Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3705/2024 19.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı (“Eldar Studio” və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə QƏRARİ Açar sözlər: maddi və mənəvi zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4133/2024 nömrəli, 16 iyul 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmə nin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:
2. İddiaç təxminən 2018-ci il tarixdə “Eldar” Studioda cavabdehə kosmetik gel vasitəsi ilə yan əzələlərini dolğu etdirmiş və 2022-ci il tarixdə sağ aşağı ətraf nahiyyəsindəayağında şişkinlik yarandığını görmüşdür;
3. Yaranmış narahatçılıqla bağlı iddiaçı 28 sentyabr 2022-ci il tarixdə X1 MaqnitRezonans Tomoqrafiya müayinəsindən keçmiş və müayinə nəticəsində sağrı nahiyyəsinin hər iki tərəfində, budun arxa hissəsində dərialtı piy toxumasında geniş sahələrdə kosmetik gel yığıntılarının aşkar olunması, eləcədə sağ budun dəriyə yaxın hissəsində kosmetik gel yığıntısının bir hissəsinin yerinin budun dər iyə yaxın hissəsinə toplanılması aşkar olunmuşdur;
4. Daha sonra iddiaçı X6 Hospitalına müraciət etmiş, müayinələdrən sonra 2 dekabr 2022-ci il tarixdə həmin klinikada kosmetik gel yığıntısının hər iki bud nahiyyəsindən təmizlənməsi üçün onun üzərində “Gluteal bölgədəki sintetik dolğunun rezeksiyası” icra edilmiş və 5 dekabr 2022-ci il tarixdə evə buraxılmışdır;
5. Bundan sonra iddiaçı sağlamlığına zərər vurulması ilə əlaqədar Nəsimi Rayon prokurorluğuna şikayət etmiş və prokurorluq orqanı tərəfindən 21 dekabr 2022-ci il tarixdə cavabdehin əməlində cinayət tərkibinin əlamətləri olmadığından CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul olunmuşdur;
6. İş materiallarının əlavə araşdırılması üçün cinayət işinin başlanılmasının rədd edilmə si haqqında qərarın ləğv edilməsi barədə Nəsimi Rayon prokurorluğunda 31 yanvar 2023-cü il tarixdə qərar qəbul edilmiş və təkrar araşdırma başlanmışdır. Təkrar araşdırma zamanı yenidən komisyon məhkəmə-tibbi ekspertizası təşkil olunmuş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin“"Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X4 28 fevral 2023-cü il tarixli 53/KEŞ nömrəli rəyinə əsasən İddiaçı üzərində aparılmış dolğu prosedurunun taktiki və texniki cəhətdən düzgün yerinə yetirilməməsi bu da sonradan xəstədə fəsadın yaranmasına və bununla əlaqədar cərrahiyyə əməliyyatının icrasına gətirib çıxartmasına, həmçinin kosmetoloji fəaliyyətlə məşğul olmaq üçün lisenziya olmadığı halda proseduran salon şəraitində aparaılmasının yolverilməzliyi və tibbi manipulyasiyalarda sağlamlığa zər ərvurmanın dərəcəsinin təyininin nəzərdə tutulmaması qeyd olunmuşdur. Elə həmin tarixdə CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılmasının rədd edilməsi haqqında Nəsimi Rayon prokurorluğunda qərar qəbul olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Cavabdeh qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
8. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Nəsimi rayonu ərazisində yerləşən «Eldar» Studioda kosmetoloq kimi çalışan Cavabdeh 2018-ci ildə yan əzələrini dolğu elətdirmişdir. Kosmetoloq Cavabdeh İddiaçı bildirmişdir ki, yan nahiyyəyə vurulan dolğu təbii xüsusiyyətlidir, heç bir fəsadı olmayacaq və 5 ilə özü sovrulacaq. İddiaçı 2022-ci ilin oktyabr ayında sağ a yaq nahiyyəsində şiş kütlə yığıldığını aşkar etmişdir. Bununla bağlı Mərkəzi Klinikaya getmiş və yaramış fəsadla bağlı onu məlumatlandırmışdır. Günay isə heç bir fəsadın olmadığını və bunun masaj ilə yaradan qaldırılacağını qeyd etmişdir. Həmçinin Günay iddiaçını tanış həkimin yanına aparacağına da söz vermişdir. Sonradan bəhanələrlə bundan yayınmışdır. Bu hadisədən sonra İddiaçı yaranmış problemlə əlaqədar respublikanın bir neçə xəstəxanasında həkim müayinəsindən keçmişdir. Bütün həkimlər gelin süni olduğunu və birbaşa əzələyə vurulduğu üçün fəsad verildiyini və sağ ayağında olan şişliyin həmin gelə görə