıxarılması qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmişdir;

6. Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(019)-433/2020 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı 16000 manat pul tələbinə dair ilk iddiasının təmin olun maması, Cavabdeh2 və Cavabdeh1 İddiaçı qarşı 28000 maddi və 1500 manat mənəvi zərər tələbinə dair qarşılıqlı iddiasının təmin olunmaması qət edilmişdir;

7. Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(019)-38/2019 nömrəli icra sənədi icra olunması üçün Balakən rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, Balakən rayon İcra və Probasiya Şöbəsi tərəfindən məhkəmənin icra sənədi icra olunmuş və DƏDRX tərəfindən Cavabdeh1 və Cavabdeh2 adına xx.xx.2021-cı il tarixli, ********** qeydiyyat nömrəli, **********70 reyestr nömrəli və xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********69 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verilmişdir; 8. 17.07.2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməy ə əsasən xx.xx.2005-ci il tarixdə vəfat etmiş - X4 vərəsəsi: ünvan 1i ünvanında qeydiyyatda olan oğlu - İddiaçıdur və o, miras əmlakdan tam hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak - Balakən rayon DTXK tərəfindən xx.xx.1999-cu il tarixdə X6 verilmiş seriya nömrəsi JN:133, KOD:40109018 olan Dövlət Aktına əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 1.31 ha olan torpaq sahəsinin mərhuma çatacaq hissəsindən ibarətdir; 9. 17.07.2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2007-ci il tarixdə vəfat etmiş - X2 vərəsəsi: ünvan 1i ünvanında qeydiyyatda olan oğlu - İddiaçıdur və o, miras əmlakdan tam hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak – Balakən rayon DTXK tərəfindən xx.xx.1999 tarixdə X3 verilmiş seriya nömrəsi JN:133, KOD:40 109018 olan Dövlət Aktına əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 1.31 ha olan torpaq sahəsinin mərhuma çatacaq hissəsindən ibarətdir;

10. Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(019)-967/2021 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsinə, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Balakən rayon İcra və Probasiya şöbəsinə qarşı Çıxarışların ləğv edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 adına qeydiyyata alınmış xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********70 reyestr nömrəli torpaq sahəsinə və xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********69 reyestr nömrəli torpaq sahəsinə yol boyu istiqamətində uzunluğu 35 m, hündürlüyü 180 sm olan daş (kubik) hasarın və onun bünövrəsinin, 75 metr setka tor və tikanlı məftil ilə bağladığı qonşu sərhədlərə çəkilmiş xərclərin, 44 ədəd fındıq, 2 ədəd xurma, 12 ədəd akasiya və 6 ədəd çinar ağaclarının dəyərinin, torpaq sahəsinin 0.15 ha hissəsinin şumlanması, mala çəkilməsi və yonca toxumunun səpilməsi üçün çəkilən xərcin, torpaq sahəsində onun tərəfindən tikilmiş kanalizasiya quyusu və onun üzərində tikilmiş sanitar qovşağı n tikilməsi üçün sərf olunan xərclərin dəyəri olaraq hesablanmış 10851 manat məbləğin, hüquqi yardım üçün vəkilə ödənilmiş 320 manat xidmət haqqının, dövlət rüsumu olaraq ödənilmiş 100 manat dövlət rüsumunun və 150 manat qiymətləndirmə xərcinin cavabdehlərdən müştərək qaydada alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, torpaq sahəsi hal-hazırda cavabdehlərin mülkiyyətində olmaqla onların istifadəsindədir. Həmin torpaq sahəsi 1998-ci ildən onun istifadəsində olmuş, torpaq vergiləri onun tərəfindən ödənilmişdir. Cavabdehlərə məhkəmə qərarı ilə ayrılmış torpaq sahəsində yol boyu istiqamətində uzunluğu 35 m, hündürlüyü 180 sm olan daş (kubik) hasar çəkmişdir, t orpaq sahəsinin qonşu sərhədləri 75 metr setka tor ilə bağlamış, 44 ədəd fındıq, 2 ədəd xurma, 12 ədəd akasiya və 6 ədəd çinar ağacı əkmişdir. Torpaq sahəsinin 0.15 ha hissəsinə Rusiya sort yonca toxumu əkmişdir. 0.15 ha torpaq sahəsinə torpaq sahəsinin şumlanması, mala çəkilməsi və yonca toxumunun səpilməsi üçün tərəfindən 800 manata yaxın xərc çəkilmişdir. Cavabdehlərdə qalan torpaq sahəsində onun tərəfindən tikilmiş sanitar qovşaq (kanalizasiya quyusu) vardır. Yuxarıda qeyd etdikləri cavabdehlərin istifadəsində qaldığı üçün torpaq sahəsində əkdiyi ağacların, tikilmiş tikilinin, qonşu sərhədlərinin bağlanması üçün istifadə olunan tikanlı və setka məftilin, kubik hasarın dəyəri ona ödənilməlidir. Torpaq sahəsinə daxil olduğu təqdirdə cavabdehlərin təzyiqi ilə üzləşir. Şər və böhtan ataraq üzərinə hücum edirlər.

13. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. O, əlavə olaraq göstərmişdir ki, dəyərini tələb etdiyi daş hasar 2004-cü ildə inşa olunmuş, ağaclar isə ondan əvvəl əkilmişdir. Həmin vaxt ata-anası sağ olmuşlar, torpaq sahəsi də onların və cavabdehlərin ümumi birgə mülkiyyətində olmuşdur. Torpaq sahəsi valideynlərinin və cavabdehlərin mülkiyyətində olsa da, ağacları o, əkmiş, hasarı da o, çəkdirmişdir. Atası xx.xx.2005-ci ildə, anası isə xx.xx.2007-ci ildə ölmüşdür. Onun özünün evi və torpaq sahəsi olsa da valideynlərinin ölümündən sonra həmin təsərrüfatı o, idarə etmişdir.

14. Cavabdeh1 məhkəməyə göndərdiyi iddia ərizəsinə qarşı etirazda göstərmişdir ki, rəhmətlik babası, nənəsi, onun özünə və anasına məxsus hə yətyanı və pay torpağını o, ərə getdikdən sonra iddiaçı ailəsi ilə birlikdə zəbt etmişdir. Əmisi olan iddiaçı vərəsəlik açmadan ona və babasına məxsus evə qanunsuz daxil olmaqla 10 ildən çox onun və anası Cavabdeh2 məxsus olan hissəsini də zəbt edərək əmlakını mənimsəmişdirlər. O və anası 2018-ci ildə məhkəməyə müraciət edərək, onların ona məxsus olan hissədən çıxarılaraq və naturada torpağı ayıraraq “Torpağa mülkiyyət sənədi” almaq məcburiyyətində qalmışlar. Eyni predmet barədə iddiaçı da dəfələrlə məhkəmələrə müraciətlər etmişdir. Lakin hər dəfə onların əsassız iddiaları rədd edilmiş, onların iddiaları isə təmin edilmişdir. Yəni eyni predmet barədə iddiaçı və cavabdehlər eyni olmuş və məhkəmələr onların iddialarını təmin etmiş, İcra və Probasiya şöbəsində icraat başa çatdırılaraq işə x itam verilmiş və Dövlət Reyestr Xidməti tərəfindən çıxarışlar verilmişdir. Balakən Rayon Məhkəməsində və Şəki Apellyasiya Məhkəməsində 4 dəfə iş materialları Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmiş, bölgü sxemləri əsasında çıxarış hazırlanmış, üç ildən artıqdır ki, onlara təqdim olunmuşdur. Rəhmətlik nənə və babasına məxsus təsərrüfatda yalnız o, qeydiyyatda olduğuna görə onlara aid yaşayış evi və həyətyanı sahədən də vərəsəlik üzrə qanuni payları da verilmiş olduğu halda vərəsəlik şəhadətnaməsi almadan, qanunsuz əmlakı zəbt edən iddiaçı heç vaxt özünə məxsus olmayan əmlaka, əkmədiyi ağaclara görə ondan çəkilmiş xərclər adı altında əsassız tələb edir. Bu gün çıxarışlarla qanuni mülkiyyətlərində olan torpaq həmişə onun və anasının torpağı olmuş və onlar daim orada yaşamışlar. Orda mövcud olan yaşayış evi, çoxillik - 40 il əvvəl əkilmiş ağacların iddiaçıya heç bir aidiyyəti yoxdur. Özünün etiraf etdiyi kimi uzun illər heç bir əsas, mülkiyyət və vərəsəlik şəhadətnaməsi olmadan torpaqları zəbt edib, əslində cinayət əməli törətmişdir. On illərlə ona məxsus torpağı zəbt edib onları torpağa buraxmayaraq fındıq və ot məhsulunu mənimsədiyinə görə iddiaçı ona və anasına təzminat və ya məhsulun dəyərini ödəməlidir. İddia ərizəsində göstərdikləri tam əsassız iddialardır. Belə ki, 