olduğunu bildirərək, əməliyyat etməkdən imtina etmişlər. İddiaçı Türkiyə Respublikasında da bir neçə xəstəxanaya müraciət etmiş və həkimlər əməliyyatın çox riskli olduğunu, 50 faiz ifli c qalma ehtimalı olduğunu qeyd etmişlər. Türkiyədəki həkimlərin də ümumi fikri arxa arxa nahiyyəsi əzələsinə süni gelin vurulması və bunun nəticəsində ayağında şişkinlik yaranması, hətta bu vəziyyətdə davam edərsə qan xərçəngə yol açacağı olmuşdur. O, Türkiyə Respublikasınja əməliyyat olunması qərarına gəlmiş və həkimlər ən azı 3 dəfə əməliyyat olunacağını bildirmişlər. Hazırda ilk əməliyyat üçün 15000 ABŞ dolları dəyərinjə pul lazım olduğunu bildirmişlər. İddiaçı yenidən Cavabdeh yanına getmiş və ondan ziyanın ödənilməsini tələb etmişdir. Günay isə ziyanı ödəməyəcəyini və şikayət etməsini bildirmişdir. İddiaçı Nəsimi rayon Prokurorluğuna düzgün kosmetoloji prosedur yerinə yetirilməməsi ilə bağlı şikayət etmiş, xx.xx.2023-cü il tarixdə Nəsimi rayon prokurorunun böyük köməkçisi vəzifəsi üzr ə stajor Xanım Əşrəfova tərəfindən şinayət işininin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir və dəymiş zərərin mülki qaydada tələb etmə hüququnun olduğu İddiaçı bildirilmişdir. Həmin qərarla Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 210.1ci maddəsinə, yəni lisenziya olmadan tibbi fəaliyyətlə məşğul olmağa görə inzibati xəta haqqında iş üzzrə icraat başlanması haqqında prokurora müraciət edilib. Beləliklə Cavabdeh tərəfindən İddiaçı edilmiş tibbi manipulyasiyalar nəticəsində maddi və mənəvi zərər vurulmuşdur. Göstərilənlərə əsasən İddiaçı sağlamlığına zərər vurduğu üçün Cavabdeh təkrar əməliyyat üçün 10.000 manat, silinməz iş vurduğu üçün 10.000 manat və vurulmuş mənəvi zərərə görə 5000 manat dəyərində, ümumilikdə 25.000 manat dəyərində zərərin ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
9. İddiaçı MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı cavabdeh tərəfindən sağlamlığına vurulmuş fəsadları aradan qaldırmaq üçün xx.xx.2022-ci il tarixdə «X6» Hospitalında doktor Dilqəm Məmmədova tərəfindən cərrahiyyə əməliyyat olunmuş və həmin əməliyyatın keçirilməsi üçün İddiaçı tərəfindən «X6» Hospitalına 9220 manat məbləğində ödəniş edilmişdir. Göstərilənləri nəzərə alaraq Cavabdeh iddiaçının sağlamlığına vurduğu ziyana görə ödənilmiş əməliyyat xərci qismində 9220 manat məbləğində, sağlamlığa silinməz iz vurduğu üçün 10.000 manat məbləğində, vurulmuş mənəvi zərər qismində 5000 manat məbləğində və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 165 manat məbləğində, ümumilikdə 24.385 manat məbləğində zərərin İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmşdir.
10. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən «X6» Hospitalında çəkilmiş xərclərin icbari tibbi sığorta ilə bağlı hissəsinə aydınlıq gətirilməsi üçün məhkəmə tərəfindən İcbari Sığorta Bürosuna və “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi”nə sorğular verilmişdir. Sorğulara cavab olaraq müvafiq qaydada qeyd olunan qurumlardan, müraciətin büronun səlahiyyətlərinə aid olmadığından aidiyyatı üzrə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə yönəldilməsi, TƏBİB-in əsas məqsədinin tabeliyində olan tibb müəssələrində əhalinin sağlamlığının qorunması üçün tibbi xidmətlərin təşkilini təmin etməkdən və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görm əkdən ibarət olması, qeyd olunan sorğularla bağlı aidiyyatı üzrə Azərbaycan Rspublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müraciət olunması bildirilmişdir. Sorğulara cavabın davamı olaraq aidiyyatı üzrə Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyindən bildirilmişdir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və « X5 Hospital” MMC arasında müqavilə 29 mart 2022-ci il tarixində imzalanmışdır. Eyni zamanda “Sintetik dolğunun rezeksiyası” adlı cərrahi əməliyyat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfinin təsdiq edilməsi haqqında qərarında öz əksini tapmamışdır.
11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli e-2(006)2246/2023 saylı qərardadı ilə mü lki iş üzrə məhkəmə-tibbi ekspertizası təyin olunması qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin“"Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X4 19 yanvar 2024-cü il tarixli 968/KEŞ nömrəli rəyinə əsasən İddiaçı üzərində aparılmış dolğu prosedurunun taktiki və texniki cəhətdən düzgün yerinə yetirilməməsi bu da sonradan xəstədə fəsadın yaranmasına və bununla əlaqədar cərrahiyyə əməliyyatının icrasına gətirib çıxartmasına, həmçinin kosmetoloji fəaliyyətlə məşğul olmaq üçün lisenziya olmadığı halda proseduran salon şəraitində aparaılmasının yolverilməzliyi və tibbi manipulyasiyalarda sağlamlığa zərərvurmanın dərəcəsinin təyininin nəzərdə tutulmaması qeyd olunmuşdur.
12. İddianı qəbul etməyən cavabdeh izahatında bildirmişdir ki, tərəfindən iddiaçıya beş il əvvə l dolğu olunmuş, istifadə edilmiş dolğu da Səhiyyə Nazirliyi tərəfindən lisenziyalaşdırılmış dolğu olub. Dolğu əzələyə yox ətə tətbiq edilmiş və cavabdeh tərəfindən ona 600 manat pul ödənilmişdir. 2022-ci il tarixdə iddiaçı ona zəng vuraraq yeni kosmetoloji prosedur etmək istədiyini bildirmiş və onun yanına gəlmişdir. Belə ki, iddiaçı onun yanında olarkən şikayətlə bağlı ona heçnə deməmişdir. Bir neçə gün sonra isə iddiaçının vəkili ona zəng vuraraq ondan şikayətçi olduqlarını bildirmişdir. O, bununla şikayətlə bağlı iddiaçıya zəng etmiş və nə baş verdiyini soruşanda cavabdeh ona tətbiq etdiyi dolğunun qanına keçdiyini bildirmişdir. İddiaçıya bununla bağlı qan analizlərinin verilməsini demiş və məsələ ilə bağlı qan analizləri verilmişdir. Lakin iddiaçının bildirdiyinin əksi olaraq qan anal izlərinin təhlillərində heç bir narahatçılıq doğuran göstəricilər aşkarlanmamışdır.
13. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-127/2024 nömrəli iş üzrə 15 aprel 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh İddiaçı xeyrinə 9220 (doqquz min iki yüz iyirmi) manat maddi ziyanın, 2500 (iki min beş yüz) manat mənəvi ziyanın, dövlət rüsumunun əvəzi kimi 125,16 (yüz iyirmi beş manat, on altı qəpik) manat, cəmi 11845,16 (on bir min səkkiz yüz qırx beş manat, on altı qəpik) manat pul tutulması qət edilmişdir (hakim Ramin Xəlilov).
14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, sübutların düzgün qiymətləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Belə ki, məhkəmə qərarının əsaslı olması üçün o, məhkəmə iclasında m ülki prosessual qanunvericiliyin prinsiplərinə və qaydalarına uyğun şəkildə hərtərəfli və tam araşdırılmış, iş üçün önəmli olan hallara əsaslanmalıdır. Bu səbəbdən məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri ətraflı və aydın şəkildə öz əksini tapmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının, hər hansı sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin səbəbləri və əsasları göstərilməli, yəni gəlinən nəticə və qənaət kifayət qədər əsaslandırılmalıdır. Bu fikrin məntiqi davamı olaraq məhkə qeyd etmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir və digər tərəfdən araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir.