0,15 ha sahəyə səpin xərci - toxum 10 manat, texnika xərci - 20 manat, cəmi 30 manat təşkil edir ki, 5 ildir həmin yoncanı özü çalıb istifadə etmiş, yoncanın ömrü isə 3-4 il təşkil edir. Öz evi kənddə başqa yerdə mövcuddur. Eşitdiyinə görə öz evini və həyətyanı torpaq sahəsini satıb mənimsəyib, daimi ona və babasına məxsus evə yerləşmək istəyir. Həyətin hasarlanması və digər tikililər onların köməkliyi ilə babası tərəfindən tikilmişdir. İddiaçıya heç bir aidiyyəti yoxdur. Ona görə də yuxarıda göstərdiklərini nəzərə alıb iddia ərizəsində göstərilən tələblərin tam əsassız olmasını, iddiaçının nənə-babasına məxsus torpağa heç bir mülkiyyət və iddia hüququ olmadığını, aralarında olan problemin dəfələrlə yerli, apellyasiya və Ali Məhkəmədə baxılaraq lehinə qətnamələr çıxarıldığını, işin icraatı başa çatıb işə xitam verildiyini nəzərə alaraq, məhkəmədən işə xitam verilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. İddiaçı tərəfindən məhkəmə baxışı zamanı təqdim edilmiş “Yeni Dövr” Qiymətləndirmə Mərkəzinin xx.xx.2024-cü il tarixli YDQM № S-0118/2024 nömrəli qiym ətləndirmə barədə Hesabata əsasən qiymətləndirməyə təqdim edilmiş qiymətləndirmə obyektlərinin dəyərini müəyyən etmək üçün müqayisə yanaşmasından istifadə etməklə, yerinə yetirilən hesablamalar və təhlillər nəticəsində uyğun müqayisə vahidləri müəyyən edilmiş, vacib müqayisə elementləri seçilmiş, həmçinin müqayisə elementləri üzrə vahidin dəyəri korrektə edilmiş və nəticədə qiymətləndirmə obyektlərinin yekun bazar və görülmüş işlərin xərci müəyyən edilmişdir. Bütün göstərilənləri nəzərə alaraq, aparılan təhlil və hesablamalar nəticəsində müəyyən edilmişdir ki: hasarın tikintisi 1918 manat, setka hasarın və tikanlı məftilin çəkilməsi 650 manat, S/Q və kanalizasiya quyusu 553 manat, ağacların dəyəri 7640 manat, sahədən ibarət torpaq sahəsinin şumlanması, mala çəkilməsi və yonca toxumunun səp ilməsi 90 manat.

16. Məhkəmənin qərardadı ilə iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 10/304 nömrəli ekspert rəyi ilə mübahisə predmeti olan hasar tikilisinin və metal materialdan torun (setka) quraşdırılması üçün götürülməli işlərin həcmi ekspert rəyinə əlavə edilmiş smetada qeyd olunmuşdur. Qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilməmişdir. Qərardadda ekspert qarşısında qoyulmuş ikinci və üçüncü sualların cavablandırılması mühəndis-texniki ekspertizalar şöbəsi nin həll etdiyi məsələlər dairəsinə aid olmadığından həmin suallar üzrə tədqiqat aparılmamışdır. Tədqiq olunan ünvanda baxış zamanı mübahisə predmeti olan sanitar qovşaq və kanalizasiya quyusu naturada təqdim edilmədiyindən qərardadın 4-cü sualı üzrə tədqiqat aparılmamışdır.

17. Balakən Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(019)-67/2025 nömrəli iş üzrə 4 iyun 2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim Hümbət Səlimov).

18. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının dəyərini tələb etdiyi, uzunluğu 35 m, hündürlüyü 180 sm olan daş (kubik) hasar, 75 metr setka tor və tikanlı məftil, 44 ədəd fındıq, 2 ədəd xurma, 12 ədəd akasiya və 6 ədəd çinar ağacları, kanalizasiya quyusu və onun üzərində tikilmiş sanitar q ovşaq Balakən Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 07 nömrəli qərarı ilə iddiaçının valideynləri X8 və X2 və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ümumi birgə mülkiyyətinə verilmiş, ünvan 1i ərazisindəki 1.31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşirlər. Cavabdeh1 2010-cu ilə kimi həmin təsərrüfatda yaşamışdır. İddiaçının özünün dediyinə əsasən dəyərinin tələb olunduğu əmlaklar onun valideynlərinin sağlığında əkilmiş və inşa olunmuşdur. İddiaçı həmin ağacları özünün əkdiyini, tikililəri özünün tikdirdiyini iddia etsə də bu barədə heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir.

19. Əksinə iş materialları ilə təsdiq olunmuşdur ki, iddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı müxtəlif əsassız iddia tələbləri, o, cümlədən 16000 manat pul tələbinə dair iddia tələbləri ilə məhkəməyə müraciət etmiş, iddiaları əsassız olduğundan təmin edilməmiş, xx.xx.2024-cü il tarixdə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

20. Məhkəmə onu da diqqətə çatdırmışdır ki, sözügedən əmlakların Cavabdeh1 və Cavabdeh2 mülkiyyətinə aid edilmiş torpaq sahələrində qalması 2021-ci ildən iddiaçıya məlum olmuş, o, 3 ildən sonra hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki Məcəllənin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür.

21. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157, 1091, 1092, 1095-ci maddələrinə istinad edərək əsaslandırm ışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

22. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianı təmin etməməklə maddi hüquq normalarının tələblərini pozmuşdur. Ümumbirgə mülkiyyətdə olan torpaq sahəsindən cavabdehlərin payı ayrıldığı və qeyd olunan yaxşılaşdırmalar cavabdehlərin istifadəsində qaldığı üçün cavabdehlər əsassız varlanmış olur və bunun üçün çəkilmiş xərclərin əvəzi cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. MPM-in 9.3cü maddəsində məhkəmənin üzərinə bir çox vəzifələrin qoyulduğu göstərilir. Lakin bu işdə məhkəmə həmin vəzifələri yalnız cavabdehlərin mövqeyinə münasibətdə icra etmişdir. Məhk əmə iddianı rədd edərkən belə hüquqi nəticəyə gəlmişdir ki, iddiaçı iddia tələbini əsaslandıran halları sübut edə bilməmişdir. Məhkəmənin qeyd olunan mövqeyi tam əsassızdır. Belə ki, iddia ərizəsində qeyd etdiyi və məhkəmədə vermiş olduğu izahatlardan da müəyyən olunmuşdur ki, mərhum valideynlərindən miras qalmış fərdi yaşayış evində valideynləri vəfat etməmişdən əvvəl və sonra ailə üzvləri ilə birlikdə yaşamışdır. Hətta 2010-cu il tarixə qədər Cavabdeh1 da o və onun ailə üzvləri ilə birlikdə yaşamışdır. İddia tələbinin təmini üçün iş materiallarına kifayət qədər sənəd əlavə olunsa da məhkəmə iddianı təmin etməməkdə qərəzli mövqe nümayiş etdirmişdir. MPM-in 218.1-ci maddəsinin tələblərində məhkəmənin üzərinə kifayət qədər vəzifələr qoyur ki, hazırkı işdə bu tələblərə əməl olunmamışdır. Məh kəmə hazırkı mülki işdə qərəzli mövqe nümayiş etdirməklə prosessual hüquq normalarının tələblərini pozmuşdur. Cavabdehin iddiaya qarşı etirazında cavabdeh bildirmişdir ki, qeyd olunmuş tikililərin, əkilmiş ağacların iddiaçıya heç bir aidiyyəti yoxdur. Həyətin hasarlanması və tikililərin tikilməsi onların köməkliyi ilə babası tərəfindən tikilmişdir. Cavabdehin iddiaya qarşı etirazında qeyd etdiyi hal tam əsassızdır. Belə ki, Cavabdeh1 xx.xx.1993-cü il tarixdə anadan olmuşdur. Mərhumlar vəfat edən vaxtı Cavabdeh1 10-11 yaşlarında olmuşdur. Məhkəmə işin qeyd olunan halını nəzərə almamışdır. Cavabdeh1 6 yaşından ərə gedənə qədər iddiaçı və yoldaşı nın himayəsində olmuşdur. Cavabdeh X1 qızını iddiaçı və nın himayəsinə verərək evi tərk etmiş və xaricə getmişdir. Uzun illər Cavabdeh1 ilə əlaqə saxlamamış, yalnız Cavabdeh1 yetkinlik yaşına çatdıqdan sonra onunla əlaqə saxlamışdır. Belə olan təqdirdə həmin tikililərin tikilməsində nə Cavabdeh1, nədə ki, Cavabdeh2 hər hansısa bir iştirakı ola bilməz, eyni zamanda ağaclar onların tərəfindən əkilə bilməzdi. Qeyd etdiyi hallar məhkəmə tərəfindən torpaq sahəsinə yerində baxış keçirildiyi təqdirdə müəyyən etmək mümkün olacaqdır. Mülki prosesdə sübutetmə yükü tək iddiaçının deyil, cavabdehin də üzərinə düşür. Cavabdeh iddiaya qarşı etirazında qeyd etdiyi kimi həmin tikililərin və ağacların özləri tərəfindən tikildiyi və əkildiyini bildirsə bu halı təsdiq edəcək və əsaslandıran halları sübut edə bilməmişdir. Etirazında qeyd olunan halları sübutetmə yükü cavabdehin üzərinə düşür. Məhkəmənin qərəzli mövqe nümayiş etdirməsinin digər əsası on dan ibarət olmuşdur ki, məhkəmə qətnamənin əsaslandırma hissəsində Mülki Məcəllənin 1095-ci maddəsinə istinad edir. Məhkəmənin qeyd olunan mövqeyi onu deməyə əsas verir ki, iddia tələbləri əsaslıdır. Lakin əsaslı olsa da məhkəmə tərəfindən iddia müddəti tətbiq edilməlidir. Cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı ərizə verməməsi, lakin məhkəmənin qətnamənin əsaslandırma hissəsində iddia tələbinə müddəti tətbiq etməsi ilə bağlı mövqeyi məhkəmənin qərəzli olmasını nümayiş etdirmişdir.

24. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-845/2025 nömrəli mülki iş üzrə 2 sentyabr 2025-ci il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır (hakimlər Elçin Mehdiyev - sədrlik edən və məruzəçi, Elman İsayev və Taleh Musayev).

25. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır.

26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin yaxşılaşdırmalar cavabdehlərin istifadəsində qaldığı üçün cavabdehlərin əsassız varlanmış olmaları, iddia tələbinin təmini üçün iş materiallarına kifayət qədər sənəd əlavə olunsa da məhkəmənin iddianı təmin etməməkdə qərəzli mövqe nümayiş etdirməsinə dair dəlillərini əsaslı hesab etməyərək qeyd etmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsində sadaladığı uzunluğu 35 m, hündürlüyü 180 sm olan daş (kubik) hasarın və onun bünövrəsinin, 75 metr setka tor və tikanlı məftillə bağl ı xərclərin, həmçinin torpaq sahəsinin 0.15 ha hissəsinin şumlanması, mala çəkilməsi və yonca toxumunun səpilməsi, torpaq sahəsində kanalizasiya quyusu və onun üzərində sanitar qovşağın tikilməsi üçün sərf olunan xərclərin onun tərəfindən çəkilməsinə, cavabdehlərə məxsus torpaq sahəsində 44 ədəd fındıq, 2 ədəd xurma, 12 ədəd akasiya və 6 ədəd çinar ağaclarının onun tərəfindən əkilməsinə dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir.

27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin tikililərin tikilməsində nə Cavabdeh1, nədə ki, Cavabdeh2 hər hansısa bir iştirakının ola bilməməsi, eyni zamanda ağacların onların tərəfindən əkilə bilməməsinə dair dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddia edilən yaxşılaşdırmaların iddiaçı tərəfindən həyata keçirilməsi sübuta yetirilmədiyi halda, həmin yaxşılaşdırmaların cavabdehlər tərəfindən aparılıb-aparılmaması iddianın təmini üçün əsas təşkil etmir.