15. «Eldar studio» salonunda iddiaçının üzərində aparılmış «popo dolğusu» prosedurun taktiki və texniki cəhətdən düzgün yerinə yetirilməməsi ilə əlaqədar iddiaçının səhhətinə zərər vurduğundan, sonradan iddiaçıda fəsadın yaranması ilə əlaqədar cərrahiyyə əməliyyatının icrasına gətirib çıxartdığından, bu fakt məhkəmə tərəfindən təyin edilmiş ekspertiza əsasında verilmiş rəylə də tam təsdiq olunduğundan, iddia tələbi iddiaçının sağlamlığına vurduğu ziyana görə ödənilmiş əməliyyat xərci qismində 9220 (doqquz min iki yüz iyirmi) manat pul məbləğinin Cavabdeh tutulması hissəsində əsaslı hesab edilərək təmin edilməli, 9220 (doqquz min iki yüz iyirmi) manat pul məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
16. Məhkəmə iddia tələbinin mənəvi zərər hissəsi ilə bağlı qeyd etmişdir ki, cavabdeh tərəfindən kosmetoloji prosedurun düzgün aparılmaması nəticəsində iddiaçının keçirtdiyi stress və həyacanın, onun sağlamlığının pozulması nəticəsində çəkdiyi fiziki əzabının hər hansı pul vəsaiti ilə azaldılması mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyası vasitəsi ilə o, təsəlli ala bilər. Bu baxımdan məhkəmə hesab etmişdir ki, vurulmuş mənəvi zərərin 2500 (iki min beş yüz) manat məbləğində pul vəsaiti ilə kompensasiya edilməsi ədalətli və ağlabatandır.
17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 450.1, 1112ci, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 88, 101.1, 103.1, 119.1, 217.3-cü maddələrinə, “İnsan hüquqlarının və X2 haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına və İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Birinci instansiya məhkəməsində verilmiş izahatlarla oxşarlıq təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd olunmuşdur ki, fəaliyyət göstərdiyi müddət ərzində ilk dəfə idi ki, belə əsassız iddialarla rastlaşmışdır. İndiyə qədər ona hər hansı sağlamlıq problemi ilə bağlı geri dönüş olmamışdır. Hər bir halda insan sağlamlığı nəzərə alınaraq müraciət edən şəxslərə tibbi müayinə keçirilməklə onun bütün neqativ halları barədə xəbərdarlıq edilir və hər bir müraciət araşdırlaraq köməklik göstərilir və istiqamət verilir. Bu bütün bu sahədə çalışanların vəzifə borcu ilə yanaşı vətəndaşlıq borcudur. Lakin iddiaçı Xoşbəxt xanım bu yolla varlanmaq və bizim kimi insanlardan pul almaqla bunu həyata keçirmək niyyətindədir. Bundan da əlavə gördükləri işlər onların nüfuzları üçün önəmli olduğundan iddiaçının sağlamlıq problemi aşkar edilsə idi onun müayinəyə müalicəsinə dərhal başlanılardı. Lakin Xoşbəxt xanım 3 il “popo dolğusundan” yararlanmış və heç bir fəsat verməmişdir. Sonradan da ona izah edildi yi kimi arıqladığı üçün ona fəsat kimi göründüyü bildirilmişdir. Bu nöqteyi nəzərdən hakim tərəfindən maddi hüquq norması pozularaq sübutların düzgün qiymətləndirilməsi yönündə olan qanunvericilik deyil, işə qərəzli, qeyriobyektiv, birtərəfli, yəni iddiaçının mövqeyindən iddianın təmin edilməsi yönündə qanunvericiliyi tətbiq etmişdir. Halbuki tərəfindən bütün bu faktlar məhkəmənin nəzərinə çatdırılmışdır. Tərəfindən işə baxan hakimə etiraz verilmişdir. Belə ki, ilkin məhkəmələrdə hakim şəxsən mənə mövqe bildirərək iddiaçı ilə razılığa gəlməyimi və əks təqdirdə iddianı təmin edəcəyini aşkar bəyan etmişdir. Həm iddiaçının mövqeinə xidmət etdiyi üçün həm də hakim tərəfindən qabaqçadan nəticə barədə məlumat verildiyinə əsaslanaraq prossesual hüququmdan istifadə etsəmdə heç bir münasibət bildir ilməmişdir. Bundan başqa iddiaçı barəsində müayinə edilməklə ekspertiza keçrilməmiş, iddiaçının təqdim etdiyi fakturaya əsaslanan qətnamə çıxarılmışdır. Halbuki tərəfindən verilmiş vəsatətlər təmin edilsə idi ədalətli nəticə əldə oluna bilərdi. Mənbəyi məlum olmayan və müxtəlif klinikalardan alınan hesab fakturalara əsaslanan məhkəmə işə baxarkən prosessual hüquq normalarını da pozmuşdur. Yekun məhkəmə günü məhkəmə iclas zalının qarşısında olmaqlarına baxmayaraq məhkəmə iclas zalına dəvət edilməmiş və yalnız sonradan məhkəmənin yekun qərarının çıxarıldığından məlumatı olmuşdur. Bu prossesual pozuntu ilə yanaşı işə baxan hakimin işə birtərəfli, iddiaçının mövqeinə uyğun, qərəzli və natamam baxmasının real sübutudur.
20. Bundan əlavə şikayətdə qeyd olunmuşdur ki, məhkəmə tərəfindən tibbi-hək im rəyi alınmadan, “popo dolğusunun” istifadə və davamlı müayinə aparılması zərurətinin olub olmamsı aydınlaşdırılmadan, fəsadın nəticələrinin yaranma səbəbi araşdırılmadan, iddiaçı tərəfindən 3 ildən sonra müraciət edərək hansısa özündə yaranmış xəstəliyə əsaslanan nəticə əsasında qətnamə çıxarılmışdır. Hesab edir ki, müraciətin iddiaçı tərəfindən niyə 3 ildən sonra olması məhkəmə tərəfindən aydınlaşdırılmamışdır. Belə ki, iddiaçının müraciətləri xəstəliklə bağlı deyil yeni özünə xas əməliyyatların keçirilməsi ilə bağlı olmuş və nəticə ala bilmədiyi üçün və yuxarıda qeyd etdiyi kimi bu yolla ondan pul almaq niyyəti olmuşdur. Məhkəmə tərəfindən müyyən edilir ki, iddiaçı müayinə üçün müraciət etmişdir. Lakin müracətin sırf dolğunun fəsadları barədə olub-olmaması, aparılan əməliyyatların s ırf dolğunun fəsadlarının aradan qaldırılması ilə bağlı olmasını sübut etməmişdir. İddiaçı istənilən vaxt istənilən klinikaya və ya xidmət sahəsinə müraciət edə bilər. Bunun üçün hesab faktura da əldə edə bilər. Lakin bütün bunların onunla bağlı olması yenə də qərəzli şəkildə araşdırılmamışdır.
21. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4133/2024 nömrəli mülki iş üzrə 16 iyul 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-127/2024 nömrəli iş üzrə 15 aprel 2024-cü il tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
22. Məhkəmə kollegiyası işin faktiki halları və və təqdim olunan sübutların əhəmiyyəti baxımından birinci instansiyası məhkəməsinin mövqeyi ilə tam razılaşaraq qətnaməsində göstərmişdir ki, cavabdeh tərəfindən prosedur düzgün yerinə yetirilmədiyindən iddiaçının səhhətinə zərər vurulmuş, nəticədə iddiaçı cərrahiyyə əməliyyatı keçirmişdir. İddiaçı haqlı olaraq hazırda həmin əməliyyat üçün çəkilmiş xərci cavabdehdən tələb etmişdir.
23. Kollegiya həmçinin cavabdehin bu hərəkətləri nəticəsində iddiaçının səhhətində problem yaranması, əməliyyat olunması, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi, onun stress və həyacan, mənəvi sarsıntı keçirməsi, arzuolunmaz mənəvipsixoloji vəziyyətə düşməsinə səbəb olması, bu halın onun şüurunda mənfi psixi reaksiya ilə nəticələnməsini nəzərə alaraq mənəvi zərərin əvəzi kimi müəyyən edilən məbləğin yetərli olması qənaətinə gəlmişdir.
24. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası M ülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 1112-ci, Mülki Prossesual Məcəlləsinin 14.2, 77.1 və 385.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4133/2043 nömrəli,xx.xx.2024-cü il tarixli, qətnaməsinin ləğv edilməsi, işin düzgün araşdırılmasını təmin etmək məqsədi ilə Bakı Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.
26. Kassasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri və birinci instansiyası məhkəməsində verilən izahatlar ilə oxşarlıq təşkil etmiş və əlavə olaraq qeyd olunmuşdur ki, işin faktiki halları həm birinci instansiya məhkəməsi, həm də ape llyasiya məhkəməsi tərəfindən düzgün və ədalətli şəkildə araşdırılmamışdır. Belə ki, məhkəmələr tərəfindən təkrar ekspertiza keçirilməsi barədə tələb nəzərə alınmadan, şahidlər dindirilmədən, həmçinin iddiaçı tərəfindən məhkəməyə təqdim olunan əhəmiyyətsiz sübutlar doğru düzgün araşdırmadan qətnamə qəbul olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
28. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
29. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır
30. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir süb utun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
37. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozu lması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını, o cümlədən tibbi ekspertizanın rəyini araşdıraraq bu qənaətə gəlmişlər ki, cavabdehin mülki hüquq pozuntusu (delikt) törətməklə iddiaçıya maddi və mənəvi zərər vurduğu sübuta yetirilmişdir. Belə olan halda iddia təmin olunmuş həcmdə əsaslıdır.
40. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kas sasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
41. Belə ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir (§ 28-30).
42. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma pre dmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
44. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
45. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4133/2024 nömrəli, 16 iyul 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.