28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmə tərəfindən torpaq sahəsinə yerində baxışın keçirilməsinə dair dəlilinə münasibətdə qeyd etmişdir ki, kollegiya tərəfindən mübahisəli əraziyə yerində baxış keçirilməsi zərurəti müəyyən edilməmişdir.

29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı ərizə verməməsi, lakin məhkəmənin qətnamənin əsaslandırma hissəsində iddia tələbinə müddət tətbiq etməsi ilə bağlı mövqeyinin məhkəmənin qərəzli olmasını nümayiş etdirməsinə dair dəlilinə münasibətdə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbinin rəddini iddia tələbinin əsaslılığına dair sübutların təqdim edilməməsi ilə əs aslandırmışdır. Həmçinin birinci instansiya məhkəməsinin mübahisə tərəflərindən hər hansı birinə münasibətdə qərəzli olması halı müəyyən edilməmişdir.

30. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135, 157-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

31. İddiaçı (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

32. Kassasiya şikayətinin bir sıra dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir.

33. Əlavə olaraq qeyd edilmişdir ki, Mülki Məcəllənin 135.10 və 157.7-ci maddələrinin birgə təhlilindən göründüyü kimi əşyanın yaxşılaşdırılması üçün edilmiş əlavələri ondan ayırmaq mümkün deyilsə, vicdanlı sahib əşyanın dəyərindən artıq olmamaq şərti ilə onu yaxşılaşdırmaq üçün çəkdiyi xərcin ödənilməsini tələb edə bilər. Çünki, əşyadan ayrıla bilməyən əlavələr sıx fiziki bağlılıq və ya qarışma nəticəsində əsas əşyanın tərkib hissəsi kimi onun mülkiyyətçisinə məxsus olur. Mülki qanunvericiliyə əsasən əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. Əşyaya əlavə edilmiş yaxşılaşdırmalar onun ümumi dəyərini artırdığı üçün mülkiyyətçi dəyərin artdığı həcmdə varlanmış olur. Başqa sözlə, artmış dəy ər müvafiq yaxşılaşdırmaları ona çəkilmiş xərclərlə birlikdə özündə ehtiva edir. Mülki iş materialına əlavə olunmuş Balakən şəhəri Daşınmaz Əmlakın Alqı-satqı mərkəzi tərəfindən verilmiş arayışdan görünmüşdür ki, ünvan 1ində 1 ha boş torpaq sahəsinin dəyəri 10000-12000 manat, bitkilərlə isə 20000-24000 manat təşkil edir. 0.24695 ha və 02416 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin bitkilərlə (fındıq və digər meyvə ağacları) olan qiyməti 10000-12000 manat, bitkilərsiz boş torpaq sahəsinin dəyəri isə 5000-6000 manat təşkil edir. Mülki iş materiallarına əlavə edilmiş mütəxəssis rəyindən görünmüşdür ki, torpaq sahəsinə çəkilmiş xərclər, əkilmiş ağaclar və tikililərin ümumi dəyəri 10851 manat təşkil edir. Məhkəmə iddianı təmin etməməklə qeyd etdiyi maddi hüquq normalarının tələblərini p ozmuşdur. Ümumbirgə mülkiyyətdə olan torpaq sahəsindən cavabdehlərin payı ayrıldığı və qeyd olunan yaxşılaşdırmalar cavabdehlərin istifadəsində qaldığı üçün cavabdehlər əsassız varlanmış olur və bunun üçün çəkilmiş xərclərin əvəzi cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir.

34. İddiaçı şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135, 157-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9, 77, 88, 218-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

35. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

36. Maddə 135.10. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir.

37. Maddə 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər.

38. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürü lmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

45. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsi nin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

47. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi işin hallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, iddiaçı, tələbinin əsası kimi istinad etdiyi faktlara dair sübutları təqdim etməmişdir. Beləliklə, işdəki mübahisəli hal sübutetmə ilə bağlı olmuşdur.

48. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

49. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

50. Məhkəm ə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

51. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

52. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-845/2025 nömrəli, 2 sentyabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar